Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-6/2024 14.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir azyşalı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri ilə seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 fevral 2024-cü il tarixdə, saat 10.12-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgə əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində daşımaqla saxlamışdır. Belə ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə, 04 aprel 2020-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs Rafiq qızının yaşadığı ünvan 2 ünvanında yerləşən evə, evin pəncərəsini əli ilə açıb qanunsuz daxil olaraq, evin ümumi otağından 500 manat qiymətində bir ədəd "LG" markalı 86 dioqanallı plazma televizoru, 350 manat qiymətində "İran" istehsalı olan bir ədəd qaz sobasını və yataq otağından 50 manat qiymətində bir ədəd qırmızı rəngli səyahət çantasını gizli olaraq talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs cəmi 900 manat ziyan vurmuşdur. Bundan başqa, o satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən, öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, 3 ədəd gümüşü rəngli kağız bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri -0,143 qram; -0,097 qram; -0,104 qram, ümumi təmiz çəkiləri-0,344 qram olan narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq ŞRPŞ-nə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Az müddət idi ki, nartkotik vasitələrdən istifadə etməyə başlamışdır. Oğurluğu da tək yaşadığı zaman narkotik vasitə almaq məqsəilə etmiş, lakin oğurluq nəticəsində zərəçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəmişdir. Oğuluğu tək törətmişdir. Cinayəti səmimi etiraf etdiyini nəzərə alaraq şahidləri məhkəmə iclasında dindirmədən, onların ifadələrinin elan olunmuş hesab etməklə məhkəmə istintaqının tamamlanmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, təxminən 2-3 aydır ki, narkotik vasitə olan heroindən siqaretin zərli kağızında yandırıb tüstüsünü udmaqla qəbul etmişdir. 24 iyun 2020-ci il tarixdə üzərində narkotik vasitə gəzdirdiyi üçün Lənkəran polis şöbəsinin işçiləri tərəfindən tutulmuş, 26 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və həmin günü barəsində polisin nəzarəti altına vermə qərarı qəbul edilmişdir. Zərərçəkmiş şəxs tanıyır. Rəşidə ilə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Rəşidə ünvan 3 ünvanında yaşayır. Rəşidənin əri Fəridi də tanıyır və o bir neçə dəfə onların evinə gedib-gəlmişdir. 02 aprel 2020-ci il tarixdə, günorta saatlarında Rəşidənin əri Fəridlə görüşmək üçün onların yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs həyətində dayanıb bir neçə dəfə Fəridi çağırsa da, ona cavab verən və evdən həyətə çıxan olmamışdır. Həmin vaxt görmüş ki, onların evinin yan tərəfində olan pəncərə açıqdır. Bundan sonra o yaşadığı evə qayıtmışdır. O, iki gün Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlmiş, Fəridi çağırsa da, heç kim ona cavab verməmişdir. Həmin vaxtı anlamışdır ki, onlar evdə yoxdurlar. Bundan sonra qərara gəlmişdir ki, evə girib, evdə olan əşyalardan oğurlayıb satsın. 04 aprel 2020-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs evinin həyətinə getmiş və evin açıq olan pəncərəsindən evə daxil olmuşdur. Evin ümumi otağına keçmiş, həmin otaqda olan "LG" markalı plazma televizoru götürmüş, pəncərədən həyətə çıxmışdır. Sonra isə evdən oğurladığı həmin televizoru Rəşidənin evinin həyət darvazasının arxa tərəfinə qoymuşdur ki, satmaq üçün müştəri tapandan sonra televizoru gəlib aparsın. Sonra isə Rəşidənin həyətindən çıxıb, yaşadığı binanın qarşısına gəlmiş və mobil telefonla tanışı Vüsala zəng edib demişdir ki, ona təcili pul lazım olduğu üçün "LG" markalı plazma televizorunu satmaq istəyir. Vüsal həmin televizoru ondan 120 manata almağa razılaşmış və o tanımadığı taksi maşını ilə Rəşidənin evinin həyət qapısının qarşısına getmişdir. O, taksi maşınından yerə düşmüş və Rəşidənin evinin həyətinə daxil olmuş, sonra isə oğurladığı həmin televizoru qoyduğu yerdən götürüb həyətdən küçəyə çıxmış və televizoru taksi maşınına qoymuşdur. Sonra isə taksi maşınına əyləşib, Lənkəran şəhərində yerləşən "Sabirin maşın bazarı" kimi tanınan yerə getmiş və Vüsalla orada görüşmüşdür. O həmin televizoru Vüsala vermiş və Vüsal da ona 120 manat pul vermişdir. Bundan sonra Vüsaldan ayrılıb yaşadığı evə getmişdir. O, oğurluqdan qazandığı pulu özü üçün xərcləmiş, həmin plazma televizoru Rəşidənin evindən tək oğurlamış, Həmin plazma televizoru oğurladığını Vüsala və adını bilmədiyi taksi sürücüsünə deməmişdir. Demək olar ki, ay ərzində 3-4 dəfə narkotik vasitə olan heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitəni Lənkəran şəhər ərazisində üzdən tanığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən təsadüfən rastlaşaraq alır. 24 iyun 2020-ci il tarixdə saat 18 radələrində Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi ərazisində küçədə piyada gəzdiyi zaman bir şəxslə rastlaşmış, söhbət əsnasında birbirilərinin narkoman olmağını bilmişlər və o həmin şəxsdən narkotik vasitə istəmiş, həmin şəxs də ona üzərində narkotik olduğunu demiş və 5 manata 3 bükümdə narkotik maddə olan heroin satmışdır. O, aldığı narkotik maddəni əynindəki qara rəngli şalvarının sol yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman istifadə etsin. 24 iyun 2020-ci il tarixdə saat 23:30 radələrində şəxsi işilə əlaqədar Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demişlər və onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O da, heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Şöbədə ona şübhəli şəxs kimi tutulduğu elan edilmiş, vəkil ilə təmin olunmuşdur. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində axtarış aparmışlar. Axtarış zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən istifadəsi üçün saxladığı gümüşü rəngli kağıza bükülmüş üç büküm narkotik vasitə olan heroin aşkar olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş üç büküm heroini elektron tərəzidə çəkmişlər və çəkisi 0,58 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş üç büküm heroini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş, protokolu və zərfi o və başqa iştirakçılar imzalamışlar. Tutduğu əməldən son dərəcə peşmandır. Narkotik vasitə olan heroini qəbul etməklə və oğurluq cinayəti törətdiyini başa düşür, o narkotik maddələri heç vaxt satmamışdır. Narkotik vasitələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlıdır. Son sözündə Təqsirləndirilən şəxs atasız, himayəsində xəstə anasının və azyaşlı uşağının olduğunu nəzərə alaraq barəsində yüngül cəza çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün etirafedici ifadələri, zərər çəkmiş şəxsin, şahid ifadələri, mütəxəssis rəyi, hadisə yerinə baxış zamanı müəyyən edilmiş əl-barmaq izlərinin, ifadənin yerində yoxlanılması protokolu, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizası rəyləri, DVD diski, maddi sübut və digər istintaq sənədləri ilə təsdiq edilərək tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasınında Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxsi əvvəllər tanımış, o, onun ərinin dostudur. O, evdə olduğu zaman kimsə onun evinə girməyə cürət edə bilməzdi. Lakin oğurluq hadisəsi onun Bakı şəhərində olduğu zaman baş vermişdir. Belə ki, o, Bakı şəhərindən evinə qayıtdıqda evində televizorun və qaz sobasının olmadığını görmüşdür. Buna görə də DİN 102 Xidmətinə zəng vurmuşdur. İlk əvvəl şübhəsi narkotik vasitəyə meyilli olan əri Fəridə düşünsə də, sonradan məlum olmuşdur ki, oğurluğu digər şəxs törətmişdir. Sonradan televizor və 350 manat məbləğində pul da ziyan əvəzi olaraq ona qaytarılmışdır. O, məhkəməyə ərizə təqdim edərək təqsirləndirlən şəxs tərəfində ona vurulmuş 900 manat məbləğində ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirib həmin ərizənin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, ailə üzvlərilə birlikdə ünvan 3 ünvanında yaşayır. Həmin ev bir mərtəbəlidir. 2020-ci ilin mart ayının axırlarından etibarən ailə üzvülərilə birlikdə müvəqqəti olaraq Bakı şəhərində kirayə mənzildə yaşayır. Onlar 2020-ci ilin mart ayının axırlarında yaşadığı həmin evin qapı və pəncərələrini bağlayıb Bakı şəhərinə getmişlər. Azyaşlı oğlunu Astara şəhərindən Bakı şəhərinə gətirmək üçün 15 aprel 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhərində avtobusa əyləşib Lənkəran şəhərinə gəlmişdir. Lənkəran şəhərində yerləşən Ləvəngi dairəsində avtobusdan yerə düşmüş, yaşadığı evə getmişdir. O, evin qapısını açmaq istəyərkən görmüş ki, evin pəncərəsinin biri açıqdır. O evə daxil olmaq istəyərkən görmüş ki, evin taxtadan olan giriş qapısı da açıq vəziyyətdədir. O tez evə daxil olmuş və görmüş ki, ümumi otaqda olan bir ədəd "LG" markalı 86 dioqanallı plazma televizoru və bir ədəd İran istehsalı olan qaz sobası yerində yoxdur. O, dərhal anlamış ki, kimlərsə evə daxil olaraq televizoru və qaz sobasını oğurlayıb aparmışlar. O, mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib, evində baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bundan sonra otaqları diqqətlə nəzərdən keçirmiş və görmüş ki, yataq otağına qoyduğu bir ədəd qırmızı rəngli səyahət çantasını da oğurlayıb aparmışlar. Ona məxsus həmin əşyalar 2020-ci ilin mart ayının axırlarından, 15 aprel 2020-ci il tarixədək olan müddət ərzində evindən oğurlanmışdır. Həmin əşyalarının oğurlanmasında narkotik vasitələrdən istifadə edən Ceyhun, Edik və Ramin adlı qonşularından şübhələnmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 900 manat ziyan dəymişdir. Belə ki, evindən oğurlanmış bir ədəd "LG" markalı 86 dioqanallı plazma televizoru qiyməti 500 manat, bir ədəd İran istehsalı olan qaz sobasının qiyməti 350 manat, bir ədəd qırmızı rəngli səyahət çantasının qiyməti isə 50 manat olmasını göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində şahidlərə lazımi qaydada məlumat verilsə də onlardan birinin iş yeri dəyişdirilərək başqa rayona göndərilmiş, digəri DİO-dan xaric edilmiş, sonuncu şahid məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqsirləndirlən və zərərçəkmiş şəxsin, eləcə də dövlət ittihamçısının fikirlərini nəzərə alaraq iş üzrə şahidlərin ifadələrini elan olunmuş hesab edir. Şahidlərdən Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs ilə münasibəti normal olmuşdur Zərərçəkmiş şəxs Rafiq qızını tanımır. Onun iki adı var. El arasında hamı onu adını Vüsal kimi bilir. Lakin onun sənəddə adı Müseyibdir. 04 aprel 2020-ci İİ tarixdə, gecə saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs ona zəng edib demiş ki təcili pula ehtiyacı olduğu üçün evində olan LG markalı 86 diaqnallı televizorunu satmaq istəyir. Onun də evində televizor olmadığı üçün Ceyhundan televizoru neçəyə satması barədə maraqlanmışdır. Təqsirləndirilən şəxs əvvəlcə televizoru baha desə də, o Təqsirləndirilən şəxs ilə 120 manata razılaşmışdır. Sonra Lənkəran şəhərində yerləşən "Sabirin maşın bazarı" kimi tanınan yerə getmiş və Ceyhunla orada görüşmüşdür. Ceyhun həmin televizoru ona satmış və Ceyhun ona 120 manat pul vermişdir. Bundan sonra o Ceyhundan aldığı televizoru öz yaşadığı evinə aparmış və evdə quraşdırmışdır. Haızrda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı LG markalı 86 diaqnallı televizoru qonşusu Zərərçəkmiş şəxs evindən oğurlayıb. O, Ceyhundan aldığı televizorun oğuluq olduğunu bilməmişdir. Ceyhun televizoru oğurladığını ona deməmişdir. Hazırda həmin televizor evindədir və televizoru istintaqa təqdim edəcəyini bildirmişdir. Şahidlərdən Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 24 iyun 2020-ci il tarixdə raportla ŞRPŞ- nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 24 iyun 2020-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan və Lənkəran ŞRPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 23:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, polis baş leytenantı X2 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən gümüşü rəngli kağıza bükülmüş üç bükümdə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa hər hansı bir əşya və predmet aşkar olunmamışdır Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 bükümdə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkiləri təqribən 0,58 qram olmuşdur. Sonra heroinə bənzər həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, zərfin üzərini vəkil Ədalət Muradov və Təqsirləndirilən şəxs imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən iki-üç aydır ki, narkotik vasitə heroindən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 24 iyun 2020-cu il tarixdə Lənkəran şəhərində Ş.Xiyabanı küçəsində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 5 manata aldığını bildirmişdir. Öz istifadəsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra doğru bilib iştirakçılar və Təqsirləndirilən şəxs protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, cinayət işində olan 24 iyun 2020-ci İl tarixli, şəxsi axtarış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 0,344 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, Ceyhun Süleymanov həmin narkotik vasitəni özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 25 iyun 2020-ci il tarixli, 19/246 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,143 qram, 0,097 qram, 0,104 qram ümumi təmiz çəkiləri- 0,344 qram olan qəhvəyimtil rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir.Tədqiqatdan sonra qalıq çəkisi 0,254 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Cinayət işində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 25 iyun 2020-ci il tarixli, 457 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. 28.06. 2020-ci il tarixli “təqsirləndirlən şəxsin ifadəsini yerində yoxlanılması” protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 2 ünvanında yerləşən evdə baş vermişdir. Cinayət işində olan xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, bir ədəd "LG" markalı 86 dioqanallı plazma televizorun orta bazar qiyməti 450, "İran" istehsalı olan bir ədəd qaz sobasının orta bazar qiyməti 330, bir ədəd qırmızı rəngli səyahət çantasınının qiyməti 50 manatdır. Cinayət işində olan DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 26 iyun 2020-ci il tarixli, 011-6706-1220 saylı məktubundan görünür ki, ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izlərindən 01 ədədinin Təqsirləndirilən şəxs sağ əlinin ovuc əksi ilə eynilik təşkil etmişdir. Cinayət işində olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 13 iyul 2020-ci il tarixli, 404 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci ildən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda durur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X4 Məhkəmə Psixatrik Ekspertizasının 15 iyul 2020-ci il tarixli 1311 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir Psixi xəstəliklərdən əziyyət çəkmir. Onda xasiyyətin isterlik tipli cizgiləri müəyyən edilir. Cinayət işı materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bır psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respubliksı CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq şəxsi istifadəsi üçün qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamışdır. Cinayət işində olan “Sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, iş üzrə bir ədəd kağız paketdə 3 ədəd bükümdə, ümumi xalis çəkisi 0,254 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut qismində tanınaraq saxlanması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi LG markalı 86 dioqnallı plazma televizoru iş üzrə maddi sübut qismində tanınaraq saxlanması üçün özünə təhvil verilmiş, şəxsi axtarış zamanı videoçəkilişə dair 01 ədəd DVD diski maddi sübut qismində tanınaraq işə əlavə edilmişdir. Cinayət işində olan DİN-nin BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yardımlı Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işində olan Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” Qərarından görünür ki, “28 May- Respublika günü münasibəti ilə aministiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndinə əsasən Yardımlı Rayon Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs, ona təyin olunmuş 2000 manat cərimə cəzasının ödənilməmiş 1500 manat hissəsindən azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024cü il tarixli məhkəməyə verdiyi cavabından görünür ki, “28 May-Respublika günü münasibəti ilə aministiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndinə əsasən Yardımlı Rayon Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs, ona təyin olunmuş cərimə cəzasından azad edilmiş və xx.xx.2016-cı il tarixdə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il tarixdə doğulmuş Dəniz adında azyaşlı uşağı olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:30-da CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbiri seçmək haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə onun Lənkəran RŞPŞ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. İşdə olan “Cinayət işinin birləşdirilməsi və bir icraata qəbul edilməsi” haqqında xx.xx.2020-ci il tarixli Qərardan görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış ********* saylı cinayət işi digər cinayət işi ilə birləşdirilməsi və istintaq nömrəsi ********* nömrəsi altında CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə davam etdirilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:30-da CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbiri seçmək haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə onun Lənkəran RŞPŞ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirlərək axtarış elan edilmişdir. İşə əlavə edilmiş “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi ərazisində yaxalanaraq Lənkəran ŞRPŞ-nə aparılmışdır. İş materillarında olan zərərçəkmiş şəxs X5 tərəfindən istintaq zamanı xx.xx.2022-ci il tarixdə verdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam həcmdə ödənilmişdir. Şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsüfünə gəldikdə məhkəmə belə hesab edir ki, onun onun törətdyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını, CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışmasını və cinayət nəticəsində dəymiş ziyanın ödəməsini, CM-nin 59.2-ci maddəsinə əsasən o, anlaqlı hesab edilsə də, onun Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında 2012-ci idən qeydiyyatda və etdiyi əməldən səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdən halları və cəzanı ağırlaşdıran halların olmamasını, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Bu zaman Azərbaycan Respublikası CM-nin 66.2 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə tətbiq edilməli və o, ərazi narkoloji xəstəxanada qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və və Lənkəran rayon Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0, 254 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk isə iş materiallarına saxlanılsın, LG markalı 86 dioqanallı plazma televizorun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 65 manat tutularaq, Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət üç gün olmaqla cəmi 05 gün, eləcə də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsə olduğu 03 ay müddət, ümumilikdə 03 ay 05 gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 06 ay 10 gününə bərabər tutulub hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində secilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə tətbiq edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran rayon Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0, 254 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 01 ədə DVD disk isə iş materiallarında saxlanılsın, LG markalı 86 dioqanallı plazma televizorun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 65 manat ekspertiza xərci dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №1(049)-6/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-6/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver