Məhkəmə qərarları › İş №1(049)-59/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-59/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-59/2025 10.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirlən şəxslər: 1) xx xxx 1978-ci ildə Lənkəran rayonu Haftoni qəsəbəsində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2, 234.1, 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.5-ci maddələri 10 il 11 ay 27 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 iyun 2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu Haftoni qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və 2) xx xxxx 1968-ci ildə Lənkəran rayonu Haftoni qəsəbəsində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, İİ qrup əlil, Lənkəran şəhəri H.Abdullayev küçəsi ev 8/10-da qeydiyyatda olmaqla, Lənkəran rayonu Şiləvar kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, 04 avqust 2024-cü il tarixdə yaşadığı Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən ata evinə gəlmiş bacısı Təqsirləndirilən şəxs1 ilə birləşərək həmin evdə yaşayan və münasibətləri pozulduğu üçün təsərrüfatları ayrı olan mərhum qardaşının arvadı Zərərçəkmiş şəxs ilə mübahisə edib, onun küsüb evdən getməsinə nail olduqdan sonra bundan istifadə edərək, bacısı Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq, yəni Zərərçəkmiş şəxsnm evin tövləsində saxladığı əmlakı olan 2(iki) baş iribuynuzlu heyvanını gizli olaraq talayıb sataraq əldə ediləcək qazancı öz aralarında bölməklə bağlı razılığa gəlib, bu məqsədlə bacısı Mayisə Məhərəmova ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında alıcı qismində onlara müraciət etmiş, əsl niyyətlərindən xəbərsiz olan Lənkəran rayonu, Qurunba kənd sakini Şahid6 06 avqust 2024-cü il tarixdə saat 16 radələrində Lənkəran rayonu Haftoni qəsəbəsində yerləşən ata evinə dəvət edərək, həmin evin tövləsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (baş) 7 (yeddi) illik, ət çəkisi 100 kq olan 1000 (min) manat qiymətində inək və 1 (bir) baş 2 (iki) illik, ət çəkisi 80 kq olan 1000 (min) manat qiymətində dana olmaqla, cəmi 2000 (iki min) manat qiymətində 2 (iki) baş iribuynuzlu heyvanı qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə tövlədən həyətə çıxarmaqla, gizli olaraq talayıb oğurlayaraq onların əsl niyyətindən xəbərsiz olan alıcı Şahid6 öz heyvanları kimi təqdim edərək cəmi 1710 (min yeddi yüz on) manata satıb, əldə etdikləri pulu özünə 1110 manat, Təqsirləndirilən şəxs1 600 manat çatacaq şəkildə bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus 2000 (iki min) manat qiymətində özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, 04 avqust 2024-cü il tarixdə Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən ata evində olarkən həmin evdə yaşayan subay qardaşı Təqsirləndirilən şəxs2 ilə birləşərək eyni evdə yaşayan və münasibətləri pozulduğu üçün təsərrüfatları ayrı olan mərhum qardaşı arvadı Zərərçəkmiş şəxs ilə mübahisə edib, onun küsüb evdən getməsinə nail olduqdan sonra bundan istifadə edərək, qardaşı Təqsirləndirilən şəxs2la birlikdə ata evindən oğurluq, yəni Zərərçəkmiş şəxs evin tövləsində saxladığı əmlakı olan 2(iki) baş iribuynuzlu heyvanını gizli olaraq talayıb sataraq əldə ediləcək qazancı öz aralarında bölməklə bağlı razılığa gəlib, bu məqsədlə qardaşı Zamin Məhərəmovla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, alıcı qismində onlara müraciət etmiş, əsl niyyətlərindən xəbərsiz olan Lənkəran rayonu, Qurunba kənd sakini Şahid6 06 avqust 2024-cü il tarixdə saat 16 radələrində Lənkəran rayonu Haftoni qəsəbəsində yerləşən ala evinə dəvət edərək, həmin evin tövləsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (baş) 7 (yeddi) illik, ət çəkisi 100 kq olan 1000 (min) manat qiymətində inək və 1 (bir) baş 2 (iki) illik, ət çəkisi 80 kq olan 1000 (min) manat qiymətində dana olmaqla, cəmi 2000 (iki min) manat qiymətində 2 (iki) baş iribuynuzlu heyvanı qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə tövlədən həyətə çıxarmaqla, gizli olaraq talayıb oğurlayaraq onların əsl niyyətindən xəbərsiz olan alıcı Şahid6 öz heyvanları kimi təqdim edərək cəmi 1710 (min yeddi yüz on) manata salıb, əldə etdikləri pulu özünə 600 manat, Təqsirləndirilən şəxs2 1110 manat çatacaq şəkildə bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus 2000 (iki min) manat qiymətində özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, oğurluq edildiyi qeyd edilən ev Lənkəran rayonu Haftoni qəsəbəsində yerləşməklə atasına məxsus olmuşdur. Həmin evdə mərhum qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs və iki qardaşı oğlu, eləcə də qardaşı Təqsirləndirilən şəxs2 yaşamışlar. Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmamışdır. xx.xx.2024-cü il tarixdə Zamin və Tahirənin mübahisə etməsini görməmiş, həmin zaman orada olmamış, Tahirə evdən getdikdən sonra Haftoni qəsəbəsində yerləşən atası evinə getmiş, Tahirə evdəki əşyaları polis əməkdaşlarının köməyi ilə evdən çıxarıb aparmış, qardaşı Zamin heyvanları satdıqdan sonra sonuncunun özü üçün dərman vasitələri almaq üçün 600 manat pulu ona vermiş, aldığı 600 manatdan özü üçün hər hansı pul vəsaiti xərcləməmişdir. Heyvanlara qardaşı Zamin və Tahirə baxmışlar, lakin heyvanların satılmasından Tahirənin xəbəri olmamış, ona bu barədə heç nə deməmişlər. Tahirə xx.xx.2024-cü il tarixdə evdə yaşadığı müddətdə heyvanları satmamışlar, lakin o getdikdən sonra 2 gün ərzində Rusiyadan pul göndərilmədiyi üçün heyvanları satmaq qərarına gəlib xx.xx.2024-cü il tarixdə satmışlar. Ev və həyətdə olan tövlə mərhum atasına məxsus olmuş, oğurlandığı deyilən iki baş heyvan isə Rusiya Federasiyasında yaşayan qardaş və bacılarının evə göndərildiyi pul hesabına alınmışdır. Bu səbəbdən də həmin heyvanlar ümumi evə məxsus olmuş, ata evində olan heyvanlarda onun da payı olmuş və bu səbəbdən də törətdikləri bu əməl oğurluq kimi qiymətləndirilə bilməz. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. İfadəsi elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaqda müdafiəçinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, özü Lənkəran şəhəri H.Abdullayev küçəsi ev 8/10-da qeydiyyatda olmaqla, hazırda Lənkəran rayonu Şiləvar kəndində tək yaşayır. 2-ci qrup əlildir. Təqaüd alır. Heç bir yerdə işləmir. Lənkəran rayonu Haftoni qəsəbəsində doğulmuşdur. Atası Əhməd təxminən 12 ilə yaxındır ki, vəfat etmişdir. Anası Sona isə təxminən 4-5 il olar ki, vəfat etmişdir. Anası vəfat etdikdən sonra iki qardaşı Səmid və Kazım da vəfat etmişlər. Hazırda balaca qardaşı Təqsirləndirilən şəxs2 özü həmin evdə yaşayır. Qardaşı Zamin özü Psixiatriya Xəstəxanasında qeydiyyatda olduğundan dəfələrlə orada müalicə almışdır. Bundan əlavə qardaşı Zamin bir neçə dəfə məhkum olunmuşdur. Rusiya Federasiyasında və Azərbaycanda bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2013-cü ildə məhkum olunmuş və 2023-cü ildə həbsdən azad olunmuşdur. Mərhum X6 həyat yoldaşından boşandıqdaan sonra 2004-cü ildə Lənkəran rayonu Girdəni kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Qardaşı Samidin, Tahirədən iki oğlu olmuşdur. Tahirənin böyük oğlu Novruz Məhərrəmov hərbi xidmətə gedib qayıtmışdır. Balaca oğlu Şahid7 da hələ hərbi xidmətə getməmişdir. X6 2018-ci ildə vəfat etmişdir. Qardaşı Səmid vəfat edtikdən sonra arvadı Tahirə uşaqları ilə birlikdə atası Əhmədə məxsus Lənkəran rayonu Haftoni qəsəbəsindəki evində yaşamışdır. Qardaşı Təqsirləndirilən şəxs2 da, 2023- cü ildə həbsdən çıxdıqdan sonra Haftoni qəsəbəsindəki atasının evində yaşamışdır. O həmişə gedib qardaşı Zaminə və mərhum qardaşı Samidin uşaqlarına və arvadına baş çəkirmiş. Qardaşı Zamin həbsdən çıxandan sonra bir neçə ay Bakı şəhəri Psixiastriya xəstəxanasında müalicə almışdır. Daha sonra Lənkəran şəhərinə gəlib Psixiatriya xəstəxanasında da, stasionar müalicə alırmış. Belə ki, mərhu X6 vəfat etdikdən sonra arvadı Tahirə şəxsi təsərrüfatında olan inəkləri satmağa başlamışdır. İnəkləri saxlamaq üçün mərhum atası və qardaşı həyətdə tövlə də, tikmişlər. Tahirə həmin inəkləri hamısını satdıqdan sonra tövlədə bir baş iribuynuzlu inək və balası qalmışdır. İnək sarı rəngdə olmaqla başında və ayaqlarında ağ xallar olmuşdur. İnəyin balası da, olmuşdur. Belə ki, 04 avqust 2024-cü il tarixdə qardaşı Zaminə baş çəkmək üçün Lənkəran rayonu Haftoni qəsəbəsindəki evinə getmişdir. Qardaşı arvadı Tahirə də evdə olmuşdur. O gedəndən sonra Tahirə onu görüb mübahisə etmiş və oğlu Fəridi götürüb evdən çıxıb getmişdir. Həmin bir baş inək və balası da həyətdə otlayırmışlar. Qardaşı Zamin heç bir yerdə işləmədiyi üçün onun siqaret pulunu və aldığı dərmanların pulunu çatdıra bilməmişdir. Ona görə də, Zaminlə qərara gəlmişlər ki, həmin inəyi və balasını satıb pulu öz aralarında bölsünlər. Tahirə demişdir ki, həmin inəyi və balasını da satacaqdır. Ona görə də, qardaşı Zamin demişdir ki, qəsəbədə Zaur adlı şəxs var ona deyəcəkdir, o qəssab tapacaq və inəkləri satarlar. Qardaşı Zamin, Zauru tapıb ona demişdir ki, öz həyətində saxladığı inəkləri satmaq istəyir. Zaur demişdir ki, qəssab tapıb gətircəkdir. 06 avqust 2024-cü il tarixdə saat 16 radələrində qardaşı Zaminlə Lənkəran rayonu Haftoni qəsəbəsindəki evində olduğu zaman Zaur bir qəssabla həyətə gəlmişdir. Həmin şəxsin adı Elsevər olmuş və Lənkəran rayonu Qurunba kəndində yaşayır. Elsevər qazel markalı avtomobillə gəlmişdir. İnək sarı rəngdə, balası da qırmızı rəngdə olmuşdur. Elsevər inək və balasını hər birini 800 manata alacağını demişdir. Onlar razılaşmamışlar. Nəhayət Elsevərlə inəklərin hər birini 850 manat olmaqla ümumi olaraq 1700 manata razılaşmışlar. Zamin əlavə 10 manatda istəmişdir. Elsevər iki baş inəyə ümumi olaraq 1710 manat vermiş və inəkləri tövlədən çıxarıb qazel markalı avtomobilə yükləmişlər. Elsevər çıxıb getmişdir. Orada o, Zamin, Zaur və Elsevərdən başqa kimsə olmamışdır. Pulu qardaşı Zamin alıb cibinə qoymuşdur. Sonra o Zamindən pul istəmişdir ki, özünə dərman alsın. Nəhayət Zamin ona həmin puldan 600 manat vermişdir. O həmin pulla özünə dərman almışdır. Zamin də həmin pulla özünə dərman və siqaret almışdır. Zaur inəklərin satılmasına görə onlardan pul istəməmişdir. Həmin inəklərə qardaşı arvadı Zərərçəkmiş şəxs qulluq etmişdir. Lakin o da hərdən atasının evinə gedəndə həyətdə olan həmin inəklərə qulluq göstərmişdir. Zərərçəkmiş şəxs həmin inəklərin özünə məxsus olmasını bildirsə də həmin inəklərdən onlarada pay düşür. Çünki, ev və evin həyətində yerləşən tövlə mərhum qardaşı və atasından qalmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra atası evinə, yəni Lənkəran rayonu Haftoni qəsəbəsinə gəlib orada mərhum qardaşının ailəsi ilə birgə yaşamışdır. Tahirənin qardaşı şəhid olduğundan bir böyük kimi ailəyə başçılıq etmişdir. 04 avqust 2024-cü il tarixdə qardaşı arvadı Zərərçəkmiş şəxs və qardaşı oğlu Fəridlə qısqanclıq zəminində mübahisə etmişdir. Bundan sonra Tahirə və Fərid evdən çıxıb getmişlər. Ardınca bacısı Mayisəyə məlumat vermiş və sonuncu yaşadığı Lənkəran rayonu Şilavar kəndindəki evindən Haftoni qəsəbəsinə gəlmişdir. Evdə heç nə olmadığı üçün heyvanları satmaq qərarına gəlmişlər. Qardaşıgilə bu barədə dedikdə onlar heyvanın pulunu özlərinin göndərdiklərini və onları sata biləcəyini demişlər. İnəklər alındığı zaman o cəzaçəkmə müəssisəsində olmuş, cəzası çəkilib bitdikdən sonra evə gəldiyi zaman həmin iki heyvanı həyətdə olmuş və onlara Tahirə və övladları qulluq etmişlər. Heyvanlara sonradan özü də baxmışdır. Heyvanları hər birini 850 manat olmaqla ümumilikdə 1700 manata satmışdır. Mayisə ondan satılmış inəklərin pulundan istəmişdir. Əvvəlcə ona həmin pulu vermək istəməmiş. Mayisəyə bir dəfə gəlib inəklərin altın təmizləməmisən, əziyyətin çəkməmisən demiş, sonuncu isə ona sənə siqaret pulu vermişəm, bir dəfə mənə süd veməmisiniz demişdir. Mayisəyə 600 manat vermişdir. Mayisə həmin pulun hamısını ondan almaq istəmiş və pulu ona tikə-tikə verəcəm, sənə dərman alacam, əyinbaş alacam, pensiya işini həll edəcəm kimi sözlər demişdir. Lakin Mayisə ona paltar almamış, cəmi 4 ədəd dərman vasitəsi almışdır. Zərərçəkmiş şəxs evdən polis əməkdaşlarının köməyi ilə əşyaları evdən apardığı zaman ona gəlib heyvanları da aparacağını demiş, lakin Tahirə sonradan evə gəldikdə artıq heyvanları satdığı üçün bu mümkün olmamışdır. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. İfadəsi elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaqda müdafiəçinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu Haftoni qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda tək yaşayır. Heç bir yerdə işləmir. O oğurluq və digər cinayətlər törətdiyi üçün əvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə oğurluq və quldurluq etdiyi üçün 2012-ci ilin dekabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilmişdir. 2023-cü ilin yay aylarında həbsdən azadlığa buraxılmışdır. Həmçinin uzun müddətdir ki, şizoffeniya xəstəliyindən əziyyət çəkir və buna görə psixiatriya xəstəxanasında qeydiyyatda olmaqla müalicədə alır. Bacısı Təqsirləndirilən şəxs1 da subay olmaqla Lənkəran rayonu Şiləvar kəndində tək yaşayır. Atası Əhməd təxminən 12 il, anası Sona isə təxminən 4-5 il əvvəl vəfat etmişlər. Anası vəfat etdikdən sonra iki qardaşı Səmid və Kazım da vəfat etmişlər. Mərhum X6 həyat yoldaşından boşandıqdan sonra 2004-cü ildə Lənkəran rayonu Girdəni kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Qardaşı Samidin, Tahirədən iki oğlu olmuşdur. O həbsdə olanda 2018-ci ildə qardaşı Samid vəfat etmişdir. Qardaşı Səmid vəfat etikdən sonra arvadı Tahirə uşaqları ilə birlikdə atası Əhmədə məxsus Lənkəran rayonu Haftoni qəsəbəsindəki evində yaşamışlar. 2023-cü ildə həbsdən çıxdıqdan sonra Haftoni qəsəbəsindəki atasının evində yaşamışdır. Tahirə də, həmin evdə yaşamışdır. Bacısı Mayisə də, gəlib hərdən onlara baş çəkmişdir. Həbsdən çıxandan sonra yaşadığı evin həyətində tövlədə qardaşı arvadı Tahirə bir baş 6-7 yaşlı sarı rəngli inək və bir baş təxminən 2 yaşlı dana saxlayırmış.Tahirə deyirmiş ki, həmin inəyi təxminən üç il əvvəl, yəni 2021-ci ildə almış və inəyin bir balası da olmuşdur. Həmin dana inəyin balasıdır. Qardaşı anadı Tahirə onun evdə qalmamağı üçün onunla mübahisə edirmiş. O da xəstə olduğundan əsəbləşirmiş və dərman qəbul edirmiş. 04 avqust 2024-cü il tarixdə bacısı Mayisə onlara gəlmişdir. Tahirə də evdə olmuşdur. Həmin vaxt qardaşı arvadı Tahirə onunla və bacısı Mayisə ilə mübahisə edib anasının evinə getmişdir. Tahirə gedəndə oğlu Fəridi də özü ilə aparmışdır. Fərid azyaşlıdır. O evdə dərmanlarını almağa pulu da olmamışdır. Bacısı Mayisə onlarda olanda ona demişdir ki, bu inəkləri satsınlar pulla özünə dərman da alar. Sonra Mayisə çıxıb getmişdir. Mayisə gedəndən sonra o qəsəbədə Zaur adlı şəxsi görüb demişdir ki. həyətində olan iki baş inəkləri satmaq istəyir. Zaur özü səhv etmirsə qəssabları və inək alqı-satqısı ilə məşğul olan şəxsləri tanıdığı üçün demişdir. Zaura demişdir ki, inəklər özününküdür satır. 06 avqust 2024-cü il tarixdə evdə olduğu zaman bacısı Mayisəyə zəng edib bu barədə demişdir. Bacısı Mayisə onlara gəlmişdir. Həmin gün axşamçağı bacısı Mayisə onlarda olduğu zaman Zaur bir qəssabla həyətə gəlmişdir. Həmin qəssabın adı Elsevər ya da Eldəniz olmuş və Lənkəran rayonu Qurunba kəndində yaşadığını bildirmişdir. Qəssab qazel markalı avtomobillə gəlmişdir. Eldəniz inək və balasını hər birini 800 manata alacağını bildirmişdir. Onlar razılaşmamışlar. Nəhayət Eldənizlə inəklərin hər birini 850 manat olmaqla ümumi olaraq 1700 manata razılaşmışlar. O əlavə 10 manatda istəmişdir. Eldəniz iki baş inəyə ümumi olaraq 1710 manat vermiş və inəkləri tövlədən çıxarıb qazel markalı avtomobilə yükləmişlər. Eldəniz çıxıb getmişdir. Orada o, bacısı Mayisə, Zaur və Eldənizdən başqa kimsə olmamışdır. Pulu o alıb saymış, sonra həmin puldan səhv etmirsə 600 ya da 800 manatını bacısı Mayisəyə vermişdir. O həmin pulla özünə dərman, siqaret və yemək alırmış. O bacısı Mayisə ilə birlikdə satdığı inəkləri qardaşı arvadı onun həbsxanada olduğu vaxtlar almışdır. Bunu ona qardaşım arvadı Tahirə özü demişdir. Həmin inəkləri bacısı Mayisə ilə birlikdə satanda alıcı onların Tahirədən gizlin satdığını bilməmişdir. Alıcı elə bilmişdir ki, inəklər onlarındı. Bacısı Mayisə əvvəl ona demişdir ki, güya tövlə onun atasından qalmışdır, inəklərdə mərhum atasına məxsus olmuşdur. Çünki, yaşadığı ev və evin həyətində yerləşən tövlə mərhum qardaşı və atasından miras qalmışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayından Lənkəran şəhəri 3 saylı orta məktəbdə xadimə işləyir. Hal-hazırda Lənkəran şəhəri Ş.Xiyabanında yerləşən Şəhid ailələri üçün inşa edilən binada anası Şahid3 ilə birlikdə yaşayır. 2004-cü ildə Lənkəran rayonu Haftoni qəsəbə sakini X2 ilə ailə həyatı qurmuşdur. Səmid Məhərrəmovla ailə həyatı qurduqdan sonra iki oğlu olmuşdur. Böyük oğlu Novruz Məhərrəmov hərbi xidmətdədir. Balca oğlu Şahid7 isə onunla birlikdə yaşayır. Səmid Məhərrəmovla rəsmi nigahı olmasa da. onunla 2018-ci ilə qədər birlikdə yaşamışlar. X7 atasına məxsus Lənkəran rayonu Haftoni qəsəbəsindəki evində yaşayırmışlar. X10 2018-ci ildə vəfal etmişdir. Səmid vəfat etdikdən sonra da, o Lənkəran rayonu Haftoni qəsəbəsindəki evində yaşamışdır. O əri Səmidlə yaşadığı müddətdə qaynanası Sona Məhərrəmova da onlarla yaşayırmış. Qaynanası Sona da 2016-cı ildə vəfat etmişdir. O Səmidlə ailə həyatı qurub onunla yaşadığı müddətdə qaynı Təqsirləndirilən şəxs2 evdə olmamışdır. Səhv etmirsə o həbs olunmuşdur. Daha sonra səhv etmirsə Zamin 2012-ci ildə cinayət törətdiyi üçün həbs olunmuşdur. 2023-cü ilin yay ayında Zamin həbsdən çıxdıqdan sonra onun yaşadığı Haftoni qəsəbəsindəki evə gəlmişdir. Həmçinin baldızı Maisə Məhərrəmova da, Lənkəran rayonu Digah kəndində yaşayır. Maisə Məhərrəmova həmişə evinə gəlib gedirmiş. Hətta Maisə onunla mübahisə edərək yaşadığı evin qardaşı, yəni əri Səmidə məxsus olduğunu və evdən çıxıb getməyini istəmişdir. Qaynı Zamin həbsdən çıxandan sonra 3-4 ay onunla bir evdə yaşamışdır. Daha sonra təxminən 7-8 ay Lənkəran və Bakı şəhərlərində Psixiatriya xəstəxanalarında müalicə almışdır. 2024-cü ilin aprel ayında Zamin xəstəxanadan evə gəlmişdir. Zamin xəstəxanadan çıxıb evə gəldikdən sonra bacısı Maisə Məhərrəmova da, evə gəlmiş və onu evdən qovmaq istəmişlər. Bir neçə dəfə onunla evdə mübahisə elmişlər və onu evdən qovmuşlar. O da evdən çıxıb yenidən evə qayıdırmış. Yaşadığı evin həyətində yerləşən tövlədə həmişə iri buynuzlu heyvan (inəklər) saxlamışdır. Əri Səmid vəfat etdikdən sonra inəkləri satmışdır. Daha sonra anası ona bir inək vermişdir. Bir müddət sonra anasının ona verdiyi bir baş inəyi satıb əvəzində 2021-ci ilin payız aylarında Lənkəran rayonu Gərmətük qəsəbəsində Bəhram adlı şəxsdən bir baş 1250 manat qiymətində inək almışdır. Həmin inək sarı rəngli olmaqla başında və ayaqlarında ağ xallar var imiş. İnəyi qonşusu Elnurla birlikdə gedib almışdır. Həmin inəyi aldıqdan sonra 2022-ci ilin may ayında həmin inəyin bir danası olmuşdur. Həmin inəyi və dananı həyətdə yerləşən tövlədə saxlamaqla onlara özü qulluq etmişdir. Həmin inəyi və dananı otlaq sahəsinə aparıb gətirirmiş və axşamlar tövlədə saxlayırmış. İnəklərin yemini də özü alırmış. Belə ki, 04 avqust 2024-cü il tarixdə qaynı Zamin evdə olmuşdur. Həmin gün Mayisə də onlara gəlmişdir. Mayisə qardaşı Zaminlə birlikdə onunla mübahisə etmişlər və o evdən çıxmışdır, oğlu Fəridi götürüb anasının yaşadığı evinə getmişdir. 06 avqust 2024cü il tarixdə anasının evində olduğu zaman bacısının yoldaşı Ramin ona xəbər edib ona demişlər ki, tövlə də olan iki baş inəkləri Maisə qardaşı Zaminlkə birlikdə qəssaba satmışlar. O Zamin və Maisədən qorxduğu üçün həmin gün evə gedə bilməmişdir. Bir neçə gün sonra, 10 avqust 2024-cü il tarixdə bu barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurlanmış inəklərindən biri sarı rəngdə olmaqla, başı və ayaq nahiyələrində ağ rəngdə xalları olmuşdur. Həmin inək 7 illik olmaqla 1000 manat qiymətində olarmış. Çəkisi 100 kq-dan çox olarmış. Digər inək isə 2 il yarımlıq olmaqla qəhvəyi rəngli olmuşdur. Həmin inəyin çəkisi də təxminən 80 kq olarmış. 7 illik inəyi yaşlı olduğundan qiyməti 1000 manat, o biri inək də 2 il yarımlıq olmuş və qiyməti 1000 manat olmuşdur. Maisə Məhərrəmova və Təqsirləndirilən şəxs2 onun iki baş inəklərini tövlədən götürüb satmışlar. Ona 2000 manat ziyan vurmuşlar. Həmin inəklər ona məxsus olmuşdur. Anasının ona pay verdiyi inəyi satıb almışdır. Mayisə və Zamin qanunsuz olaraq onun inəklərini satıb pulunu ələ keçirmişlər. Zərərçəkmiş şəxs sonda bildirmişdir ki, nəklər ona məxsus olmuşdur. Zamin və Mayisəni bağışlayır. Zaminlə cəzaçəkmə müəssəsisindən çıxdıqdan sonra təxminən 3 ay bir evdə yaşamışlar. Zaminlə aralarında mübahisə düşdükdən sonra oğlu Fəridi də götürüb anasıgilə getmişdir. Ona məxsus heyvanların pulu Zamin və Mayisə qaytarmayıblar buna baxmayaraq şikayətçi deyildir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ilə barışdığını və ona dəymiş ziyanın tam olaraq ödənildiyini nəzərə alıb təqsirləndirilən şəxslərin məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 göstərmişdir ki, o, Lənkəran rayonu Qurunba kənd sakini Eldəniz adlı şəxsdən heyvan almışdır. Həmin heyvanların oğurluq olduğunu bilməmişdir. Bu barədə öyrəndikdən sonra heyvanları geri qaytarmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Qəssabçılıqla məşğul olur. Lənkəran rayon ərazisində iribuynuzlu inəklər alıb, bəzən özü kəsir bəzəndə biraz baha qiymətə salır. Bununla dolanır. Aldığı inəkləri bəzən qəssab sexində kəsir. Belə ki, təxminən 2024cü ilin avqust ayın əvvəllərində dəqiq tarix yadında olmayan vaxtda Lənkəran rayonu Qurunba kənd sakini tanışı Eldəniz ona zəng edib demişdir ki, onda bir baş inək var və satmaq istəyir. Eldən izi bir müddət olar ki, tanıyır. Ondan bir neçə dəfə inək almışdır. Eldəniz özü şəxsi təsərrüfatla məşğul olur və iribuynuzlu inəklər saxlayır. Eldəniz demişdir ki. inək yaşadığı evin həyətindədir. O gedib inəyə baxmışdır. İnək sarı rəngdə olmaqla təxminən 6-7 illik olarmış. Ayağında səhv elmirsə ağ xalları da, olmuşdur. O gedib inəyə baxmışdır. Eldəniz demişdir ki, inəyin balasını da almış və balasını özündə saxlayıb inəyi satır. O inəyin balasını görməmişdir. İnəyi Eldənizdən 1100 manata almışdır. Həmin inəyi satmış, lakin kəsməmişdir. İnəyi kimə satdığını bilmir. Biraz baha qiymətə satmışdır. O inəyin oğurluq olduğunu bilməmişdir. Eldəniz özüdə düzgün oğlandır, inanır ki, inəyi alanda oğurluq olduğunu bilməmişdir. Sonradan Eldənizin ona deməsinə görə inəyi Lənkəran rayonu Haftoni qəsəbəsində almışdır. O daha Eldənizin həmin inəyi kimdən almasını bilmir. Eldəniz sonradan demişdir ki, inəyi Zamin və bacısı Mayisədən almışdır. O Zamin və Mayisə adlı şəxsləri tanımır. Güya həmin inək Zamin və Mayisəyə məxsus olmamışdır. Bu barədə məlumatı da yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid2 göstərmişdir ki, heyvanların satışına kömək etməklə bağlı Zamin ondan xahiş etmişdir. O isə tanıdığı şəxslərə demişdir. Sonradan heyvan alanlar Zamingilin evinə gəlmişlər. Həmin zaman o, özü də həyətdə olmuşdur. Heyvanların qiyməti ilə bağlı alıcı ilə həm Zamin həm də Mayisə danışmışdır. Onlar heyvanları həyətin heyvanı kimi təqdim etmişlər. Mayisə də heyvanların satılmasında iştirak etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Haftoni qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ailəlidir, üç azyaşlı uşağı vardır. Heç bir yerdə işləmir. İİ qrup əlildir. Təqsirləndirilən şəxs2 onunla bir qəsəbə də yaşayır. Mayisə Məhərəmova da, Zaminin bacısıdır. Təqsirləndirilən şəxs1 özü Lənkəran rayonu Şilavar kəndində yaşayır. Təqsirləndirilən şəxs2 özü uzun illər həbsdə olmuşdur. Zamin həbsdən çıxdıqdan sonra Haftoni qəsəbəsinə ata evinə gəlmiş və orada yaşamağa başlamışdır. Zamindən əlavə həmin evdə onun mərhum qardaşı Səmidin arvadı Zərərçəkmiş şəxs yaşayırmış. Zərərçəkmiş şəxs özü çox gözəl insan olmaqla qəsəbə sakinlərinin hörmətini qazanmışdır. Tahirə həmin evdə oğlu Fərid və Novruzla yaşayırmış. Novruz hərbi xidmətə getmişdir. Fərid isə azyaşlıdır. Zərərçəkmiş şəxs yaşadığı evin həyətində tövlədə inək saxlamışdır. Belə ki, 2024-cü ilin avqust ayın ilk günlərində dəqiq tarix yadında olmayan vaxtda Zamin onu küçədə görüb demişdir ki, həyətində tövlədə olan inəkləri satmaq istəyir. Zamin demişdir ki, bacısı Mayisə də evdədir, onunla danışmaq istəyir. Zamin demişdir ki, iki baş inəkləri satmaqda onlara kömək etsin. Zamin onu evə aparmışdır. Zaminin evin həyətində Mayisəni də. görmüşdür. Başqa kimsə olmamışdır. Mayisə onu görüb demişdir ki, mərhum qardaşı Səmiddən qalmış iki baş inəkləri satmaq istəyirlər, ondan xahiş etmişlər ki, inəkləri satmaqda onlara kömək edib qəssab tapsın. Lakin o evdə Tahirəni görməmişdir. Mayisə və Zamin demişlər ki, inəklər onlarındı, yəni bir ailədirlər. O demişdir ki, özü bu işlə məşğul deyil və Lənkəran rayonu Qurunba kənd sakini Eldəniz adlı qəssab tanıyır və sonuncuya deyəcəkdir. O çıxıb Eldənizə zəng elmişdir. Həmin gün saat təxminən 15-16 radələrində Eldəniz qəsəbəyə gəlmiş və birlikdə Zaminin evin həyətinə getmişlər. Eldəniz ora idarə etdiyi Qazel markalı, 42-SA- 889 dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Eldəniz Zaminin evin yerini bilmədiyi üçün onunla getmişdir. Zamin və bacısı Mayisə həyətdə olmuşlar. Başqa kimsə olmamışdır. Mayisə və Zamin tövlədən iki baş inək çıxartmışlar. İnəklərdən biri 6-7 illik, digəri isə dana olmaqla təxminən 2 illik olarmış. İnəklərdən sarı rəngdə olmuş, baş və ayaq nahiyələrində ağ xalları olmuşdur. Digər inəkdə (dana) qəhvəyi rəngdə olmuşdur. Eldəniz həmin iki baş inəyə görə Mayisəyə 1710 manat vermişdir. Mayisə deyəsən Zaminə də orada pul vermişdir. Bunu dəqiq xatırlamır. İnəkləri avtomobilə yükləmişlər və oradan çıxmışlar. Eldəniz çıxıb gedəndən sonra o evə getmişdir. Orada ona heç kim pul verməmişdir və özü də istəməmişdir. Mayisə və Zamin ona və Eldənizə demişlər ki, inəklər özlərinindir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs ona zəng edib demişdir ki, Zamin və Mayisənin həyətindən satdıqları inəklər onun olmuşdur. O bunu bilmədiyini Tahirəyə demişdir. Çünki Zamin və Mayisə ona demişlər ki, inəklər qardaşı Səmidindir. O Tahirəyə demişdir ki, inəkləri Eldəniz almışdır. Bütün bunları Tahirəyə danışmışdır. Həmçinin demişdir ki, o inəklərin ona məxsus olduğunu bilməmişdir. Sonra bilmişdir ki, inəklər Tahirəyə məxsus olmuşdur. O inəklərin oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid7 ifadəsindən görünür ki, hazırda Lənkəran şəhəri 3 nömrəli orta məktəbin 8-ci sinfində oxuyur. Evdə anası Tahirə və qardaşı Novruzla birlikdə yaşayır. Qardaşı Novruz hərbi xidmətdədir. Anası Lənkəran şəhəri 3 saylı orta məktəbdə xadimə işləyir. Anası Tahirə ilə birlikdə Lənkəran şəhəri Ş.Xiyabanında yerləşən Şəhid ailələri üçün inşa edilən binada nənəsi Şahid3 ilə birlikdə yaşayırlar. X9 2018-ci ildə vəfat etmişdir. Həminm vaxtlar 8 yaşı var imiş. Əmisi Zamində həmin vaxtlar həbsdə olmuşdur. Bibisi Mayisə də Lənkəran rayonu Şilavar kəndində yaşayır və hərdən onlara gəlib gedirmiş. Bibisi Mayisə həmişə evinə gəlib anası ilə mübahisə edirmiş. Mayisə də deyirmiş ki, güya ev onun atasının və qardaşınındır onları evdən qovmaq istəyir. Yaşadığı evin həyətində tövlə var. Anası orada həmişə inək saxlayırmış. Atası öləndən sonra nənəsi Bəyimağa onlara bir inək vermişdir. İnəyə anası özü baxırmış. Sonra anası həmin inəyi satmış və 2021-ci ilin payız aylarında anası inək almaq istəmişdir. Ona görə də, qonşusu Elnura bunu demişdir. Elnur Lənkəran rayonu Gərmətük qəsəbəsində inək satıldığını demiş, o anası Tahirə və Elnur sonuncunun idarə etdiyi Vaz 2106 markalı avtomobili ilə Lənkəran rayonu Gərmətük qəsəbəsinə getmişlər. Orada Bəhram adlı şəxsdən anası bir baş inək almışdır. Həmin inək sarı rəngdə olmuş, baş və ayağında ağ xalları da var imiş. Anası həmin inəyi bəyənib aldıqdan sonra Bəhram öz avtomobili ilə inəyi həyətə gətirmiş və tövlədə bağlamışlar. Sonra inəyin bir balası da olmuşdur. İnəyə o anası ilə birlikdə qulluq edirmiş. 2023-cü ilin yay aylarında əmisi Zamin həbsdən çıxıb evə gəlmişdir. Biraz qaldıqdan sonra xəstəxanaya gedib orada qalmışdır. Zamin gedib biraz xəstəxanada qalıb evə gəlirmiş. Zamin və bibisi Mayisə evdə anası ilə mübahisə edib dəfələrlə onları evdən qovurmuşlar. Belə ki, 04 avqust 2024-cü il tarixdə əmisi Zamin evdə olmuş və bibisi Mayisə də onlara gəlmişdir. Onlar hər ikisi anası ilə mübahisə etmişlər. Anası onu da götürüb evdən çıxmışdır. Onlar nənəsinin evinə getmişlər. İnək və balası da Haftoni qəsəbəsində qalmışdır. 06 avqust 2024-cü il tarixdə o nənəsinin evində olduğu zaman onlara demişlər ki, anası Tahirənin aldığı inəyi və balasını bibisi Mayisə əmisi Zaminlə birlikdə onlardan xəbərsiz tövlədən çıxarıb satmışlar. Onlar Zamin və Mayisədən qorxduğu üçün həmin gün evə gedə bilməmişlər. Bir neçə gün sonra anası Tahirə bununla bağlı polisə şikayət etmişdir. Bibisi Mayisə və əmisi Zaminin oğurladıqları onlara məxsus inəklərdən biri sarı rəngdə olmaqla, başı və ayaq nahiyələrində ağ rəngdə xalları olmuşdur. Həmin inək 7 illik olarmış. Digər inək isə 2 illik olmaqla qəhvəyi rəngli olmuşdur. Bibisi Mayisə və əmisi Zaminin oğurladığı inəkləri anası özü almışdır. Həmin inəklərə o, anası və qardaşı Novruz qulluq göstərmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olmaqla, Lənkəran şəhəri Ş.Xiyabanında yerləşən Şəhid ailələri üçün inşa edilən binada yaşayır. X12 1992-ci ildə İ Qarabağ müharibəsində şəhid olmuşdur. Təqaüdçüdür. Zərərçəkmiş şəxs onun qızıdır. Hazırda birlikdə bir evdə yaşayırlar. X11 şəhəri 3 saylı orta məktəbdə xadimə işləyir. Belə ki, qızı Tahirə 2004-cü ildə Lənkəran rayonu Haftoni qəsəbə sakini X2 ilə ailə həyatı qurmuşdur. Səmid Məhərrəmovla ailə həyatı qurduqdan sonra iki oğlu olmuşdur. Böyük oğlu Novruz Məhərrəmov hərbi xidmətdədir. Balca oğlu Şahid7 isə onlarla birlikdə yaşayır. X5 2018-ci ildə vəfat etmişdir. Səmid vəfat etdikdən sonra da, X11 rayonu Haftoni qəsəbəsindəki evində yaşamışdır. Həmçinin qızı Tahirənin qaynanası Sona Məhərrəmova da onlarla həmin evdə yaşamış və 2016-cı ildə vəfat etmişdir. Qızı Tahirənin qaynı Təqsirləndirilən şəxs2 uzun müddət həbsxanalarda olmuşdur. Tahirənin baldızı Maisə Məhərrəmova da, Lənkləran rayonu Digah kəndində yaşayır. Qızım Tahirənin qaynı Zamin 2023-cü ilin yay ayında həbsdən çıxandan sonra gəlib 3-4 ay Tahirənin yaşadığı evində qalmışdır. Daha sonra təxminən 7-8 ay Lənkəran və Bakı şəhərlərində Psixiatriya xəstəxanalarında müalicə almışdır. 2024-cü ilin aprel ayında Zamin xəstəxanadan qayıtmışdır. Zamin xəstəxanadan sonra Təqsirləndirilən şəxs1 ilə birləşib qızı ilə mübahisə edib onu evdən qovurmuşlar. Qızı Tahirə də, yaşadığı evin həyətində yerləşən tövlədə iki baş inəklər saxlayırmış. Təxminən 2021-ci ilin yay aylarında dövlət tərəfindən şəhid ailəsi olaraq ona 3 baş inək verilmişdir. Həmin inəklərdən birini qızı Tahirəyə pay vermişdir. Tahirə həmin inəyi evin həyətində yerləşən tövlədə saxlayırmış. Həmin inək süd vermədiyindən Tahirə onu satıb 2021-ci ilin payız aylarında Lənkəran rayonu Gərmətük qəsəbəsindən özünə bir baş 1250 manata inək almışdır. Daha sonra 2022-ci ilin may ayında həmin inəyin bir balası olmuş və böyümüşdür. Həmin iki baş inəklərə qızı Tahirə özü qulluq edib tövlədə saxlayırmış. 04 avqust 2024-cü il tarixdə Zamin və Maisə qızı Tahirə və oğlu Fəridi evdən qovmuşlar. Qızı Tahirə və oğlu Fərid həmin gün onlara gəlmişlər. 06 avqust 2024-cü il tarixdə Tahirəyə xəbər çatmışdır ki, Zamin Maisə ilə birlikdə ona məxsus iki baş inəkləri satmışlar. Ona görə də, qızı Tahirə bu barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin oğurlanmış inəklər qızı Tahirəyə məxsus olmuşdur. Çünki, inəklərə Tahirə özü qulluq edirmiş. Zamin və Maisə həmin inəkləri qızı Tahirədən xəbərsiz tövlədən oğurlayıb aparıb satmışlar. Onlar həmin inəkləri oğurlayıb satmaqla qızı Tahirəyə 2000 manat ziyan vurmuşlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid4 məhkəməyə gəlməmiş və xx.xx.2025-ci il tarixdə teleqram vuraraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və nəzərə alınmasını xahiş etmişdir. İfadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, Lənkəran rayonu Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fəhləliklə məşğul olub dolanır. Həmçinin şəxsi təsərrüfatla da, məşğul olur. Təxminən 3 il bundan əvvəl 2021- ci ildə dəqiq xatırlamadığı vaxtda şəxsi təsərrüfatında olan inəklərdən satmaq istəyirmiş. Həmin vaxtlar Lənkəran rayonu Haftoni qəsəbə sakini Elnur adlı şəxs ona zəng edərək qonşusu Tahirə adlı qadının bir baş inək almaq istədiyini ona bildirmişdir. O da Elnura demişdir ki, gəlib baxa bilər. Həmin vaxtlar Elnur həyətə gəlmişdir. Elnur həmin vaxt Tahirə adlı qadın və sonuncunun oğlu ilə birlikdə gəlmişlər. Elnur demişdir ki, Tahirə onun qonşusudur. Həmin vaxt Tahirə həyətdə şəxsi təsərrüfatında olan bir neçə inəklərə baxmışdır. Tahirə həmin inəklərin içərisində bir baş sarı rəngli, baş və ayaqlarında ağ xalları olan inəyi almaq istədiyini bildirmişdir. O inəyi 1400 manata satmaq istədiyini desə də. Tahirə o qədər pulu olmadığını bildirmiş və inəyi 1250 manata razılaşıb Tahirəyə satmışdır. Həmin gün inəyi özünə məxsus VAZ 2106 markalı qoşqulu avtomobilə yükləyib Lənkəran rayonu Haftoni qəsəbəsinə Tahirənin yaşadığı evin həyətinə aparmışdır. Hətta avtomobili həyətdə olan tövlənin qarşısına sürüb inəyi avtomobildən düşürtmüş və Tahirə inəyi tövləyə salıb bağlamışdır. Həmin vaxt Tahirə ona 1250 manat pul verib halallaşdıqdan sonra evinə gəlmişdir. Tahirə ondan bir baş inəyi aldıqdan sonra o həmin inəyi sonuncunun yaşadığı evin həyətinə apardıqdan sonra həyətdə Tahirə və oğlundan başqa kimisə görməmişdir. Həmçinin Tahirənin qonşusu Elnur da orada olmuşdur. Həmin vaxt orada Mayisə və Zamin adlı şəxsləri görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, Lənkəran rayonu Haftoni qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvlərimlə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə və təsərrüfatla məşğul olub dolanır. Zərərçəkmiş şəxs onunla qonşudur və münasibətləri bir qonşu kimi normaldır. Zərərçəkmiş şəxs iki oğlu vardır və əri Səmid çoxdandır ki, vəfat etmişdir. Tahirə iki oğlu ilə birlikdə yaşayırmış. Belə ki, təxminən 3 il əvvəl 2021-ci ilin payız aylarında dəqiq xatırlamadığı vaxtda qonşusu Tahirə ona demişdir ki. özünə bir baş inək almaq istəyir. Tahirə ondan xahiş etmişdir ki. qəsəbə ərazisində və qonşu kəndlərdə maraqlanmış inək satan olsa ona xəbər etsin. Həmin vaxtlar yadına düşmüşdür ki. Lənkəran rayonu Gərmətük qəsəbəsində yaşayan Bəhram adlı tanışı inək satır. Bunu Tahirəyə demişdir. O özü bir neçə dəfə Bəhramdan inək almışdır. Həmin vaxtlar bir gün axşamçağı Tahirə ondan xahiş etmişdir ki, onu Bəhramın yaşadığı evinə aparsın inək alsın. O həmin vaxt idarə etdiyi VAZ 2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Tahirə və sonuncunun oğlu Fəridlə birlikdə Lənkəran rayonu Gərmətük qəsəbəsinə Bəhramın evinə getmişlər. Zərərçəkmiş şəxs Bəhramın evin həyətində yerləşən tövlədə olan inəklərə baxmışdır. Tahirə həmin inəklərin içərisində bir baş sarı rəngli, baş və ayaqlarında ağ xalları olan inəyi bəyənmiş və onu almaq istədiyini Bəhrama demişdir. Bəhram da həmin inəyi 1400 manata satmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs həmin məbləğdə pulu olmadığını bildirmiş və 1250 manata razılaşmışlar. Daha sonra həmin inəyi Bəhramın idarə etdiyi VAZ 2106 markalı qoşqulu avtomobilə yükləmişlər. Bəhram həmin inəyi Tahirənin yaşadığı evin həyətinə gətirmiş və inəyi avtomobildən düşürüb tövləyə salmışlar. Həmin vaxt Tahirə 1250 manat pulu Bəhrama vermişdir. Bəhram pulu sayıb cibinə qoyub getmişdir. O da çıxıb evə getmişdir. Zərərçəkmiş şəxs Gərmətük qəsəbəsindən Bəhramdan inək alanda tövləsində başqa inək olmamışdır. Həmçinin Tahirənin evində və həyətində başqa şəxslər də olmamışdır. Maisə, Tahirənin baldızı, Zamin isə qaynıdır. Zamin çox vaxtlar həbsxanada olmuşdur. Maisənində bəzən Tahirənin evinə gəldiyini görmüşdür. Sonradan eşitmişdir ki, Maisə qardaşı Zaminlə birlikdə həmin inəyi və balasını oğurlamışlar. Lakin o Zaminlə Maisənin inəyi və balasını oğurladığını görməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid6 məhkəməyə gəlməmiş və xx.xx.2025-ci il tarixdə teleqram vuraraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və nəzərə alınmasını xahiş etmişdir. İfadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, Lənkəran rayonu Qurunba kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvlərində birlikdə yaşayır. O şəxsi təsərrüfatla məşğul olub dolanır. Şəxsi təsərrüfatında iribuynuzlu inəklər saxlayır. Bəzən də, iribuynuzlu inəklər alıb biraz böyüdüb baha qiymətə satır. O şəxsi təsərrüfatında mal-qara saxlamağını həmkəndliləri və qonşu kənd sakinləri də bilirlər. Belə ki, 2024-cü ilin avqust ayın ilk günlərində ona xəbər çatmışdır ki, Lənkəran rayonu Haftoni qəsəbə sakini Zamin adlı şəxs şəxsi təsərrüfatında olan inəyini balası ilə birlikdə satır. Haftoni yaşadığı kəndlə qonşu qəsəbədə yerləşir. Səhv etmirsə bunu ona Haftoni qəsəbə sakini demişdir ki, Zamin adlı şəxs inək satır. Həmin şəxsin adı yadında deyil. O bunu dəqiq öyrəndikdən sonra idarə etdiyi Qazel markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran rayonu Haftoni qəsəbəsinə getmişdir. Zamin adlı şəxsin evin yerini soruşub həmin evin həyətinə getmişdir. Zamin ona zəngdə etmişdir. O həyətə getmiş və həyətdə Zamin adlı şəxsi və yanında bir qadında görmüşdür. Zaur demişdir ki, bu bacısı Maisədir. Zamin və Maisə demişlər ki. inəklər tövlədədirlər. O həmin tövlədə iki baş inək görmüşdür. İnəklərdən biri təxminən 6-7 illik olmaqla, sarı rəngdə idi, baş və ayaq nahiyələrində ağ xalları olmuşdur. Digər inəkdə (dana) qəhvəyi rəngdə olmaqla, təxminən 2 iilik olarmış. Zamin və Maisə ona demişlər ki. həmin dana inəyin balasıdır. O Maisə və Zamindən başqa evin həyətində kimsə görməmişdir. Zamin və Maisə ona demişlər ki, onlar bu evdə yaşayırlar, inək və dana da onlara məxsusdur. O inəyə və danaya baxmışdır. Hər ikisini ümumilikdə 1700 manata almaqla Zamin və Maisə ilə razılaşmışdır. Lakin Zamin və Maisə ondan əlavə 10 manatda istəmişlər. Beləliklə o, 1710 manat pulu sayıb Zaminə onların həyətində vermişdir. Zamində pulu sayıb Maisəyə vermişdir. Zamin ona köməkləşmiş və inəyi və dananı avtomobilin yük yerinə qoymuş, Zamin və Maisə ilə sağollaşıb ayrılmışdır. Fikirləşmişdir ki, inəyi satar, danaya da biraz qulluq edib sonra satar. Həmin inəkləri evə gətirmişdir. Dananı səhəri gün Lənkəran şəhərində Röyal adlı qəssaba alıdığı qiymətdən biraz baha qiymətə satmışdır. Röyal adlı qəssabı tanımır, sadəcə adını belə bilmişdir. Royalın harada yaşadığını da bilmir. Həmin dananı da bir neçə gün sonra yaşadığı evin həyətində kəsib ətini qohumlara və tanışlara satmışdır. Sonradan bilmişdir ki, həmin dana və inək Zamin və Maisəyə məxsus olmayıb. Həmin dana və inək Maisənin qardaşı arvadı Tahirə adlı qadına məxsus olmuşdur. Lakin Maisə və Zamin ona bildirmişlər ki. dana və inək özlərinə məxsusdur. O da Zamin və Maisəyə inanmışdır. O həmin dananı və inəyi alanda oğurluq olduğunu bilməmişdir. Bundan xəbəri olmayıb. Dana və inəyi alanda həyətdə Zamin və Maisədən başqa kimsəni görməmişdir. O Tahirəni də görməmişdir. İşdə olan 10 avqust 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Lənkəran rayonu Haftoni qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən tövlədə baş vermiş, Təqsirləndirilən şəxs1 həmin tövləni göstərərək qardaşı Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs məxsus iki baş iribunuzlu heyvanı həmin tövlədən çıxararaq satdıqlarını bildirmişdir. İşdə olan 16 sentyabr 2024-cü il tarixli, 3608 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. İşdə olan 16 sentyabr 2024-cü il tarixli, 638 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.1996-cı ildən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında «Şizofreniya, emosional iradi pozuntular» diaqnozu ilə qeydiyytdadır. İşdə olan xx.xx.2024-cü il tarixli, 3261 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda şizofreniya paranoid forma remissiya vəziyyəti xroniki psixi xəstəliyi aşkar edilir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə (06 avqust 2024-cü il tarixdə) “Şizofreniya paranoid forma” xroniki psixi xəstəliyinin remissiya mərhələsində olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs2 qeyd olunan xroniki psixi xəstəlik onu törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Hazırki psixiatrik müayinə zamanı Təqsirləndirilən şəxs2 şizofreniya paranoid forma xroniki psixi xəstəliyi aşkar olunur. Hazırda bu pozuntu remissiya mərhələsindədir. Təqsirləndirilən şəxs2 hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 qeyd olunan xroniki psixi xəstəlik onu törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs2 anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs2 hazırda şizofreniya xəstəliyinin remissiya mərhələsində olduğundan və hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 təfəkküründə konkretlik, bir prosesdən digərinə keçirilməsində çevik olmamaq, proqnozlaşdırma qabiliyyətinin zəif çıxış etməsi müəyyən edilsə də, tənqidi münasibətinin saxlanıldığı, yaddaş proseslərinin aktiv olduğu aşkar olunur. Hazırki psixi-emosional vəziyyətində hər hansı dəyişiklik müəyyən edilmir. Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs2 psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 06 avqust 2024-cü il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İşdə olan 25 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qeyd olunmuş 7 illik, ət çəkisi təxminən 100 kq. olan, bir baş inəyin orta bazarda təklif qiyməti 1000 (bir min) manat, 2 illik, ət çəkisi təxminən 80 kq. olan, bir baş dananın orta bazarda təklif qiyməti 1000 (bir min) manatdır. İşdə olan DİN-nin BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Lənkəran rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1909-ci ildə Salyan rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinə əsasən 10 ay 09 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan sonra o, Bundan sonra o, Masallı rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2, 234.1, 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.5-ci maddələri ilə 10 il 11 ay 27 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. İşdə olan DİN-nin BƏSİİ-nin tələbnaməsi və hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Lənkəran rayon Xalq Məhkəməsinin xx.xx.1999-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 207.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 42-1-ci maddəsinə əsasən hökmün icrası təxirə salınmışdır. Bundan sonra o, Lənkəran rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmişdir. Hazırda Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində CM-nin 128 və 234.1-ci maddəs ilə əvvəli xx.xx.2025ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində yayayış yeri üzrə şikayətlər daxil olmuşdur və o, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yayayış yeri üzrə şikayətlər daxil olmamışdır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmə haqqında” qətimkan tədbiri seçilmişdir. İşdə olan “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmə haqqında” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini təqsirli bilməyərək Zərərçəkmiş şəxs Əhməd qızına məxsus qanunsuz olaraq oğurlayıb satdıqları iki baş heyvanı bacı və qardaşının göndərdikləri pul vəsaiti hesabına alınmasını, iki baş heyvanın onlara miras qalması və onlara bəraət verilməsi barədə müdafiə tərəfinin göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxslərin məhkəmə istintaqı və ibtidai istintaqda verdiyi ifadələri, şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, mütəxxəssis rəyi, hadisə yerinə baxış həyata keçirilməsi barədə protokolla və digər sənədlərlə təkzib olunur. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, iki baş iri buynuzlu heyvan təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə Zərərçəkmiş şəxs Əhməd qızı tərəfindən alınmış, həmin müddətdə digər Təqsirləndirilən şəxs1 heyvanların alınması və onlara qulluq edilməsində hər hansı iştirakı olmamışdır. Eləcə də heyvanlar xx.xx.2024-cü il tarixdə satıldığı zaman alıcı Şahid6 və adları çəkilən təqsirləndirilən şəxslər onunla qiymətlə bağlı sövdələşmişlər. Göründüyü kimi təqsirləndirilən şəxslər heyvanların zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən alındığını (Rusiya Federasiyasından göndərilmiş pul hesabına da olsa) qəbul edirlər və işin faktiki hallarından da məlum olur ki, heyvanların satılmasında hər iki şəxs bilvasitə iştirak etməklə əldə edilmiş pul vəsaitini bölmüşlər. Təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs evdən küsüb çıxıb getməsindən istifadə edərək və ona heç bir məlumat verəmədən vahid niyyətlə hərəkət edib qeyd edilən cinayət əməlini törətmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1, 7,10 və 26-cı bəndlərində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.1-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi və təqsirləndirilən şəxslərə bəraət verilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlinin hüquqi tövsüfünə gəldikdə məhkəmə belə hesab edir ki, oların törətdikləri cinayət əməli ibtidai istintaq orqanı tərəfindən müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar həmin maddədə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinə əsasən anlaqlığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını və Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə yuxarıda qeyd olunanaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və Lənkəran rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını və Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində secilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Lənkəran rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirlənşəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar