Məhkəmə qərarları › İş №1(049)-60/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-60/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-60/2025 17.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə, 04 avqust 1986-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmamış, Lənkəran rayonu Şıxəkəran kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, qardaşı Zərərçəkmiş şəxs ilə 21 yanvar 2025-ci il tarixdə saat 13 radələrində Lənkəran rayonu Şıxəkəran kəndində həyətyanı sahədə şəxsi münasibətləri zəmnində, yəni sonuncunun qardaşı Təqsirləndirilən şəxs və arvadı Şahid2 təhqir etməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı qəsdən Zərərçəkmiş şəxs itələyib yerə yıxaraq başının divara dəyməsi ilə ona - sol təpə, sağ kürək nahiyələrində əzilmiş yaralardan ibarət xəsarət yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir, 2 uşaq atasıdır. Lənkəran rayonu Şıxəkəran kəndində yerləşən atası Şahid1 məxsus həyətyanı sahədə yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Həyətyanı sahədə yerləşən digər evdə qardaşı Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində ona məxsus qaz balonlarını evinin zirzəmisinə qoyub oranın girişini taxta və selofan ilə bağlamaq istəyərkən qardaşı Amid, anası Vəzifə və atası Sadavat onu görərək torpaq sahəsinin və yaşadığı evin onlara məxsus olduğunu bildirərək zirzəmini bağlamağa mane olmuşdurlar. Aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı qardaşı Amid onu və arvadı Pərvanəni təhqir etmiş, Amid onun üzərinə gedərək əlində olan dəmir dekoru baş nahiyəsinə vurmuşdur. Bundan əsəbiləşərək Amidi itələyərək yerə yıxmışdır. Yerə yıxılan zaman Amidin başı evin divarına dəyərək xəsarət almışdır. Arvadı Pərvanə onu sakitləşdirərək yaşadığı evə aparmışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirdiyini, iş üzrə zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lənkəran rayonu Şıxəkəran kəndində yerləşən atası Şahid1 məxsus həyətyanı sahədə yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Həyətyanı sahədə yerləşən digər evdə qardaşı Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşayırdır. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində özünə məxsus evin qarşısında iş görən zaman qardaşı Arifin həyətyanı sahədə yaşadığı evinin zirzəmisinin girişini bağladığını görmüşdür. Anası Şahid3 və atası Şahid1 qardaşı Arifə zirzəminin girişini bağlamamasını demişlər. Arif isə evin özünə məxsus olduğunu bildirərək mübahisə etməyə başlamışdır. Onlara yaxınlaşaraq qardaşı Arifə sakit qalmasını, valideynləri ilə mübahisə etməməsini bildirmişdir. Arif onu və ailə üzvlərini təhqir etmişdir. Arifi təhqir edərək, yaşadığı evdən çıxaraq getməsini bildirmişdir. Arifdə üzərinə gedərək onu tutaraq arxaya itələyərək yerə yıxmışdır. Yerə yıxılan zaman başı evin divarına dəyərək partlamışdır. Anası onu içəri aparmışdır. Bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və barışdıqları üçün işə xitam verilməsini xahiş etdi. İş materialında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 23 yanvar 2025-ci il tarixli baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu Şıxəkəran kəndində həyətyanı sahədə baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 54 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol təpə, sağ kürək nahiyələrində əzilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 74 saylı arayışından görünür ki, Lənkəran rayonu Şıxəkəran kəndində yaşayan Təqsirləndirilən şəxs X1 qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Lənkəran şəhər İHB-nın Şıxakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Rəhimov X3 rayonu, Şıxakəran kəndində arvadı Şahid2, uşaqları – 2017-ci il təvəllüdlü X5 və 2022-ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərarda apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar