Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-6/2023 12.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1999-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Lənkəran şəhəri, B.Mirsalayev küçəsi, ev 12-də qеydiyyаtdа оlmaqla yaşayan, barəsində «həbs» qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq nаrkоtik vаsitə оlаn hеrоini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamаqlа dаşımışdır. Bеlə ki, о, satış məqsədi olmadan, qanunsuz olaraq, məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,246 qram; 0,178 qram ümumi təmiz çəkisi -0,424 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 02 aprel 2022-ci il tarixdə saat 18:10 dəqiqədə Lənkəran ŞRPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Mirsalayev küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman həmin iki bükümdə narkotik vasitə heroin əynində olan şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir il olar ki, narkotik vasitə olan heroindən zərdə tüstüsünü qəbul etməklə istifadə edir. Əldə etdiyi narkotik vasitələri Lənkəran rayonu ərazisində tanımadığı şəxslərdən əldə edir. İstifadə etmədiyi zamanlar bədənində ağrıları olur. Buna görə də, məcbur qalıb hər gün narkotik əldə edir. 02 aprel 2022-ci il tarixdə saat 17 radələrində narkotik vasitə almaq üçün Lənkəran şəhəri “Böyük bazar” adlanan yerə gəlmişdir. Orada bir nəfər tanımadığı şəxsə 20 manat pul verib iki büküm narkotik vasitə heroin almışdır. Narkotiki əynində olan şalvarının sol yan cibinə qoyub B.Mirsalayev küçəsi istiqamətində hərəkət etməyə başlamışdır. Saat 18 radələrində həmin küçə ilə piyada hərəkətdə olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Həmin vaxt o, polis əməkdaşlarının onu saxlayacaqlarından qorxub qaçmış və bir az qaçmışdır ki, yolun kənarında olan su arxına düşmüş və ayağından xəsarət almışdır. Bundan sonra, polis əməkdaşları onu saxlamışlar və polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan şalvarının sol yan cibində olan 2 bükümdə narkotik vasitəni polisə təqdim etmişdir. Qorxduğu üçün uzun müddət məhkəməyə gəlməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 оğlu ifаdəsində göstərdi ki, hadisə vaxtı Lənkəran şəhər rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda isə həmin bölmənin rəisi vəzifəsində işləyir İcraatına Lənkəran rayon Biləsər kəndində qeydiyyatda olmaqla hazırda Lənkəran şəhərində yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və qəbul etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Vasifi əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də olmamışdır. 02 aprel 2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, B.Mirsalayev küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində ona müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Vasifin üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan şalvarının sol yan cibində olan şəffaf sellafona bükülmüş iki bükümü təqdim etmişdir. Həmin bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr elektron tərəzidə çəkilmişdir. Bükümlər ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, heroini Lənkəran şəhərində “Kiçik bazar” adlanan ərazidə tanımadığı şəxsdən 17 manat verərək əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid1 Mirzə oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran şəhər rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İcraatına Lənkəran rayon Biləsər kəndində qeydiyyatda olmaqla hazırda Lənkəran şəhərində yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və qəbul etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. 02 aprel 2022-ci il tarixdə, saat 18:10 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri B.Mirsalayev küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Vasifin üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan şalvarının sol yan cibində olan şəffaf sellafona bükülmüş iki bükümü təqdim etmişdir. Həmin bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr elektron tərəzidə çəkilmişdir. Çəkisi 0,59 qram olmuşdur. Bükümlər ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, heroini Lənkəran şəhərində “Kiçik bazar” adlanan ərazidə tanımadığı şəxsdən 17 manat verərək əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran şəhər rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis mayoru rütbəsindədir. İcraatına Lənkəran rayon Biləsər kəndində qeydiyyatda olmaqla hazırda Lənkəran şəhərində yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və qəbul etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Vasifi əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də, olmamışdır. 02 aprel 2022-ci il tarixdə, saat 18:10 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran şəhəri B.Mirsalayev küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Vasifin üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan şalvarının sol yan cibində olan şəffaf sellafona bükülmüş iki bükümü təqdim etmişdir. Həmin bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr elektron tərəzidə çəkilmişdir. Çəkisi 0,59 qram olmuşdur. Bükümlər ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, heroini Lənkəran şəhərində “Kiçik bazar” adlanan ərazidə tanımadığı şəxsdən 17 manat verərək əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Cinayət işinin 28-30-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, vətəndaş, Təqsirləndirilən şəxs 02 aprel 2022-ci il tarixdə, saat 18:10 dəqiqədə Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, B.Mirsalayev küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən 02 büküm narkotik vasitə heroin aşkar olunaraq götürülür. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunaraq götürülmüş kütlələrin ona məxsus olduğunu bildirir. Götürülmüş kütlələr polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilir və ümumi çəkisi 0,59 qram olur. Bu da, bir daha təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini sübut edir. Cinayət işinin 42-44-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 aprel 2022-ci il tarixli, 19/399 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,246 qram, 0,178 qram ümumi təmiz çəkisi 0,424 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata sərf edildi 0,1 qram (hər obyekt 0,05 qram) təmiz qalıq çəkisi 0,324 qramdır. Ekspert tədqiqinin dəyəri 65 manatdır. Cinayət işinin 56-cı vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2022-ci il tarixli, 387 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, müayinə olunan Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 85-88-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, tədqiqat keçirildikdən sonra qalan 0,324 qram çəkidə 2 bükümdə narkotik vasitə heroinlər isə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,424 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət işinin 11-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” 02 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 66-cı vərəqində olan polisin nəzarəti altına vermə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 aprel 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Cinayət işində olan 20 iyun 2022-ci il tarixli 1(049)-241/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədiyi üçün barəsində axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Cinayət işində olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə tutularaq MSY-nə təhvil verilmişdir. Cinayət işinin 78-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını CM-nin 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, əldə etdiyi narkotik vasitənin miqdarının qanunla müəyyən olunmuş şəxsi istehlak miqdarından az miqdara çox olmasını nəzərə almaqla yanaşı onun uzun müddət məhkəmədən yayınmasını, barəsində axtarış elan edilməsini də nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəzaya məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən şübhəli şəxs qismində tutularaq MSY-də saxlanıldığı 02 aprel 2022-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək olan 2 gün müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına hesablanaraq qəti cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 04 aprel 2022-ci il tarixli, 387 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,324 qram qalıq çəkisi olan heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutularaq saxlanıldığı 02 aprel 2022-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək olan 2 (iki) gün müddət ona təyin edilmiş 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 sentyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,324 qram qalıq çəkisi olan heroin məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-6/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-6/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver