Məhkəmə qərarları › İş №1(049)-53/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-53/2025

12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-53/2025 12.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X11 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Lənkəran rayonu, Vel kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, qeyri rəsmi olaraq evli, işləməyən, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan, məhkum olunmamış, Lənkəran rayonu, Vel kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi, xx.xx.1988-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, qeyri rəsmi olaraq evli, işləməyən, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Lənkəran rayonu, Vel kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud sürətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 08 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində arvadı Təqsirləndirilən şəxs2 həmin gün DİN-nin 102 xidməti əlaqə mərkəzinə yetkinlik yaşına çatmamış övladı X5 qaçırılması barədə verdiyi məlumat üzrə ünvan 3 ünvanında yerləşən Lənkəran şəhərrayon polis şöbəsinə dəvət olunub, şöbənin 2-ci mərtəbəsində şöbə rəisi tərəfindən xidməti otağında şikayətlə bağlı arvadı Təqsirləndirilən şəxs2, övladı Nuray Bağırova, barəsində şikayət olunan Zərərçəkmiş şəxs2 və sonuncunun atası Zərərçəkmiş şəxs1 ilə birlikdə qəbul edilib məsələnin mahiyyəti aydınlaşdırılarkən, övladı X10 Teymurovla aralarında sevgi münasibətlərinin olduğu və sonuncu ilə birlikdə getməyi öz istəyi ilə əvvəlcədən razılaşdıqlarını yəqin etdikdən sonra xidməti otağı tərk edərkən arvadı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək, hər hansı bir səbəb olmadan 10-15 dəqiqə müddətində müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, Lənkəran şəhər-rayon polis şöbəsinin inzibati binasının 2-ci mərtəbəsində xidməti vəzifələrini icra edən çoxsaylı polis əməkdaşlarının əhatəsində ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış, ictimai yerdə davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərinə müstəsna etinasızlıq nümayiş etdirərək, öz şəxsiyyətini onların hərəkətlərinə görə ətrafa toplaşmış çoxsaylı polis işçilərinin şəxsiyyətinin fövqündə qoyub, arvadı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ünvanına ucadan nalayiq ifadələr işlətməklə və xidməti otaqda olan stulları aşırmaqla kifayətlənməyib, sonuncuların üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni onu sakitləşdirmək və aqressiv hərəkətlərdən çəkindirmək üçün intizama dəvət edən polis əməkdaşlarına məhəl qoymayaraq, özü Zərərçəkmiş şəxs1 və qrup üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 üzərinə qəfildən hücum edib, yumruğu ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə qəsdən zərbə vurub yerə yıxaraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sağ almacıq nahiyəsində əzilmiş yara və sağ gözaltı nahiyəsində qançırdan ibarət, bu vaxt qrup üzvü Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs2 boğaz nahiyəsindən tutub sifətinə sillə ilə qəsdən bir neçə zərbə vuraraq ona sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sağ almacıq nahiyəsində sıyrıqdan ibarət xəsarət yetirməklə təxminən 10-15 dəqiqə müddətində Lənkəran şəhər-rayon polis şöbəsinin normal iş fəaliyyətinin pozulması ilə bərabər bir qrup şəxs halında zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Allahveri oğlu və Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 08 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində həmin gün DİN-nin 102 xidməti əlaqə mərkəzinə yetkinlik yaşına çatmamış övladı X5 qaçırılması barədə verdiyi məlumat üzrə ünvan 3 ünvanında yerləşən Lənkəran şəhər-rayon polis şöbəsinə dəvət olunub, şöbənin 2-ci mərtəbəsində şöbə rəisi tərəfindən xidməti otağında şikayəti ilə bağlı əri Təqsirləndirilən şəxs1, övladı Nuray Bağırova, barəsində şikayət olunan Zərərçəkmiş şəxs2 və sonuncunun atası Zərərçəkmiş şəxs1 ilə birlikdə qəbul edilib məsələnin mahiyyəti aydınlaşdırılarkən, övladı X10 Teymurovla aralarında sevgi münasibətlərinin olduğu və sonuncu ilə birlikdə getməyi öz istəyi ilə əvvəlcədən razılaşdıqlarını yəqin etdikdən sonra xidməti otağı tərk edərkən əri Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək, hər hansı bir səbəb olmadan 10-15 dəqiqə müddətində müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, Lənkəran şəhər-rayon polis şöbəsinin inzibati binasının 2-ci mərtəbəsində xidməti vəzifələrini icra edən çoxsaylı polis əməkdaşlarının əhatəsində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış, ictimai yerdə davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərinə müstəsna etinasızlıq nümayiş etdirərək, öz şəxsiyyətini onların hərəkətlərinə görə ətrafa toplaşmış çoxsaylı polis işçilərinin şəxsiyyətinin fövqündə qoyub, əri Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ünvanına ucadan nalayiq ifadələr işlətməklə və xidməti otaqda olan stulları aşırmaqla kifayətlənməyib, sonuncuların üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni onu sakitləşdirmək və aqressiv hərəkətlərdən çəkindirmək üçün intizama dəvət edən polis əməkdaşlarına məhəl qoymayaraq, özü Zərərçəkmiş şəxs2 və qrup üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 üzərinə qəfildən hücum edib, özü Zərərçəkmiş şəxs2 boğaz nahiyəsindən tutub sifətinə sillə ilə qəsdən bir neçə zərbə vuraraq ona sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sağ almacıq nahiyəsində sıyrıqdan ibarət, bu vaxt qrup üzvü Təqsirləndirilən şəxs1 isə yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə qəsdən zərbə vurub yerə yıxaraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sağ almacıq nahiyəsində əzilmiş yara və sağ gözaltı nahiyəsində qançırdan ibarət xəsarət yetirməklə təxminən 10-15 dəqiqə müddətində Lənkəran şəhər-rayon polis şöbəsinin normal iş fəaliyyətinin pozulması ilə bərabər bir qrup şəxs halında zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Allahveri oğlu və Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamda qismən, polis rəisinin kabinetində hörmətsizlik etməkdə özünü təqsirli bilirək göstərmişdir ki, başında şiş olduğu üçün insult keçirtmişdir. Qızı həmin gün “Amid” şadlıq sarayının 1-ci mərtəbəsində yerləşən otaqda dərs verən repetitorun yanında olmuşdur. Həmin gün ona kənd sakinlərindən kimsə zəng edərək bildirmişdir ki, onun qızını götürüb qaçırırdılar, onları gücnən saxlamışlar. Həmin hadisədən sonra onları Lənkəran rayon polis şöbəsinin rəisinin kabinetinə dəvət etmişlər. Ora daxil olduqdan sonra görmüşdür ki, sonradan adını bildiyi və sərxoş halda oturmuş vəziyyətdə olan zərərçəkmiş şəxs Mübariz ona baxaraq gülümsəyir. O buna dözməyərək ona hücum çəkib onu vurmuşdur. Bu zaman polis əməkdaşları onu Mübarizdən ayıraraq onu döyməyə başlamış və rəisin kabinetindən kənara çıxararaq kənar otağa aparıb orada da döyməkdə davam etmişlər. O onlara bildirmişdir ki, başından vurmasınlar, xəstədir. Döyülmə nəticəsində gözündən xəsarət almışdır. Orada olduğu zaman X15 briqadasını dəvət etmişlər. Onunla arvadını ayrı-ayrı otaqlarda, sutka yarım 2-ci mərtəbədə saxlamışlar. Polis əməkdaşları onun qızına da hədə-qorxu gələrək ona onu ata-anasından ayıracaqlarını, uşaq evinə verəcəklərini bildirmişlər, onun başını jurnalla vurmuşlar. O, həm polis əməkdaşlarının, həm də zərəçəkmiş şəxslərin hərəkətlərindən Azərbaycan Respublkasının bir çox orqanlarına, Azərbaycan Respublkasının Prezidentinə, Baş prokurora şikayətlər etmişdir. Onu polis şöbəsinin ikinci mərtəbəsində saxlamışlar. Zərəçəkmiş şəxslər ona bildirmişlər ki, onlardan bu hadisəyə görə 15000-25000 manat pul çıxmışdır. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, hadisədən sonra onları birbaşa polis rəisi qəbul etmiş, o, zərəçəkmiş şəxs Mübarizi əli ilə vurmuş və dırnağı sonuncunun üzünü çırmış, zərərçəkmiş şəxslər, ata və oğlul nömrəsiz avtomaşınla qızını qaçırmağa gəlmiş, insult keçirtdiyi üçün əsəbi olmuş, qızını qaçıran yerdə Fəmayıl Hüseynov, Şahid5 və s. kənd camaatı və qırmızı köynəkdə olan zərərçəkmiş şəxs Mübariz olmuş, sonradan bilmişdir ki, qızı, zərəçəkmiş şəxs Nahidlə “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə tanış olmuş, qızını qaçırmaq istəyən Nahidin anası və bacısı 20 gün müddətində onun qızı ilə telefon əlaqəsi saxlamış, zərəçəkmiş şəxs Mübarizi əvvəlcədən döyəcəkləri barədə arvadı ilə razılaşması olmamış, hirsindən özündə olmamışı və buna görə Mübarizi döymüş, qızının dindirlməsində iştirak etməmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. O, ondan şikayətçi və tələbkar deyil. Törətdiyi əməldən peşimandır. İbtidai istintaq zamanı isə göstərmişdir ki, o, ailə ilə birlikdə Lənkəran rayonu Vel kəndində yaşayır. Ailəlidir. Heç bir yerdə işləmir. Fəhləliklə məşqul olub ailəsini dolandırır. Evdə arvadı Təqsirləndirilən şəxs2 və iki uşağı ilə birlikdə yaşayır. Böyük uşağı Nuray Bağırova xx.xx.2011 -ci il təvəllüdlüdür və o Lənkəran rayonu Xolmili kənd orta məktəbin 8-ci sinfində oxuyur. X16 hər gün saat 08 radəiərində məktəbə gedir, həmin gün saat 13 radəiərində məktəbdən evə gəlir və həftənin bir neçə günü isə saat 15 radəiərində kənddə hazırlığa müəllimin yanına gedir. Saat 17 radəiərində evə gəlir. Təxminən 1 ay əvvəl insult keçirdiyi üçün müaşicə aldığından çox vaxt evdə olur. Belə ki, 08 oktyabr 2024-cü il tarixdə saat 15 radəiərində qızı Nuray kənddə müəllim yanına getmişdir. Arvadı Xeyrənisa və oğlu Nurlan evdə olmuşlar. Həmin gün saat 17 radəiərində xəstə olduğundan evdə uzanmışdır. Bu zaman telefonuna xatırlamadığı kənd sakinlərindən kimsə zəng edərək, tez küçəyə çıxsın evindən biraz aralıda kimsə qızı Nurayı zorla avtomobilə əyləşdirmək istəyir. O bunu eşidib dərhal küçəyə çıxdıqda görmüşdür ki, küçədə asfalt yolda çoxlu kənd sakinləri tanıdığı və tanımadığı adamlar vardır. Baxıb qızı Nuray qohumu Kəlamın avtomobilinə əyləşdirilmişdir. Həmin vaxt kənd sakinləri qara “Naz lifan ” markalı dövlət nömrə nişanı olmayan avtomobili saxlamışlar. Avtomobilin yanında qırmızı rəngli köynək geyinmiş oğlan və yanında iki nəfər tanımadığı şəxs vardır. Orda ona bildirmişlər ki, həmin şəxslər qızı Nurayı avtomobilə əyləşdirib zorla aparmaq istəmişlər, həmin vaxt kənd sakinləri avtomobilin qarşısını tutub qızını avtomobildən çıxartmışlar. O həmin şəxsləri tanımır. Həmin şəxslərin qızı Nurayı hansı məqsədlə və hara aparmaq istədiklərini bilməmişdir. Həmin vaxt xəstə olduğundan hüşu da başından çıxmışdı və çox hadisələri də xatırlamır. Kənd sakinləri onun xəstə olduğunu bilib və əsəbləşdiyini görüb onu yaxına buraxmamışlar. O dərhal 102 xidmətinə zəng etmişdir. Bir neçə kənd sakinləri həmin şəxsləri polis şöbəsinə gətirmişlər. O qızı Nuray və arvadı Xeyrənisa ilə birlikdə Lənkəran ŞRPŞ-nə gəlmişlər. Onları polis şöbəsində polis rəisin otağına gətirmişlər. O qızı Nuray və arvadı Xeyrənisa birlikdə rəisin otağına girib sağ tərəfdə dayanmılar. Rəis onlarala söhbət edib, onları dinləyəndən sonra rəisin otağından çıxmaq istəyəndə görmüşdür ki, həmin qırmızı rəngdə köynək geyinmiş kişi, yəni qızını qaçırmaq istəyən şəxs ayaqüstə dayanıb, yanında bir şəxsdə oturmuşdur. O bunu görüb əsəbləşmiş və həmin vaxt rəisin otağında həmin ayaq üstə dayanmış şəxsə hücum etmiş və yumruqla həmin şəxsin üzündən bir zərbə vurmuşdur. Həmin vaxt arvadı Xeyrənisa də, oturmuş vəziyyətdə olan şəxsin boğazından tutmuşdur. Bu zaman ora polislər gəlmişdir və onları ayırmağa çalışmışlar. O həmin vaxt əsəbləşdiyi üçün hirslərini cilovlaya bilməmiş və həmin şəxsi yenə döymək istəmişdir. Polislər onları sakitləşdirməyə çalışsalarda, o və arvadı Xeyrənisani otaqdan çıxarda bilmişlər. O həmin şəxsə bir yumruq zərbəsi vurmuş və polislər bunu görüb bunun qarşısını almışlar. Həmin dalaşma polis rəisinin otağında baş vermiş və həmin şəxsi vurduqdan sonra onun üz nahiyəsindən qan açılmışdır. Onu və arvadını otaqdan çıxartmışlar. Həmin münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir və ora çoxlu polis əməkdaşları gəlmişlər və onları aralayıb otaqdan çıxartmışlar. Həmin şəxs ona xəsarət yetirməmişdir. Çünki onu qəfildən vurmuş və polislər bunu görüb onu daha döyməyinə imkan verməmişlər. O həmin şəxsləri tanımır, onların hansı məqsədlə qızını qaçırmaq istədiklərini də bilmir. Qeyd edir ki, o əsəbləşdiyi üçün rəisin otağında həmin şəxsi vurmuşdur və buna görə etdiyi hərəkətlərindən peşman olmuşdur. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamda qismən təqsirli bilərək hadisənin əri, digər Təqsirləndirilən şəxs1 göstərdiyi kimi olduğunu bildirmişdir. Qızını qaçırmağa cəhd edilən gün özü hadisə yerinə gedib çata bilməmiş, əri oradan qayıdan zaman onu yoldan götürmüşdür. Onun, qızı ilə oğlanın telefon danışıqlarından xəbəri olmamışdılr. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə, polis şöbəsində baş vermiş, o, zərəçəkmiş şəxs Nahidin boğazından yapışmış, polislər onu Nahiddən ayırmış, polislər onun qızına hədə-qorxu gəlmiş, Nahidlə qızı arasında xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərdə telefon danışıqları olmuş, Nahid onun qızına demişdir ki, xəstədir, başında şiş vardır, onunla evlənməsə müharibəyə gedəcəkdir, Nahidin boğazından tutsa da, onu vurmamışdır. Hazırki vəziyyətdə o, etdiyi həmin əməlləri təkrarlamazdı. Zərəçəkmiş şəxslərlə münasibətləri pis olmuş, qızının dindirilməsində iştirak etməmişlər, onlardan pul istəmişlər, qardaşına zəng vurmuş, həmin pulu düzəldə bilməmiş, ondan sonra onlar bu barədə korrupsiya idarəsinə müraciət etmişlər. Halhazırda zərərçəkmiş şəxslə barışmışdır. O, ondan şikayətçi və tələbkar deyil. Törətdiyi əməldən peşimandır. İbtidai istintaq zamanı isə göstərmişdir ki, Lənkəran rayonu Vel kəndində həyat yoldaşı Təqsirləndirilən şəxs1 və 2 övladı ilə birlikdə yaşayır. Evdar qadındır. Heç yerdə işləmir. 08 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində xx.xx.2011 -ci il təvəllüdlü qızı X8 yaşadıqları evdən çıxıb hazırlığa getmək üçün qonşu Xolmili kəndinə doğru piyada getmişlər. Nuray saat 17 radələrində hazırlığı bitirib Xolmili kəndindən yaşadığı evə, Vel kəndinə doğru gələrkən tanımadığı bir nəfər yaşlı şəxs markasını və nömrə nişanını bilmədiyi avtomobildən düşüb qızı Nurayın qolundan tutaraq zorla avtomobilə mindirmiş, təxminən 150-200 metr getdikdən sonra kənd sakinlərindən tanıdığı, lakin adlarını bilmədiyi şəxslər bu hadisəni görüb həmin şəxsin avtomobilinin qarşısını kəsərək qızı Nurayı həmin şəxsin əlindən almış və bu barədə həyat yoldaşı Təqsirləndirilən şəxs1 telefonla məlumat vermişdir. Bundan sonra Sabit “102” xidmətinə məlumat vermiş və Nurayı evə gətirmişlər. Bundan sonra şikayət üçün Lənkəran ŞRPŞ-nə gəlmişlər. Şöbədə rəis onu, həyat yoldaşı Təqsirləndirilən şəxs1 və X16m otağında qəbul etmişlər. Onlar otağa girdikdə adlarını bilmədiyi həmin şəxslərin, oğlan və atası, bir nəfər də başqa şəxsin rəisin otağında oturduqlarını görmüşlər. Otaqda bir neçə nəfər polis əməkdaşları da olmuşdur. Rəis onlara baxıb “bu qızı qaçırmışlar” deyə soruşduqda və onlarda "bəli” deyə cavab vermişlər. Bu zaman rəisin otağında oturmuş həmin şəxslər gözlərənin içinə baxıb gülməyə başlamışlar. Buna görə həyat yoldaşı Təqsirləndirilən şəxs1 otaqda qızını qaçıran şəxsin, oğlanın atasının üzərinə hücum edib üz nahiyəsinə bir neçə zərbə vurmuşdur. O də oğlanın özünün üzərinə gedib ona bir neçə şillə zərbəsi vurmuşdur. Yanlarında olan polis əməkdaşları onları zorla ayırmağa çalışsalarda, lakin ayıra bilməmişlər. Nəhayət başqa polis əməkdaşları da içəri daxil olub onları ayıraraq çölə çıxarmışlar. Bildirir ki, hadisə zamanı heç bir xəsarət almamışdır. Lənkəran ŞRPŞ-də rəisin xidməti otağında həyat yoldaşı Təqsirləndirilən şəxs1 qızını qaçırmaq istəyən şəxsin, o isə həmin şəxsin oğlunun üzərinə hücum edib, Təqsirləndirilən şəxs1 yumruqla, o isə şillə ilə onlara bir neçə zərbə vurmuşdur, daha sonra polis əməkdaşları onları ayırmışlar. Məhkəmə qeyd edir ki, məhkəmənin xx.xx.2025-ci il tarixli ayrıca qərarı ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi özünün cinayəti etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşmədə protokolu, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, məhkəmə- tibbi ekspertizaların rəyləri və digər istintaq sənədləri ilə təsdiq edilərək sübuta yetirildiyini göstərsə də, məhkəmə təqsirləndirilən və zərəçəkmiş şəxslərin, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini dinləyib, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, ona istinad edilən cinayət əməlini törətməkdə onun təqsirliliyi sübuta yetirilmir və ona bəraət verilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixdə zərərçəkmiş şəxs qismində məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Oğlu Nahid “Tik-tok” sosial şəbəkəsində bir qızla tanış olaraq anasına demişdir ki, həmin qızın 17 yaşı var, qız ondan onu qaçırmağı xahiş edir. Bir gün görmüşdür ki, oğlu evdən çıxıb Lənkəran rayonuna getmişdir. O da bir taksi tutaraq onun ardınca Lənkəran rayonuna getmişdir. Lənkəran rayonuna gəldikdən sonra görmüşdür ki, oğlu bir qızla parkda gəzir. Sonra onlar gəlib onların gəldiyi taksi maşınında əyləşmişlər. O, qızadan adını və yaşını soruşmuş, sonuncu adının Nuray, yaşının isə 13 olduğunu demişdir. Bundan sonra o, həmin qızdan altomobildən düşməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, Lənkəran şəhərinə gəldikdən sonra arvadı ilə əlaqə saxlamış, sonuncu ona uşaqların parkda olduqlarını demişdir. Polis şöbəsində Sabit onu ymruqla vurmuş, nəticədə gözü partlamış və yerə yıxılmışdır. Həmin vaxt orada oğlu və polislər olmuşlar. Dəfələrlə o, təqsirləndilən şəxslərdən barışıq istəmiş, lakin onlar onunla barışmamışlar. Buna baxmayaraq o, onların günahlarından keçir. Qızın atası yəqin ki, qızına görə onu yumruqla vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ərizə təqdim edərək, Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini göstərib ona cəza təyin edilməməsini, sonrakı məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Bakı şəhəri Zirə qəsəbəsi Südçülük savxozu deyilən yaşayış massivində yaşayır. Əvvəllər məhkum edilməmişdir. Tikintidə usta işləyir. Evlidir və 5 uşağı vardır. Nahid böyük övladıdır. X18 tiktol sosial şəbəskəsində tanış olmuşdur. Onlar 3 aydır ki, danışırmışlar. Nahid qızı istəməsi barərdə arvadı Səadətə demişdir. O bunu eşitdikdən oğluna qapısına elçiliyə gedərik demişdir. Nahid ona qızın 17 yaşı olduğunu demişdir. Hətta qız anası tərəfindən incildildiyini, onu gəlib aparmasını demişdir. Buna görə Nahid ona qızın yaşadığı kəndə gedib qızı gətirmək istədiyini demişdir. 0 Nahidə buna görə Lənkərana getməməsini tapşırmışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nahid telefonda kiminləsə danışdığını görmüşdür. Hiss etmişdir ki, o qızla danışır. Sonra o evdən çıxıb getimişdir. Nahidin Lənkərana getmək istəməsindən şübhələnmişdir. Nahidə zəng etsə də ona cavab verməmişdir. O buna görə arvadı Səadətə zəng etmişdir. Saədətə bu barədə bildirmişdir. Sədaət Nahidə zəng etsə də Nahid telefona cavab verməmişdir. O bundan Narahat olub Nahidi bir neçə dəfə ard- arda zəng etmişdir. Nahid telefona cavab verdikdən sonra ona Lənkərana yola düşdüyünü demişdir. O da Nahidə niyə tək getmisən, birdən səni döyüb edərlər deyib onu gözləməsini deimşdir. Nahid isə ona artıq yol düşdüyünü bildirmişdir. O dərhal Korğlu metrosundan bir taksiyə əyləşib avtovağzala gedərkən adını sonrdan bildiyi Eyyub adlı takis sürücü ondan hara getdiyini soruşanda ona Lənkərana gedəcəyi demişdir. Oda istəsən səni apara bilərəm deyib 100 manata razılaşmışlar. O Lənkərana 17 radələrində gəlmişdir. Nahiddən harada olduğunu soruşduqda Nahid ona Lənkəranda Xolmili kəndinin adını demişdir. Sonra o taksi ilə Nahidin olduğu yerə gəlmişdir. Nahidin dediyi yerə gəldikdə onun Nurayla yol kənarında qalıb söhbət etdiyini görmüşdür. Sonra Nahid avtomobili onun yanına gəlməsi üçün ona işarə etmişdir. O sürücü ilə birlikdə maşınla onlara yaxınlaşmışlar. Nuray avtomobilə əyləşdikdən sonra Eyyub qızın azyaşlı olduğunu görüb avtomobili sürməmişdir. Eyyub avtomobilin qapısını açıb Nuraya ay qızım düş maşından demişdir. O da Nuraya gəlmək istəyirsən gəl, gəlmək istəmirsən düşüb getməsini demişdir. Lakin Nuray getmək istəməmmişdir. Bununla bağlı söhbət edərkən bir avtomobil gəlib yanlarında saxlamışdır. Həmin avtomobildən tanımadığı 3-4 nəfər cavan uşaqlar düşmüşdür. Onlara yaxınlaşmışlar. Onlara bu kənddə qız qaçırmağa gəlmisiniz dedikdə, onlara heç kəsi qaçırmadıqlarını demişdir. Qız özü onlara gəlib onu aparmaqlarını dediyii bildirmişdir. Sonra qızın atası ora gəlmişdir. Onlar bir avtomobilə əyləşib qızı oradan aparmışlar. Sonra o sürücü və oğlu bir kənd sakini ilə birlikdə polis şöbəsinə gəlmişlər. Onlar polis şöbəsinə gələnədək artıq qızın valideynləri 102-xidmətinə zəng etmişlər. Polis şöbəsində rəisi onları qəbul etmişdir. Onlardan qızı niyə qaçırmaq istədiklərini soruşanda qızı heç kəs zorla qaçırmaq kimi fikri olmadığını demişdir. Sonra otağa qızın özü və adını sonradan bildiyi atası Sabit və anası Xeyrənisa dəvət olunmuşdur. Rəis onlarla söhbət etdikdən sonra Sabit və arvadı qızı zorla qaçırmadığıqlarını bilmişlər. Bundan sonra polis rəisi polis əməkdaşına həmin şəxslərə çöldə gözləmələrinə tapşırıq vermişdir. Sabit otaqdan çıxarkən onu nalayiq küçə söyüşləri ilə söyməyə başlamışdır. O da Sabitə ayıbdır dedikdə, Sabit gözləmədiyi halda sifətimə yumruqla bir-neçə zərbə vurmuş, zərbənin təsirindən o arxası üstə gedərək əvvəlcə yanında olan stula dəyib sora yerə yıxılmışdır. Sabit onu yerdədə təpiklə vurmağa başlamışdır. Qadın isə həmin vaxt oğlu Nahidi döyməyə başlamışdır. Həmin vaxt otaqda olan polis əməkdaşları Sabitlə arvadını güclə onlardan ayırmışlar. Ora çoxlu polis əməkdaşlar toplaşmışdır. Buna baxmayaraq Sabit və arvadı yenə onu və oğluna söyüşlər söymülər. Onlar polis əməkdaşlarına məhəl qoymamışlar. Onlar Sabiti və arvadını güclə sakitləşdirmişlər. Sonra o və oğlu döyülməyi barədə polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Münaiqşə polis şöbəsində 10-15 dəqiqə ərzində baş vermişdir. Nə o Sabitə nədəki, oğlu Nahid həmin qadına heç bir xəsarət yetirməmişlər. O və oğlu Nahid Nuraya qarşı heç bir zor tədbiq etməmişlər. Nuray özü avtomobilə əyləşmişdir. xx.xx.2025-ci il tarixdə zərərçəkmiş şəxs qismində məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 Mübaiz oğlu göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, qızla Nahid “Tik-tok” sosial şəbəkəsində tanış olmuş, sonra Whatcapla yazışmışlar. Bir vaxtdan sonra həmin qız ona demişdir ki, onlsarın münasibətlərindən anasının xəbəri var, anası ona bildirmişdir ki, ya həmin münasibətlər barəsində atasına xəbər versin, ya da ki, özünü öldürsün. Buna görə də ürəyi dözməmişdir. Bundan sonra qız ona olduğu yerin konumunu atmış və o, həmin konumda göstərilmiş Lənkəran rayonundakı, Xolmili məktəbinə gəlmişdir. Qız dərsdən çıxdıqdan sonra onunla bir az gəzmiş, daha sonra atasının taksi avtomobilində ora gəldiyini görmüşdür. Daha sonra onları polis şöbəsinə aparmışlar. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, Sabit polis şöbəsində yumruqla iki dəfə atasının gözünün altından vurmuş, atasının ürəyi getmişdir. Xeyrənisə isə ona iki sillə vurmuşdur. Sonra polislər onları aytırmışdır. O, Xeyrənisəni bağışlayır. Daha sonra Zərərçəkmiş şəxs2 Mübaiz oğlu məhkəmə iclasında ərizə təqdim edərək, Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini göstərib ona cəza təyin edilməməsini, sonrakı məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 Mübaiz oğlu ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, valideynləri ilə birlikdə Bakı şəhəri Xəzər rayonun Zirə qəsəbəsi Südçülük savxozunda yaşayır. Əvvəllər məhkum edilməmişdir. Hərbi xidmətdən bu ilin aprel ayında qayıtmışdır. Rəsmi olaraq heç yerdə işləmir. Atası Zərərçəkmiş şəxs1 tikintidə usta işləyir. O da onunla arada bir fəfləliyə gedir. Anası Səadət isə Zirə qəsəbəsində pomidor istixanaların birində fəhlə işləyir. O Nurayla təxminən iki ay bundan öncə tik-tok sosial şəbəkəsində tanış olmuşdur. Bir müddət onunla yazışdıqdan sonra onunla aralarında sevgi münasibəti yaranmışdır. Onunla evlənmək fikrində olmuşdur. O bu barədə ilk öncə anasına demişdir. Anası isə maddi durumları ilə bağlı razılıq verməmişdir. Atasıda bundan sonra xəbər tutmuşdur. Ailə vəziyyəti ilə bağlı bilmişdir ki, Nurayın valideynləri evlənməyə icazə verməzlər. Nuray öz atasına məxsus mobil nömrədə anasının mobil telefonundan vatsap açaraq onunla əlaqə saxlayırmış. O Nuraya onunla evlənmək istədiyini, lakin ailəsi onu verməyəcyinidə bildirmişdir. Buna görə birlikdə qərara gələrək Lənkərana gəlib onu götürüb Bakı şəhərində yerləşən evinə aparsın. xx.xx.2024-cü il tarixdə səhər saatlarında evdə olarkən Nurayla danışmışdır. Ona Lənkərana gəlib onu aparacağını demişdir. Oda razılaşmışdır. O da yola düşmüşdür. O Lənkərana gedəndə atası ona zəng edərək onu Lənkərana getdiyini öyrənmişdir. Atası ona “Lənkərana tək getmə səni orada döyərlər və oda Lənkərana gəldiyini” bildirmişdir. O Bakıdan çıxıb saat 15 radələrində Nurayın dediyi yolla olduğu Xolmili kəndinə gəlmişdir. Nuray ona müəllim yanında olduğunu və gözləməyini saat 17 radələrində dərsdən çıxacağını demişdir. O kənddə qalıb onu dediyi yerdə gözləmişdir. Saat 17 radələrində kəndə olarkən atası ona zəng edərək Lənkəranda olduğunu demişdir. O da ona yerini demişdir. Nurayı dərsdən çıxdığını görmüşdür. Nuraya yaxınlamış bir qədər söhbət etmişlər. Sonra atası ora gəlmişdir. Ona maşını göstərmişdir. O da gəlməyə razı olduğunu demişdir. Atasına işarət etmişdir ki, maşını onların yanına sürsün. Maşın onların yanına gəlmişdir. Nurayda onunla gəlib maşına əyləşmişdir. Lakin taksi sürücüs Eyyub Nurayın yaşının az olduğunu bilib avtomobili sürməkdən imtian edərək Nuraya avtomobildən düşməsini bildirmişdir. O Nurayla tanış olarkən Nuray ona yaşının 17 olduğunu demişdir. Nurayla görüntülü danışarkən onun 13 yaşı olduğunu bilməmişdir. Həmçinin onu gördükdə də onun yaşı 17 yaşı olmasını güman etmişdir. Çünki Nuray dolu bədənli hündür boylu qızdır. Buna görə onun 17 yaşı olmasına inanmışdır. Onlar bu barədə söhbət edərkən ətrafdan kənd cammatı ora toplaşmışlar. Sonra Nurayın valideynləri xəbər alıb ora gəlmişlər. Bundan sonra polis şöbəsinə dəvət etmişlər. Çünki Nurayın valideynləri DlN-nin 102 xidmətinə zəng edib məlumat vermişlər. Polis şöbəsinin rəisi onarı qəbul edib dinlədikdən sonra ona baş verənləri atası ilə birlikdə danışmışlar. Onlar Nurayı zorla avtomobilə əyləşdirmədiklərini, və ona qarşı heç bir zor tədbiq etmədiklərini bildirmişlər. Sonra Nurayın özü valideynləri ilə birlikdə həmin otağa dəvət edilmişlər. Polis şöbəsinin rəisi onları dinlədikdən sonra onada hadisə barərdə danışmaqlarına bildirmişdir. O həmin vaxt Nurayı zorla qaçırmadıqlarnı, onunun Nurayla sevgi münasibətində olduğunu, həmin yerə Nurayın göstərişi ilə gəldiyini, bir gün öncə Nurayla aralaırn razılaşdıqlarını, hətta mobil telefonda Nurayla yazışdığını, bildirmişdir. Nurayın valideybləri onların Narayı zorla qaçırmadıqlarını bilmişlər. Sonra polis rəisi orada olan polis əməkdaşlarına onları otaqdan çıxarılmasına göstəriş vermişdir. Onlar otaqdanb çıxarkən Nurayın atası Sabit nalayiq söyüşləırlə onu və atasını təhqir etməyə başlamışdır. Atası ona ayıbdır dedikdə o atasının üzərinə hücum edib onun sifətinə yumruqla ard-arda bir neçə zərbə vurmuşdur. Zərbənin təsirindən atası yerə yıxılsada o yerdə də atasını vurmağa başlamışdır, atasını sifətindən qan açılmışdır. Nurayın anası isə Sabitlə eyni anda onu söyərək boğazından tutub sifətinə sillə vurmuşdur. Həmin vaxt polis əməkdaşlar onları tutub kənarlaşdırmışdır. Sabiti güclə çölə çıxartmışlar. Sabit koridaorda qalıb oların ünvanlarına nalayiq küçə söyüşlər söymüşdür. Ora toplaşan polis əməkdaşları onları sakitləşdirmək istəsələrdə onlara məhəl qoymayaraq öz əməllərinə davam etmişlər. Nəhayət polis əməkdaşları onları sakitləşdirdilər. O və atası döyülməyi barədə ərizə il müraciət etmişlər. Münaqişə 10-15 dəqiqə ərzində polis şöbəsində baş vermişdir. Münaqişə zamanı nə o nədə ki, atası Mübariz onlara heç bir xəsarət yetirməmişlər. Nə o nədəki atası Nuraya qarşı heç bir zor tədbir etməmişlər. Nuray özü avtomobilə əyləşmişdir. O Nurayla yalnız vatsap vasitəsi ilə görüntülü danışmışdır. Onunla heç vaxt görüşməmişdir. xx.xx.2025-ci il tarixdə şahid qismində dindirilmiş Şahid1 isamayıl oğlu məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Maştağa qəsəbəsində yaşamaqla taksi fəaliyyəti ilə məşğuldur. O, zərəçəkmiş şəxsləri əvvəllər tanımamışdır. Onlardan sonra atası olduğunu bildiyi şəxs ona yaxınlaşmış və onu avtovağzala aparmalarını xahiş etmişdir. O, bunun üçün ondan 08 manat xidmət haqqı istəsə də, sonuncu ilə 06 manata razılaşmışdır. Vağzala çatanda müştəri ona demişdir ki, qızı boşanmışdır, onu Lənkəran şəhərindən Bakıya gətirmək lazımdır. Buna görə də o, ondan onu Lənkəran rayonuna aparmağı xahiş etmişdir. O, xidmət haqqı kimi 120 manat müqabilində onu Lənkəran şəhərinə gətirmişdir. Lənkəran rayonuna gəlib onunla çayxanada çay içdikləri zaman, bir qızla oğlan gələrək onun avtomobilinə əyləşmişlər. Onun müştərisi həmin qızı göstərərk ona demişdir ki, həmin qız onun dızı deyil, gəlinidir. Bunu dedikdən sonra o üç dəfə həmin qızdan maşınını tərk etməyi xahiş etmiş, sonuncu onun avtomobilindən düşmək istəmədiyi üçün avtomobilini yerindən tərpətməmişdir. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, idtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Mü.tərisinin əynində qırmızı paltar var idi. Qız oğlanla 05-ə 15 dəqiqə qalmış görüşmüşdür. Polis şöbəsində dava-dalaş olduğu zaman o, həmin dalaşmanı görməmiş, lakin dalaşma səslərini eşitmişdir. O, ibtidai istintaq zamanı isə göstərmişdir ki, heç bir yerdə işləmir. Taksi fəaliyyəti ilə məşğul olur. İdarə etdiyi Naz-Lifan markalı, 90-TF- 366 dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. İİ qrup müharibə əlilidir. Həmin avtomobil də dövlət tərəfindən ona verilmişdir. O həmin avtomobili çox vaxtlar nömrəsiz idarə edir. Buna səbəb Bakı şəhərində veteranlara icazə verilib ki, avtobus zoalğı ilə hərəkət etsinlər. Əlillərə cərimə əyazılmasın deyə avtomobili nömrəsiz Bakı şəhərində idarə edir. 08 oktyabr 2024cü il tarixdə saat 10:30 radələrində idarə etdiyi avtomobilimlə Koroğlu metro stansiyasına sərnişin gətirmişdir. Koroğlu stansiyasında sərnişini avtomobildən düşürdəndən sonra bir kişi ona yaxınlaşıb demişdir ki, onu Bakı şəhəri Avtovağzalına aparsın və 5 manata razılaşmışlar. Avtovağzala çatandan sonra düşdü və ona Lənkərana getmək istədiyini dedi. Həmin kişinin adı səhv etmirəmsə Mübariz olmuşdur. Onu ilk dəfə idi ki, görmüşdür. Mübariz ona qızını Lənkərandan gətirmək istədiyni, Lənkərana onu hansı qiymətə aparacaığı soruşdu. O da Mübarizlə 120 manata razılaşdım. Onu Lənkərana gətirmişdir. Saat 16 radələrində Lənkərana çatmışlar. Mübariz yolda gələndə ona danışırdı ki, gedib qızını gətirmək istəyir. Onlar Lənkəranda tanımadığı kənddə gəlmişlər. Orada bir çayxanada əyləşib çay içmişlər. Çay içəndən sonra həmin kənddə olan Mübarizin oğlu gəlib onlara yaxınlaşmışdır. Mübariz ona gedib qızı gətirməsini demişdir. O da çayxanadan çıxıb və avtomobilə əyləşmişdir. Mübariz avtomobildə yatmışdır. Mübarizin oğlu yol kənarına çıxaraq bir qız onun yanına gəlmişdir. Mübarizin oğlu həmin qızla yol kənarında söhbət edib yeriməyə başlamışlar. O da Məndə avtomobildə Mübarizlə birlikdə gözləmişdir. Həmin qızın əlində bir qadın çantası olmuşdur. Həmin qızla oğlan gəlib avtomobilin arxa oturacağında əyləşmişlər. Qız avtomobilə əyləşib salam vermişdir. Mübariz ona avtomobili sürməsini demişdir. O avtomobili işə salıb yerindən tərpənərək asfaltın kənarı ilə yola çıxmağa başlayanda Mübariz birdən ona bu qız onun gəlinidir, onu qaçırıb evinə apardığını demişdir. O bunu eşidib avtomobili sürməyib yolun kənarın vermişdir. Sonra qız maşından düşməsini bildirmişdir. Qız isə ona düşmədiyini demişdir. O qızın yaşını soruşmamışdır. Amma azyaşlı qıza oxşadığını bilmişdir. Qız özü düşməmişdir. Oğlanda ağlayaraq qızı sevdiyini deyirdi. Qız da dedyirdi ki, oğlanı istəyir və onunla getmək istəyir. Mübarizdə ona sənin nəyinə lazım qız özü istəyirdə deyə onunla mübahisə edəndə, bu zaman bir Vaz 21011 markalı avtomobil onun qarşısında saxlamışdır. Avtomobili saxlayandan sonra avtomobildən 3 nəfər düşüb onlara yaxınlaşmışdır. Daha sonra bir neçə şəxslər də ora gəlmişlər. O avtomobildən düşüb qıza düşüb getmsini demişdir. Qız yenədə düşmək istəməmişdir. Hətta onlara yaxınlaşanların içərisində olan yaşlı kişidə qıza düşməsini bildirsədə qız düşməmişdir. Buna baxmayaraq həmin kişi qıza onun qohumu olduğunu deyib onu qolundna tutub öz maşınına əyləşdirmişdir. Orada heç bir mübahisə və dava-dalaş olmamışdır. Heç bir söyüş təhqir olmamışdır. Sonra avtomobili ilə birlikldə polis şöbəsinə gəlmişlər. Qeyd edir ki, Mübariz və oğlu ona deməmişləır ki, onlar qız qaçırmağa gəlmişlər. Əgər belə desəydilər o gəlməzdir. Qız avtomobilə əyləşəndən sonra bilmişdir ki, onu qaçırırmaq istəyirlər. O avtomoibili saxlamışdır ki, qız düşsün. O düşməmişdir. Onu da qeyd edir ki, Mübariz və oğlu qıza mane olmamışlar. Yəni qız özü düşməmişdir. Ancaq Mübariz dediyirdi ki, bax qız özü də düşümək istəmir sür gedək. Mübarizin oğlu da dedyirdi ki, sürsün. O görmüşdür ki, qız razıdır və bir az qabağa sürmüşdür. Onun bu işdə təqsiri yoxdur. O bilməmişdir ki, onlar qız qaçırmağa gəlmişlər. Həmdə qız özü gəlib avtomobilə əyləşib salam vermişdir. Onu məcburi olaraq avtomobilə əyləşdirməmişlər. Qızdan xahiş etsə də, o avtomobildən düşməmişdir. Polis şöbəsinə gəldik. Mən polis şöbəsində olarkən polis şöbəsinin rəisi Mübariz oğlu və qızın özünü və qızın validenlərini qəbul etmişdir. Həmin vaxt o isə polis şöbəsində dəhlizdə gözləmişdir. Birdən rəsisin otağının qapısı açılaraq qışqırqıq səsləri eşitmişdir. Bütün polislər ora toplaşmışlar. Həmin vaxt qızın atası adını sonradan bildiyi Sabit müştəri kimi gətirdiyi Mübarizi, Sabitin arvadı isə Mübarizin oğlunu döymüşdür. X17 özü maşına əyləşdi. Ona qarşı heç kəs zor tədbiq etməmişlər. O qızı avtomobildən özü düşəmsinə bir neçə dəfə təkid etsə də, düşməmişdir. xx.xx.2025-ci il tarixdə, şahid qismində Lənkəran ŞRPŞ-nin xidmət üzrə rəis müavini Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, təqsirləndirlən şəxslərlə zərərşəkmiş şəxsləri məlum hadisə ilə bağlı tanıyır. Xidməti otağında olduğu zaman Xolmili kəndində qızla əlaqədar baş vermiş hadisə ilə başlı söz-söhbət zamanı mabahisə baş vermiş, bu zaman zərəçəkmiş şəxs Nahid bildirmişdir ki, ölsə də qızdan əl çəkməyəcəkdir. Bundan sonra arxasında dayanmış Sabit Mübarizi yumruqla, Xeyrənisə isə sillə ilə Nahidi vurmuşlar. O, ibtidai istintaq zamanı isə göstərmişdir ki, vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Lənkəran rayonun Vel kənd sakini Təqsirləndirilən şəxs2 DİN-nin 102-xidmətinə zəng edərək 13 yaşlı qızı X5 tanımadığı şəxs tərəfindən qaçırılması barədə məlumat vermişdir. Bununla bağlı keçirilmiş tədbirlərlə məlum olmuşdur ki, Nuray X2 qaçırmaq istəmişdir. Buna görə Nuray Bağırovanın özü anası Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs1, şikayət olunan Nail Teymurov və atası Zərərçəkmiş şəxs1 polis şöbəsinə dəvət olunmuşlar. Məsələ ilə bağlı yuxarıda qeyd edilən şəxsləri ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov öz xidməti otağına qəbul etmişdir. O da həmin vaxt xidmətdə olan polis nəfərləri Şahid3 və Şahid4 qəbul çağırmışdır ki, tərəflər bir-birlərindən narazı olduğu üçün hər hansı bir qanuna zidd həkərtin qarşısı vaxtında alınsın. Şöbə rəisi tərəfləri dinlədikdən sonra ona İstintaq bölməsində həmin məsələ ilə bağlı araşdırma aparılmasına göstəriş vermişdir. Təqsirləndirilən şəxs1 və arvadı Xeyrənisa Bağırov qəbul vaxtı qarşı tərəfə hər hansı bir etirazlarını bildirməmişlər. Bundan sonra şikayətçi tərəf olan Təqsirləndirilən şəxs1 şöbə rəisinin otağından çıxarkən qəsdən heç bir səbəb olmadan Zərərçəkmiş şəxs1 yumruqla sifətinə bir neçə zərbə vuraraq ona xəsarət yetirmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs2 üzərinə hücum edərək ona sillə yumruqla vurmağa başlamışdır. Həmin vaxt polis nəfələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2m qarşı tərəfdən ayıraraq onları ikinci mərtəbə olan koridaiora çıxartmışlar. Təqsirləndirilən şəxs1 o və orada olan polis nəfərləri irad bildirmələrinə baxmayaraq o ucadan nalayiq söyüşlər söyməyə davam etmişdir. Bu zaman səsə şöbənin inzibati binasında xidməti otaqlarda olan bir neçə polis əməkdaşları ora toplaşmışlar. Sonra Sabiti bir təhər sakitləşdirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz hərəkətləri nəticəsində polis şöbəsinin rəisi otağında əşylar dağınıq hala düşmüş, şöbənin normal iş fəaliyyəti 10-15 dəqiqə müddətinə pozulmuşdur. Bununla bağlı tərəfindən raportla yazılmış, hadisə yerinin şəkilləri çəkilərək tərəfindən tərtib edilmiş akta əlavə etmişdir. xx.xx.2025-ci il tarixdə, şahid qismində Şahid3 məhkəmə iclasında ifadə verərək polis nəfəri Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Əlavə olaraq göstərmişdir ki, məlum hadisə ilə bağlı polis rəsinin otağında olmuşlar. İş istintaqçıya verilirdi. Birdən görmüşdür ki, Sabit Mübarizi yumruqla, Xeyrənisə isə sillə ilə Nahidi vurmuşlar. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. İfadəsi elan edilməklə tədqiq edilmiş şahid Lənkəran ŞRPŞ-nin PPXB-nün polis nəfəri X6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, polis serjantıdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Lənkəran ŞRPŞ-da polis serjantı Anar Cabbarzadı ilə birlikdə xidmətdə olarkən ŞRPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Şahid2 göstərişi ilə onları polis şöbbəsinin ikinci mərtəbəsində yerləşən rəisin otağının qarşısına çağırmışlar. O da həmin yerə gəlmişlər. Rəis müavini Şahid2la birlikdə rəisin xidməti otağına daxil olmuşlar. Fləmin vaxt otağın girişində sol tərəfdə adını sonradan bildiyi Mübariz və onun oğlu Nahid adlı şəxslər dayanmışlar. Rəis müavini İltifat Yusubov olis nəfəri Annar Cabbarzadəyə göstəriş verərək şöbənin birinci mərtəbəsinə düşüb qəbula çağırılan Sabit adlı şəxsi, oun arvadı Xeyrənsə və qızı Nurayı birlikdə rəsin otağına gətirsin. Anar Cababrzadə həmin şəxsləri otağa gətirmişdir. Polis şöbəsinin rəisi həmin şəxsləri dinlədikdən sonra rəis müavini Şahid2 bu işin araşdırılması üçün bu şəxsləri istintaq bölməsinə təqdim edilməsinə tapşırıq vermişdir. Qəbul bitdiyi üçün Şahid3 öndə Təqsirləndirilən şəxs1 və arvadı Xeyrənsə onun arxasında gedirmişlər. O isə onlardan arxadan çölə çıxmaq üçün addımlamışdır. Anar otaqdan çıxmaq üçün qapını açarkən gözləmədikləri halda Təqsirləndirilən şəxs1 otağın girişində dayanmış Mübarizi nalayiq küçə söyüşləri ilə söyərək yumruqla həmin şəxsi vurmağa başlamışdır. Zərbənin təsirindən Mübarizin sifətindən qan açılaraq ətrafa sıçranmışdır. Bundan başqa Sabitin arvadı X1 vurub yaxasından dartışdırmışdır. Sabit yerə yıxılmış vəziyyətdə olan Mübarizi təpiklə bir neçə zərbə vurmuşdur. O qadını ayıranda Anarda Sabiti kənara çəkib ayırmışdır. Onları bir təhər ikisinidə otaqdan çölə çıxartmışlar. Sabit Mübarizi döyüb xəsarət yetirməsi ilə kifayətlənməyib şöbənin koridorunda çıxdıqdan sonra ucadan nalayiq söyüşlər söyərək qışqır bağır salmışdır. O və Anar bura polis şöbəsidir, burada söyüş söymək olmaz deyə irad tutsalarda onlara məhəl qoymayaraq öz qanunsuz hərəkətlərinə davam etmişdir. Fləmin vaxt səsə polis şöbəsəsində işləyən bir neçə zabit ora toplaşmışlar. Sabiti bir təhər sakitləşdirmişlər. Münaqişə ümumlikdə 10-15 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs1 və həmçinin arvadı Xeyrənsə Bağırova münaqişə zamanı onlara qarşı heç bir zor təbbiq etməmişlıər. Həmçinin münaqişə zamanı tərəflərində onlara qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir. İfadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran rayonun Vel kəndində yaşayır. Təqsirləndirilən şəxs1 əmisinin kürəkənidir. Onunla bir kənddə yaşayır. Onunla arasında heç bir qərəzçiliyi və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində evdən çıxıb avtomobili ilə kənddə çayxanaya tərəf gedəndə görmüşdür ki, Sabit evinin qarşısında arvadı və qızı ilə birlikdə küçədə qalmışlar. Onlar narahat olduğunu hiss edib avtomobili saxlayıb nə baş verdiyini soruşanda, Sabit ona qızını qaçırmaq istədiklərini, o adamları polisə aparıblar onlarda polisə getmək istədiyini demişlər. O da həmin onları polis şöbəsinə gətirmişdir. Sabit arvadı Xeyrənisa və qızı Nuray birlikdə polis şöbəsinə daxil olmuşlar. O isə şöbənin birinci mərtəbəsində qalıb gözləmişdir. Birdən ikinci mərtəbədə münaqişə səsi eşidmişdir. Polis əməkdaşları otaqlaırndan çıxıb ora toplaşmışlar. O da yuxarı qalxanda görmüşdür ki, Sabit polis şöbəsinin rəsinin otağında olarkən şikayət etdiyi Mübariz adlı şəxsi, Xeyrənisa isə Mübarizin oğlu Nahidi döymüşdür. İfadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran rayonun Xolmili kəndində yaşayır. Təqsirləndirilən şəxs1 qonşu Vel kəndində yaşasada onunla münasibti yaxşıdır. Aralarınd heç bir qəsdi qərəzçilikləri yoxdur. O qəssablıqla məşüul olanda Sabit onun yanında fəhlə işləmşdir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, insult keçirdiyi üçün müalicə alır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində kənddə olarkən görmüşdür ki, Amin şadlıq sarayının qarşısından bir neçə şəxs toplaşmışdır. Əvvəl mübahisə baş verdiyini zənn etsədə, ora yaxınlaşnda görmüşdür ki, Sabitin qızı orada olan Naz Lifan markalı avtomobildə əyləşmişdr. Ona məlum olmuşdur ki, ora gələn Mübariz adlı şəxs oğlu Nahidlə birlikdə kəndə gəlib Sabitin qızı Nurayı Nahid evlənmək məqsədi ilə kənddən aparmaq istəmişdir. Buna görə kənd cammatı onun başına toplaşmışdır. Sabit ora gəib həmin şəxsləri döymək isəsədə onu qoymamışdır. O Sabitə izah etmişdir ki, öz başına heç nə etmə qayda var qanun var. Həmin vaxt Sabitin arvadı DİN-nin 102 xidmətinə zəng etdiyi polis şöbəsindən onları dəvət etmişlər. O kənddə gələn şəxslərin avtoobilinə əyləşib kəndə gələn Mübariz oğlu Nahid və sürücü Eyyub birlikdə ilə polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin ikinci mərtəbəsində koridorda olarkən polis şöbəsinin rəisi Sabiti arvadı və qızını həmçinin qarşı tərəfi öz otağında qəbul etmişdir. O isə koridorda gözləmişdir. Üstündən 5 dəqiqə sonra görmüşdür ki, rəisin qəbul otağında dava-dalaş qışqırıq səsləri gəlir. Bu zaman həmin otağın qapısı açıldı. Səsə ikinici mərtəbədə olan polislər ora toplaşmışdır. Həmin vaxt Sabit Mübarizi gözünü vurub pərtləşmişdir. Arvadı isə Mübrizin oğlunu döymüşdür. Polislər onu həmin şəxsdən aralaşdıra bilmirdilər. O otağa daxil olduqda görmüşdür ki, yer qan içindədir, əşyalar dağınıq vəziyyətdə idi. Mübarizin gözü partdamışdır. Polislər birtəhər Sabitlə arvadını sakitləşdirdilər. Həmin vaxt polis şöbəsində işləyən bir neçə polis əməkdaşlarının iş fəaliyyəti pozulmuşdur. Bildidir ki, həmin şəxslər Nuray Bağırovam zorla qaçırmamışlar. Həmin qız özü maşına könllü olaraq əyləşmişdir. Niahdın kənddə gəlməsini qız özü istəmişdir. Nurayın könüllü olaraq həmin avtomobilə əyləşməsini ondan başqa orada olan kənd sakinləri Kəlam, Təmahil və Azabala olmuşdur. Onlar hadisəyə şahiddirlər. İş materiallarında olan 09 oktyabr 2024-ci il tarixli, 968 saylı MTE-nin rəyindən görünürki, Zərərçəkmiş şəxs2 bədəni üzərində- sağ almacıq nahiyyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşya təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vuramayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan baxış protokolundan və fotocədvəllərdən görünür ki, hadisəsinin baş verdiyi yer ünvan 5 ünvanında yerləşən Lənkəran Şəhər Rayon Polis Şöbənini ikinci mərtəbəsində yerləşən yerdir. İş materiallarında olan Lənkəran rayonu, Şiləvar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş xasiyyətnamə və arayışdan görünür ki, təqsirləndirlən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla himayəsində xx.xx.2011-ci il təvəllüdlü Nuray və xx.xx.2016-cı il təvəllüdlü Nurlan adlı iki uşaqları var. İş materiallarına əlavə edilmiş “Medlsandiya Hospital”-ın USM-nin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 12 həftəlik hamilədir. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 əməlinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən bir qrup şəxs tərəfindən və ya təkrar ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törədilmə xuliqanlıq hesab edilir. Lakin, məhkəmə iclasında sübuta yetirildi ki, təqsirləndirlən şəxsin əməli xuliqanlıq motivindən deyil, zərərçəkmiş şəxslərin onun yetkinlik yaşına çatmayan qızının qaçırılması cəhdləri əsasında yaranmış intiqam hissindən irəli gəlmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu ... ilk növbədə, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin ictimai təhlükəliliyinin və onun tərkib əlamətlərinin nəzərdən keçirilməsini zəruri hesab edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməlin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Bu cinayətin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Qeyd olunmalıdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Nəzərə alınmalıdır ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Burada xüsusilə nəzərə alınmalıdır ki, oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında da əks olunmuşdur. Belə ki, həmin Qərarda vurğulanmışdır ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi təsirləndirlən şəxs əməlini Lənkəranşəhər-rayon polis şöbəsində törətsə də, onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyəti olmamış, o, intiqam hissi ilə zərəçəkmiş şəxsə qarşı zorakı hərəkət etmiş, bu əməl isə xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 3-cü bəndinə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərar). Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Belə ki, CPM-nin 139-cu maddəsinə görə cinayət təqibi üzrü icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: hadisəsinin baş vermə faktı və halları; təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi və s. Bütün yuxarıda göstərilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsində dəlalət etmir. Avropa İnsan Hüquqları Məhkəməsi “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə iş üzrə müəyyən olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olması barədə tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ bəndinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını, qanunvericiliyin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübut olunmur. Beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair əsas sənədlərdə, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikası CPM-nin 39.1, 39.2-ci maddələrinə görə şəxsin cinayət törədilməsinə aidiyyatı olmadıqda və ya təqsirlililiyi sübuta yetirilmədikdə cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 41.5-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır. Həmin Məcəllənin 42.1 və 42.1.4-ci maddələrinə görə məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə görə bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.1 və 350.2-ci maddələrinə görə məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Ona görə də qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirsiz hesab edilməli və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməli, Təqsirləndirilən şəxs2 bərasində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalı, bununla yanaşı onun əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün hökmün surəti Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nə göndərilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 intiqam hiss ilə Zərərçəkmiş şəxs2 boğaz nahiyəsindən tutub sifətinə sillə ilə bir neçə zərbə vuraraq ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Azərbaycan Respoublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulur. Beləliklə də, məhkəmə müəyyən edir ki, 08 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs2 həmin gün DİN-nin 102 xidməti əlaqə mərkəzinə yetkinlik yaşına çatmamış övladı X5 qaçırılması barədə verdiyi məlumat üzrə əri Təqsirləndirilən şəxs1 ilə birlikdə Lənkəran şəhər-rayon polis şöbəsinə dəvət olunub şöbənin 2-ci mərtəbəsində şöbə rəisi tərəfindən xidməti otağında şikayətlə bağlı əri Təqsirləndirilən şəxs1, övladı Nuray Bağırova, barəsində şikayət olunan Zərərçəkmiş şəxs2 və sonuncunun atası Zərərçəkmiş şəxs1 ilə birlikdə qəbul edilib məsələnin mahiyyəti aydınlaşdırıb xidməti otağı tərk edərkən intiqam hissi ilə Zərərçəkmiş şəxs2 üzərinə hücum edib, boğaz nahiyəsindən tutub sifətinə sillə ilə bir neçə zərbə vuraraq ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Təqsirləndirlən şəxs X5 intiqam hissi ilə başladığı hərəkət sonradan da ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdr. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş, müsadirə oluna bilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.2, 39.3, 41.5, 42.1, 42.1.4, 42.2.4, 346-350 və 384-385-ci maddələrini rəhbər tutub məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirsiz hesab edilsin və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs2 Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün hökmün surəti Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nə göndərilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar