Məhkəmə qərarları › İş №1(049)-63/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-63/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-63/2024 20.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10:00 Lənkəran Rayon Məhkəməsinin hakimi: Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Hafiz oğlunun, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, Lənkəran Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilərək “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Hafiz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 20 noyabr 2023-cü il tarixdə saat təqribən 15 radələrində Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən “Palıdlı Sahil” sanatoriyasının tibb məntəqəsinə aid otağında anası Şahid yanında qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək, sonuncunun onu nalayiq sözlərlə təhqir etməsi səbəbindən əsəbləşib Zərərçəkmiş şəxs məxsus qayçı ilə ona bir dəfə sol qol nahiyyəsındən qəsdən vurub Zərərçəkmiş şəxs sol said nahiyyəsindəki yumşaq toxumalarin əzilməsi, hematoması və deşilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 5 ildir ki, qeyri-rəsmi münasibətdədir. Biri qız, digəri oğlan olmaqla 2 azyaşlı övladı var. Son 5 aydır ki, münasibətləri soyuduğundan o, uşaqlarıyla birgə öz atası evində yaşayır. xx.xx.2023-cü il tarixdə saat təqribən 15 radələrində “Palıdlı sahil” sanatoriyasında tibb bacısı kimi çalışan anası Şahid işlədiyi yerə getmişdir. Anası ona onunla Afaqı barışdırmaq istədiyini, Afaqı da söhbət etmək üçün çağırdığını bildirmişdir. Bir qədər sonra Afaq da oraya gəlmişdir. Hər üçü anasının işlədiyi sanatoriya otaqlarının birində oturmuşlar. Afaq anasının qaşını əlindəki qaş almaq üçün istifadə olunan qayçı ilə düzəldmişdir. Söhbət zamanı Afaqla aralarında mübahisə başlamışdır. Bu zaman o, orada olan qayçını götürərək Afaqın sol qoluna vuraraq, xəsarət yetirmişdir. Bu zaman Afaq əlini tutaraq ağlamağa başlamışdır. Anası Şahid Afaqa tibbi yardım göstərmişdir. Sonradan Afaqı atasını evinə yola salmışdır. Onların Afaqla qeyri-rəsmi nikahdan iki uşaqları vardır. 2023-cü ilin yay aylarında da onların aralarında mübahisə olmuş, o, Afaqı döymüş və barəsində polisdə araşdırma aparılmışdır. Həmin vaxt Afaq onunla barışmış və məhkəmənin qərarı ilə barəsində olan işin icraatına xitam verilmişdir. Həmin vaxtdan sonra Afaqla aralarında münasibətlər pozulmuş, onlar ayrılmışlar. Birgə nikahlarından olan uşaqları ayrıldıqları vaxtdan Afaqın himayəsində qalırlar. O, Afaqla mübahisə zamanı onu öldürəcəyini bildirsə də buna heç vaxt niyyəti olmamışdır və yalnız əsəbləşdiyi üçün belə ifadələr işlətmişdir. Etdiyi əməldən çox peşmandır. Ona ittiham olunduğu maddənin sanksiyası həddində ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin 102 xidmətinə şikayəti özü etmişdir. Belə ki, 5 ildir ki, onunla qeyri-rəsmi münasibətdədir və 2 azyaşlı övladı var. Son 5 aydır ki, münasibətləri soyumuş və bir-birindən ayrılmışlar. xx.xx.2023-cü il tarixdə saat təqribən 15 radələrində qaynanası Şahid ona zəng edərək onu işlədiyi sanotoriyaya çağırmışdır. Ora gedərkən Təqsirləndirilən şəxs da orada olduğunu görmüşdür. Hər üçü qaynanasının işlədiyi Lənkəran rayonundakı “Palıdlı sahil” sanatoriyasındakı xidməti otaqlardan birində oturub söhbət etməyə başlamışlar. Söhbət ərzində özüylə götürdüyü qayçı ilə qaynanasının qaşına düzəliş vermişdir. Bu zaman Adillə aralarında mübahisə yaranmışdır. Həmin vaxt onu kobud söyüşlərlə təhqir etmiş və qayçını götürərək onun sol qoluna bir dəfə zərbə vurmuşdur. Qayçı qoluna batdığı üçün ağlamağa başlamışdır. Oradan çıxıb taksi ilə atasının evinə getmişdir. Adil əvvəllər də mütəmadi olaraq onu təhqir edərək, döymüşdür. Dəfələrlə mübahisə zamanı Adil onu öldürməklə hədələmişdir. Adil mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmiş və narkotik vasitənin təsiri altında onu öldürməklə təhdid etmişdir. 2023-cü ilin yay aylarında da onların arasında olan mübahisə zamanı Adil onu döymüşdür, həmin işə məhkəmədə baxılarkən o, Adili bağışlamış və məhkəmə işə xitam vermişdir. Həmin vaxtdan onlar ayrılmışlar və uşaqları özünün himayəsindədir. Hətta 20 noyabr 2023-cü il tarixdə onu qayçı ilə vurduqdan sonra da Adil onun qarşısına çıxaraq və telefon vasitəsilə hədələmiş və hazırda onun tərəfindən həyatı üçün təhlükə mövcuddur. Adil pis vərdişləri vardır. Narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs qanunamüvafiq qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadəsində bildirdi ki, Lənkəran rayonunda yerləşən Palıdlı Sahil sanatoriasında işləyir. Təqsirləndirilən şəxs onun doğma oğludur. 5 ildir ki, oğlu Adil ilə Zərərçəkmiş şəxs qeyri-rəsmi münasibətdədirlər. 2 azyaşlı övladları var. Son 5 ay olar ki, onların münasibətləri soyuqlaşmışdır. Gəlini Afaq öz atası evində yaşayır. xx.xx.2023-cü il tarixdə onları barışdırmaq istəmişdir. Oğlunu və Afaqı işlədiyi sanatoriyaya çağırmışdır. xx.xx.2023-cü il tarixdə saat təqribən 15 radələrində hər üçü oradakı xidməti otaqlardan birində oturmuşlar. Afaq qaş almaq üçün istifadə olunan qayçı ilə onun qaşını qaydasına salmışdır. Oğluyla gəlini aqressiv formada mübahisə etməyə başlamışlar. Afaq Adili təhqir etdiyi üçün o, əsəbiləşmişdir. X4şını aldığı qayçını götürərək Afaqın sol qoluna qayçı ilə bir dəfə zərbə vurmuşdur. Onları sakitləşdirməyə çalışmışdır. Hadisədən sonra Afaqa tibbi yardım göstərərək, onun yarasına yod sürtmüşdür. Sonra onlar birgə oradan çıxıb getmişlər. Münaqişə 3-4 dəqiqə davam etmiş, ətrafda kənar şəxs və ya şəxslər olmamışdır. “Baxış keçirilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran şəhəri, “Palıdlı sahil” sanatoriyasının xidməti otagında baş vermişdir. Məhkəmə-tibb ekspertizasının 21 noyabr 2023-cü il tarixli, 1160 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol said nahiyyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması və deşilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər uclu alətin təsirindən törənmişlər, müddəti müayinədən 1 gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmava aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Hafiz oğlu əvvəllər Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci ıl tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Qərarın surətindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Hafiz oğlunun barəsində AR CM-nin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilərək o, cinayət məsuliyyətindən azad edilmişdir. Lənkəran şəhər İHB-nın Lənkəran Şəhər Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Kazımov X2 şəhəri, Heydər Əliyev prospekti ev 17 mənzil 35 ünvanında yaşayıb və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs onu bir neçə dəfə hədələmişdir, onunla barışmaq fikri yoxdur və onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-449/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün hazırki işin icraatı dayandırılaraq, onun barəsində axtarış elan edilərək “həbs” qətimkan tədbiri seçilmişdir. Lənkəran ŞRPŞ-nin 96/2-3622/24 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 1(049)-449/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən axtarışda olan Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdə əməliyyat axtarış tədbirləri nəticəsində Lənkəran rayonunun ərazisində yaxalanaraq Lənkəran ŞRPŞ-nə gətirilərək ŞRPŞ-nin MSY-nə təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Hafiz oğlunun əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs Hafiz oğlunun tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Hafiz oğlunun cinayətini səmimi etiraf etdiyini və əməlindən peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Hafiz oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməlin törədilməsinə görə - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxs onu bağışlamadığı, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilmiş Təqsirləndirilən şəxs Hafiz oğlunun törətdiyi əməl məhz hazırki iş üzrə zərərçəkmiş şəxs qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs qarşı təkrar törətməsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Hafiz oğluna Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs Hafiz oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Hafiz oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Hafiz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Hafiz oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Hafiz oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar