Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-57/2023 10.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1997-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 2022-ci ilin sentyabr ayının əvvəllərində, Lənkəran rayonunda müəyyən edilməyən vaxtda ünvan 1 ünvanında yaşayan X2 04 (dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,393 qram, 0,553 qram, 0,333 qram, 0,278 qram, ümumi təmiz çəkisi -1,557 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 02 sentyabr 2022-ci il tarixdə, saat 14:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri, H.Abdullayev küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 2-3 dəfə narkotik vasitə olan heroin istifadə etmişdir. Heroini əvvəllər tanıdığı X2 almışdır. 02 sentyabr 2022ci il, saat 14 radələrində Lənkəran şəhəri, H.Abdullayev küçəsində heroin qəbul etmək üçün yer axtararkən polis əməkdaşları yaxınlaşaraq onu polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə bölməyə gəldikdən sonra ona vəkil təyin edilmiş və polislər və vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı o, özü şalvarının sol yan cibində olan və istifadə etmədiyi heroini çıxararaq təqdim etmişdir. Bundan sonra protokol tərtib edilmiş və o, da imza etmişdir. Hazırda əməlindən çox peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 sentyabr 2022-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı tərəfindən dərhal rəhbərliyə raportla məruzə edildikdən sonra təxirəsalınmadan əməliyyat tədbiri keçirilməsi haqqında qərar qəbul edilərək onun rəhbərliyi altında polis əməkdaşları Şahid2 və Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində Lənkəran şəhəri, H.Abdullayev küçəsində saxlanılaraq, polis şöbəsinin inzibati binasına gətirilmiş, təhqiqatçı tərəfindən onların və dəvət edilmiş müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim edilməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sol yan cibindən dörd ədəd şəffaf rəngli sellofan bükülünü çıxardıb masanın üzərinə qoyaraq bükülünün içərisində heroin olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxış keçirilmiş və baxış zamanı içərisindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs heroinin özünə məxsus olduğunu və həmin gün saxlanıldığı Lənkəran şəhəri, H.Abdullayev küçəsində əvvəllər tanıdığı Xəlil adlı şəxsdən 20 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərdi ki, 02 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat qrupunda iştirak etmişdir. Əməliyyat qrupuna Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində baş əməliyyat müvəkkili Şahid1 rəhbərlik etmiş, ondan başqa polis əməkdaşı Şahid3 də əməliyyat qrupunda iştirak etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində Lənkəran şəhəri, H.Abdullayev küçəsində saxlanılaraq, polis şöbəsinin inzibati binasına gətirilmiş, təhqiqatçı tərəfindən onların və dəvət edilmiş müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim edilməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sol yan cibindən dörd ədəd şəffaf rəngli sellofan bükülünü çıxardıb masanın üzərinə qoyaraq bükülünün içərisində heroin olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxış keçirilmiş və baxış zamanı içərisindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs heroinin özünə məxsus olduğunu və həmin gün saxlanıldığı Lənkəran şəhəri, H.Abdullayev küçəsində əvvəllər tanıdığı Xəlil adlı şəxsdən 20 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid3 cinayət işinin 92-94-cü vərəqlərində olan ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 02 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat qrupunda iştirak etmiş, əməliyyat qrupuna Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində baş əməliyyat müvəkkili Şahid1 rəhbərlik etmiş, ondan başqa polis əməkdaşı Şahid2 da əməliyyat qrupunda iştirak etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində Lənkəran şəhəri, H.Abdullayev küçəsində saxlanılaraq, polis şöbəsinin inzibati binasına gətirilmiş, təhqiqatçı tərəfindən onların və dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim edilməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sol yan cibindən dörd ədəd şəffaf rəngli sellofan bükülünü çıxardıb masanın üzərinə qoyaraq bükülünün içərisində heroin olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxış keçirilmiş və baxış zamanı içərisindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs heroinin özünə məxsus olduğunu və həmin gün saxlanıldığı Lənkəran şəhəri, H.Abdullayev küçəsində əvvəllər tanıdığı Xəlil adlı şəxsdən 20 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X5 cinayət işinin 78-80-ci vərəqlərində olan ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “2011-ci il tarixdə narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri yandırmaqla tüstüsünü udmaqla istifadə edir. Narkotik vasitələri Lənkəran şəhər ərazisində təsadüfən rastlaşdığı, üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxslərdən alır. 02 sentyabr 2022-ci il tarixdə saat 15:45 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsində mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbədə üzərinə baxış keçirilən baxış zamanı üzərindən dörd bükümdə narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Üzərindən aşakar olunmuş narkotik vasitəni hazırda həbs olunmuş İlyas adlı Lənkəran şəhər sakinindən almışdır. Həmin gün polis şöbəsində ona məlum olmuşdur ki, Lənkəran rayonu, Girdəni kənd sakini Təqsirləndirilən şəxs da ondan əvvəl tutulmuşdur və onun da üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni ondan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs çörək zavodunun işçisi kimi tanıyır. Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələr satmamışdır. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni ondan aldığını qəsdən bildirmişdir. Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir şəxsi qərəzçiliyi olmamışdır. Ümumiyyətlə heç kimə narkotik vasitə və psixotrop maddə satmamışdır.” Cinayət işinin 29-30-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 02 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 04 ədəd bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin 04 ədəd narkotik vasitə olan heroinin çəkisi 1,73 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, həmin bükümlər özünə məxsusdur, Lənkəran şəhəri, H.Abdullayev küçəsində Xəlil adlı şəxsdən ümumilikdə 20 manata almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş Şəxsi axtarış və götürmə aparılması barədə” 02 sentyabr 2022-ci il tarixli əməliyyat axtarış tədbirinin videogörüntüsündən də görünür ki, Təqsirləndirilən şəxs üzərindən 04 ədəd bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin 04 ədəd narkotik vasitə olan heroinin çəkisi 1,73 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, həmin bükümlər özünə məxsusdur, Lənkəran şəhəri, H.Abdullayev küçəsində Xəlil adlı şəxsdən ümumilikdə 20 manata almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin 39-42-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 2022-ci il tarixli 19/920 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,393 qram, -0,553 qram, -0,333 qram, -0,278 qram, ümumi təmiz çəkisi -1,557 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 72-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli, 918 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 95-96-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Maddi sübut qismində tanıma haqqında” 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 04 ədəd bükümdə, təmiz çəkisi -1,557 qram narkotik vasitə heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 ədəd bükümdə, təmiz çəkisi -1,437 qram narkotik vasitə heroin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 118-119-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 05 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə 4 büküm narkotik vasitə herioni 20 manata X2 aldığını sonuncunun üzünə qarşı demişdir. Cinayət işinin 113-117-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, CMnin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndilirən şəxs X5 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 120-122-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli 19/948 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroin kimyəvi tərkibinə və xarici görünüşünə görə X2 aşkar edilmiş narkotik vasitə heroinlə eynidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,557 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 13-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması” 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 70-71-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 85-87-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran şəhər Girdəni kənd ərazi dairəsinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Girdəni kəndinə anası və qardaşı ilə yaşayır, yaşadığı dövrdə qonşularla və məhəllə sakinləri ilə münasibətləri normal olmuş, heç bir yerdə işləməmiş, məhəllədə keçirilən tədbirlərdə iştirak etmiş, müsbət xarakterizə olunur. Cinayət işinin 83-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini etiraf edərək peşman olmasını, əvvəllər məhkum olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əldə edilməklə saxlanılmış narkotik vasitənin miqdarını, eyni zamanda narkomaniyadan əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs qısa müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli, 918 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən toksikomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,437 qram qalıq çəkisi olan heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd CD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona toksikomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,437 qram qalıq çəkisi olan heroin məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-57/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-57/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver