Məhkəmə qərarları › İş №1(049)-6/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-6/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-6/2025 03.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17.10 Lənkəran Rayon Məhkəməsinin hakimi: Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X44, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Mərkəz Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs nümayəndəsi: Şahid2 iştirakı ilə xx xxxxxxxx 1979-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 “başqa yerə getməmək haqqında iltizam” və “vəzifədən kənarlaşdırma” qətimkan tədbirləri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 179.2.3; 179.2.4; 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsa ittiiham irəli sürülmüşdür ondan ötrü ki, o, 23 dekabr 2019-cu il tarixdə keçirilmiş növbəti bələdiyyə seçkilərində Lənkəran rayonunun Lənkəran bələdiyyəsinin üzvü və Lənkəran bələdiyyəsinin 14 yanvar 2020-ci il tarixli 02 saylı iclas protokoluna əsasən bələdiyyə üzvləri sırasından Lənkəran rayonunun Lənkəran bələdiyyəsinin sədri seçilib, 14 yanvar 2020-ci il tarixdən 13 iyul 2023-cü il tarixədək həmin vəzifədə işlədiyi müddətdə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci və 19-cu maddələrinə əsasən, bələdiyyənin fəaliyyəti ilə bağlı əmr və sərəncamlar vermək və bələdiyyənin qərarlarını imzalamaq səlahiyyətlərinə malik, təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olaraq ona etibar edilmiş bələdiyyə vəsaitini 2020-ci ilin fevral ayından etibarən vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib, xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə talama qərarına gəlib, bu məqsədlə sədri olduğu bələdiyyəyə mal-material və dəftərxana ləvazimatlarının alınması adı ilə tərtib etdiyi xx.xx.2020-ci il tarixli 2 saylı kassa məxaric orderinə əsasən 55 manat, xx.xx.2020-ci il tarixli 4 saylı kassa məxaric orderinə əsasən 45 manat, xx.xx.2020-ci il tarixli 5 saylı kassa məxaric orderinə əsasən 55 manat, xx.xx.2020-ci il tarixli 15 saylı kassa məxaric orderinə əsasən 7 manat, xx.xx.2020-ci il tarixli 12 saylı kassa məxaric orderinə əsasən 40 manat, xx.xx.2020-ci il tarixli 10 saylı kassa məxaric orderinə əsasən 511 manat, xx.xx.2020-ci il tarixli 11 saylı kassa məxaric orderinə əsasən 401 manat, xx.xx.2020-ci il tarixli 9 saylı kassa məxaric orderinə əsasən 450 manat, xx.xx.2020-ci il tarixli 8 saylı kassa məxaric orderinə əsasən 140 manat, xx.xx.2020-ci il tarixli 20 saylı kassa məxaric orderinə əsasən 459 manat, xx.xx.2020-ci il tarixli 21 saylı kassa məxaric orderinə əsasən 96 manat, xx.xx.2020-ci il tarixli 25 saylı kassa məxaric orderinə əsasən 41.80 manat, xx.xx.2020-ci il tarixli 26 saylı kassa məxaric orderinə əsasən 46 manat, xx.xx.2020-ci il tarixli 31 saylı kassa məxaric orderinə əsasən 505 manat, xx.xx.2020-ci il tarixli 33 saylı kassa məxaric orderinə əsasən 165 manat, xx.xx.2020-ci il tarixli 37 saylı kassa məxaric orderinə əsasən 62,13 manat, xx.xx.2020-ci il tarixli 41 saylı kassa məxaric orderinə əsasən 33 manat, xx.xx.2022-ci il tarixli 02 saylı kassa məxaric orderinə əsasən 96 manat, xx.xx.2022-ci il tarixli 03 saylı kassa məxaric orderinə əsasən 98 manat, xx.xx.2022-ci il tarixli 06 saylı kassa məxaric orderinə əsasən 98 manat, xx.xx.2022-ci il tarixli 07 saylı kassa məxaric orderinə əsasən 99 manat, xx.xx.2022-ci il tarixli 14 saylı kassa məxaric orderinə əsasən 93 manat, xx.xx.2022-ci il tarixli 19 saylı kassa məxaric orderinə əsasən 92 manat, xx.xx.2022-ci il tarixli 21 saylı kassa məxaric orderinə əsasən 320 manat, xx.xx.2022-ci il tarixli 22 saylı kassa məxaric orderinə əsasən 97 manat, xx.xx.2022-ci il tarixli 30 saylı kassa məxaric orderinə əsasən 100 manat, xx.xx.2022-ci il tarixli 35 saylı kassa məxaric orderinə əsasən 200 manat, xx.xx.2022-ci il tarixli 37 saylı kassa məxaric orderinə əsasən 230 manat, xx.xx.2022-ci il tarixli 38 saylı kassa məxaric orderinə əsasən 83 manat, xx.xx.2022-ci il tarixli 41 saylı kassa məxaric orderinə əsasən 508,50 manat, xx.xx.2023-cü il tarixli 01 saylı kassa məxaric orderinə əsasən 300 manat, xx.xx.2023-cü il tarixli 02 saylı kassa məxaric orderinə əsasən 300 manat və xx.xx.2023-cü il tarixli 03 saylı kassa məxaric orderinə əsasən 300 manat olmaqla, Lənkəran bələdiyyəsinin kassasından məxaric edib şəxsi ehtiyaclarına sərf etdiyi cəmi 6126,43 manat, eyni niyyətlə hərəkət edərək Lənkəran rayon sakini Şahid17 2020-ci ilin fevral ayında Lənkəran bələdiyyəsinin inzibati binasında təmir işlərini aparması ilə əlaqədar xidmət haqqı adı ilə sədri olduğu bələdiyyənin kassa hesabından 824 manat məbləğində pul vəsaitini götürüb şəxsi ehtiyaclarına sərf edərək, guya həmin məbləğdə pulun xidmət haqqı kimi Şahid17 ödənilməsinə dair rəsmi sənədlər olan 27 fevral 2020-ci il tarixli 7 saylı “Kassa məxaric orderi” adlı sənədlərin təsviri hissəsinin məzmununa tamah niyyəti ilə bilə-bilə yalan, yəni həqiqətə uyğun olmayan məlumatlar daxil edib, həmin rəsmi sənədləri Lənkəran bələdiyyəsinin inzibati binasında imzası ilə təsdiq edərək vəzifə saxtakarlığı etməklə 824 manat, eyni niyyətlə hərəkət edərək Lənkəran şəhər sakini Şahid18 2020-ci ilin avqust ayında Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində divarların boyanması işlərini aparması ilə əlaqədar xidmət haqqı adı ilə sədri olduğu bələdiyyənin kassa hesabından 2090 manat məbləğində pul vəsaitini götürüb şəxsi ehtiyaclarına sərf edərək, guya həmin məbləğdə pulun xidmət haqqı kimi Şahid18 ödənilməsinə dair rəsmi sənədlər olan 19 avqust 2020-ci il tarixli 27 saylı və 31 avqust 2020-ci il tarixli 28 saylı “Kassa məxaric orderi” adlı sənədlərin təsviri hissəsinin məzmununa tamah niyyəti ilə bilə-bilə yalan, yəni həqiqətə uyğun olmayan məlumatlar daxil edib, həmin rəsmi sənədləri Lənkəran bələdiyyəsinin inzibati binasında imzası ilə təsdiq edərək vəzifə saxtakarlığı etməklə 2090 manat, eyni niyyətlə hərəkət edərək sədri olduğu bələdiyyənin inzibati ərazisində yaşayan Lənkəran şəhər sakinləri olan vergi ödəyiciləri X9 xx.xx.2020-ci il tarixdə bələdiyyənin hesablaşma hesabına hökumət portalında ödədiyi torpaq vergisi olaraq 2.20 manat və əmlak vergisi olaraq 44.80 manat və Şahid8 xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixlərdə bələdiyyənin hesablaşma hesabına hökumət portalında ödədiyi torpaq vergisi olaraq 355 manat və əmlak vergisi olaraq 65 manat olmaqla, cəmi 467 manat pul vəsaitini hər dəfə bələdiyyənin kassa hesabından çıxarıb nağdlaşdıraraq şəxsi ehtiyaclarına sərf edib, həmin məbləğdə pul vəsaitlərinin vergi ödəyiciləri tərəfindən guya kodsuz hesaba köçürüldüyü adı ilə sonunculara qaytarılmasına dair rəsmi sənədlər olan xx.xx.2020-ci il tarixli 29 və 30 saylı və xx.xx.2022-ci il tarixli 17 saylı “Kassa məxaric orderi” adlı sənədlərin təsviri hissəsinin məzmununa tamah niyyəti ilə bilə-bilə yalan, yəni mövcud olmayan məlumatlar daxil edib, tərtib etdiyi həmin rəsmi sənədləri Lənkəran bələdiyyəsinin inzibati binasında imzası ilə təsdiq edərək vəzifə saxtakarlığı etməklə 467 manat, eyni niyyətlə hərəkət edərək sədri olduğu Lənkəran bələdiyyəsinin balansında və ya mülkiyyətində olmayan, əri Şahid13 məxsus “Nissan Altima” markalı avtomobilin guya iş fəaliyyətində xidməti avtomobil kimi istismarı ilə əlaqədar onun təmiri, texniki qulluq göstərilməsi və yanacaq sərfiyyatının alınması xərcləri adı ilə tərtib etdiyi xx.xx.2020-ci il tarixli 34 saylı kassa məxaric orderinə əsasən 70 manat, xx.xx.2020-ci il tarixli 35 saylı kassa məxaric orderinə əsasən 125 manat, xx.xx.2021-ci il tarixli 09 saylı kassa məxaric orderinə əsasən 160 manat, xx.xx.2021-ci il tarixli 14 saylı kassa məxaric orderinə əsasən 65 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən 98 manat, xx.xx.2021-ci il tarixli 22 saylı kassa məxaric orderinə əsasən 50 manat, xx.xx.2021-ci il tarixli 25 saylı kassa məxaric orderinə əsasən 60 manat, xx.xx.2021-ci il tarixli 28 saylı kassa məxaric orderinə əsasən 107 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən 253.26 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən 85 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən 160 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən 180 manat, xx.xx.2022-ci il tarixli 04 saylı kassa məxaric orderinə əsasən 103.20 manat, xx.xx.2023-cü il tarixli 05 nömrəli ödəniş tapşırığına əsasən 150 manat, xx.xx.2022-ci il tarixli 05 saylı kassa məxaric orderinə əsasən 94,60 manat, xx.xx.2022-ci il tarixli 08 saylı kassa məxaric orderinə əsasən 100 manat, xx.xx.2022-ci il tarixli 10 saylı kassa məxaric orderinə əsasən 95 manat, xx.xx.2022-ci il tarixli 12 saylı kassa məxaric orderinə əsasən 96 manat, xx.xx.2022-ci il tarixli 13 saylı kassa məxaric orderinə əsasən 75 manat, xx.xx.2022-ci il tarixli 18 saylı kassa məxaric orderinə əsasən 46 manat, xx.xx.2022-ci il tarixli 20 saylı kassa məxaric orderinə əsasən 90 manat, xx.xx.2022-ci il tarixli 24 saylı kassa məxaric orderinə əsasən 220 manat, xx.xx.2022-ci il tarixli 26 saylı kassa məxaric orderinə əsasən 130 manat, xx.xx.2022-ci il tarixli 31 saylı kassa məxaric orderinə əsasən 150 manat, xx.xx.2022-ci il tarixli 36 saylı kassa məxaric orderinə əsasən 150 manat, xx.xx.2022-ci il tarixli 34 saylı kassa məxaric orderinə 119,70 manat, xx.xx.2022-ci il tarixli 39 saylı kassa məxaric orderinə əsasən 700 manat, xx.xx.2022-ci il tarixli 45 saylı kassa məxaric orderinə əsasən 150 manat, xx.xx.2023-cü il tarixli 09 nömrəli ödəniş tapşırığına əsasən 150 manat və xx.xx.2023-cü il tarixli 14 saylı ödəniş tapşırığına əsasən 150 manat olmaqla, şəxsi ehtiyaclarına sərf etdiyi cəmi 4182,76 manat, eyni niyyətlə hərəkət edərək “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5-3-cü maddəsinə görə, bələdiyyənin sədri bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi bələdiyyə qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ərarvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda, şəxsin bələdiyyə qulluğuna qəbul edilə bilməsi yolverilməz olduğu halda, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əri Şahid13 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, həmin maddənin və qeyd olunan Qanunun 5-1-ci və 5-2-ci maddələrinin tələblərini pozaraq, bələdiyyənin sədri kimi tərəfindən verilmiş 01 dekabr 2020-ci il tarixli 20 nömrəli əmrlə həmin tarixdən müsabiqədən kənar əri Şahid13 bilavasitə nəzarəti altında işləyəcəyi vəzifəyə, yəni Lənkəran bələdiyyəsinin ərazisindəki qəbirstanlıqlar üzrə nəzarətçi (təhkimçi) vəzifəsinə bələdiyyə qulluğuna işə qəbul edib, sonuncunun işə qəbul edildiyi 01 dekabr 2020-ci il tarixdən 14 iyul 2023-cü il tarixədək olan müddətdə işə çıxmadığı və əmək funksiyalarını icra etmədiyi təqdirdə Lənkəran rayonunun Lənkəran bələdiyyəsinin mülkiyyətinin və yerli büdcəsinin idarə edilməsi və bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi sahəsində qanuni mənafelərinə mühüm zərər vurmaqla, özünün sifarişi əsasında ərinin adına "xxxx" MMC-nin Lənkəran regional poçt filialından verilmiş plastik əmək haqqı kartının hesabına aylıq 250-350 manat civarında əmək haqqı və maddi yardım qismində yüklənməsini təmin etdiyi və sonradan davamlı olaraq əri Farid Nüsrətzadə tərəfindən həmin filialın Lənkəran şəhəri Müzəffər Nəsirli 4 ünvanında quraşdırılmış poçt terminalından hər ay nağdlaşdırılaraq özünün şəxsi ehtiyaclarına sərf etdiyi cəmi 12482,59 manat, eyni niyyətlə hərəkət edərək 2021-ci ilin yanvar-avqust ayları ərzində sədri olduğu bələdiyyəyə cəmi 4172 manat 50 qəpik məbləğində maliyyə yardımı etməsini rəsmiləşdirib, kassaya hər hansı məbləğdə vəsait mədaxil etmədiyi halda, bələdiyyənin kassa hesabında həmin məbləğdə vəsait olduğu görüntüsünü yaratdıqdan sonra ona etibar edilmiş bələdiyyə vəsaitini 2021-ci ilin sentyabr ayından etibarən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə talama qərarına gəlib, bu məqsədlə Lənkəran bələdiyyəsinin "xxxx" MMC-nin Lənkəran regional poçt filialında olan hesablaşma hesabından 2021-ci ilin sentyabr ayının 23-də 700 manat və oktyabr ayının 29-da 2300 manat olmaqla, ümumilikdə 3000 manat məbləğində pul vəsaitini nağdlaşdıraraq “kassa mədaxil orderi” adlı sənədlər tərtib etməklə bələdiyyənin kassasına mədaxil etmiş, bu müddət ərzində niyyətini həyata keçirmək üçün 15 oktyabr 2021-ci il tarixli sifariş müqaviləsi bağladığı Lənkəran şəhər sakini Şahid7 Lənkəran bələdiyyəsinin balansında olan Lənkəran şəhər “Böyük Bazar” və “Kiçik Bazar” qəbirstanlıqlarında təmir işləri aparmasına görə faktiki olaraq 200 manat xidmət haqqı ödədiyi təqdirdə, bu adla sədri olduğu bələdiyyənin kassasından 1876 manat və sənəd üzərində bələdiyyənin kassasında qalıq qalmış 1201 manat adı altında faktiki qalıq qalmış qalan 1124 manat məbləğində pul vəsaitini guya özünün etdiyi artıq maliyyə yardımının özünə qaytarılması adı ilə kassadan vahid niyyətlə məxaric edib, şəxsi ehtiyaclarına sərf edərək, tərtib etdiyi rəsmi sənədlər olan 29 oktyabr 2021-ci il tarixli 34 saylı “Kassa məxaric orderi” adlı sənədə guya bələdiyyəyə məxsus 1876 manat məbləğində pul vəsaitinin xidmət haqqı kimi Şahid7 ödənilməsi məzmununda, 12 fevral 2021-ci il tarixə rəsmiləşdirdiyi 10 saylı “Kassa məxaric orderi” adlı sənədlə 400 manat, 30 iyun 2021-ci il tarixə rəsmiləşdirdiyi 26 saylı “Kassa məxaric orderi” adlı sənədlə 541 manat və 30 noyabr 2021-ci il tarixə rəsmiləşdirdiyi 37 saylı “Kassa məxaric orderi” adlı sənədlə 260 manat olmaqla, cəmi 1201 manat maliyyə yardımının qaytarılması məzmununda tamah niyyəti ilə bilə-bilə yalan, yəni həqiqətə uyğun olmayan yalan məlumatlar daxil edib, onları Lənkəran bələdiyyəsinin inzibati binasında imzası ilə təsdiq edərək vəzifə saxtakarlığı etməklə 3000 (üç min) manat, eyni niyyətlə hərəkət edərək tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli 04 və 05 nömrəli əmrlər ilə bacısı oğlu Şahid14 Lənkəran bələdiyyəsinə baş mühasib və tanışı Şahid16 Lənkəran bələdiyyəsinə kadr işləri üzrə inspektor vəzifəsinə, 01 avqust 2022-ci il tarixli 06 nömrəli əmrlə isə sonuncunu vergi və rüsum şöbəsində vergi işləri üzrə inspektor vəzifəsinə “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5-1-ci və 5-2-ci maddələrinin tələblərini pozmaqla müsabiqədən kənar bələdiyyə qulluğuna işə qəbul edib, Şahid14 02 iyun 2022-ci il tarixdən işdən azad edildiyi 17 avqust 2022-ci il tarixədək olan müddətdə işə çıxmadığı və əmək funksiyalarını icra etmədiyi halda, sifarişi əsasında adına "xxxx" MMC-nin Lənkəran regional poçt filialından verilmiş əmək haqqı kartının hesabına əmək haqqı qismində yüklənməsinə nail olduğu və sonuncunun Lənkəran şəhəri Müzəffər Nəsirli 4 ünvanında yerləşən poçt terminalından nağdlaşdıraraq şəxsi ehtiyaclarına sərf etdiyi cəmi 1003 manat və Şahid16 02 iyun 2022-ci il tarixdən 02 may 2023-cü il tarixədək olan müddətdə işə çıxmadığı və əmək funksiyalarını icra etmədiyi halda, sifarişi əsasında adına "xxxx" MMC-nin Lənkəran regional poçt filialından verilmiş əmək haqqı kartının hesabına əmək haqqı və maddi yardım qismində yüklənməsinə nail olduğu və sonradan özü tərəfindən nağdlaşdırılaraq şəxsi ehtiyaclarına sərf etdiyi cəmi 5309,59 manat olmaqla, ümumilikdə 6312,59 manat, eyni niyyətlə hərəkət edərək Lənkəran şəhər sakini Şahid15 ilə bağladığı 09 sentyabr 2022-ci il tarixli sifariş müqaviləsinə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində divarların boyanması işlərini aparması ilə əlaqədar xidmət haqqı adı ilə sədri olduğu bələdiyyənin poçt hesabından 2000 manat məbləğində pul vəsaitinin məxaric edərək şəxsi ehtiyaclarına sərf edib, guya həmin məbləğin xidmət haqqı kimi Şahid15 ödənilməsinə dair rəsmi sənəd olan 23 sentyabr 2022-ci il tarixli 23 saylı “Kassa məxaric orderi” adlı sənədin təsviri hissəsinin məzmununa tamah niyyəti ilə biləbilə yalan, yəni həqiqətə uyğun olmayan məlumatlar daxil edib, həmin rəsmi sənədi Lənkəran bələdiyyəsinin inzibati binasında imzası ilə təsdiq edərək vəzifə saxtakarlığı etməklə 2000 manat, eyni niyyətlə hərəkət edərək sədri olduğu bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin alqı-satqısına görə dövlət rüsumu və xidmət haqqı adı ilə 06 mart 2023-cü il tarixli 12 nömrəli ödəniş tapşırığına əsasən Lənkəran bələdiyyəsinin bank hesabından öz əmək haqqı plastik kartının hesabına köçürülməsini təmin edib nağdlaşdıraraq şəxsi ehtiyaclarına sərf etdiyi 1201 manat olmaqla, ümumilikdə xeyli miqdarda özgə əmlakını, yəni 38686,37 (otuz səkkiz min altı yüz səksən altı min otuz yeddi qəpik) manat məbləğində bələdiyyə pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib mənimsəmə və israf etmə yolu ilə talamışdır. Bundan başqa o, 14 yanvar 2020-ci il tarixdən 13 iyul 2023-cü il tarixədək Lənkəran rayonunun Lənkəran bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci və 19-cu maddələrinə əsasən, bələdiyyənin fəaliyyəti ilə bağlı əmr və sərəncamlar vermək və bələdiyyənin qərarlarını imzalamaq səlahiyyətlərinə malik, təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən, yerli büdcələrin xərclərinin həcmini və istiqamətlərini müəyyənləşdirilməsinə və 13.1-ci maddəsinə əsasən yerli büdcənin icrasına nəzarət edilməsinə məsul rəhbər vəzifəli şəxs kimi həmin Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş yerli büdcənin xərc istiqamətlərini müəyyən edərkən əməkhaqlarına ayırmaları ümumi büdcənin əlli faizindən çox ayırmamalı olduğu halda, tabeliyində olan bələdiyyə qulluqçularının maddi rifahını yaxşılaşdırmaq məqsədilə artıq əməkhaqqı verilməsini təmin edərək işçilər qarşısında özünü işgüzar bələdiyyə sədri kimi tanıtmaq və öz nüfuzunu artırmaq niyyəti ilə həmin maddənin tələblərini pozaraq imzası və möhürü ilə təsdiq etdiyi ödəniş tapşırıqlarında və əmək haqqı cədvəllərində artıq məbləğdə əməkhaqları göstərərək vahid niyyətlə sədri olduğu Lənkəran bələdiyyəsinin 2020-ci büdcə ili ərzində bələdiyyənin 58303 manat olmuş ümumi büdcəsinin yalnız 29151,5 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 46285 manat ayırmaqla 17133,5 manat, 2021-ci büdcə ili ərzində bələdiyyənin 72578 manat olmuş ümumi büdcəsinin yalnız 36289 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 61670 manat ayırmaqla 25381 manat, 2022-ci büdcə ili ərzində bələdiyyənin 81573 manat olmuş ümumi büdcəsinin yalnız 40786,5 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 66878 manat ayırmaqla 26091,5 manat və 2023cü büdcə ilinin vəzifədən azad olunduğu 13 iyul 2023-cü il tarixədək olan müddətində bələdiyyənin 50262,59 manat olmuş ümumi büdcəsinin yalnız 25131,3 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 29060,94 manat ayırmaqla 3929,64 manat, ümumilikdə isə 72535,64 (yetmiş iki min beş yüz otuz beş manat altmış dörd qəpik) manat məbləğində artıq yerli büdcə vəsaitini əməkhaqlarına ayırmaqla sədri olduğu Lənkəran rayonunun Lənkəran bələdiyyəsinin yerli büdcəsinin idarə edilməsi sahəsində qanuni mənafeyinə mühüm zərər vurmuşdur. Bundan başqa o, Lənkəran rayonunun Lənkəran bələdiyyəsinin sədri vəzifəsində işləyərkən Lənkəran şəhər sakini X12 dəfn tarixi ilə bağlı arayış verilməsi üçün 16 mart 2023-cü il tarixdə ona müraciət etmiş Şahid1 həmin xahişini qəbul edib, sonuncunun X38 07 fevral 2021-ci il tarixdə vəfat etdiyi və həmin gün Lənkəran bələdiyyəsinin balansında olan Lənkəran şəhər “Böyük bazar qəbirstanlığı”nda dəfn olunduğu halda, rəhbər vəzifəli şəxs olaraq sair şəxsi niyyətlə, yəni Şahid1 xahişini onun xeyrinə müsbət həll etməklə ictimaiyyət arasında özünə qarşı müsbət fikir formalaşdırmaq niyyəti ilə rəsmi sənəd olan 16 mart 2023-cü il tarixli, 228/4 nömrəli arayışın məzmununa bilə-bilə yalan, yəni həqiqətə uyğun olmayan - ona müraciət etməmiş Lənkəran şəhər sakini X13 adına guya anası X12 06 mart 2023-cü il tarixdə “Böyük bazar qəbirstanlığı”nda dəfn edilməsinə dair məlumatlar daxil edərək, arayışı Lənkəran bələdiyyəsinin inzibati binasında imzası və sədri olduğu bələdiyyənin möhürü ilə təsdiq edib, Şahid1 təqdim etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hər hansı qanun pozuntusuna yol verməmiş, pul mənimsəməmişdir. İttiham aktında qeyd edilənlər hamısı yalandır. O, bütün mühasibatlıq sənədlərini Şahid11 məsləhəti ilə etmişdir. Barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş cinayət işinin İ cild 219-222-ci, Vİİİ cild 139-143-cü və İX cild 28-32-ci vərəqlərində olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri, yəni əri Şahid13, övladları Leyla Nüsrətova və Murad Nüsrətovla birlikdə Lənkəran şəhəri, Vüsal Quliyev küçəsində yerləşən, bacısı Sevər Məmmədovaya məxsus evdə yaşayır. 2001-ci ildə Lənkəran Dövlət Universitetinin iqtisadiyyat fakültəsini iqtisadiyyatın idarə edilməsi ixtisası üzrə bitirmişdir. 02 sentyabr 2006-cı ildə Şahid13 ilə rəsmi nikaha daxil olmuşdur. 2020-ci ilin yanvar ayına qədər Lənkəran şəhərində dövlət qurumlarında inzibati vəzifələrdə işləmişdir. 23 dekabr 2019-cu ildə keçirilmiş bələdiyyə seçkilərində Lənkəran bələdiyyəsinin üzvü seçilmişdir. 14 yanvar 2020-ci il tarixdə bələdiyyə üzvlərinin iştirakı ilə keçirilmiş iclasda Lənkəran bələdiyyəsinin sədri seçilmişdir. ünvan 4 ünvanında yerləşir. Lənkəran bələdiyyəsinin ondan başqa 16 nəfər üzvü olmuşdur. Lənkəran bələdiyyəsinin üzvləri Arzu Məlikova, Ülkər Zülfüqarlı, Leyla Şıxcanlı, Həbibə Əhmədova, Səbirə Fərzullayeva, Mətanət Ağayeva, İbrahim İbrahimzadə, Nümayəndə, Teymur Babazadə, Hafiz Mirzə, Elmar Abdullayev, Pərvin Əliyeva, Yalçın Əliyev, Nail Abıyev, Fəxrəddin Caniyev və Ədalət Babayev olmuşdur. Bundan başqa Lənkəran bələdiyyəsində vergi şöbəsinin müdiri Şahid3, vergi müfəttişləri Şahid2, Tələt Məhərrəmov, 0,5 ştat torpaq sənədləri üzrə mütəxəssis Şahid5, kargüzar Şahid12, Lənkəran bələdiyyəsinin balansında olan Böyük bazar qəbirstanlığında fəhlə (qəbirqazan) Şahid6, Kiçik bazar qəbirstanlığında fəhlə (qəbirqazan) Şahid4 və hər iki qəbirstanlığa nəzarətçi Şahid13 olmuşdur. Bələdiyyə sədrinin müavini isə bələdiyyə üzvü Fəxrəddin Caniyev olmuşdur. Bələdiyyənin bütün işçiləri iş vaxtı işdə olmuşlar və öz vəzifələrini icra etmişlər. Bələdiyyənin işçiləri aylıq əmək haqlarını adlarına olan "xxxx" MMC-nin Lənkəran regional filialından verilmiş plastik əmək haqqı kartı vasitəsi ilə almışlar. Bələdiyyə sədri işlədiyi dövrdə nəzarətçi vəzifəsinə əri Şahid13, fəhlə (qəbirqazan) vəzifələrinə Şahid6 və Şahid4, inspektor vəzifəsinə keçmiş iş yoldaşı Şahid12 və 0,5 ştat torpaq mütəxəssisis vəzifəsinə Lənkəran şəhər sakini Şahid5 götürmüşdür. Digər işçilər isə ondan əvvəlki dövrdə işə götürülmüş şəxslərdir. Lənkəran bələdiyyəsi şəhər ərazisində əhalidən yığılan yerli vergilər, yəni əmlak və torpaq vergisi və dövlət büdcəsindən ayrılmış dotasiya hesabına maliyyələşmişdir. Bələdiyyənin maliyyə xərcləri maliyyə sənədlərində əks olunur və hər il audit yoxlaması aparılmışdır. Bələdiyyə sədri işlədiyi müddətdə bələdiyyəyə ayrılmış dotasiyaların hamısını sosial fonda və əmək haqqında yönəltmişdir. Lənkəran bələdiyyəsinin mülkiyyətində torpaq sahələri olmadığına görə bələdiyyə sədri işlədiyi müddətdə yalnız bir neçə zəbtdə olan torpaqların satışı olmuşdur. Bələdiyyə sədri olaraq onun vəzifələri bələdiyyənin ümumi fəaliyyətinə nəzarət etmək, bələdiyyə iclaslarını keçirtmək və iclaslara rəhbərlik etmək, bələdiyyənin fəaliyyəti ilə bağlı müraciət etmiş şəxslərə arayışlar vermək və digər vəzifələrdən ibarət olmuşdur. Lənkəran şəhərində yerləşən Böyük bazar və Kiçik bazar qəbirstanlıqları Lənkəran bələdiyyəsinin balansına verildikdən sonra tərəfindən verilmiş 01 dekabr 2020-ci il tarixli əmrlə əri Şahid13 qəbirstanlıqlar üzrə nəzarətçi (təhkimçi) vəzifəsinə işə götürmüşdür. Faridin işi hər iki qəbirstanlığa nəzarət etmək vəfat etmiş şəxslərin qeydiyyatını aparmaqdan ibarət olmuşdur. Faridin əmək haqqı işə götürülərkən 280 manat müəyyən edilmişdir. Aylıq əmək haqqını Farid özü almışdır. Bundan başqa, tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli əmrlərlə Şahid14 Lənkəran bələdiyyəsinin baş mühasibi vəzifəsinə və Axundov X24 bələdiyyəsinin kadr işləri üzrə inspektor vəzifəsinə işə qəbul edilmişlər. Tərəfindən verilmiş 01 avqust 2022-ci il tarixli əmrlə Şahid16 bələdiyyənin vergi işləri üzrə inspektoru vəzifəsinə keçirilmişdir. Şahid14 və Şahid16 aylıq əmək haqlarının məbləği 320 manat müəyyən edilmişdir. Şahid14 17 avqust 2022-ci il tarixdə, Şahid16 isə 03 aprel 2023-cü il tarixlərdə işdən azad edilmişlər. Şahid14 və Şahid16 Lənkəran bələdiyyəsində işlədikləri müddətdə işə çıxmışlar və əmək funksiyalarını icra etmişlər. O, həmin şəxslərin əmək haqlarını və ya onun hansısa hissəsini mənimsəməmişdir. Bundan əlavə, Lənkəran bələdiyyəsinin 228/4 nömrəli, 16 mart 2023-cü il tarixli arayışı Lənkəran şəhər sakini X13 adına anası xx.xx.1932-ci il təvəllüdlü X12 xx.xx.2023-cü il tarixdə Lənkəran şəhər Böyük bazar qəbirstanlığında dəfn olunması və arayışın Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzinə təqdim edilməsi ilə bağlı verilmişdir. Arayışda adının qarşısındakı imza ona məxsusdur və üzərindəki möhür Lənkəran bələdiyyəsinin möhürüdür. Lənkəran şəhərində yerləşən Böyük bazar və Kiçik bazar qəbirstanlıqları 2021-ci ilin yanvar ayından Lənkəran bələdiyyəsinin balansına verilmişdir. Həmin vaxtdan etibarən hər iki qəbirstanlıqda dəfn edilmiş şəxslərin ailə üzvlərinin müraciətləri əsasında bələdiyyə tərəfindən arayışlar verilir. Belə ki, şəxs ailə üzvünün dəfn edilməsi barədə arayış verilməsi üçün müraciət etdikdə, qəbirqazan fəhlələrə zəng olunaraq qəbr üzərindəki məlumatlar dəqiqləşdirilir. Eyni zamanda 2021-ci ilin yanvar ayından etibarən hər iki qəbirstanlıqda dəfn edilən şəxslərin siyahısı tutulur. Fəhlənin verdiyi məlumat və siyahıdakı məlumatlara baxılaraq müraciət etmiş şəxslə ailə üzvünün nə vaxt hansı qəbirstanlıqda dəfn edilməsi barədə arayış tərtib olunur və arayış tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiq edilir. Dəfni ilə bağlı arayış verilən Rəvayət Miriyevanın hər hansı yaxınını o, şəxsən qəbul etməmişdir. O, bu işləri inspektor Şahid12 tapşırmışdır. Belə ki, 2023-cü ilin yanvar ayından işə götürdüyü Şahid12 digər işlərlə yanaşı dəfnlə bağlı arayışları tərtib etməsi vəzifəsini də tapşırmışdır. Şahid12 məlumatları özü dəqiqləşdirmiş və arayışın məzmununu tərtib edərək ona təqdim etmişdir. Şahid12 ona deməsinə görə 15 mart 2023-cü il tarixdə o, işdə olmadığı vaxt Rəvayət Miriyevanın nəvəsi bələdiyyəyə gələrək nənəsinin dəfni ilə bağlı arayış istəmişdir. Həmin şəxs Həsənağa adlı bir nəfərlə gəlmişdir və deyilənə görə Həsənağa ona yol göstərmişdir ki, nənəsinin ölümü ilə bağlı sənədləri necə toplamaq olar. Həmin vaxt o, işdə olmadığına görə Şəhla müraciət etmiş şəxsə növbəti gün gəlməsini bildirmişdir. Həmin şəxs, sonradan adının Şahid1 olduğunu bildirdiyi şəxs 16 mart 2023-cü il tarixdə Şahid12 müraciət edərək nənəsinin böyük bazar qəbirstanlığında dəfn edilməsi barədə arayış istəmişdir. Şəhla bu barədə ona heç bir söz demədən vəfat etmiş şəxsin qızı X13 adına anası Rəvayət Miriyevanın 06 mart 2023-cü il tarixdə Lənkəran şəhər Böyük bazar qəbirstanlığında dəfn edilməsi barədə arayış tərtib etmiş və ona təqdim etmişdir. O da arayışın məzmununa baxmış və arayışı imzası ilə təsdiq edib bələdiyyənin möhürü ilə təsdiq edərək Şəhlaya təqdim etmişdir. Şəhla da həmin arayışı Rəvayət Miriyevanın nəvəsinə təqdim etmişdir. Həmin arayışın surətini isə arayışlar qovluğuna əlavə etmişdir. Həmin gün arayış şəxsə veriləndən təxminən 1 saat sonra Şahid12 ona yaxınlaşaraq ölmüş şəxslə bağlı məlumatları dəqiqləşdirmədən şəxsə arayış verdiyini bildirmişdir. O da dərhal Farid Nəsirova zəng edərək Rəvayət Miriyevanın nə vaxt vəfat etməsi barədə jurnala baxmasını tapşırmışdır. Farid Nəsirov ona Rəvayət Miriyevanın 7 fevral 2021-ci il tarixdə dəfn edildiyini bildirmişdir. O dərhal arayış verdiyi şəxsi axtarmağa başlamışdır. Lakin həmin şəxsin kim olduğunu bilməmişdir. Sonradan o, Həsənağa adlı şəxs vasitəsi ilə həmin oğlanın bələdiyyəyə müraciət etdiyini bildikdən sonra Həsənağa adlı şəxsi çağırtdırmışdır. Həsənağa ona həmin şəxsi tanımadığını və belə bir şəxs gətirmədiyini bildirmişdir. O, eyni zamanda Rəvayət Miriyevanın xx.xx.2021-ci il tarixdə dəfn edilməsi barədə arayış tərtib etmişdir. Həmçinin həmin gün Lənkəran Regional Ədliyyə İdarəsinin Elgün adlı əməkdaşına zəng edərək səhv arayış verdiyini və qeydiyyat şöbəsinə həmin arayışı qəbul etməməyini tapşırmasını xahiş etmişdir. O, nə qədər soraqlaşsa da, arayışı alan şəxsi tapa bilməmişdir. 07 aprel 2023-cü il tarixdə ona məlum olmuşdur ki, arayışı alan şəxs Şahid1 adlı şəxsdir. O, növbəti gün Şahid1 bələdiyyəyə dəvət etmişdir. Şahid1 arayışı xəstəxanaya təqdim etdiyini və nənəsinə ölüm haqqında sənəd aldığını bildirmişdir. X34 anasının dəfni ilə bağlı arayış verilməsi üçün Lənkəran bələdiyyəsinə şifahi və ya yazılı şəkildə müraciət etməmişdir. Həmin arayışla bağlı vəfat etmiş Rəvayət Miriyevanın nəvəsi Şahid1 müraciət etmişdir. Bu barədə mənə işçimiz Şahid12 demişdir. Həmin arayışın verilməsi müqabilində Şahid1 və qeyrisindən hər hansı məbləğdə pul istəməmiş və almamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, Lənkəran bələdiyyəsinə işə qəbul edilmiş Şahid13, Şahid14 və Şahid16 öz ərizələri əsasında tərəfindən verilmiş müvafiq əmrlərlə işə qəbul edilmişlər. Müsabirə komissiyasından keçməmişlər. Şahid13, Şahid14 və Axundov X24 bələdiyyəsində işlədikləri müddətdə işə çıxmışlar və öz vəzifələrini tam icra etmişlər. Kütləvi informasiya vasitələrində barəsində dərc edilmiş məlumatlar həqiqəti əks etdirmir. Auditor Şahid11 əvvəlki iki ildə bələdiyyədə keçirtdiyi yoxlamalar zamanı heç bir nöqsan müəyyən etməmişdir. Bələdiyyə qulluqçularına ödənilmiş əmək haqlarının illik gəlirin 50 faizindən yuxarı olmasının səbəbi Azərbaycan Respublikasında minimum əmək haqqının qaldırılması ilə bağlı olmuşdur. X68 bələdiyyə qulluqçusu olmamışdır. Əri Faridi bələdiyyə qulluqçusu hesab etmədiyi üçün ona əmək haqqı ödənilmişdir. Bələdiyyədə vergi agentləri vəzifəsində işləmiş Şahid2 və X14 qanunvericiliyin tələblərinə uyğun olaraq ona əlavə ödənişlər edilmişdir. Bələdiyyə tərəfindən bələdiyyə işçilərinə verilən əmək haqqıları aşağı olduğundan mən onlara maddi yardım ayırmışam. Bələdiyyə işçilərin maddi durumu aşağı olduğundan, işçilər dolanışıqlarından narazı olduqlarına görə onlara maddi yardımlar göstərilmişdir. Bələdiyyə işçilərinə köməklik məqsədilə onlara maddi yardım ödənilməsini təmin etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs nümayəndəsi Şahid2 ifadəsində göstərdi ki, Lənkəran bələdiyyəsinin üzvüdür. Təqsirləndirilən şəxs iş fəaliyyətindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs işlədiyi müddətdə qanun pozuntularına yol verməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs qarşı Zərərçəkmiş şəxs mülki iddiası yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, 2022-ci ilin dekabr ayının ortalarında Lənkəran bələdiyyəsinə kadr işləri üzrə baş inspektor vəzifəsinə işə düzəlmiş, 2023-cü ilin iyun ayında ərizəsi ilə işdən çıxmışdır. O, bələdiyyədə kargüzarlıq işlərini yerinə yetirmişdir. Kadrlar üzrə inspektor olaraq onun vəzifələrindən biri də, bələdiyyənin balansında olan qəbirstanlıqda dəfn edilmiş şəxslər haqqında dəfn arayışlarının verilməsindən ibarətdir. 16 mart 2023-cü il tarixdə saat 12 radələrində işdə olarkən bir nəfər arıq bədən quruluşlu, alçaq boylu, 25-27 yaşlarında bir nəfər cavan oğlan ona yaxınlaşaraq, nənəsinin vəfat etdiyini və Böyük bazar qəbirstanlığında dəfn olunduğunu bildirmiş və nənəsinin dəfni ilə bağlı arayış istəmişdir. Sonradan adının Niyaz olduğunu bildiyi şəxs ona X3na məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək, nənəsi Rəvayətin 06 mart 2023-cü il tarixdə Lənkəran şəhər Böyük bazar qəbirstanlığında dəfn olunduğunu bildirmişdir. Lənkəran bələdiyyəsinin balansında Lənkəran şəhər “Böyük bazar” və “Kiçik bazar” adlı iki qəbirstanlıq vardır. Hər iki qəbirstanlıqda dəfn edilmiş şəxslərin qeydiyyatı aparılır. Həmin qeydiyyat kitabı isə adətən qəbirstanlıqlarda nəzarətçi, bələdiyyə sədri Təqsirləndirilən şəxs əri Fariddə olur. O, adətən dəfn arayışı üçün müraciət olunduqda Faridə zəng edərək ölmüş şəxsin dəfn tarixi barədə soruşur və bundan sonra müvafiq arayışın layihəsini hazırlayır. Lakin o, məsuliyyətsizlik edərək Rəvayət Miriyevanın dəfn tarixi barədə Faridə zəng etməmişdir. O, Niyaza bələdiyyə sədrinin tapşırığına əsasən dəfn arayışlarını yalnız ailə üzvlərinə verilməli olduğunu bildirmişdir. O, Niyazdan Rəvayətin ata nənəsi, yoxsa ana nənəsi olduğunu soruşmuş, Niyaz ona Rəvayətin onun ana nənəsi olduğunu bildirmişdir. O da, Niyazdan anasının adını soruşmuş, Niyaz ona anasının adının X34 olduğunu bildirmişdir. O, noutbukdan istifadə etməklə “Verilir Lənkəran şəhər sakini X20 ondan ötrü ki, onun anası xx.xx.1932-ci il təvəllüdlü X35 xx.xx.2023-cü il tarixində Lənkəran şəhər “Böyük bazar” qəbirstanlığında dəfn olunmuşdur. Arayış: Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzinə təqdim etmək üçün verilir.” məzmununda 228/4 nömrəli, 16 mart 2023-cü il tarixli arayış tərtib etmiş və arayışı iki nüsxədə printerdən çıxardıb imzalatmaq üçün bələdiyyə sədri Təqsirləndirilən şəxs xidməti iş otağına gedərək, arayışı bələdiyyə sədri Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs arayışı ondan alıb, məzmununu oxumuş və arayışın sonunda adı qarşısından imzasını çəkib bələdiyyənin möhürü ilə arayışı təsdiq etdikdən sonra arayışı ona təhvil vermişdir. O, arayışı Niyaza təqdim etdikdən sonra Niyaz çıxıb getmişdir. Arayışın digər nüsxəsini isə arayışlar qovluğuna əlavə etmişdir. Təxminən 1 saat sonra bələdiyyə sədri Təqsirləndirilən şəxs onu otağına çağırıb, ona “sən neynəmisən, Fariddən niyə soruşmamısan, verdiyimiz arayışı səhvdir” demişdir. O, Aygünə Fariddən soruşmadığını, Niyazın verdiyi şifahi məlumat əsasında arayışı tərtib etdiyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Rəvayət Miriyeva 06 mart 2023-cü il tarixdə deyil, 07 fevral 2021-ci il tarixdə dəfn olunmuşdur. Ona görə də, Rəvayətin 07 fevral 2021-ci il tarixdə dəfn edilməsi ilə bağlı yenidən arayış tərtib edib, onu bələdiyyə sədrinə imzaladıb möhürlətdikdən sonra qovluğa əlavə etmişdir. Onlar həmin gün Niyazı axtarsalar da, onu tapa bilməmişlər. 2023-cü ilin aprel ayının əvvəllərində ona məlum olmuşdur ki, Rəvayət Miriyevanın dəfni ilə bağlı verdikləri arayış kütləvi informasiya vasitələrində ictimailəşdirilmişdir. O, işlədiyi müddətdə Şahid14 və Şahid16 faktiki olaraq əmək funksiyalarını icra etdiklərini görməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1932-ci il təvəllüdlü X35 onun nənəsidir. X51 vəfat edənə qədər onlarla birlikdə ünvan 6 ünvanında yerləşən evdə yaşamışdır. X3 7 fevral 2021-ci il tarixdə öz əcəli ilə yaşadıqları evdə vəfat etmişdir. Nənəsi Rəvayəti elə həmin gün el adəti ilə Lənkəran şəhərində yerləşən “Sərdəxıl” adlanan Böyük bazar qəbirstanlığında dəfn etmişlər. Nənəsi vəfat edən vaxt koronovirus infeksiyasının yayılması ilə bağlı ölkə ərazisində, o cümlədən Lənkəran rayonunda karantin rejimi tətbiq edildiyinə görə yas mərasimi təşkil etməmişlər. Lakin nənəsi Rəvayətin ölümünü bütün qohumları və qonşuları bilmişlər və onlara baş sağlığı vermişlər. X38 ölümü barədə heç bir dövlət orqanına məlumat verməmişlər. X51 yaşa görə hər ay pensiya almış və aylıq təqaüdün məbləği 260-280 manat civarında dəyişmişdir. Nənəsi aylıq əmək haqqını adına olan "xxxx" ASC-yə məxsus plastik pensiya kartı vasitəsi ilə almışdır. Nənəsi sağlığında adına olan həmin plastik kartı ona vermiş və o, həmin kartın hesabından pulu həmişə çıxararaq nənəsinin razılığı ilə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Yəni nənəsi sağ olanda pensiyasını ona vermişdir. Nənəsi 07 fevral 2021-ci il tarixdə vəfat etməsi barədə heç bir dövlət orqanına, o cümlədən pensiya məbləğinin dayandırılması üçün Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə məlumat verməmişlər. X51 vəfat edəndən sonra mən nənəmin pensiya kartını özündə saxlamağa davam etmiş və hər ay həmin karta yüklənmiş pulu Lənkəran şəhərində olan "xxxx" ASCyə aid bankomatlardan çıxarıb öz şəxsi ehtiyaclarıma sərf etmişdir. Kartın hesabına pensiya məbləğləri hər ayın 12-dən 15-dək yüklənmişdir. Kart daim onda olduğuna görə valideynləri bundan şübhələnməmişlər. O, nənəsi Rəvayətin vəfat etdiyi 2021-ci ilin fevral ayının 7-dən 2023-cü ilin mart ayına qədər pensiya kartına aylıq yüklənən məbləğləri hər ay mütəmadi olaraq bankomatdan çıxararaq xərcləmişdir. Sonuncu dəfə 2023-cü ilin fevral ayında hesaba yüklənmiş pulu çıxardıb xərcləmişdir. O, pensiya kartını özünə məxsus Vaz 2107 markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamışdır ki, valideynləri bilməsinlər. Onun nənəsinin adına olmuş təqaüd kartını özündə saxlamaqda məqsədi hər ay hesabdan pul çıxararaq maddi ehtiyaclarını qarşılaya bilmək olmuşdur. Lakin xərclədiyi puldan dövlət büdcəsinə pul qaytarmamışdır. X38 adına Lənkəran şəhərində 1 otaqlı yaşayış evi qalmışdır. 2023-cü ilin fevral ayının sonlarında atası Saleh Miriyev həmin evi vərəsəlik qaydasında öz adına keçirtmək üçün X38 ölüm haqqında şəhadətnaməsinin evdə olub-olmadığını ondan soruşmuşdur. O, atası Saleh Miriyevə nənəsi Rəvayətin adına ölüm haqqında şəhadətnamə almadığını bildirmişdir. Atası Saleh onu möhkəm danlamış və əgər nənəsi Rəvayətin ölüm sənədi alınmamışdırsa adına hesablanmış pensiyanın necə olduğunu soruşmuşdur. O, Saleh Miriyevə nənəsi Rəvayətin ölümündən sonra onun adına olmuş pensiya kartını özündə saxladığını, DSMF-yə təhvil vermədiyini, heç nənəsinin pensiyasının dayandırılması barədə də müraciət etmədiyini bildirmişdir. O, Salehin təkidindən sonra X38 adına olmuş pensiya kartına hər ay yüklənən pulu bankomatdan çıxardığını və öz ehtiyaclarına xərclədiyini etiraf etmişdir. Onun etdiklərinə görə atası onu yenə danlamış və daha kartdan pul çıxarmamağını, qısa müddət ərzində kartı təhvil verməyini və mərhum X38 adına ölüm haqqında şəhadətnamə almağını tapşırmışdır. 2023-cü ilin mart ayının ortalarında atası Saleh ona hər gün Lənkəran Rayon Məhkəməsinin qarşısında dayanıb insanlara sənəd toplamaq işlərində köməklik edən Həsənağa adlı şəxslə danışdığını, Rəvayətin ölümü ilə bağlı sənədləri Həsənağanın köməkliyi ilə toplayacağını bildirmiş və Həsənağanın yanına getməyi tapşırmışdır. Həsənağa ölüm haqqında sənəd toplamaq üçün hara müraciət etmək lazım olduğunu bildiyini zənn etmişdir. O və Həsənağa əvvəlcə 2023-cü ilin mart ayının ortalarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına getdikdə orada tanımadıqları tibb işçisi onlara bələdiyyədən arayış almağı və arayışla gəlmələrini bildirmişdir. Onlar Lənkəran şəhər bələdiyyəsinə getdikdə, orada Həsənağa bələdiyyənin işçisi ilə söhbət edib ölümlə bağlı arayış almaq istədiklərini bildirmişdir. Bələdiyyə işçisi şəhər bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs işdə olmadığını bildirmiş və növbəti gün gəlmələrini təklif etmişdir. Həsənağa ona bələdiyyədən arayış alandan sonra həmin arayışı Lənkəran RMX-ya təqdim etməli olduğunu bildirmişdir. O, təxminən 2 gün sonra 16 mart 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran bələdiyyəsinin inzibati binasına getmişdir. Bələdiyyə sədri işdə olmadığına görə o, gözləmişdir. Bir müddət sonra bələdiyyə sədri Təqsirləndirilən şəxs iş yerinə gəlmişdir. O, bələdiyyənin işçisi olan, sonradan adının Şəhla olduğunu bildiyi qadına X38 ölümü ilə bağlı arayış almaq üçün gəldiyini bildirmiş və nənəsinin ölümü haqqında arayış verilməsini xahiş etmişdir. O, nənəsi Rəvayətin şəxsiyyət vəsiqəsini qadın işçiyə təqdim etmişdir. Bələdiyyə işçisi kompüterdə arayış tərtib etməyə başlamışdır. Bələdiyyə işçisi onun Rəvayət Miriyeva ilə qohumluq əlaqələrini soruşmuş və bələdiyyə işçisinə Rəvayət Mirieyvanın nəvəsi olduğunu demişdir. Bələdiyyə işçisi onun Rəvayətin nəvəsi olduğuna görə arayışı onun adına yaza bilməyəcəyini, yalnız övladlarının adına verə biləcəyini bildirmişdir. O, belə olduğu halda verəcəyi arayışı bibisi X13 adına tərtib etməsini xahiş etmişdir. Bundan sonra bələdiyyə işçisi X38 nə vaxt və harada dəfn edildiyini soruşmuşdur. O, X38 06 mart 2023-cü il tarixdə evdə vəfat etdiyini və Sərdaxıl adlanan Lənkəran şəhər Böyük Bazar qəbirstanlığında dəfn edildiyini bildirmişdir. Onun verdiyi məlumat əsasında bələdiyyə işçisi olan qadın arayış tərtib etmiş və arayışı özü ilə götürüb bələdiyyə sədri Təqsirləndirilən şəxs təqdim etmişdir. Bələdiyyə işçisinin arayışla bağlı bələdiyyə sədri Təqsirləndirilən şəxs ilə nəsə söhbət etdiklərini və bələdiyyə sədrinin işçidən nəsə soruşduğunu görmüş, lakin danışıq səslərini tam eşitmədiyinə görə məzmununu başa düşməsə də, bələdiyyə işçisinin nənəsi Rəvayətin ölümü barədə bələdiyyə sədrinə məlumat verdiyini bilmişdir. O, bələdiyyə sədri Təqsirləndirilən şəxs xidməti otağının qapısının qarşısında gözlədiyinə görə Aygün xanımın arayışı imzaladığını və möhürlədiyini görmüşdür. Bundan sonra bələdiyyənin işçisi olan qadın arayışı ona təqdim etmişdir. Həmin arayışın məzmununda guya X3nın 06 mart 2023-cü il tarixdə Lənkəran şəhər Böyük Bazar qəbirstanlığında dəfn olunduğu göstərilmişdir. O, arayışı bələdiyyədən təhvil alandan sonra Lənkəran Rayon Mərkəzi Xəstaxanasına getmiş, oradan tanımadığı tibbi işçisi ona arayışı Lənkəran Ailə Sağlamlıq Mərkəzinə təqdim etməli olduğunu bildirmişdir. O, saat 15 radələrində ASM-ə müraciət etmişdir. Lənkəran Ailə Sağlamlıq Mərkəzinin binasının birinci mərtəbəsində həkim otağında olan həkimlərdən bir nəfər – sonradan adının Şəbnəm olduğunu bildiyi kök bir qadın həkimə yaxınlaşıb bələdiyyənin arayışını və nənəsinin şəxsiyyət vəsiqəsini təqdim etmiş və nənəsi Rəvayətin ölümü barədə tibbi sənəd verməsini xahiş etmişdir. Qadın həkim Səməd Vurğun küçəsinin onun ərazisi olmadığını bildirmiş və zəng edib kiminləsə danışdıqdan sonra ona nənəsinin ölümü ilə bağlı tibbi sənəd verəcəyini bildirmişdir. Həkim ondan Rəvayətin hansı xəstəlikdən öldüyünü soruşmuş, o, nənəsinin öz əcəli ilə öldüyünü, ölümündən əvvəl infakt keçirdiyini bildirmişdir. Bundan sonra həkim onun verdiyim sənədlər əsasında nənəsi Rəvayətin ölümü ilə bağlı tibbi sənəd tərtib edib, ona təqdim etmişdir ki, Mərkəzin ikinci mərtəbəsində oturan müdirə imzaladıb möhürlətsin. O, həkimin tapşırğı ilə həmin tibbi sənədi imzalatmışdır. Bələdiyyənin verdiyi arayış isə həkimdə qalmışdır. O, tibbi sənədi həkimdən təhvil alıb ikinci mərtəbəyə qalxmış, lakin müdirin otağı bağlı olmuşdur. O, həkimin yanına gəlmiş və həkim ona iş vaxtı bitdiyinə görə çox güman müdirin getdiyini və səhəri gün gəlib sənədi imzalatmağını bildirmişdir. Həmin tibbi sənədin məzmununda X38 06 mart 2023-cü il tarixdə baş beyinə qansızma nəticəsində öldüyü göstərilmişdir. 17 mart 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran Ailə Sağlamlıq Mərkəzindən tibbi sənədi əldə etmişdir. Həmin gün tibbi sənədi Lənkəran RMX-ya təqdim etdikdən sonra həmin xəstəxanadan ona nənəsinin ölümü haqqında tibbi şəhadətnamə verilmişdir. Həmin tibbi şəhadətnaməni isə Lənkəran rayon Qeydiyyat şöbəsinə təqdim etmiş və qeydiyyat şöbəsindən 17 mart 2023-cü il tarixdə X3nın adına ölüm haqqında şəhadətnamə almış, nənəsinin şəxsiyyət vəsiqəsini isə qeydiyyat şöbəsinə təhvil vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, 2006-cı ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. İki azyaşlı övladları vardır. Arvadı Təqsirləndirilən şəxs 2019-cu ildə Lənkəran bələdiyyəsinin sədri seçilmişdir. O, 2020-ci ilin sonlarında bələdiyyəyə əmrlə inzibatçı vəzifəsinə işə düzəlmişdir. Onun əsas vəzifəsi qəbirstanlıqda işləyən işçilərə nəzarət etmək olmuşdur. O, Azərpoçt MMC-dən adına verilmiş bank kartı vasitəsilə əməkhaqqı almışdır. Hər ay 250-350 manat civarında əməkhaqqı almışdır. O, hər gün işə gəlib-getmişdir. 2020-ci ildə istifadəsində olan “Nissan Altima” markalı avtomobilin idarə edilməsi üçün bələdiyə ilə arasında icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası DİN-in BDYPİ X31 İmtahan və X47 icarə müqaviləsini qeydiyyata alaraq bələdiyyənin balansına ** AA *** dövlət qeydiyyat nişanı verilmişdir. O, Nissan Altima markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə bələdiyyə işlərini görmüşdür. O, sürücü kimi Təqsirləndirilən şəxs bələdiyyə işləri ilə əlaqədar müxtəlif ərazilərə aparmışdır. O, həm sürücü kimi, həm də inzibatçı kimi işləmişdir. 2020-ci ildən 2023-cü ilin yay aylarına kimi Lənkəran şəhər Böyük Bazar adlanan ərazidə icarəyə götürdüyü mağazanı işlətmişdir. O, həmin mağazada qadın geyimlərinin satışı ilə məşğul olmuşdur. O, inzibatçı vəzifəsində olaraq hər gün saat 09 radələrindən saat 16 radələrinədək Lənkəran şəhəri ərazisində yerləşən qəbirstanlıqda olmuşdur. Bəzi hallarda işdən erkən ayrılıb avtomobillə Təqsirləndirilən şəxs bələdiyyə işi ilə əlaqədar müxtəlif yerlərə aparmışdır. Avtomobil icarə müqaviləsi əsasında bələdiyyənin istifadəsində olduğu üçün avtomobil xərcləri üçün bələdiyyədən pul ayrılmışdır. O, nə Təqsirləndirilən şəxs, nə də başqasına hər hansı məbləğdə pul verməmişdir. 2020-ci ildə bələdiyyə büdcəsindən yanacaq sərfiyyatı üçün 125 manat, yağdəyişmə üçün 70 manat, cəmi 195 manat, 2021-ci il tarixdə yanacaq sərfiyyatı üçün 965 manat, təmir üçün 253.26 manat, cəmi 1218.26 manat, 2022-ci ildə yanacaq sərfiyyatı üçün 1279.80 manat, təmir üçün 920 manat, sığorta üçün 19.70 manat , cəmi 2319 manat, 2023-cü ilin il 4 ayında yanacaq sərfiyyatı üçün 450 manat, cəmi bələdiyyə büdcəsində 4182 manat pul vəsaiti bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən məxaric edilmişdir. Həmin pul vəsaitləri avtomobilin ehtiyacları üçün sərf edilmişdir. Həmin pul vəsaitləri ona verilmiş və o, yanacaq sərfiyyatına, avtomobilin təmir xərclərinə xərcləmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə araşdırılmış Şahid16 ifadəsində göstərmişdir ki, 2016-cı ildən DİN-nin X70 Polis İdarəsinin X31 İmtahan bölməsində operator köməkçisi vəzifəsində işləmişdir. 2023-cü ilin iyul ayından rəsmi ərizəsi ilə operator vəzifəsinə təyin edilmişdir. X26 2020-ci ildən Lənkəran bələdiyyəsində vergi şöbəsində inspektor vəzifəsində işləmişdir. 2022-ci ilin yay aylarında xalası Tünzalə bələdiyyədə ona bələdiyyədə staj yazılması üçün adının orada işçi kimi rəsmiləşdirməsi ilə bağlı istəyinin olub-olmamasını soruşmuşdur. Xalası vakant yer olduğunu və bələdiyyə sədri Təqsirləndirilən şəxs xahiş edərək onun adını işçi kimi qeyd etdirə biləcəyini demişdir. O, xalasına hər gün gəlib-gedə bilməyəcəyini və problem yarandığı təqdirdə adını işçi kimi orada qeyd etməməsini dedikdə, ona hər hansı problem yaranmayacağını söyləmişdir. O, yay aylarında bir-iki dəfə bələdiyyəyə gəldikdə xalası kompyuterdə köməklik lazım olduğu vaxt onu işə çağıracağını bildirmişdir. Onun bələdiyyədə hansı vəzifədə adının getdiyindən məlumatı olmamışdır. O, hər gün DİN-nin X70 Polis İdarəsinin X31 İmtahan bölməsində operator köməkçisi kimi işləmişdir. Ona bələdiyyədən hər hansı əməkhaqqı kartı verilməmiş, o, bələdiyyədən hər hansı məbləğdə əməkhaqqı almamışdır. Onun adının hansı müddətlərdə bələdiyyədə getməsindən məlumatı olmamışdır. O, Lənkəran bələdiyyəsində hər hansı əmək funksiyası icra etməmişdir. O, cəmi bələdiyyədə bir-iki dəfə olmuşdur. O, bələdiyyədə nə kadr işləri üzrə inspektor, nə də vergi və rüsum şöbəsində vergi inspektoru vəzifəsinə işləmişdir. O, 2022-ci ilin iyun ayından hazırki vaxtadək DİN-nin X70 Polis İdarəsinin X31 İmtahan bölməsində işləmişdir. O, Lənkəran bələdiyyəsinə gedib orada işləməmişdir. Bələdiyyədə işə qəbulla bağlı hər hansı müsabiqə komissiyası keçirilməmişdir. Lənkəran bələdiyyəsində hansı vəzifədə adının getməsi hazırda ona istintaq zamanı məlum olmuşdur. O, bələdiyyədə əmək funksiyalarını icra etməmişdir. 4659 (dörd min altı yüz əlli doqquz) manat əməkhaqqıdan hər hansı məbləğdə pul əlinə çatmamışdır. Ona əməkhaqqı kartı verilməmiş və ya Azərpoçt MMC-nin Lənkəran filialından əməkhaqqı almamışdır. 2022-ci ilin iyun ayından may ayınadək adına yazılmış əməkhaqları tərəfindən alınmadığı üçün həmin əməkhaqları bələdiyyə sədri tərəfindən alınmışdır. O, bələdiyyədən hər hansı məbləğdə pul almamışdır. Ona əməkhaqqı kartı verilməmişdir. Ona 400 manat məbləğində yardım verilməsindən məlumatı olmamışdır. O, bələdiyyədə adına staj yazılması üçün adının orada işçi kimi getməsinə razılıq vermişdir. Onun hər hansı maddi marağı olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində göstərdi ki, 2015-ci ildən Lənkəran bələdiyyəsində müxtəlif vəzifələrdə işləmişdir. 2020-ci ilin yanvar ayından bələdiyyədə vergi şöbəsində inspektor vəzifəsində işləmişdir. O, 2022-ci ilin dekabr ayında işdən çıxarılmışdır. Təqsirləndirilən şəxs 2019-cu ildə bələdiyyə seçkilərində qalib gələrək bələdiyyə sədri olmuşdur. O, əməkhaqqını Azərpoçt MMC-dən adına verilmiş bank kartı hesabından çıxarmışdır. Audit sənədlərinə əlavə edilmiş əməkhaqları kartla əldə etmişdir kimsəyə hər hansı məbləğdə pul verməmişdir. xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən dəftərxana ləvazimatı üçün 180 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən dəftərxana ləvazimatı üçün 190 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən dəftərxana ləvazimatı üçün 187 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən bayram hədiyyəsi üçün 599.40 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən dəftərxana ləvazimatı üçün 90 manat, xx.xx.2021ci il tarixli kassa məxaric orderinə əsasən dəftərxana ləvazimatı üçün 92 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən dəftərxana ləvazimatı üçün 72 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən mal-material üçün 42 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən mal-material üçün 92 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən dəftərxana ləvazimatı üçün 183 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən mal-material üçün 157 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən dəftərxana ləvazimatı üçün 92 manat pul vəsaitinin ona verilməsi adı ilə bələdiyyə büdcəsindən məxaric olunan pul vəsaitləri Təqsirləndirilən şəxs tərəfindən kassadan məxaric edilmiş və bu barədə məlumatlı deyildir. Ona yuxarıda qeyd olunan kassa məxaric orderlərində göstərilən pul vəsaitləri verilməmiş və o, həmin pul vəsaitlərinə əsasən mal-material, dəftərxana ləvazimatı almamışdır. Habelə bundan başqa bayram hədiyyəsi olaraq 599 manat ona pul vəsaiti verilməmişdir. Təqsirləndirilən şəxs özü yazaraq imzaladığı kassa məxaric orderlərindən və onun adına kassadan çıxardığı pul vəsaitlərindən məlumatı olmamışdır. O, hər ay 200-300 manat civarında əməkhaqqı almışdır. Əməkhaqqını özü almış və kimsəyə hər hansı məbləğdə pul verməmişdir. 2022-ci ilin dekabr ayı üçün ona və digər şəxslərə bələdiyyə iclasının qərarı əsasında 400 manat, 2022-ci ilin may ayında isə bələdiyyə iclasının qərarı ilə ona 200 manat maddi yardım köçürülmüş və adına olan bank kartı ilə Lənkəran poçt filialının qarşısında yerləşən bankomatdan çıxarıb şəxsi ehtiyacları üçün xərcləmişdir. O, nə Təqsirləndirilən şəxs, nə da başqasına hər hansı məbləğdə pul verməmişdir. Bacısı oğlu Şahid16 02 iyun 2022-ci ildə bələdiyyə sədrinin bələdiyyə iclası protokolu qərarı ilə kadr işləri üzrə inspektor vəzifəsinə təyin edilmiş, 01 avqust 2022-ci il tarixdən vergi və rüsum şöbəsində vergi inspektoru vəzifəsinə keçirilmişdir. Şahid16 2016cı ildən DİN-nin X70 Polis İdarəsinin X31 İmtahan bölməsində günəmuzd olaraq operator köməkçisi vəzifəsində işləmişdir. Belə ki, yay aylarında Zakirin boş vaxtları olduğundan bələdiyyədə stajının getməsi, habelə kompyuter işlərində köməklik göstərilməsi üçün Təqsirləndirilən şəxs göstərişi əsasında ona bələdiyyədə işləməsini təklif etmişdir. Zakir onunla razılaşdıqdan sonra Təqsirləndirilən şəxs bu barədə məlumat vermişdir. Zakir bir neçə gün bələdiyyəyə gəlib kompyuterdə proqramlarda işləməyə ona və digər işçilərə köməklik göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs kompyuter işlərini bilən adam tələb etdiyi üçün ona bacısı oğlu Zakiri məsləhət görmüşdür. O, 2022-ci ilin dekabr ayında öz ərizəsi ilə işdən azad edilmişdir. Zakir bir neçə gün yay aylarında bələdiyyəyə işləməyə gəlsə də, sonrakı aylarda bələdiyyədə əmək funksiyalarını icra etməmişdir. Zakirin adına olan əməkhaqqı kartı bələdiyyə sədri tərəfindən sifariş verilmişdir. Lakin əməkhaqqı kartı Zakirdə olmamışdır. Zakirin adına verilmiş əməkhaqqı kartının kimdə olması, kim tərəfindən onun adından əməkhaqlarının çıxarılması barədə məlumatı yoxdur. 2022-ci ilin dekabr ayından işdən azad edilsə də, Zakir xx.xx.2023-cü ildə bələdiyyə sədrinin 02 saylı əmri ilə işdən azad edilmişdir. Zakir əmək funksiyalarını icra etmədiyi halda adına Azərpoçt MMC-dən verilmiş plastik kartına yüklənmiş əməkhaqları nə onun tərəfindən, nə də Zakir tərəfindən götürülməmişdir. Həmin kartda olan pul vəsaitlərinin kim tərəfindən götürülməsi barədə məlumatı yoxdur. Şahid16 işə düzəlməsində heç bir maddi və sair marağı olmamışdır. Şahid16 əmək funksiyalarının icrasına cavabdeh şəxs Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilərək araşdırılmış Şahid19 ifadəsində göstərmişdir ki, arvadı Nuranə İbrahimova 2020-ci ilin may ayından 2022-ci ilin iyun ayınadək Lənkəran bələdiyyəsində kadrlar üzrə inspektor vəzifəsində işləmişdir. O, əvvəllər müxtəlif təşkilatlarda mühasib vəzifəsində işləmişdir. Sonuncu dəfə "xxxx" MMCdə direktor vəzifəsində işləmişdir. Onun sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs ilə qohumluq-tanışlıq əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında onunla telefon əlaqəsi saxlayaraq mühasib kimi ona köməklik etməyini xahiş etmişdir. Onun arvadı Təqsirləndirilən şəxs ilə yaxın olduğundan və orada işlədiyi üçün Aygünə köməklik etmək qərarına gəlmişdir. O, bələdiyyə sədri Təqsirləndirilən şəxs göstərişi əsasında bələdiyyədə sənədləşmə işləri aparmışdır. Onun bu işlərdə hər hansı maddi marağı olmamışdır. O, boş vaxtlarında bələdiyyəyə gəlib sənədləşmə işlərini aparmışdır. O, bələdiyyəyə hər gün gəlib-getməmişdir. Təqsirləndirilən şəxs əməkhaqqı cədvəllərinin tərtib edilməsini, habelə məxaric, mədaxil orderlərinin tərtib olunması işlərinin görülməsini ona tapşırmışdır. O, Təqsirləndirilən şəxs göstərişi əsasında mühasibatlıq sənədlərini tərtib etmişdir. Mühasib kimi bir sıra sənədlərin tərtibində Təqsirləndirilən şəxs köməklik göstərmişdir. Təqsirləndirilən şəxs göstərişi əsasında mühasibatlıq sənədlərini tərtib etmişdir. O, 16 dekabr 2016-cı il tarixli “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərindən xərbərdar olmamışdır. Təqsirləndirilən şəxs apardığı nağdsız əməliyatlar zamanı 2021-ci ildən 2023-cü ilədək məxaric orderlərini o, tərtib etmişdir. Yekunda həmin sənədlər Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. 23 sentyabr 2023-cü il tarixli 01 nömrəli qəbul aktı və sifariş müqaviləsinin kim tərəfindən tərtib edildiyini bilmir. Məxaric orderi isə Təqsirləndirilən şəxs göstərişi əsasında tərəfindən tərtib edilmişdir. Həmin müqaviləyə əsasən abadlıq işləri görülməli olmuşdur. Abadlıq işlərini görülüb-görülməməsi barədə məlumatlı olmamışdır. O, gördüyü işlərə görə hər hansı məbləğdə pul almamışdır. O, daimi olaraq bələdiyyədə işləməmişdir. O, Təqsirləndirilən şəxs xahişi əsasında mühasibat işlərinin uçotunu aparmışdır. Onun hər hansı maddi marağı olmamışdır və ona hər hansı xidmət haqqı verilməmişdir. Bələdiyyənin xidməti avtomobili kimi istifadə edilən Nissan Altima markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs X68 tərəfindən idarə olunmuşdur. 29 oktyabr 2021-ci il tarixli 34 saylı kassa məxaric orderi Təqsirləndirilən şəxs göstərişi əsasında tərəfindən tərtib olunmuşdur. Qəbul aktı LŞ AUDİT” MMC-nin işçisi Qorxmaz Ataşikiyev tərəfindən tərtib edilmişdir. O, həmin müqavilə əsasında hansı işlərin görülməsindən məlumatı olmamışdır. Onun həmin məxaric orderini tərtib etməkdə hər hansı maddi marağı olmamışdır, hər hansı məbləğdə pul almamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, 2021-ci ildə bələdiyyə sədri Təqsirləndirilən şəxs xahişi əsasında təmənnasız mühasib kimi ona köməklik etmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs kassada nəğd pul vəsaiti olmadığından 2021-ci il tarixdə bələdiyyə büdcəsinə 4172,50 manat maliyyə yardımı etmişdir. O, həmin müddətdə bələdiyyədə mühasibatlıq işlərini görmüşdür. Həmin kassa mədaxil orderlərini o, tərtib etsə də, onları bələdiyyə sədri imzalamış və onun hər hansı maddi marağı olmamışdır. Təqsirləndirilən şəxs konkret hansı məbləğdə pul vəsaitini kassaya mədaxil etməsinin şahidi olmamışdır. Mədaxil orderlərində 2021-ci ilin yanvar ayından avqust ayınadək 4172,50 manat məbləğində pul vəsaitinin mədaxil edildiyinə dair sənədlər tərəfindən tərtib edilsə də, həmin pul vəsaitlərin maliyyə yardımı kimi kassaya mədaxil edilməsinə cavabdeh şəxs Təqsirləndirilən şəxs olmuş və o, həmin məbləğdə pul vəsaitlərinin kassaya daxil olmasının şahidi olmamışdır. Onun həmin sənədlərin tərtibində hər hansı maddi marağı olmamışdır. Lakin 2021-ci ilin sentyabr ayında 700 manat, oktyabr ayında isə 2300 manat Poçtun hesablaşma hesabından kassaya mədaxil edilmişdir. Həmin məbləğdə pul vəsaitləri müxtəlif istiqamətlərdə xərclənməsinə dair tərəfindən kassa məxaric orderləri tərtib edilmişdir. Həmin kassa məxaric orderlərini bələdiyyə sədri Təqsirləndirilən şəxs ona təqdim etdiyi qəbzlər əsasında tərtib etmişdir. Bələdiyyə tərəfindən nağdsız hesablaşmalar aparılmamışdır. Həmin kassa məxaric orderləri bələdiyyə sədri tərəfindən imzalanmışdır. O, kassa məxaric və mədaxil orderlərini tərtibatını həyata keçirsə də, həmin sənədlərdə qeyd edilən pul vəsaitlərinin xərc istiqamətindən məlumatı olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, 2022-ci ilin iyun ayında bələdiyyə sədri Təqsirləndirilən şəxs əmri ilə mühasib vəzifəsinə işə qəbul olmuşdur. Təqsirləndirilən şəxs onun xalasıdır. Təqsirləndirilən şəxs 2019-cu ildə bələdiyyə seçkilərində qalib gəlmiş və bələdiyyə sədri seçilmişdir. O, da adına staj yazılmasını təmin etmək və mühasibatlığı öyrənmək üçün 2022-ci ilin iyun ayından bələdiyyədə mühasib kimi işə götürülmüşdür. O, hər ay 200-300 manat civarında əməkhaqqı almışdır. O, hər gün bələdiyyəyə gedərək orada mühasibatlıq işini öyrənməyə çalışmışdır. Bələdiyyədə Mais bəzi mühasibatlıq sənədləri ilə işləməyi ona öyrətmişdir. O, əməkhaqqını özü Azərpoçt MMC-nin Lənkəran poçt filialından almışdır. O, kiməsə hər hansı məbləğdə pul verməmişdir. O, təzə işə düzəldiyi üçün ona kart verilməmişdir. O, poçta şəxsiyyət vəsiqəsini təqdim edərək əməkhaqqı almışdır. 2022-ci ilin avqust ayının ortalarında bələdiyyə qulluğundan ərizə əsasında işdən azad olmuşdur. O, 2022-ci ilin avqust ayının ortalarından Fövqəladə Hallar Nazirliyinin X42 ərazi orqanları ilə iş şöbəsinin baş zabiti vəzifəsində işləyir. O, bələdiyyə qulluğuna qəbul olarkən hər hansı müsabiqə keçirilməmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs yalnız əmr imzalamışdır. Bələdiyyədə işlədiyi müddətdə oun adına olan bank hesabına aylıq 200-300 manat əməkhaqqı köçürülmüşdür. Lakin DSMF və digər ayırmalara əsasən ümumilikdə 1003 manat pul vəsaiti hesablanması mümkündür. O, mühasibatlığı öyrənmək məqsədilə və adına staj yazılmasını təmin etmək məqsədilə bələdiyyəyə işə düzəlmişdir. Onun bələdiyyədən verilən aylıq əməkhaqqına ehtiyacı olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, Lənkəran şəhəri Bazar ərazisində Təqsirləndirilən şəxs qohumundan icarəyə götürdüyü obyektdə dönər hazırlanması və satışı ilə məşğuldur. Bundan başqa müxtəlif yerlərdə molyar ustası işləyir. 2022-ci il aprel ayında Lənkəran bələdiyyəsinin işçisi onunla telefon əlaqəsi yaradaraq Lənkəran şəhəri ərazisində görüşərək molyar ustası kimi Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində yerləşən asfalt yolların kənarında olan daş hasarların yararsız hissələrinin suvaqlanması və emusiya vurulması işlərini görməyini xahiş etmişdir. O, 500 manat nağd qaydada əməkhaqqı verilməsini bildirmişdir. O, küçə boyunca emusiya işlərini gördükdən sonra 2022-ci ilin sentyabr ayının sonlarında ona 500 manat pul verilmişdir. O, həftədə 3-4 gün səhər saatlarından günorta saatlarınadək küçə boyunca divarların emusiyalanması işlərini görmüşdür. Gördüyü işlərə görə sentyabr ayının əvvəllərində sifariş müqaviləsini imzalamaq üçün ona təqdim edilmişdir. O, müqaviləni oxumadan imzalamışdır. 23 sentyabr 2023-cü il tarixli 01 saylı qəbul aktını da ona imzalatdırılmışdır. Həmin müqavilədə və aktda olan imza ona məxsus olsa da, içərisində olan yazılardan məlumatsız olmuşdur. O, işləri sentyabr ayında qurtarıb təhvil vermişdir. O, bələdiyyə sədri Təqsirləndirilən şəxs görməmişdir. O, təqribən dörd aya bütün işləri qutarmışdır. O, sentyabr ayında təmir işlərini qurtarıb təhvil verdiyi üçün müqaviləni, aktı və kassa məxaric orderini sentyabr ayında tərtib etmişlər. Ona 2000 manat məbləğində pul vəsaiti ona verilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, müxtəlif yerlərdə fəhləçilik edərək pul qazanır. 2020-ci il tarixdə avqust ayının əvvəlində şəhər bələdiyyəsinin işçisi Şahid10 ilə tanımadığı Lənkəran şəhər sakini vasitəsilə tanış olmuşdur. Şahid10 Lənkəran şəhəri Kiçik Bazar məscidindən Şəhidlər Xiyabanı küçəsinə qədər asfalt yolun kənarında olan daş hasarları qəhvəyi, sarı rənglə rəngləmişdir. O, təqribən avqust ayının əvvəllərindən həmin ayın sonlarına kimi orada rəngləmə işləri görmüşdür. Boyanı və fırçanı Şahid10 ona vermişdir. O, günə 15 manatdan işləmişdir. O, səhər saatlarından günorta saatlarına qədər işləmişdir və Zaur onun gördüyü işlərə gündəlik nəzarət etmişdir. Ona Zaur hər gün 15 manat məbləğində pul vermişdir. O, gördüyü işlərə görə cəmi 250 manat əməkhaqqı almışdır. O, işləri gördükdən sonra Şahid10 ona bir sıra sənədlər gətirib, həmin sənədləri ona imzalatmışdır. Həmin sənədlərin məzmunundan məlumatı olmamışdır. 19 avqust 2020-ci il tarixli 27 saylı və 31 avqust 2020-ci il tarixli 28 saylı kassa məxaric orderi ona təqdim olunmuşdur və həmin sənədlərdə göstərilənlər həqiqəti əks etdirmir. Kassa məxaric orderlərindəki imzalar ona məxsusdur. O, onları oxumadan imzalamışdır. O, fəhlə işlədiyi üçün savadı yoxdur və sənədləşmə işlərindən məlumatsızdır. O, Şahid10 güvənərək imza çəkmişdir. Həqiqətdə ona Şahid10 tərəfindən 250 manat əməkhaqqı verilmişdir. Şəhər bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında guya ona verilməsi üçün 2090 manat pul vəsaitini həmin kassa məxaric orderləri vasitəsilə bələdiyyə büdcəsindən çıxararaq şəxsi ehtiyacları üçün istifadə etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, müxtəlif yerlərdə fəhləçilik edərək pul qazanır. Təqsirləndirilən şəxs 2019-cu ildə bələdiyyə seçkilərində qalib gələrək bələdiyyə sədri olmuşdur. 2020-ci il tarixdə fevral ayının əvvəllərində şəhər bələdiyyəsinin işçisi Şahid10 onunla mobil telefonla əlaqə saxlayıb şəhər bələdiyyəsinin işçisi olduğunu və fəhlə lazım olduğunu söyləmişdir. O, 2020-ci ilin fevral ayının əvvəllərində şəhər bələdiyyəsinin inzibati binasına gedib Zaurla danışmışdır. Zaurla bələdiyinin dəhlizinin və iki ədəd otağın divarlarının rənglənməsi, yerə linonium vurulması işlərini görəcəyi ilə bağlı razılığa gəlmişlər. O, orada təqribən 10-15 gün işlədikdən sonra Zaur ona nəğd qaydada cəmi 440 manat əməkhaqqı vermişdir. Zaur ona əməkhaqqını verdikdən sonra ona bir sıra sənədlərə imza çəkdirmişdir. Həmin sənədlərin məzmunundan məlumatı olmamışdır. 27 fevral 2020-ci il tarixli 7 saylı kassa məxaric orderi və 01 nömrəli qəbul aktı ona təqdim olunmuş və həmin sənədlərdə göstərilənlər həqiqəti əks etdirməmişdir. Həmin kassa məxaric orderlərindəki və aktdakı imzalar ona məxsusdur. O, onları oxumadan imzalamışdır. O, fəhlə işlədiyi üçün savadı yoxdur və sənədləşmə işlərindən məlumatsızdır. O, Şahid10 güvənərək imza çəkmişdir. Həqiqətdə ona Şahid10 tərəfindən razılıqlarına əsasən 440 manat əməkhaqqı verilmişdir. O, Təqsirləndirilən şəxs görməmiş, onunla ünsiyyəti olmamışdır. Şəhər bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayında guya ona verilməsi üçün 824 manat pul vəsaitini həmin kassa məxaric orderləri vasitəsilə bələdiyyə büdcəsindən çıxararaq şəxsi ehtiyacları üçün istifadə etmişdir. 01 nömrəli qəbul aktından görünür ki, guya o, jalüzlərərin quraşdırılması, dam örtüyünə dəmir lövhələr vurulması, qapı laylarının dəyişdirilməsi işlərini görmüşdür. Həqiqətdə o, otaqların və dəhlizin divarının rənglənməsi və yerə linnoniumların vurulması işini görmüşdür. Məhkəmə iclasında dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 2006-cı ilin əvvəllərindən Lənkəran bələdiyyəsində müxtəlif vəzifələrdə işləmişdir. 2020-ci ilin yanvar ayından bələdiyyədə şəhər təsərrüfatı üzrə aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Onun vəzifəsi abadlıq təmir işlərinin təşkili və onlara nəzarət etmək olmuşdur. O, 2021-ci ilin noyabr ayında işdən çıxarılmışdır. Ona son haqq-hesab edilmədiyindən o, Əmək Müfəttişliyinə şikayət etmişdir. Onun şikayətinə baxılaraq bələdiyyə tərəfindən ona 3195 manat son haqq-hesab ödənilmişdir. Onun sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs ilə qohumluq-tanışlıq əlaqələri olmamışdır. O, Azərpoçt MMC-dən adına verilmiş bank kartı hesabından çıxarmışdır. Həmin əməkhaqları kartla əldə etmişdir kimsəyə hər hansı məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs şəhər bələdiyyəsinin sədri olduğundan maliyyə məsələlərinə cavabdeh şəxs özü olmuşdur. Təqsirləndirilən şəxs apardığı maliyyə siyasətindən məlumatlı olmamışdır. Təqsirləndirilən şəxs “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respulikasının qanunun 8-ci maddəsinin Yerli büdcənin xərcləri bölməsinin 2-ci bəndinin tələblərini pozaraq artıq əməkhaqqı ödənişi həyata keçirmişdir. Pul vəsaitləri Təqsirləndirilən şəxs tərəfindən kassadan məxaric edilmişdir. Ona kassa məxaric orderlərində göstərilən pul vəsaitləri verilməmiş və o, həmin pul vəsaitlərinə əsasən mal-material, dəftərxana ləvazimatı almamışdır. Təqsirləndirilən şəxs özü yazaraq imzaladığı kassa məxaric orderlərindən və onun adına kassadan çıxardığı pul vəsaitlərindən məlumatı olmamışdır. O, hər ay 200-400 manat civarında əməkhaqqı almışdır. Adına artıq məbləğdə pul vəsaiti yükləndiyi vaxtlarda həmin pul vəsaiti kassaya mədaxil olmuşdur. Şahid14 və Şahid16 bələdiyyədə görməmişdir. Onlar əmək funksiyalarını icra etməmişlər. O, həmçinin ifadəsində göstərmişdir ki, Lənkəran şəhərində usta işləyən Şahid18 bələdiyyə sədri Təqsirləndirilən şəxs göstərişi əsasında 2020-ci ildə Lənkəran şəhəri Kiçik Bazar məscidindən Şəhidlər Xiyabanı küçəsinə qədər asfalt yolun kənarında olan daş hasarlarının rənglənməsi işinə cəlb etmişdir. Bununla bağlı 19 avqust 2020-ci il tarixli 27 saylı və 31 avqust 2020-ci il tarixli 28 saylı kassa məxaric orderləri Şahid18 tərəfindən təqdim olunmuş və Şahid18 həmin sənədlərə oxumadan imza çəkmişdir. 2020-ci ilin avqust ayında Şahid18 imzalaması üçün təqdim etdiyi kassa məxaric orderlərində hansı məbləğdə pul vəsaitlərinin yazılmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Şəhidlər Xiyabanı küçəsinə qədər asfalt yolun kənarında olan daş hasarların boyanması işlərinin aparılması üçün fəhlə lazım olduğunu və bu işləri görərkən ona təqdim etdiyi sifariş müqaviləsini və üzərində yazı olmayan məxaric orderlərini işçi tərəfindən imzalanması üçün ona təqdim etmişdir. O da Şahid18 müvafiq ləvazimatlar verdikdən sonra 250 manat müqabilində Şəhidlər Xiyabanı küçəsinə qədər asfalt yolun kənarında olan daş hasarların boyanması işini tapşırmışdır. Şahid18 işini gördükdən sonra Təqsirləndirilən şəxs ona verdiyi 19 avqust 2020-ci il tarixli 27 saylı və 31 avqust 2020-ci il tarixli 28 saylı kassa məxaric orderlərini imzalamaq üçün Şahid18 təqdim etmişdir. Həmin kassa məxaric orderlərini imzalı şəkildə Aygün Mirzəyevə təqdim etmişdir. Bundan sonra həmin kassa məxaric orderlərinə hansı məbləğdə pul yazıldığından məlumatı olmamışdır. Onun bu işdə hər hansı maddi marağı olmamışdır. Təqsirləndirilən şəxs bələdiyyə büdcəsində pul olmadığını, 250 manat verə biləcəyini bildirdiyi üçün o, həmin pul vəsaiti müqabilində işləyən fəhlə tapmışdır. Aygün Mizəyevanın kassadan məxaric etdiyi pul vəsailtərindən məlumatsız olmuşdur. Bundan başqa Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində yerləşən asfalt yolların kənarında olan daş hasarların yararsız hissələrinin suvaqlanması və emusiya vurulması işlərinin görülməsi üçün bələdiyyə sədri Təqsirləndirilən şəxs göstərişi əsasında 23 sentyabr 2022-ci il tarixli 01 saylı qəbul aktını Şahid15 imzalamaq üçün təqdim etmişdir. Şahid15 gördüyü işlərə görə cəmi 500 manat məbləğində pul vermişdir. Həmin məbləğdə pulu Elnura təqdim etmək üçün Təqsirləndirilən şəxs ona vermişdir. Təqsirləndirilən şəxs bələdiyyə büdcəsindən az məbləğdə pul olduğunu və bələdiyyə büdcəsindən ayrılmış 500 manat pulla suvaqlanma işlərinin görülməsini ona bildirmişdir. O, suvaqlanma işləri üçün zəruri ləvazimatları da öz evindən gətirib Elnura vermişdir. Elnur ləvazimat az olduğu üçün az müddətdə işləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin işlərin görülməsi ilə bağlı bələdiyyə kassasından hansı məbləğdə pul vəsaiti məxaric etməsindən məlumatı olmamışdır. O, yalnız müqaviləni Elnura imzalamaq üçün təqdim etmişdirm. Elnuru usta kimi o, Lənkəran şəhərindən tapmış və Elnur təqribən bir aya yaxın müddətdə bələdiyyə ərazisində molyar işləri görmüşdür. Onun bu işdə hər hansı maddi marağım olmamışdır. Bundan əlavə 2020ci ilin fevral ayının əvvəllərində bələdiyyə sədrinin göstərişi əsasında bələdiyyənin inzibati binasında bir sıra təmir işlərinin aparılması məqsədilə usta axtarıb tapmışdır. Təqsirləndirilən şəxs bələdiyyə büdcəsindən təmir üçün 440 manat pul vəsaiti ayrılacağını bildirmişdir. O da Şahid17lə razlışaraq təmir işlərinin görülməsi üçün Təqsirləndirilən şəxs tərəfindən ona təqdim olunmuş 440 manat pul vəsaitini Azərə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərişi əsasında məxaric orderi və müqaviləni imzalamaq üçün Azərə təqdim etmişdir. Məxaric orderində və müqavilədə heç bir məbləğ göstərilməmişdir. Təqsirləndirilən şəxs sonradan məxaric orderinə hansı məbləğdə pul vəsaiti yaaraq kassadan hansı məbləğdə pul vəsaitini məxaric etməsindən məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilərək araşdırılmış Şahid7 ifadəsində göstərmişdir ki, müxtəlif yerlərdə fəhləçilik edərək pul qazanır. Onun kimləsə ədavəti və ya düşmənçiliyi yoxdur. Onun sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs ilə qohumluq-tanışlıq əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs 2019-cu ildə bələdiyyə seçkilərində qalib gələrək bələdiyyə sədri olmuşdur. O, hər gün Lənkəran şəhəri avtovağzal ərazisində dayanararaq fəhləçilik etmişdir. Lənkəran şəhər sakini Farid Nusrətov da 2021-ci ilin oktyabr ayında onunla avtovağzalda görüşərək ona fəhlə kimi Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində yerləşən fərdi yaşayış evlərinin çöl divarlarını və hasarlarını emusiya ilə boyamağını istəmişdir. Kiçik Bazar ərazisindən Şəhidlər Xiyabanı küçəsinədək evlərin çöl divarlarını boyanması işlərini görmüşdür. Farid günə 40 manat əməkhaqqı verilməsi ilə bağlı onunla razılığa gəlmişdir. O, 2021-ci ilin oktyabr ayının sonlarında beş gün saat 09 radələrindən saat 14 radələrinədək işləyərək Kiçik Bazar ərazisindən Şəhidlər Xiyabanı küçəsinədək fərdi yaşayış evlərinin çöl divarlarını boyanması işlərini görmüşdür. Farid hər gün onun işinə nəzarət etmişdir. Emusiya qurtardığı üçün əlavə boya almamaq üçün Farid işləri dayandırmışdır. Ona Farid nəğd qaydada 200 manat əməkhaqqı vermişdir. 2023-cü ilin oktyabr ayının ortalarında və sonlarında Farid müxtəlif sənədlər gətirərək ona imzalatmışdır. O, həmin sənədlərin məzmunu ilə tanış olmadığı üçün içində olan yazılardan məlumatsız olmuşdur. Farid gördüyü işlərə görə sənədləşmə işlərinin aparıldığını söyləmişdir. 29 oktyabr 2021-ci il tarixli 34 saylı kassa məxaric orderinə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən görülən işlərə görə ona 1876 manat əməkhaqqı ödənilməsi həqiqəti əks etdirmir. Kassa məxaric orderindəki imza ona məxsus olsa belə ona bələdiyyə tərəfindən 1876 manat əməkhaqqı ödənilməmişdir. Ona Farid 200 manat əməkhaqqı vermişdir. Bundan başqa 15 oktyabr 2021-ci il tarixli 01 saylı sifariş müqaviləsi, 29 oktyabr 2021-ci il tarixli qəbul aktında adının qarşısında qeyd olunan imzalar ona məxsusdur. Sifariş müqaviləsində göstərilmişdir ki, guya Böyük Bazar və Kiçik Bazar qəbirstanlıqlarının təmiri işləri üçün ona əməkhaqqı verilmişdir. Lakin o, Kiçik Bazar ərazisindən Şəhidlər Xiyabanı küçəsinədək fərdi yaşayış evlərinin, daş hasarların çöl divarlarının rənglənməsi işlərini görmüşdür. O, qəbirstanlıq ərazisində olmamışdır. Müqavilədə göstərilənlər yalan məlumatlardır. Lənkəran şəhər bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tanımır və onunla ünsiyəti olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2013-cü ildən Lənkəran rayonu ərazisində yerləşən iki ədəd “Talış Petrol” adlı yanacaq doldurma məntəqələrini işlədir. Lənkəran bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs tanımır, onunla münasibəti olmamışdır. O, hər il bələdiyyənin hesablaşma hesabına torpaq və əmlak vergisi ödəyir. 18 sentyabr 2020-ci il tarixdə 178 manat torpaq və 58 manat əmlak vergisi ödəmişdir. 19 iyul 2022-ci il tarixdə də 177 manat torpaq vergisi və 7 manat əmlak vergisi ödəmişdir. Lənkəran bələdiyyəsi ilə bağlı audit yoxlaması aparılan zaman ondan izahat alınarkən ona məlum olmuşdur ki, Lənkəran bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs 2020 və 2022-ci illərdə bələdiyyə büdcəsinə ödədiyi torpaq və əmlak vergilərini ona qaytarmaq adı ilə mənimsəmişdir. 2020-ci il tarixdə kodsuz hesaba köçürülmüş vergi rüsumu adı ilə ona guya 236 manat pul qaytarıldığına dair sənədləşmə işləri aparılmışdır. xx.xx.2022-ci ildə kassa məxaric orderi vasitəsilə guya ona 184 manat pul vəsaitini geri qaytardığını göstərərək bələdiyyə büdcəsindən 184 manat pul çıxarmışdır. Həmin kassa məxaric orderində tərəfindən imza çəkilməmişdir. Nə 2020, nə də 2022-ci ildə ona bələdiyyə tərəfindən hər hansı məbləğdə pul vəsaiti qaytarılmamışdır. O, bələdiyyə işçilərindən hər hansı məbləğdə pul almamışdır. O, heç bələdiyyə sədrini görməmiş və onunla ünsiyyəti olmamışdır. Eyni ilə audit yoxlaması zamanı izahatında da, ona bələdiyyə tərəfindən 2020 və 2022-ci illərdə hər hansı məbləğdə pul vəsaiti qaytarılmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X29 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə hökumət partalında bələdiyyənin hesablaşma hesabına 2.20 manat torpaq və 44.80 manat əmlak vergisi ödəsə də, bələdiyyə sədri Təqsirləndirilən şəxs kodsuz hesaba köçürülmüş vergi rüsumunun yəni 47 manat pul vəsaitinin geri qayarılmasına dair order tərtib edilmiş, ona bələdiyyə sədri tərəfindən hər hansı məbləğdə pul vəsaiti qaytarılmamışdır. xx.xx.2020-ci il tarixli 30 saylı kassa məxaric orderində alan şəxs xanasında qeyd olunan imza ona məxsus deyildir və tərəfindən icra edilməmişdir. Həmin kassa məxaric orderlərində qeyd edilən pul vəsaitləri ona qaytarılmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2003-cü ildən Lənkəran şəhəri Füzuli küçəsində yerləşən qəbirstanlıqda qəbirqazan işləyir. O, bələdiyyənin inzibati binasına getmir. Bələdiyyə sədri iclas keçirdiyi hallarda ora gedib iclasda iştirak edir. 2020ci ilin yanvar ayından şəhər bələdiyyəsinin işçisi kimi adına Azərpoçt MMC-yə məxsus bank kartı vasitəsilə əməkhaqqı alır. Onun sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs ilə qohumluq-tanışlıq əlaqələri olmamışdır. O, Azərpoçt MMC-dən adına verilmiş bank kartı hesabından çıxarmışdır. Həmin əməkhaqlarını kartla əldə etmiş, kimsəyə hər hansı məbləğdə pul verməmişdir. O, 2020-ci ilin dekabr ayınadək əmək haqqı almamışdır. 2020ci ilin dekabr ayından hazırki vaxtadək ayda 200-400 manat civarında əməkhaqqı almışdır. 2021-ci il tarixdə 235,25 manat, 2021-ci il tarixdə 2795,50 manat, 2022-ci il tarixdə 2967,50 manat, 2023-cü ilin ilk dörd ayında 624,86 manat məbləğində əmək haqqı almışdır. O, əməkhaqqını adına olan bank kartı vasitəsilə alıb şəxsi ehtiyaclarına sərf etmişdir. O, aldığı əməkhaqqından kimsəyə hər hansı məbləğdə pul verməmişdir. O, Böyük Bazar qəbirstanlığında işləyir. Şahid13 müdiri olmuşdur. Şahid13 dəfn olunanlar barədə məlumatları qeyd etmiş, Farid orada olmayanda o, dəfn olunanların adını vatsapp vasitəsi ilə Faridə göndərmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2000-ci ildən Lənkəran şəhəri Kiçik Bazar ərazisində yerləşən qəbirstanlıqda qəbirqazan işləyir. O, bələdiyyənin inzibati binasına getmir. Bələdiyyə sədri iclas keçirdiyi hallarda oraya gedib iclasda iştirak edir. Bələdiyyə işçilərinin çoxusunu tanımır və onların iş fəaliyyətləri barədə məlumatsızdır. 2020-ci ilin yanvar ayından şəhər bələdiyyəsinin işçisi kimi adına Azərpoçt MMC-yə məxsus bank kartı vasitəsilə əməkhaqqı alır. O, əməkhaqqını Azərpoçt MMC-dən adına verilmiş bank kartı hesabından çıxarmış və kimsəyə hər hansı məbləğdə pul verməmişdir. O, 2020-ci ilin dekabr ayınadək əməkhaqqı almamışdır. 2020-ci ilin dekabr ayından hazırki vaxtadək ayda 200-400 manat civarında əməkhaqqı almışdır. 2021-ci il tarixdə 235,25 manat, 2021-ci il tarixdə 2795,50 manat, 2022-ci il tarixdə 2967,50 manat, 2023-cü ilin ilk dörd ayında 624,86 manat məbləğində əmək haqqı almışdır. O, əməkhaqqını adına olan bank kartı vasitəsilə alıb şəxsi ehtiyaclarına sərf etmişdir. O, əməkhaqqımdan kimsəyə hər hansı məbləğdə pul verməmişdir. O, Kiçik Bazar qəbirstanlığında tək işləyir. Şahid13 onun müdiri olmuşdur, onun işlərinə nəzarət etmişdir.Dəfn olunanlar barədə Faridə məlumat vermişdirş. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2004-cü ildən Lənkəran bələdiyyəsində müxtəlif vəzifələrdə işləmişdir. 2020-ci ilin yanvar ayından bələdiyyənin vergi və rüsumlar şöbəsinin müdiri vəzifəsində işləyir. Onun sabiq bələdiyyə sədri Təqsirləndirilən şəxs ilə qohumluq-tanışlıq əlaqələri olmamışdır. Onun vergi agenti kimi vəzifəsi əmlak, torpaq vergisinin yığımını həyata keçirmək, vergilərlə bağlı bildirişlərin paylanmasını təmin etməkdən ibarət olmuşdur. Bələdiyyə büdcəsinə əsasən ona aylıq əməkhaqqı ödənilmişdir. O, Azərpoçt MMC-dən adına verilmiş bank kartı hesabından çıxarmışdır. Həmin əməkhaqları kartla əldə etmiş kimsəyə hər hansı məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs şəhər bələdiyyəsinin sədri olduğundan maliyyə məsələlərinə cavabdeh şəxs özü olmuşdur. Təqsirləndirilən şəxs apardığı maliyyə siyasətindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respulikasının qanunun 8-ci maddəsinin Yerli büdcənin xərcləri bölməsinin 2-ci bəndinin tələblərini pozaraq artıq əməkhaqqı ödənişi həyata keçirmişdir. Lənkəran şəhər bələdiyyəsinin iclasının qərarı ilə bələdiyyə sədri tərəfindən vergi ödəyicilərinə payladığı tədiyyə bildirişlərindən büdcəyə daxil olan vergi rüsümlarının 15-20%-i əmək haqqına əlavə müəyyən edilmişdir. Ona görə əməkhaqqına əlavə tədiyyə ödənilmişdir. Agentlərinin vəzifələrini stimullaşdırmaq məqsədilə tətbiq edilsə, də ümumi bələdiyyənin gəliri bələdiyyə sədri tərəfindən nəzərə alınmamışdır. 2022-ci ilin dekabr ayı üçün ona və digər şəxslərə bələdiyyə iclasının qərarı əsasında 400 manat, 2022-ci ilin may ayında isə bələdiyyə iclasının qərarı ilə ona 200 manat maddi yardım köçürülmüş və adına olan bank kartı ilə Lənkəran poçt filialının qarşısında yerləşən bankomatdan çıxarıb şəxsi ehtiyacları üçün xərcləmişdir. O, nə Təqsirləndirilən şəxs, nə da başqasına hər hansı məbləğdə pul verməmişdir. Şahid14 bələdiyyəyə 1-2 gün gəldiyini görmüşdür. Şahid14 hər gün işə gəlib getdiyi görməmişdir. Şahid16 isə bir neçə gün bələdiyyəyə gələrək Tünzaləyə köməklik etmişdir. Həm Turalın, həm də Zakirin hər gün işə gəlib-getdiklərini görməmişdir. O, hər gün bələdiyyənin inzibati binasından kənarda vergi agentləri ilə birlikdə olduğundan Turalın və Zakirin konkret olaraq hər gün əmək funksiyalarını icra edib-etməməsindən məlumatı yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 1997-ci ildən 2010-cu ilədək Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmişdir. 2022-ci ilin dekabr ayında Lənkəran bələdiyyəsinə torpaq işləri üzrə mütəxəssis vəzifəsinə işə düzəlmişdir. Bələdiyyə işçilərinin çoxusunu tanımır və onların iş fəaliyyətləri barədə məlumatsızdır. O, Azərpoçt MMC-dən adına verilmiş bank kartı hesabından çıxarmışdır. Həmin əməkhaqlarını kartla əldə etmiş kimsəyə hər hansı məbləğdə pul verməmişdir. 2023-cü ilin iyul ayında ərizəsi ilə işdən azad olunmuşdur. Əməkhaqqı aşağı olduğundan çıxmaq qərarına gəlmişdir. O, 2022-ci ilin dekabr ayından 2023-cü ilin iyul ayınadək 100-200 manat civarında əməkhaqqı almışdır. 2022-ci il tarixdə 57,90 manat, 2023-cü ilin ilk dörd ayında 541,20 manat məbləğində əməkhaqqı almışdır. O, əməkhaqqını adına olan bank kartı vasitəsilə alıb şəxsi ehtiyaclarına sərf etmişdir. O, əməkhaqqından kimsəyə hər hansı məbləğdə pul verməmişdir. Bələdiyyədə işlədiyim dövrlərdə Şahid14 və Şahid16 görməmişdir. Şahid16 bir neçə dəfə bələdiyyənin inzibati binasında görsə də, Şahid14 bələdiyyədə görməmişdir. Şahid16 və Şahid14 daimi olaraq işə gəlib-getdiklərininin şahidi olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid11 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun 26 aprel 2023cü il tarixli 04/28584 nömrəli məktubu ilə Lənkəran Rayon Prokurorunun 19 aprel 2023-cü il tarixində göndərilmiş qərarın icrası barədə Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 08 may 2023-cü il tarixli 1/27 SDO nömrəli sərəncamı və 14 iyun 2023-cü il tarixli 1/39 SDO nömrəli sərəncamı ilə yoxlama vaxtının uzadılması barədə sərəncamı əsasında Zərərçəkmiş şəxs 01 yanvar 2020-ci il tarixdən 14 iyul 2023-cü il tarixə kimi olan dövrün audit yoxlamasını aparmışdır. Yoxlama aparılan müddətdə bələdiyyənin mühasibi olmamış və bələdiyyənin maliyyə-təsərrüfat fəaliyyətinə bələdiyyənin sabiq sədri Təqsirləndirilən şəxs olmuşdur. Audit yoxlamasına başlayarkən yoxlama aparılması barədə sərəncamın surəti Lənkəran bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs təqdim edilmişdir. Lakin bələdiyyə tərəfindən kassa, bank, torpaq sənədləri, bələdiyyə iclas protokolları, büdcənin auditor tərəfindən qiymətləndirilməsi, ümumiyyətlə bələdiyyənin maliyyə təsərrüfat fəaliyyətinə aid sənədlər auditə təqdim edilməsi üç həfəyə qədər gecikdirilmişdir. Bələdiyyənin sədri Təqsirləndirilən şəxs və bələdiyyə qulluğunda çalışan mütəxəssislər hər cür bəhanələrlə sənədlərin təqdimatını gecikdirir yoxlamanın normal aparılmasına maneçilik törətmişlər. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən mühasibatlıq sənədləri, bank çıxarışları əsasında yoxlama aparılmışdır. Lənkəran bələdiyyəsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respulikasının Qanunun tələbinə uyğun mühasibat uçotu qurmamış, mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunu aparmamışdır. Ümumiyətlə bələdiyyənin mühasibi olmamış, bələdiyyədə mühasibat uçotu aparılmamış belə ki, əmək haqqının uçotu kitabı, materialların uçotu kitabı, dövriyyənin uçotu kitabı, baş kitab olmamış və mühasibat uçotu mövcud olmamışdır. Bələdiyyə sədri Aygun Mirzəyeva bələdiyyə büdcəsnə nəzarət etməmiş, bələdiyyənin real smetasın tərtib etməmiş, əmək haqqının smetasın və ştat cədvəlin tərtib etmədən istədiyi kimi ştat vahidləri yaratmış, əmək haqqların həddini şişirtməklə istədiyi kimi əmək haqqını miqdarını artırmış, luzumsuz vəzifə adı ilə işçiləri əmrləşdirmiş bələdiyyə iclası keçirtmədiyindən bələdiyyə üzvləri ilə belə məsələlər müzakirə edilməmiş,işçilər heç bir iş görmədən onlara yüksək əmək haqqı hesablanılmışdır. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respulikasının qanunun 8-ci maddəsinin Yeli büdcənin xərcləri bölməsinin 2-ci bəndinə əsasən Yeli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əmək haqqına ayırmalar ümumi büdcənin 50% faizindən çox ola bilməz. Qanunun 12-ci maddəsinə əsasən Yerli büdcənin tarazlaşdırılması bəndinə görə əgər bələdiyyə büdcəsinin icrası prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait azalarsa və bu, kəsrin son həddi aşmasına gətirib çıxararsa, məxaricin ixtisarı mexanizmi tətbiq edilə bilər. Məxaricin ixtisarı müdafiə olunmuş maddələr istisna olmaqla, büdcənin bütün maddələri üzrə məxaricin mütənasib surətdə azaldılmasıdan ibarətdir. Aparılmış yoxlamada aşkar edilmişdir ki, bələdiyyə proqnoz gəlirlərə əsasən illik büdcənin gəlir və xərclərini təsdiq edir. Təsdiq olunmuş büdcədə əmək haqqı və ona ayrmalar pronoz gəlirin 50%-i miqdarında olur. Lakin bələdiyyədə proqnoz gəlirlər faktiki daxil olmuş gəlirlərlə fərqli yəni daxil olmalar proqnoz gəlirdən az olmuşdur. Bələdiyyə bələdiyyə iclasında bu vəziyyəti 6(altı)aylıqda müzakirə etməmiş sonda büdcənin gəlirləri yəni mədaxil hissəsinin 82%-i əmək haqqı və əmək haqqına ayırmala sərf edilmiş bununlada büdcədə nəzərdə tutulmuş başqa təsnifatlar icra edilməmişdir. Müəyyən olunmuşdur ki, yoxlamanın əhatə etdiyi dövr ərzində büdcə 6(altı) ayın yekunlar müzakirə olunmamış yerli büdcənin tarazlaşdırılması tətbiq edilməmiş sonda hətda ilin yekununda bələdiyyənin DSMF-yə borcu yaranmışdır. Beləliklə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respulikasının qanunun tələbləri kobud şəkildə pozularaq yerli büdcənin icrasına, o cumlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğuluğuna bələdiyyə nəzarət etməmişdir. Təqsirləndirilən şəxs 2020-ci büdcə ili ərzində bələdiyyənin 58303 manat olmuş ümumi büdcəsinin yalnız 29151,5 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 46285 manat ayırmaqla 17133,5 manat, 2021-ci büdcə ili ərzində bələdiyyənin 72578 manat olmuş ümumi büdcəsinin yalnız 36289 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 61670 manat ayırmaqla 25381 manat, 2022-ci büdcə ili ərzində bələdiyyənin 81573 manat olmuş ümumi büdcəsinin yalnız 40786,5 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 66878 manat ayırmaqla 26091,5 manat və 2023-cü büdcə ilinin vəzifədən azad olunduğu 13 iyul 2023-cü il tarixədək olan müddətində bələdiyyənin 50262,59 manat olmuş ümumi büdcəsinin yalnız 25131,3 manata qədər hissəsini əməkhaqlarına ayırmalı olduğu halda 29060,94 manat ayırmaqla 3929,64 manat, ümumilikdə isə 72535,64 manat məbləğində bələdiyyə büdcəsinə ziyan vurmuşdur. Belə ki, ilkin audit aktında 2020-2023-cü illərin audit yoxlaması aparılarkən 2023-cü ilin ilk dörd ayı hesablandığı üçün audit aktında 74,330 manat artıq əməkhaqqı ödənildiyi göstərilmişdir. Lakin sonradan istintaqa təqdim edilən 2023-cü ilin may-iyul ayının hesabatında bələdiyyənin gəlirinin 28124,59 manat olduğu əməkhaqqı üçün 12267,94 manat ödənildiyi müəyyən edilmişdir. Ona görə 2023-cü ilin yanvar-iyul ayında bələdiyyənin ümumi gəliri 50262,59 manat olmuşdur. Bundan başqa audit yoxlaması zamanı bələdiyyə sədri tərəfindən 2022-ci ildə işçilərə maddi yardım kimi ayrılmış 4200 manat və 2023-cü il tarixdə ayrılmış 411,50 manat pul vəsaiti “Bələdiyyənin maliyyə əsasları haqqında” qanunda nəzərdə tutulmadığı üçün qanunsuz hesab edilmişdir. Lakin qüvvədə olan əmək qanunvericiliyin tələblərinə əsasən mükafatlandırma tədbiri kimi işçilərə maddi yardım ayrıla bilər. Qeyd edim ki, maddi yardım ayrılması qanunla qadağan edilməmişdir. Bundan başqa bələdiyyənin sabiq sədri Təqsirləndirilən şəxs öz ərini “Bələdiyyə Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 5-3 maddəsinin tələblərini pozaraq “Qəbristanlar üzrə nəzarətçi” vəzifəsinə işə götürmüş və ona əməkhaqqı ayırmışdır. Məlum məsələdir ki, Farid Nusrətov əmək funksiyalarını icra etməmiş və ərinin adına yüklənmiş pul vəsaitlərindən bələdiyyə sədri öz şəxsi mənafələri üçün istifadə etmişdir. Farid Nusrətov həm də arvadı ilə birgə mülkiyyətində olan Nissan Altima markalı avtomobili bələdiyyə ilə icarə müqaviləsi əsasında xidməti maşın kimi istifadə etmişdir. Bələdiyyənin sabiq sədri Təqsirləndirilən şəxs əri ilə birgə mülkiyyətində olan avtomobili xidməti maşın kimi istifadə edərək avtomobilə yanacaq, texniki-təmir, icbari sığorta xərcləri adı ilə kassadan 4182,76 manat pul vəsaiti məxaric etmişdir. Qeyd edim ki, audit aktında rəqəmlər yuvarlaqlaşdırıldığından 4182,76 manat deyil 4182 manat göstərilmişdir. Belə ki, mühasibatlıq sənədlərinə qəbzlər əlavə edilərək guya həmin avtomobil üçün kassadan pul ayrıldığını göstərmişdir. Lakin həqiqətdə heç bir hüquqi şəxslər müqavilə bağlamadan, nəğdsiz qaydada əməliyyatlar keçirilmədən kassadan pul vəsaitləri mənimsənilmişdir. Bundan başqa audit yoxlaması zamanı bələdiyyənin vergi agentləri Şahid2 və X7 işlədikləri dövr ərzində əməkhaqlarına 15-20 faiz məbləğində əlavə pul vəsaitlərinin müəyyən edilməsi israf etmə kimi dəyərləndirilmişdir. Lakin Əmək qanunvericiliyinin tələbinə əsasən işçilərə mükafatlandırılma tətbiq edilə bildiyindən və qanunla bu hal qadağan edilmədiyindən bələdiyyə sədri tərəfindən tətbiq edilmişdir. Lakin həmin pul vəsaitlərinin işçilərə verilməsi nəticəsində bələdiyyənin ümumi gəlirinin yarısından çox hissəsinin əməkhaqqına ayırmalara səbəb olmuşdur. Bundan başqa bələdiyyənin sabiq sədri Təqsirləndirilən şəxs 02 iyun 2022-ci ildə bələdiyyə sədrinin bələdiyyə iclası protokolu qərarı,”Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasını Qanunun 5-1 və 5-2 maddəsinə əsasən müsabiqə komisiyasının qərarı olmadan tək başına maliyyə pozuntusu edərək 04 və 05 nömrəli əmrləri ilə bələdiyyə qulluğuna Şahid14 baş mühasib vəzifəsinə və Şahid16 kadr işləri üzrə inspekor vəzifəsinə təyin edilmişlər. 01 avqust 2022ci il tarixdən Şahid16 vergi və rüsum şöbəsində vergi inspektoru vəzifəsinə keçirilmişdir. Şahid14 Təqsirləndirilən şəxs qohumudur və onun maddi durumu yaxşı olduğundan bələdiyyədə işləməyə ehtiyacı yoxdur. Şahid16 isə əmək funksiyalarını icra etməmişdir. İlkin audit aktı 2020-2023-cü ilin aprel ayına kimi yoxlamalar öz əksini tapdığı üçün Şahid14 1003 manat, Şahid16 4659 manat pul vəsaitinin ayrıldığı göstərilmişdir. Lakin 2023-cü ilin may-avqust aylarının hesabatından görünür ki, 02 may 2023-cü il tarixdə Şahid16 250,59 manat əməkhaqqı ayrılmışdır. Bundan başqa Şahid16 əmək funksiyalarını icra etmədiyi üçün 2022-ci ilin dekabr ayında ona maddi yardım kimi ayrılmış 400 manat pul vəsaiti də yeyinti faktı kimi qiymətləndirilməlidir. Nəticədə Şahid14 1003 manat, Şahid16 5309,59 manat cəmi 6312,59 manat pul vəsaiti qanunsuz ayrılaraq Təqsirləndirilən şəxs tərəfindən talanmışdır. Bundan başqa audit yoxlaması zamanı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli 29 və 30 saylı və xx.xx.2022-ci il tarixli 17 saylı kassa məxaric orderləri tərtib edərək guya X9 xx.xx.2020-ci il tarixdə bələdiyyənin hesablaşma hesabına hökumət portalında ödədiyi torpaq vergisi olaraq 2.20 manat və əmlak vergisi olaraq 44.80 manat və Şahid8 xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixlərdə bələdiyyənin hesablaşma hesabına hökumət portalında ödədiyi torpaq vergisi olaraq 355 manat və əmlak vergisi olaraq 65 manat olmaqla, cəmi 467 manat pul vəsaitini onlara geri qaytardığını göstərmişdir. Lakin həqiqətdə həmin şəxslər auditə dəvət edilərək izahat alınmış kassa məxaric orderlərində göstərilən pul vəsailtərini almadıqlarını bildirmişlər. Bundan başqa bələdiyyənin sabiq sədri Təqsirləndirilən şəxs özbaşına olaraq bələdiyyənin poçtada olan hesablaşma hesabından kartına Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə köçürüləcək pul vəsaitləri adı ilə özünün əməkhaqqı kartına 1201 manat pul vəsaiti yükləmişdir. Belə ki, auditə təqdim edilmiş mühasibatlıq sənədlərində vətəndaşlar tərəfindən ƏMDK-yə 2023-cü ilin yanvar ayında ödənilmiş ödəniş qəbzlərini əlavə etmişdir. Aygün Mizəyeva taladığı bələdiyyə büdcəsini ört basdıq etmək məqsədilə qəbzlər əlavə etmişdir. Bundan başqa audit yoxlaması zamanı izahatı alınmış Şahid17 2020-ci ilin fevral ayında bələdiyyə abadlıq, təmir tikinti işlərinə cəlb edilmiş, 27 fevral 2020-ci il tarixli kassa məxaric orderində guya ona 824 manat pul vəsaitinin verildiyi göstərilsə də, həqiqətdə ona 444 manat pul vəsaiti verildiyini bildirmişdir. 2020-ci il avqust ayında bələdiyyənin kassasına bələdiyyənin hesablaşma hesabından çek vasitəsi ilə 2090 manat pul vəsaiti nağdlaşdırılaraq mədaxil edilmişdir. Bələdiyyənin 19 avqust 2020-ci və 31 avqust 2020-ci il tarixlərdə bələdiyyənin kassa məxaric orderləri vasitəsi ilə şəhərin Şəhidlər Xiyabanı küçəsində küçə divarlarının rənglənlənməsindən ötrü Şahid18 iki halda 2090 manat nağd pul vəsatin alındığı göstərilir. Şahid18 auditə verdiyi izahatında ona 2090 manat pul vəsaitinin verilmədiyini, kassa məxaric orderində pul məbləği olmadan ona imza etdirildiyini bildirmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən kassa məxaric orderi saxtalaşdırılmaqla bələdiyyə büdcəsindən 2090 (iki min doxsan) manat ziyan vurulmuşdur. Daha sonra izahatı alınmış Şahid7 izahatında Böyük bazar və Kiçik bazar qəbristanlıqlarının təmir işləri, mal material alınmasına görə guya 29 oktyabr 2021-ci il tarixli kassa məxaric orderi vasitəsi ilə ona 1876 manat pul verildiyi göstərilsə də, həqiqətdə ona Farid Nusrətov tərəfindən 200 manat pul vəsaitinin verildiyini bildirmişdir. Bundan başqa sentyabr 2022-ci il il tarixli kassa məxarıc orderi ilə Şahid15 abadlıqla əlaqədar yerinə yetirilmiş işlərə görə 2000 manat nağd pul vəsaiti ödənilməsi göstərilmişdir. Şahid15 auditə dəvət edilib izahat alınarkən sonuncu izahat verməyəcəyini bildirmiş, lakin şifahi şəkildə kassa məxaric orderində qeyd olunan məbləğdə pul vəsaitini almadığını və kassa məxaric orderi ona təqdim olunarkən həmin imzanın ona məxsus olmadığını bildirmişdir. Bundan başqa audit yoxlaması zamanı 2022-ci il dekabr ayında bələdiyyə sədri tərəfindən ezamiyyə üçün ayrılmış 246 manat pul vəsaitinin qanunsuz olduğu göstərilməsinin səbəbi mühasibatlıq sənədlərinə əlavə edilmiş ezamiyyə kağızında ağardıcı məhsulundan istifadə edilməsidir. Lakin həmin ezamiyyə kağızında Bakı şəhərinə ezam getdiyi müəssisənin möhürü ilə təsdiq edildiyindən 246 manat qanunsuz hesab edilə bilməz. Bundan başqa bələdiyyəyə mal-material və dəftərxana ləvazimatlarının alınması adı ilə tərtib etdiyi xx.xx.2020-ci il tarixli 2 saylı kassa məxaric orderinə əsasən 55 manat, xx.xx.2020-ci il tarixli 4 saylı kassa məxaric orderinə əsasən 45 manat, xx.xx.2020-ci il tarixli 5 saylı kassa məxaric orderinə əsasən 55 manat, xx.xx.2020-ci il tarixli 15 saylı kassa məxaric orderinə əsasən 7 manat, xx.xx.2020-ci il tarixli 12 saylı kassa məxaric orderinə əsasən 40 manat, xx.xx.2020-ci il tarixli 10 saylı kassa məxaric orderinə əsasən 511 manat, xx.xx.2020-ci il tarixli 11 saylı kassa məxaric orderinə əsasən 401 manat, xx.xx.2020-ci il tarixli 9 saylı kassa məxaric orderinə əsasən 450 manat, xx.xx.2020-ci il tarixli 8 saylı kassa məxaric orderinə əsasən 140 manat, xx.xx.2020-ci il tarixli 20 saylı kassa məxaric orderinə əsasən 459 manat, xx.xx.2020-ci il tarixli 21 saylı kassa məxaric orderinə əsasən 96 manat, xx.xx.2020-ci il tarixli 25 saylı kassa məxaric orderinə əsasən 41.80 manat, xx.xx.2020-ci il tarixli 26 saylı kassa məxaric orderinə əsasən 46 manat, xx.xx.2020-ci il tarixli 31 saylı kassa məxaric orderinə əsasən 505 manat, xx.xx.2020-ci il tarixli 33 saylı kassa məxaric orderinə əsasən 165 manat, xx.xx.2020-ci il tarixli 37 saylı kassa məxaric orderinə əsasən 62,13 manat, xx.xx.2020-ci il tarixli 41 saylı kassa məxaric orderinə əsasən 33 manat, xx.xx.2022-ci il tarixli 02 saylı kassa məxaric orderinə əsasən 96 manat, xx.xx.2022-ci il tarixli 03 saylı kassa məxaric orderinə əsasən 98 manat, xx.xx.2022-ci il tarixli 06 saylı kassa məxaric orderinə əsasən 98 manat, xx.xx.2022-ci il tarixli 07 saylı kassa məxaric orderinə əsasən 99 manat, xx.xx.2022-ci il tarixli 14 saylı kassa məxaric orderinə əsasən 93 manat, xx.xx.2022-ci il tarixli 19 saylı kassa məxaric orderinə əsasən 92 manat, xx.xx.2022-ci il tarixli 21 saylı kassa məxaric orderinə əsasən 320 manat, xx.xx.2022-ci il tarixli 22 saylı kassa məxaric orderinə əsasən 97 manat, xx.xx.2022-ci il tarixli 30 saylı kassa məxaric orderinə əsasən 100 manat, xx.xx.2022-ci il tarixli 35 saylı kassa məxaric orderinə əsasən 200 manat, xx.xx.2022-ci il tarixli 37 saylı kassa məxaric orderinə əsasən 230 manat, xx.xx.2022-ci il tarixli 38 saylı kassa məxaric orderinə əsasən 83 manat, xx.xx.2022-ci il tarixli 41 saylı kassa məxaric orderinə əsasən 508,50 manat, xx.xx.2023-cü il tarixli 01 saylı kassa məxaric orderinə əsasən 300 manat, xx.xx.2023-cü il tarixli 02 saylı kassa məxaric orderinə əsasən 300 manat və xx.xx.2023cü il tarixli 03 saylı kassa məxaric orderinə əsasən 300 manat olmaqla, Lənkəran bələdiyyəsinin kassasından məxaric edib şəxsi ehtiyaclarına sərf etdiyi cəmi 6126,43 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf etmişdir. Belə ki, bələdiyyə sədri müxtəlif mağazalardan əldə etdiyi satış qəbzlərini mühasibatlıq sənədlərinə əlavə edərək guya kassa məxaric ordelərində qeyd olunan məbləğlərə uyğun mağazalardan mal material və ya dəftərxana ləvazimatları aldığını göstərmişdir. Qanunvericiliyin tələbinə əsasən dövriyyənin şəffaf aparılmasının təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs dəftərxana ləvazimatları satışı ilə məşğul olan müəssisə ilə müqavilə bağladıqdan sonra hesabdan hesaba ödəniş vasitəsilə maliyyə əməliyyatlarını aparmalı idi. Audit aktında 2020-2023-cü illərdə iş və xidmətlərin görulməsinə görə sənədlərin saxtalaşdırılması yolu ilə xx.xx.2016cı il tarixli “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etmədən bələdiyyə büdcəsinə ziyan vurmaqla kassadan 14286 (on dörd min iki yüz səksən altı) manat pul vəsaitın mənimsənildiyi göstərilsə də, həqiqətdə 14040,43 manat pul vəsaitinin mənimsənilməsi qeyd olunmalıdır. Çünki, 2020-ci ilin iyul ayında kassa məxaric orderləri ilə 87,80 manat pul vəsaiti qanunsuz silinsə də, audit aktında bu məbləğ yuvarlaqlaşdırılaraq 88 manat göstərilmiş, həmin ilin noyabr ayında dəftərxana ləvazimatları üçün 62,13 manat qanunsuz silinsə də, audit aktında bu məbləğ 62 manat göstərilmişdir. Ona görə 2020-ci ildə 6026 manat deyil 6025,93 manat pul vəsaiti qanunsuz silinmişdir. 2022-ci ildə isə ezamiyyə xərclərinin qanuni hesab edildiyindən 4360 manat deyil 4114,50 manat pul vəsaiti qanunsuz silinmişdir. 2020-2023-cü illərdə isə cəmi 6025,93+3000+4114,50+900=14040,43 manat pul vəsaiti qanunsuz silinmişdir. 2021-ci il ərzində Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələbləri bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən kobudcasına pozularaq bələdiyyənin guya ehtiyacları olduğuna bələdiyyə iclaslarınin qərarları olmadan əmtəəsiz yəni nağd pul vəsaiti ortada olmadan öz adından 4172,0 manat kassaya maliyyə yardımı(avans) şəklində mədaxil orderlərin tərtib etmiş,bələdiyyə erazisində abadlıq işləri görülmədən, mağazalardan saxta qəbzlər yığmaqla, verilmiş avansın(yardımın) müəyyən hissəsini geri qaytarlması kimi saxta məxaric sənədlərin tərtib etmişdir. Faktiki bələdiyyə il ərzində Lənkəran rayon Poçta şöbəsində olan hesablaşma hesabından çek vasitəsi ilə nağdlaşdırılaraq alınmış 3000,0 manat nağd pul vəsaitini olmuşdur.Yoxlamada aşkar edildi ki, süni yaradılmış 4172.0 manat maliyyə yardımı məqsədi bələdiyyə büdcəsinə daxil olacaq nağd pul vəsaitin mənimsənilməsi məqsədi üçün baza yaradılması olmuş və il ərzində kassaya həqiqi daxil edilmiş 3000.0 manat nağd pulun fırıldağ yolu bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş » saxta sənədlər vasitəsi ilə mənimsəmiş və büdcəyə 3000 (üç min) manat ziyan vurulmuşdur. Məhkəmə iclasında dindirilmiş ekspert X45 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixli, 9/7261 nömrəli təkrar məhkəmə mühasibatlıq ekspertizasını cinayət işinin materiallarına əsasən tərtib etmişdir. Qeyd olunan ekspert rəyində göstərilənləri təsdiq edir. Cinayət işinin İ cildinin 36-39-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran bələdiyyəsinin 14 yanvar 2020-ci il tarixli 02 saylı protokoluna əsasən Təqsirləndirilən şəxs səs çoxluğu ilə Lənkəran bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Cinayət işinin Vİİİ cildinin 219-223-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 13 iyul 2023-cü il tarixli 14 saylı iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs səs çoxluğu ilə bələdiyyə sədri vəzifələrinin icrasına xitam verilmiş, Nümayəndə bələdiyyə sədri seçilərək həmin tarixdə vəzifələrinin icrasına başlamışdır. Cinayət işinin İ cildinin 47-49-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran bələdiyyəsinin əmrlər əks olunan kitablara baxış keçirilməsi haqqında 13 aprel 2023-cü il tarixli protokolda aşağıdakılar qeyd olunmuşdur.

1. 14 yanvar 2020-ci il tarixli 01 №-li əmrin məzmununda X21 14 yanvar 2020-ci il tarixindən vəzifəsindən azad edilməsi göstərilmişdir.

2. 14 yanvar 2020-ci il tarixli 02 №-li əmrin məzmununda Təqsirləndirilən şəxs 14 yanvar 2020-ci il tarixdən Lənkəran bələdiyyəsinin sədri vəzifəsinə başlaması, əmək haqqının ştat cədvəlinə əsasən 500 manat olmaqla ödənilməsi göstərilmişdir.

3. 14 yanvar 2020-ci il tarixli 03 №-li əmrin məzmununda X15 14 yanvar 2020-ci il tarixdən Lənkəran bələdiyyəsinin sədr müavini vəzifəsinə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 312 manat olmaqla ödənilməsi göstərilmişdir.

4. 14 yanvar 2020-ci il tarixli 05 №-li əmrin məzmununda Şahid3 14 yanvar 2020-ci il tarixindən Lənkəran bələdiyyəsində çalışdığı sədrin müavini vəzifəsinə xitam verilməsi və müvəqqəti olaraq Lənkəran bələdiyyəsinin Vergi və Rüsumlar şöbəsinin müdiri vəzifəsini icra etməsi göstərilmişdir.

5. 07 may 2020-ci il tarixli 11 №-li əmrin məzmununda Şahid3 07 may 2020-ci il tarixdən Lənkəran bələdiyyəsinin VRŞ-nin müdiri vəzifəsinə daimi təsdiq edilməsi və əmək haqqının ştat cədvəlinə əsasən 272 manat olmaqla ödənilməsi göstərilmişdir.

6. 07 may 2020-ci il tarixli 12 №-li əmrin məzmununda X10 07 may 2020-ci il tarixdən Lənkəran bələdiyyəsinin icraçı katib vəzifəsinə daimi təsdiq edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 275 manat olmaqla ödənilməsi göstərilmişdir.

7. 07 may 2020-ci il tarixli 13 №-li əmrin məzmununda Şahid2 07 may 2020-ci il tarixindən Lənkəran bələdiyyəsində vergi agenti işinə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 250 manat olmaqla ödənilməsi, əlavə olaraq payladığı tədiyyə bildirişlərindən bələdiyyənin büdcəsinə daxil olan vergi rüsumlarının 15 faizinin əmək haqqına əlavə edilməsi göstərilmişdir.

8. 07 may 2020-ci il tarixli 14 №-li əmrin məzmununda X4 07 may 2020-ci il tarixdən Lənkəran bələdiyyəsinin kadr işləri üzrə inspektoru vəzifəsinə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 270 manat olmaqla ödənilməsi göstərilmişdir.

9. 01 iyun 2020-ci il tarixli 15 №-li əmrin məzmununda bələdiyyənin mühasibi X16 01 iyun 2020-ci il tarixdən öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir.

10. 01 iyul 2020-ci il tarixli 16 №-li əmrin məzmununda X5 01 iyul 2020-ci il tarixindən Lənkəran bələdiyyəsində vergi agenti işinə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 250 manat olmaqla ödənilməsi, əlavə olaraq payladığı tədiyyə bildirişlərindən bələdiyyənin büdcəsinə daxil olan vergi rüsumlarının 20 faizinin əmək haqqına əlavə edilməsi göstərilmişdir.

11. 01 dekabr 2020-ci il tarixli 18 №-li əmrin məzmununda Şahid4 01 dekabr 2020-ci il tarixindən Lənkəran bələdiyyəsinin Ş.Xiyabanında yerləşən Kiçik bazar qəbirstanlığına fəhlə (qəbirqazan) işinə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 250 manat olmaqla ödənilməsi göstərilmişdir.

12. 01 dekabr 2020-ci il tarixli 19 №-li əmrin məzmununda Şahid6 01 dekabr 2020-ci il tarixindən Lənkəran bələdiyyəsinin Mirsalayev küçəsində yerləşən Böyük bazar qəbirstanlığına fəhlə (qəbirqazan) işinə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 250 manat olmaqla ödənilməsi göstərilmişdir.

13. 01 dekabr 2020-ci il tarixli 20 №-li əmrin məzmununda Şahid13 01 dekabr 2020ci il tarixindən Lənkəran bələdiyyəsi ərazisindəki qəbirstanlıqlar üzrə nəzarətçi (təhkimçi) işinə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 280 manat olmaqla ödənilməsi göstərilmişdir. İkinci kitab üzrə;

14. 30 avqust 2021-ci il tarixli 07 №-li əmrin məzmununda icraçı katib X10 ərizəsinə əsasən 30 avqust 2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir.

15. 04 noyabr 2021-ci il tarixli 08 №-li əmrin məzmununda aparıcı mühəndis Şahid10 bələdiyyənin maliyyə çətinlikləri ilə əlaqədar mühəndis vəzifəsinin ixtisara düşdüyü üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir.

16. 01 iyun 2022-ci il tarixli 03 №-li əmrin məzmununda X4 qarşılıqlı razılıq əsasında işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir.

17. 02 iyun 2022-ci il tarixli 04 №-li əmrin məzmununda Şahid14 02 iyun 2022-ci il tarixdən bələdiyyənin baş mühasibi vəzifəsinə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 320 manat olmaqla ödənilməsi göstərilmişdir.

18. 02 iyun 2022-ci il tarixli 05 №-li əmrin məzmununda Şahid16 02 iyun 2022-ci il tarixdən bələdiyyənin kadr işləri üzrə inspektor vəzifəsinə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 320 manat olmaqla ödənilməsi göstərilmişdir.

19. 01 avqust 2022-ci il tarixli 06 nömrəli əmrin məzmununda kadr işləri üzrə inspektor Şahid16 01 avqust 2022-ci il tarixdən bələdiyyənin vergi işləri üzrə inspektoru vəzifəsinə keçirilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 320 manat olmaqla ödənilməsi göstərilmişdir.

20. 01 avqust 2022-ci il tarixli 07 №-li əmrin məzmununda VRŞ-nin vergi inspektori X1 01 avqust 2022-ci il tarixdən bələdiyyənin kadrlar işi üzrə baş inspektoru vəzifəsinə keçirilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 320 manat olmaqla ödənilməsi göstərilmişdir.

21. 17 avqust 2022-ci il tarixli 08 №-li əmrin məzmununda baş mühasib Şahid14 17 avqust 2022-ci il tarixdən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir.

22. 15 dekabr 2022-ci il tarixli 16 №-li əmrin məzmununda kadrlar üzrə isnpektor Şahid9 verdiyi ərizəsinə əsasən 15 dekabr 2022-ci il tarixindən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir.

23. 20 dekabr 2022-ci il tarixli 18 №-li əmrin məzmununda Şahid12 20 dekabr 2022ci il tarixində bələdiyyədə vakant yer olan kadrlar üzrə inspektor vəzifəsinə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 320 manat ödənilməsi göstərilmişdir.

24. 20 dekabr 2022-ci il tarixli 19 №-li əmrin məzmununda Şahid5 20 dekabr 2022-ci il tarixdə bələdiyyədə vakant yeri olan torpaq sənədləri üzrə mütəxəssis vəzifəsinə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 0.5 stavka ilə 150 manat ödənilməsi göstərilmişdir.

25. 03 aprel 2023-cü il tarixli 02 №-li əmrin məzmununda vergi işləri üzrə inspektor Şahid16 ərizəsinə əsasən 03 aprel 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir. Cinayət işinin İ cildinin 74-cü vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış "xxxx" ASC-dən daxil olmuş 19 aprel 2023-cü il tarixli 14 saylı məktubdan görünür ki, Nüsrətov X40 şəhəri bazar ərazisində yerləşən X11 məxsus mağazada işləyir. Cinayət işinin İ cildinin 167-168-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış DİN-in BDYPİ-nin Lənkəran RQİ və RBŞ-dən daxil olmuş cavab məktubundan görünür ki, Şahid13 mülkiyyətində olan “Nissan-Altima” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlakın müvəqqəti olaraq bələdiyyənin istifadəsinə götürülməsinə dair müqavilə əsasında nəqliyyat vasitəsi xx.xx.2000-ci il tarixdə X31imtahan və texniki baxış şöbəsində müvəqqəti olaraq Lənkəran rayonunun Lənkəran bələdiyyəsinin istifadəsinə verilmiş və xx.xx.2023-cü il tarixdə yenidən mülkiyyətçi Şahid13 mülkiyyətinə qaytarılmışdır. Cinayət işinin İ cildinin 203-206-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran rayon Qeydiyyat şöbəsindən daxil olmuş 11 iyul 2023-cü il tarixli 3-16-5/8-10-1184/2023 saylı cavab məktubu və ona əlavə eidlmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2006-cı ildə Şahid13 ilə rəsmi nikaha daxil olmuşdur. Cinayət işinin İ cildinin 232-239-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 4(049)- 203/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs haqqında vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cildinin 256-260-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran Regional Ədliyyə İdarəsindən daxil olmuş 14 iyul 2023-cü il tarixli 3-16-28/02/127 saylı cavab məktubu və ona əlavə edilmiş 13 iyul 2023-cü il tarixli 14 saylı iclas qərarından görünür ki, bələdiyyə üzvlərinin səs çoxluğu ilə Təqsirləndirilən şəxs bələdiyyə sədirliyi vəzifəsindən azad edilərək vəzifəsinə xitam verilmişdir. Cinayət işinin İ cildinin 171-177-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının 02 iyun 2023-cü il tarixli 4/727-5/616 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2023-cü il tarixli 228/4 nömrəli “Arayış”ın aşağı hissəsində “Lənkəran Bələdiyyəsinin sədri:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X12 adından olan “Ölüm haqqında məlumat”da olan əlyazmalar və “Həkim” qrafasında olan imza (Şöbə vəya məntəqə müdiri qrafasındakı yazılardan başqa) X46 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X12 adından olan “Ölüm haqqında məlumat”ın aşağı hissəsində “Ölüm tarixinin təsdiq edən yaxın qohumların birinin A.S.A və imzası” qrafasında olan imza Şahid1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X12 adından olan “Ölüm haqqında məlumat”ın aşağı hissəsində “Şöbə və ya məntəqə müdiri” qrafasında olan yazılar və həmin yazıların qarşısında olan imza X8 tərəfindən icra olunmuşdur. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 228/4 nömrəli “Arayış”ın, xx.xx.2023-cü il tarixdə ölməsi yazılmış, tarixi və qeydiyyat nömrəsi olmayan “Ölüm haqqında məlumat”ın üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli 228/4 nömrəli “Arayış”ın üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ Zərərçəkmiş şəxs” məzmunlu və xx.xx.2023-cü il tarixdə ölməsi yazılmış, tarixi və qeydiyyat nömrəsi olmayan “Ölüm haqqında məlumat”ın üzərində olan “TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİ İDARƏETMƏ BİRLİYİ LƏNKƏRAN RAYON MƏRKƏZİ XƏSTƏXANASİ “PUBLİK HÜQUQİ ŞƏXSİ 2 SAYLİ AİLƏ SAĞLAMLİQ MƏRKƏZİ” məzmunlu möhür əksləri eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Cinayət işinin İ cildinin 23-cü vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran rayonunun Lənkəran bələdiyyəsindən verilmiş 16 mart 2023-cü il tarixli 228/4 nömrəli arayışın məzmununda göstərilmişdir: “Verilir Lənkəran şəhər sakini X20 ondan ötrü ki, onun anası xx.xx.1932-ci il təvəllüdlü X35 xx.xx.2023-cü il tarixində Lənkəran şəhər “Böyük bazar” qəbirstanlığında dəfn olunmuşdur. Arayış Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzinə təqdim etmək üçün verilir”. Cinayət işinin İ cildinin 27-31-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran rayon qeydiyyat şöbəsindən verilmiş 17 mart 2023-cü il tarixli AZ-İİ 343616 №-li “ölüm haqqında şəhadətnamə” adlı sənədin məzmununda göstərilmişdir ki, X35 06 mart 2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin mart ayının 17-si günündə 295 nömrə ilə qeyd edilmişdir. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş 17 mart 2023-cü il tarixli “ölüm haqqında akt qeydi” adlı sənədi surətindən görünür ki, həmin sənəddə X12 06 mart 2023cü ildə ölüm tarixinə dair məlumatları verən şəxsin Şahid1 olduğu göstərilmiş və sənəd sonuncu tərəfindən imzalanmışdır. Cinayət işinin Vİİİ cildinin 205-209-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış məhkəmə xətşünalıq ekspertizasının 29 sentyabr 2023-cü il tarixli 4/1526 saylı rəyindən görünür ki, 1) 23 sentyabr 2022-ci il tarixli 01 nömrəli qəbul aktında (İV cild səhv 134) və həmin tarixli 01 nömrəli sifariş müqaviləsində (İV cild səhv 135) “Şahid15” soyadı-Şahid15 tərəfindən icra edilmişdir. 2) 29 oktyabr 2021-ci il tarixli 34 saylı kassa məxaric orderində (İİİ cild səhv 334) “Alanın imzası” qrafasındakı imza, 15 oktyabr 2021-ci il tarixli sifariş müqaviləsində (İİİ cild səhv 335) “İcraçı” qrafasındakı imza, 29 oktyabr 2021-ci il tarixli qəbul aktında (İİİ cild səhv 336) “Təhvil verdi” qrafasındakı imza Şahid7 tərəfindən icra edilmişdir. 3) 27 fevral 2020-ci il tarixli 07 saylı kassa məxaric orderində (İİİ cild səhv 19) “Alan şəxs” qrafasındakı imza, 27 fevral 2020-ci il tarixli 01 saylı qəbul aktında (İİİ cild səhv 21) “Təhvil verdi” qrafasındakı imza Şahid17 tərəfindən icra edilmişdir. 4) 19 avqust 2020-ci il tarixli 27 saylı kassa məxaric orderində (İİİ cild səhv 96) “Alan şəxs” qrafasındakı imza, 31 avqust 2020-ci il tarixli 28 saylı kassa məxaric orderində (İİİ cild səhv 97) “Alan şəxs” qrafasındakı imza Şahid18 tərəfindən icra edilmişdir. 5) xx.xx.2020-ci il tarixli 02 saylı tarixli kassa məxaric orderində(İİİ cild səhv 08), xx.xx.2020ci il tarixli tarixli 04 nömrəli kassa məxaric orderində (İİİ cild səhv 11), xx.xx.2020-ci il tarixli 05 saylı kassa məxaric orderində(İİİ cild səhv 13), xx.xx.2020-ci il tarixli 15 saylı kassa məxaric orderində (İİİ cild səhv 42), xx.xx.2020-ci il tarixli tarixli 12 saylı kassa məxaric orderində(İİİ cild səhv 49), xx.xx.2020-ci il tarixli 10 saylı kassa məxaric orderində (İİİ cild səhv 36), xx.xx.2020-ci il tarixli 09 saylı kassa məxaric orderində (İİİ cild səhv 34), xx.xx.2020-ci il tarixli 08 saylı kassa məxaric orderində(İİİ cild səhv 32), xx.xx.2020-ci il tarixli 20 saylı kassa məxaric orderində (İİİ cild səhv 64), xx.xx.2020 tarixli 21 saylı kassa məxaric orderində(İİİ cild səhv 67), xx.xx.2020-ci il tarixli 26 saylı kassa məxaric orderində (İİİ cild səhv 86), 24 iyul 2020-ci il tarixli 25 saylı kassa məxaric orderində(İİİ cild səhv 81) “İmza” qarafasındakı imzalar Şahid10 tərəfindən icra edilmişdir. 6) xx.xx.2021-ci il tarixli 01 saylı kassa məxaric orderində(İİİ cild səhv 184), xx.xx.2021-ci il tarixli 07 saylı kassa məxaric orderində (İİİ cild səhv 200), xx.xx.2021-ci il tarixli 08 saylı kassa məxaric orderində (İİİ cild səhv 202), xx.xx.2021-ci il tarixli 12 saylı kassa məxaric orderində (İİİ cild səhv 225), xx.xx.2021-ci il tarixli 15 saylı kassa məxaric orderində(İİİ cild səhv 240), xx.xx.2021-ci il tarixli 16 saylı kassa məxaric orderində (İİİ cild səhv 242), xx.xx.2021-ci il tarixli 19 saylı kassa məxaric orderində (İİİ cild səhv 260), xx.xx.2021-ci il tarixli tarixli 20 saylı kassa məxaric orderində (İİİ cild səhv 262), xx.xx.2021-ci il tarixli 23 saylı kassa məxaric orderində (İİİ cild səhv 287) “Alnanın imzası” qrafasındakı imzalar X6 tərəfindən icra edilmişdir. 7) xx.xx.2020-ci il tarixli 29 saylı kassa məxaric orderində (İİİ cild səhv 102), xx.xx.2022-ci il tarixli 17 saylı kassa məxaric orderində (İV cild səhv 95) “İmza” qrafasındakı imza Şahid8 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. 8) xx.xx.2022-ci il tarixli 30 saylı kassa məxaric orderində (İİİ cild səhv 105) “İmza” qrafasındakı imza X29 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. 9) 23 sentyabr 2022-ci il tarixli 23 saylı kassa məxaric orderində (İV cild səhv 129) “Alan” şəxs qrafasındakı imza Şahid15 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Cinayət işinin Vİİİ cildinin 210-214-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış məhkəmə mühasibatlıq ekspertizasının 16 oktyabr 2023-cü il tarixli, 9/6982 saylı rəyindən görünür ki, Lənkəran bələdiyyəsinin 01 yanvar 2020-ci il tarixdən 14 iyul 2023-cü il tarixədək olan dövr ərzində maliyyə-təsərrüfat fəaliyyətində 37.901,59 manat məbləğində büdcə vəsaitinin çatışmazlığı müəyyən edilir. Cinayət işinin İ cildinin 36-39-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran bələdiyyəsinin 14 yanvar 2020-ci il tarixli 02 saylı protokoluna əsasən Təqsirləndirilən şəxs səs çoxluğu ilə Lənkəran bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Cinayət işinin Vİİİ cildinin 219-223-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 13 iyul 2023-cü il tarixli 14 saylı iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs səs çoxluğu ilə bələdiyyə sədri vəzifələrinin icrasına xitam verilmiş, Nümayəndə bələdiyyə sədri seçilərək həmin tarixdə vəzifələrinin icrasına başlamışdır. Cinayət işinin İİ cildinin 3-16 və 155-157-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış audit aktından görünür ki, 2020-ci ildə bələdiyyənin ümumi gəliri 58,303.0 manat olmuş bundan 46,285.0 manat əmək haqqı və ona hesablanmış ayırmalara, 2021-ci ildə bələdiyyənin ümumi gəliri 72,578.0 manat olmuş bundan 61,670.0 manat əmək haqqı və ona hesablanmış ayırmalara, 2022-ci ildə bələdiyyənin ümumi gəliri 81,573.0 manat olmuş bunda 66,878.0 manat əmək haqqı və ona hesablanmış ayırmalara, 2023-cü ilin 4-ayında bələdiyyənin ümumi gəliri 22,138.0 manat olmuş bundan 16,793.0 manat əmək haqqı və ona hesablanmış ayırmalara, Cəmi xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə bələdiyyənin ümumi gəlir 234,592.0 manat olmuş bundan 191,626.0 manat əmək haqqı və ona hesablanmış ayırmalar təşkil etmişdir. Beləliklə bələdiyyə büdcəsində (234,592.0 X 50%)= 117,296.0 manat əmək haqqı və ona hesablanmış ayırmalar miqdarında olmalı udi, lakin faktiki bələdiyyə büdcəsindən 191,626.0 manat əmək haqqı və ona hesablanmış ayırmalara xərclənmişdir. Nəticədə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respulikasının qanunun 8.ci maddəsinin Yerli büdcənin xərcləri bölməsinin 2-ci bəndinin tələbləri pozularaq (191,626.0 – 117,296.0) =74,330.0(yetmiş dörd min üç yüz otuz) manat məbləğində bələdiyyə büdcəsinə ziyan vurulmuşdur. Bundan başqa bələdiyyə sədri qəbristanlıqlar üzrə nəzarətçi vəzifəsinə 01 dekabr 2020-ci il tarixdən Şahid13 təyin etmişdir. Şahid13 bələdiyyə sədrinin əridir. ”Bələdiyyə Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 5-3 maddəsinin Bələdiyyə qulluğuna qəbulla bağlı məhdudiyyətlərə əsasən bələdiyyənin sədri, bələdiyyə sədrinin müavinləri və bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi bələdiyyə qulluqçusu ilə qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları,bacıları,övladları) əlaqəsi olduqda bələdiyyə qulluğuna qəbul edilə bilməzlər. Bu qanuna əsasən bələdiyyə sədri ərini öz nəzarəti altında işə “Qəbristanlar üzrə nəzarətçi” vəzifəsinə təyin etdiyinə görə 01 dekabr 2020-ci il tarixdən 05 may 2023-cü il tarixə “Bələdiyyə Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 5-3 maddəsinin tələbləri pozularaq bələdiyyə sədrinin əri Şahid13 11,078.(on bir min yetmiş səkkiz) manat 10 qəpik məbləğində əmək haqqı ödənilərək bələdiyyə büdcəsinə ziyan vurulmuşdur. Audit yoxlaması zamanı müəyyən edilmişdir ki, 02 iyun 2022-ci ildə bələdiyyə sədrinin bələdiyyə iclası protokolu qərarı, ”Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasını Qanunun 5-1 və 5-2 maddəsinə əsasən müsabiqə komisiyasının qərarı olmadan tək başına maliyyə pozuntusu edərək 04 və 05 nömrəli əmrləri ilə bələdiyyə qulluğuna Şahid14 baş mühasib vəzifəsinə və Şahid16 kadr işləri üzrə inspekor vəzifəsinə təyin edilmişlər. 01 avqust 2022-ci il tarixdən Şahid16 vergi və rüsum şöbəsində vergi inspektoru vəzifəsinə keçirilmişdir. Şahid14 bələdiyyədə əmək funksiyalarını icra etmədən, işə gəlmədən ona 1003 (bir min üç) manat əmək haqqı ödənilmişdir. Şahid14 17 avqust 2022-ci il tarixdə işdən çıxması 08 saylı əmrlə rəsmiləşdirilmişdir. Şahid16 xx.xx.2023-cü ildə 02 saylı əmrlə işdən çıxması rəsmilədirilməsinə baxmayaraq ona 01 may 2023-cü il tarixə kimi əmək haqqı ödənilmişdir.bələdiyyədə əmək funksiyalarını icra etmədən, işə gəlmədən ona 4659(dörd min altı yüz əlli doqquz) manat əmək haqqı ödənilmiş və halhazıra kimi də əmək haqqı cədvəllərində adı keçir. Bu iki nəfərə qanunsuz ödənilmiş əmək haqqına görə bələdiyyə büdcəsinə 5662.0(beş min altı yüz altmış iki)manat məbləğində ziyan vurulmuşdur. Audit materiallarına əlavə edilmiş səndədlərdən görünür ki, Şahid16 14 iyul 2023-cü il tarixədək 250,59 manat əməkhaqqı ödənilmişdir. Bundan başqa “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respulikasının qanunun 4-cü maddəsinin 4-cü bəndinə əsasən büdcə ili yanvarın 1-də başlanır və dekabrın 31-də qurtarır eləcədə 13-cü maddənin 1-ci bəndində göstərilir ki, yeli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorlar cəlb edir. Bu qanuna əsasən yəni bələdiyyənin büdcə ilinin sonuna heç bir hüquqi şəxslərə və fiziki şəxslərə kreditor borcu olmamalıdır. Buna baxmayaraq xx.xx.2020-ci il tarixə bələdiyyənin DSMF-yə 10618.16 manat borcu olmuş xx.xx.2020-ci il tarixdə 7410.0 manat və xx.xx.2020-ci il tarixdə 3260.0 manat, cəmi 10670.0manat bələdiyyənin Kapital bank Lənkəran filialındakı hesablaşma hesabına DSMF-yə olan borcun bağlanmasına görə ianə ödənilmişdir. Aparılmış yoxlamada bələdiyyənin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə bələdiyyədə aparılmış kassa əməliyyatları araşdırılarkən aşkar edildi ki, 28 dekabr 2022-ci il tarixli bələdiyyə iclası protokoluna əsasən “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il munasibəti ilə 7 nəfər bələdiyyə qulluqçularına 1. X17 400.0 manat, 2. X22 400.0 manat, 3. X36 400.0 manat, 4. X2 400.0 manat, 5. X30 400.0 manat (bələdiyyədə əmək funksiyalarını icra etməyən), 6. X7 400.0 manat, 7. Şahid2 400.0 manat məbləğində yardım edilməsi üçün büdcədən 2800.0 (iki min səkkiz yüz) manat vəsaitin ayrılması barədə qərar qəbul edilmiş və 29 dekabr 2022-ci il tarixdə yardım əmək haqqı kartlarına yuklənmişdir. Bundan başqa bələdiyyə ərazisində yaşayan vergi ödəyicisi Şahid8 xx.xx.2020-ci il tarixdə hökumət portalında bələdiyyənin hesablaşma hesabına 178.0 manat torpaq, 58.0 manat əmlak vergisi ödəmişdir. Lakin kodsuz hesaba köçürülmüş vergi rüsumu adı ilə vergi ödəyicisi Şahid8 236.0 manat guya geri qaytarılmışdır. Belə bu hal ikinci dəfə təkrar olunaraq xx.xx.2022-ci il tarıxdə Şahid8 bələdiyyənin hesablaşma hesabına 177.0 manat torpaq və 7.0 manat əmlak vergisi ödəmiş, lakin bələdiyyə sədri Təqsirləndirilən şəxs kodsuz hesaba köçürülmüş vergi rüsumu geri Şahid8 xx.xx.2022-ci il tarixdə 184.0 manat kassa məxaric orderi vasitəsi ilə geri qaytarılmış, lakin qaytarılmış nağd pulu Şahid8 ödəmək əvəzinə özu imza etmişdir. Auditə vergi ödəyicisi Şahid8 dəvət edilmiş o, izahatı ilə bildirdi ki, vergini ödəsə də, bələdiyyədən geri pul vəsaitini almamış, bələdiyyənin məxaric orderdəki imza da ona məxsus deyildir. Vergi ödəyicisi X29 xx.xx.2020-ci il tarixdə hökumət portalında bələdiyyənin hesablaşma hesabına 2.20 manat torpaq və 44.80 manat əmlak vergisi ödəmiş, ödədiyi qəbzləri bələdiyyəyə göstərmişdir. Lakin bələdiyyə sədri Təqsirləndirilən şəxs kodsuz hesaba köçürülmüş vergi rüsumu geri X18 47.0 manat qaytarılmışdır. Aparılmış yoxlamada aşkar edildi ki, ödənilmiş vergilər düzgün köçürülmüş, lakin bələdiyyənin qeyri rəsmi maliyyə nəzarətçisi Mais İbrahimov tərəfindən saxta sənəd tərtib etməklə bələdiyyə büdcəsindən üç halda 467 (dörd yüz altmış yeddi) manat ziyan vurulmuşdur. Yoxlamada aşkar edildi ki, auditi əhatə edən dövr ərzində bələdiyyənin kassasından minik maşınına görə yanacaq, texniki-təmir, icbari sığorta kimi xərclər çəkilmişdir. Lakin bələdiyyənin xx.xx.2020-ci il tarixə balasında minik maşını olmamışdır. Yoxlamanı əhatə edən dövr ərzində bələdiyyə minik maşını almamış və heç bir fiziki və hüquqi şəxslə bələdiyyənin istifadəsi üçün qanunu icarə müqaviləsi olmamışdır. Beləliklə yoxlamanı əhatə etdiyi dövr ərzində kassadan məxaric orderləri vasitəsi ilə 2020-ci ildə 195.0 manat, 2021-ci ildə 1218.0 manat, 2022-ci ildə 2319.0 manat və 2023-cü ilin 4ayında bələdiyyənin poçtada olan hesablaşma hesabından yanvar-fevral-mart aylarında bələdiyyənin sədri tərəfindən özünün əmək haqqı kartı hesabına 450.0 manat, cəmi 4182 (dörd min bir yüz səksən iki) manat bələdiyyə büdcəsinə ziyan vurulmuşdur. Yoxlamada aşkar edidi ki, bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində dövlət qeydiyyatına alınır. Mülkiyyət qeydiyyata alınan zaman həmin torpaq sahəsini alan vətəndaş tərəfindən dövlət rüsumu ödənilir. Belə ki, yanvar-fevral aylarında bələdiyyə mülkiyyətinə alınan torpaqlara görə vətəndaşlar tərəfindən Reyestr xidmətinə Milli ÖN ödəmə portalı vasitəsi ilə 980.0 manat ödənilməsi qəbzləri olmuş, Bələdiyyənin sədri Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə öz əmək haqqı kartına Poçtada olan hesablaşma hesabından 1201.0(bir min iki yüz bir) manat köçurməklə nağdlaşdıraraq bələdiyyə büdcəsinə 1201 (min iki yüz bir) ziyan vurulmuşdur. 16 dekabr 2016-cı il tarixli “Nağdsız hesablaşmalar haqqında” Qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzləşməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir. Qanunu 3-cü maddəsinin Nağdsız qaydada həyata keçirilən hesablaşmaların 3.4.4. bəndinə əsasən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar nağdsız qaydada aparılmalıdır. Bələdiyyə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində kassa vasitəsi ilə nağd pul əməliyyatları aparmışdır. Belə ki, 2020-ci il üzrə: 1.-fevral ayında bələdiyyənin kassasına bələdiyyə işçilərinin adına artıq əmək haqqı yazılmaqla və onların kart hesabına köçürülmüş üç halda cəmi 1209,0 manat pul vəsaiti guya artıq ödənilmiş əmək haqqının geri qaytarılması adı ilə nağdlaşdırılaraq kassaya mədaxil edilmişdir. Həmin 1209,0 manat mədaxil edilmiş pul vəsaitindən bələdiyyə abadlıq, təmir tikinti işləri ilə əlaqədar 27 fevral 2020-ci ildə idarə binasını təmirinə görə bələdiyyənin kassa məxaric orderinə əsasən 824.0 manat almağına imza etmiş Şahid17 auditə dəvət edilmiş ona hansı miqdarda zəhmət haqqı verildiyini soruşduq o isə ona cəmi 440.0 manat veridiyini bildirdi. Kassa məxaric orderi ona göstərildikdə mən ona imza etdikdə orda hansı miqdarda pulun olmasını bilməmişəm ona görə ki, savadım yoxdur. Bu kağızlara nə üçün imza edirəm sualına Zaur adlı oğlan sənə verilmiş zəhmət haqqını rəsmiləşdirmişik. Ondan izahat alındı 824.0 manat pul almadığını cəmi 440.0 manat ona əlbəl verildiyini imzası ilə təsdiq etdi. Beləliklə bələdiyyə sədri sənədləri saxtalaşdırmaqla bələdiyyə büdcəsindən 824.0(səkkiz yüz iyirmi dörd) manat nağd pul vəsaiti, mal-material və dəftərxana ləvazimatın alınmasına görə 155.0 manat,cəmi 979 manat qanunsuz silinmişdir. 2.-mart ayında bələdiyyənin kassasına bələdiyyə işçilərinin adına artıq əmək haqqı yazılmaqla və onların kart hesabına köçürülmüş 4 halda cəmi 1835,0 manat pul vəsaiti guya artıq ödənilmiş əmək haqqının geri qaytarılması adı ilə nağdlaşdırılaraq kassaya mədaxil edilmişdir. Həmin vəsaitdən mal material və dəftərxana ləvazimatlarının alınmasına cəmi 1549 manat pul vəsaiti qanunsuz silinmişdir. 3.-iyun ayında bələdiyyənin kassasına bələdiyyə işçilərinin adına artıq əmək haqqı yazılmaqla və onların kart hesabına köçürülmüş 2 halda cəmi 624,0 manat pul vəsaiti guya artıq ödənilmiş əmək haqqının geri qaytarılması adı ilə nağdlaşdırılaraq kassaya mədaxil edilmişdir. Həmin vəsaitdən mal material və dəftərxana ləvazimatlarının alınmasına cəmi 555 manat pul vəsaiti qanunsuz silinmişdir. 4.-iyul ayında bələdiyyənin kassasına bələdiyyə işçisinin adına artıq əmək haqqı yazılmaqla və onun kart hesabına köçürülmüş 1 halda cəmi 251,0 manat pul vəsaiti guya artıq ödənilmiş əmək haqqının geri qaytarılması adı ilə nağdlaşdırılaraq kassaya mədaxil edilmişdir. Həmin vəsaitdən mal material və dəftərxana ləvazimatlarının alınmasına cəmi 88 manat pul vəsaiti qanunsuz silinmişdir. 5.-avqust ayinda bələdiyyənin kassasına bələdiyyənin hesablaşma hesabından çek vasitəsi ilə 2090.0 manat pul vəsaiti nağdlaşdırılaraq mədaxil edilmişdir. Bələdiyyənin 19 avqust 2020-ci və 31 avqust 2020-ci il tarixlərdə bələdiyyənin kassa məxaric orderləri vasitəsi ilə şəhərin Şəhidlər Xiyabanı küçəsində küçə divarlarının rənglənlənməsindən ötrü Şahid18 iki halda 2090.0 manat nağd pul vəsatin alındığı göstərilir. Şahid18 auditə dəvət edildi izahat verdi ki, ona 2090.0 manat verilmədiyi kassa məxaric orderində pul məbləği olmadan ona imza etdirilmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən kassa məxaric orderi saxtalaşdırılmaqla bələdiyyə büdcəsindən 2090 (iki min doxsan) manat ziyan vurulmuşdur. 5.-oktyabr ayında bələdiyyə kassasına Poçt şöbəsində olan hesablaşma hesabından 4 halda çek vasitəsi ilə alınmış 1360,0 manat pul vəsaiti mədaxil edilmişdir. Həmin vəsaitdən mal material və dəftərxana ləvazimatlarının alınmasına cəmi 670 manat pul vəsaiti qanunsuz silinmişdir. 6.-noyabr ayında bələdiyyənin kassasına bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən müvəqqəti maliyyə yardımı adı ilə 1 halda cəmi 215,0 manat və bələdiyyə işçilərinin adına artıq əmək haqqı yazılmaqla və onların kart hesabına köçürülmüş 2 halda 113,13 manat pul vəsaiti guya artıq ödənilmiş əmək haqqının geri qaytarılması adı ilə nağdlaşdırılaraq kassaya cəmi 328.0 manat mədaxil edilmişdir.Həmin vəsaitdən dəftərxana ləvazimatı alınmasına 62,0 manat, cəmi 62 manat qanunsuz silinmişdir. 7.- dekabr ayında bələdiyyənin kassasına bələdiyyə işçilərinin adına artıq əmək haqqı yazılmaqla və onların kart hesabına köçürülmüş 3 halda cəmi 533,50 manat pul vəsaiti guya artıq ödənilmiş əmək haqqının geri qaytarılması adı ilə nağdlaşdırılaraq kassaya mədaxil edilmişdir. Həmin vəsaitdən dəftərxana ləvazimatlarının alınmasına 33 manat qanunsuz silinmişdir. 2020-ci il ərzində 6026 (altı min iyirmi altı) manat bələdiyyə büdcəsinə ziyan vurulmuşdur. 2021-ci il üzrə: 1.-yanvar ayında bələdiyyənin kassasına bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən müvəqqəti maliyyə yardımı adı ilə 2 halda cəmi 621,0 manat nağd pul vəsaiti mədaxil edilmişdir.Maliyyə yardımı adı ilə madaxilə alınmış və məxaricə verilmiş sənədlər saxtalaşdırılmışdır. 2.-fevral ayında bələdiyyənin kassasına bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən müvəqqəti maliyyə yardımı adı ilə 2 halda cəmi 972,0 manat nağd pul vəsaiti mədaxil edilmişdir. Maliyyə yardımı adı ilə madaxilə alınmış və məxaricə verilmiş sənədlər saxtalaşdırılmışdır. 3.-mart ayında bələdiyyənin kassasına bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən müvəqqəti maliyyə yardımı adı ilə 3 halda cəmi 1155,0 manat nağd pul vəsaiti mədaxil edilmişdir. Maliyyə yardımı adı ilə madaxilə alınmış və məxaricə verilmiş sənədlər saxtalaşdırılmışdır. 4.-aprel ayında bələdiyyənin kassasına bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən müvəqqəti maliyyə yardımı adı ilə 2 halda cəmi 310,0 manat nağd pul vəsaiti mədaxil edilmişdir. Maliyyə yardımı adı ilə madaxilə alınmış və məxaricə verilmiş sənədlər saxtalaşdırılmışdır. 5.-may ayında bələdiyyənin kassasına bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən müvəqqəti maliyyə yardımı adı ilə 2 halda cəmi 215,0 manat nağd pul vəsaiti mədaxil edilmişdir. 6.-iyun ayında bələdiyyənin kassasına bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən müvəqqəti maliyyə yardımı adı ilə 2 halda cəmi 750,0 manat nağd pul vəsaiti mədaxil edilmişdir. 7.-avqust ayında bələdiyyənin kassasına bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən müvəqqəti maliyyə yardımı adı ilə 1 halda cəmi 150,0 manat nağd pul vəsaiti mədaxil edilmişdir. 8.-sentyabr ayında bələdiyyənin poçt şöbəsində olan hesablaşma hesabından çek vasitəsi ilə 700,0 manat pul vəsaiti nağdlaşdırılaraq kassaya mədaxil edilmişdir. Həmin vəsaitdən mal material və dəftərxana ləvazimatlarının alınmasına cəmi 340,0 manat qanunsuz silinmişdir 9.-oktyabr ayında bələdiyyənin poçt şöbəsində olan hesablaşma hesabından çek vasitəsi ilə 2300,0 manat pul vəsaiti nağdlaşdırılaraq kassaya mədaxil edilmişdir.Həmən vəsaitdən Bələdiyyənin 29 oktyabr 2021-ci il tarixli kassa məxaric orderi vasitəsi ilə Böyük bazar və Kiçik bazar qəbristanlıqlarının təmir işləri, mal material almaqlarına görə Şahid7 1876,0 manat nağd pul vəsaiti ödənilmişdir. Sənədlər araşdırılarkın aşkar edildi ki, bələdiyyənin sifariş müqaviləsini işlərin təhvil təslim verilməsi 2 nömrəli qəbul aktını, bələdiyyə ilə heç bir əlaqəsi olmayan bələdiyyə qulluqşusu kimi rəsmiləşməmiş “Sultan Saray” şadlıq evinin nəzarətçisi X23 tərəfindən tərtib edilmişdir. İşgörən Şahid7 auditə dəvət edilmiş, yuxarıda göstərilmiş sənədlər ona təqdim olunmuş, o heç bir qəbristanlıqda işləməmişəm, 1876,0 manat nağd pul vəsaitini də almamışam. Sənədlərə isə bələdiyyənin sədrinin əri Şahid13 mənə təqdim etmiş, orada nə qədər pul vəsaitinin yazıldığını bilmirəm, çünki savadsızam, lakin əvəzində mənə 200,0 manat nağd pul vəsaiti vermişdir. 1876,0 manat nağd pul vəsaiti mənə verilməmişdir. Beləliklə sənədlərin saxtalaşdırılması hesabına bələdiyyə büdcəsindən 1876 (bir min səkkiz yüz yetmiş altı)manat ziyan vurulmuşdur. 10.-noyabr ayında kassa mədaxili olmamış, qalıq qalmış 535,86 manat pul vəsaitindən Təqsirləndirilən şəxs avansın geri qaytarılmasına 260,0 manat və dəftərxana ləvazimatlarının alınmasına 92,0 manat, cəmi 352,0 manat qanunsuz silinmişdir. 2021-ci il ərzində Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələbləri bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən kobudcasına pozularaq bələdiyyənin güya ehtiyacları olduğuna bələdiyyə iclaslarınin qərarları olmadan əmtəəsiz yəni nağd pul vəsaiti ortada olmadan öz adından 4172,0 manat kassaya maliyyə yardımı(avans) şəklində mədaxil orderlərin tərtib etmiş,bələdiyyə erazisində abadlıq işləri görülmədən,mağazalardan saxta qəbzlər yığmaqla, verilmiş avansın(yardımın) müəyyən hissəsini geri qaytarlması kimi saxta məxaric sənədlərin tərtib etmişdir. Faktiki bələdiyyə il ərzində Lənkəran rayon Poçta şöbəsində olan hesablaşma hesabından çek vasitəsi ilə nağdlaşdırılaraq alınmış 3000,0 manat nağd pul vəsaitini olmuşdur.Yoxlamada aşkar edildi ki, süni yaradılmış 4172.0 manat maliyyə yardımı məqsədi bələdiyyə büdcəsinə daxil olacaq nağd pul vəsaitin mənimsənilməsi məqsədi üçün baza yaradılması olmuş və il ərzində kassaya həqiqi daxil edilmiş 3000.0 manat nağd pulun fırıldağ yolu bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş saxta sənədlər vasitəsi ilə mənimsəmiş və büdcəyə 3000.0(üç min) manat ziyan vurulmuşdur. 2022-ci il üzrə: 1.-yanvar ayında bələdiyyənin poçt şöbəsində olan hesablaşma hesabından çek vasitəsi ilə 500,0 manat pul vəsaiti nağdlaşdırılaraq kassaya mədaxil edilmişdir. Həmin vəsaitdən 194 manat dəftərxana ləvazimatlarının alınmasına qanunsuz silinmişdir 2.-mart ayında bələdiyyənin poçt şöbəsində olan hesablaşma hesabından çek vasitəsi ilə 600,0 manat pul vəsaiti nağdlaşdırılaraq kassaya mədaxil edilmişdir. Həmin vəsaitdən 197,0 manat dəftərxana ləvazimatlarının alınmasına qanunsuz silinmişdir 3.-iyul ayında bələdiyyənin poçt şöbəsində olan hesablaşma hesabından çek vasitəsi ilə 1200,0 manat pul vəsaiti nağdlaşdırılaraq kassaya mədaxil edilmişdir. Həmin vəsaitdən 93,0 manat və avqust ayında 92,0 manat, cəmi 185 manat dəftərxana ləvazimatlarının alınmasına qanunsuz silinmişdir 4.-sentyabr ayında bələdiyyənin poçt şöbəsində olan hesablaşma hesabından çek vasitəsi ilə 2 halda cəmi 2500,0 manat pul vəsaiti nağdlaşdırılaraq və Təqsirləndirilən şəxs trəfindən təsərrüfat xərcləri üçün 127,0 manat maliyyə yardımı cəmi 2627,0 manat pul vəsaiti kassaya mədaxil edilmişdir. Bələdiyyənin 23 sentyabr 2022-ci il il tarixli kassa məxarıc orderi ilə Şahid15 abadlıqla əlaqədar yerinə yetirilmiş işlərə görə 2000.0 manat nağd pul vəsaiti ödəniməsi göstərilmişdir.Sənədlərin araşdırılmasından aşkar edildi ki ,aparılacaq abadlıq işlərindən ötrü 05 sentyabr 2022-ci il tarixli qüsur aktı tərtib edilmiş Qüsur aktını tərtib edən bələdiyyə ilə heç rəsmi bağlantısı olmayan, ixtisasca mühasib olan X56, qüsur aktında Özunu inşaatçı mütəxəssis kimi təqdim etmiş, iş görənlə sifariş müqaviləsi bağlanması, müqaviləni öz əl xətti ilə yazmış təhvil təslim aktı olaraq 2nömrəli formanı da əsassız ağlına gələn qiymətləri yazmaqla sənədləşdirmişdir .Auditə Şahid15 dəvət edilmiş və o təsdiq etdi ki, məxaric orderində 2000.0 manat nağd pulun alınmasına imza onun deyildir və həmən pulu almamışam. Beləliklə bələdiyyə sədri Təqsirləndirilən şəxs, T.Babayevin və Mais İbrahimovun köməyi ilə bələdiyyə büdcəsindən 2000.0(iki min) manat nağd pulu vəsaiti mənimsəmişdir. Bundan başqa mədaxil olunmuş vəsaitdən 320,0 manat mal materialların alınmasına, 97,0 manat dəftərxana ləvazimatlarının alınmasına cəmi 2417 manat qanunsuz silinmişdir. 5.-oktyabr ayında bələdiyyənin poçt şöbəsində olan hesablaşma hesabından çek vasitəsi ilə 3 halda cəmi 1633,0 manat pul vəsaiti nağdlaşdırılaraq kassaya mədaxil edilmişdir. Həmin vəsaitdən dəftərxana ləvazimatlarının alınmasına 100 manat qanunsuz silinmişdir 6.-noyabr ayında bələdiyyənin poçt şöbəsində olan hesablaşma hesabından çek vasitəsi ilə 435,0 manat pul vəsaiti nağdlaşdırılaraq kassaya mədaxil edilmişdir. Həmin vəsaitdən 200 manat konvert alınmasına qanunsuz silinmişdir 7.-dekabr ayında bələdiyyənin poçt şöbəsində olan hesablaşma hesabından çek vasitəsi ilə 2 halda cəmi 2297,0 manat pul vəsaiti nağdlaşdırılaraq kassaya mədaxil edilmişdir. Həmin vəsaitdən dəftərxana ləvazimatlarının alınmasına 230,0 manat, mal materialların alınmasına 591,50 manat, ezamiyyət xərclərinə 246,0 manat, cəmi 1067,50 manat qanunsuz silinmişdir 2022-ci il ərzində ərzində bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən maliyyə yardımı adı ilə 127,0 manat və poçt şöbəsində olan hesablaşma hesabından çek vasitəsi ilə nağdlaşdırılaraq alınmış 9165,0 manat, cəmi 9292,0 manat pul vəsaiti kassaya mədaxil edilmişdir. Həmin pul vəsaitindən mal material alınmasına 911,0 manat, dəftərxana ləvazimatlarının alınmasına 1003,0 manat, konvert alınmasına 200,0 manat, abadlıq işinə 2000.0 manat, ezamiyyət xərclərinə 246,0 manat cəmi 4360,0 manat qanunsuz silinmişdir. Beləliklə 4360.0(dörd min üç yüz altmış) manat büdcəyə ziyan vurulmuşdur. 2023-ci ilin 4 ayı üzrə: -2023-cü ilin yanvar, fevral mart aylarında bələdiyyənin poçt şöbəsində olan hesablaşma hesabından çek vasitəsi ilə hər ay 300,0 manat olmaqla cəmi 900,0 manat pul vəsaiti nağdlaşdırılaraq kassaya mədaxiı edilmiş və hər ay dəftərxana ləvazimatının alınmasına 300,0 manat olmaqla cəmi 900,0 manat pul vəsaiti qanunsuz olaraq silinmişdir.Beləliklə 900.0(doqquz yüz)manat büdcəyə ziyan vurulmuşdur. Yekun olaraq xx.xx.2020-ciil tarixdən xx.xx.2023-cü il tarixə kimi bələdiyyənin kassasından mal material alınması kimi xərclərə,dəftərxana ləvazimatı alınması xəclərinə,abadlıq işləri görülməsi xərclərinə, süni yaradılmış maliyyə yardımı kimi(avans)xərclərinə və digər xərclərə heç bir təsdiq edici sənəd olmadan marketlərdən yığılmış kassa çeklərinə istinad etməklə saxta əməliyyatlar aparılmışdır. Bundan əlavə xx.xx.2016-cı il tarixli “Nağdsız hesablaşmalar haqqında”Azərbaycan Respublikasının Qanunu tələblərinə riayət etmədən bələdiyyə büdcəsinə 14286.0(on dörd min iki yüz səksən altı)manat ziyan vurulmuşdur. Beləliklə xx.xx.2020-ciil tarixdən xx.xx.2023-cü il tarixə kimi olan dövr ərzində Lənkəran bələdiyyəsi bələdiyyə büdcəsinə aşağıdakı hallar üzrə ziyan vurulmuşdur:

1. Bələdiyyə büdcəsinə artıq hesablamış əmək haqqı və ona hesablanmış məcburi dövlət sosial sığorta ayırmalarına görə bələdiyyə büdcəsinə 74,330.0 (yetmiş dörd min üç yüz otuz) manat məbləğində ziyan vurulmuşdur.

2. Bələdiyyə büdcəsindən qanunsuz verilmiş yardıma görə cəmi 4200.0 (dörd min iki yüz) manat bələdiyyə büdcəsinə ziyan vurulmuşdur. 3.Saxta sənələrlə bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən 467.0 (dörd yüz altmş yeddi) manat nağd pul vəsaitinin mənimsənilməsi.

4. Bələdiyyənin balansında və ya icarəsində olmaya minik maşınına xərc 4182.0 (dör min bir yüz səksən iki)manat bələdiyyə büdcəsinə ziyan vurulmuşdur.

5. REYESTR qəbzlərini saxtalaşdırmaq yolu Bələdiyyənin sədri Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə öz əmək haqqı kartına Poçtada olan hesablaşma hesabından 1201.0 (bir min iki yüz bir) manat köçurməklə nağdlaşdıraraq bələdiyyə büdcəsinə ziyan vurulmuşdur.

6. Mal,iş və xidmətlərin görulməsinə görə sənədlərin saxtalaçdırılması yolu ilə xx.xx.2016-cı il tarixli “Nağdsız hesablaşmalar haqqında”Azərbaycan Respublikasının Qanunu tələblərinə riayət etmədən bələdiyyə büdcəsinə ziyan vurmaqla kassadan 14286.0 (on dörd min iki yüz səksən altı) manat pul vəsaitın mənimsəmişdir. Nəticə olaraq bütün bunları əldə rəhbər tutaraq xx.xx.2020-ciil tarixdən xx.xx.2023-cü il tarixə kimi olan dövr ərzində bələdiyyə büdcəsinə (74,330.0 + 4,200.0 + 467.0 + 4,182.0 + 1,201.0 +14,286.0) = 98,666.0(doxsan səkkiz min altı yüz altmış altı) manat məbləğində ziyan vurulmuşdur. Audit aktına əlavə edilmiş 01 may 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək olan dövrdə gəlirlərin və xərclərin icrasına dair arayışdan görünür ki, bələdiyyənin ümumi gəliri 28124,59 manat olmçaqla 4111,50 manat maddi yardıma, 12267,94 manat əməkhaqqına yönəldilmişdir. Audit aktına əlavə edilmiş bələdiyyənin əməkhaqqı cədvəlindən görünür ki, 02 may 2023-cü il tarixdə Şahid16 250,29 manat, 01 may 2023-cü il tarixdən 14 iyul 2023cü il tarixdək Şahid13 1025,49 manat əmək haqqı ayrılmışdır. Bundan başqa Şahid13 379 manat maddi yardım ayrılmışdır. Cinayət işinin İ cildinin 183-185-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinin İ cildinin 163-cü vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran RİHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 may 2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007 və xx.xx.2009-cu il təvəllüdlü iki uşağı vardır. Məhkəmə araşdırması zamanı təyin edilmiş xx.xx.2024-cü il tarixli, 9/7261 nömrəli təkrar məhkəmə mühasibatlıq ekspertiza rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində fəaliyyətində 38.686,37 manat büdcə vəsaiti və mənimsəmə və ya israfetmə halı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı Lənkəran Bazar Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024cü il tarixli, 6 nömrəli məktubundan görünür ki, Şahid13 mağazada işləyərkən əmək müqaviləsi olmadan fəaliyyət göstərmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin ifadə iş materiallarında olan sübut əhəmiyyətinə malik sənədlərlə, ekspertiza rəyləri ilə də tam təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini işin məhkəmədə müəyyən olunan halları ilə üst-üstə düşməyən, əsaslı sübutlarla təkzib olunan ifadə kimi qiymətləndirərək həmin ifadəni iş üzrə sübut kimi qəbul etmir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Qanunun 8.1-ci maddəsinə əsasən yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Həmin qanunun 8.2-ci maddəsinə əsasən yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkhaqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz. Həmin qanunun 13.1-ci maddəsinə əsasən yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir. Yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir. «Bələdiyyələrin statusu haqqında» Qanunun 2.6-cı maddəsinə əsasən bələdiyyə orqanlarının vəzifəli şəxsi - yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxsdir. Həmin qanunun 25.1-ci maddəsinə əsasən bələdiyyə orqanlarında vəzifə tutan işçilər bələdiyyə qulluqçularıdır. «Bələdiyyə qulluğu haqqında» Qanunun 2-ci maddəsinə əsasən Bələdiyyə qulluqçusu - yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir. Həmin Qanunun 5-1 və 5-2 maddəsinə əsasən bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilir. Həmin qanunun 5-3-cü maddəsinə əsasən bələdiyyənin sədri, bələdiyyə sədrinin müavinləri və bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi bələdiyyə qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda bələdiyyə quluğuna qəbul edilə bilməz. «Nağdsız hesablaşmalar haqqında» Qanunun 3.4.4. bəndinə əsasən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar nağdsız qaydada aparılmalıdır. CM-nin 179.2.3 və 179.2.4-cü maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 308.1-ci maddəsinə əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda –iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 308-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:

1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;

2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;

3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;

6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;

7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən arbitrlər, xarici andlı iclasçılar CM-nin 313-cü maddəsinə əsasən, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə—min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair» Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin vəzifəli şəxs olması qeyd olunan normalar baxımından əsaslıdır. Bu hal müvafiq əmrlərlə tam təsdiq olunur. Məhkəmə, təqsirləndirilən şəxsə irəli sürülmüş CM-nin 313-cü maddəsi ilə ittihamın məhkəmə iclasında tədqiq edilmiş şahidlər Şahid1, Şahid12, xx.xx.2023-cü il tarixli məhkəmə xəttşünaslıq ekspertizası rəyi, xx.xx.2023-cü il tarixli arayış, xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamə ilə tam təsdiq edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mirzəbaba qızına CM-nin 313-cü maddəsi ilə irəli sürülümüş ittiham tam təsdiq edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə irəli sürülmüş CM-nin 308.1-ci maddəsi ilə ittihamın məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi, xx.xx.2024-cü il tarixli təkrar məhkəmə mühasibatlıq ekspertiza rəyi ilə tam təsdiq edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mirzəbaba qızına CM-nin 308.1-ci maddəsi ilə irəli sürülümüş ittiham tam təsdiq edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamı ayrı –ayrı bəndləri ilə nəzərdən keçirərək hesab edir ki, qeyd olunan ittiham məhkəmədə qismən təsdiq edilmişdir. Belə ki, təqsirləndirilən şəxsə qarşə irəli sürülmüş mənimsəmə və israfetmə cinayəti özlüyündə on bənddən ibarət olmaqla cəmi 38686,37 manat məbləğində bələdiyyə pul vəsaitinin vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edilməklə talanmasını əhatə etmişdir. Həmin epizodlardan aşağıdakı səkkiz epizod, yəni Təqsirləndirilən şəxs bələdiyyəyə mal-material və dəftərxana ləvazimatlarının alınması adı ilə Lənkəran bələdiyyəsinin kassasından məxaric edib şəxsi ehtiyaclarına sərf etdiyi cəmi 6126,43 manat, Lənkəran bələdiyyəsinin inzibati binasında təmir işlərini aparması ilə əlaqədar xidmət haqqı adı ilə sədri olduğu bələdiyyənin kassa hesabından 824 manat, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində divarların boyanması işlərini aparması ilə əlaqədar xidmət haqqı adı ilə 2090 manat, Lənkəran şəhər sakinləri olan vergi ödəyiciləri X9 və Şahid8 bələdiyyənin hesablaşma hesabına hökumət portalında ödədiyi torpaq vergisi olaraq ödədiyini cəmi 467 manat, 2021-ci ilin yanvar-avqust ayları ərzində sədri olduğu bələdiyyəyə maliyyə yardımı etməsini rəsmiləşdirib, kassaya hər hansı məbləğdə vəsait mədaxil etmədiyi halda, bələdiyyənin kassa hesabında həmin məbləğdə vəsait olduğu görüntüsünü yaratdıqdan sonra ona etibar edilmiş bələdiyyə vəsaitini 3000 manat, bacısı oğlu Şahid14 Lənkəran bələdiyyəsinə baş mühasib və tanışı Şahid16 Lənkəran bələdiyyəsinə kadr işləri üzrə inspektor vəzifəsinə müsabiqədən kənar bələdiyyə qulluğuna işə qəbul edib müddətdə işə çıxmadığı və əmək funksiyalarını icra etmədiyi halda ümumilikdə 6312,59 manat, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində divarların boyanması işlərini aparması ilə əlaqədar xidmət haqqı adı ilə 2000 manat, bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin alqı-satqısına görə dövlət rüsumu və xidmət haqqı adı ilə 1201 manat məbləğində olmaqla cəmi 22021.02 manat pul vəsaitinin vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edilməklə talanması məhkəmə iclasında tam olaraq sübuta yetirilmişdir. Belə ki, qeyd olunan hallar şahid ifadələri, məhkəmə ekspertiza rəyləri, mühasibatlıq sənədləri ilə tam təsdiq edilmişdir. Lakin qeyd olunanlarla yanaşı məhkəmədə təqsirləndirilən şəxsə mənimsəmə və israfetmə cinayəti kimi irəli sürülüm iki ittiham epizodu öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxsə yuxarıda qeyd olunan ittihamlarla yanaşı aşağıdakı iki ittiham da verilmişdir. “X68 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə sonuncunun bələdiyyədən hər ay 250-350 manat civarında əməkhaqqı almasına şərait yaratmış və 01 dekabr 2020-ci il tarixdən 05 iyul 2023-cü il tarixədək olan müddətdə X68un işə çıxmadığı və əmək funksiyalarını icra etmədiyi təqdirdə işə qəbul edildiyi 01 dekabr 2020-ci ildən 14 iyul 2023cü il tarixədək olan müddətdə Lənkəran bələdiyyəsinin mülkiyyətinin və yerli büdcəsinin idarə edilməsi və bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi sahəsində qanuni mənafelərinə mühüm ziyan vurmaqla X55 bələdiyyəsi ərazisindəki qəbirstanlıqlar üzrə təhkimçi vəzifəsini icra etmədiyi halda ona bələdiyyə büdcəsindən 12482,59 manat əməkhaqqı vəsaiti ayırmış”, bələdiyyənin heç bir hüquqi və ya fiziki şəxslə icarə müqaviləsi olmadan ərinin mülkiyyətində olan “Nissan Altima” markalı avtomobili xidməti avtomobil kimi istifadə edərək 2020-2023-cü illərdə bələdiyyə kassasından minik avtomobilinə görə yanacaq, texniki-təmir xərcləri çəkilmiş və cəmi 4182,76 manat pul vəsaitini mənimsə ittihamları da irəli sürülmüşdür. Məhkəmə, məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlara əsasən hesab edir ki, qeyd olunan iki bənd üzrə təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilməmişdir. İlk öncə qeyd edilməlidir ki, işin təkzibolunmaz halı ondan ibarətdir ki, Mirzəyeva X25 qulluğu haqqında 5-3-cü maddəsinin tələblərini (bələdiyyənin sədri, bələdiyyə sədrinin müavinləri və bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi bələdiyyə qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda bələdiyyə quluğuna qəbul edilə bilməz) pozaraq əri Şahid13 bələdiyyə ərazisində olan qəbirstanlıqlar üzrə nəzarətçi(təhkimçi) vəzifəsinə işə qəbul etmişdir. Lakin ittihamın “Şahid13 işə çıxmadığı və əmək funksiyalarını icra etmədiyi təqdirdə” nəticəsinə gəlməsi isə iş materialları tam təkzib edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 və Şahid6 ifadələrində göstərdilər ki, Şahid13 onunların müdiri olmuş, hər hansı dəfn və ya qəbir qazılması zamanı onlar Şahid13la əlaqə saxlamış və bu barədə məlumat vermişlər. Şahidlərin bu ifadələri Şahid13 mobil telefonuna edilmiş zənglərə dair çıxarışla da tam təsdiq olunur. Eyni zamanda, Şahid13 işə çıxamaqla başqa işlə məşğul olması Lənkəran Bazar Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 6 nömrəli məktubu ilə tam təkzib olunur. Göründüyü kimi, Şahid13 əmək funksiyalarını yerinə yetirməməsi ilə bağlı ittiham tərəfinin gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmə hesab edir ki, Şahid13 qanuna zidd şəkildə işə götürülməsi maddi və intizam məsuliyyətinə səbəb olsa da, həmin halla bağlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün hər hansı əsas yoxdur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan həmin bənd çıxarılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs bələdiyyənin heç bir hüquqi və ya fiziki şəxslə icarə müqaviləsi olmadan ərinin mülkiyyətində olan “Nissan Altıma” markalı avtomobili kimi istifadə edərək 4182.76 manat məbləğində mənimsəməsinə dair məhkəmə bildirir ki, hazırkı halda da mütləq qaydada müəyyən edilmişdir ki, Lənkəran rayon Lənkəran bələdiyyəsinin xidməti avtomobili yoxdur və o, da mütləq qaydada müəyyən edildi ki, Mirzəyeva X25 sədri vəzifəsinə işlədiyi müddətdə ərinə məxsus avtomobildən istifadə etmişdir. Bu istifadənin qanunsuz olması və bunun nəticəsində mənimsəmə və israfetmə cinayətini törədilməsi isə məhkəmə iclasında sübuta yetirilməmişdir. İttiham tərəfi hazırkı ittihamı irəli sürərkən avtomobilə xərclənmiş 2020-ci ildən 2023-cü ilədək olan dövr ərzindəki kassa məxaric orderlərinə əsaslanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, DİN-in BDYPİ-nin Lənkəran RQİ və RBŞ-dən daxil olmuş cavab məktubundan görünür ki, Şahid13 mülkiyyətində olan “Nissan-Altima” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlakın müvəqqəti olaraq bələdiyyənin istifadəsinə götürülməsinə dair müqavilə əsasında nəqliyyat vasitəsi xx.xx.2000-ci il tarixdə X31-imtahan və texniki baxış şöbəsində müvəqqəti olaraq Lənkəran rayonunun Lənkəran bələdiyyəsinin istifadəsinə verilmiş və xx.xx.2023-cü il tarixdə yenidən mülkiyyətçi Şahid13 mülkiyyətinə qaytarılmışdır. Bundan başqa, məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli müqavilədən də görünür ki, Şahid13 mülkiyyətində olan “Nissan-Altima” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlakın müvəqqəti olaraq Lənkəran şəhər bələdiyyəsinin istifadəsinə götürülməsinə dair Lənkəran rayon Lənkəran bələdiyyəsi ilə müqavilə imzalanmışdır. Göstərilənlərdən aydın olur ki, Şahid13 mülkiyyətində olan “Nissan-Altima” markalı **- TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Lənkəran rayon Lənkəran bələdiyyəsinin istifadəsinə verilməsi tamamilə qanuni olmuş, həmin istifadəyə vermə müvafiq dövlət orqanı olan DİN-in BDYPİ-nin Lənkəran RQİ və RBŞ-də qeydiyyata alınmışdır. Buna görə də həmin avtomobilin istismar olunmasına görə Lənkəran rayon Lənkəran bələdiyyəsinin büdcəsindən xərclənmiş vəsaitin mənimsəmə və ya israfetmə kimi qiymətləndirilməsi qanunsuz olmaqla yanaşı, həm də əsassız və məntiqsizdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan həmin bənd də çıxarılmalıdır. CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarının 37-ci bəndində göstərilir ki, Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Təqsirləndirilən şəxs Mirzəyeva X25yə mal-material və dəftərxana ləvazimatlarının alınması adı ilə Lənkəran bələdiyyəsinin kassasından məxaric edib şəxsi ehtiyaclarına sərf etdiyi cəmi 6126,43 manat, Lənkəran bələdiyyəsinin inzibati binasında təmir işlərini aparması ilə əlaqədar xidmət haqqı adı ilə sədri olduğu bələdiyyənin kassa hesabından 824 manat, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində divarların boyanması işlərini aparması ilə əlaqədar xidmət haqqı adı ilə 2090 manat, Lənkəran şəhər sakinləri olan vergi ödəyiciləri X9 və Şahid8 bələdiyyənin hesablaşma hesabına hökumət portalında ödədiyi torpaq vergisi olaraq ödədiyini cəmi 467 manat, 2021-ci ilin yanvar-avqust ayları ərzində sədri olduğu bələdiyyəyə maliyyə yardımı etməsini rəsmiləşdirib, kassaya hər hansı məbləğdə vəsait mədaxil etmədiyi halda, bələdiyyənin kassa hesabında həmin məbləğdə vəsait olduğu görüntüsünü yaratdıqdan sonra ona etibar edilmiş bələdiyyə vəsaitini 3000 manat, bacısı oğlu Şahid14 Lənkəran bələdiyyəsinə baş mühasib və tanışı Şahid16 Lənkəran bələdiyyəsinə kadr işləri üzrə inspektor vəzifəsinə müsabiqədən kənar bələdiyyə qulluğuna işə qəbul edib müddətdə işə çıxmadığı və əmək funksiyalarını icra etmədiyi halda ümumilikdə 6312,59 manat, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində divarların boyanması işlərini aparması ilə əlaqədar xidmət haqqı adı ilə 2000 manat, bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin alqı-satqısına görə dövlət rüsumu və xidmət haqqı adı ilə 1201 manat məbləğində olmaqla cəmi 22021.02 manat pul vəsaitinin vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edilməklə talanması məhkəmə iclasında sübuta yetirilmişdir və buna görə də onun əməli CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilməlidir. Şərh olunan Plenum Qərarı ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan iki bənd çıxıldıqda da onun əməlində digər cinayət əməllərinə görə CMnin 179.2.3 və 179.2.4-cü maddələrinin tərkibi olduğundan onun əməli hər hansı digər maddə ilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə, CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxslərin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliklərinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin hökmün təsviriəsaslandırıcı hissəsində qeyd edilən cinayət əməllərini törətməsi cinayət işi üzə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 179.2.3; 179.2.4, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməlidir. Lakin təqsirləndirilən şəxsə cəza yalnız CM-nin 179.2.3; 179.2.4 və 308.1-ci maddələri üzrə təyin edilməlidir. Belə ki, CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş CM-in 313-cü maddəsində nəzərdə tutulmuş əməlləri böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan və CM-in 313-cü maddəsi üzrə cinayət əməli xx.xx.2023-cü il tarixdə törədildiyində cinayət məsuliyyətinə cəlb etmə müddəti isə xx.xx.2028-ci il tarixdə başa çatdığından təqsirləndirilən şəxsin həmin maddər üzrə olan cinayət əməli CPM-in 75.1.1-ci maddəsinə müvafiq olaraq bu cinayət törədilən gündən iki il keçmişdir. CPM-nin 39.1.3-cü maddəsi belə halda cinayət təqibini istisna etdiyindən, həmin Məcəllənin 44.2.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsi ilə təqsirli bilinsə də, həmin maddə ilə ona cəza təyin edilməməlidir. Göstərilən haldan başqa, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmədə, CM-nin maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterinin, vurulmuş ziyanın miqdarını nəzərə alaraq, eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyətini diqqətə alaraq hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə CM-nin 308.1-ci maddəsi ilə cəza təyin edərkən hesab edir ki, törədilmiş cinayət sırf vəzifə cinayəti hesab edildiyindən, habelə barəsində vəzifədən kənarlaşdırma kimi əlavə qətimkan tədbiri seçmilməsi nəzərə alınaraq ona həmin maddənin sanksiyasında əsas cəza kimi nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əsas cəza kimi təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cəza təyin edərkən isə hesab edir ki, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəliliyi, habelə vurulmiş ziyanın miqdarı, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, təqsirləndirilən şəxsə CM-nin 308.1-ci maddəsi ilə əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsini ədalətli hesab etdiyindən təqsirləndirilən şəxsə həmin cəzanın təkrar əlavə cəza təyin edilməsini əsassız sayır. CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında » 25 iyun 2023-cü il tarixli Qərarının 26-cü bəndində göstərilmişdir ki, « Məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir.Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır.» Həmin Qərarının 14-cü bəndində göstərilmişdir ki, «Qanun cinayətlərin məcmusu üzrə müxtəlif növ cəzaların toplanılmasını istisna etmədiyindən, belə hallarda Cinayət Məcəlləsinin 68-ci maddəsində təsbit edilən qaydalar tətbiq edilməlidir. Cinayətlərdən birinə görə cərimə, digərinə görə daha ağır cəza növü təyin edilirsə, əgər cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayət daxildirsə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə müvafiq olaraq qəti cəza cərimə və daha ağır cəzanın tam və yaxud qismən toplanılması yolu ilə təyin edilir. Cinayətlərin məcmusu istənilən variantlarda böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdən təşkil olunursa, bu halda Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq olunur və məhkəmənin mülahizəsinə görə cəzaların, o cümlədən cərimə cəzası ilə daha ağır cəzanın tam və yaxud qismən toplanılması və ya az ciddi cəzanın (yəni, o cümlədən cərimənin) daha ciddi cəza ilə əhatə olunması üsullarından biri tətbiq edilir. Cərimə, habelə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə cəzalarının ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzaları ilə toplanılması zamanı bu cəzaların vahid cəzaya çevrilməsi mümkün olmadığından, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən həmin cəzalar (o cümlədən qəti olaraq təyin olunmuş cərimə və daha ağır cəza) müstəqil icra olunmalı, hökmün nəticəvi hissəsində buna dair müddəa əks etdirilməlidir». Həmin Qərarının 23-cü bəndində göstərilir ki, Məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. CM-nin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əsas cəza kimi hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” əsas qətimkan və “vəzifədən kənarlaşdırma” əlavə qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 627 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxsnə tərəfindən vurulmuş ziyana dair mülki iddia vermədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3; 179.2.4 308.1 və 313-cü maddələrində nəzərdə tutulan əməllərini törətməkdə təqsirli bilinərək CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 308.1-ci maddəsi ilə 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” və “vəzifədən kənarlaşdırma” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkəmə məsrəfi - 627 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Zərərçəkmiş şəxsnə vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar