Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-55/2024 18.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Lənkəran rayonu Aşağı- Nüvədi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, Lənkəran rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.2, 177.2.3, 177.2.5-ci maddələri ilə təqsirli bilinib 02 il 09 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının çəkilməmiş hissəsi 01 il 06 ay 01 gün təşkil edən, məhkumluğu olan, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 18 aprel 2024-cü il tarixdə saat 17.24-də baxaraq, məhkəmə MÜƏYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 20 sentyabr 2023-cü il tarixdə Lənkəran şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) bükümdə təmiz çəkisi- 1,099 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 20 sentyabr 2023-cü il tarixdə, saat 20:00-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Lənkəran rayonu. Aşağı Nüvədi qəsəbəsində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən göstərilən çəkidə və sayda olan psixotrop maddə metamfetamin əynindəki şalvarın şalvarının sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Belə ki, o, ibtidai istintaq zamanı göstərmişdir ki, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Fərdi əməklə məşğul olur. 3 ildən çoxdur ki, "şüşə", yəni psixotrop maddə metamfetamindən istifadə edir. Tələbatına görə hər gün alıb qəbul edir. Həmin maddələri zərdə çəkmək yolu ilə qəbul edir. Narkotik vasitə aldığı şəxsləri üzdən tanısa da, adlarını və yaşadığı ünvanları bilmir. Narkotik vasitələrin və psxiotrop maddələrin satışı ilə məşğul olmamışdır. Çox vaxt Lənkəran şəhəri, ərazisində tamadığı həmin maddələrdən almışdır. Əvvəllər Azərbaycan Respublikası CM-nm 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.5-ci maddələri ilə məhkum olunmuşdur. 20 sentyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb, metamfetamin almaqdan ötrü Lənkəran şəhəri, Böyük bazar adlanan ərziyə getmişdir. Bu zaman həmin ərazidə əvvəllər də metamfetamin aldığı şəxsi küçədə görüb onunla salamlaşmış və ondan tələbatına görə təxminən bir qrama yaxın şüşə, yəni psixotrop metamfetmin satmasını istəmişdir. Bu zaman o, üzərindən 1 büküm çıxararaq təxminən bir qrama yaxın metamfetamin olduğunu bildirib, ona 10 manata satacağım bildirmişdir. O da cibindən 15 manat pulu çıxarıb ona verib 1 büküm metamfetamini almışdır. Sonra yaşadığı Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsinə gəlmişdir. Saat 20 radələrində aldığı metamfetamindən qəbul etmək üçün qəsəbə ərazisində olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb qolundan tutmuş və ona üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin gəzdirməsində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü şöbəyə dəvət etmişlər. Həmin vaxt, o, polis əməkdaşlarına tabe olmuş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona , hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra o, əynində olan şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən digər qanunla qadağan edilmiş predmet və ya əşya aşkar olunmamışdır. Aşkar olunmuş büküm elektron tərəzidə çəkildikdə, metamfetamin bükümünün ümumi çəkisinin 1,28 qram olması məlum olmuşdur. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış və üzərində o və müdafiəçisi tərəfindən imzalanmışdır. Həmin narkotik vasitələri istifadəsi üçün üzərində saxlasını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki,əməlindən peşmandır, üç uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi, cinayəti törətməsi özünün etiraf ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokolla, həmin istintaq hərəkətlərinin aparılmasının qeydə alındığı DVD diskdə olan videogörüntü ilə, götürülmüş maddi sübutla, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri ilə, əməliyyat tapşırığına verilmiş cavab raportu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran şəhər rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Belə ki, icraatına Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və gəzdirməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. Belə ki, Hacı Mirzyevi əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də, olmamışdır. 20 sentyabr 2023-cü il tarixdə, saat 20:00 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürüb, ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduğunu təqdim etmişlər. Hacı Mirzyevi üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələrin olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini vacibliyini bildirmiş və onu Lənkəran şəhər rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla razılaşaraq Lənkəran ŞRPŞ-ya gəlməyə razılaşmışdır. Polis şöbəsində olan inzibati otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da. əynində olmuş şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümə baxıldıqda bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər kütlənin çəkisi 1,28 qram olmuşdur. Şəxsi axtarış zamanı Mübariz Məhərrəmovun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənərək imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Mübariz Məhərrəmov üzərindən aşkar olunmuş narkotik vasitə olan metamfetamini saxlanlan günü Lənkəran şəhəri “Böyük Bazar" adlanan ərazidə olan zaman adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrdən istifədə etməsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da onun həmin maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmamış, onun üzərindən aşkar olunmuş narkotik vasitə metamfetamini üzdən tamıdığı, lakin adını bilmədiyi şəxsdən aldığını bildirsədə, keçirilmiş əməliyyat tədbirləri zamanı həmin şəxsin kimliyini müəyyən etmək mümkün olmamasını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid2 da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan 20 sentyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olmuş şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü təqdim etmiş və verilən şifahi suallara cavab olaraq təqdim etdiyi həmin 1 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri “Böyük Bazar” ərazisində tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə psixotrop maddə metamfetamin kütləsi elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu da. bir daha təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini sübut edir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının məhkəmə kimyəvi ekspertizasının 21 sentyabr 2023-cü il tarixli 19/884 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəoaln metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,099 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq çəkisi 1,049 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. İşdə olan 21 sentyabr 2023-cü il tarixli məhkəmə- narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxs - Lənkəran rayonu. Aşağı Nüvədi qəsəbəsində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi, daşınması ilə məşğul olması barədə əməliyyat aparatına əməliyyat məlumatları daxil olsa da, onun həmin maddələrin satışı ilə məşğul olması barədə məlumatları daxil olmaması göstərilmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetamini Lənkəran şəhəri, “Böyük Bazar” adlanan ərazidən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirsədə, keçirilmiş tədbirlər zamanı həmin vasitəni əldə etdiyi şəxsin kimliyini müəyyən etmək mümkün olmadığı, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilməsi göstərilmişdir. İşdə olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Səma Mirzəzadə adlı uşaq olmaqla yaşayış yeri üzrə mənfi xarakterizə olunur, barəsində nümayəndəliyə dəfələrlə yazılı və şifahi şikayətlər daxil olmuşdur. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarix olmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən, hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə Lənkəran Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 177.2.2,177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum və xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 177.2.2, 177.2.3, 177.2.5-ci maddələri ilə təqsirli bilinib 02 il 09 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və təyin edilmiş cəzasının 01 il 06 ay 01 gün çəkilməmiş cəzası qalmış, məhkumluğu ödənilməmişdir. İşdə olan Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 09 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 03 ay 25 gününü çəkmiş, 01 il 06 ay 01 gün çəkilməmiş cəzası qalmışdır. İşdə olan “Maddi sübut hesab edilməsi barədə” xx.xx.2023-cüq il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 1,099 qram olan psixotrop maddə metamfetamin və üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüsünü əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilmiş, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış -1,049 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videgörüntü cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə İşdə olan sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, təqsirləndirlən şəxs sonuncu dəfə CM-nin 177.2.2, 177.2.3, 177.2.5-ci maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmamışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhklumluğu ödənilmədiyi dövrdə o, hazırki cinayət əməlini törətmişdir. Buna görə də o, məhkumluğu olan şəxs hesab edilməlidir. Bununla yanaşı məhkumluğu dövründə hazırki cinayət əməlinin törətməsi cinayətin residivini yaratmır. Belə ki, Təqsirləndirilən şəxs təyin edilmiş əvvəlki cəza azadlıqdan məhrum etmə ilə əlaqədar olmadığından CM-nin 18.4.4-cü maddəsinə əsasən onun tərəfindən hazırki iş üzrə yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratmır. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, bu zaman Azərbaycan Respublikası CM-nin 67.1-cü maddəsinin tələbləri nəzərə alınmalı, CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən toksikomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 1,049 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 65 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü və 356cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş 02 il 09 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 06 ay 01 gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs toksikomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 1,049 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu andan, təqsirləndirlən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №1(049)-55/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-55/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver