Məhkəmə qərarları › İş №1(049)-59/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-59/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-59/2023 06.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Fazıl oğlunun, Müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1986-cı ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, iki azyaşlı uşağı olan, “Çağdaş Təhsil” qəzetinin direktoru işləyən, Zaqatala rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Raspublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 2022-ci ilin avqust ayının əvvəlində rəhbəri olduğu “Çağdaş Təhsil” redaksiyasının jurnal və qəzetinin buraxılışlarında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara regional təhsil idarəsinə tabe olan məktəblərin istedadlı şagird və müəllim kollektivinin nailiyyətini işıqlandırmaq istəyini qəbulda olarkən həmin idarənin rəhbəri Zərərçəkmiş şəxs bildirdikdən sonra 01 sentyabr 2022-ci il tarixdə Lənkəran-Astara regional təhsil idarəsində kargüzar işləyən Şahid1 məktəb direktorlarına aid “WhatsApp” ani mesajlaşma mübadilə sistemindəki qrupda “...idarə tərəfindən hər hansı özəl quruma və ya mətbuat qurumuna şagird nailiyyətlərinin paylaşılması, reklam edilməsinə icazə verilməyib.... hər hansı ödənişli və ödənişsiz məlumatların paylaşılması idarə tərəfindən razılaşdırılmamışdır... bu haqda mümkün qədər valideynləri məlumatlandırın...” məzmununda göstəriş xarakterli mesaj paylaşmasından məlumat alıb, Şahid1 zəng edərək etdiyi paylaşımla “Çağdaş Təhsil” redaksiyasının bölgədə fəaliyyətinə mane olduğunu bildirdikdə, çoxsaylı şikayətlərə görə rəhbərliyin göstərişi ilə belə paylaşım edilməsi cavabını aldıqdan sonra həmin tarixdə ünvan 2 ünvanında yerləşən Lənkəran- Astara regional təhsil idarəsinin müdiri Zərərçəkmiş şəxs qəbuluna girmək üçün gəldikdə, mühafizə xidmətinin əməkdaşlarının ona hazırda qəbula gələnlərin sayının çoxluğu ilə əlaqədar növbəti həftə qəbul günündə müraciət etməsini izah etmələrinə baxmayaraq, idarənin müdiri Zərərçəkmiş şəxs onu qəbul etmədiyini bəhanə edib, “X1” Azərbaycan Respublikası Qanunu ilə ona verilmiş dövlət təşkilatlarına və onların vəzifəli şəxslərinə müraciət etmək hüququndan istifadə etmək əvəzinə təhsil idarəsinin həyətində və birinci mərtəbəsinin koridorunda qışqırmaqla səs-küy salıb, idarənin müdiri Zərərçəkmiş şəxs ünvanına cəmiyyətdə qəbul olunmayan qeyri-etik və nalayiq ifadələr işlətmiş, onun qışqırıq səslərini eşidən Zərərçəkmiş şəxs onu qəbuluna dəvət etdiyindən saat 12 radələrində binanın 2-ci mərtəbəsində, koridorun sonunda olan müdirin xidməti iş otağına mühafizə polisinin əməkdaşlarının müşayiəti ilə daxil olub, hər hansı bir səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək idarəyə müraciət etmiş çoxsaylı vətəndaşların olmasına, eyni zamanda idarənin işçi qrupu və texniki personalının işdə olduğu vaxtda, onların əhatəsində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış, ictimai yerdə davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərinə müstəsna etinasızlıq nümayiş etdirərək, öz səxsiyyətini ətrafda olan çoxsaylı vətəndaşların və idarənin işçilərinin şəxsiyyətinin fövqündə qoyub, idarə müdiri Zərərçəkmiş şəxs xidməti otağının girişində Zərərçəkmiş şəxs işdən azad etdirəcəyini və idarədə qayda-qanun yaradacağını uca səslə elan edib, ucadan nalayiq küçə söyüşləri söyməklə kifayətlənməyib, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni onu sakitləşdirmək və aqressiv hərəkətlərdən çəkindirmək üçün intizama dəvət edən idarə müdiri Zərərçəkmiş şəxs üzərinə gedib, əlində tutduğu bərk şüşə materialdan hazırlanmış su fincanını sonuncunun baş nahiyəsinə vurmaq istəyən zaman mühafizə xidmətinin polis əməkdaşları tərəfindən onun zor tətbiq edilməyə yönəlmiş hərəkətlərinin qarşısı alınaraq xidməti otaqdan çıxarılarkən Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlətməyə davam etməklə təxminən 2 saat müddətində şöbənin normal iş fəaliyyətinin pozulması ilə bərabər ətrafda olan təhsil idarəsinin çoxsaylı personalının, habelə idarədə olmuş insanların rahatlığının davamlı pozulması və Lənkəran-Astara regional təhsil idarəsinin müdiri Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunan xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək və ibtiadi araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, hazırda rəsmi olaraq jurnalist fəaliyyəti ilə məşğul olur və “Çağdaş Təhsil” qəzetini təsis etmişdir. “Çağdaş Təhsil” qəzetinin fəaliyyəti bütün Azərbaycan Respublikası ərazisində ayda 4-5 dəfə qəzet, ayda 4-5 dəfə də eyni adla jurnallar tirajlayıb satışa çıxarır. “Çağdaş Təhsil” qəzetinin əsas fəaliyyət istiqaməti orta məktəbin istedadlı şagird və müəllimləri haqqında məqalələr dərc etmək, şagird və müəllimlərin qabiliyyətlərini, ümumi işlərini jurnal və qəzetində dərc etməklə nümayiş etdirmişlər. Lənkəran-Astara regional idarəsinə Zərərçəkmiş şəxs müdir təyin edildikdən sonra onu təbrik etmiş və ona “Çağdaş Təhsil” qəzetinin və jurnalının rəhbəri olmaqla regionlarda jurnalist fəaliyyəti həyata keçirdiyini bildirmişdir. Fəaliyyəti ilə bağlı Zərərçəkmiş şəxs məlumat vermiş, Zərərçəkmiş şəxs ona rəhbəri olduğu regional idarəyə tabe olan 7 rayon təhsil müəssisələrində onun fəaliyyət göstərməyinə köməklik edəcəyini demişdir. Lakin, 01 sentyabr 2022-ci il tarixdə ona məlumat gəlmişdir ki, Elxan müəllimin köməkçisi Alim rayon təhsil sektorlarına “Whatsapp”la mesaj göndərərək “heç bir məktəb direktoru yüksək nailiyyət əldə etmiş şagirdlərin haqqında heç bir qəzet və jurnal təmsil edən şəxslərə müsahibə verməsin, şagirdlər və müəllimlərin də müsahibə verməsinə imkan verməsinlər” məlumatını vermişdir. O, bundan sonra Alimə zəng vuraraq səbəbini soruşduqda Alim ona həmin göstərişin təhsil idarəsinin müdirinin verdiyini bildirmişdir. Buna görə də 01 sentyabr 2022ci il tarixdə, saat 11 radələrində o, öz işçiləri Şahid13 və Şahid14 birlikdə Lənkəran-Astara regional təhsil idarəsinə gəlmiş, Elxan müəllimlə görüşmək istəmiş, onu saat 12 radələrinə qədər gözləmiş, saat 12 radələrində ona müdir onu qəbul etməyəcəyini bildirmişdir. Onsuzda uşağının ürəyində problemlərin olduğunda halı pis olmuş, həmin xəbəri eşitdikdən sonra əsəbiləşib məktəbin həyətinə çıxıb, qışqıraraq Elxan və Alimi çağırmağa başlamışdır. Onun səsinə binada olan direktor, müəllimlər və orada həmin vaxtı olan vətəndaşlar gəlmişlər, onu sakitləşdirməyə çalışmışlar. Sonra mühafizə polisinin əməkdaşları onu Zərərçəkmiş şəxs qəbuluna aparmışlar. Qəbula girməmişdən qabaq koridorda əsəbiləşdiyi üçün bir neçə dəfə qışqıraraq koridorun pəncərəsinə sillə ilə vurmuşdur. Həmin vaxtı mühafizə polisinin əməkdaşı Vüsal, idarənin işçi heyəti, vətəndaşlar və onunla birlikdə olan işçilər onu sakitləşdirməyə çalışırmışlar. Daha sonra iki mühafizə polisinin əməkdaşı ə onu Zərərçəkmiş şəxs qəbuluna salmışlar. Orada o, Alimi söyməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs Alimin otaqdan çıxmasını istəmiş, sonuncu otaqdan çıxdıqdan sonra o, dayanmadan Zərərçəkmiş şəxs söyüb təhqir etmişdir. Həmin vaxtı o, bir stəkan su istəmiş və stəkanda ona su gətirmişlər. Zərərçəkmiş şəxs polislərə onu otaqdan çıxarmasını bildirdikdə o, yenidən Zərərçəkmiş şəxs sözünə əsəbiləşərək ayağa qalxaraq əlindəki stəkanı bir neçə dəfə zərbə ilə öz başına vurmuş və otaqdan çıxmışdır. Otaqdan çıxan vaxtı da Zərərçəkmiş şəxs təhqir etməyə davam etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırda etdiyi əməldən xəcalət çəkir, peşmandır. Zərəçəkmiş şəxslə barışığa cəhd göstərmiş, barışıq üçün zərərçəkmiş şəxsin yanına yaxın adamlarını göndərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2022-ci ilin may ayından Lənkəran-Astara regional təhsil idarəsinin müdiri vəzifəsində işləmişdir. 2022-ci ilin iyun ayının təxminən 27-də idarənin kargüzarı Alim ona bir nəfər şəxsin regional təhsil idarəsinə yaxınlaşdığını və görüşmək istədiyini bildirmişdir. O, həmin gələn şəxsi xidməti otağında qəbul etmişdir. Özünü “Çağdaş Təhsil” redaksiyasının rəhbəri kimi təqdim edən şəxsin adı Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı məlumat verərək gördüyü işlər barədə danışmış və istedadlı şagirdləri və müəllimləri jurnallarında işıqlandırıb sosial şəbəkələrdə paylaşması barədə məlumat vermişdir. Təxminən 10-15 dəqiqə qəbulda olduqdan sonra Təqsirləndirilən şəxs onun otağından çıxmış, özü ilə gətirdiyi 2 ədəd “Çağdaş Təhsil” jurnalını hədiyyə verərək getmişdir. O, qəbul zamanı bu tipli fəaliyyətlərin ödənişli əsasla olmamasını və bununla bağlı ictimai qınağın olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə ona fəaliyyətinin xeyriyyəçilik missiyası olduğunu demişdir. 01 sentyabr 2022-ci il tarixdə müxtəlif vətəndaşlar, valideynlər tərəfindən idarəyə olan şifahi müraciətlər əsasında, o, Alimə 01 sentyabr 2022-ci il tarixdə bütün məktəb direktorları olan “WHATSAPP” qruplarında idarə tərəfindən, hər hansı özəl quruma və ya mətbuat qurumuna şagird nailiyyətlərinin paylaşılması, reklam edilməsi icazəsi verilmədiyini bildirməsi barədə göstəriş vermişdir. Çünki son günlər bir neçə qəzet və jurnalı təmsil edən nəfərlərin, yüksək nailiyyət əldə etmiş şagirdlərin valideynlərinə zəng etdiklərini, müəyyən ödəniş qarşılığında şagird haqqında məlumatı paylaşmağı bildirişi idarəyə daxil olmuşdur. Xahiş etmişdir ki, bu haqda mümkün qədər valideynləri məlumatlardırsınlar və prosesə nəzarət esinlər. 01 sentyabr 2022-ci il tarixdə, saat 11 radələrində Alim ona Təqsirləndirilən şəxs onunla görüşmək istədiyini bildirdikdə Alimə hal-hazırda qəbulda gözləyən vətəndaşların olduğunu, tədris ilinin başlamasına az vaxt qaldığından işlərin çoxluğu ilə əlaqədar Vüsalı qəbul edə bilməyəcəyini, lakin növbəti həftə qəbul edə biləcəyini bildirmişdir. Həmin gün saat 12 radələrində idarənin həyətində səs-küy səsləri gəldiyini eşitmiş, idarənin həyətində Təqsirləndirilən şəxs Alimin ünvanına söyüşlər işlətməsini eşitmişdir. O, Alimə Təqsirləndirilən şəxs onun qəbuluna dəvət etmələrini bildirmişdir. Saat 12 radələrində mühafizə polisi ilə birlikdə Təqsirləndirilən şəxs səs-küy salaraq, söyüşlər söyərək onun xidməti otağının qabağına gəlmiş, o, Təqsirləndirilən şəxs qəbul etmişdir. Təqsirləndirilən şəxs otağda Alimin ünvanına söyüşlər söyməyə başlamış, bu zaman o, Alimdən çölə çıxmasını istəmişdir. Alim otaqdan çıxdıqdan sonra, Təqsirləndirilən şəxs “sən kimsən, səni burda oturdublar, mən Kəlbəcərdənəm, mənim şəhid və qazi qohumlarım var, burda qayda qanun yaradaram, səni qovduracağam, rüşvətxor, səni məhv edərəm” kimi ifadələr işlətməyə başlamışdır. O, Təqsirləndirilən şəxs niyə əsəbi olduğunu, hansı səbəbə əsəbləşdiyini soruşmaq istəyərkən Vüsal, yenə qeyd etdiyi sözlərinə davam etmiş, ardınca su istəmiş, ona su gətirilsə də, Vüsal suyu içməmiş və yenə onun ünvanına hədələyici ifadələr işlətməyə davam etmişdir. Təqsirləndirilən şəxs direktorların “WHATSAPP” qruplarında yazılanları izah etməyə çalışsa da, Vüsal ona qulaq asmamışdır. O, Vüsalın onu dinləmədiyini və iş rejimini pozduğunu görüb mühafizə polislərindən Vüsalı otaqdan çıxarmalarını xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs ayağa qalxıb su olan stəkana əl atdığı zaman Vüsal onu vurmaq istəmişdir. Lakin polis işçiləri cəld onun qollarından yapışaraq otaqdan çıxararkən, Vüsal onun ünvanına nalayiq ailə söyüşləri söyməyə başlamış, əlində olan stəkanı bir neçə dəfə öz başına çırpmışdır. Vüsal, koridorda gedərkən yenə onun ünvanına nalayiq ailə söyüşləri söyməyə davam etmişdir. O, həmin vaxtı DİN-nin 102 xidmətinə zəng vurub idarədə belə bir hadisənin baş verməsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs idarənin həyətində özü ilə gətirdiyi kameranı quraşdırıb bir müddət danışdıqdan sonra təxminən, saat 14 radələrində birlikdə gələn bir neçə nəfər şəxslə idarəni tərk edib getmişlər. Təqsirləndirilən şəxs 2 saatdan çox müddətdə idarənin iş rejimini pozmuş və cəmiyyətə açıqca, kobudcasına hörmətsizlik ifadə etmiş, Vüsalın xuliqanlıq hərəkətləri nəticəsində idarədə iş rejimi 2 saat müddətində dayanmışdır. Həmin vaxt idarənin əməkdaşları və qəbula gələn təxminən 50- 60 nəfər şəxs Təqsirləndirilən şəxs işlətdiyi ifadələri eşitmiş və etdiyi hərəkətləri görmüşlər. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, təqsirləndirlən şəxs barışmağa cəhd göstərmiş, onun hərəkətlərinə hüquqi qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxır və bu barədə 2 dəfə yazılı şəkildə ərizə yazaraq rabitə orqanı vasitəsilə məhkəməyə göndərmişdir. Təqsirləndirlən şəxsə yüngül cəza verilməsinə etiraz etmir. Məhkəmədə Şahid2 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Lənkəran-Astara regional təhsil idarəsində şöbə müdiri vəzifəsində çalışır. Hadisə günü öz iş otağıda olduğu zaman idarənin həyətindən səs-küyün gəldiyini eşidib həyətə çıxdıqda, Vüsalın səs – küy salaraq nəlayiq ifadələr işlətdiyini görmüşdür. Bu zaman həyətdə kamera quraşdırılmış və Vüsalla bərabər daha bir qadınla bir kişinin onun yanında olduğunu görmüşdür. Əlavə olaraq bildirmişdir ki, köməkçinin otağında olduğundan Təqsirləndirilən şəxs stəkanı öz başına vurduğunu görməmiş, lakin stəkanın səsini eşitmişdir. Sonradan bilmişdir ki, Vüsal stəkanla öz başını vurmuşdur. Təqsirləndirilən şəxs qarşı ədavət və düşmənçiliyi yoxdur. Məhkəmədə Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Lənkəran-Astara regional təhsil idarəsində kargüzar işləyir. 2022-ci ilin iyun ayının təxminən 27-də özünü “Çağdaş Təhsil” redaksiyasının rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs idarəyə gələrək istedadlı şagirdlərin və müəllimlərin jurnallarında işıqlandıraraq sosial şəbəkələrdə paylaşdığını bildirmişdir. Sonra o, regional idarənin müdiri Elxan müəllimin qəbulunda olmuş, sonra idarədən getmişdir. 01 sentyabr 2022-ci il tarixdə bəzi məktəb direktorları tərəfindən idarəyə olan müraciətlər əsasında, Elxan müəllimin göstərişi ilə bütün məktəb direktorları olan “WHATSAPP” qruplarında paylaşım etmişdir. Bu paylaşımdan sonra 01 sentyabr 2022-ci il tarixdə Vüsal ona zəng vuraraq bildirmişdir ki, “siz “WHATSAPP” qruplarında paylaşım etmisiniz və bizim işimizə qadağa qoymusunuz. Həmin gün saat 11 radələrində Vüsal idarəyə gələrək Elxan müəllimin qəbuluna girmək istədiyini bildirmişdir. Elxan müəllim bildirmişdir ki, hal-hazırda qəbul günü olmadığı üçün qəbul edə bilməyəcəkdir, işlər çoxdur, növbəti həftənin çərşənbə günü gəlsin, qəbul edəcəkdir. O, da Elxan müəllimin dediklərini mühafizə polisinə bildirmişdir. Həmin vaxt idarənin həyətində səs-küy səsləri gəldiyini eşitmişdir. Saat 12 radələrində Təqsirləndirilən şəxs və onunla gəlmiş 1-i qadın olmaqla şəxslər idarəyə daxil olmuşlar. Həmin vaxtı Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlətmişdir. Elxan müəllim səs-küy salan şəxsin kim olduğunu bildikdən sonra Təqsirləndirilən şəxs qəbuluna dəvət etmişdir. Vüsal qəbul otağının qarşısında koridorda nalayiq ifadələr işlədərək qışqırırmış və pəncərənin şüşəsinə yumruq vururmuşdur. Təqsirləndirilən şəxs 3 nəfər polis əməkdaşı ilə birlikdə Elxan müəllimin qəbuluna daxil olmuş, bu zaman Vüsal onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün Elxan müəllim ona otaqdan çıxmağı xahiş etmişdir. O, otağı tərk etdikdən bir az sonra Təqsirləndirilən şəxs səs-küy salaraq, qışqıraraq otaqdan mühafizə polisi ilə birlikdə çıxmış, Elxan müəllimin ünvanına nalayiq ailə söyüşləri söymüşdür. Koridorda da Vüsal söyüşlərini davam etdirmişdir. Polis əməkdaşları Vüsalı idarənin həyətinə çıxarmış, bu vaxt ora Lənkəran ŞRPŞ-nin əməkdaşları gəlmiş, Təqsirləndirilən şəxs və birlikdə gəlmiş şəxslərin izahatını alıb idarədən getmişlər. Məhkəmədə şahidlər Şahid7, Şahid4, Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə Şahid13 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, “Çağdaş Təhsil” redaksiyasında bölgə müxbiri işləyir. 01 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ona zəng vuraraq Lənkəran-Astara regional təhsil idarəsinə gəlməyini xahiş etmişdir. Həmin gün saat 11 radələrində o, Şahid14 və Təqsirləndirilən şəxs idarəyə gəlmiş, Vüsal mühafizə polisindən Zərərçəkmiş şəxs qəbuluna gəldiklərini bildirmişdir. Onlar saat 12 radələrinə qədər gözləmələrinə baxmayaraq Zərərçəkmiş şəxs onları qəbul etməmişdir. Mühafizə polisi onlara Elxan müəllimin onları qəbul etməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs əsəbiləşərək DİN-nin 102 xidmətinə zəng vurub özünü öldürəcəyini bildirmişdir. Daha sonra mühafizə polisinin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs və o, Zərərçəkmiş şəxs qəbuluna girmişlər. Qəbuldan qabaq, koridorda Vüsal qışqıraraq bir neçə dəfə pəncərənin şüşəsinə əli ilə vurmuşdur. Həmin vaxtı onlar Vüsalı sakitləşdirməyə çalışırmışlar. Qəbula o, Təqsirləndirilən şəxs, 3 mühafizə polisinin əməkdaşı birlikdə girmişlər. Otaqda olan zaman Vüsal Şahid1 otaqda görüb əsəbiləşmiş və Alimi söyməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs Şahid1 otaqdan çıxmasını istəmiş, Alim otaqdan çıxdıqdan sonra Vüsal dayanmadan Zərərçəkmiş şəxs söyüb təhqir etmişdir. Vüsal su istəmiş və ona stəkanda su gətirmişlər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dinləmədiyini görüb polislərə Vüsalı otaqdan çıxarmalarını bildirmişdir. Bu zaman Vüsal əlindəki stəkanı bir neçə dəfə öz başına vurmuşdur. Polis əməkdaşları Vüsalı otaqdan çıxarmışlar. Otaqdan çıxan vaxtı da Vüsal Zərərçəkmiş şəxs təhqir etməyə davam etmişdir. Sonra onlar da binanı tərk edib getmişlər. Məhkəmədə Şahid14 ifadəsində Şahid13 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer ünvan 4 ünvanında yerləşən Lənkəran-Astara Regional Təhsil İdarəsinin inzibati binasıdır. Bina 2 mərtəbəli olmaqla tavanı qırmızı rəngli örtüklə örtülmüşdür. Binaya bitişik Lənkəran şəhər 2 nömrəli tam orta məktəbinin inzibati binası yerləşir. Binanın giriş qapısında “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi” sözləri yazılmışdır. Baxışda iştirak edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində “Çağdaş Təhsil” jurnalının jurnalisti Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək idarə müdirinin otağına qəbula gəlmiş, həmin vaxt onun yanında 3 nəfər əməkdaşı olmuş, əməkdaşlar koridorda gözləmiş, 5 dəqiqə otaqda qəbul olunduqdan sonra otaqda və otaqdan çıxdıqdan sonra koridorda Zərərçəkmiş şəxs və idarənin kargüzarı Şahid1 ünvanına söyüşlər söyüb təhqirlər etmişdir. Həmin vaxt idarədə təxminən 50-60 nəfər şəxs hadisənin şahidi olmuşdur. Təqsirləndirilən şəxs bu hərəkətləri 2 saata yaxın müddətdə davam etdirmiş, cəmiyyətə açıqca hörmətsizlik etmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 01 sentyabr 2022-ci il tarixdə idarənin video müşahidə kameraları vasitəsi ilə qeydə alınmış görüntülərin köçürüldüyü 01 ədəd CD-R diskdə “kamera 2, kamera 4, kamera 6, kamera 7(1), kamera 7(2), kamera 8, kamera 9, kamera 10” VLC media tipli 8 ədəd fayl vardır. “Kamera 2” VLC media tipli faylda əks olunan video məlumatlarda xx.xx.2022-ci il tarixdə saat 12:13:26-dan video müşahidə görüntüləri başlayır, CD-R diskində səslər qeydə alınmamışdır. Videoda qeyd olunan videogörüntülərdən görünür ki, kamera binanın giriş hissəsində çöl tərəfdən quraşdırılmışdır. 12:17:29-da binanın qarşısındakı yolda bir ədəd mühafızə polisinə məxsus avtomobil dayanır və 2 nəfər polis əməkdaşı maşından düşüb binaya tərəf qaçaraq iti addımlarla daxil olurlar. 12:30:00-da Təqsirləndirilən şəxs və onun qollarından tutmuş 2 nəfər polis əməkdaşı və digər 2 nəfər mülki geyimli şəxs binanı tərk edirlər. 12:42:40-dan başlayaraq Təqsirləndirilən şəxs və yanında olan digər 2 nəfər kişi və 1 nəfər qadın olmaqla binanın həyətində kamera quraşdırırlar. 12:45:30-da növbətçi hissəyə məxsus “Chevrolet” markalı polis maşın binanın qarşısında dayanır və 3 nəfər polis əməkdaşı binanın həyətinə daxil olurlar və Təqsirləndirilən şəxsla qısa olaraq təxminən 5-10 saniyə söhbət edib binaya daxil olurlar. 14:10:10-da Təqsirləndirilən şəxs və yanında olan 3 nəfər şəxs binanın həyətini tərk edirlər. “Kamera 4” VLC media tipli faylda əks olunan video məlumatlarda xx.xx.2022-ci il tarixdə saat 12:1l:32-dən video müşahidə görüntüləri başlayır. Video 2 saat 04 dəqiqə 32 saniyədən ibarətdir. Videogörüntüdən görünür ki, kamera idarənin giriş hissənin koridorudur. 12:11:35-də koridorda mühafizə polisi ilə Təqsirləndirilən şəxs və onunla birlikdə 2 nəfər şəxs söhbət edir. Sonra onlar idarədən çölə çıxaraq yüksək səslə “Alim bəy, Alim bəy, Alim bəy” səsləri eşidilir. 12:15:25-də Təqsirləndirilən şəxs əlində videokamera ilə birlikdə idarəyə yenidən daxil olur. “Oğraş, şərəfsizlər, 4 saatdı gözləyirəm” sözlərini ifadə edərək girişdən sağ tərəfə olan koridora keçir. 13:05:20-də Təqsirləndirilən şəxs idarənin giriş qapısında polis əməkdaşları ilə mübahisə etdiyi və “gedin elxanla çay için” ifadələrini işlədir. Həmçinin Təqsirləndirilən şəxs idarənin girişində videokameraya danışdığı səslər də eşidilir. Lakin səslərin dəqiq necə ifadə olunduğunu müəyyən etmək mümkün deyildir. Sonra Təqsirləndirilən şəxs idarənin koridoruna daxil olaraq “onsuz da zəng edib məlumat vermişəm korrupsiya idarəsinə, 10000 manat pul vermişəm bunlara, gedib cavab verərlər”. “Kamera 6” VLC media tipli faytda əks olunan video məlumatlarda xx.xx.2022-ci il tarixdə saat 12:ll:58-dən video müşahidə görüntüləri başlayır. Video 2 saat 04 dəqiqə 06 saniyədən ibarətdir. Həmin video kamerada idarənin giriş hissəsindən sağ tərəfdə olan koridor görsənir. Videogörüntüdə 4 nömrəli kamerada qeyd olunan səs yazıları və görüntülər görsənir. “Kamera 7(1)” VLC media tipli faylda əks olunan video məlumatlarda xx.xx.2022-ci il tarixdə saat 12:15:20-dən video müşahidə görüntüləri başlayır. Video 11 dəqiqə 22 saniyədən ibarətdir. Videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs yüksək səs-küy salaraq koridora daxil olur. Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışan polis əməkdaşı və bir neçə nəfər mülki geyimli şəxslər vardır. Həmçinin Təqsirləndirilən şəxs “sən məni qəbul eləmiyə bilərsən əəəə, alçaq, şərəfsiz, direktorlardan pul yığan şərəfsiz” ifadələri işlədir. Həmin ifadələri Təqsirləndirilən şəxs dəfələrlə yüksək səslə təkrar edir. “Sənin haqqında Azərbaycanın bütün saytlarında yazmasam məndən şərəfsizi yoxdur” ifadələri ilə davam edir. 12:18:15-də Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə zəng vuraraq Zərərçəkmiş şəxs görə özünü öldürəcəyi barədə danışır. 12:20:45-də Təqsirləndirilən şəxs 3 nəfər polis əməkdaşı ilə birlikdə otağa daxil olurlar. 12:24:00-dan videonun sonuna kimi bir neçə nəfər şəxsin koridorda sözlü mübahisə etdikləri müşahidə olunur. “Kamera 7(2)” VLC media tipli faylda əks olunan video məlumatlarda xx.xx.2022-ci il tarixdə saat 12:26:57-dən video müşahidə görüntüləri başlayır. Video 01 dəqiqə 52 saniyədən ibarətdir. Videoda bir nəfər qadın cinsli şəxs “mən şahidəm burda nə baş verir, hamısını danışa bilərəm, mən dünən gəldim qəbul elədilər, ayıbdı, burda gəlib söyüş söyür mən utandım ee, təxribatdı e bu, mən şahidəm, çıxın gedin burdan, təşkil olunmuş şeydi bu” sözlərini ifadə edir. Həmin vaxtı koridorda 3-ü qadın olmaqla 7 nəfər şəxs dayanıb söhbət edirlər. 12:28:20-də koridorda olan şəxslər otağa daxil olurlar və 12:28:28-də Təqsirləndirilən şəxs otaqdan çıxaraq “sənin varyoxunu sikim, sənin arvadını sikim” ifadələri işlədir və polis əməkdaşları tərəfindən kodidora çıxarılaraq hərəkətə davam edirlər. Video 12:28:45-də bitir. “Kamera 8” VLC media tipli faylda əks olunan video məlumatlarda xx.xx.2022-ci il tarixdə saat 12:28:38-dən video müşahidə görüntüləri başlayır. Video 32 saniyədən ibarətdir. Həmin videoda Təqsirləndirilən şəxs hər iki qolundan polis əməkdaşlarının tutduqları görsənir və koridorla hərəkət edirlər. Kamera 9-da da 8 nömrəli kamerada qeydə alınan görüntülər görsənir. “Kamera 10” VLC media tipli faylda əks olunan video məlumatlarda xx.xx.2022-ci il tarixdə saat 12:20:33-dən video müşahidə görüntüləri başlayır. Video 08 dəqiqə 20 saniyədən ibarətdir. Videokamera görüntülərindən görsənir ki, koridorda səs-küy səsləri eşidilir. 12:25:46-da bir nəfər qadının əlində su stəkanı ilə otağa daxil olduğu görünür. 12:27:00-dan 7(2) nömrəli videoya baxış zamanı qeyd edilən eyni məzmunlu səslər eşidilir. 12:28:25-də Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən otaqdan çıxarılarkən “sənin varyoxunu sikim, sənin arvadını sikim” kimi ifadələr işlədir. Video müşahidə kamerası vasitəsi ilə qeydə alınmış görüntülərin köçürüldüyü 01 ədəd CD-R diskə baxış keçirildikdən sonra disk materiala əlavə olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Çağdaş təhsil” jurnalı adlı media qurumunun nümayəndəsi Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixində, təxminən saat 1130 radələrində Lənkəran-Astara Regional Təhsil İdarəsinə gələrək idarənin həyətində, çoxsaylı qəbula gələn vətəndaşların yanında idarənin kargüzarı Şahid1 qarşı yüksək səslə nalayiq söyüşlər, vulqar və təhqiramiz ifadələr işlətmişdir. Hadisənin belə davam etməsi idarənin normal iş rejiminə xələl gətirərək idarənin fəaliyyətini iflic etmiş, funksional vəzifələrinin təxminən 3 saat dayandırılmasına səbəb olmuşdur. Polis əməkdaşlarının iştirakı ilə media qurumunun nümayəndələrinin 2-si idarə müdiri tərəfindən qəbul edilmiş, Təqsirləndirilən şəxs qəbul zamanı nalayiq hərəkətlərini davam edərək idarə müdiri Zərərçəkmiş şəxs fiziki zor göstərmək məqsədi ilə hücum etmək istədikdə idarənin digər əməkdaşları tərəfindən qarşısı alınmışdır. Qəbul zamanı media nümayəndəsi Təqsirləndirilən şəxs içmək üçün su istədikdə ona verilmiş içi dolu su stəkanını nümayişkəranə şəkildə özünə bədən xəsarəti yetirmək istəyərkən polis əməkdaşları tərəfindən qarşısı alınmış və Təqsirləndirilən şəxs idarə müdirinin otağından çıxarılmışdır. İfadənin yerində yoxlanması protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması zamanı xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsində etdiyi xuliqanlıq hərəkətlərin baş vermə mexanizmini ardıcıl olaraq göstərmiş və ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ifadələri arasında ziddiyyətlər olduğuna görə onlar arasında üzləşdirmədindirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq edərək xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs otağında qəbul edərkən sonuncunun onu nalayiq ifadələrlə təhqir edib hədələdiyini, daha sonra əlində olan fincanla onu vurmaq istədiyini, lakin mühafizə polislərinin buna imkan vermədiklərini Təqsirləndirilən şəxs üzünə demişdir. İşdə olan DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Zaqatala rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2017-ci il tarixdə Şəki Apellyasiya məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmış, xx.xx.2020-ci il tarixdə cəzası başa çatmış və məhkumluğu ödənilməmişdir. İşdə olan xasiyyətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, təqsirləndirlən şəxsin himayəsində xx.xx.2011-ci il təvəllüdlü Fazil və xx.xx.2012-ci il təvəllüdlü Şahin adlı iki azyaşlı uşaq olmaqla o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayə Məcəlləsinin 221.1-ci maddəsinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət məsuliyyətinə səbəb olur. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Qərarın 4-cü bəndinə əsasən zor tətbiq etmə ilə hədələmə dedikdə isə zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla onun şüuruna və iradəsinə psixi təsirgöstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə, sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s. ilə qorxuda bilər. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, şahidləri dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nın 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictiami təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1-4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olmasını, 59.2-ci maddəsinə əsasən, cinayət əməlini etiraf edib zərəçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməsini, səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, Zeynalov X3 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirlənmdirlən şəxsin əvvəl məhkum olunduğu CM-nin 178.2-ci maddəsində nəzərdə tutulmuş əməl az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin sanksiyasının yuxarı həddi 5 il maddət azadlıqdan məhrum etmə cəzası olduğundan, həmin maddədə nəzərdə tutulmuş əməl az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə xx.xx.2020-ci il tarixdə cəzadan azad olunsa da, məhkumluğu dövründə islah olunmayaraq yenidən qəsdən cinayət törətmişdir. Buna görə də o, məhkumluğu ödənilməmiş şəxs hesab olunur. Bununla yanaşı hazırda həmin məhkumluq residiv yaratmır. Belə ki, Təqsirləndirilən şəxs hazırda təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında yuxarı hədd kimi 01 il madddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, həmin maddədə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən isə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Buna ğörə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Lənkəran- Astara regoinal təhsil idarəsində müşahidə kameraları vasitəsi ilə qeydə alınmış görüntülərin köçürüldüyü bir ədəd CD diskin cinayət işinə əlavə edildiyi nəzərə alınmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərcləri və həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Lənkəran- Astara regoinal təhsil idarəsində müşahidə kameraları vasitəsi ilə qeydə alınmış görüntülərin köçürüldüyü bir ədəd CD diskin cinayət işinə əlavə edildiyi nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar