Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-61/2025 11.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim X5, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 iştirakı ilə, X10 və X2 ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Lənkəran Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: X10 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət Lənkəran Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, barələrində şikayət etdiyi X4 və X1 ilə 2015-ci ildən bu günə kimi cinayətə təhrik olunur .Belə ki, 2013-cü ilin iyun ayından AQROSERVİS ASC-nin Lənkəran DMSS-da aparıcı-mühəndis vəzifəsində işləyir. Ondan təxminən 6 ay sonra X11 həmkəndlisi və eyni zamanda qohumu X6 vasitəçiliyi ilə onlarla eyni kollektivdə işə düzəlmişdir. 2015-ci ildə struktur dəyişiliyi olmuş, Sədaqət Əliyevin rəhbərlik etdiyi şöbə ləğv edilərək təmir şöbəsi ilə birləşdirildi. Həmin şöbədə mühəndis ştatı olmadığı üçün keçmiş direktor X13 və baş mühəndis X8 onu kənarda qalmasın deyə, mexanik vəzifəsinə təyin etmişlər. Həmin vaxtdan etibarən onun qara günləri başlamış və hal-hazırda da davam edir. Belə ki, onun tutduğu vəzifə ştatını onun vəzifəsi ilə dəyişməyə görə Mircalal Mehdiyevin özünün dediyinə görə1500 Amerika dolları Sədaqət Əliyevə vermişdir. Buna nail ola bilmədikləri halda, Mircalalla onun arasında nifaq, suni-münaqişə yaratmağa çalışmış, onu ictimaiyyətdə, kollektivdə nüfuzdan salmaq, el arasında sındırmağa cəhd etmək Sədaqət və Elşad Mircalalı seçmişlər. 2020-ci ilin sentyabr ayında xəstəliyi ilə əlaqədar bületenə çıxmışdır. Həmin vaxt xəstəxanada uzandığından işlə əlaqəsi olmamışdır. O vaxt Mircalal onunla telefon xidmətinin Vahatçapı ilə yazışmaqla onun əhvalı ilə maraqlanmışdır. O zaman da işlədiyi Lənkəran DMSS da yaşla əlaqədar rəhbərlik dəyişilmiş və idarəçilik 2020-ci ilin yanvar ayına qədər Elşad Mahmudova müvəqqəti tapşırılmışdı.O, da həmkədlisi Sədaqət Əliyevlə birləşərək, idarəni oz şəxsi mülkiyyəti kimi istifadə edərək, çirkin planlar cızmağa başlamışdır. Büllüteni və məzuniyyəti bitəndən sonra işə qayıtmışdır. O zaman görmüşdür ki, Mircalal ona qarşı xeyli dəyişilib, ona hər cür psixi, emosional təsirlər göstərməklə ondan özünə hər hansı fiziki zor göstərməyə cəhd etmişdir. Bu hallara əsil səbəbkar Əliyev Sədaqət və Mahmudov Elşad olduğunu bilirdi. Çünki onlar onun ali təhsilli, bacarıqlı işçi olduğunu bilərək, sözün əsil mənasında onu özlərinə rəqib sayırdılar. 2020-ci ilin dekabr ayının 09da həyat yoldaşı ilə işdə olduğu və telefonla danışdığı zaman Mircalallın 30-35 metr aralığında idarənin inzibatı binasına daxil olduğunu görmüşdür. Telefon danışığından sonra idarəyə daxil olmuşdur. Bu zaman qonşu otaqda yuxarı səslə küçə söyüşlərini eşitmişdir. Həmin vaxt Elşad və Sədaqətin ucadan səslərini də eşitmək olurdu. Bir neçə dəqiqədən sonra Elşad onun otağına girib, mühasibat otağına onu dəvət etmişdir. Elşad ondan telefonda kimlə və nə haqda danışdığını soruşmuşdur. Cavabında ailəsi ilə danışdığını və Mircalalla heç bir probleminin olmadığını bildirmişdir. Həmin söhbətdən iki gün sonra Mircalal anası ilə idarəyə gələrək, idarənin qapı-pəncərəsini sındırmış və işə davamiyyət cədvəlini cırmışdır. Həmin hadisədən sonra X14 və Əliyev Sədaq işdən çıxartmışlar. Bundan hiddətlənən Mircalal sosial şəbəkələrdə əvvəl tənqidi fikirlər yazmışdır. Elşad Mahmudov sonralar yaşadığı evə gələrək, ona demişdir :"Sən Mircalalı tutdurmalısan, ya da ondan üzr götürməlisən." Onsuz da onun Mircallala heç bir problemi yox idi, o bunu ona niyə dediyini bilməmişdir. Elşad eyni zamanda onu da demişdir ki, o, ailəsi və 5 yaşında qızını qorusun. O, bundan heç nə başa düşmədiyini deyəndə, Elşad bildirmişdir ki, sənin ailən də, mal-mülkin də əlindən çıxacaq. Bu söhbətdən sonra qısa müddət ərzində sosial şəbəkələrin “Tik –Tok” və feyzbook platformasında özünün, ailəsnin, 5 yaşında qızının və məhrum anası haqqında nəlayıq sözlər yazılmaqla şərəf və ləyaqətinin təhqir olduğunu görmüşdür. Həmin təhqiramiz hallar indi də Xəbərlər 009X -da davam etməkdədir.( Emir Rəhmanov adlı səhifədə). Bu haqda Lənkəran RPŞ-nə şikayət versə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Onu bir sual düşündürür: Haqqında bu cür nəlayıq ifadələrin sosial şəbəkədə yayılacağını Elşad Mahmudov necə öncədən bilirdi ???? Hətta, Sədaqət Əliyev də ona bildirmişdir ki, o, Mircalalı öldürməsə, başı çox çəkəcək. İndi şikayətə heç kim baxmır. Bu cür haqqında kütləvi informasiya saytlarında biabıredici ifadələr, şayiələr yayılması indiyə kimi mütəmadi hal daşıyır. Sonralar bunları Mircalal ona etirafən bildirdi ki, bunlar Sədaqət Əliyev tərəfindən ona verilmiş sifariş olmuşdur. Həmin zamandan etibarən onun və ailəsi haqqında sosial şəbəkələrdə həqiqətə uyğun olmayan , biabırçı, nəlayıq ifadələr yayılmaqla, səhhətimdə ağır problemlər yaranmışdır. O, mütəmadi olaraq müalicələr alır. Həyat yoldaşı bütün bu biabrçılıqlara dözməyərək ondan ayrılmışdır. Haqqında xüsusi ittiham qaydasında ərizə verdiyi şəxslər onun ailəsini dağıtmaqla ona mənəvi və maddi ziyan vurmuşlar. O, eyni zamanda ailəsi ilə birlikdə broyler cücə təsərrüfatı ilə məşğul olduğu halda, yoldaşı ondan ayrıldığı üçün təsərrüfatsız və gəlirsiz qalmış, 3 övladı ondan kənarda yaşayırlar. Bütün bunlar ona mənəvi sarsıntılar yaratmışdır. Onu da qeyd edir ki, gözdən əlildir və buna görə dövlətdən müavinət alır. Göstərilənləri nəzərə alaraq X10 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına, onu təhqir edib şərəf və ləyaqətini alaçaldan məlumatları, "Tik- tok”, feyzbook və digər sosial şəbəkələrdə video yayımlı şəkilləri yaydıqlarına görə onlardan müştərək qaydada 50000 manat mənəvi zərərin ona ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X15 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin icraata qəbul edilməsini və onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini ləkələyən X10 və X2 CM-nin 148-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında X10 və X4 ayrı-ayrılıqda şikayətin icraata qəbul edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxmışlar. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətçinin ərizəsi CPM-nin bir sıra normalarının tələblərinə cavab vermir. Həmin normalar şağıdakılardır: CPM-nin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: -293.3.1 şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi). Şikayət verən doğulduğu ili, məşğuliyyət növü və vəzifəsini şikayətində göstərməmişdir. -293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi. Şikayət edən əməlin məhz X10 və X4 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini konkret olaraq şikayətində göstərməmişdir. - 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi. Şikayət edən şikayətində cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Hazırda baxılan şikayətin məzmunundan da aydın olur ki, X10 və X4 tərəfindən X7 şərəf və ləyaqətini ləkələyən sözlərə yol verilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından müəyyən olunur ki, şikayətdə göstərilənlər mülki hüquqi xarakterlidir və buna görə əsasən şikayət əsassızdır. Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6-cı və 302.1.7-ci maddələrinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda», «cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda» və «şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Belə ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulanlara uyğun olaraq məhkəmə hesab edir ki, hazırki xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlilləri yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi baxımından fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq “açıqlanmış fikir qiymətləndirici mülahizə sayıldığı halda belə, müdaxilənin mütənasib olub-olmamasına verilən qiymət etiraz olunmuş rəyin yetərli faktual əsasının varlığından asılı ola bilər. Hətta hər hansı faktual əsasa söykənməyən qiymətləndirici mülahizəyə qarşı müdaxilə tədbirinin özü də zəruri həddi aşa bilər.” (Yerusəlim Avstriyaya qarşı. 2001, Dixand və başqaları Avstriyaya qarşı, 2001). CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən X10 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X10 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-61/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-61/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver