Məhkəmə qərarları › İş №1(049)-56/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-56/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-56/2023 23.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, həmçinin müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, həmçinin müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxx 2005-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu, Viyən kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə qətimkan tədbiri» seçilmiş, Təqsirləndirilən şəxs1, xx xxxxx 2005-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə qətimkan tədbiri» seçilmiş, Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1977-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin 1(049)- 272/2022 №-li 03 noyabr 2022-ci il tarixli hökmünə əsasən 1 il 11 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzasını çəkməmiş, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2022-ci ilin mart ayının əvvəllərində, saat 01 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Lənkəran rayonu Gərmətük qəsəbəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək, həmin qəsəbədə yerləşən, Zərərçəkmiş şəxs məxsus olan, başqa saxıanc yeri hesab olunan bağa qapını açmaq yolu ilə qanunsuz daxil olaraq bağda olan bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 450 manat olan 45 ədəd “Lisidum”, bir ədədinin qiyməti 2 manat, ümumi qiyməti 20 manat olan 10 ədəd “Sarı emomes”, bir ədədinin qiyməti 20 manat, ümumi qiyməti 400 manat olan 20 ədəd “Sanseveriya”, bir ədədinin qiyməti 200 manat, ümumi qiyməti 9600 manat olan 48 ədəd “Sekas”, bir ədədinin qiyməti 60 manat, ümumi qiyməti 9600 manat olan 160 ədəd “Pixta”, bir ədədinin qiyməti 2 manat, ümumi qiyməti 80 manat olan 40 ədəd “Aleandro”, bir ədədinin qiyməti 5 manat, ümumi qiyməti 220 manat olan 44 ədəd Vaşinqton palması, bir ədədinin qiyməti 60 manat, ümumi qiyməti 660 manat olan 11 ədəd “Sitarəyi, bir ədədinin qiyməti 15 manat, ümumi qiyməti 75 manat olan 5 ədəd zanbaq, bir ədədinin qiyməti 5 manat, ümumi qiyməti 20 manat olan 4 ədəd “Mojivernik”, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 1014 manat olan 338 ədəd “Tuya” şitili, bir ədədinin qiyməti 70 manat, ümumi qiyməti 2660 manat olan 38 ədəd şah küknar, bir ədədinin qiyməti 50 manat, ümumi qiyməti 1000 manat olan 20 ədəd “Aqava”, bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 650 manat olan 65 ədəd “Kamelya”, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 300 manat olan 100 ədəd limonvari küknar, bir ədədinin qiyməti 20 manat, ümumi qiyməti 400 manat olan 20 ədəd qılıncgülü, bir ədədinin qiyməti 70 manat, ümumi qiyməti 7000 manat olan 100 ədəd “Tuya”, bir ədədinin qiyməti 80 manat, ümumi qiyməti 1600 manat olan 20 ədəd kiçik “Finik”, qiyməti 500 manat olan bir ədəd böyük “Finik”, bir ədədinin qiyməti 90 manat, ümumi qiyməti 3960 manat olan 44 ədəd xurma, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 54 manat olan 18 ədəd limon, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 6 manat olan 2 ədəd narıngi, bir ədədinin qiyməti 6 manat, ümumi qiyməti 300 manat olan 50 ədəd zeytun, qiyməti 3 manat olan bir ədəd feyxoa ağacı, bir ədədinin qiyməti 1 manat, ümumi qiyməti 1000 manat olan 1000 ədəd küknar şitili olmaqla Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 41572 (qırx bir min beş yüz yetmiş iki) manat qiymətində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdar ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin may ayının əvvəllərində, saat 19 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Lənkəran rayonu Gərmətük qəsəbəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək, həmin qəsəbədə yerləşən, Zərərçəkmiş şəxs məxsus olan, saxlanc yeri hesab edilən bağa qapını açmaq yolu ilə qanunsuz daxil olaraq vahid niyyətlə 2 dəfəyə, bağda olan, bir ədədinin qiyməti 200 manat, ümumi qiyməti 400 manat olan 2 ədəd “Sekas”, bir ədədinin qiyməti 15 manat, ümumi qiyməti 45 manat olan 3 ədəd “Sumaxı yasəməni” ağacı olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 445 (dörd yüz qırx beş) manat qiymətində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir Təqsirləndirilən şəxs2 2022-ci ilin mart ayının əvvəllərində, saat 01 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Lənkəran rayonu Gərmətük qəsəbəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək, həmin qəsəbədə yerləşən, Zərərçəkmiş şəxs məxsus olan bağa qapını açmaq yolu ilə qanunsuz daxil olaraq bağda olan bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 450 manat olan 45 ədəd “Lisidum”, bir ədədinin qiyməti 2 manat, ümumi qiyməti 20 manat olan 10 ədəd “Sarı emomes”, bir ədədinin qiyməti 20 manat, ümumi qiyməti 400 manat olan 20 ədəd “Sanseveriya”, bir ədədinin qiyməti 200 manat, ümumi qiyməti 9600 manat olan 48 ədəd “Sekas”, bir ədədinin qiyməti 60 manat, ümumi qiyməti 9600 manat olan 160 ədəd “Pixta”, bir ədədinin qiyməti 2 manat, ümumi qiyməti 80 manat olan 40 ədəd “Aleandro”, bir ədədinin qiyməti 5 manat, ümumi qiyməti 220 manat olan 44 ədəd Vaşinqton palması, bir ədədinin qiyməti 60 manat, ümumi qiyməti 660 manat olan 11 ədəd “Sitarəyi, bir ədədinin qiyməti 15 manat, ümumi qiyməti 75 manat olan 5 ədəd zanbaq, bir ədədinin qiyməti 5 manat, ümumi qiyməti 20 manat olan 4 ədəd “Mojivernik”, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 1014 manat olan 338 ədəd “Tuya” şitili, bir ədədinin qiyməti 70 manat, ümumi qiyməti 2660 manat olan 38 ədəd şah küknar, bir ədədinin qiyməti 50 manat, ümumi qiyməti 1000 manat olan 20 ədəd “Aqava”, bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 650 manat olan 65 ədəd “Kamelya”, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 300 manat olan 100 ədəd limonvari küknar, bir ədədinin qiyməti 20 manat, ümumi qiyməti 400 manat olan 20 ədəd qılıncgülü, bir ədədinin qiyməti 70 manat, ümumi qiyməti 7000 manat olan 100 ədəd “Tuya”, bir ədədinin qiyməti 80 manat, ümumi qiyməti 1600 manat olan 20 ədəd kiçik “Finik”, qiyməti 500 manat olan bir ədəd böyük “Finik”, bir ədədinin qiyməti 90 manat, ümumi qiyməti 3960 manat olan 44 ədəd xurma, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 54 manat olan 18 ədəd limon, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 6 manat olan 2 ədəd narıngi, bir ədədinin qiyməti 6 manat, ümumi qiyməti 300 manat olan 50 ədəd zeytun, qiyməti 3 manat olan bir ədəd feyxoa ağacı, bir ədədinin qiyməti 1 manat, ümumi qiyməti 1000 manat olan 1000 ədəd küknar şitili olmaqla Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 41572 (qırx bir min beş yüz yetmiş iki) manat qiymətində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdar ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin may ayının əvvəllərində, saat 19 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Lənkəran rayonu Gərmətük qəsəbəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək, həmin qəsəbədə yerləşən, Zərərçəkmiş şəxs məxsus olan, saxlanc yeri hesab edilən bağa qapını açmaq yolu ilə qanunsuz daxil olaraq vahid niyyətlə 2 dəfəyə, bağda olan, bir ədədinin qiyməti 200 manat, ümumi qiyməti 400 manat olan 2 ədəd “Sekas”, bir ədədinin qiyməti 15 manat, ümumi qiyməti 45 manat olan 3 ədəd “Sumaxı yasəməni” ağacı olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 445 (dörd yüz qırx beş) manat qiymətində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin iyun ayının əvvəllərində, saat 13 radələrində Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edərək Lənkəran rayonu Gərmətük qəsəbəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək, həmin qəsəbədə yerləşən, başqa saxlanc yeri hesab edilən, Zərərçəkmiş şəxs məxsus olan bağa qapını açmaq yolu ilə qanunsuz daxil olaraq bağda olan bir ədədinin qiyməti 20 manat, ümumi qiyməti 600 manat olan 30 ədəd “Sanseveriya” ağacı olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 600 (altı yüz) manat qiymətində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 2022-ci ilin mart ayının əvvəllərində, saat 01 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Lənkəran rayonu Gərmətük qəsəbəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək, həmin qəsəbədə yerləşən, Zərərçəkmiş şəxs məxsus olan bağa qapını açmaq yolu ilə qanunsuz daxil olaraq bağda olan bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 450 manat olan 45 ədəd “Lisidum”, bir ədədinin qiyməti 2 manat, ümumi qiyməti 20 manat olan 10 ədəd “Sarı emomes”, bir ədədinin qiyməti 20 manat, ümumi qiyməti 400 manat olan 20 ədəd “Sanseveriya”, bir ədədinin qiyməti 200 manat, ümumi qiyməti 9600 manat olan 48 ədəd “Sekas”, bir ədədinin qiyməti 60 manat, ümumi qiyməti 9600 manat olan 160 ədəd “Pixta”, bir ədədinin qiyməti 2 manat, ümumi qiyməti 80 manat olan 40 ədəd “Aleandro”, bir ədədinin qiyməti 5 manat, ümumi qiyməti 220 manat olan 44 ədəd Vaşinqton palması, bir ədədinin qiyməti 60 manat, ümumi qiyməti 660 manat olan 11 ədəd “Sitarəyi, bir ədədinin qiyməti 15 manat, ümumi qiyməti 75 manat olan 5 ədəd zanbaq, bir ədədinin qiyməti 5 manat, ümumi qiyməti 20 manat olan 4 ədəd “Mojivernik”, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 1014 manat olan 338 ədəd “Tuya” şitili, bir ədədinin qiyməti 70 manat, ümumi qiyməti 2660 manat olan 38 ədəd şah küknar, bir ədədinin qiyməti 50 manat, ümumi qiyməti 1000 manat olan 20 ədəd “Aqava”, bir ədədinin qiyməti 10 manat, ümumi qiyməti 650 manat olan 65 ədəd “Kamelya”, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 300 manat olan 100 ədəd limonvari küknar, bir ədədinin qiyməti 20 manat, ümumi qiyməti 400 manat olan 20 ədəd qılıncgülü, bir ədədinin qiyməti 70 manat, ümumi qiyməti 7000 manat olan 100 ədəd “Tuya”, bir ədədinin qiyməti 80 manat, ümumi qiyməti 1600 manat olan 20 ədəd kiçik “Finik”, qiyməti 500 manat olan bir ədəd böyük “Finik”, bir ədədinin qiyməti 90 manat, ümumi qiyməti 3960 manat olan 44 ədəd xurma, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 54 manat olan 18 ədəd limon, bir ədədinin qiyməti 3 manat, ümumi qiyməti 6 manat olan 2 ədəd narıngi, bir ədədinin qiyməti 6 manat, ümumi qiyməti 300 manat olan 50 ədəd zeytun, qiyməti 3 manat olan bir ədəd feyxoa ağacı, bir ədədinin qiyməti 1 manat, ümumi qiyməti 1000 manat olan 1000 ədəd küknar şitili olmaqla Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 41572 (qırx bir min beş yüz yetmiş iki) manat qiymətində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdar ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin iyun ayının əvvəllərində, saat 13 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edərək Lənkəran rayonu Gərmətük qəsəbəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək, həmin qəsəbədə yerləşən, Zərərçəkmiş şəxs məxsus olan bağa qapını açmaq yolu ilə qanunsuz daxil olaraq bağda olan bir ədədinin qiyməti 20 manat, ümumi qiyməti 600 manat olan 30 ədəd “Sanseveriya” ağacı olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 600 (altı yüz) manat qiymətində əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamlarla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Anası, təxminən, 18 aydır ki, Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən, Vüsal adlı şəxs məxsus olan bağda işləyir. Anası ona mənə məsləhət görmüşdür ki, həmin bağda işləsin. O da anasının təklifin qəbul etmişdir. Anası işə başlayandan, təxminən, 3-4 gün sonra o da həmin yerdə işləməyə başlamışdır. Orada ağac əkir, satılmalı olan ağacları çıxarıb dibçəkdə əkir, ağac daşıyır və lazım olan başqa işləri görürmüşlər. Orada ondan başqa şəxslər də işləmişdir. İşçilərin sayı işin yükü ilə müəyyən edilir, iş çox olan zaman başqa şəxslər də işə cəlb edilirmiş. Lakin bağın 7-8 nəfər daimi işçisi olmuş, onlardan biri o, biri də anası olmuşdur. Vüsal bağda olmayan zaman atası ora nəzarət edirmiş. Razılaşmalarına əsasən Vüsal gündəlik olaraq onlara 10 manat pul verirmiş. Lakin başqa bir yerdə, ya da uzaq yerdə ağac əkmək lazım olan zaman Vüsal onlara 20 manat pul verirmiş. Vüsal o işə başlayandan 3-4 ay sonra gündəlik verdiyi pulları yubatmağa başlamış, bəzən bir neçə gün pul vermir, sonra həmin günlərin pullarını birdəfəlik verirmiş. Onunla birlikdə orada Gərmətük qəsəbə sakini olan Elgün və Sütəmurdov kənd sakini olan Famil də işləyirmiş. Təxminən, mart ayının ortalarında, axşam vaxtı Famillə söhbət edən zaman Famil ona Vüsalın pullarını yubandırdığını demiş və Vüsalın bağında olan ağacları oğurlayaraq satsınlar və pullarını həmin yolla geri alsınlar. O, Familə ikisinin bu əməli etməklərinin təhlükəli olduğunu demiş və başqa şəxsləri də bu işə cəlb etməyi təklif etmişdir. Növbəti gün o və Famil Vüsalın bağında sürücü kimi işləyən, ağacları daşıyan Elgünlə danışmışlar. Elgünə Vüsalın bağında olan ağacları aparıb satmağı və bu yolla Vüsalın gecikdirdiyi pulları geri almağı təklif etmişlər. Həmin zaman heç birisində pul olmamışdır. Elgün onlarla razılaşmışdır. İlk dəfə 2022-ci ilin mart ayının əvvəllərində, axşam radələrində üçü bağa girmişlər. Düşüncələri gecə oğurlayacaqları ağacları ayırmaq olmuşdur. Növbə ilə biri ətrafda kiminsə gəlib-gəlmədiyinə nəzarət edir, digərləri isə ağacları ayırıb bağda heçkəsin görə bilməyəcəyi yerə qoyurmuşlar. Ağacların bir hissəsi kökündən çıxarılmış, bir hissəsi isə dibçəkdə olmuşdur. Həmin zaman, təxminən, 5-6 ağac ayıra bilmişlər. Çünki kiminsə görə biləcəyindən qorxmuşlar. Sonra isə evlərinə getmişlər. Gecə saat 01 radələrində Famil mənə ona etmiş və evdən çıxıb iş yerinə gəlməyini demişdir. O da evdən çıxıb piyada iş yerinə gəlmişdir. Bağın iki girişi var, əsas giriş ön girişdir. Arxa qapı isə taxta qapıdır və məftil ilə bağlanır, orada, demək olar ki, nəzarətçi olmur, işıq da həmin yerə düşmür. O gələn zaman Elgün və Famil orda olmuşlar. Birlikdə bağa girmiş, əllərinə keçən ağacları dibçəklərlə birlikdə küçəyə - taxta qapının qarşısına daşımışlar. Sonra isə Elgün maşını qapının qarşısına gətirmiş, həmin ağacları maşına yükləmişlər. Elgün maşının yük hissəsində ağacları qəbul etmiş, o və Famil də yükləmişdir. Yükləmə qurtarmış, o evə gedəcəyini demişdir. Famil və Elgün ona getməyini və qalan işi özləri həll edəcəklərini demişlər. Hadisədən, təxminən, 5 gün sonra Famillə görüşmüş, Famil ona ağacları satdığını, lakin pulunun hələ verilmədiyini, evdən pul aldığını demiş və 100 manat pul vermişdir. Həmin gündən, təxminən, 3-4 gün sonra Famil onunla görüşərək ona 40 manat pul vermişdir. Bu zaman o, Famildən ağacları özü üçün alıb-almadığını soruşmuşdur. Famil ona özü üçün almadığını demişdir. Həmin gündən, təxminən, 5-6 gün sonra Famillə əlaqə saxlamış, ağacların pulunu hələ də vermədiyini və evinə gələcəyini demiş, pulun ona verməsini istəmişdir. Famil də ona etiraz etməmişdir. O Familin qapısının qarşısına çatan zaman ona zəng etmişdir. Famil onu həyətə dəvət etmiş və oğurladığı ağacları göstərmişdir. O, Familə ağacları özü üçün saxlamağını ona deməməsinin səbəbini soruşmuş, Famil də heçkəsin bilməsini istəmədiyini demişdir. Famildən həmin gün 40 manat pul almışdır. Həmin gündən, təxminən, 15 gün sonra, aprel ayının əvvəllərində ikinci oğurluq əməlini törətmişlər. Elgün Lənkəran rayonu Şilim kəndində yerləşən “Səfalı” restoranı çalışdıran Ərəstun adlı şəxsin restoranı üçün ağac istədiyini demişdir. Həmin zaman ciblərində pul olmamış, bu səbəbdən də Ərəstunun istədiyi ağacları onun üçün aparmaq qərarına gəlmişlər. Sonra isə Elgün Ərəstuna zəng etmişdir, çünki Elgün Ərəstunu tanıyır, Ərəstun da onların Vüsalın işçisi olduqlarını bilir. Elgün Ərəstuna bir ağacı 25 manatdan verəcəyini demiş, Ərəstun da razılaşmışdır. Növbəti gün axşam saatlarında o və Elgün bağa gəlmişlər. Bağda onlardan başqa heçkəs olmamışdır. Bağa daxil olub 19 radələrində iki ədəd dibçəkdə olan “Sekas” adlı ağacı götürüb əsas qapının qarşısına gətirmişlər. Elgün maşını arxaya vermiş, ağacları maşının yük hissəsinə yükləmiş və restorana aparmışlar. Ağacları təhvil verəndən sonra Ərəstun onlara 50 manat pul vermişdir. Növbəti gün Elgün ona Ərəstunun yenə də ağac istədiyini demişdir. O Elgündən nə etməli olduqlarını soruşmuş, həmin zaman heç birisinin üzərində pul və siqaret olmamış, Vüsal onlara ödəniş vermir, ya da ödənişi gecikdirirmiş. Bu səbəbdən də Elgünlə razılığa gəlmşilər ki, ağac götürüb Ərəstunun çalışdırdığı “Səfalı” adlı restorana aparıb Ərəstuna satsınlar. Axşam radələri olan zaman qapını açmaq yolu ilə bağa daxil olmuş, Elgün maşını bağın əsas giriş qapısının qarşısına vermiş, o da üç ədəd “Sumaxı yasəməni” ağacını qapının qarşısına çıxarıb maşına yükləmişdir. Daha sonra isə maşına əyləşərək Ərəstunun restoranına gəlmişlər. Ağacları Elgünlə birlikdə maşının yük yerindən boşaltmış, Ərəstunun pulu həmin gün, yoxsa növbəti gün verdiyi dəqiq yadımda qalmamışdır, lakin hər ağac üçün 25 manat vermişdir. Ağacları təhvil verdikdən sonra isə ordan çıxmışlar. 2022-ci ilin may ayının əvvəlləri Famil ona tanışının ağac istədiyini demiş və etdi ki, bağa girib bağdan 4 ədəd “Aleandro” adlı dekorativ ağacı götürüb satmağı təklif etmişdir. Həmin zaman heç birisində pul olmamış, o, Famillə razılaşmışdır. Famil ona taksi lazım olduğunu demişdir. O da bir neçə dəfə taksi sürücüsü kimi xidmətindən istifadə etdiyi, adını xatırlamadığı, telefonda “taksi sürücüsü” kimi qeyd etdiyi şəxsə zəng edərək həmin şəxsdən bağa gəlməsini istəmişdir. Həmin şəxs bağın girişi qapısına gəlmişdir. Ağacları onun maşınının yük hissəsinə yerləşdirmiş, Famil öz telefonunu ona verərək son zəng edilən nömrə ilə əlaqə saxlamağını və ünvanı dəqiq olaraq həmin şəxsin ona deyəcəyini bildirmişdir. Onlar yola düşmüşlər, Lənkəran şəhər ərazisinə çatan zaman o, həmin nömrəyə zəng etmiş, həmin şəxs ona gələcəyi ünvanı demişdir. Ünvanı dəqiq xatırlamır, çünki Lənkəran şəhərini yaxşı tanımır. Yadında qalan qədərilə yolun bir tərəfində işıqfor, işıqforun yanında da məsçid olmuşdur. Dörd ədəd ağacı həmin yerin yaxınlığında yerləşən bir mağazanın qarşısına aparmışlar. Maşından düşüb yük hissəsində olan ağacları mağazanın qarşısında boşaltmışdır. Ağacları təhvil verdiyim şəxs ona 40 manat pul vermişdir. O maşına əyləşərək bağa qayıtmış, həmin 40 manat puldan taksinin pulunu ödəmiş, qalan pulu Familə vermişdir. Famil ordan 20 manat götürüb qalan pulu ona qaytarmışdır. 2022-ci ilin mart ayında, ilk dəfə Famil və Elgünlə birlikdə oğurluq edən zaman bağdan 45 ədəd “Lisidium”, 10 ədəd sarı “Emomes”, 20 ədəd “Sanseveriya”, 48 ədəd “Sekas”, 160 ədəd “Pixta”, 40 ədəd “Aleandro”, 44 ədəd Vaşinqton palması, 11 ədəd “Sitarəyi”, 5 ədəd zanbaq, 4 ədəd “Mojivernik”, 338 ədəd “Tuya” şitili, 38 ədəd şah küknar, 20 ədəd “Aqava”, 65 ədəd “Kamelya”, 100 ədəd limonvari küknar, 20 ədəd qılıncgülü, 100 ədəd “tuya”, 20 ədəd kiçik “Finik”, 1 ədəd böyülk “Finik”, 44 ədəd xurma, 18 ədəd limon, 1 ədəd feyxoa, 2 ədəd naringi, 1000 ədəd küknar şitili oğurlamışlar. Ərəstun adlı şəxsin restoranına Elgünlə ilk dəfə 2 ədəd “Sekas”, sonra isə 3 ədəd “Sumaxı yasəməni” adlı ağacları oğurlayıb aparmışlar. Ərəstun adlı şəxs onların ağacları oğurlayaraq onun restoranına apardığını bilməmişdir. Üçüncü oğurluq zamanı Famillə birlikdə 4 ədəd “Aleandro” ağacını oğurlamışlar. Təqsirləndirilən şəxs1 son sözündə əməlindən səmimi peşiman olmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlarla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Gərmətük qəsəbəsində anası ilə birlikdə yaşayır. O, Vüsalı uzun müddət, təxminən, 7 ildir ki, tanıyır. Vüsalın bağı olmamışdan əvvəl o həmişə Vüsalın yanında olmuş, ona köməklik etmişdir. Vüsal bağ işinə başlayandan sonra da onun yanında olmuşdur. İlk zamanlar o ağacları maşına yükləyir, digər işlərdə Vüsala kömək edirmiş. 1 ilə yaxın bir müddətdir ki, Vüsalın bağ işlərində istifadə etdiyi “Qazel” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir. Maşının açarı bəzən onda, bəzən də bağda olur. Açar onda olan zaman maşını da özü ilə evə aparır. Vüsal bağ işinə başlayandan Lənkəran rayonu Viyən kəndindən Famil, Sütəmurdov kəndindən Famil də orada işləyir. Onlarla yaxşı münasibətləri olub. Təxminən, 2022-ci ilin mart ayının əvvəllərində Famil ona yaxınlaşıb Vüsalın onların pulunu vaxtlı-vaxtında ödəmədiyi üçün bağdan bir neçə ağac oğurlayıb satmaq, beləliklə cibxərcliyi əldə etmək istədiklərini bildirmişdir. Hər iki Famil ona də bunu təklif etmiş, onun da həmin zaman pulu olmadığı üçün onların təklifini qəbul etmişdir. Həmin gün, gecə saat 01 radələrində Famil taksi ilə evindən gəlmiş və artıq vaxt olduğunu, ağacları aparmalı olduqlarını demişdir. Həmin vaxt Vüsalın maşının açarı onda olmuşdur. O, yük maşını bağın giriş qapısına yaxınlaşdırmış, onlar isə ağacları bağın içərisindən qapının qarşısına çıxarıb maşına yükləməyə başlamışlar. Yükləyib qurtarandan sonra Təqsirləndirilən şəxs1 bağda qalmış, onlar isə yola düşmüşlər. Ağacları Təqsirləndirilən şəxs3 Sütəmurdov kəndində yerləşən evinin həyətinə aparıb orada saxlamışdır. Bir neçə gün sonra Famil o və digər Familə yadında qalmadığı qədər pul vermişdir. 2022-ci ilin aprel ayında Lənkəran rayonu Şilim kəndində yerləşən “Səfalı” restoranını çalışdıran, çoxdan tanıdığı Ərərstun adlı şəxs öz şəriki ilə birlikdə bağa gəlmiş, Vüsal həmin zaman İİR-ə ağac və gül gətirməyə getmişdir. Ərəstun ağaclara baxmış, özünə iki ədəd “Sekas” növlü ağacın lazım olduğunu demişdir. O da Ərəstuna istədiyi ağacları göstərmişdir. Ərəstun ağacları seçmiş və çıxıb getmişdir. O Viyən kənd sakini olan Famillə əlaqə saxlamış, Familə Ərəstunun ağac istədiyini demiş və bağdan iki ədəd “Sekas” ağacını götürüb maşına yükləyək restorana aparmağı təklif etmişdir. Famil də onunla razılaşmışdır. Axşam saat 19 radələrində bağa qapını açaraq daxil olmuşlar. İki ədəd “Sekas” ağacını götürüb maşına qoymuş və aparmışlar. Restorana çatdıqdan sonra maşından düşüb ağacları boşaltmışlar. Ərəstun onlara 50 manat pul vermişdir. Sonra isə yenə Ərəstun ağac istədiyini demiş, o bu barədə Təqsirləndirilən şəxs1 demişdir. Həmin zaman ikisndə də pul olmamışdır. Familə ağacları götürüb aparmağı, pulu da iki yerə bölməyi təklif etmiş, sonuncu da razılaşmışdır. Axşam radələrində yenə bağa daxil olmuş, üç ədəd “Sumaxı yasəməni” adlı ağacı aparıb restoranın həyətində qoymuşlar. Ərəstun yadında qalmadığı qədər pul vermiş, pulu iki yerə bölmüşlər. 2022-ci ilin iyun aynda Təqsirləndirilən şəxs3 ona Lənkəran rayonu Gərmətük qəsəbə sakini, əvvəllər bir neçə həyətinə Vüsalın dediyi ağacları apardıqları Səbiyyənin həyəti üçün “Sanseveriya” ağacı lazım olduğunu demiş, bağa daxil olub ağacları götürməyi və Səbiyyənin bağına aparmağı təklif etmişdir. O da Səbiyyənin təklifini qəbul etmişdir. Saat, təxminən, 13 radələrində bağa daxil olmuş, 30 ədəd ağacı onun idarə etdiyi maşına yükləyib Familgilin həyətinə aparmışlar. Sonra isə şəhərə getmiş, axşama yaxın qayıdan zaman həmin ağacları Familgilin həyətidən götürüb taksiyə qoymuş, Səbiyənin evinə aparıb ona təhvil vermiş, Famil isə gəlməmişdir. Növbəti gün Famil ona zəng etmiş, ona pul lazım olduğunu demiş və onu Şahabgilə göndərərək pulu almağını istəmişdir. O da həmin evə getmiş, Şahabın anası Səbiyə ona 57 manat pul vermişdir. O da Taksi ilə Familin evinə getmiş, taksi sürücüsünə 5 manat pul vermiş, qalan 52 manatı Familin özünə vermiş, həmin işdən ona pul qalmamışdır. İlki faktda bağdan 45 ədəd “Lisidium”, 10 ədəd sarı “Emomes”, 20 ədəd “Sanseveriya”, 48 ədəd “Sekas”, 160 ədəd “Pixta”, 40 ədəd “Aleandro”, 44 ədəd Vaşinqton palması, 11 ədəd “Sitarəyi”, 5 ədəd zanbaq, 4 ədəd “Mojivernik”, 338 ədəd “Tuya” şitili, 38 ədəd şah küknar, 20 ədəd “Aqava”, 65 ədəd “Kamelya”, 100 ədəd limonvari küknar, 20 ədəd qılıncgülü, 100 ədəd “tuya”, 20 ədəd kiçik “Finik”, 1 ədəd böyülk “Finik”, 44 ədəd xurma, 18 ədəd limon, 1 ədəd feyxoa, 2 ədəd narıngi, 1000 ədəd küknar şitili oğurlamışlar. Ərəstun adlı şəxsin restoranına Famillə ilk dəfə 2 ədəd “Sekas”, sonra isə 3 ədəd “Sumaxı yasəməni” adlı ağacları oğurlayıb aparmışlar. Səbiyyə adlı şəxs onların ağacları oğurladığını bilməmişdir. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən səmimi peşiman olmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamlarla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, ona məxsus olan bağda 2021-ci ilin fevral ayından etibarən fəhlə kimi çalışır. O, Vüsalın uzaq qohumu olduğu üçün xahiş etmiş və Vüsal onu işə qəbul etmişdir. Orada günəmuzd olaraq fəhlə kimi işləmişdir. Hər gün işə gedir, müxtəlif ağacları maşına yükləyir və müxtəlif rayonlara, həmçinin kəndlərə aparıb bağlarda əkirmişlər. Vüsal əvvəlcə onlara 30 manat verəcəyini desə də sonradan 20 manat verməyə başlamışdır. O orda işləyəndən Elgün orda olmuş, Famil isə sonradan işə gəlməyə başlamışdır. Müəyyən müddət keçdikcə Vüsal onların pulunu gecikdirməyə, sonradan isə verməməyə başlamışdır. Bu vəziyyət davam edirmiş. 2022-ci ilin mart ayının əvvəllərində o, Famil və Elgündə pul olmamışdır. Onlar danışıb Vüsalın bağında olan ağacların bir hissəsini oğurlayaq satıb Vüsalın onlara borclu olduğu pulu götürməyi razılaşmışlar. Vüsal Elgünü çoxdan tanıyır, Elgünə ağacları daşımaq üçün yük maşını təhkim edilmişdir. Yük maşını bəzən Elgündə, bəzən də bağda olurmuş. Həmin gün Elgündə olmuş, onlar axşam vaxtı gecə oğurluğa gələn zaman orada vaxtları getməsin deyə bir neçə ağac ayırmış, lakin çox ağac ayıra bilməmişlər. Gecə radələrində bağa gəlmək, arxa qapıdan daxil olub ağacları götürmək və maşına yükləməklə bağlı razılığa gəlmişlər. Saat 01 radələrində o və Elgün bağa gəlmiş, sonra da Famil gəlmişdir. Bağ böyükdür, iki qapısı var. Ön qapıda işıq var, lakin arxa qapıda isə yoxdur. Arxa qapıya tərəf gəlmiş, maşını ora vermişlər. O və Famil ağacları yükləməyə başlamış, Elgün isə maşının yük hissəsində ağacları qəbul etmişdir. Ağacları yükləyəndən sonra Famili yola salmış, Elgünlə birlikdə onun həyətinə gəlmiş, evdəkilər yatmış, xəbərləri olmamışdır. Onlar ağacları həyətə boşaltmışdır. Növbəti günlərdə o evdəkilərdən bir qədər pul almış, həmin puldan yadında qalmayan məbləğdə Elgünə və Familə vermiş, ağaclar isə həyətdə olmuşdur. Müəyyən müddət aralığında həmin ağaclardan bir qədərini aparıb bazarda satmış, lakin çox hissəsi qalmışdır. Bir müddət keçəndən sonra Gərmətük qəsəbəsində yerləşən mağazada işləyən Cavid adlı şəxslə rastlaşmış, söhbət ağacdan düşmüşdür. O Cavidə ağac satdığını, ağacların həyətində olduğunu, istədiyi zaman gəlib baxa biləcəyini demişdir. Cavid də onunla birlikdə həyətə gəlmiş, həyətdə ağaclara baxmış, 1000 ədəd kiçik küknar şitili, 12 ədəd “Aleandro” və 7 ədəd “Sitarəyi” adlı ağacı istədiyini demişdir. O Cavidə şitillərin bir ədədini 1 manatdan, “Aleandro” ağacını bir ədədini 18 manatdan, “Sitarəyi” adlı ağacın bir ədədini isə 25 manatdan verəcəyini demişdir. Cavid razılaşmışdır. Ona xəbər verdiyi zamanlarda ağac və şitilləri onun həyətinə aparmış, razılaşdıqları qədər pulunu almışdır. 2022-ci ilin may aynda o və Familin pulu olmamış, Lənkəran şəhərində yaşayan, bir neçə dəfə bağa gəlib ağac alan, lakin adını bilmədiyi şəxs ona zəng edib “Aleandro” ağacı istədiyini demişdir. O da ona ağacı göndərə biləcəyini demişdir. Familə bu barədə məlumat vermiş, birlikdə bağa girib ağacları oğurlamağı və müştəri üçün göndərib pulunu götürməyi təklif etmişdir. Famil də onunla razılaşmışdır. Axşam radələrində bağa daxil olub dörd ədəd “Aleandro” ağacını götürüb çıxmışlar. Famil taksi tanışına zəng etmiş, o müştəri ilə Famili əlaqələndirmiş və Famil müştəriyə ağacları təhvil verib 40 manat pul almışdır. Gətirib pulu ona vermiş, o da yarıdan bölmüşdür. Onlar bir neçə dəfə Vüsala məxsus olan ağacları Səbiyyə adlı xanımın həyətinə aparmış, onunla münasibətləri olmuşdur. Səbiyyənin nömrəsi də onda olmuşdur. Səbiyyə ondan əgər ağac olarsa, satmaq üçün ona xəbər verməyi xahiş etmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində onun cibində pul olmamış, bağdan bir qədər ağac götürüb Səbiyyə adlı qadına satmağı düşünmüşdür. Səbiyyəyə zəng edib onda “Sanseveriya” ağacı olduğunu demiş, istəyibistəmədiyini soruşmuşdur. Səbiyyə də istədiyini demişdir. O da bu barədə Elgünə demiş, Elgünlə birlikdə günorta radələrində bağa daxil olmuşlar. Oradan 30 ədəd “Sanseveriya” ağacını götürüb maşına yükləmiş və onların həyətinə gətirmişlər. Sonra isə şəhərə getmiş, axşam radələrində onların evinə qayıtmışlar. Ağacları götürüb taksiyə yükləmiş, Elgün taksiyə əyləşib Səbiyyəgilin evinə getmiş, o isə evdə qalmışdır. Elgün gedib ağacları təhvil verib gəlmişdir. O isə evdə gözləmiş, Səbiyyə ona pulu növbəti gün verəcəyini demişdir. Növbəti gün o Elgünü Səbiyyəgilə göndərmiş, Səbiyyə Elgünə, yadında qaldığı qədərilə, 60 manat pul vermiş, həmin puldan xatırlamadığı miqdarda Elgünə vermiş, pulun çox hissəsini isə özü üçün götürmüşdür. İlk oğurluqda bağdan 45 ədəd “Lisidium”, 10 ədəd sarı “Emomes”, 20 ədəd “Sanseveriya”, 48 ədəd “Sekas”, 160 ədəd “Pixta”, 40 ədəd “Aleandro”, 44 ədəd Vaşinqton palması, 11 ədəd “Sitarəyi”, 5 ədəd zanbaq, 4 ədəd “Mojivernik”, 338 ədəd “Tuya” şitili, 38 ədəd şah küknar, 20 ədəd “Aqava”, 65 ədəd “Kamelya”, 100 ədəd limonvari küknar, 20 ədəd qılıncgülü, 100 ədəd “tuya”, 20 ədəd kiçik “Finik”, 1 ədəd böyülk “Finik”, 44 ədəd xurma, 18 ədəd limon, 1 ədəd feyxoa, 2 ədəd narıngi, 1000 ədəd küknar şitili oğurlamışlar. Həmin ağaclardan sadəcə Cavidə satdığı ağaclar yadında qalmışdır. Bir hissəsini də bazarda satmış, qalanı da həyətində qalmışdır. İkinci hadisədə ağacları satdığınız şəxsi xatırlamır və taksi sürücüsünü isə tanımır. Təqsirləndirilən şəxs3 son sözündə əməlindən səmimi peşiman olmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirərək ifadəsində göstərmişdir ki, təxminən, dörd ilə yaxın bir müddətdir ki, Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən, ona məxsus olan torpaq sahəsində bağ salmışdır. Həmin bağda müxtəlif növ ağac və güllər yetişdirir və onların satışını həyata keçirir. İşi ilə əlaqədar olaraq tez-tez xarici ölkələrə gedir. O olmayan zaman bağda olan işlərə qardaşı və atası nəzarət edir. Bağ fəaliyyətə başlayan gündən bağda 2 nəfər işçi olmuşdur. Sonradan isə fəaliyyət genişləndiyindən işə əlavə şəxs qəbul etməyə başlamışdır. Həmin şəxsləri işçi kimi o tapıb işə qəbul etmişdir. Təxminən, üç il bundan əvvəl ona işçi lazım olmuş, ona Lənkəran rayonu Viyən kəndində günəmuzd olaraq çalışan Famil adlı işçi olduğu bildirilmişdir. O da həmin kəndə gedərək Famillə maraqlanmış, anası ilə danışmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs1 anası ilə birlikdə iş yerinə gəlmiş və onlarla danışmışdır. Razılaşmalarına əsasən o Famil və anasına günlük olaraq 10 manat verəcək, əlavə olaraq yemək, Famili də siqaret ilə də təmin edəcəkmiş. Sonuncular da onunla razılaşmış və həmin gündən işə başlamışlar. O olmayan zaman fəhlələrin ödənişini atası və ya qardaşı həyata keçirirmiş. Famil işə başlayandan, təxminən, 5-6 ay sonra ona yenidən işçi lazım olmuş, ona Lənkəran rayonu Sütəmordov qəsəbəsində Təqsirləndirilən şəxs3 adlı şəxsin yaxşı işçi olduğunu demişlər. O da Famili qəbul edəcəyini və danışıqdan sonra işə qəbul edəcəyini demişdir. Təqsirləndirilən şəxs3la da eyni cür razılaşmış və sonuncu da işləməyə başlamışdır. Qeyd edilən şəxslərdən əlavə əlavə bağda başqa fəhlələr də işləyirmiş. 2021-ci ilin sentyabr ayından etibarən o bağda ağac və güllərin itməsini müşahidə etməyə başlamışdır. Bu barədə atasına və qardaşına desə də onlar belə bir halın baş vermədiyini, baş verərsə, məlumatları olacaqlarını deyirmişlər. O həmin zaman işdə olan və gecə xidmət aparan mühafizəçini işdən azad etmiş və yerinə başqa mühafizəçi götürmüşdür. 2022-ci ilin aprel ayında o İran İslam Respublikasına gedib oradan ağac və gül gətirmişdir. Gətirdiyi ağac və güllər müxtəlif növ və qiymətlərdə olmuşdur. O həmin ağacları gətirən zaman Viyən kəndində olan Famil həmkəndlisi olan Ramid adlı şəxsi gətirmiş, həmin şəxsin ağac və gülləri maşından boşlatmaqda onlara kömək edəcəyini demişdir. O da razılaşmışdır. Ramid ləqəbli şəxs bağda iki gün işləmiş və sonra isə orada işləyə bilməyəcəyini deyərək işdən çıxmışdır. İşçilərin köməyi ilə həmin ağac və güllər bağda yerləşdirilmişdir. O həmin zaman 76 ədəd “Sekas” adlı ağac gətirmişdir. Növbəti gün o “Sekas” adlı ağacın 40 ədədinin qaldığını görmüşdür. Bundan sonra Sütəmurdov kənd sakini olan Familin oğurluq etdiyini düşünmüşdür. 22 iyul 2022-ci il tarixdə, saat 16 radələrində Sütəmordov kəndinə - Familin həyətinə getmiş, həyətə girən zaman Familin həyətində onun İİR-dən gətirdiyi ağacların əkildiyini görmüşdür. Bu barədə əməliyyat müvəkkili olan Ruslana məlumat vermişdir. Bağından qiyməti 10 manat olan 45 ədəd “Lisidum”, qiyməti 2 manat olan 10 ədəd “Sarı emomes”, qimyəti 20 manat olan 50 ədəd “Sanseveriya”, qiyməti 200 manat olan 50 ədəd “Sekas”, qiyməti 60 manat olan 160 ədəd “Pixta”, qiyməti 2 manat olan 44 ədəd “Aleandro”, qiyməti 5 manat olan 44 ədəd “Vaşinqton palması”, qiyməti 60 manat olan 11 ədəd “Sitarəyi”, qiyməti 15 manat olan 5 ədəd “Zanbaq”, qiyməti 5 manat olan 4 ədəd “Mojivernik”, qiyməti 3 manat olan 338 ədəd “Tuya”, qiyməti 15 manat olan 3 ədəd “Sumaxı yasəməni”, qiyməti 70 manat olan 38 ədəd “Şah küknar”, qiyməti 50 manat olan 20 ədəd “Aqava”, qiyməti 10 manat olan 65 ədəd “Kamelya”, qiyməti 3 manat olan 100 ədəd “Limonvari küknar”, qiyməti 20 manat olan 20 ədəd “Qılıncgülü”, qiyməti 70 manat olan 100 ədəd sarı “Tuya”, qiyməti 80 manat olan 20 ədəd kiçik “Finik”, qiyməti 500 manat olan bir ədəd böyük “Finik”, qiyməti 1 manat olan 1000 ədəd küknar şitili, qiyməti 90 manat olan 44 ədəd xurma, qiyməti 3 manat olan 18 ədəd limon, qiyməti 3 manat olan 2 ədəd narıngi, qiyməti 6 manat olan 50 ədəd zeytun ağacı və qiyməti 2 manat olan 1 ədəd feyxoa oğurlanmış, oğurluq nəticəsində mənə 42624 manat ziyan dəymişdir. Ümumi qiyməti 20714 manat olan 35 ədəd “Lisidium”, 10 ədəd “Sarı emomes”, 50 ədəd “Sanseveriya”, 44 ədəd xurma, 15 ədəd “Sekas”, 160 ədəd “Pixta”, 40 ədəd “Aleandro”, 20 ədəd zeytun, 44 ədəd “Vaşinqton palması”, 11 ədəd “Sitarəyi, 5 ədəd zanbaq, 4 ədəd “mojivernik”, 38 ədəd “Tuya”, 18 ədəd limon, 2 ədəd narıngi, 3 ədəd “Sumaxı yasəməni”, 1000 ədəd kiçik küknar ağacı, 7 ədəd “Sitarəyi” ona qaytarılmışdır. Zərərçəkmiş şəxs məhkəmə çıxışında bildirmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ona dəymiş ziyanı tam ödədiyi üçün onlarla barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də həmin şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Gərmətük qəsəbəsində ailəsi birlikdə yaşayır. Həmin qəsəbədə yerləşən “Yaşıl inşaat” adlı tikinti materialları satılan mağazada satıcı kimi işləyir. Vüsalı uzun müdətdir ki, tanıyır. Ağac alışverişi ilə məşğul olduğunu bilir. Özü də son zamanlar həmin işlə məşğul olmağa başlamışdır. Mağazaya gələn və ağac, həmçinin gül əkmək üçün dibçək alan şəxslərdən ağac alış-verişinin ona maraqlı olan məqamlarını, həmçinin ağac satıb-satmadıqlarını öyrənirmiş. Təxminən, 4 ay bundan əvvəl Famil adlı şəxs mağazaya dibçək almaq üçün mağazaya gəlmişdir. Famildən da ağac alış-verişi ilə məşğul olub-olmadığını soruşmuş, sonuncu ona məşğul olduğunu, həyətində çoxlu ağaclar olduğunu və baxmaq istəyibistəmədiyini soruşduqda o, da istədiyini bildirmişdir. Famillə birlikdə onun Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən həyətinə getmişlər. Həyətə girən zaman orada çoxlu ağac və güllərin olduğunu görmüşdür. Famil ona ona ağac və güllərə baxmağını, istədiyi ağac və gülü seçib götürə biləcəyini demişdir. O da 1000 ədəd kiçik küknar şitili və 12 ədəd “Aleandro” və 7 ədəd “Sitarəyi” adlı ağacı istədiyimi demişdir. Famildən ağac və şitillərin qiymətini maraqlanmışdır. Famil ona şitillərin bir ədədini 1 manatdan, “Aleandro” ağacını bir ədədini 18 manatdan, “Sitarəyi” adlı ağacın bir ədədini isə 25 manatdan verəcəyini demişdir. O Famillə razılaşaraq pul olan zaman həmin ağac və şitilləri hissə-hissə ondan alacağını demişdir. Təxminən, 3 gün sonra o Famillə əlaqə saxlamış, həyətinə 300 ədəd küknar şitili gətirməsini demişdir. Famil həmin gün onun həyətinə 300 ədəd şitil gətirmişdir. O da növbəti gün Familə işlədiyi mağazada 300 manat pul vermişdir. Həmin gündən, təxminən, 4 gün sonra o yenidən Famillə əlaqə saxlayaraq sonuncudan yenə də 300 ədəd küknar şitili gətirməsini istəmiş, axşam həyətə gedib şitilləri dəqiq sayandan sonra növbəti gün çalışdığı mağazada Familə 300 manat pul vermişdir. İkinci alış-verişdən, təxminən, 5 gün sonra yenidən Famillə əlaqə saxlamış, ondan 400 ədəd küknar şitilini həyətə gətirməsini istəmişdir. Famil də gətirmiş, axşam evə gedib şitilləri sayandan sonra növbəti gün mağazada ona 400 manat pul vermişdir. Sonuncu dəfə isə üçüncü alış-verişdən, təxminən, 4 gün sonra Famillə əlaqə saxlayaraq 19 ədəd ağacı həyətə gətirməsini istəmiş və növbəti gün ona 394 manat pul vermişdir. Bundan sonra o Famili görməmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Şilim kəndində yerləşən “Səfalı” restoranını çalışdırır. Vüsalı uzun müddətdir ki, tanıyır, onunla yaxşı münasibətləri var. Vüsalın ağac satışı ilə məşğul olduğunu bilir. Hətta Vüsal ona nə zaman ağac istəsə, gəlib götürə biləcəyini demişdir. Təxminən, 3 ay bundan o, Vüsalın bağına gedib ağac istədiyini demişdir. 2 ədəd “Sekas” ağacını bəyənmiş, Elgünə ağacları restorana gətirnəsini demişdir. Elgün Famillə birlikdə ağacları gətirmişdir. O, həmin şəxslərə 50 manat pul vermişdir. Növbəti gün o yenə Elgünə zəng etmiş, ağac istədiyini soruşmuşdur. Elgün yenə Famillə birlikdə yük maşını ilə çalışdırdığı restorana 3 ədəd “Sumaxı yasəməni” ağacı gətirmişdir. O da xatırlamadığı miqdarda pul vermişdir. Elgün və Familin Vüsaldan xəbərsiz həmin ağacları bağdan oğurlayaraq gətirdiyini bilməmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 20 ildir ki, həyətimdə gül və ağac əkib satmaqla məşğul olur. Vüsal onun həmkəndlisidir, onu uzun müddətdir ki, tanıyır. Vüsal da onun kimi bu işlə məşğul olur. Vüsalla əvvəllər aralarında alış-veriş olmuşdur. Vüsalın işçiləri olan Famil və Elgünü tanıyır. Familə dekorativ gül olan zaman satması üçün ona məlumat verməsini demişdir. 2022-ci ilin mart-aprel aylarında, dəqiq yadında qalmayan tarixdə telefonuna zəng gəlmişdir. Zəng edən şəxs Famil olmuş, özündə 30 ədəd “Sanseveriya” olduğunu, istəyib-istəmədiyimi soruşmuşdur. O da istədiyini bildirmişdir. Axşam radələrində Elgün bir maşınla qapıya gəlmiş, həmin ağacları həyətə boşaltmış, güllərin qiymətinin 70 manat olduğunu demişdir. Onda xırda pul olmadığı üçün növbəti gün gəlib pulu apara biləcəyini demişdir. Növbəti gün Elgün gəlib 70 manat pulu aparmışdır. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu Gərmətük qəsəbə sakini Babayev X5 ŞRPŞ-yə ərizə ilə müraciət edərək bağından ağac oğurlanması barədə məlumat vermişdir. O da ərazinin əməliyyat müvəkkili olaraq Zərərçəkmiş şəxs şübhələndiyi şəxslər olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis şöbəsinə dəvət etmiş, həmin şəxslər ifadələrində törətdiyi əməlləri etiraf etmiş, həmçinin Lənkəran rayonu Sütəmurdov kənd sakini Təqsirləndirilən şəxs3 da onlarla birlikdə oğurluqda iştirak etdiyini demişlər. Famil İbrahimovun yeri müəyyən olunmadığından o, axtarışa elan edilmiş və keçirilən tədbirlərin nəticəsi olaraq saxlanılaraq istintaqa təhvil verilmişdir. Təqsirləndirilən şəxs3 verdiyi ifadələrdə öz əməlini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Lənkəran Rayon Məhkəməsinin 4(049)-351/2022 №-li 04 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 noyabr 2023-cü il tarixdən hesablanmışdır. 09 noyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd “Lisidium”ağacının qiyməti 15 manat, 1 ədəd “Sarı emomes” ağacının qiyməti 2 manat, 1 ədəd “Sanseveriya” ağacının qiyməti 20 manat, 1 ədəd “Sekas” ağacının qiyməti 200 manat, 1 ədəd “Pixta” ağacının qiyməti 80 manat, 1 ədəd “Aleandro” ağacının qiyməti 2 manat, 1 ədəd Vaşinqton palmasının qiyməti 7 manat, 1 ədəd “Sitarəyi” ağacının qiyməti 80 manat, 1 ədəd zanbağın qiyməti 15 manat, 1 ədəd “Mojivernik” ağacının qiyməti 5 manat, 1 ədəd “Tuya” şitilinin qiyməti 5 manat, 1 ədəd “Sumaxı yasəməni” ağacının qiyməti 15 manat, 1 ədəd “Şah küknar” ağacının qiyməti 100 manat, 1 ədəd “Aqava” ağacının qiyməti 60 manat, 1 ədəd “Kamelya” ağacının qiyməti 10 manat, 1 ədəd limonvari küknarın qiyməti 3 manat, 1 ədəd “Qılıncgülü” ağacının qiyməti 20 manat, 1 ədəd Tuya ağacının qiyməti 100 manat, 1 ədəd kiçik “Finik”in qiyməti 120 manat, 1 ədəd böyük “Finik”in qiyməti manat, 1 ədəd xurmanın qiyməti 120 manat, 1 ədəd limonun qiyməti 3 manat, 1 ədəd narınginin qiyməti 3 manat, 1 ədəd zeytunun qiyməti 6 manat, 1 ədəd küknar şitilinin qiyməti 1 manat, 1 ədəd feyxoanın qiyməti 2 manatdır Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən və Lənkəran rayon məhkəməsi tərəfindən təqdim edilmiş hökm surətindən görünür ki, Kərimov X1 rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 11(on bir) ay 16(on altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasının çəkməmişdir. Lənkəran şəhər İHB-nın Viyən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 atası X2 və anası Qanuni nümayəndə1 ilə birlikdə Lənkəran rayonun Viyən kəndində yaşayır və yaşayır yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran şəhər İHB-nın Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 anası Qanuni nümayəndə2 və qardaşı X6 ilə birlikdə Lənkəran rayonun Gərmətük qəsəbəsində yaşayır və yaşayır yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran şəhər İHB-nın Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 atası, X7, anası X3, həyat yoldaşı, X4 və övladı xx.xx.2012-ci il təvəllüdlü X8 ilə birlikdə Lənkəran rayonun Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. AA******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2005ci il tarixdə doğulmuşdur. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Sübutların qiymətləndirilməsi haqqında 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 35 ədəd «Lisidium», 10 ədəd «Sarı emomes», 50 ədəd «Sanseveriya», 44 ədəd xurma, 15 ədəd «Sekas», 160 ədəd «Pixta», 40 ədəd «Aleandro», 20 ədəd zeytun, 44 ədəd «Vaşinqton palması», 11 ədəd «Sitarəyi», 5 ədəd zanbaq, 4 ədəd «Mojıvernik», 38 ədəd «Tuya», 18 ədəd limon, 2 ədəd narıngi, 3 ədəd «Sumaxı yasəməni», 1000 ədəd kiçik küknar ağacı, 7 ədəd «Sitarəyi» ağacı adlı bitkilərin maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü zərərçəkmiş şəxsə qaytarılmışdır. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərinin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddələrdə nəzərdə tutulan əməlləri törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında elan edilmiş zərər çəkmiş şəxslərin və dindirilmiş şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cinayət əməllərinin törədildiyi vaxt təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yektinlik yaşına çatmamış, CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsində qeyd olunur ki, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. O da müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 hazırki cinayəti Lənkəran Rayon Məhkəməsinin onun barəsində olan xx.xx.2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törədilmişdir. CM-nin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti yetkinlik yaşına çatmayan vaxtı törətməsi, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışması, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakrterizə oluunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmayan vaxtı törətməsi, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışması, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakrterizə oluunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, Zərərçəkmiş şəxs onun barışmasını, zərərçəkmiş şəxslə barışması, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakrterizə oluunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsiyyəti, cəzanı yüngülləşdən halları, cəzanı ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsə vurmuş olduğu zərəri ödənilməsini, zərərçəkmiş şəxsin onlardan şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah olunması qeyri-mümkündür. Məhz buna görə də məhkəmə yuxarıda qeyd olunanlar baxımından təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Lənkəran Rayon Məhkəməsinin 1(049)-272/2022 №-li 03 noyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 qəti olaraq təyin edilmiş 1(bir) il 11(on bir) ay 16(on altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Famil Kərovun 04 noyabr 2022-ci il tarixdən 23 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə onu da qeyd edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut qismində tanınmış 35 ədəd «Lisidium», 10 ədəd «Sarı emomes», 50 ədəd «Sanseveriya», 44 ədəd xurma, 15 ədəd «Sekas», 160 ədəd «Pixta», 40 ədəd «Aleandro», 20 ədəd zeytun, 44 ədəd «Vaşinqton palması», 11 ədəd «Sitarəyi», 5 ədəd zanbaq, 4 ədəd «Mojıvernik», 38 ədəd «Tuya», 18 ədəd limon, 2 ədəd narıngi, 3 ədəd «Sumaxı yasəməni», 1000 ədəd kiçik küknar ağacı, 7 ədəd «Sitarəyi» ağacı adlı bitkilərin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 1(bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, Viyən kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 1(bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Republikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Lənkəran Rayon Məhkəməsinin 1(049)-272/2022 №-li 03 noyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 qəti olaraq təyin edilmiş 1(bir) il 11(on bir) ay 16(on altı) gün azadlığın məhdudlaşdırılması cəzası hazıki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs3 4(dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs3 04 noyabr 2022-ci il tarixdən 23 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 7(yeddi) ay 19(on doqquz) gün müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 1(bir) il 3(üç) ay 8(səkkiz) gününə bərabər tutulub təyin edilmiş 4(dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 2(iki) il 8(səkkiz) ay 22(iyirmi iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin və seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Maddi sübut – 35 ədəd «Lisidium», 10 ədəd «Sarı emomes», 50 ədəd «Sanseveriya», 44 ədəd xurma, 15 ədəd «Sekas», 160 ədəd «Pixta», 40 ədəd «Aleandro», 20 ədəd zeytun, 44 ədəd «Vaşinqton palması», 11 ədəd «Sitarəyi», 5 ədəd zanbaq, 4 ədəd «Mojıvernik», 38 ədəd «Tuya», 18 ədəd limon, 2 ədəd narıngi, 3 ədəd «Sumaxı yasəməni», 1000 ədəd kiçik küknar ağacı, 7 ədəd «Sitarəyi» ağacı adlı bitkilərin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar