Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-56/2025 09.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.2003-cü il tarixdə Lənkəran rayonu Liman şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, işləməyən, Fizuli hərbi məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 01 ay 05 gün azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qərarına gəlib, bu məqsədlə 25 oktyabr 2024-cü il tarixdə, saat 02 radələrində Lənkəran rayonu Liman şəhəri Babək küçəsində yerləşən “OBA Market MMC”yə məxsus “Oba Lənkəran 19” saylı ərzaq mağazasına, mağazanın arxa hissəsinin kümünü sındırmaqla küm hissədə olan taxta parçasından olan qapağı qaldırıb açmaqla saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olub, mağazada yerləşən müdirin otağının girişindən sol tərəfdə yerdə qoyulmuş dəmir seyfin açarını həmin otaqdakı dolabın siyirməsindən götürüb seyfi açarla açmaqla seyfdə qoyulmuş ümumilikdə 2680(iki min altı yüz səksən) manat pulu gizli olaraq talayıb “OBA Market MMC”-yə qeyd edilən məbləğdə ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da ünvan 2 X2, anası X1, qardaşı X5 ilə birlikdə kirayədə yaşamışdır. Hərbi xidmətdə olduğu zaman əskəri döydüyü üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 332.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ayağında elektron qolbaq bağlanılmışdır. Əvvəllər Lənkəran rayonu Boladi kəndində sexlərin birində boş butulka yığımı ilə məşğul olmuşdur. Hazırda heç bir yerdə işləmir. Lənkəran rayonu Liman şəhər sakini Şahid6 tanıyır. Əliabbasla heç bir qərəzli münasibəti olmamışdır. Onlar həmişə birlikdə çayxanada olurmuşlar. Əliabbas “Ruslan” şadlıq sarayının yaxınlığında parklanmada işləmişdir. Əliabbası təxminən 3-4 ildir ki, tanıyır. O, ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrindən təxminən saat 24 radələrinədək Əliabbasla birlikdə çayxanada olmuşlar. Çayxanada bir qədər domino oynadıqdan sonra təxminən 24 radələrində çayxanadan çıxıb qarşı tərəfdə Liman şəhəri Babək küçəsində, yolun kənarında olan parka getmişlər. Əliabbasla ikisi parkda skamyada oturub söhbət etməyə başlamışlar. Parkda söhbət əsnasında o, demişdir ki, “kasıb uşaqlarıq, pul tapmaq lazımdı”. Yəni həmin vaxtı onun siqaret almağa, çay içməyə pulu olmamışdır. Əliabbas da ona demişdir ki, “iş tapmaq lazımdır”. Bundan sonra Əliabbasa demişdir ki, “ Oba marketə girə bilərəm, seyfin açarlarının yerini də bilirəm.” Əliabbas ondan seyfin açarlarının yerini haradan bildiyini soruşduqda o, Əliabbasa demişdir ki, mağazada olarkən Murad onun yanında seyfin açarlarını otağındakı siyirmədən götürüb seyfi açmış və ona demişdir ki, “qardaş qardaşa bunu eləməz mən isə edirəm”. Yəni Murad seyfi heç kimin yanında açmadığını, lakin ona inandığı üçün yanında seyfi açdığını demişdir. Mağazada çalışan satıcı Şahid3 ilə o, yaxın münasibətdə olmuşdur. Ona görə də, bir neçə dəfə Oba marketə getmiş və yük olan zaman yüklərin daşınmasında marketin işçilərinə köməklik etmişdir. Buna görə də, Oba marketin işçiləri ona inanırmış. Onun bu sözündən sonra Əliabbas ona demişdir ki, “oğurluq etmək qorxuludu, bu işin başın buraxmaq, iş tapmaq lazımdı”. Əliabbasın bu sözündən sonra o, Əliabbasla oğurluq etmək fikrindən daşınmışdır. Görmüşdür ki, Əliabbas qorxaqdır. Əliabbasla oğurluq etsə və tutulsa Əliabbas onun adını verər. Bir qədər parkda oturduqdan sonra Əliabbasla sağollaşıb Əliabbasa evə getdiyini demişdir. Əliabbas parkda qalmışdır. O, həmin yerdən piyada yolun digər tərəfinə keçib “Oba” marketə ətrafdan göz gəzdirmişdir. Görmüşdür ki, mağazanın küm hissəsinin şiferi köhnədir, kümü sındırıb içəri girmək olar. Buna görə də, mağazanın arxa hissəsindən mağazanın üstünə çıxmışdır. Əliabbasın isə həmin vaxtı harada olduğunu bilməmişdir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 02 radələrində “Oba” marketin arxa hissəsində olan kümün şiferini sındırıb içəri daxil olmuşdur. Kümün içərisinin qaranlıq olduğunu görmüşdür. Həmin vaxtı depoda olan otağa daxil olmaq üçün orada lambirdən olan qapağı qaldırdıqda marketin işığının çölə düşdüyünü görmüş və əli ilə işıq naqilini qırmışdır. Sonra cibində olan alışqanın işığı ilə kümdən depoya daxil olmuşdur. Depodan isə mağaza işçilərinə aid olan əsas otağa daxil olmuşdur. Üzbəüz siyirmədə olan seyfin açarını götürüb girişdən sol tərəfdə yerdə olan seyfi açmışdır. Seyfdə olan 100, 50, 20, 10, 5 və 1 manatlıq bütün pulları götürüb əynində olan şalvarın cibinə qoymuş və gəldiyi yolla mağazanın kümünə çıxmışdır. Oradan mağazanın arxa hissəsinə düşüb qaçmağa başlamışdır. Həmin vaxtı Əliabbas küçədə onu görüb qaçmağa başlamışdır. Əliabbas arxasıyca qaçaraq niyə qaçdığını ondan soruşmuş, o, da Əliabbasa “Oba” marketdən oğurluq etdiyi üçün qaçdığını deyib heç kimə bu barədə bildirməməsini istəmişdir. Həmin vaxtı Əliabbas da onunla gəlmişdir. Danışa-danışa Boladi kəndinin girişinə qədər piyada gəlmişlər. Yolda oğurladığı pulları saymış və 2680 manat olduğunu görmüşdür. Əliabbasa Boladi kəndindən Ələt-Astara magistral avtomobil yoluna çıxıb oradan da Bakı şəhərinə getmək istədiyini demişdir. Əliabbas da onunla Bakı şəhərinə gəlmək istədiyini demişdir. Sonra isə o, düşünmüşdür ki, əgər Əliabbas rayonda qalarsa polis onu tapa bilər. Buna görə də, Əliabbasın da onunla Bakı şəhərinə gəlməsinə razılıq vermişdir. Saat təxminən 3-4 olarmış. Havanın işıqlanması üçün Lənkəran şəhərinə getməyə qərar vermişdir. Buna görə də, Boladi kəndinin giriş hissəsində, köhnə “Çayka” restoranının yaxınlığına çatan zaman mobil telefonunda olan “Volt” tətbiqi ilə taksi sifariş vermişdir. Bir neçə dəqiqədən sonra oraya nömrəsini xatırlamadığı boz rəngli “Toyota prius” markalı avtomobil gəlmişdir. Taksiyə minərkən o, ayağında olan elektron qolbağı açmışdır. Elektron qolbaq bir müddət əvvəl zədələnmiş və qolbağı açmaq rahat olmuşdur. Yolda yaşadığı evin yaxınlığından keçərkən qolbağı və aparatı evin həyətinə tullamışdır. Birlikdə Lənkəran şəhəri Qala Xiyabanı ərazisində yerləşən “CTV”-nin binasının yaxınlığında taksidən düşmüşlər. Sürücüyə 8 manat pul vermişdir. Bir qədər çayxanaların birində qaldıqdan sonra hava işıqlanan zaman Lənkəran şəhər mərkəzi bazarına getmişlər. Bazarda Əliabbasa və özünə ayaqqabı almış, özünə jaket aldıqdan sonra saat təxminən 07 radələrində Lənkəran şəhəri Ləvəngi dairəsi adlanan yerə gəlmişlər. Orada tanımadığı Mersedes markalı avtomobillə Bakı şəhərinə getmişlər. Həmin avtomobildə tanımadığı 2 nəfər sərnişin də olmuşdur. Bakı şəhərində Koroğlu metrosu yaxınlığında avtomobildən düşmüşlər. Sürücüyə ikisi üçün 50 manat pul vermişdir. Koroğlu metrosunun yaxınlığında geyim mağazasına girib özünə və Əliabbasa şalvarla köynək almışdır. Bir qədər orada qaldıqdan sonra taksi ilə Şüvəlan qəsəbəsinə getmişlər. Şüvəlanda restoranların birində oturub birlikdə yemək yemişlər. Həmin vaxtı nişanlısı Zəhraya zəng vurmuş və Zəhranın Binə qəsəbəsində qaldığı xalasının evinə gedib Zəhranı da restorana gətirmişdir. Zəhraya oğurluq etməyini deməmişdir. Bir qədər söhbət etdikdən sonra Zəhranı taksi ilə yola salmışdır. Şüvəlanda olarkən Cavid adlı qohumuna zəng vurub Bakı şəhərində dostu ilə birlikdə olduğunu, bir günlük evində onları saxlamasını istəmişdir. O, Bakı şəhərinə gedərkən həmişə Cavidin evində qalırmış. Cavid də ona etiraz etməmişdir. Həmin gün taksi ilə Cavidin yaşadığı Buzovna qəsəbəsinə getmişlər. Cavid evdə tək yaşayırmış. Cavidə oğurluq barədə heç bir söz deməmişdir. Cavidə qolbağının vaxtı keçdiyi üçün gəzməyə Bakı şəhərinə gəldiyini demişdir. Ertəsi günü Cavidin evindən çıxıb taksi ilə Bakı şəhərində gəzməyə başlamışlar. Çünki Bakıda qalmağa yerləri olmamışdır. Tanışı Şahin adlı Liman PB-nin əməkdaşı ona zəng vurub polisə könüllü gəlməyini istəmişdir. O, artıq Lənkəran rayonuna gəlmək istəyirmiş. Bunun üçün taksi ilə Lökbatan dairəsi istiqamətində gələn zaman Əliabbasın xalası onun istifadəsində olan mobil nömrəyə zəng edib demişdir ki, polis onları axtarır. Buna görə də, onlar birlikdə Şüvəlana geri qayıtmışlar. Orada bir neçə saat gəzmişlər. Şüvəlanda olarkən Əliabbasın adını bilmədiyi xalası ona zəng edərək Əliabbasın anasının xəstə olduğunu, Əliabbasın geri qayıtmalı olduğunu demişdir. Buna görə də, o, xx.xx.2024cü il tarixdə, saat 17 radələrində Əliabbası taksi ilə Lökbatan dairəsinə gətirmişdir. Lökbatana çatan zaman mobil telefonunda olan ***-***-**-** saylı nömrəni telefondan çıxarıb pəncərədən tullamışdır. Əliabbasa 20 manat yol pulu vermişdir. Sürücüsünü tanımadığı Vita markalı avtomobil ilə Əliabbası Lənkəran rayonuna yola salmışdır. Artıq onun üzərində 300- 400 manat pul qalmış, Lənkəran rayonuna qayıtmaq istəsə də tutulacağından qorxduğu üçün evə gəlməmişdir. Təkrar Şüvəlan qəsəbəsinə gedib orada günü 30 manat olan evlərdə kirayədə qalmışdır. Artıq pulu qurtardığı üçün xx.xx.2024-cü il tarixdə öz “Redmi note9S” markalı mobil telefonunu Bakı şəhərində mağazaların birində 40 manata satmışdır. xx.xx.2024-cü il tarixdə isə Lənkəran rayonuna gəlməyə qərar vermişdir. Lökbatan dairəsi ətrafında olan avtomobillərin biri ilə Lənkəran rayonuna qayıtmışdır. Axşam saatlarında evə çatsa da xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Liman polis bölməsinin əməkdaşları ilə Lənkəran şəhərində görüşüb birlikdə Liman PB-nə getmişlər. Orada hər şeyi olduğu kimi danışmışdır. Oğurluq barədə Əliabbasdan başqa heç kimə deməmişdir. Ona oğurluq etməyə heç kim vadar etməmişdir. Keç kim ona oğurluqda köməklik etməmişdir. Liman Polis bölməsində və Lənkəran ŞRPŞ-də olarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki və ya psixi təzyiq göstərilməmişdir. Lənkəran rayonu Liman şəhəri Babək küçəsində yerləşən “Oba” marketdə quraşdırılmış videomüşahidə kameralarının yaddaşından götürülmüş və ona təqdim olunmuş videogörüntüdə otağa daxil olub seyfdən pulları oğurlayan şəxs odur. Hazırda onun tərəfindən zərərçəkmiş şəxs "xxxx" MMC-yə dəymiş maddi ziyana dair 2.680 manat məbləğində pul vəsaiti tam olaraq ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində ittiham olunduğu maddənin saksiyasında nəzərdə tutulmuş ən yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması zamanı törətdiyi oğurluq cinayətinin baş vermə mexanizmini ardıcıl olaraq göstərmiş və ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşin məhkəmə baxışı zamanı elan edilməklə ifadəsi tədqiq edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2024-cü ilin oktyabr ayından etibarən “Oba market MMC”-də aparıcı hüquqşünas vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə, gecə saatlarında “Oba market MMC”yə məxsus Lənkəran rayonu Liman şəhəri Babək küçəsində yerləşən “Oba Lənkəran 19” saylı mağazasında oğurluq hadisəsi baş vermişdir. Cəmiyyətə bu barədə məlumatı “Oba Lənkəran 19” saylı mağazanın çalışdırıcısı Lənkəran rayon sakini Şahid1 məlumat vermişdir. Belə ki, Şahid1 həmin tarixdə, saat 08 radələrində mağaza işə başladığı zaman özünə aid xidməti otaqda olan mağazanın pullarının saxlandığı seyfin qapısının açılaraq içərisində olan MMC-yə aid ümumilikdə 2680 manat pulun oğurlandığını aşkar etmiş, dərhal DİN-nin 102 xidmətinə və Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək MMC-nin rəhbərliyini də məlumatlandırmışdır. Müraciəti əsasında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən qeyd olunan mağazaya baxış keçirilmiş, mağazanın videomüşahidə kamerasında olan görüntü götürülmüşdür. Şahid1 sonradan deməsinə görə mağazanın videomüşahidə kamerasına baxış zamanı bir nəfər kişi cinsli cavan oğlanın mağazanın dam hissəsindən depoya daxil olub xidməti otaqda siyirmədə olan seyfin açarlarını götürdüyü, həmin açarla seyfi açaraq seyfdə olan pulları götürüb oradan gəldiyi yolla getməsi müəyyən edilmişdir. Həmçinin Şahid1 bildirmişdir ki, görüntüdə olan şəxs mağazaya gəlib-gedən, Lənkəran rayonu Liman şəhər sakini Təqsirləndirilən şəxsdur. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mağazadan oğurladığı pulları Bakı şəhərində xərcləmiş və xx.xx.2024-cü il tarixdə özü könüllü polisə təslim olmuşdur. Oğurluq hadisəsi nəticəsində cəmiyyətə ümumilikdə 2680 manat maddi ziyan dəymişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Liman şəhəri Babək küçəsində yerləşən “Oba market MMC”-yə aid “Oba Lənkəran 19” saylı mağazada satıcı işləyir. Mağaza hər gün səhər saat 07 radələrində açılır. Saat 22 və ya 23 radələrində isə mağaza bağlanır. Mağazada girişdən sağ tərəfdə depo yerləşir, həmin otaqdan isə müdirin otağına giriş vardır. Həmin otağına girişdən sol tərəfdə yerdə seyf qoyulmuşdur. Seyfin açarı isə girişdən sağ tərəfdə olan şkafın siyirməsində saxlanılır. Mağazada olan malların və pulların hesabatını o, aparır. xx.xx.2024-cü il tarixdə, səhər radələrində işə gələrkən orada polislərin olduğunu görmüşdür. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs həmin mağazadan pul oğurlamışdır. Videomüşahidə kamerasının qeydə aldığı görüntülərə baxış keçirərkən mağazadan həqiqətən də Raulun oğurluq etdiyini görmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiqlədi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında anası Səbinə Rəhimova, azyaşlı qardaşları Sadiq Rzazadə, Fərruz Rzazadə ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Lənkəran rayonu Liman şəhəri “Ruslan” şadlıq sarayının yaxınlığında parklanmada işləyir. Təqsirləndirilən şəxs təxminən 2-3 ildir ki, tanıyır. Raulla münasibətləri normaldır. Heç bir qərəzli münasibəti yoxdur. O, çox vaxt Ruslan şadlıq sarayının yaxınlığında yerləşən çayxanada olur. Raul da həmin çayxanaya gəlirmiş. Həmçinin çayxanaya Liman sakini Şahid7 da gəlirmiş. Amidi də təxminən 1 ildir ki, tanıyır. Amidlə heç bir qərəzli münasibəti olmamışdır. Mobil telefondan istifadə etmir. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrindən təxminən saat 24 radələrinədək Raul və Amidlə birlikdə çayxanada olmuşlar. Çayxanadan çıxdıqdan sonra Raulla birlikdə bir az aralıda Liman şəhəri Babək küçəsində yerləşən parka getmişlər. Amid isə çayxanada qalmışdır. Parkda söhbət əsnasında Raul demişdir ki, “kasıb uşaqlarıq, işləmək lazımdı”. O, da Raula iş tapmaq lazım olduğunu demişdir. Bundan sonra Raul “Oba” marketdə yerləşən seyfdən pulları oğurlayacağını, seyfin açarlarının yerini bildiyini, mağazada çalışan Murad adlı işçinin seyfi Raulun yanında açdığını, açarı qoyduğu yeri bildiyini demişdir. Həmin vaxtı o, Raula oğurluğun qorxulu olduğunu demişdir. Bir qədər söhbət etdikdən sonra Raul evə getmək istədiyini demişdir. O, Raulla sağollaşmış və Raul yolun digər tərəfinə keçib piyada getməyə başlamışdır. O, isə parkda qalmışdır. Bir qədər, təxminən 10 dəqiqə parkda oturduqdan sonra evə tərəf getməyə başlamışdır. Həmin vaxtı Raulun Oba marketin böyründən qaçaraq çıxdığını görmüşdür. O, da Raulun arxasıyca qaçmağa başlamışdır. Qaçarkən Rauldan niyə qaçdığını soruşduqda Raul ona Oba marketdən oğurluq etdiyini demişdir. Ətrafda heç kim olmamışdır. Sonra piyada dəmir yolu xəttinin üzəri ilə yeriyərək Boladi kəndinin giriş hissəsinə tərəf gəlməyə başlamışlar. Yolda Raul ona təxminən 2.000 manatdan artıq pul oğurladığını, Lənkəranda qalarsa onu tutacaqlarını deyib Bakı şəhərinə getmək istədiyini demişdir. Həmin vaxtı o, da Raulla Bakı şəhərinə getmək istədiyini demişdir. Raul razılıq vermiş və birlikdə piyada Boladi kəndinin girişinin yaxınlığına gəlmişlər. Orada Raul telefonu ilə “Volt”-dan Boladi kəndinin girişində yerləşən köhnə “Çayka” restoranı kimi tanınan yerə taksi sifariş vermişdir. Gələn taksinin VAZ2107 markalı avtomobil olacağı yazılsa da bir neçə dəqiqədən sonra oraya nömrəsini xatırlamadığı “Toyota prius” markalı avtomobil gəlmişdir. Raul ayağındakı qolbağı açıb avtomobilə qoymuşdur. Birlikdə Lənkəran şəhərinə gələrkən Raul evinin yaxınlığında qolbağı yaşadığı evin həyətinə tullamışdır. Saat təxminən 3 olarmış. Hava qaranlıq olduğu üçün Raul havanın açılmasını gözləyirmiş. Buna görə də, birlikdə Lənkəran şəhəri Qala Xiyabanı ərazisində yerləşən çayxanaların birinə gəlmişlər. Orada söhbət əsnasında Rauldan Bakı şəhərində harada qalacaqlarını soruşmuş, Raul ona bir yer tapacağını demişdir. Saat təxminən 07 radələrində Lənkəran şəhəri Ləvəngi dairəsi adlanan yerdən tanımadığı Mersedes markalı avtomobillə Bakı şəhərinə getmişlər. Həmin avtomobildə tanımadığı 2 nəfər sərnişin də olmuşdur. Bakı şəhərində Koroğlu metrosu yaxınlığında avtomobildən düşmüşlər. Bir qədər orada qaldıqdan sonra taksi ilə Şüvəlan qəsəbəsinə getmişlər. Raul Zəhra adlı nişanlısına da zəng etmişdir. Şüvəlanda restoranların birində oturub birlikdə yemək yemişlər. Bir qədər restoranda oturduqdan sonra Raul Zəhranı evinə yola salmışdır. Şüvəlanda olarkən tanımadığı şəxs Raula zəng edib rayona qayıtmasını istəmişdir. Birlikdə Lökbatan ərazisinə gəlib rayona qayıtmaq istəyərkən Raulun telefonuna zəng gəlmiş, tanımadığı şəxs Raula rayona qayıtmamalarını, onları polisin tutacağını demişdir. Buna görə də, birlikdə Şüvəlana geri qayıtmışlar. Orada bir neçə saat gəzmişlər. Hava artıq qaralmışdır. Bir qədər gəzdikdən sonra ertəsi günü Raulun qohumu olan Cavid adlı şəxsin yanına, Buzovna qəsəbəsində yerləşən evinə getmişlər. Raul Cavidə oğurluq etməsi barədə heç bir söz deməmişdir. Cavidə Bakı şəhərinə iş tapmaq üçün gəldiklərini demişdir. Gecəni Cavidin yanında qaldıqdan sonra təkrar taksi ilə Bakı şəhərində gəzməyə başlamışlar. O, bir qədər düşündükdən sonra Raula demişdir ki, “mən mağazaya girməmişəm ki, məni polis tutsun” və Raula Lənkəran rayonuna qayıtmaq istədiyini demişdir. Raul polisin onu tutacağını və oğurluğu Raulun etdiyini polisə deməməyini istəmişdir. O, da Raula narahat olmamasını bildirmişdir. Raul da onunla razılaşmış və xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində birlikdə taksi ilə Lökbatan dairəsinə tərəf gəlmişlər. Lökbatan dairəsinə çatan zaman Raul mobil telefonunda olan ***-***-**-** saylı nömrəni telefondan çıxarıb pəncərədən tullamışdır. Rauldan 20 manat taksi pulu alıb oradan tanımadığı taksi sürücüsü ilə Lənkəran rayonuna qayıtmışdır. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında evə çatmış, Lənkərana gəldikdən sonra baş verənləri anasına danışmışdır. Anası birlikdə polisə getmələrini istəsə də ertəsi günü bazar günü olduğu üçün polisə getməmişlər. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Liman polis bölməsinə anası ilə birlikdə gedib hər şeyi olduğu kimi danışmışdır. Lənkəran rayonu Liman şəhəri Babək küçəsində yerləşən “Oba” marketdə quraşdırılmış videomüşahidə kameralarının yaddaşından götürülmüş və ona təqdim olunmuş videogörüntüdə otağa daxil olub seyfdən pulları oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Lənkəran rayonu Liman şəhəri Babək küçəsində yerləşən "xxxx"də oğurluq olması barədə DİN-nin 102 xidmətinə məlumat daxil olmuş, daxil olmuş məlumatla bağlı Lənkəran ŞRPŞ-nin və Liman PB-nin əməkdaşları tərəfindən hadisə yerinə və mağazanın müşahidə kameralarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, oğurluğu törədən şəxs Liman şəhər sakini Təqsirləndirilən şəxsdur. Bu barədə ona Liman PB-nin əməkdaşları tərəfindən məlumat verildikdən sonra o, Təqsirləndirilən şəxs tanıdığı üçün Raula öz ***-***-**-** saylı mobil nömrəsindən zəng edib özünün könüllü surətdə polisə gəlməsi üçün razı salmağa çalışmış və bildirmişdir ki, oğurladığı pulları xərcləməyib polisə təqdim etsin. Əgər özü könüllü polisə gələrsə köməklik edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs profilaktiki söhbətdən sonra Bakı şəhərində olduğunu, Lənkəran rayonuna gəlməyə ilk əvvəl razı olsa da, daha sonra onun zənglərinə cavab verməmişdir. O, məcbur qalıb Raula mesaj yazmağa başlamışdır. Lakin Raul onun mesajlarına cavab verməyib nömrəsini bloka atmışdır. Sonra ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərindən Lənkəran rayonu Liman şəhərinə gəlmiş, xx.xx.2024-cü il tarixdə Liman PB-nə gedərək törətdiyi oğurluq cinayətini etiraf etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, həmçinin təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan: “Hadisə yerinin baxışının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən market köhnə Ələt-Astara avtomobil yolunun rayonun Liman şəhəri Babək küçəsindən keçən hissəsində Astara rayonu istiqamətində yolun sağ kənarmda yerləşir. Baxış keçirilən mağazanın arxasında yaşayış evləri və tikililər vardır. Mağaza bir mərtəbəli olmaqla üzəri suvaq, yuxarı hissəsi alkaponla, damı şiferlə örtülmüşdür. Pəncərələri isə ağ rəngli plastik materialdan hazırlanmışdır. Mağazaya daxil olduqda vitrinlər və kassa vardır, girişdən sağ tərəfdə isə vitrinlərə düzülməmiş ərzaqların saxlanıldığı depo yerləşir. Həmin otağa girişdən sol tərəfdə başqa otaq var ki, həmin otaqda stol, stul, stolun üzərində iki monitor, otağa girişdən sol tərəfdə yerdə isə dəmir seyf vardır. Baxış zamanı hadisə yerini təqdim edən Şahid1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 07 radələrində evdə olarkən mağazada çalışan işçi Şahid4 onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq mağazadan oğurluq edildiyini bildirmiş, o, dərhal mağazaya gəlmiş və ona məxsus otağın seyfindən pulların oğurlandığını görmüşdür. Buna görə də, DİN-nin 102 xidmətinə zəng edib oba marketdən pul oğurlandığını bildirmişdir. Sonradan pulların hesabatına baxan zaman oradan ümumilikdə 2680 manat pulun oğurlandığını müəyyən etmişdir. Mağazaya baxış zamanı müəyyən edilmişdir ki, mağazanın içərisini və ətrafını görüntüləyən müşahidə kameraları mövcuddur. Həmin kameraların yaddaşında olan görüntülərə baxış zamanı məlum olur ki, xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində üzü görünməyən, əlində əlcək olan naməlum şəxs mağazanın küm hissəsindən depoya daxil olub, oradan da digər otağa girib seyfın açarını siyirmədən götürərək seyfı açıb orada olan pulları oğurlayaraq gəldiyi yolla getmişdir. Bundan başqa müşahidə kameralarının yaddaşında olan vaxtın 10 dəqiqə geridə olduğu məlum olur. Hadisə yerinin müayinəsi zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir iz və ya alət götürülməmişdir. Həmçinin müşahidə kameralarının yaddaşında olan görüntü bir ədəd CD diskə köçürülməsi üçün götürülmüşdür. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. 25 oktyabr 2024-cü il tarixli “CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Liman şəhəri Babək küçəsində yerləşən "xxxx" mağazasına baxış keçirilən zaman videomüşahidə kameralarının yaddaş blokundan götürülərək bir ədəd CD diskə köçürülmüş görüntülərə baxış zamanı diskdə “VİD-20241029-WA0034” və “VİD-20241029-WA0035” adlı faylların olduğu, “VİD- 20241029-WA0034” adlı faylda 01 dəqiqə müddətində videogörüntünün olduğu, görüntünün mağazanın depo hissəsinin qarşısını və digər otağın içərisini görüntülədiyi, görüntü kameranın yaddaş blokunda olan vaxta əsasən xx.xx.2024-cü il, saat 01:53-də başlamasır, xx.xx.2024-cü il, saat 01:54-da başa çatması, görüntüdə əynində qara rəngli papaq və gödəkcə, əlində əlcək olan və üzü görünməyən şəxsin mağazanın deposuna küm hissədən daxil olub oradan da digər otağa keçərək girişdən sağ tərəfdə olan siyirmədən seyfin açarını götürüb sol tərəfdə yerdə qoyulmuş seyfin qapısını açıb seyfdə olan pulları götürərək gəldiyi yolla yəni depodan kümə qalxaraq mağazanı tərk etməsi müəyyən edilmişdir. Həmçinin “VİD-20241029-WA0035” adlı faylda 05 saniyə müddətində videogörüntünün olduğu, görüntünün mağazanın qarşı sağ hissəsini görüntülədiyi, görüntünün kameranın yaddaş blokunda olan vaxta əsasən xx.xx.2024-cü il, saat 01:55-də qeydə alındığı, görüntüdə qaranlıq hava şəraitində mağazanın yaxınlığında gözləyən şəxsin mağazanın sol tərəfindən ön tərəfinə çıxıb sola doğru qaçaraq uzaqlaşan şəxslə birlikdə həmin ərazini qaçaraq tərk etdiyi müşahidə olunur. Baxış keçiriləndən sonra disk zərfə qoyulub cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin materiallarında olan “CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə “Azercell MMC”-dən 24380 saylı xx.xx.2024-cü il tarixli məktubla Lənkəran ŞRPŞ-nə daxil olmuş 1 ədəd CD diskə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, diskin üzərində “Verbatim”, “CD-R, 700, 52*80 15456” yazıları yazılmışdır. Diskdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə aid məlumatların olduğu məlum olur. Diskə baxış zamanı diskdə “517933763_SMS.txt”, “**********63.txt”, “abuneciler.xls” və “antena.xls” adlı fayların olması görünür. “517933763_SMS.txt” adlı faylda xx.xx.2024-cü il tarixdə, səhər saatlarından axşam saatlarına qədər olan müddət ərzində Liman PB-nin əməkdaşlarının və Təqsirləndirilən şəxs yaxın qohumlarının onun ***-***-**-** saylı mobil nömrəsinə mesajlar yazaraq Lənkəran rayonuna gəlib könüllü polisə təslim olmasını və ona köməklik edəcəklərini bildirmələri əksini tapmışdır. “**********63.txt” adlı faylda iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. “abuneciler.xls” adlı fayla baxış zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 28 abonentlə əlaqə saxlaması aşkar edilmişdir. “antena.xls” adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə, saat 13:11-də “Lenkeran r-nu Liman", xx.xx.2024-cü il tarixdə, saat 10:47-də “Bakı şəhəri Nizami ray, H.Əliyev küçəsi 255. Olimpiya şəhərciyi", saat 11:36-da “Mardakan qəs. ATS54”, saat 11:40da “Şüvəlan qəs “Heyat” restoranı”, saat 15:52-də “Binə qəs”, saat 17:36-da “Şüvəlan qəs.”, saat 17:56-da “Binə qəs”, saat 17:57-də “Mərdəkan qəs", saat 18:24-də “Şüvəlan qəs “Heyat” restoranı”, saat 21:06-da “Mardakan qəs. ATS54”, saat 23:09-da “Xəzər ray, Buzovna qəs, Zaqulba palace”, saat 23:41-də “Buzovna qəs, Zaqulba qəs ", saat 23:59-da “Xəzər ray, Zaqulba ticarət mərkəzi” anten dairələrində olması müəyyən edilmişdir. Baxış keçirildikdən sonra disk zərfə qoyulub cinayət işinin materiallarında saxlanılmışdır. Bu da Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq edir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş oğurluq hadisəsinin video görüntüsü olan bir ədəd disk, Azercell MMC-yə aid mobil operatorundan götürülmüş təqsirləndirilən şəxsə aid mobil nömrənin telefon danışıqları və anten dairələrinə dair məlumatların köçürüldüyü 01 ədəd disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. İstintaq zamanı əməliyyat tapşırığının cavabından görünür ki, xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Liman şəhəri Babək küçəsində yerləşən "xxxx" MMC-yə məxsus mağazadan 2680 manat pulu Liman şəhər sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan oğurluq hadisəsini törədərkən ona başqa heç kim köməklik etməmiş, oğurluq barədə Şahid6 başqa heç kimin məlumatı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs oğurluq cinayətini törədərkən Şahid6 ilə əlbir olmamış, Şahid6 Təqsirləndirilən şəxs oğurluqda köməklik etməmişdir. Təqsirləndirilən şəxs oğurluq etdikdən sonra qaçarkən Şahid6 yolda görmüş, "xxxx" dən oğurluq etdiyini ona bildirmiş və oğurluq barədə polisə məlumat verəcəyindən ehtiyat edib sonuncunu da özü ilə Bakı şəhərinə aparmışdır. Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən sonuncu qapalı məhkəmə iclasında elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək oğurluq hadisəsini işsiz olduğu üçün törətdiyini, ayağında elektron qolbağ olduğundan onu heç yerdə işə qəbul etmədiklərini, oğurluq etmək fikri onun özünə məxsus olduğunu, oğurluqda Əliabbasın iştirak etmədiyini, marketdən 2600 manat pul oğurlayıb həmin pulu bir həftə ərzində taksilərə xərclədiyini, polisdə heç bir fiziki və ya mənəvi zorakılığa məruz qalmadığını, vəsatətin təmin edilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Fizuli Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lənkəran rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək ona təyin edilmiş 01(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ay 25 (iyirmi beş) gününü çəkmiş, 01 (bir) ay 05 (beş) gün çəkilməmiş cəzası qalmışdır. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 747 nömrəli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-xx.xx.2021-ci il tarixində Lənkəran SHXÇDX-nin göndərişi ilə Lənkəran ŞPX-da stasionar müayinə olunub və “Hal hazırda psixi xəstəlik əlamətləri aşkar olunmur, anamnezində bir dəfə keçirilmiş affektiv reaksiya, özünükəsmələrlə” diaqnozu qoyulmuşdur. İş üzrə zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən Lənkəran ŞRPŞ-nin İB-nə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən cəmiyyətə dəymiş 2.680 (iki min altı yüz səksən) manat maddi ziyan ödənilmişdir. "xxxx" MMC-nin heç bir şikayət və tələbi yoxdur. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 4(049)-173/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 noyabr 2024-cü il saat 18:00-dan hesablanmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X1 ilə birlikdə ünvan 6 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahid ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs ümumi dəyəri 2.680 manat pulu oğurlamışdır ki, bu əməl onun oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın ödənilməsini, ondan şikayətin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halı müəyyən etməmişdir. Belə ki, CM-nin 60-cı maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, cəzanın fərdiləşdirilməsi prinsipindən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmağı, vurulmuş ziyanı ödəməsi, habelə zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması nəzərə alınmaqla hesab edir ki, ona CM-nin 177.2.3-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Fizuli Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilərək çəkilməmiş 1 (bir) ay 5 (beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hömlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdən 09 aprel 2025-ci il tarixədək olan müddətdə həbsdə saxlandığı 5 (beş) ay 7 (yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilərək o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməlidir. X3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olan oğurluq hadisəsinin video görüntüsünün köçürüldüyü 01 ədəd disk və Azercell MMC-yə aid mobil operatorundan götürülmüş təqsirləndirilən şəxsə aid mobil nömrənin telefon danışıqları və anten dairələrinə dair məlumatların köçürüldüyü 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Fizuli Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) ay 5 (beş) gün müddəti hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdən 09 aprel 2025-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 7 (yeddi) gün müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 10 ay 14 gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 8 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilərək o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. X3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan oğurluq hadisəsinin video görüntüsünün köçürüldüyü 01 ədəd disk və Azercell MMC-yə aid mobil operatorundan götürülmüş təqsirləndirilən şəxsə aid mobil nömrənin telefon danışıqları və anten dairələrinə dair məlumatların köçürüldüyü 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-56/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-56/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver