Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-54/2023 10.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 15:40 xx xxxx 1997-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Lənkəran şəhəri, M.Ağayev küçəsi, ev 41 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, 02 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Lənkəran şəhəri, Ləvəngi dairəsi ərazisində tanışı Şahid4, 20 manat pul müqabilində öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, 4 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.330 qram, 0.424 qram, 0.182, 0.457 qram ümumi təmiz çəkisi - 1.393 qram tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eyni olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 20:45-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Lənkəran şəhəri, H.Abdullayev küçəsində saxlanılaraq şöbəyə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən həmin çəkidə və bükümlərdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, bir ildir narkotik vasitə olan heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitəni Lənkəran şəhər mərkəzi bazar ərazisində və Lənkəran şəhərinin müxtəlif yerlərində tanışı, Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yaşayan Şahid4 alır. Belə ki, 02 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri, Ləvəngi dairəsi ərazisində əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı, tanışı Şahid4 ilə rastlaşmış, onunla söhbət edən zaman Şahid4 narkotik maddə istəmiş və sonra da Şahid4 20 manat verib ondan dörd bükümdə narkotik maddə olan heroin almışdır. Aldığı bükümləri əynindəki şalvarının sol yan cibinə qoymuş və həmin gün saat təxminən 20 radələrində Lənkəran şəhəri, H.Abdullayev küçəsi ilə piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb şöbəyə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə avtomobillə polis şöbəsinə getmiş, dəvət edilmiş vəkilin iştirakı ilə orada videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən 4 bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Həmin bükümlərdə heroin olduğunu, ona məxsus olmaqla səhər saatlarında 20 manata alıb öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümlərdə olan heroinlər elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş və o, protokolu imzalamışdır. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşmançılıq hissi keçirdiyini və gənc olmasını nəzərə alıb yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat qrupu yaradılmış, qrupa Şahid1 rəhbərlik etmiş, o və PPXB-nin polis nəfəri Şahid3 qrupa daxil olmuşdur. Onlar 02 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, H.Abdullayev küçəsində piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə şöbəyə getməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və birlikdə şöbəyə getmişlər. Şöbənin inzibati binasında Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş dörd bükümdə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, zərflərə qoyulmuş və zərflərin üzəri möhürlə təsdiq olunaraq imza etmişlər. Şifahi sorğuda Təqsirləndirilən şəxs bir ildir narkotik vasitə heroindən istifadə etdiyini, şalvarının cibindən aşkar edilmiş bükümlərdə narkotik vasitə heroin olduğunu, həmin bükümləri səhər saatlarında Lənkəran şəhəri, Ləvəngi dairəsi ərazisində tanışı, Lənkəran şəhər sakini Şahid4 20 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Lənkəran şəhəri M.Ağayev küçəsi ev 41-də qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 02 sentyabr 2022-ci il tarixdə raportla ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 02 sentyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və PPXB-nün polis nəfəri, polis kiçik serjantı Şahid3 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 20:45 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri H.Abdullayev küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, polis serjantı Şahid3 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş dörd bükümdə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi təqribən 1,54 qram olmuşdur. Sonra heroinə bənzər həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzərini vəkil Bəhram Muxtarov və Təqsirləndirilən şəxs imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxsla şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən bir ildir ki, narkotik vasitə heroindən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 02 sentyabr 2022-ci il tarixdə Lənkəran şəhəri Ləvəngi dairəsi ərazisində tanışı, Lənkəran şəhər sakini X1 20 (iyirmi) manata aldığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs protokolu imzalarla təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 02 sentyabr 2022-ci il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarışın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və DVD diskdən görünür ki, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 4 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmiş, həmin bükümlərin özünə məxsus olmaqla istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni Lənkəran şəhəri, Ləvəngi dairəsi ərazisində Xəlil adlı şəxsdən hər biri 5 manat olmaqla 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin 03 sentyabr 2022-ci il tarixli, 19/924 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 (dörd) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.330 qram, 0.424 qram, 0.182 qram, 0.457 qram, ümumi təmiz çəkiləri - 1.393 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroindən 0.12 qramı tədqiqata sərf edilmişdir, qalıq çəkisi-1.273 qramdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin 20 sentyabr 2022-ci il tarixli, 19/948 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus 4 büküm heroin Rəy 19/924 ...” və Şahid4 məxsus 4 büküm heroin və 1 ədəd elektron tərəzi Rəy 19/921 ...” sözlər və imzalar olan iki ədəd zərfdəki, ümumi sayı 8 büküm olan heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmə ambulator-narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli, 920 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 08 sentyabr 2022-ci il tarixli, 747 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Lənkəran Rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Sübutların qiymətləndirilməsi haqqında 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə bir ədəd kağız paketdə, 4 ədəd bükümdə, xalis çəkisi 1,273 qram narkotik vasitə heroin (ilkin ümumi xalis çəkisi 1,393 qram) və şəxsi axtarışın görüntüləri olan DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə heroin saxlanması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Lənkəran ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Rəcəbov X3 şəhəri, M.Ağayev küçəsi, ev 41 A ünvanında qeydiyyatda olmaqla, valideynləri və qardaşı ilə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadəsinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzrədə tutulmuş əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gənc olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halla aşkar edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını, əldə etdiyi narkotik vasitənin miqdarını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.273 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının dəyəri olan 65 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.273 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-54/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-54/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver