Məhkəmə qərarları › İş №1(049)-53/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-53/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-53/2023 07.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.10 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 06 iyul 1985-ci il tarixdə Lənkəran rayonu, Zövlə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində 3 nəfər azyaşlı uşağı olan, ifərdi əməklə məşğul olan, əvvəllər Lənkəran rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli biliərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Lənkəran rayonu, Zövlə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 2022-ci ilin sentyabr ayında Lənkəran rayonunda istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, 4 (dörd) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,338 qr; -0,296 qr; -0,339 qr və -0,337 qram; ümumi təmiz çəkisi -1,31 qram çəkidə olub şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, həmin narkotik vasitə heroini qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının 05 sentyabr 2022-ci il tarixdə saat 18:15-da Lənkəran şəhəri Fizuli küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə heroin sellofan kəsiklərinə bükülmüş halda əynində olmuş şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran rayonu Zövlə kəndində ailə üzvləri ilə bilrikdə yaşayır. Qəbul etmək üçün narkotik vasitələri Lənkəran şəhərinin müxtəlif ərazilərindən alıb qəbul edir. 05 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində narkotik vasitə əldə edib istifadə etmək üçün yaşadığı evdən çıxıb Lənkəran şəhəri Fizuli küçəsi ərazisinə getmiş, həmin küçədə olan zaman əvvəllər tanımadığı, narkotik vasitələrin istifadəçisinə bənzətdiyi şəxsi görüb ona yaxınlaşaraq bir qədər söhbət etmişlər. Söhbət zamanı həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmiş və ondan şəxsi istifadəsi üçün 40 manat pul müqabilində 4 bükümdə narkotik vasitə olan heroin alaraq oradan uzaqlaşmışdır. Sonra piyada şəkildə Lənkəran şəhəri Fizuli küçəsi ilə hərəkət edən zaman mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşmış, özlərinin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları olduğunu bildirib, ona narkotik maddələrin qanunsuz saxlanılması məşğul olması barədə məlumatları olduğunu deyib, onu Lənkəran şəhər rayon polis şöbəsinə gətirmişlər. Lənkəran şəhər rayon polis şöbəsinin inzibati binasında, onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edib, müdafiəçinin iştirakı ilə üzərində şəxsi-axtarış aparmağa başlamışlar. Üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. O da üzərində saxladığı 4 büküm heroini əynindəki şalvarının sağ yan cibindən çıxarıb, təqdim etmiş və həmin bükümlərdə narkotik vasitə heroin, olduğunu bildirmişdir. Narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Füzuli oğlu ifadəsində göstərdi ki, Lənkəran şəhər, rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis kapitanı rütbəsindədir. İcraatına Lənkəran rayonu Zövlə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfimdən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyataxtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək şöbə rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də olmamışdır. 05 sentyabr 2022-ci il tarixdə, saat 18:15 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri Fizuli küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürüb, ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan cins şalvarın sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş dörd ədəd büküm və şalvarın sol yan cibindən “Redmi S11” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümlərin içərisində narkoti vasitə heroin olduğunu və istifadəsi üçün Lənkəran şəhəri “Qalayçılar” adlanan ərazidən aldığını bildirmişdir. Götürülmüş 04 ədəd şəffaf rəngli selofana bükülmüş heroinə bənzər bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 1,49 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində əldə edib üzərində saxlaması, satışı ilə bağlı əməliyyat məlumatları daxil olduğunu, lakin satışı ilə məşğul olması əməliyyat məlumatlarının təsdiqini tapmadığını daxil olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də olmamışdır. 05 sentyabr 2022-ci il tarixdə, saat 18:15 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri Fizuli küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürüb, ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan cins şalvarın sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş dörd ədəd büküm və şalvarın sol yan cibindən “Redmi S11” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümlərin içərisində narkoti vasitə heroin olduğunu və istifadəsi üçün Lənkəran şəhəri “Qalayçılar” adlanan ərazidən aldığını bildirmişdir. Götürülmüş 04 ədəd şəffaf rəngli selofana bükülmüş heroinə bənzər bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 1,49 qram olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilərək araşdırılmış Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir k, Lənkəran şəhər, rayon polis şöbəsində polis nəfəri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də olmamışdır. 05 sentyabr 2022-ci il tarixdə, saat 18:15 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri Fizuli küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürüb, ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan cins şalvarın sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş dörd ədəd büküm və şalvarın sol yan cibindən “Redmi S11” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümlərin içərisində narkoti vasitə heroin olduğunu və istifadəsi üçün Lənkəran şəhəri “Qalayçılar” adlanan ərazidən aldığını bildirmişdir. Götürülmüş 04 ədəd şəffaf rəngli selofana bükülmüş heroinə bənzər bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 1,49 qram olmuşdur. Cinayət işinin 32-33-cü vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış “Şəxsi axtarış keçirilməsi haqqında” 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə saat 18:15-da Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Fizuli küçəsində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarının sol cibindən 04 (iki) ədəd bükümdə narkotik vasitə heroin bükümdə aşkar olunmuş və qablaşdırılaraq möhürlənmişdir. Cinayət işinin 48-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış məhkəmə kimyəvi ekspertizasının 19/936 nömrəli, 06 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs məxsus 4 ədəd büküm....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,338 qr; -0,296 qr; 0,339 qr və 0,337 qram: ümumi təmiz çəkisi -1,31 qram olan, maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkitik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər. Cinayət işinin 71-ci vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış ambulator X1 08 noyabr 2022-ci il tarixli məhkəmə narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan madələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2020ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin 114-118-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış “Sübutların qiymətləndiriləməsi haqqında” 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,19 qram narkotik vasitə olan heroin, eləcə də şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmış 01 ədəd DVD disk iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və narkotik vasitə olan heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1.31 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət işinin 12-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Tutulma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-73-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 4(049)-272/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 05 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 101-102-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı X5, oğluxx.xx.2005-ci il təvəllüdlü X10, oğlu xx.xx.2010-cu il təvəllüdlü X8, oğlu xx.xx.2008-ci il təvəllüdlü X9 və qızı xx.xx.2011-ci il təvəllüdlü X4 ibarət ailə tərkibində Lənkəran rayonu, Zövlə kəndində yaşayır, yaşadığı müddətdə onunla bağlı heç bir yazılı vəya şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 104-106-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(049)-46/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilnib 1 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 112-113-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə cəzası 08 il 06 aya endirilmişdir. Bundan başqa, Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 317-2.1 və 67.1-ci maddələri ilə 03 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Lənkəran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə və Lənkəran Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli hökmləri təyin edilmiş cəzalara münasibətdə məhkumluğu ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından da aydın olur ki, Təqsirləndirilən şəxs ona Bakı Ağır Cinayətlər Məhkəməsi ilə təyin edilmiş cəzasını xx.xx.2019-cu il tarixdə çəkib qurtarmışdır. Bundan sonra isə Lənkəran Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu olan şəxsdir və törətdiyi əməli cinayətin təhlükəli residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olması onun əməlini yüngülləşdirən haldır, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükləli residivinin olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1.-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtrardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmasını, əməlində cinayətlərin residivinin olmasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını, habelə əldə olunmuş narkotik vasitənin miqdarını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs o, yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X2 Məcburi X7 nəticələrinə dair rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri-65 manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan-Lənkəran RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış -1,19 qram qalan narkotik vasitə heroin məhv edilməli, 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2022-ci il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübut - Lənkəran rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonrakı çəkisi 1,19 qram qalan narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökm elan olunduqdan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan) 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar