Məhkəmə qərarları › İş №1(049)-64/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-64/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-64/2023 16.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 12:45 Hakim Məmmədov Rəşad Azad qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Mehralı oğlunun iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Lənkəran rayonu Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Separadi kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən, məhkumluğu olmayan, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1998-ci il tarixdə Lənkəran rayonu Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, rəsmi işləməyən, məhkum olunmamış, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 127.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 məxsus olan Lənkəran rayonu, Separadi kəndində yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürmüş Zərərçəkmiş şəxs bacıları X4 ilə «İnstagram» sosial şəbəkəsində yazışaraq əlaqə saxlamasını 2022-ci ilin sentyabr ayının əvvəlində Əfsanə Cəfərovadan öyrənib, ona bu barədə məlumat verdikdən sonra, bu bəhanə ilə birlikdə Zərərçəkmiş şəxs cəzalandırmaq qərarına gələrək, qardaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 08 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs1 icarəyə götürdüyü Lənkəran rayonu, Separadi kəndində yerləşən obyektə reklam lövhəsi vurmaq üçün gələcəyini öyrənib, qardaşı ilə birlikdə obyektə gedərək, həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs1 reklam lövhəsini vurmaq üçün nərdivan götürmək adı ilə Zərərçəkmiş şəxs yaxınlıqdakı özünə məxsus tövləyə gətirmiş, o isə orada onları gözləmiş və Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs onların bacısı ilə münasibət saxlamasını bəhanə edərək, əslində isə istənilən məsələni zor gücünə həll etmək iqtidarında olduqlarını nümayiş etdirib, öz şəxsiyyətini başqasının şəxsiyyətinin fövqündə qoyaraq özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edib, etik normalara və ictimai birgəyaşayış qaydalarına zidd olaraq heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə sonuncunu münaqişəyə sövq edib əvvəlcə o, yumruqla sifət nahiyəsinə və qardaşı Təqsirləndirilən şəxs1 isə başı ilə sifət nahiyəsinə qəsdən vurub Zərərçəkmiş şəxs yerə yıxdıqdan sonra hər ikisi yumruq, sillə və təpiklə onun sifət, sağ qol və qıç nahiyələrinə qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən sağ bazu və sağ bud nahiyələrində qançırlar, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sağ qaş və üst dodağın əzilmiş-cırılmış yaraları və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, burunun qançırşişkinliyi, burun sümüyünün yerdəyişmiş sınığı və hər iki göz qapaqlarının qançırları (eynək sindromu), sol almacıq və əng sümüklərinin sınıqlarından ibarət xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs1 özünə məxsus olan Lənkəran rayonu, Separadi kəndində yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürmüş Zərərçəkmiş şəxs onun bacısı X4 ilə «İnstagram» sosial şəbəkəsində yazışaraq əlaqə saxlamasını 2022-ci ilin sentyabr ayının əvvəlində bacısından öyrənib, böyük qardaşı Təqsirləndirilən şəxs2 bu barədə məlumat verdikdən sonra, bu bəhanə ilə birlikdə Zərərçəkmiş şəxs cəzalandırmaq qərarına gələrək, qardaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 08 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ondan icarəyə götürdüyü Lənkəran rayonu, Separadi kəndində yerləşən obyektə reklam lövhəsi vurmaq üçün gələcəyini öyrənib, qardaşı ilə birlikdə obyektə gedərək, həmin gün saat 22 radələrində reklam lövhəsini vurmaq üçün nərdivan götürmək adı ilə Zərərçəkmiş şəxs yaxınlıqdakı özünə məxsus tövləyə aparmış, orada onları gözləyən qardaşı Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs onların bacısı ilə münasibət saxlamasını bəhanə edərək, əslində isə istənilən məsələni zor gücünə həll etmək iqtidarında olduqlarını nümayiş etdirib, öz şəxsiyyətini başqasının şəxsiyyətinin fövqündə qoyaraqözü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edib, etik normalara və ictimai birgəyaşayış qaydalarına zidd olaraq heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə sonuncunu münaqişəyə sövq edib əvvəlcə Təqsirləndirilən şəxs2 yumruqla sifət nahiyəsinə və özü başı ilə sifət nahiyəsinə qəsdən vurub Zərərçəkmiş şəxs yerə yıxdıqdan sonra hər ikisi yumruq, sillə və təpiklə onun sifət, sağ qol və qıç nahiyələrinə qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən sağ bazu və sağ bud nahiyələrində qançırlar, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sağ qaş və üst dodağın əzilmiş-cırılmış yaraları və zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, burunun qanşırşişkinliyi, burun sümüyünün yerdəyişmiş sınığı və hər iki göz qapaqlarının qançırları (eynək sindromu), sol almacıq və əng sümüklərinin sınıqlarından ibarət xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağırzərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ona həyətində olan obyekti icarəyə götürən Zərərçəkmiş şəxs bacısı X4 ilə telefonla zəng edib və məhz Əfsanəyə görə gələrək Separadi kəndində həmin sözügedən obyekti icarəyə götürdüyünü bildirmişdir. Bundan sonra İsmət hazırda vaxtda da Ülvinin ona zəng edib kəndə gəlmək istədiyini və həmin obyektə reklam lövhəsi vuracağını bildirmişdir. Bundan sonra o, İsmətə rədd olub getməsini və ona baş qoşmamağı bildirmişdir. Lakin İsmət ona Ülvini “başa salmaq lazımdır, onu vuracaq və bu da ona dərs olacaq” demişdir. Bundan sonra o, İsmətə dava etməyin lazım olmadığını bildirmiş, onsuz da Əfsanədən telefonunu aldığını və bir daha dava-dalaşın lazım olmadığını bildirmişdir. Bundan sonra evinə qayıtmışdır. Həmin gün saat 22 radələrində sözügedən obyektin qarşısında üç nəfər şəxsin qaldığını və yaxınlıqda olan fermanın içərisindən səs gəldiyini eşitmişdir. Bundan sonra arxa tərəfdən fermanın içərisinə olan yolla ora girmiş və içəri girdikdə qardaşı İsmətin həmin Ülvi adlı şəxsi vurub yerə yıxdığını görmüşdür. Ülvinin üzünə su səpmiş, Ülvinin yaxasından tutub yerdən qaldırmış və ona “sənə kim deyib burda, bizim kəndə gəlib icarəyə obyekt götürəsən” deyə bildirmişdir. Lakin o, cavabında ona “danışaram, siz bildiyiniz kimi deyil” bildirmişdir. Bundan sonra ona bir neçə zərbə endirmişdir. Daha sonra onu fermadan çıxardıb gəldiyi maşına tərəf aparmış və dostlarına tərəf səslənərək “gəlin bu küçüyü götürün aparın” demişdir. Bundan sonra Ülvini maşına mindirib maşının qapısını da çırpmış və sürücüyə “çıxın gedin kənddən” bildirmişdir. Zərərçəkmiş şəxs qardaşı ilə birlikdə yumruq, sillə və təpik zərbələri ilə vurmuşdur. Təqsirləndirilən şəxs2 son sözündə zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, əməlindən səmimi peşiman olduğunu, himayəsində üç azyaşlı uşağının olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisədən bir aydan əvvəl tanıyır. Ülvi ona kəndində olan zaman yaxınlaşaraq icarəyə yer axtardığını bildirmişdir. O da Ülviyə özünə məxsus olan Lənkəran rayonu Separadi kəndində yol kənarında yerləşən obyektinin olduğunu bildirmişdir. Daha sonra o, həmin obyekti icarəyə götürmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ona hər ay 100 manat icarə verəcəyini və sözügüdən obyektin təmir etdirəcəyini, hər ayın əvvəlindən Zərərçəkmiş şəxs ona icarə pulunu verəcəyini bildirmişdir. Birinci ay Ülvi ona 100 manat pulu vermiş və həmin bir ay ərzində Ülvi onunla danışdığı kimi həmin obyektə sement, qum gətirib təmir etməli olduğu halda obyekti təmir etməmişdir. 1 sentyabr 2022-ci il tarixdə Ülvi yenidən ona zəng edərək görüşmək istədiyini, icarə pulunun vaxtının olduğunu və pulu vermək istədiyini bildirmişdir. Bundan sonra Ülvi Separadi kəndinə yaşadığı evə gəlmiş, bundan sonra o, küçəyə çıxmış və Ülvi ilə görüşmüşdür. Görüşdükdən sonra Ülvi ona sement, qum gətirib obyekti təmir edə bilmədiyinə görə üzrxahlıq etmiş, o, isə Ülviyə heç bir problemin olmadığını haçan daş töküb işləməyə başlayacaqsa həmin aydan icarə pulunu ödəməsini bildirmişdir. Ülvi isə ona “sən nə danışırsan, biz kişiyik söz danışmışıq mən demişəmsə hər ayın əvvəli icarə pulunu ödəyəcəyəm və deməli ödəməliyəm” demişdir. Ülvi yenidən ona 100 manat pul vermiş və pulu verdikdən sonra həmin obyektin arxasında həyətində olan tövləyə tərəf baxıb o, tövlənin ona aid olub-olmadığını soruşmuşdur. O, tövlənin özünə məxsus olduğunu bildirmiş, lakin Ülviyə bildirmişdir ki, hələlik obyekti icarəyə götürsün onu işlətsin sonrasına baxarıq. Ülvinin bu sözündən o, şübhələnmiş və bir neçə ay bundan əvvəl bacısı Əfsanənin ona instaqram sosial şəbəkəsi ilə bir nəfərin onu narahat etdiyini bildirmişdir. Bu onun yadına düşən kimi həmin gün, yəni 01 sentyabr 2022-ci il tarixdə axşam saatlarında telefonu bacısı Əfsanədən alaraq həmin Ülvi adlı şəxsi yenidən ona instaqram sosial şəbəkəsindən yazdığını görmüşdür. Buna görə evdə bir az söz-söhbət olmuş və o, telefonu bacısından almış və ona verməmişdir. Bu hal 7 sentyabr 2022-ci il tarixədək davam etmiş və bundan sonra Zərərçəkmiş şəxs görmüşdür ki, bacısı Əfsanə ilə telefon vasitəsilə əlaqə saxlamaq olmur və 8 sentyabr 2022-ci il tarixdə, saat təxminən 21 radələrində onun mobil nömrəsinə zəng edərək, Separadi kəndinə gələcəyini və obyektə reklam lövhəsi vuracağını bildirmişdir. O da Ülviyə gəlməsini bildirmişdir. Həmin vaxt o, qardaşı Ceyhunla kənddə yerləşən çay evində çay içmiş, bundan sonra o, qardaşı Ceyhundan ayrılmış və Ülviyə icarəyə verdiyi obyektinə tərəf gəlməyə başlamışdır. Obyektin qarşısına çatırmış ki, Ülvi yenidən ona zəng edib artıq çatdıqlarını bildirmişlər. Daha sonra onları qarşılamış və Ülvinin üç nəfər başqa şəxslə birlikdə olduğunu və gəldikləri avtomobilin damında da reklam lövhələrinin olduğunu görmüşdür. Reklam lövhələrini avtomobildən yerə salaraq lövhəni obyektin divarından asmaq üçün nərdivan lazım olmuş, həyətindəki tövlədə nərdivan olmuşdur. Ülvi tövləyə tərəf getmiş, onunla gələn həmin üç nəfər obyektin qarşısında qalmış və tövləyə çatan kimi o, tövlənin qapısını bağlamışdır. Daha sonra ona hansı səbəbdən bu alçaqlığı etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ona nə alçaqlıq etdiyini bildirdikdə, ona bacısı Əfsanəyə telefonla hansı səbəbdən yazdığını, hələ utanmadan gəlib yaşadığı həyətdə tövləni də belə icarəyə götürmək istədiyini bildirmişdir. Bundan sonra yumruqla onun sifət nahiyəsindən zərbə endirmişdir. Ülvidə ona yumruq atsa da lakin xəsarət almamışdır. Bundan sonra onun burun nahiyəsinə başı ilə kəllə zərbəsi endirmiş və zərbədən sonra o, yerə yıxılmışdır. Daha sonra onun üzərinə çıxıb yumruq zərbələri ilə sifət və başın müxtəlif hissələrinə zərbələr endirməyə başlamışdır. Təxminən 10 dəqiqə Zərərçəkmiş şəxs vurmuş və bundan sonra qardaşı Ceyhun gəlib içəri daxil olmuş və onu Ülvinin üzərindən çəkmiş və ona zərbələr endirmişdir. Ülvini yerdən götürüb tövlədən çölə çıxartmış və əl-üzünü həyətdəki tualetin yanına gələn kran suyu ilə yumuşdur. Kənarda qalmış və Ceyhunun Ülvini dostlarının yanına apardığını və bu küçüyü götürüb aparın burdan dediyini eşitmişdir. Ülvinin dostları da gəldikləri avtomobili tövlənin qarşısına gətirib, Ülvini avtomobilə mindirib oradan uzaqlaşmışdılar. Bundan sonra o, arvadının halı pisləşdiyi üçün onu Lənkəran şəhərində yerləşən Diaqnostika mərkəzinə gətirmişdir. Səhərisi gün də atası Cavanşirin vəziyyəti pisləşdiyi üçün onunla birlikdə Bakı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs1 son sözündə zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını, əməlindən səmimi peşiman olduğunu, himayəsində bir azyaşlı övladının olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə, saat təxminən 22 radələrində Lənkəran rayonu Separadi kəndində yerləşən və Təqsirləndirilən şəxs1 məzar daşlarını düzəltmək üçün icarəyə götürdüyü obyektə reklam lövhəsi asmaq üçün dostu Şahid, reklam lövhəsinin düzəldən usta Yaqub və tanışı Rəşidlə birlikdə Separadi kəndinə getmişlər. Ləvəngi dairəsini keçdikdən sonra dostu Elmarın mobil telefonu ilə Təqsirləndirilən şəxs1 yığaraq Separadi kəndinə gələcəyini bildirmiş, daha sonra İsmət də gəlməyini istəmişdir. Separadi kəndinə girdikdən sonra icarəyə götürdüyü obyektə çatmağa yaxın yenidən Elmarın telefonu ilə İsmətə zəng etmiş, daha sonra o, İsmətə çatdıqlarını bildirmiş və bundan sonra da İsmət onlara yaxınlaşmışdır. Hamı ilə görüşdükdən sonra ona obyektə reklam asacağını bildirmiş və həmin lövhəni İsmətə göstərmişdir. Bundan sonra lövhəni yerinə asmaq üçün nərdivan lazım olmuş, bu zaman İsmət ona yolun yaxınlığında olan inqubator fermasının arxasındakı tövləni göstərmiş və orada nərdivanın olduğunu bildirmişdir. İsmətlə birlikdə həmin tövləyə nərdivan gətirmək üçün getmiş, tövlənin içərisinə girdikdən sonra İsmət qapını bağlamış və içəridə Təqsirləndirilən şəxs2 olmuşdur. Bu zaman Separadi kənd bələdiyyə sədri olan Təqsirləndirilən şəxs2 icarəyə götürdüyü obyektin yerini kimdən öyrəndiyini ona bildirmiş və o, isə cavabında Ceyhuna həmin obyekti özü axtarıb tapdığını bildirmişdir. Bunu demişdir ki, Ceyhun bir yumruq zərbəsi onun sağ göz qapağından endirmiş və İsmət də onun yaxasından yapışıb başı ilə onun burun nahiyəsinə bir kəllə zərbəsi endirmişdir. Bundan sonra o, yerə yıxılmış və Ceyhun qardaşı İsmətlə birlikdə ona yumruq və təpik zərbələri endirməyə başlamışdılar. Təxminən 15-20 dəqiqə döyülmüş, aldığı zərbələrdən sonra huşu özündən getmiş, daha sonra üzərinə su töküldükdən sonra ayılmışdır. İsmətlə Ceyhun onun çıxıb getməyini bildirmiş və bundan sonra o, yavaş-yavaş fermanın içərisindən çıxıb getmişdir. Çölə çıxdıqdan sonra dostu Rəşid ona yaxınlaşaraq kömək edib öz avtomobilinə mindirmişdir. Dostları ilə birlikdə Separadi kəndindən çıxıb Lənkəran ŞRPŞ-nə gəlmiş və məlum hadisə ilə bağlı şöbəyə müraciət etmişdir. İsmətin bacısı ilə təxminən 3 ay bundan əvvəl “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş və onunla aralarında yalnız telefonla danışıq olmuş, başqa hər hansı bir münasibətləri olmamışdır. Zərərçəkmiş şəxs məhkəmə çıxışında təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını və barışdığını, təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumat verilmiş Şahid məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 08 sentyabr 2022-ci il tarixdə, təxminən saat 22-23 radələrində dostu olan Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Lənkəran rayonu Separadi kəndində yenicə icarəyə götürdüyü obyektdə reklam asmağa ona köməklik etsin, o da Ülvi ilə razılaşmış və bundan sonra o, Ülvi, mebel ustası işləyən X15 və onun avtomobili ilə getdikləri Rəşid adlı taksi sürücüsü ilə birlikdə Lənkəran rayonu Separadi kəndinə yola düşmüşlər. Ləvəngi dairəsinə çatanda dostu Ülvi onun mobil nömrəsi ilə obyektin yiyəsi olan adını İsi olaraq dediyi İsmət adlı şəxsə zəng etmiş və gəldiklərini bildirmişdir. Bundan sonra Separadi kəndinə çatmış və Ülvi yenidən həmin İsmət adlı şəxsə zəng edərək çatdıqlarını bildirmişdir. Bundan sonra həmin İsmət adlı şəxs gəlmiş və hamı ilə görüşdükdən sonra reklamı divardan asmaq üçün nərdivan dalınca getmək adı ilə Ülvini özü ilə inqubator yeri kimi tanınan obyektin həyətinə aparmışdır. Üzərindən 15-20 dəqiqə keçmişdir ki, İsmət adlı şəxs həmin həyətdən çıxaraq onlara tərəf səslənib “gəlin leşinizi götürün” bildirərək dostu Ülvinin olduğu yeri göstərmişdir. Daha sonra Ülvinin inqubator obyektinin həyətindən gəldiyini görmüş və ona köməklik edib avtomobilə əyləşdirmişlər. Daha sonra onlar Separadi kəndindən birbaşa Rəşidin avtomobili ilə birlikdə Lənkəran ŞRPŞ-nə gəlmiş və bundan sonra Ülvini müayinə olunmasından ötrü Lənkəran RMX-na aparmışlar. Zərərçəkmiş şəxs kim tərəfindən döyülməsini görməmiş, lakin özünün deməsinə görə Lənkəran rayonu Separadi kənd sakinləri İsmət və həmin kəndin bələdiyyəsi olan Təqsirləndirilən şəxs2 qardaşları tərəfindən döyülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9 PHŞ-nin Zərərçəkmiş şəxs barəsində verilmiş xx.xx.2022-ci il tarixli 419/MEŞ saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı xəsarətlər aşkar edildi: -Baş beyin silkələnməsi ilə müşaiyət olunan qapalı kəllə-beyin travması; -Sağ qaş nahiyəsinin və üst dodağın əzilmiş-cırılmış yaraları; -Burunun qanşır-şişkinliyi, burun sümüyünün yerdəyişmiş sınığı və hər iki göz qapaqlarının qançırları (eynək sindromu); - Sol almacıq və əng sümüklərinin sınıqları; -Sağ bazunun və sağ budun qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə, sağ qaş və üst dodağın əzilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya; üz skleti sümüklərinin (burun, sol almacıq və sol əng sümüklərinin) sınıqları baş beyin silkələnməsi ilə müşaiyət olunduqlarından həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az Ağır zərərvurmaya aiddirlər; sağ bazu və sağ bud nahiyəsinin qançırları sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Baxış keçirilməsi və götürmə aparılması haqqında 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Lənkəran rayonu Separadi kəndində yerləşən Təqsirləndirilən şəxs1 məxsus tövlənin içərisində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisədən sonra əlbəyaxa olduqlarını və bu zaman Ceyhun və Təqsirləndirilən şəxs1 qardaşları tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 özünə məxsus tövlədə qardaşı Təqsirləndirilən şəxs2la birlikdə onu döyərək müxtəlif bədən xəsarətləri yetiməsini bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. 24 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə Təqsirləndirilən şəxs1 məxsus tövlədə onu döyərək müxtəlif bədən xəsarətləri yetiməsini bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. 12 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. 12 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(049)-285/2022 №-li qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 sentyabr 2022-ci il, saat 18:00-dan hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(049)-284/2022 №-li qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 sentyabr 2022-ci il, saat 18:30-dan hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(049)-294/2022 №-li qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbirinə dəyişdirilmiş və o dərhal həbsdən azad olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(049)-295/2022 №-li qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbirinə dəyişdirilmiş və o dərhal həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından və hökmün surətindən görünür ki, Cəfərov X3 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(049)-22/2013 №-li hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 6 ay islah işləri cəzasına məkum edilmişdir. Məhkumluğu yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından və qərardan görünür ki, Cəfərov X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(049)-406/2021 №-li qərarına əsasən barəsində amnistiya tətbiq edilərək barəsində CM-nin 127.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilmişdir. Lənkəran şəhər İHB-nın Separadi kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən, habelə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 arvadı X2, övladları – xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X7 ilə birlikdə Lənkəran şəhəri, Separadi kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran şəhər İHB-nın Separadi kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 arvadı X6 və övladı xx.xx.2020-ci il təvəllüdlü X13 ilə birlikdə Lənkəran şəhəri, Separadi kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. X8 ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la barışmışdır. Onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 127.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddələrdə nəzərdə tutulan əməlləri törətməsi özlərinin etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında elan edilmiş zərər çəkmiş şəxsin təsdiqedici ifadələri, şahid ifadələri, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağının olması CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslərlə barışması CM-nin 59.1.12-ci, zərərçəkmiş şəxs vurulmuş ziyanı tam şəkildə ödəməsi CM-nin 59.1.13-cü, əməlindən səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, CMnin 61.1.3-cü maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağının olması CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslərlə barışması CM-nin 59.1.12-ci, zərərçəkmiş şəxs vurulmuş ziyanı tam şəkildə ödəməsi CM-nin 59.1.13-cü, əməlindən səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, CMnin 61.1.3-cü maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, təqsirləndirilən şəxslərin şəxsiyyətini, törədilmiş əməlin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin ediləcək cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzasının təyin edilməli, lakin göstərilən yüngülləşdirici halları, həmçinin təqsirləndirilən şəxslərin səmimi peşiman olmalarını diqqətə alıb təyin cəza edilmiş cəzanı real olaraq çəkmədən də islah olunması mümkündür və onlara təyin ediləcək cəza şərti olaraq tətbiq edilə bilər. Belə ki, CM-nın 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələri qoya bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 25-ci bəndinə görə cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd olunan halı nəzərə alır. Qeyd edilənlərlə bərabər, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hazırkı hökmün qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməli, seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 1(bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm icra edilməsin. Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən müvafiq icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilsin və seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 1(bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm icra edilməsin. Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarəti həyata keçirən müvafiq icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilsin və seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 davranışları üzərlərində nəzarətin həyata keçirilməsi onların yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar