Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-52/2025 20.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1977-ci il tarixdə Lənkəran rayonu, Ləj kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 il müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Ləj kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, 2024-cü ilin oktyabr ayının ortalarında Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 10,125 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 01 noyabr 2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin gün, saat 12:00-da Lənkəran şəhəri, 20 Yanvar küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə, həmin xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 il müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasını tam çəkmişdir. Aradabir narkotik vasitə marixuana istifadə edir. 2024-cü ilin avqust ayından etibarən Lənkəran şəhəri Böyük bazar ərazisində yerləşən 9 saylı baxçada fəhlə işləyir. 2024-cü ilin oktyabr ayının ortalarında, səhər saatlarında Lənkəran şəhəri Böyük bazar ərazisində adını bilmədiyi şəxsdən 20 manata qurudulmuş marixuana almışdır. xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri 20 yanvar küçəsi ilə üzü Ələt- Astara avtomobil yoluna tərəf piyada hərəkətdə olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Lənkəran ŞRPŞ-nin işçiləri kimi təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində şübhələri olduğu üçün üzərinə videoçəkiliş vasitəsilə baxış keçirəcəklərini bildirmişlər. Baxış zamanı o, əynində olan şalvarının sağ yan cibində saxladığı bir büküm qurudulmuş marixuananı, mobil telefonunu, şalvarının sol yan cibindən isə alışqanı, siqaret və pullarını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Hazırda əməlindən peşmandır, himayəsində uşaqları var, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. İcraatına Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə məlumatlar daxil olmuşdur. Həmin məlumata əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə ondan başqa əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 daxil edilmişdir. 01 noyabr 2024-cü il tarixdə saat 12 radələrində rəhbərliyi altında Lənkəran şəhəri, 20 Yanvar küçəsində Təqsirləndirilən şəxs yaxınlaşmış və bu zaman əməliyyat müvəkkili Şahid2 tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Ona özünü polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərinin yoxlanılmalı olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Baxış zamanı o, əynində olan şalvarının sağ yan cibində saxladığı bir büküm qurudulmuş marixuananı, mobil telefonunu, şalvarının sol yan cibindən isə alışqanı, siqaret və pullarını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitə ekspertizaya göndərilməsi məqsədilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmədə dindirilmiş Şahid2 Vüqar oğlu ifadəsində göstərdi ki, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə yaradılmış əməliyyat qrupunda o, iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərlik əməliyyat müvəkkili Şahid1 etmişdir. 01 noyabr 2024-cü il tarixdə saat 12 radələrində rəhbərliyi altında Lənkəran şəhəri, 20 Yanvar küçəsində Təqsirləndirilən şəxs yaxınlaşmış və bu zaman əməliyyat müvəkkili Şahid2 tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Ona özünü polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərinin yoxlanılmalı olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Baxış zamanı o, əynində olan şalvarının sağ yan cibində saxladığı bir büküm qurudulmuş marixuananı, mobil telefonunu, şalvarının sol yan cibindən isə alışqanı, siqaret və pullarını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitə ekspertizaya göndərilməsi məqsədilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək araşdırılmış Şahid3 ifadəsində göstərmişdir ki, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə yaradılmış əməliyyat qrupunda o, iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərlik əməliyyat müvəkkili Şahid1 etmişdir. 01 noyabr 2024-cü il tarixdə saat 12 radələrində rəhbərliyi altında Lənkəran şəhəri, 20 Yanvar küçəsində Təqsirləndirilən şəxs yaxınlaşmış və bu zaman əməliyyat müvəkkili Şahid2 tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Ona özünü polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərinin yoxlanılmalı olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Baxış zamanı o, əynində olan şalvarının sağ yan cibində saxladığı bir büküm qurudulmuş marixuananı, mobil telefonunu, şalvarının sol yan cibindən isə alışqanı, siqaret və pullarını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitə ekspertizaya göndərilməsi məqsədilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Cinayət işinin 12-14-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 01 noyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran rayonu Ləj kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri 20 Yanvar küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, həmin yerdə videoçəkiliş vasitəsilə üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə 10,57qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bir bükümdə kütlənin “nəşə” deyilən narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin bükümü bir neçə gün qabaq Lənkəran şəhəri “Böyük bazar” ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işinin 16-18-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 01 noyabr 2024-cü il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürülmə haqqında” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran rayonu Ləj kənd sakini Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri 20 Yanvar küçəsində saxlanılaraq, orada videoçəkiliş vasitəsilə üstü yoxlanılmış, üzərindən bir bükümdə 10,57qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilib götürülərək bir ədəd zərfdə qablaşdırılmış, yoxlama zamanı videoçəkiliş aparılaraq bir ədəd CD diskə köçürülmüş və Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, Emil Nurizadəyə təqdim edilmişdir. Təqdim olunan əşyalara baxış zamanı “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 1 büküm sellofanda marixuanaya bənzər kütlə...” yazılı zərfdə bir bükümdə marixuanaya bənzər kütlənin olduğu aşkar edilmiş, bir ədəd CD-də olan görüntüdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər kütlənin İlham Şaliuyevin üzərindən necə aşkar olunması, Təqsirləndirilən şəxsn həmin kütləni təqdim etməsi və həmin kütlənin qablaşdırılması öz əksini tapmışdır. Cinayət işinin 105-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 01 noyabr 2024-cü il tarixli Təqsirləndirilən şəxs üstünün yoxlanılması istintaq hərəkətinin videoqeydə alındığı bir ədəd CD diskdə olan görüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, baxış ümumi 09 dəqiqə 25 saniyə davam edir. Videoyazının başlanğıcında mülki geyim formasına olan Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları Şahid1 və Şahid3 xx.xx.2024-cü il tarixdə, saat 12:00-da Lənkəran rayonu Ləj kənd sakini Təqsirləndirilən şəxs Lənkəran şəhəri 20 Yanvar küçəsində piyada hərəkətdə olarkən saxlayıb özlərini təqdim edərək sonuncunu yolun kənarına dəvət edirlər. Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsasən üstünün yoxlanılacağını bildirib, hüquq və vəzifələrini izah edərək üstündə qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, maddə olduğu təqdirdə özünün təqdim etməsini təklif edir. Bu təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sol yan cibindən 33 manat pulu, içərisində siqaret olan “Keno” adlı siqaret qutusunu, bir ədəd alışqanı, əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək sellofanın içərisində “nəşə” olduğunu bildirir. Bükümə baxış zamanı bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilir. Sonra Şahid1 Təqsirləndirilən şəxs üstünü yoxlayır. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilmir. Sonra aşkarlanmış bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə sellofanla birlikdə elektron tərəzidə çəkilir və kütlənin 10,57qram olması müəyyən edilir. Şahid1 suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, aşkarlanmış kütləni tanımadığı şəxsdən çoxdan almış, əsəbi olduğundan əsəbini sakitləşdirmək üçün hərdən həmin kütlədən istifadə edir, öz istifadəsi üçün əldə edib üzərində saxlayır, lakin hansı qiymətə əldə etdiyini xatırlamır, satışı ilə məşğul olmur, hər hansı bir şəxsə həmin kütlədən verməmişdir. Saxlanılmağı ilə bağlı heç bir etirazı yoxdur, aşkarlanmış kütlə özünə məxsusdur. Həmin büküm ekspertizaya təqdim olunması məqsədilə Şahid1 tərəfindən qablaşdırılır, DİN-nin 135 saylı möhürü ilə möhürlənir, üzərində müvafiq qeydlər aparılaraq yoxlamada iştirak edən şəxslər tərəfindən imzalanır. Aşkarlanmış bir ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən Şahid1 tərəfindən götürülür, 33 manat pul, siqaret qutusu və alışqan Təqsirləndirilən şəxs geri qaytarılır. Görüntü Şahid1 bu sözləri ilə bitir. “Təqsirləndirilən şəxs üzərinə yoxlanış videosu yekunlaşdı, videoçəkilişi apardı cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2” Baxış keçiriləndən sonra disk zərfə qoyulub cinayət işində saxlanılmışdır. Cinayət işinin 44-cü vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 01 noyabr 2024-cü il tarixli, 19/712 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 1 büküm sellofanda marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 10,125 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 51-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 02 noyabr 2024-cü il tarixli, 768 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 119-120-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qərardan görünür ki, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 10,125 qram narkotik vasitə qurudulmuş marixuana, üstünün yoxlanılması zamanı qeydə alınaraq bir ədəd CD diskə köçürülmüş videogörüntü, həmçinin təqdim olunmuş əşyaya baxış keçirilərkən qeydə alınaraq bir ədəd CD diskə köçürülmüş videogörüntü maddi sübut kimi tanınmışdır. Cinayət işinin 95-101-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş hökmdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 02 il müddətində islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin 106-cı vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs, ona təyin edilmiş 02 il müddətinə islah işləri cəzasım tam çəkdiyi üçün barəsində olan nəzarət işi bağlanılaraq xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 19-cu vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş protokoldan görünür ki, 01 noyabr 2024-cü il tarixdə, saat 12:50-də Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhə edildiyinə görə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-69-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 02 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin tarixdə, saat 18.15-də MSY—dən azad edilmişdir. Cinayət işinin 116-118-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Şaliyev X1 rayonu, Ləj kəndində anası, arvadı, xx.xx.2003 və xx.xx.2008-ci il təvəllüdlü uşaqları ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 109.1-ci qrafasına əsasən 5 qram narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixunanın miqdarı 10.125 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin hesablanması zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Lənkəran Rayon Məhkəməsinin hökmü ilə islah işləri cəzasına məhkum olduğundan onun əməlində cinayətlərin residirvi müəyyən edilmir. CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarıldığından o, xx.xx.2022-ci il tarixli Lənkəran Rayon Məhkəməsinin hökmü üzrə məhkumluğu ödənilməyən şəxs hesab edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayətini etiraf edib, səmimi ifadələr verərək əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, CM-nin 61-ci maddəsidə nəzərdə tutulmuş oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində 01 noyabr 2024-cü il tarix, saat 12.00-dan 02 noyabr 2024-cü il tarixə, saat 18.15dək tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 10.025 qram narkotik vasitə qurudulmuş marixuana CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 01 noyabr 2024-cü il tarixdən 02 noyabr 2024-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 10.025 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 2 ədəd CD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-52/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-52/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver