Məhkəmə qərarları › İş №1(049)-52/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-52/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-52/2024 14.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 15:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1972-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Lənkəran Rayon Məhkəməsinin 03 iyun 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 29 yanvar 2023-cü il tarixdə Lənkəran şəhəri, H.Abdullayev küçəsində yerləşən, icarə əsasında Zərərçəkmiş şəxs1 məxsus olan, saxlanc yeri sayılan “Mələk” gözəllik salonuna giriş qapısının kilidini zərblə vurub sındıraraq qanunsuz daxil olmaqla oradan 180 manat qiymətində 01 ədəd “Braun” markalı fen, 70 manat qiymətində 01 ədəd “Braun” markalı saç ütüsü, 300 manat qiymətində 01 ədəd “LG xboom go” markalı maqnitafon, hər birinin qiyməti 25 manat olmaqla ümumi qiyməti 125 manat olan 05 ədəd şüşədə “Alaxturbo” adlı ətirləri olmaqla Zərərçəkmiş şəxs1 məxsus ümumi qiyməti 675 manat təşkil edən özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 08 may 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin həyətində yerləşən, saxlanc yeri sayılan, mişar daşı ilə hörülmüş anbara qapını açaraq qanunsuz daxil olmaqla oradan 35 manat qiymətində 01 ədəd drel, 45 manat qiymətində 01 ədəd laqonda, 24 manat qiymətində 30 metrlik elektrik naqilləri, 7 manat qiymətində 01 ədəd elektrik uzadıcısı və 270 manat qiymətində velosiped olmaqla, Zərərçəkmiş şəxs5 məxsus ümumi qiyməti 381 manat olan özgə əmlakını gizli olaraq talayıb təkrar saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 09 may 2023-cü il tarixdə ünvan 9anında yerləşən, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub oradan qiyməti 50 manat olan 01 ədəd prefarator və qiyməti 260 manat olan 01 ədəd velosiped olmaqla, Zərərçəkmiş şəxs2 məxsus ümumi qiyməti 310 manat olan özgə əmlakını gizli olaraq talayıb təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 11 may 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən, Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətinə hasarı aşmaqla qanunsuz daxil olub oradan qiyməti 150 manat olan 01 ədəd samovar və qiyməti 260 manat olan 01 ədəd velosiped olmaqla, Zərərçəkmiş şəxs3 məxsus ümumi qiyməti 410 manat olan özgə əmlakını gizli olaraq talayıb təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 17 may 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən, Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətinə qapıdan qanunsuz daxil olmaqla oradan qiyməti 190 manat olan, Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd velosipedi gizli olaraq talayıb təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında Lənkəran rayonunda istintaqla müəyyən edilməyən vaxtda və mənbədən 01 (bir) bükümdə, təmiz çəkisi 0,532 qram qəhvəyi rəngli, toz şəkilli olan narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə məlumat almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu 01 iyun 2023-cü il tarixdə, saat 17:15 radələrində Lənkəran şəhəri, M.M.Axund küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən qeyd olunan çəkidə və bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü yalnız Zərərçəkmiş şəxs5 evindən velosiped və prefaratorun oğurlanması üzrə təqsirli bilir. Digər oğurluq epizodları üzrə ittihamda özünü təqsirli bilmir. Zərərçəkmiş şəxs5 evindən oğurladığı velosiped və prefaratoru bazarda 40 manata satmışdır. Polis əməkdaşları tərəfindən döyülərək oğurluq cinayətləri barədə etirafedici ifadələr verməsi ondan tələb edilmişdir. Həmçinin ona qarşı irəli sürülmüş narkotik ittihamı üzrə də özünü təqsirli bilmir. Belə ki, narkotik vasitə ona məxsus olmamışdır. Həmin narkotik vasitə polis şöbəsində üzərinə şəxsi axtarış aparılmamışdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə qoyularaq, şəxsi axtarış zamanı özünə məxsus olmasını bildirməsi ondan tələb edilmişdir. Belə ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları onu tutaraq polis şöbəsinə apardıqdan sonra “Faiq” adlı polis əməkdaşı onun üzərinə narkotik vasitəni qoyaraq, şəxsi axtarış zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirməsini ondan tələb etmişdir. Həmçinin polis şöbəsində olarkən üzərində şəxsi axtarış aparılmamışdan əvvəl polis əməkdaşları onu yerə yıxaraq şillə ilə vuraraq döymüşlər, o, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmışdır. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmə iclasına elan edilməklə araşdırılmış ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-in 177 və 234-cü maddələri ilə məhkum olunmuşdur. Təxminən 4 ildir ki, narkotik vasitələrdən qəbul edir, əsasən kakos deyilən heroindən istifadə edir. İşləmədiyi üçün narkotik vasitələrə olan tələbatını ödəməyə maddi imkanı çatmır, bu səbəbdən oğurluqlar etmişdir ki, qazanc əldə edib narkotik vasitə alsın. İstifadə etdiyi narkotik vasitələri Lənkəran şəhəri ərazisində tanımadığı şəxslərdən alır. Bundan əvvəlki ifadələrində və ifadələrinin yerində yoxlanılması zamanı Lənkəran şəhərində yerləşən mərkəzi bazar tərəfdə mağazadan kompüter və ətir, yenə bazar tərəfdə yerləşən fərdi yaşayış evinin həyətindən bir ədəd velosiped, Lənkəran şəhəri, Şeyx Zahid küçəsində yerləşən fərdi yaşayış evindən kondisioner, soyuducu motoru, qab-qazan və Lənkəran şəhəri, Mirsalayev küçəsində yerləşən fərdi yaşayış evinin anbarından samovar, laqonda, drel, ətçəkən maşın kimi əşyalar oğurladığını bildirmişdir. Əslində bu qeyd etdiyi oğurluq əməllərini törətməmişdir. Həmin ünvanlarda qeyd olunan əşyaların oğurlandığını polis əməkdaşlarından eşitmiş və bu oğurluqları törətdiyini yalandan bildirmişdir. Polis əməkdaşları tərəfindən tutulduğu günədək 5 fərqli ünvandan oğurluq etmişdir. Belə ki, 2023-cü ilin yanvar ayının sonlarında, gecə saatlarında Lənkəran şəhərində yerləşən “Mikrorayon” deyilən ərazidəki “Refem” marketin yaxınlığında olan qadın gözəllik salonundan oğurluq etmişdir. Belə ki, mağazanın qapısı plastik materialından olmuşdur. Qapını sındıraraq içəri daxil olmuş və oradan dəqiq sayını xatırlamadığı sayda ətir, bir ədə fen, bir ədəd saç ütüsü və bir ədəd maqnitafon oğurlamışdır. Oğurladığı əşyalardan fen, ütü və maqnitafonu Lənkəran şəhəri mərkəzi bazarda tanımadığı şəxslərə satmışdır. Feni 60 manat, ütünü 50 manata, maqnitafonu isə 100 manata satmışdır. Ətirləri isə özü istifadə etmişdir. Bundan başqa 2023-cü ilin may ayının əvvəllərində, Lənkəran şəhərində yerləşən Qalayçılar deyilən ərazidə bir evin anbarından oğurluq etmişdir. Belə ki, gecə saatlarında həmin ərazidə piyada gəzərkən mişar daşı ilə hörülmüş hasarı olan bir ev görmüş, evin həyətinə boylandıqda anbar kimi bir tikili görmüş və orada dəyərli əşyaların ola biləcəyini düşünüb hasardan içəri daxil olmuşdur. Həyətdə olan anbara daxil olduqda orada bir sıra əşyalar görmüşdür. Həmin əşyalardan drel, laqonda, elektrik naqilləri və bir ədəd uşaq velosipedi oğurlamışdır. Həmin əşyaları da Lənkəran mərkəzi bazarında tanımadığı şəxslərə fərqli qiymətlərə satmışdır. Bundan başqa 2023-cü ilin may ayının əvvəllərində, Lənkəran şəhərində “Unibank” yaxınlığında bir evin həyətindən oğurluq etmişdir. Belə ki, gecə saatlarında həmin istiqamətdə piyada gəzərkən mişar daşı ilə hörülmüş hasarı olan bir ev görmüş, ev bər-bəzəkli olduğundan həyətdə dəyərli əşyaların ola biləcəyini düşünüb hasardan içəri daxil olmuşdur. Həyətdə olan ağaclardan birinin dibində drel görmüş, götürmüşdür. Evin pilləkanına isə velosiped bağlandığını görmüşdür. Həmin velosipedi də oğurlamışdır. Həmin əşyaları da Lənkəran mərkəzi bazarında tanımadığı şəxsə ümumilikdə 40 manata satmışdır. Bundan başqa 2023-cü ilin may ayının ortalarında, Lənkəran şəhərində “Fədək” marketin yaxınlığında bir evin həyətindən oğurluq etmişdir. Belə ki, gecə saatlarında həmin ərazidə piyada gəzərkən mişar daşı ilə hörülmüş hasarı olan bir ev görmüş, hasardan boylanıb evin həyətinə baxmış, həyətdə dəyərli əşyaların ola biləcəyini düşünüb hasardan içəri daxil olmuşdur. Həyətdə dayandırılmış avtomobilin yanında velosiped olduğunu görmüş, həmin velosipedi götürmüşdür. Həyətdə bir qədər axtarış etdikdən sonra bir ədəd samovar da görmüş və oğurlamışdır. Həmin əşyaları da Lənkəran mərkəzi bazarında tanımadığı şəxsə ümumilikdə 100 manata satmışdır. Bundan başqa 2023-cü ilin may ayının ortalarında, Lənkəran şəhərində “Mikrorayon” deyilən ərazidən yerləşən evdən oğurluq etmişdir. Belə ki, gecə saatlarında həmin ərazidə piyada gəzərkən evlərdən birinin həyətinə baxmış, həyətdə anbar kimi bir yer olduğunu görmüş və anbarda dəyərli əşyaların ola biləcəyini düşünüb həyətə daxil olmuşdur. Anbara daxil olduqda orada bir ədəd velosiped olduğunu görmüş, həmin velosipedi götürmüşdür. Həmin velosipedi Lənkəran mərkəzi bazarında tanımadığı şəxsə 70 manata satmışdır. Bundan başqa, 01 iyun 2023-cü il tarixdə, saat 17 radələrində mən Lənkəran şəhəri, M.M.Axund küçəsində piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə getməkdən imtina etsə də, polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmişlər. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil təyin edilmiş, daha sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi ona bildirilmişdir. O da əynindəki şalvarın sol yan cibindən bir ədəd bükümdə narkotik vastə olan heroini çıxarı təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, həmin narkotik vasitə olan heroin ona məxsusdur və həmin bükümü Lənkəran şəhərində böyük bazar deyilən yerdə tanımadığı şəxsdən 20 manata almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Həmçinin Lənkəran şəhərində müxtəlif vaxtlarda, fərqli-fərqli evlərdən velosiped, samovar, drel kimi əşyalar oğurlayaraq satmışdır. Təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. O da protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yerləşən evdə ailəsiylə birlikdə yaşayır. təxminən 2 il olar ki, Lənkəran şəhəri Hənifə Abdullayeva küçəsində yerləşən özünə məxsus “Mələk” gözəllik salonunu işlədir. Salonunda qohumu olan Fatimə və Nərminə adlı işçiləri vardır. O, rayonda olmadığı zaman salonda nəzarəti qohumu olan Fatimə həyata keçirir. 26 yanvar 2023-cü il tarixdə o, salonu Fatiməyə tapşıraraq qızını Bakı şəhərinə xəstaxanaya aparmışdır. Salonu hər gün səhər 09:30-da açılaraq axşam saat 17:00-da o və ya o, olmayanda Fatimə tərəfindən açarla bağlanılır. Salonu çöl tərəfdən hər hansı müşahidə kamerası və ya dəmir barmaqlıqlarla əhatələnməmişdir. Qapı plastik olmaqla açarla kilidlənir. 29 yanvar 2023-cü il tarixdə səhər 09:30-da o, Bakı şəhərində olarkən Fatimə ona zəng edərək səhər çağı gözəllik salonuna gəldikdə qapının gecə vaxtı naməlum şəxslərin tərəfindən sındırılaraq salona daxil olunduğunu, güzgü qarşısında satış üçün nəzərdə tutulmuş 5 ədəd hər birinin qiyməti 25 manat olan Alaxturbo adlı kişi ətirləri, bir ədəd, qiyməti 180 manat olan fen, bir ədəd, qiyməti 70 manat olan Braun markalı saç ütüsü, bir ədəd, qiyməti 300 manat olan “LG xboom go” markalı bluetooth ilə işləyən kalonkalı maqnitafon oğurlanmış olduğunu demişdir. O bu xəbəri eşidib Bakı şəhərində olduğu üçün 102 xidmətinə zəng vuraraq bu haqda məlumat vermişdir. Həmçinin anası Həmidədən onun adından salona gedib ərizə yazmasını xahiş etmişdir. Sonradan ona məlum olmuşdur ki, gözəllik salonuna daxil olaraq oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tanımır, onunla arasında qərəzli münasibət olmamışdır. 05 ədəd şüşədə, ümumi qiyməti 125 manat, bir ədəd, braun markalı fenin qiyməti 180 manat, bir ədəd, braun markalı saç ütüsünün qiyməti isə 70 manat, LG xboom go markalı maqnitafonun qiyməti isə 300 manat olmuş, ümumilikdə ona 675 manat ziyan dəymişdir. Dəyən maddi ziyanın heç bir hissəsini qaytarılmamışdır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında ailəsiylə birlikdə yaşayır. Ailəlidir, 3 övladı var. Heç kimlə düşmənçilik və ədavəti yoxdur. Musiqi məktəbində təsərrüfat müdiri işləyib aldığı məvaciblə ailəsinin dolanışığıni təmin edir. Yaşadığı evin həyətində qaraj vardır, qarajın üstü bağlıdır, qapısı isə yoxdur. Həmin qarajda istifadə etdiyi bir sıra əşyaları qoymuşdur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə yaşadığı evin həyətinə düşmüşdür. Həyətdə yerləşən avtomobil qarajına getmiş və görmüşdür ki, bir il bundan əvvəl 35 manata aldığı drel, 45 manat dəyərində laqonda, 24 manat dəyərində 30 metrəlik elektrik naqili naqili, 7 manat dəyərində olan elektrik uzadıcısı, 3 il bundan əvvəl nəvəsinə aldığı 270 manat dəyərində velosipedin yerində olmadığını aşkar etmişdir. Başa düşmüşdür ki, naməlum şəxs və ya şəxslər həyətinə daxil olaraq qarajdan oğurluq etmişlər. X5 əvəzindən DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluq edən şəxs Lənkəran şəhər sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tanımır, onunla arasında qərəzli münasibətlər olmamışdır. Bir ədəd drelin qiyməti 35 manat, bir ədəd laqondanın qiyməti 45 manat, 30 metrəlik elektrik naqilinin qiyməti 24 manat, bir ədəd elektrik uzadıcısının qiyməti 7 manat və bir ədəd velosipedin qiyməti 270 manat olmuşdur. Ümumilikdə ona 381 manat ziyan dəymişdir. Dəyən maddi ziyanın heç bir hissəsini qaytarılmamışdır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 9anında ailəmlə birlikdə yaşayır. 09 may 2023-cü il tarixdə, səhər saatlarında yaşadığı evin həyətinə düşdükdə pilləkanın yanında olan velosipedin və prefaratorun yerində olmadığını görmüş, bundan sonra oğurluq barədə DİN-in 102 xidməti-zəng mərkəzinə məlumat vermişdir. Oğurlanmış velosiped 28-lik alüminium materialdan, yaşıl rəngdə “naviqator” sürət velosipedidir. Onu təqribən 5-6 il əvvəl Bakı şəhəri Sədərək bazarından 250 yaxud 260 manata almışdır. Velosipedi pilləkanın divarına bağlamışdır. Velosipedi özü hərdən yay aylarında sürürmüş. Həyətindən götürülmüş prefaratoru isə həyətimdə pilləkanın yanında qoymuşdur. O qutunun içərisində olmuşdur. Prefaratoru hansı qiymətə aldığını xatırlamır. Prefarator saz vəziyyətdə olmuşdur. Sonradan ona məlum olmuşdur ki, oğurluq edən şəxs Lənkəran şəhər sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tanımır, onunla arasında qərəzli münasibətlər olmamışdır. Bir ədəd prefaratorun qiyməti 50 manat və bir ədəd velosipedin qiyməti 260 manat olmuşdur. Ümumilikdə ona 310 manat ziyan dəymişdir. Dəyən maddi ziyanın heç bir hissəsini qaytarılmamışdır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsiylə birlikdə yaşayır. Yaşadığı ev iki mərtəbəli olmaqla hər tərəfdən daş hasarla əhatələnmişdir. Yaşadığı evin altında avtomobilin yaxınlığında özünə məxsus “Optima” markalı 26 nömrəli velosipedi olmuş və həmin velosipedi arabir sürürmüş. Velosipedi beş il bundan qabaq 260 manata almışdır. 11 may 2023-cü il tarixdə səhər saat 11:00 radələrində yaşadığı evin həyətinə düşüb işlə məşğul olarkən görmüşdür ki, ona məxsus velosipedi yoxdur. Ətrafa göz gəzdirməyə başlamış və evin arxa tərəfində olan hissədə ona məxsus olan bir ədəd 5 litrlik kömürlə işləyən samovarı da yerində olmadığını görmüş və başa düşmüşdür ki, 10 may 2023-cü il tarixdən 11 may 2023-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər yaşadığı ünvana daxil olaraq evin altından ona məxsus olan bir ədəd “Optima” markalı velosipedini və evin arxa tərəfindən bir ədəd samovarı oğurlayıb aparmışlar və o buna görə 102xidmətinə zəng edərək məlumat vermiş və bir neçə dəqiqə keçdikdən sonra evinə gələn polis əməkdaşlarına bu barədə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluq edən şəxs Lənkəran şəhər sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tanımır, onunla arasında qərəzli münasibətlər olmamışdır. Bir ədəd samovarın qiyməti 150 manat və bir ədəd velosipedin qiyməti 260 manat olmuşdur. Ümumilikdə ona 410 manat ziyan dəymişdir. Dəyən maddi ziyanın heç bir hissəsini qaytarılmamışdır. İşin məhkəmə baxışı zamanı ifadəsi elan olunmaqla tədqiq olunmuş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 10 ailəsiylə birlikdə yaşayır. Yaşadığı evə bitişik olan saxlanc yeri vardır, ona məxsus velosipedi orada saxlayır və saxlanc yerinin qapısını bağlayır. 16 may 2023-cü il tarixdə axşam saat 18:00 radələrində velosiped həmin yerde olmuşdur. Oğlu həmin gün saat 18:00 radələrində velosipedi həmin yerə qoymuşdur. 17 may 2023-cü il tarixdə, saat təqribən 08:00 radələrində yaşadığı evin həyətinə düşdükdə saxlanc yerinin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Saxlanc yerinə daxil olduqda velosipedin oğurlandığını aşkar etmişdir. Qara rəngli 26-lıq ”Adidas” markalı sürət velosipedini oğurlamışlar. Velosipedi söykənmiş vəziyyətdə orada qoymuşdur. Velosipedi məktəbli oğlu tez-tez məhləarası sürmüşdür. Həmin velosipedi təqribən 2 il əvvəl 350 manata almışdır. Sonradan ona məlum olmuşdur ki, oğurluq edən şəxs Lənkəran şəhər sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tanımır, onunla arasında qərəzli münasibətlər olmamışdır. Bir ədəd velosipedin qiyməti 350 manat olmuş, ona həmin məbləğdə ziyan dəymişdir. Dəyən maddi ziyanın heç bir hissəsini qaytarılmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nın NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışıram. ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə tərəfimdən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri o olmaqla qrupda əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da tədbirin keçirilməsində iştirak edirdilər. 01 iyun 2023-cü il tarixdə axşam saat 17 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Cəfərov X1 şəhəri, M.M.Axund küçəsində hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan büküm təqdim etmiş və həmin bir ədəd bükümün içərisinə baxış keçirildikdə qəhvəyi rəngli, toz şəkilli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılmış şifahi sorğu zamanı bildirdi ki, üzərində aşkar edilmiş kütlə heroindir, ona məxsusdur. Həmin bükümləri Lənkəran şəhərində böyük bazar deyilən ərazidə tanımadığı şəxsdən 20 manata almış, aldıqdan sonra şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. Həmçinin Lənkəran şəhərində yerləşən evlərdən, həyətlərdən velosiped, samovar, drel kimi əşyalar oğurlayıb tanımadığı şəxslərə satmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs da heç bir təzyiq altında olmadan protokola imza etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İşin məhkəmə baxışı zamanı ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, göstərilən ünvanda ailə üzvləriylə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun xalasıdır, 2 ildir ki, Lənkəran şəhəri, H.Abdullayev küçəsində yerləşən “Mələk” gözəllik salonunu işlədir. Zərərçəkmiş şəxs1 Lənkəranda olmadığı vaxtlarda salona özü nəzarət edir. 28 yanvar 2023-cü il tarixdə xalası Zərərçəkmiş şəxs1 Bakı şəhərində olmuş, salona yenə özünəzarət edirmiş. Həmin gün saat 18 radələrində salonun qapısını açarla kilidləmiş və evə getmişdir. 29 yanvar 2023-cü il tarixdə, saat 09:30 radələrində salona gəlib qapını açmaq istədikdə qapının aralı olduğunu görmüşdür. Gecə vaxtı kimsə qapının kilidini sındıraraq içəri daxil olduğunu başa düşmüşdür. Salona daxil olub orada olan əşyalara nəzər yetirmiş və bir ədəd fen, bir ədəd saç ütüsü, bir ədəd kalonka və 5 ədəd şüşədə kişi ətri oğurlandığını görmüşdür. Bu barədə xalası Zərərçəkmiş şəxs1 zəng edərək məlumat vermiş, o da DİN-in 102 xidmətizəng mərkəzinə zəng edib məlumat vermiş və nənəsi Həmidə Quliyevadan xahiş etmişdir ki, Lənkəran polis şöbəsinə gedərək ərizə ilə onun əvəzinə müraciət etsin. Nənəsi də ərizə ilə polis şöbəsinə müraciət edərək oğurluq barədə məlumat vermişdir. İşin məhkəmə baxışı zamanı ifadəsi elan olunmaqla tədqiq olunmuş şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran şəhərində yerləşən mərkəzi bazarda göyərti satır. 30 may 2023-cü il tarixdə, saat 06 radələrində Lənkəran mərkəzi bazarında olarkən tanımadığı bir şəxs bazarda gəzərək velosiped və perefarator satdığını demişdir. Həmin əşyaların ucuz ola biləcəyini düşünüb qiyməti ilə maraqlanmış, həmin şəxs ikisini bir yerdə 40 manata satdığını demişdir. O da 40 manat verib velosiped və perefaratoru satın almışdır. Velosipedi yaşadığı Masallı şəhərində tanımadığı şəxsə satmışdır. Perefaratorun isə evdə lazım ola biləcəyini düşünüb almışdır. Sonradan həmin prefaratoru polis əməkdaşlarına təqdim etmişdir. Satın aldığı əşyaların oğurluq olduğunu bilməmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı özünün ifadəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. 29 yanvar 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran şəhəri, H.Abdullayev küçəsində yerləşən “Mələk” gözəllik salonundan bir ədəd fen, bir ədəd saç ütüsü, bir ədəd bluetooth ilə işləyən kalonka və beş ədəd şüşədə kişi ətirləri oğurlanmışdır. 08 may 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən bir ədəd drel, bir ədəd laqonda, bir ədəd velosiped, 30 metrlik elektrik naqili və bir ədəd elektrik uzadıcısı oğurlanmışdır. 09 may 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 9anında yerləşən fərdi yaşayış evindən bir ədəd prefarator və bir ədəd velosiped oğurlanmışdır. 11 may 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən bir ədəd samovar və bir ədəd velosiped oğurlanmışdır. 17 may 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 10 yerləşən fərdi yaşayış evindən bir ədəd velosiped oğurlanmışdır. “Təqsirləndirilən şəxsin ifadələrin yerində yoxlanılması haqqında” haqqında 04 iyun 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, təqsirləndirilən Cəfərov X1 şəhəri, H.Abdullayev küçəsində yerləşən “Mələk” gözəllik salonundan, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən, ünvan 9anında yerləşən fərdi yaşayış evindən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən və ünvan 10 yerləşən fərdi yaşayış evindən etdiyi oğurluq əməllərinin baş vermə ardıcıllığını və mexanizmini göstərmişdir. 07 oktyabr 2023-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qeyd edilmiş əmlakarın qiymətləri aşağıdakı qaydada olmuşdur: Qeyd olunmuş 1 ədəd “braun” markalı fenin qiyməti 180 manatdır. Qeyd olunmuş 1 ədəd “braun” markalı saç ütüsünün qiyməti 70 manatdır. Qeyd olunmuş 1 ədəd “LG xboom go” markalı bluetooth ilə işləyən maqnitafonun qiyməti 300 manatdır. Qeyd olunmuş 1 ədəd “alaxturbo” ətrin qiyməti 25 manat olmaqla 5 ədəd şüşədə olan ətrin ümumi qiyməti 125 manatdır. Qeyd olunmuş 1 ədəd drelin qiyməti 35 manatdır. Qeyd olunmuş 1 ədəd laqondanın qiyməti 45 manatdır. Qeyd olunmuş 30 metrlik elektrik naqillərinin qiyməti 24 manatdır. Qeyd olunmuş 1 ədəd elektrik uzadıcısının qiyməti 7 manatdır. Qeyd olunmuş 1 ədəd velosipedin qiyməti 270 manatdır Qeyd olunmuş 1 ədəd prefaratorun qiyməti 50 manatdır. Qeyd olunmuş 1 ədəd sürət velosipedinin qiyməti 260 manatdır. Qeyd olunmuş 1 ədəd samovarın qiyməti 150 manatdır. Qeyd olunmuş 1 ədəd Optima markalı velosipedin qiyməti 260 manatdır. Qeyd olunmuş 1 ədəd Adidas markalı velosipedin qiyməti 190 manatdır. 01 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindəki şalvarın sol yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Narkotik vasitə heroinə bənzər bükümün çəkisi 0,58 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, ona məxsusdur. Həmin bükümləri Lənkəran şəhərində böyük bazar deyilən ərazidə tanımadığı şəxsdən 20 manata almış, aldıqdan sonra şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. Həmçinin Lənkəran şəhərində yerləşən evlərdən, həyətlərdən velosiped, samovar, drel kimi əşyalar oğurlayıb tanımadığı şəxslərə satmışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 iyun 2023-cü il tarixli 19/604 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə, təmiz çəkisi - 0,532 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dyəri 60 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertiza” üzrə verilmiş 05 iyun 2023-cü il tarixli, 589 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. “Tutulma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur və xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaçlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saat sat 17:15-də saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin 03 iyun 2023-cü il tarixli qərarında görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 01 iyun 2023-cü il tarixdən saat 17:15-dən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş xx.xx.2023-ü il tarixli tələbnamədən və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə müəssisəsinin məktubundan görünür ki, Cəfərov X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin müəssisədə cəza çəkmiş, xx.xx.2022-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Lənkəran rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X3 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən Lənkəran ŞRPŞ-nə gətirildikdən sonra ona etirafedici ifadə verməsi üçün polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməsi öz təsdiqini tapmadığından araşdırma materialı üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 10 oktyabr 2023-cü il tarixli qəratdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 bükümdə, təmiz çəkisi -0,532 qram narkotik vasitə heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd CD diskvə 01 ədəd prefarator işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 bükümdə, təmiz çəkisi -0,482 qram narkotik vasitə heroin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd prefarator istintaqın yekunlaşmasından sonra saxlanılmasından ötrü Zərərçəkmiş şəxs2 verilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir və heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talama - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü yalnız bir oğurluq epizodu (Zərərçəkmiş şəxs5 evindən velosiped və prefaratorun oğurlanması) üzrə təqsirli bilərək, ona qarşı irəli sürülmüş ittihamın digər hissəsində təqsirli bilməməsinə, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilərək etirafedici ifadələr verməsinə məcbur edilməsi, həmçinin üzərində şəxsi axtarış aparılmamışdan əvvəl narkotik vasitənin polis əməkdaşı tərəfindən üzərinə qoyulmasına dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Prokurorluğunun qərarından görünür ki, Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Göstərilənlərə əsasən, qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı cinayəti törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyri-səmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayətlər haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Cəfərov X1 Rayon Məhkəməsinin cəzasını çəkib qurtardığı tarixdən, iki il keçməmiş hazırkı cinayət əməlini törətdiyindən o, CM-nin 18 və 83-cü maddələrinə əsasən məhkumluğu olan şəxsdir və törətdiyi əməli cinayətin sadə residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin sadə residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, iş üzrə Zərərçəkmiş şəxs4 maddi ziyanı tam ödəməsini və onunla barışıq əldə etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 01 iyun 2023cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi naroloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq 01 bükümdə, təmiz çəkisi -0,482 qram narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd prefaratorın Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləsi əmlak yoxdur. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 vurulmuş ziyana görə mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci (köhnə redaksiyada) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 iyun 2023-cü ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi naroloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq 01 bükümdə, təmiz çəkisi -0,482 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd prefaratorın Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 vurulmuş ziyana görə mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar