Məhkəmə qərarları › İş №1(049)-58/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-58/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-58/2025 24.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədazdə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 iyun 2025-ci il tarixdə, saat 12.20-də Lənkəran Rayon Məhkəməsi binasında, videokonfrans əlaqə sistemi vasitəsilə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, 2021 -ci ilin dekabr ayının əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə “instagram'Və "tik-tok" adlı sosial şəbəkələrdə kriptovalyuta ilə məşğul olmaq üçün xüsusi cihazların istehsalı və quraşdırılmasına dair elanlar verdiyinə görə onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış Zərərçəkmiş şəxs özünü əsl adını pərdələməklə "Orxan” kimi təqdim edərək, guya 6250 manat pul müqabilində yaşadığı evdə kodları əvvəlcədən təxmin edib tapan xüsusi mininq kriptovalyuta aparatı quraşdıracağı halda, aylıq 250-350 manat civarında qazanc əldə edəcəyinə dair yalan vədlər verib, hətta etibarını qazanmaq üçün əvvəlcədən razılaşdıqları kimi 08 yanvar 2022-ci il tarixdə görüşüb, sonuncunun yaşadığı ünvan 2 ünvanında mininq aparatı adı ilə təqdim etdiyi cihaz quraşdıraraq, guya cihazın daim internet xəttinə qoşulmaqla işlək vəziyyətdə qalmasını yalandan bildirməklə, Zərərçəkmiş şəxs aldadaraq özünə inandırıb, etibarini qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək,maddi qazanc əldə etmək məqsədi ilə xeyli miqdar təşkil edən 6250 (altı min iki yüz əlli) manat məbləğində pul vəsaitini 08 yanvar 2022-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs qəbul edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərdi ki, Valideyləri ilə birlikdə Bakı şəhərində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər məhkum edilməmişdir. O Citynet internet kabellərinin çəkilməsində montaj edən işləmişdir. Gördüyü işlərə görə zəhmət haqqı almışdır. Ramin Əlyevi əvvəllər tanımamışdır. Onunla arasında heç bir münasibəti olmamışdır. O kriptovalyuta istehsal edən yəni kodları təxmin edən xüsusi Mining aparatı cihazı quraşdırmaqla məşğul olmuşdur. 2020-ci ildən sonra həmin aparata maraq azalmışdır. O, buna görə instaqram sosial şəbəkəsində reklam yerləşdirməyinə baxmayaraq bu işə görə ona müraciət edən olmamışdır. 2021-ci ildə maddi durumu pis olmuşdur. Buna görə pul əldə etmək üçün kimsə müraciət edərsə həmin şəxsi aldadaraq qazanc əldə etmək qərarına galmisdir. Bunun üçün instagram sosial şəbəkərlərində yerləşdirdiyi səhifədə maraqlanan şəxslərlə əlaqə saxlamaq ücün həmin vaxtlar istifadəsində olan *** *** ** **, 051 *** ** ** və 050 *** ** ** sayli mobil telefon nömrələri qeyd etmişdir. Həmin nömrələrin artıq heç bir işləmir. Profilidə silmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində Lankəran rayonunda yaşayan Zərərçəkmiş şəxs adlı şəxs onunla əlaqə saxlamışdır. O, bilmişdir ki, uzun müddətdir kriptovalyuta birjası və “mining" cihazlar ilə maraqlanir. Hamin şəxsin pulunu ələ keçirmək məqsədi ilə ona yalandan bildirmişdir ki, yaşadığı ünvana gələrək kriptovalyuta istehsalı edən "mining"cihazi quraşdıra bilər. Həmçinin Zərərçəkmiş şəxs vəd etmişdir ki, həmin cihazın işləməsi nəticəsində ayliq 250-350 manat arası qazanc əldə edəcəkdir. Zərərçəkmiş şəxs bir müddət düşündükdən sonra 2022-ci ilin yanvar ayının əvvəllərində yenidən onunla əlaqə saxlamış və görüşmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs "mining” cihazını düzəltmək üçün onu yaşadığı Lənkəran rayonuna dəvət etmişdir. Onu aldadıb pul vəsaitini ələ keçirmək məqsədi ilə 2022-ci ilin yanvar ayında Lənkəran rayonuna getmişdir. Əlavə etmişdir ki, danışıq zamanı özünü Zərərçəkmiş şəxs “Orxan” adı ilə təqdim etmişdir ki, pul vəsaitini ələ keçirdikdən sonra onu tapmaq onun üçün çətin olsun. Lənkəran rayonunda görüş zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, ona satacağı kriptovalyuta istehsal edən cihazı düzəltməyi 6.000 manat təşkil edəcəkdir. Həmin pulu ödədikdən sonra onun yaşadığı evdə kriptovalyuta istehsal edən, yəni kodları təxmin edərək tapan xüsusi mining aparati quraşdırcaqdır. Qeyd etmişdir ki, əslində niyyəti Zərərçəkmiş şəxs aldadaraq pul vəsaitini ələ keçirmək olmuşdur. Həmin ərəfə həmin cihazın işlmədiyini bilmişdir. Lənkəran rayonunun ərazisində Zərərçəkmiş şəxslə söhbət etdikdən sonra xırda xərclərlə birlikdə 6.250 manat pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmışdır. Lənkəran rayonuna gedan zaman ciddi insan kimi görünmək üçün Zərərçəkmiş şəxs inandirmaq üçün iki tanışı, Şahid1 və Kamran adlı şəxsi də özü ilə aparmışdır. Qeyd etmişdir ki, Kamran və Loğman onun Zərərçəkmiş şəxs pul vəsaitini ələ keçirməyi ilə bağlı heçnə bilməmişlər. Onlara bildirmişdir ki, həqiqətən cihaz düzəldə bilr. Loğman və Kamranı da ora özü ilə kömək etmək məqsədi ilə aparmış və onlara köməkliyə görə 30 manat pul vermişdir. 08 yanvar 2022-ci il tarixdə gündüz saatlarında Ramin Qulyevin yaşadiği evə gəmişdir. Evdə inandirici olsun deyə özü ilə kompyuterə aid videokartalarla, Zərərçəkmiş şəxs evində işləyərək "mining" cihazina oxsar bir cihaz düzəltmişdir. Zərərçəkmiş şəxs inandirmaq üçün internet vasitəsi ilə həmin cihazlarla maraqlandığı üçün inandiricı olsun deyə ona bildirmişdir ki, aparatı daim işlək vəziyyətdə saxlasın və elektrik təminatını kəsintisiz təmin etsin. Zərərçəkmiş şəxs yalandan vəd etmişdir ki, hər ay cihazın işləməsi nəticəsində əldə olunan qazancı ona göndərcəkdir. Həmin gün, yəni 08 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında ona 6.250 manat pul vəsaiti vermişdir. Cihaz quraşdırıldıqdan sonra Zərərçəkmiş şəxs mütəmadi olaraq ona ödəniləcək qazancla maraqlanmışdır. Hər dəfəsində ona müxtəlif bəhanələrlə qazancın yaxın müddətdə olacağını bildirmişdir. Çox saylı zənglər etdiyi ücün 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs demişdir ki, güya cihazda problem var və buna görə də rayona gələrək həmin cihazı götürüb təmir etmək üçün aparcaqdır. Bundan sonra o, Lənkəran rayonuna gedərək Zərərçəkmiş şəxs evindən cihaz kimi quraşdırdığı avadanlığı götürmüşdür. Qeyd etmişdir ki, orada inandırıcı olsun deyə kompyuter videokartaları da qoymuşdur. Zərərçəkmiş şəxs evindən həmin videokartaları götürdükdən sonra onlar xatrlamadığı mağazalara satmışdır. Təmir ilə quraşdırdığı avadanlığı götürdükdən sonra Zərərçəkmiş şəxslə əlaqəni kəsmişdir. Əldə etdiyi pulu maddi ehtiyyaclarına xərcləmişdir. Törətdiyi əmələ görə peşmandır. O Ramindən başqa heç kəsi aldatmamışdır. Zərərçəkmiş şəxs onun evində cihaz quraşdırmaq adı ilə aldığı 6250 manatdan 2100 manatını qaytarmış, qalan 4150 manatı tez bir zamanda ödəyəcəkdir. Onunla birlikdə olan Kamranla Loğmanın, Raminin evində quraşdırdığı cihazın nə işə yaramasını bilməmişlər. Ramindən aldığı 6250 manat pulu dələduzluq yolu ilə ələ keçirməyi barədə onların heç bir xəbərləri olmamışdır. O cihazı quraşdırılmasında Kamrana sadəcə göstəriş vermişdir. Nəyi hara qoşmasını demişdir. Bildirir ki, Kamranla Loğmanla qabaqcadan aralarında əlbirlik olmamışdır. Ramindən pulu o almışdır. Raminlə onunla söhbət etmişdir. O nə Loğmanla nədə ki, Kamıranla aralarında heç bir razılaşma söhbət olmamışdır. Ramindən aldığı 6250 manat puldan Loğmana verməmişdir. Kamranada 30 manat ona köməklik etdiyi üçün vermişdir. Hazırda isə onlara vurduğu ziyanı tam olaraq ödəmiş, zərəçəkmiş şəxslə barışmış, vurulmuş ziyanın iyirmiş beş faizi miqdarında dövlət büdcəsinə ödəmiş və barəsində olan işin icraatına xitam verilməsiuni xahiş edir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də digər istintaq materialları ilə təsdiq edilərək tam sübuta yetirilir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirib göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində yazdığı şikayət ərizə ilə bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Aralarında hər hansı bir qəsdi qərəzçiliyi olmamışdır. Onun kriptovalyuta istehsal edən mininq cihazı barədə əvvəllər məlumatı olmuşdur. Əvvəllər Rusiya Federasiyasına yaşadığı vaxtlarda bu işlə tanış olmuşdur. 2021 -ci ilin dekabr ayında tik-tok və instagram sosial şəbəkələrində “Kripto-mining" səhifəsi görmüşdür. Həmin səhifədə xüsusi cihazlar istehsal edərək satdıqlarını reklam edirdilər. Uzun müddətdir ki, kriptovalyuta istehsalı üçün "mining" aparatları ilə bağlı sosial şəbəkələrdə məlumatları oxuduğu üçün bu ona maraqlı görsənmiş və səhifələrdə olan (070) 8816038, (051) *** ** ** və (050) *** ** ** saylı mobil telefon nömrələri ilə əlaqə saxlamağa başlamışdır. Telefonlara cavab verən şəxs ona bildirmişdirdi ki, onlar istədiyi ünvana gelib orada “mining aparatı” quraşdırıb sata bilirlər. Bir müddət düşündükdən sonra qərara gəlmişdir ki, həmin şəxslərlə əlaqə saxlayaraq mining aparatı alaraq kriptovalyuta istehsalında qazanc əldə etsin. Səhifənin sahibi ona aylıq 250 manatdan 350 manatadək qazanc vəd verdiyini və istənilən vaxt mining aparatınında satıla biləcəyini bildirmişdir. 2021-ci ilin dekabr ayının sonlarında Əhədlə zəngləşərkən ona təsadüfən Lənkəran şəhərində olduğunu demişdir. O da onunla görüşmüşdür. Söhbət əsnasında o bu işlə dəqiq maraqlanmışdır. Görüş zamanı Əhəd ona adının “Orxan” olduğunu demişdir. Lakin bir müddət sonra onun adının Əhəd olduğunu öyrənmişdir. Əhədlə söhbət zamanı bildirmişdir ki, o, 6.000 manat müqabilində yaşadığı evdə kriptovalyuta istehsal edən, yəni kodları təxmin edərək, tapan xüsusi mining aparatı quraşdıracaqdır. Həmin mining aparatının fasiləsiz işləməsi nəticəsində ayliq 250-350 manat arasında qazancının olacağını vəd etmişdir. Bundan əlavə Əhəd mining aparatının fəaliyyəti nəticəsində əldə olunan kodları özü gəlib sistemdən öz kompyterinə köçürəcəyini və beynəlxaq valyuta birjasında satdıqdan sonra hesabına pulu köçürəcəyini söz vermişdir. O da Əhədlə razılaşmışdır. Əhəd ona bildirmişdir ki, bütün xırda xərclər ilə birlikdə cihaza görə ona 6250 manat pul verməlidir. O da fikrini dəqiqləşdirib xəbər edəcəyini ona demişdir. 2022-ci ilin yanvar ayının əvvələrində Əhədə zəng edib artıq pul düzəltdiyini və gəlib aparatı quraşdırmasını demişdir. Ona hətta bu işdə bir fırıllaq olarsa şikayət edəcəyini də bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Əhəd özündən savayı Loğman və Kamran adlı şəxlsərlə birlikdə onlara gəlmişdir. Əhəd ona həmin şəxslərin onun işçiləri olduğunu demişdir. Birlikdə evinə getmişlər. Həmin vaxt evdə arvadı Şahid2 olmuşdur. Onların gəlməsini o da təsdiq edə bilər. Həmin gün Əhəd digər işçiləri kimi təqdim etdiyi şəxslər ilə birlikdə ünvan 5 ünvanında həmin cihazı quraşdırmışlar. Əhəd ona bildirmişdir ki, cihaz daim işlək vəizyyətdə olmalı, elektrik və internet təminantı kəsintisiz olmalıdır. O cihazı "wifi" vasitəsi ilə öz mobil telefonuna bağlamışdır ki, özü nəzarət etsin. O, həmin cihazdan anlayışı olmadığı ücün Əhədin dediklərinə inanmış və həmin gün saat 17 radələrində, yaşadığı evdə arvadı Könülün və Əhədlə birlikdə gəldiyi Loğman və Kamran adlı şəxslərin yanında 6250 manat pulu sayıb Əhədə vermişdir. Əhəd getdikdən sonra cihazı daima elektrik və internet təminatı ilə təmin etmişdir. Əhəd cihazı quraşdırdıqdan bir həftə sonra cihaz sönmüşdür. O, bu barədə Əhədə zəng edəndən sonra, o, gəlib aparatı yandırıb getmişdir. Bir həftə sonra yenidən aparat sönmüş və o, Əhədi yenidən çağırmışdır. Əhəd gəlib ona cihazın xarab olduğunu və ona cihazı təmir edib gətirəcəyini deyərək cihazı götürüb aparmışdır. O, üstündən iki həftə sonra, Əhəddən cihaz barədə soruşanda Əhəd ona narahat olmamasını, hələ təmir etmədiyini demişdir. Növbəti iki həftə keçdikdən sonra Əhədə zəng edib, o isə onun telefonuna cavab verməmişdir. O, onunla bilrikdə gəlmiş Loğmana zəng etmişdir. Loğmana “bəs nə oldu siz mənə pul verəcəkdiniz hesabıma pullar köçürəcəkdiniz” dedikdə, Loğman ona narahat olma bu barədə Əhədə bildirəcəkdir demişdir. Sonra Əhəd onun telefonunu götürmədiyi üçün Loğmana zəng etdikdə Loğman ona Əhədə bu barədə dediyini bildirmişdir. Növbəti dəfə Əhəd telefonlarını söndürmüşdür. Loğmanla əlaqə saxlayanda o da Əhədi görmədiyini və onunla əlaqə saxlaya bilmədiyini demişdir. Sonra o, Mərkəzi Bankla əlaqə saxlayaraq həmin kriptovalyuta ilə bağlı soruşduqda, ona kriptovalyutanın 2021-ci ildə artıq qiymətdən düşdüyünü və heç bir əmtəə dəyəri olmadığını demişlər. Bundan sonra bilmişdir ki, Əhəd onu aldatmışdır. O, aparatı quraşdırılarkən bunu bilməmişdir. O da Əhəd barəsində şikayət etmişdir. Sonra Əhəd həmin puldan 1100 manat ödəmişdir. Hazırda, Əhəd ona 5150 manat ziyanı ödəməmişdir. Xahiş etmişdir ki, Əhədin dələduzluq yolu ilə ona vurduğu ziyanın ödənilməsinə köməklik edilsin. O, həmin cihazdan ilk dəfə idi ki, görmüşdür. Evində cihazı quaşdırılmasında Kamranla Loğman köməklik etsələr də, işin əsas hissəsini Əhəd görmüşdür. Əhəd onlara nəyi hara qoşmasını dair göstərişlər vermişdir. O bundan hiss etmişdir ki, Kamranla Loğmanın cihazdan anlayışları yoxdur. Əhədin ona deməsinə görə cihazın işləməsi nəticəsində ayda 250-300 manat qazanc əldə edəcəkdir. O pulu Əhədə vermişdir. Onun söhbəti Əhədlə olmuşdur. Əhəd onu aldadaraq pulunu ələ keçirmişdir. Həmin şəxslər Əhədlə əlbir olmamışlar. Onun həmin şəxslər arasında heç bir söhbəti olmamışdır. Bundan başqa Əhəd onlara da adının Orxan olduğunu demişdir. Əhədə zəng çatmayanda Loğmanla Kamrana zəng edib, onlardan Əhəd barədə maraqlanan da, onlar da Əhədlə əlaqə saxlaya bilmədiklərini ona demişlər. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək təqsirləndirlən şəxslə barışdığını, təqsirləndirilən şəxsin ona vurduğu ziyanı ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtə barəsində Şahid1 lazımi qaydada məlumatlandırılsa da, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olsa da, ailəsi ilə bilrikdə Abşeron rayonun Masazır qəsəbəsində yaşayır, əvvəllər məhkum edilməmişdir. Evlidir. O, Bakıl şəhəri 28 may metrosunun yaxınlığında yerləşən "M Elektroniks” kompyuter hissələri və avadanlıqları satılan dükanda satıcı işləyir. Əhədi iki ilə yaxındır ki, tanıyır. Ona adının ilk öncə Orxan olduğunu desə də, Zərərçəkmiş şəxs onun barəsində şikayət etdikdən sonra onun əsl adının Əhəd olduğunu öyrənmişdir. Əhəd, onun işlədiyi dükana gələrək dükandan kompyüter avadanlıqları alarmış. O, Əhədi ilk öncə müştəri kimi tanısa da, dükana tez-tez get-gəl etdiyi üçün onunla münasibəti yaranmışdır. Əhədin onun əslən Lənkəranlı olduğunu bilirmiş. O, 2022-ci ilin yanvar ayında işlədiyi dükana gələrək ona işi ilə bağlı Lənkərana gedəcəyini deyib, yol-yoldaşı kimi onunla gəlməyini təklif etmişdir. O, əslən Lənkəranlı olduğu üçün onun təklifini qəbul etmişdir. Onlar birlikdə Lənkərana getmişlər. Onlarla birlikdə Əhədin tanışı olan Kamran adlı şəxs də gəlmişdir. Orada Əhəd, Ramin adlı şəxsin evində mining adı ilə bildiyi cihazı qurqaşdırmışdır. Həmin avadanlıqla dəqiq olaraq nə iş gördüyünü bilməsə də, Raminlə Əhədin arasında olan söhbətlərdən ona məlum olmuşdur ki, Ramin həmin avadanlığı qazanc əldə etmək məqsədi ilə almışdır. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs evində işləyən zaman orada olmuşdur. Əhəd həmin avadanlığı quraşdırdıqdan sonra Ramin onun yanında Əhədə 6250 manat pul vermişdir. Əhəd həmin puldan özü ilə işçi kimi gətirdiyi Kamran adlı şəxsə 30 manat vermişdir. O isə Əhəddən heç bir pul almamışdır. O, Raminin evində olarkən Ramin onun və Kamranın da mobil nömrələrini özündə qeyd etmişdir. Üstündən bir müddət sonra Ramin ona zəng edərək Əhədin, onun evində quraşdırdığı cihazı təmir etmək adı ilə apardığını və hazırda mobil nömrəsinə zəng çatmadığını bildirmişdir. Üstündən bir müddət keçdikdən sonra Ramin ona yenidən zəng edərək onu aldadan şəxsin adı Orxan deyil əsl adı Əhəd olduğunu və onu aldadaraq 6250 manat pulunu ələ keçirdiyini, Əhədə zəng çatmadığı üçün onunla əlaqə saxlaya bilmədiyini demişdir. Ramin ondan Əhədlə əlaqə saxlamasını xahiş etmişdir . Bildirir ki, Əhədin Ramindən aldığı puldan ona heç bir məbləğdə pul verməmişdir. Bu barədə yəni Əhədin Ramini aldadaraq pulunun ələ keçirməsi barədə onun qabaqcadan heç bir xəbəri olmamışdır. O, Əhədlə cəmi bir dəfə Raminin evində cihazın quraşdırılmasında iştirak etmişdir. Başqa onunla hər hansı bir yerdə cihaz quraşdırlmasında iştirak etməmişdir. İşdə olan DİN-nin BƏSİİ-nin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilərək barəsində axtarış elan edilmişdir. İşdə olan “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:00-da könüllü Lənkəran ŞRPŞ-nə gəlmiş və MSY-nə təhvil verilımişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında təqdim edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, ona təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam olaraq ödənilmiş, barışmışlar, sonuncuya qarşı şikayət, tələbi yoxdur və onun cinayət məsuliyyətindən azad olunması barədə qərarın qəbul edilməsini xahiş edir. xx.xx.2025-cü il tarixli 30068 №li mədaxil qəbzindən görünür ki, təqsirləndirilən şəxs vurulmuş ziyanın 25%-ni yəni 1563 manat pulu dövlət nəfinə-X2 hesabına ödəmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadə və ərizəsinə, qəbzi, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə «Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmiş beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv və həbsdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, 43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilsin. Qərarın bu hissədə icrası Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının rəhbərliyinə həvalə edilsin. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar