Məhkəmə qərarları › İş №1(049)-54/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-54/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-54/2024 02.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X11 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Lənkəran şəhrində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 62 və 69.3-cü maddələri tətbiq edilməklə 03 il 05 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Aministiya qərarına 5-ci maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməyən, Lənkəran şəhəri, Nizami küçəsi ev 84, mənzil 16-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 02 aprel 2024-cü il tarixdə, saat 12.51-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, 2023-cü ilin iyun ayının əvvəlində tanışı Zərərçəkmiş şəxs1 xeyli miqdarda pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünə avtomobil almaq istəməsi barədə məlumatı sonuncudan aldıqdan sonra ona istədiyi 2017-ci il modelli “Hyundai Elantra” markalı avtomobilin qiymətinin yerli bazarda 26000 manata olduğunu bildirib, guya həmin markalı avtomobili xaricdən sifarişlə 20000 manata gətizdirəcəyinə dair yalan vəd verərək, Zərərçəkmiş şəxs1 özünə inandırıb etibarını qazanmış, sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2023-cü ilin iyun ayının əvvəlində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzildə xeyli miqdar təşkil edən 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini ondan qəbul etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 həmin məbləğdə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ilin iyun ayının ortalarında tanışı Zərərçəkmiş şəxs1 xeyli miqdarda pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs1 guya onun üçün xaricdən sifarış verdiyi 2017-ci il modelli “Hyundai Elantra” markalı avtomobili ölkə ərazisinə gətizdirdiyini və avtomobilin gömrükdə rəsmiləşdirilməsi, qeydiyyata alınması və dövlət nömrə nişanı ilə təmin edilməsinə 6000 manat məbləğində pul lazım olduğunu yalandan bildirib, həmin məbləğdə vəsaitlə qeyd olunan rüsumları ödədikdən sonra avtomobili ona təqdim edəcəyinə dair yalan vəd verərək, etibarını qazandığı Zərərçəkmiş şəxs1 yenidən özünə inandırmış, sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2023-cü ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzildə xeyli miqdar təşkil edən 6000 (altı min) manat məbləğində pul vəsaitini ondan qəbul etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 həmin məbləğdə əmlakını təkrar xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ilin iyun ayının ortalarında tanışı Zərərçəkmiş şəxs2 pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs2 guya arvadı X8 3000 manat pul müqabilində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına tibb bacısı vəzifəsinə işə qəbul edilməsinə köməklik edəcəyinə dair yalan vəd verərək, Zərərçəkmiş şəxs2 özünə inandırıb etibarını qazanmış, bundan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək əvvəlcədən razılaşdıqları kimi 21 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ilə Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən “Xəzər Palace” adlı restoranın qarşısında görüşüb, 3000 manat məbləğində pul vəsaitini ondan qəbul etməklə, etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 həmin məbləğdə əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə baxışı iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Bir onlayn proqramı vasitəsilə pul qazanmaq üçün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 2000-2000 manat olmaqla, hissə-hissə 02 il müddətində ümumilikdə 26000 manat pul almış, hər aldığı 2000 manata görə Nübara 300 manat əlavə pul vermiş, aldığı pullara görə ona ümumilikdə 28000 manat qaytarmışdır. Sonradan həmin proqram bağlanmış və Nübar pulları ondan geri istəmiş, onları qaytara bilmədiyinə görə, Nübar ondan güya avtomobil almaq üçün 26000 manat pul aldığı barədə polisə şikayət etmişdir. Daha sonra isə göstərdi ki, Nübar ona 2000 manat verdikdən sonra o, ona aldığı puldan gəlir olaraq 300 manat verib ardınca yenidən 2000 manat alırdı. Aldığı 26000 manat əvəzində 13 aya Nübara 3900 manat gəlir vermişdir. Nübarla sıx əlaqədə olduğundan ilk aldığı pul 500, sonra 1500, daha sonra isə mütəmadi olaraq 2000 manat almışdır. İndi isə ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmir. Polis şöbəsində hər ayın 05-də, azı 2000 manat olmaqla 26000 manat pulu Nübara qaytaracağı barədə xx.xx.2023cü il tarixli iltizamı özü yazmış və imzalamışdır. O, Nübara aldığı pulların gəlirlərini qaytarsa da, kökünü qaytara bilməmişdir. Nübarın telefonundakı avtomobillərin şəkillərini telefona atmamışdır. Əslində o dələduzluq etməmişdir. Sadəcə Nübardan borc almış, sonradan həmin borcu rəsmiləşdirmək üçün Notariat Kontoruna da getmişlər. Lakin, ortada borc aldığı pullar olmadığı üçün notarius borc müqaviləsini bağlamamışdır. Digər zərəçəkmiş şəxs, qonşusu olan Qəhraman Quluzadədən 3000 manat pulu sonuncunun arvadını xəstəxanaya, tibb bacısı vəzifəsinə işə düzəltmək üçün almış, lakin istəyi baş tutmamışdır. X7 vurduğu ziyanı tam olaraq ödəmiş, zərəçəkmiş şəxs onunla barışmış, ondan şikayətçi və tələbkar deyil, məhkəmədən onun bağışlanmasını xahiş etmişdir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq o, ibtidai istintaq zamanı göstərmişdir ki, ona elan olunuş ittihamla özümü qismən təqsirli bilir. Ali hərbi məktəbin informasiya texnologiyalar üzrə mühəndisliyi fakultəsinin bitirmişdir. Əvvəllər CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə 03 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda cəzasını çəkib tam qurtarmışdır. Rəsmi olaraq heç yerdə işləmir. Qəhraman Quluzadə onunla qonşu binada yaşasa da aralarında hər hansı bir münasibəti, heç bir qərəzçilik və düşmənçiliyi olmamışdır. 2023-cü ilin iyun ayında ev təmiri ilə məşqul olan dostu Elçin ona bildirmişdir ki, Qəhramanın evində işlədiyini, onunla söhbət əsnasında arvadını xəstəxanada işə düzəltmək istəyir. Ona həmin vaxt pul lazım olduğu üçün Elçinə Qəhramanı ona yönləndirməsini, onun işini düzüb qoşa biləcəyini demişdir. Elçin ondan dəqiq edə bilərsən dedikdə ona edə biləcəyini demişdir. X6 yaşadığı binanın qarşısında görüşdürmüşdür. O Qəhramanla söhbət edərək, Qəhraman ona arvadı tibbi kollecinin bitiridiyini, lakin işsiz olduğunu, onu Lənkəran RMX-da işə düzəltmək istədiyini demişdir. Ona həmin vaxt pul lazım olduğu üçün Qəhramana bu barədə maraqlandığını, xəstəxanada terapiya yerində tibb bacısı yeri boş olduğunu deyib, inandıraraq, bunun müqabilində 3000 manat alacağını demişdir. xx.xx.2023-cü il tarixdə o “Kapital bank”dan arvadı Əsmərin adına kredit götürüb həmin gün Elçinlə birlikdə onunla görüşmüşdür. O öz avtomobili ilə Qəhramanı yaşadığı məhəllədən onun işlədiyi “Xəzər palas”ın qarşısına gətirmişdir. Avtomobilində Qəhraman 3000 manatı ona Elçinin yanında sayıb vermişdir. O da Qəhramana narahat olma “Qurban” bayramından sonra Əsmərin işə çıxacağını demişdir. “Qurban” bayramında sonra Qəhraman ona zəng etsədə ona narahat olma həll olunacaq demişdir. Lakin sonra Nübar onun barəsində ondan aldığı 26000 manatı tələb etidyi üçün mobil telefonunu söndürüb Bakı şəhəri getmişdir. O Qəhramandan aldığı pulu instapover adlı oyuna yatızdırıb uduzmuşdur. Zərərçəkmiş şəxs1 onunla qonşuluqda yaşayır. O əvvəllər onu tanısa da onunla arasında münasibəti olmamışdır. Son iki ildir ki, aralarında münasibət vardır. Belə ki, həmin ərəfələrdə taksi fəaliyyəti ilə məşqul olmuş, Nubarı müştəri kimi bir neçə dəfə getdiyi yerlərə apardığı üçün aralarında münasibət yaranmışdır. Sonra sıx münasibət saxladığı üçün onlara get gəl etməyə başlamışdır. Nübar ona söhbət əsnasında 2022-ci ilin sonlarında özünə qiyməti 26000 manata, olan 2017-ci il model Hyundai Elentra markalı avtomobil almaq istədiyini demişdir. O Nübara narahat olma sənin üçün avtomobili xaricdən ucuz qiymətə gətizdirməyə köməklik edəcəyini demişdir. 2023-cü ilin əvvəllərində İnstpover adlı online proqrama pul qazanmaq üçün yatırım etmişdir. Lakin həmin ərəfələrdə proqram bağlandığı üçün pulları batmışdır. Buna görə o yenidən pul əldə edib oyun oynayıb pul qazanmaq üçün Nübardan 2023-cü ilin yanvar ayından 2023-cü ilin iyun ayına kimi ilk dəfə 500 manat məbləğində sonrakı vaxtlarda isə hər dəfə 2000 manatdan az olmayaraq və sayını dəqiq xatırlamadığı məbləğlərdə hissə-hissə pul almışdır. 2023-cü ilin iyun ayının ortalarında Nübar ondan avtomobil almaq üçün pulunu istədikdə ona narahat olma pullarını tez bir zamanda qaytaracağını desə də, iyul ayının əvvələrində telefonunu söndürüb Bakı şəhərinə getmişdir. Sonradan bilmişdir ki, Nübar onun barəsində polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O Nübardan aldığı pulların bir qismini onlayn oyunda uduzmuş bir qisminidə maddi ehtiyyacları üçün xərcləmişdir. Fikirləşmişdir ki, 6-7 aya işləyib pulu olduğu təqdirdə onun pulunu qaytara bilər. O tutulanadək Bakı şəhərində “Bolt” şirkətinin kompyuter mühəndisliyi vəzifəsində işləyib aylıq 2000 manat pul almışdır. Söz verirki, Nübarın və Qəhramanın etibarından sui istifadə edib onlardan aldığı pulları tez bir zamanda qaytaracaqdır. O Qəhrmandan aldığı puldan heç kəsə verməmiş, həmçinin kiminləsə əlbir olmamışdır. O Zərərçəkmiş şəxs1 və Qəhraman Quluzadədən başqa heç kəsə qarşı dələduzluq etməmişdir. O bu işi tək görmüş, bu işdə heç kimlə qabaqcadan əlbir olmamışdır. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı onun özünün qismən etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşmədə dindirmə protokolu və digər istintaq sənədləri ilə təsdiq olunur. Belə ki, xx.xx.2024-cü iol tarixdə məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, təqsirləndirlən şəxi tanıyır və avtomobil almaq istəmiş və buna göğrə pul toplamışdır. Bunu bilən təqsirləndirlən şəxs ona bildirmişdir ki, o, özü üçün avtomobil gətirmişdir. Buna görə də o, təqsirləndirlən şəxdən “Elantra” markalı avtomobilin onun üçün gətirilməsini xahiş etmişdir. Ad gününə az qalmış təqsirləndirlən şəxs ondan 20000 manat pul istəmiş, o da, həmin pulu ona vermiş və bildirmişdir ki, həmin pulun içərisində üşaqlarının inisiallarına uyğun nömrənin də alınması daxil olsun. Sonradan o, gətirəcək avtomobilə nömrə almaq adı ilə daha 6000 manat pul almışdır. Bir müddətdən sonra onun avtomobilində bir sənəd görmüş və təqsirləndirlən şəxs ona bildirmişdir ki, bu “Efe 10” avtomobilin sənədidir və tanışı üçün gətirmişdir. Lakin onun avtomobilini gətirməmişdir. Bir müddət gözlədikdən sonra sifariş etdiyi avtomobili gətirmədiyini görüb təqsirləndirlən şəxsdən polisə şikayət etmişdir. Sonra təqsirləndirlən şəxs barəsində axtarış elan edilmiş, tutulduqdan sonra ona söz vermişdir ki, ayda 2000 manat olmaqla pulunu qaytaracaqdır. Bundan sonra bilmişdir ki, təqsirləndirlən şəxs onun pulunu oyuna qoyub uduzmuşdur. Daha sonra bilmişdir ki, təqsirləndirilən şəxs istintaqdan yayınıb, qaçıb gizlənmişdir. Buna görə də bir daha ondan şikayət etmişdir.Telefonundan təqsirləndirlən şəxsin telefonuna istədiyi avtomobilin görüntülərini atmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə 2 dəfə teleqram ünvanlayaraq təqsirləndirlən şəxsin ibtidai istintaqda verdiyi ifadələrini dandığını göstərib şikayətçi olduğunu nəzərə alaraq təqsirləndirlən şəxsə ən ağır cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 analoji ifadəsini ibtidai istintaq zamanı verərək göstərmişdir ki, Lənkəran rayon mərkəzi xəstəxanasında tibb bacısı vəzifəsində işləyir. Subaydır. Himayəsində azyaşlı bir qız övladı vardır. Əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs iki ilə yaxındır ki, tanıyır. Adil onunla qonşuluqda yaşayır. Bundan başqa o taksi fəaliyyəti ilə məşqul olduğu üçün onu müştəri kimi istədiyi yerlərə aparmışdır. Buna görə aralarında münasibətləri yaranmışdır. Adil onlara get-gəl edirmiş. Adil bilirmiş ki, 26000 manatı, olduğunu özünə Hyundai Elentra markalı 2017-ci il buraxılışlı avtomobil almaq istədiyini demişdir. Adil ona narahat olma sənin üçün ucuz qiymətə 20000 manata xarici ölkədən avtomobil tapacağına dair söz verərək və hətta onu inandırmaq üçün özü üçündə BMV markalı avtomobil sifariş etdiyini bildirmişdir. Buna görə Adil 2023-cü ilin iyun ayının əvvəllərində yaşadığı evə gələrək 20000 manatı avtomobil gətirmək adı ilə ondan almışdır. Sonra 2023-cü ilin iyun ayının ortalarında Adil ona avtomobil artıq gəldiyini, gömrük və qeydiyyata salınması, və qeydiyyat nişanını əldə etmə xərclərinə pul lazım olduğunu deyərək ondan 6000 manatda almışdır. Lakin avtomobil gətirmədiyi üçün iyun ayının sonlarında ondan pulunu tələb etməyə başlamışdır. O da ona narahat olma deyib pulu tez bir zamanda qaytaracağına söz versədə 2023-cü ilin iyul ayında əvvəllərində telefonlarını söndürüb Bakı şəhərinə getmişdir. Adil ilə əlaqə saxlaya bilmədiyi üçün DİN-nin 102 xidmətinə məlumat verərək, polis şöbəsinə şikayət etmişdir. Xahiş etmişdir ki, Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçiridyi 26000 manatını ona qaytarılmasında köməklik edilsin. O Adilə pulu 2023-cü ilin iyun ayının əvvəllərində 20000 manatı yaşadığı evdə, iyun ayının ortalarında 6000 manatıda yaşadığı evdə vermişdir. Həmin vaxt orada tək olmuşlar. Təqsirləndirilən şəxs ifadəsində pulu ondan hissə-hissə alması barədə dedikləri yalandır. Adil qabaqcadan bilirmiş ki, özünə 26000 manat qiymətində Hyundai Elentra markalı avtomobil almaq istəyir. Hətta onda 26000 manat nağd pulu olduğunu qabaqcadan bilmişdir. O həmin pulu 4 ilə yığmışdır. O onunla birlikdə Turbo.az saytından avtomobillər axtarımışlar. Həmin şəkilləri təqdim edə bilər. O sadəcə onu aldadıb pulu ondan almaq üçün istədiyi avtomobili 20000 manat xaricdən gətizdirəcəyini demişdir. O da sevinmişdir ki, 6000 manat avtomobili ucuz alacaqdır. Hətta onu inandırmaq üçün özünə də avtomobil sifariş verdiyini deyərək bu işləri bacardığına inandırmışdır. Adil ondan 20000 manatı aldıqdan təxminən 10 gün sonra avtomobil artıq gəldiyini, gömürük işləri və qeydiyyat nömrə nişanı alınmasına 6000 manat lazım olduğunu demişdir. O da məcbur qalıb 6000 manatı ona vermişdir. Bir daha bildirir ki, Adilə pulu hissə-hissə verməmişdir. O pulu 20000 manatı verdikdən sonra 6000 manatda vermişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxs onun arvadını işə düzəltmək adı ilə ondan 3000 manat pul almış, lakin arvadını işə düzəltməyərək həmin 3000 manat pulu mənimsəmişdir. Təqsdirləndirlən şəxsin atası və qardaşı vurulmuş ziyanı hissə-hissə ödəyirlər. Təqsirləndirlən şəxsdən şikayətçi deyildir. X3 məhkəməyə ərizə verərək təqsirləndirlən şəxslə barışdığını, təqsirləndiirlən şəxsin ona vurduğu ziyanı ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Müstəntiq onu dindirdiyi zaman bildirmişdir ki, oğlu Adil bir xanımdan pul alıb qaytarmamışdır. Ondan 2-3 gün qabaq isə bir qadın ona bu barədə zəng vurmuşdur. Oğlu özündən böyük həmin qadınla yaxın münasibətlərdə olmuşdur. İbtidai istintaq zamanı isə o göstərmişdir ki, Təqsirləndirilən şəxs kiçik oğludur. O subaydır. Rəsmi olaraq heç bir yerdə işləmir. Adil onunla birlikdə yaşasada son 4-5 aydır ki, o Bakı şəhərində yaşayır. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Onunla arasında heç bir münasibəti və qərəzçiliyi olmamışdır. O sonradan bilmişdir ki, oğlu Adil həmin Nübar adlı qadınla iki ilə yaxındır ki, qeyri rəsmi münasibətdə yaşamışdır. O bunu bildikdən sonra Adili evdən qovmuşdur. O sonradan eşitmişdir ki, oğlu Adil Nübar adlı qadından 26000 manatı avtomobil almaq adı ilə pul aldığına görə Nübar ondan şikayət etmişdir. Ona bunu Nübar özü zəng edib demişdir. Lakin o bu barədə Adildən soruşduqda Adil ona həmin pulu Nübardan hiss-hissə alaraq instapover adlı oyuna yatızdırdığını demişdir. Lakin Nübar onda qalan 26000 manatını tələb etdiyi üçün onun barəsində şikayət etmişdir. Nübardan savayı oğlu Adil qonşuluqda yaşayan Qəhraman adlı şəxsdən arvadını işə düzəltmək adı ilə 3000 manatını alması barədə Qəhramandan və bu barədə Qəhramanın oğlu Adil barəsində polis şöbəsinə şikayət etdikdən sonra məlumatı olmuşdur. Bundan öncə bu məsələdən xəbəri olmamışdır. Belə ki, Qəhraman onunla yaşadığı məhəllədə görüşüb ona bildirmişdir ki, oğlu Adil ondan arvadını xəstəxanada işə düzəltmək üçün pul aldığını demişdir. O Qəhramana bu barədə xəbəri olmadığını demişdir. Adil hazırda Nübar adlı qadını aldatmasına görə həbsdədir. Ondan pulu necə olacağını dedikdə, o, Qəhramana bundan qabacadan xəbəri olmadığını və bunun ona aidiyyəti olmadığını demişdir. O Qəhramana Adil əgər həbsdən çıxarsa işləyib sənin pulunu qaytarcağını demişdir. Oğlu Adilin başqa kimləri aldatması barədə eşitməmişdir. Təqsirləndirilən şəxs özünə məxsus və yaxud adına heç bir əmlakı yoxdur. İş materiallarında olan üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun 26000 manat pulu hissə-hissə deyil, iki dəfəyə alaraq ələ keçirməklə ona qarşı dələduzluq etdiyini bildirmişdir. İşdə olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Babalı X9 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 62 və 69.3-cü maddələri tətbiq edilməklə 03 il 05 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Aministiya qərarına 5-ci maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılıb, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs ittiham oldunduğu cinayət törədərkən məhkumluğu ödənilməmişdir. İşdə olan zərəçəkmiş şəxs X1 Lənkəran ŞRPŞ-nə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək mənimsədiyi 3000 manat pulu Təqsirləndirilən şəxs atası Şahid2 ona tam olaraq ödəmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışıdır. İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli iltizamından görünür ki, o, hər ayın 05-i ən azı 2000 manat olmaqla zərərçəkmiş şəxsə vurduğu 26000 manat ziyanı ödəcəyini öhdəsinə götürmüşdür. İşdə olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə onun həbsdən azad olunması qərara alınmışdır. İşdə olan “Təqsirləndirlən şəxsin barəsində axtarış elan olunması və şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə onun tutulması qərara alınmışdır. İşdə olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00.30-da Bakı şəhəri Nizami rayonu ərazisində yaxalanaraq Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarix hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxslərin ifadə və ərizə, teleqramlarına, şahid ifadəsi, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək Zərərçəkmiş şəxs1 26000 manat pulu 2023-cü ilin əvvəllərindən başlayaraq ilk dəfə 500 manat, sonrakı vaxtlarda isə 1500-2000 manat civarında hissəhissə borc adı ilə aldığını göstərsə də, həmin xüsusat Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 2023-cü ilin iyun ayının əvvəllərində 20000 manat, 2023-cü ilin ortalarında isə 6000 manat alması, Zərərçəkmiş şəxs1 və şahid ifadələri, üzləşdirmə protokolları digər istintaq sənədləri ilə təkzib olunur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadələr vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməllərin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərdən X3 ilə barışmasını və CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində ona vurduğu ziyanın tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmaması, əvvələr də eyni cinayət əməli törətməsinə görə məhkum olunduğuna baxmayaraq islah olunmamasını, məhkumluğu olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş”həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanla bağlı mülki qaydada təqsirləndirilən şəxsə qarşı iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanıldığı müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 oktyabr 2023-cü il tarixdən hesablansın. Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanla bağlı mülki qaydada təqsirləndirilən şəxsə qarşı iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirlən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar