Məhkəmə qərarları › İş №1(049)-64/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-64/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-64/2025 16.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15.15 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi: X12, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və X2 iştirakları ilə xx xxxxxx 2001-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, işləməyən, Cəlilabad Hərbi Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinib 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 fevral 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs saxlanc yeri hesab olunan taxta dolaba qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, təkrar oğurluq etmişdir. Belə ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 oktyabr 2024- cü il tarixdə, saat 08 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli evin 2-ci mərtəbəsində olan bacısı Zərərçəkmiş şəxs2 qızma məxsus yataq otağına, anası Zərərçəkmiş şəxs1 evdən çıxıb işə getməsindən və bacısı Zərərçəkmiş şəxs2 mətbəxdə iş görməsindən istifadə edib daxil olaraq, həmin otaqda olan paltar yığılan plasmas şkafın üzərindən anası Zərərçəkmiş şəxs1 məxsus 2000 (iki min) manat dəyərində 14,69 qram çəkidə olan briliyant qaşlı 583 əyarlı qızıl sırğa və üzük dəstini, bacısı Zərərçəkmiş şəxs2 məxsus 500 (beş yüz) manat dəyərində 3,8 qram çəkidə olan 585 əyarlı l (bir) ədəd "Reket" modelli qadın qızıl qolbağını gizli olaraq talamaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 qızma 2000 (iki min) manat və Zərərçəkmiş şəxs2 qızma 500 (beş yüz) manat olmaqla, ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, oğurluq yəni özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 noyabr 2024-cü il tarixdə, saat 10-11 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli evin 2-ci mərtəbəsində olan bacısı Zərərçəkmiş şəxs2 qızma məxsus yataq otağına, anası Zərərçəkmiş şəxs1 evdə olmamasından və bacısı Zərərçəkmiş şəxs2 mətbəxdə iş görməsindən istifadə edib daxil olmuş və yataq otağında olan Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab edilən taxta dolabın qıfılımı əli ilə sındırıb açmaqla qanunsuz daxil olaraq, taxta dolabın içərisində olan bacısı Zərərçəkmiş şəxs2 məxsus 344 (üç yüz qırx dörd) manat dəyərində 2,16 qram çəkidə olan 585 əyarlı 1 (bir) ədəd qadın qızıl qolbağım, 1300 (bir min üç yüz) manat dəyərində 3,20 qram çəkidə olan 585 əyarlı l(bir) ədəd briliyant qaşlı qadın qızıl üzüyünü və 200 (iki yüz) manat dəyərində 2 qram çəkidə olan 583 əyarlı 1 (bir) ədəd sadə qaşlı "gül" formalı qadın qızıl üzüyünü gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 qızma ümumilikdə 1844 (bir min səkkiz yüz qırx dörd) manat məbləğində maddi ziyan vuraraq saxlanc yerinə qanunsuz daxil olmaqla, təkrar oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. O, 2-ci Qarabağ Mübaribəsi veteranıdır. O, 052 nömrəli korpusun N nömrəli hərbi hissənin müddətdən artıq hərbi qulluqçusu olmuş və Kəlbəcər, Fizuli, Cəbrayıl, Hadrut, Şuşa və Laçın rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş, 8 ədəd medalı vardır. Əvvəlki məhkumluğunun yaranmasına səbəb atasının xəstəliyinə görə atasının yanında olmaq istəməsi, lakin buna icazə verilməməsi olmuşdur. O, qızılları hər hansı mənfəət üçün yox, borcunu ödəmək üçün götürüb satmışdır. Hazırda əməlindən peşmandır. Anasının və bacısının ondan heç bir şikayət və tələbi yoxdur. Hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olun anası və bacısına baxır. Məhkəmədən göstərilənləri nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılmış ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir.Anası Yeganə evlərdə dayə işləyir.X3 2023-cü ilin avqust ayında xəstəlikdən ölmüşdür. Onun bir qardaşı və bir bacısı vardır. Böyük qardaşı Kamil Əlizadə dələduzluq cinayəti törətdiyi üçün hazırda həbsxanada cəza çəkir. Bacısı Zərərçəkmiş şəxs2 Lənkəran Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin 1-ci kursunun magistridir.Bacısı Rəqsanə 3 ildir ki, Lənkəran şəhər sakini X5 nişanlıdır.Ədail hazırda hərbi xidmətdədir.2023-cü ilin iyul ayının axırlarında quluq etdiyi həmin hərbi hissədən qaçdığı üçün Azərbaycan Respublikası CM-nin 333.4cü maddəsi ilə məhkum olunmuşdur.2022-ci ilin yanvar ayının ortalarında bacısı Rəqsanəyə nişan məclisi keçirmək üçün onun xahişi ilə hərbiçi yoldaşı Ağcabədi rayon sakini X14 öz adma 12 ay müddətinə Azər-Türk bankdan 6000 manat kreditə pul götürüb ona vermişdir. Aralarında olan razılığa əsasən həmin pulu banka, o, ödəmişdir.O, həmin pulla 22 fevral 2022- ci il tarixdə bacısı Rəqsanəyə nişan məclisi keçirmişdir.O, həmin kredit pulunu atası Ramil öldüyü günədək, yəni 2023-cü ilin avqust ayınadək vaxtında 2600 manat əmək haqqısından ödəmişdir.Amma işdən çıxdığı üçün həmin krediti ödəyə bilməmiş və həmin pulun üzərinə bank faizi gəlməyə başlamışdır.O, 2022-ci ilin iyul ayının ortalarında "online" qaydada Azərbaycan Beynəlxalq Bankından rəsmi əmək haqqısı ilə 24 ay müddətinə 4500 manat kreditə pul götürmüş və həmin kreditin pulunu da ayba-ay əmək haqqısından ödəməyə başlamışdır.Amma 2023-cü ilin avqust ayında işdən çıxdığı üçün həmin krediti ödəyə bilməmiş və həmin pulun üzərinə bank faizi gəlməyə başlamışdır. O, 2022-ci ilin qış aylarında Daşkəsəndə təlimdə olduğu zaman "online" qaydada "Kapital bank"dan 1550 manat kreditə pul götürmüşdür. O, həmin pulu veteranlıq kartı ilə vaxtında ödəyir. X20 Federasiyasına getmək istəsə də, adma olan kredit borcuna görə ölkədən çıxa bilməmişdir. Nicat 14 oktyabr 2024-cü il tarixdə Lənkəran şəhərinə gəlmiş və ona "sənə götürüb verdiyim mənim adıma olan kredit borcunun 3160 manat keçikən pullarını ödə ki, mən 25 oktyabr 2024-cü il tarixdə Rusiyaya gedə bilim" bildirmişdir. O da Nicatla razılaşmış, amma pulu olmadığına görə anası Yeganə və bacısı Rəqsanəyə məxsus olan qızıl əşyalarından oğurlayıb sataraq həmin pulla Nicatın kredit borcunu ödəmək qərarına gəlmişdir. Nicat Lənkəran şəhərində qalmış və ona verəcəyi pulu gözləmişdir.Amma onun oğurluq edəcəyi barədə qərara gəldiyindən Nicatın məlumatı olmamışdır. O, 18 oktyabr 2024-cü il tarixdə saat 08 radələrində anası Yeganənin evdən çıxıb işə getdiyindən və bacısı Rəqsanənin isə mətbəxdə iş gördüyündən istifadə edib dərhal bacısı Rəqsanənin otağına daxil olmuş və plasmas şkafın üzərindəki anası Yeganəyə məxsus briliyant qaşlı qızıl sırğa-üzük dəstini və bacısı Rəqsanəyə məxsus bir ədəd qızıl qolbağı oğurlayıb cibində gizlətmişdir.Sonra isə tez otaqdan çıxıb Lənkəran şəhərində yerləşən bazara getmiş və bazarın arxa tərəfində yerləşən avtobusların dayandığı yerin yaxınlığında olan qızıl satılan mağazaya daxil olmuşdur. Həmin mağazada işləyən sonradan adını bildiyi Ehtiqad adh kişiyə evdən oğurladığı həmin qızıl əşyalarından biri olan briliyant qaşlı qızıl sırğa və üzük dəstini göstərib yalandan "xəstəmiz var, pula ehtiyacımız olduğu üçün anam bu qızıl əşyasını satmaq məqsədi ilə mənə verib, bu qızılı satmaq üçün sənə gətirmişəm" bildirmişdir. Ehtiqad da onunla razılaşmış və həmin qızıl-zinət əşyasını elektron tərəzidə çəkdikdən sonra ona, həmin qızıl-zinət əşyasının lom kimi qiymətinin 1300 manat olduğunu, amma üzərində az pul olduğunu bildirmiş və əgər həmin qızıl-zinət əşyasını saat 15 radələrində gətirərsə,ondan alacağını söyləmişdir. O da Ehtiqada üzərində olan pulları ona verməyini və yerdə qalan pulları günortadan sonra gəlib ondan götürəcəyini bildirmişdir. Ehtiqad da onunla razılaşmış və ona 350 manat pul vermişdir. Sonra isə Ehtiqad ondan şəxsiyyət vəsiqəsini istəmiş və o da şəxsiyyət vəsiqəsini Ehtiqada vermişdir. Ehtiqad ona bir kitabça vermiş və həmin kitabçaya kimliyini və telefon nömrəsini, qızıl-zinət əşyasını nə üçün satdığını kitabçaya yazmağını ona bildirmişdir. O da həmin kitabçaya kimliyini, qızıl-zinət əşyasını nə üçün satdığını və mobil telefon nömrəsini yazmışdır. Ehtiqad da həmin kitabçada qeydiyyat aparmışdır. Sonra isə Ehtiqad, ona məxsus şəxsiyyət vəsiqəsi ilə birlikdə satdığı həmin qızıl- zinət əşyasının elektron tərəzinin üzərində şəkilini çəkmişdir. O, şəxsiyyət vəsiqəsini Ehtiqaddan ahb mağazadan çıxıb getmişdir. O, şəhərdə piyada gəzərək vaxt keçirməyə başlamışdır. O, həmin günü saat 15 radələrində Ehtiqadın mağazasına gəlmiş və Ehtiqad ona 950 manat pul vermişdir. Bundan sonra, o, evdən oğurladığı digər qızıl əşyası olan bir ədəd "reket" qızıl qolbağı Ehtiqada göstərib yalandan, dərman almağa pullarının çatmayacağım və həmin qızıl əşyasını da satmağa gətirdiyini bildirmişdir. Ehtiqad da həmin qızıl qolbağı ondan götürmüş və elektron tərəzidə çəkisini ölçən zaman çəkisinin 3,8 qram olduğunu elektron tərəzinin ekranında görmüşdür. Ehtiqad kitabçanı ona verərək,həmin qızıl əşyasını da satmağı barədə kitabçada qeyidlər aparmağını bildirmiş və şəklini çəkmək üçün ondan yenə də şəxsiyyət vəsiqəsini istəmişdir. O da Ehtiqada "yazmağıma və şəkil çəkməyinə ehtiyac yoxdur, çünki sən mənim kimliyimi bilirsən bir dəfə briliyant komplektə görə kitabçada qeydiyyat aparmışam" bildirmişdir. Ehtiqad həmin qızıl qolbağa görə ona 285 manat pul vermişdir. O, həmin qızıl-zinət əşyalarını oğurladığını Ehtiqada bildirməmişdir. O, pulları Ehtiqaddan alandan sonra mağazadan çıxıb Lənkəran şəhəri Qala Xiyabanı küçəsində yerləşən çayxananın qarşısına gəlmiş və Nicatla görüşmüşdür. O, Nicata 1330 manat pul vermişdir. Sonra isə o, Nicata "sən Ağcabədiyə qayıt, yerdə qalan pulları da bir neçə gün ərzində sənə göndərəcəm" bildirmişdir. Nicat da onunla razılaşmışdır. O, yerdə qalan 255 manat pulu isə özü üçün xərcləmişdir. Anası Yeganə işdən qayıtdıqdan sonra ona "mənim və bacın Rəqsanənin qızıl əşyalarını kimsə evdən oğurlayıb, polisə şikayət etmək istəyirəm" bildirmişdir. O da anası Yeganəyə həmin qızıl əşyalarını oğurladığını deməmiş və anası Yeganəyə yalandan "sən polisə şikayət etmə, özüm oğrunu axtarıb tapacam" bildirmişdir.O, 02 noyabr 2024-cü il tarixdə, saat 10-11 radələrində anası Yeganənin evdə olmadığından və bacısı Rəqsanənin mətbəxdə iş görməsindən istifadə edərək,tez Rəqsanənin otağına daxil olmuş və otaqda olan taxta dolabın qapağını əli ilə dartıb açmışdır.Həmin vaxtı taxta dolabın qıfılının sındığını görmüşdür. O, həmin dolabın içərisində olan qızıl qutularının içərisindən bir ədəd qızıl qolbağ, bir ədəd briliyant qaşlı qızıl üzük və bir ədəd sadə qaşlı qızıl üzüyü oğurlayıb cibinə qoymuşdur. Sonra isə evdən çıxıb Lənkəran bazarına gəlmiş və bazarın içərisində olan qızıl mağazalarının birinə daxil olmuşdur. Həmin mağazada işləyən sonradan adını bildiyi Şahinə yaxınlaşmış və Şahinə yalandan "xəstəmiz var, pula ehtiyacımız olduğu üçün anam qızıl əşyalarını satmaq üçün mənə verib, bu qızılları sənə satmaq üçün gətirmişəm" bildirmişdir. Şahin də onunla razılaşmış və qızıllarla birlikdə onun şəxsiyyət vəsiqəsinin şəkilini çəkmişdir. Şahin həmin qızılları elektron tərəzidə çəkdikdən sonra ona cəmi 1080 manat pul vermişdir. O da özündə olan 20 manat pulu həmin pulların üstünə qoymuş 1100 manat pulu Lənkəran şəhəri Ş.Axundov küçəsində yerləşən "Rahat market" mağazasında olan "Million" ödəmə terminalı vasitəsi ilə Nicat Sadıqovun Azərbaycan Beynəlxalq Bankında olan müştəri hesabına köçürmüşdür.O, ödəmə qəbzini 2-3 gün ərzində saxlamış və Nicatdan xəbər çıxmadığı üçün anlamışdır ki, pul Nicatın hesabına köçürülmüşdür və buna görə də həmin qəbzi cırıb hazırda xatırlamadığı yerə atmışdır. O, həmin qızıl-zinət əşyalarını oğurladığını Şahinə bildirməmişdir. 12 noyabr 2024-cü il tarixdə,saat 18 radələrində anası Yeganə ona, kimsə yenə də evə girərək taxta dolabın içərisindən Rəqsanənin qızıl əşyalarını oğurladığını bildirmişdir. O, həmin qızıl əşyalarını oğurladığını anası Yeganəyə bildirməmişdir. Anası Yeganə DİN-nin 102 xidmətinə zəng edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Lənkəran polis şöbəsinin işçiləri onların yaşadıqları evə gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Sonra isə polis işçiləri onu Lənkəran polis şöbəsinə dəvət etmişlər və o, Lənkəran polis şöbəsinə gəlmişdir.O, evdən qızıl əşyalarını oğurladığını polis işçilərinə etiraf etmişdir. O, polis işçiləri ilə birlikdə Lənkəran polis şöbəsinə gələn zaman və polis şöbəsində ona qarşı hər hansı bir formada fiziki və psixoloji təsir göstərilməmişdir. O, törətdiyi cinayətləri özü könüllü olaraq etiraf etmişdir. O, yaşadığı evdən başqa, digər yerlərdə cinayət hadisələri törətməmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, evlərdə dayə işləyir. X7 2023-cü ilin avqust ayında xəstəlikdən ölmüşdür.Onun iki oğlu və bir qız övladı vardır. Kiçik oğlu Təqsirləndirilən şəxs 2- ci Qarabağ Müharibəsi veteranıdır. Famil heç bir yerdə işləmir. Qızı Zərərçəkmiş şəxs2 Lənkəran Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin 1-ci kursunun magistiridir. Qızı Rəqsanə 3 ildir ki, Lənkəran şəhər sakini X5 nişanlıdır. Ədail hazırda hərbi xidmətdədir. 17 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində Lənkəran şəhərində yerləşən "Qızıl tac" restoranında Ədailin əmisi nəvəsi Aysunun toy mərasimi keçirilmiş və o, qızı Rəqsanə ilə birlikdə həmin toya dəvət olunmuşdur. Həmin günü, o, briliyant qaşlı qızıl sürğa- üzük dəstini üzərinə taxmışdır. Qızı Rəqsanə isə qoluna özünə məxsus qızıl qolbağı taxmışdır. Bundan sonra, o və qızı Rəqsanə həmin toy məclisinə getmişlər.Onlar həmin günü saat 23 radələrində toy məclisindən çıxıb yaşadıqları evə gəlmişlər.Oğlu Famil həmin vaxtı evdə olmuşdur.O, həmin briliyant qaşlı qızıl sırğa-üzük dəstini çıxardıb,yaşadıqları evin 2-ci mərtəbəsində yerləşən qızı Rəqsanənin yataq otağında olan paltar yığılan plasmas şkafın üzərinə qoymuşdur. Qızı Rəqsanə də qızıl qolbağını həmin şkafın üzərmə qoymuşdur. O, müvəqqəti olaraq qızı Rəqsanənin otağında yatır. Oğlu Famil isə evin 2-ci mərtəbəsində yerləşən digər otaqda yatır. Səhərisi günü, yəni 18 oktyabr 2024-cü il tarixdə saat 08 radələrində evdən çıxıb işə getmişdir. Həmin günü saat 10-11 radələrində qızı Rəqsanə onun mobil telefonuna zəng edərək, şkafın üzərinə qoyduqları qızıl əşyalarının yerində olmadığını bildirmişdir. O, həmin günü saat 18 radələrində işdən çıxıb yaşadıqları evə gəlmiş və oğlu Familə, kimsə onların evinə girərək qızıl əşyalarını oğurlayıb apardığını və buna görə polisə məlumat vermək istədiyini bildirmişdir. Famil də ona "istəyirsən polisə məlumat verək, amma əvvəlcə özüm zərgərlərə soraq salım, bəlkə qızılları oğurlayan şəxsi tapdıq" bildirmişdir. Buna görə də, o, polisə şikayət etməmişdir. O, 12 noyabr 2024cü il tarixdə,saat 14 radələrində qızı Rəqsanə ilə birlikdə, Rəqsanənin gələcək qaynanası Ayparanın yaşadığı Lənkəran rayonunun Kərgəlan kəndində yerləşən evinə getmişlər. Aypara onun qızı Rəqsanəyə 100 manat pul vermişdir. Onlar həmin günü saat 18 radələrində yaşadıqları evə qayıtmışlar. O və Rəqsanə yataq otağına daxil olmuşlar və Rəqsanə 100 manat pulu taxta dolabın içərisinə qoymaq üçün açarla dolabı açmaq istəyəndə açarın yerində fırlanmağa başladığını görmüşdür. Rəqsanə ondan, taxta dolabın açarının nə üçün yerində fırlandığını soruşmuşdur. O, taxta dolaba baxan zaman taxta dolabın qıfılının sındığını görmüşdür.Bundan sonra, o, əli ilə taxta dolabı açmış və içərisinə baxan zaman, qızı Rəqsanəyə məxsus bəzi qızıl əşyalarının qutularının içərisində olmadığını görmüşdür. Bundan sonra, o, mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib yaşadığı evdə baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis işçiləri onların yaşadığı evə gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, kimsə taxta dolabın qıfılını sındırıb açaraq, taxta dolabın içərisində olan qızı Rəqsanəyə məxsus 344 manat dəyərində 2,16 qram çəkidə olan 585 əyarlı bir ədəd qadın qızıl qolbağını, 1300 manat dəyərində 3,20 qram çəkidə olan 585 əyarlı bir ədəd briliyant qaşlı qadın qızıl üzüyünü və 200 manat dəyərində 2 qram çəkidə olan 583 əyarlı bir ədəd sadə qaşh "gül" formalı qadın qızıl üzüyünü oğurlayıb aparmışdır. Qızı Rəqsanənin yataq otağından oğurlanmış ona məxsus 14,69 qram çəkidə olan briliyant qaşh 583 əyarlı qızıl sırğa və üzük dəstinin qiyməti 2000 manat, qızı Rəqsanəyə məxsus 3,8 qram çəkidə olan 585 əyarlı bir ədəd "Reket" modelli qadın qızıl qolbağının qiyməti isə 500 manatdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2000 manat, qızı Rəqsanəyə isə cəmi 2344 manat ziyan dəymişdir. 12 noyabr 2024-cü il tarixdə, saat 21 radələrində Lənkəran polis şöbəsindən onun mobil telefonuna zəng gəlmiş və o, telefonu açıb zəngə cavab verərkən, hazırda adını xatırlamadığı bir polis əməkdaşı ona evindən qızıl-zinət əşyalarını oğlu Familin oğurladığını və Familin polis şöbəsində saxlanıldığını bildirmişdir. Hazırda ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir, onun oğlu Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur. Onunla barışmışdır. Onu bağışlamışdır. Oğlu ona və bacısına baxır, bacısının nişan xərcini oğlu çəkmişdir, hazırda da işləyib evə pul gətirir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Lənkəran Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin 1-ci kursunun magistridir.Anası Yeganə fərdi yaşayış evlərdə dayə işləyir. X3 2023-cü ilin avqust ayında xəstəlikdən ölmüşdür. Kiçik qardaşı Təqsirləndirilən şəxs 2-ci Qarabağ Müharibəsi veteranıdır. Famil heç bir yerdə işləmir. O, 3 ildir ki, Lənkəran şəhər sakini X5 nişanlıdır. Ədail hazırda hərbi xidmətdədir. 17 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində Lənkəran şəhərində yerləşən "Qızıl tac" restoranında nişanlısı Ədailin əmisi nəvəsi Aysunun toy mərasimi keçirilmişdir. O və anası Yeganə də həmin toya dəvət olunmuşlar. Həmin günü, o, özünə məxsu qızıl qolbağını qoluna taxmış, anası Rəqsanə isə özünə məxsus briliyant qaşlı qızıl sürğa-üzük dəstini üzərinə taxmışdır. Bundan sonra, o və anası Yeganə həmin toy məclisinə getmişlər. Onlar həmin günü saat 23 radələrində toy məclisindən çıxıb yaşadıqları evə gəlmişlər. Famil həmin vaxtı evdə olmuşdur. O, həmin qızıl qolbağını qolundan çıxardıb, yaşadıqları evin 2-ci mərtəbəsində yerləşən yataq otağında olan paltar yığılan plasmas şkafın üzərinə qoymuşdur. Anası Yeganə də briliyant qaşlı qızıl sırğa və üzük dəstini çıxardıb həmin şkafın üzərinə qoymuşdur. Anası Yeganə onun yataq otağında yatır. Qardaşı Famil isə evin 2-ci mərtəbəsində yerləşən digər otaqda yatır. Səhərisi günü, yəni 18 oktyabr 2024-cü il tarixdə saat 08 radələrində anası Yeganə evdən çıxıb işə getmişdir. O, həmin günü saat 10-11 radələrində yataq otağını səliqəyə saldığı zaman ona və anası Yeganəyə məxsus həmin qızıl əşyalarının plasmas şkafın üzərində olmadığım görmüşdür. O, dərhal anası Yeganəyə zəng edib bu barədə məlumat vermişdir. Həmin günü saat 18 radələrində anası Yeganə evə gəlmiş və qardaşı Familə, kimsə onların evinə girərək qızıl əşyalarını oğurlayıb apardığını və buna görə polisə məlumat vermək istədiyini bildirmişdir. Famil də "istəyirsən polisə məlumat verək, amma əvvəlcə özüm zərgərlərə soraq salım, bəlkə qızılları oğurlayan şəxsi tapdıq" bildirmişdir. Buna görə də anası Yeganə polisə şikayət etməmişdir. 12 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində, o və anası Yeganə, gələcək qaynanası Ayparanın yaşadığı Lənkəran rayonunun Kərgəlan kəndində yerləşən evinə getmişlər. Aypara ona 100 manat pul vermişdir. Həmin günü, saat 18 radələrində onlar yaşadıqları evə qayıtmışlar. O və anası Yeganə yataq otağına daxil olmuşlar və o, 100 manat pulu taxta dolabın içərisinə qoymaq üçün açarla dolabı açmaq istəyəndə açar yerində fırlanmağa başlamışdır. O, anası Yeganədən taxta dolabın nə üçün yerində fırlandığını soruşmuşdur. Anası Yeganə taxta dolaba baxan kimi qıfılının sındırıldığını ona bildirmişdir. Anası Yeganə əli ilə taxta dolabı açmış və içərisinə baxan zaman ona məxsus bəzi qızıl əşyalarının qutularının içərisində olmadığını görmüşlər. Bundan sonra, anası Yeganə mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib yaşadıqları evdə baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis işçiləri onların yaşadıqları evə gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, kimsə taxta dolabın qıfılını sındırıb açaraq, taxta dolabın içərisində olan ona məxsus 2,16 qram çəkidə 585 əyarlı 344 manat qiymətində olan bir ədəd qadın qızıl qolbağını, 3,20 qram çəkidə 585 əyarlı 1300 manat qiymətində briliyant qaşlı qadın qızıl üzüyünü və 2 qram çəkidə 583 əyarlı 200 manat qiymətində sadə qaşlı "Gül" formalı qadın qızıl üzüyünü oğurlayıb aparmışdır. Onun yataq otağından oğurlanmış ona məxsus 3,8 qram çəkidə 585 əyarda olan qızıl qolbağının qiyməti 500 manatdır.O, sonuncu dəfə 01 noyabr 2024-cü il tarixdə, ona məxsus həmin taxta dolabı açıb içərisinə baxan zaman qızıl əşyalarının qutularının içərisində olduğunu görmüşdür. O, həmin gündən etibarən həmin taxta dolabı açıb içərisinə baxmamışdır. Polis işçiləri evə baxış keçirib qurtardıqdan sonra qardaşı Famili Lənkəran polis şöbəsinə dəvət etmişlər. Həmin günü saat 21 radələrində anası Yeganənin mobil telefonuna zəng gəlmiş və anası Yeganə telefonla danışıb qurtardıqdan sonra ona bildirmişdir ki, onların qızıl əşyalarını Famil oğurlamışdır. Hazırda ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir, onun qardaşı Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur. Onunla barışmışdır. Onu bağışlamışdır. Qardaşı ailəyə baxır, onun nişan xərcini qardaşı çəkmişdir, hazırda da işləyib evə pul gətirir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, vergi ödəyicisidir və fərdi sahibkardır. Onun Lənkəran şəhəri İ.Səmədzadə küçəsində yerləşən dükanı vardır və o, həmin dükanda qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olur. Mağazada videomüşahidə kamerası olsa da, görüntüləri 20 gün ərzində yaddaşında saxlayır. O, mağazaya gələn şəxslərdən qızıl əşyaları alan zaman, həmin şəxslərin şəxsiyyət vəsiqəsinin, satdığı qızıl əşyaları ilə birlikdə şəkillərini çəkib mobil telefonunun yaddaşında saxlayır. Bundan başqa, onun mağazada qeydiyyat kitabçası vardır və aldığı qızıl əşyalarının adını, çəkisini, sayını və qiymətini həmin kitabçada qeyd edir.Bundan sonra qızıl aldığı şəxs kitabçada öz xətti ilə anket məlumatlarını, nə üçün qızıl əşyasını satdığını və mobil telefon nömrəsini qeyd edir. Lənkəran şəhər sakini X13 əvvəllər tanımamışdır. O, Famili yalnız bir dəfə 18 oktyabr 2024-cü il tarixdə mağazasında görüb tanımışdır. Famillə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 18 oktyabr 2024- cü il tarixdə, saat 11 radələrində bir nəfər cavan oğlan mağazaya daxil olmuş və ona "evdəkilər xəstəxanadadır, ehtiyacımız olduğu üçün bir ədəd briliyant sırğa və üzük dəstini satmaq istəyirəm" bildirmişdir. Bundan sonra, həmin oğlan cibindən briliyant qaşlı bir dəst qızıl sırğa və üzüyü çıxardıb ona vermişdir. O, həmin oğlandan adını və harada yaşadığını soruşmuşdur. Həmin oğlanda adının Famil olduğunu və Lənkəran şəhərində yaşadığını ona bildirmişdir. O, Famildən gətirdiyi həmin qızıl əşyasını satmağından ata və anasının məlumatının olub- olmadığını soruşmuşdur. Famil də satmaq üçün gətirdiyi həmin qızılzinət əşyasını ona anasının verdiyini bildirmişdir.O, Famildən şəxsiyyət vəsiqəsini istəmiş və Famil də şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O, şəxsiyyət vəsiqəsinə baxan zaman şəkildəki kişinin qarşısında dayanmış şəxs və adının da Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Bundan sonra, o, Familin ona verdiyi həmin briliyant qaşlı bir dəst qızıl sırğa və üzüyü elektron tərəzidə çəkmiş və elektron tərəzinin ekranında çəkisinin 14,69 qram olduğunu görmüşdür.O, həmin qızıl-zinət əşyasının üzərində olan briliyant qaşların da qiymətini hesablamış və Familə, həmin günün kursuna görə qızılın 1 qramının qiymətinin 75 manat olduğunu və briliyant komplektə görə ona 1250 manat pul verəcəyini bildirmişdir. Famil də ona "xəstəmizi nəzər al 50 manat da artıq ver" bildirmişdir. Onun da Familə yazığı gəlmiş və Famillə razılaşmışdır. Sonra isə o, Familə hazırda üzərində az pul olduğunu və saat 14-15 radələrində mağazaya gəlib pulunu aparmağını bildirmişdir. Famil də ona "üstündə nə qədər pul varsa ver, günortadan sonra yerdə qalan pulları verərsən" bildirmişdir. O da Famillə razılaşmış və Familə 350 manat pul vermişdir. Bundan sonra, o, Familin satmaq üçün gətirdiyi həmin briliyat komplekti və şəxsiyyət vəsiqəsini elektron tərəzinin üzərinə qoyub mobil telefonu ilə şəklini çəkmişdir.Sonra isə qeydiyyat kitabçasını Familə vermişdir. Famil öz xətti ilə anket məlumatları, mobil telefon nömrəsi, nə üçün həmin qızıl əşyasını satması və hansı qiymətə satması barədə qeydiyyat aparmışdır.O isə Familin iştirakı ilə kitabçada qızıl əşyasının adını, çəkisini, sayını və alış qiymətini yazmışdır. Bundan sonra Famil mağazadan çıxıb getmişdir. Həmin günü saat 14-15 radələrində Famil mağazaya gəlmiş və o, Familə 950 manat da pul vermişdir. Həmin vaxtı Famil cibindən bir ədəd "reket" modelli qadın qızıl qolbağını çıxartmış və ona, dərman almağa pulunun çatmayacağım və həmin qızıl qolbağı da satmaq üçün gətirdiyini bildirmişdir. O da həmin qızıl qolbağı Famildən almış və elektron tərəzidə çəkisini ölçən zaman çəkisinin 3,8 qram olduğunu görmüşdür. O, kitabçanı Familə verərək, həmin qızıl əşyasını da satmağı barədə kitabçada qeydiyyat aparmağını bildirib, qızıl əşyası ilə birlikdə şəkilini çəkmək üçün Famildən şəxsiyyət vəsiqəsini istəmişdir.Famil də ona "yazmağıma və şəkil çəkməyinə ehtiyac yoxdur, çünki sən mənim kimliyimi bilirsən bir dəfə briliyant komplektə görə kitabçada qeydiyyat aparmışam" bildirmişdir. O da Familə inanmış və Familə satdığı həmin qızıl qolbağa görə də 285 manat pul vermişdir. Famil pulları ondan alandan sonra mağazadan çıxıb getmişdir. Famil mağazaya tək gəlmişdir. Təxminən 25 oktyabr 2024- cü il tarixdə Famildən aldığı həmin briliyant qaşlı bir dəst sırğa və üzüyü Türkmənistandan gələn hazırda adını xatırlamadığı bir qadına 1380 manata satmışdır. Famil həmin qızıl əşyalarını ona satarkən, qızıl əşyalarını oğurladığını ona deməmişdir. Əgər, o, bilsəydi ki, həmin qızıl əşyaları oğurluqdur, Famildən almazdı. Famildən aldığı bir ədəd "reket" modelli qadın qızıl qolbağını, qeydiyyat kitabçasını və briliyant qaşlı bir dəst qızıl sırğa və üzüyün fotoşəkilini təqdim etmişdir. O, aldığı briliyant qaşlı qızıl sırğa və üzük dəsti və bir ədəd qızıl qolbağa görə Familə cəmi 1585 manat pul vermişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, vergi ödəyicisidir və fərdi sahibkardır. O, Lənkəran şəhər sakini Aqşin adlı şəxsin Lənkəran şəhər bazarında yerləşən mağazasını icrayə götürüb, həmin mağazada qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olur. Mağazada videomüşahidə kamerası olsa da, görüntüləri yaddaşında saxlamır. O, mağazaya gələn şəxslərdən qızıl əşyaları alan zaman, əgər həmin şəxs cavan oğlandırsa, onun şəxsiyyət vəsiqəsini satdığı qızıl əşyaları ilə birlikdə şəkillərini çəkib mobil telefonunun yaddaşında saxlayır. Lənkəran şəhər sakini X13 əvvəllər tanımamışdır. O, Famili 2024-cü ilin noyabr ayının 5-dən etibarən tanımışdır. Famillə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 05 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində bir nəfər cavan oğlan mağazaya daxil olmuş və ona "xəstəmiz var, pula ehtiyacımız olduğu üçün anamın qızıl əşyalarını satmağa gətirmişəm" bildirmişdir. Bundan sonra, həmin cavan oğlan cibindən bir ədəd qadın qızıl qolbağı, bir ədəd briliyant qaşlı qadın qızıl üzüyünü və bir ədəd sadə qaşlı "gül" formalı qadın qızıl üzüyünü çıxardıb ona vermişdir. O da həmin qızıl qolbağı, bir ədəd briliyant qaşlı qızıl üzüyü və bir ədəd sadə qaşlı "gül" formalı qızıl üzüyü elektron tərəzidə çəkmiş və bir ədəd qızıl qolbağın çəkisinin 2,16 qram, bir ədəd briliyant qaşlı qızıl üzüyün çəkisinin 3,20 qram və bir ədəd sadə qaşlı gül formalı qızıl üçün çəkisinin 2 qram olduğunu elektron tərəzinin ekranında görmüşdür. Sonra isə həmin oğlandan adını və harada yaşadığını soruşmuşdur. Həmin oğlan da adının Famil olduğunu və Lənkəran şəhərində yaşadığını ona bildirmişdir. O, Famildən şəxsiyyət vəsiqəsini istəmiş və Famil şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O, şəxsiyyət vəsiqəsinə baxan zaman şəkildəki şəxsin qarşısında dayanmış həmin cavan oğlan və adının da Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Bundan sonra, o, Familin satmaq üçün gətirdiyi qızıl qolbağın, qızıl üzüyün və briliyant qaşlı üzüyün qiymətlərini həmin günün kursu ilə hesablamış və Familə cəmi 1080 manat pul vermişdir. O, Familin satmaq üçün gətirdiyi qızıl-zinət əşyalarını onun şəxsiyyət vəsiqəsinin üzərinə qoymuş və mobil telefonu ilə fotoşəkillərini çəkmişdir. Famil 1080 manat pulu ondan alandan sonra mağazadan çıxıb getmişdir. Famil mağazaya tək gəlmişdir. O, Famildən aldığı həmin qızılzinət əşyalarını hər həftə lom kimi qızıl almaq üçün Bakı şəhərindən Lənkəran şəhərinə gələn adını hazırda xatırlamadığı şəxsə satmışdır.Famil həmin qızıl əşyalarını ona satarkən, onları haradansa oğurladığını ona deməmişdir.Əgər, o, bilsəydi ki, həmin qızıl əşyaları oğurluqdur, Famildən almazdı.O, mobil telefonunun yaddaşında qalan Familin şəxsiyyət vəsiqəsinin və satdığı qızıl əşyalarının 2 ədəd fotoşəkilini təqdim etmişdir. Cinayət işində olan 12 noyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 qızma məxsus fərdi yaşayış evi ünvan 3 ünvanında yerləşir və o, qızı Zərərçəkmiş şəxs2 qızma məxsus qızıl-zinət əşyalarının talanıb oğurlandığı taxta dolabı göstərir. Baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən əl-barmaq izləri götürülmüşdür. Cinayət işinin materiallarına əlavə olunmuş Şahid1 təqdim etdiyi l (bir) ədəd qadın qızıl qolbağına, bir ədəd kitabçaya və bir ədəd fotoşəkilə tərəfimdən 13 noyabr 2024-cü il tarixdə baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur: Bir ədəd qadın qızıl qolbağı "reket" modellidir, 585 əyarlıdır və 3,8 qram çəkidədir. Bir ədəd kitabça 100 vərəqlidir və həmin kitabçanın 15-ci vərəqəsində; 18 oktyabr 2024-cü il, Təqsirləndirilən şəxs Ramil, doğum yeri və tarixi-Lənkəran şəhəri Vaqif küçəsi D2 ev 1, xx.xx.2001, ŞV ******** №, Lənkəran ŞRPŞ xx.xx.2018, yaşayış yeri- Lənkəran şəhəri Vaqif küçəsi D 2, ev 1, "Ehtiyac olduğundan briliyant komplektimi 1300 manat satıram", malın adı komplekt, çəkisi 14,7 qram, sayı 1 ədəd, alış qiyməti 1300 manat sözləri yazılmışdır. Bir ədəd fotoşəkildə elektron tərəzinin, elektron tərəzinin üzərində briliyant qaşlı bir dəst qızıl sırğa və üzüyün, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin təsvirləri vardır. Baxış zamanı X1 təqdim etdiyi 3,8 qram çəkidə olan 585 əyarlı 1 (bir) ədəd "Reket" modelli qadın qızıl qolbağı, üzərində 14,69 qram çəkidə, 583 əyarlı briliyant qaşlı qızıl sırğa və üzük dəstinin, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin təsvirləri olan l (bir) ədəd fotoşəkil və qızıl-zinət əşyalarının alqı-satqısı qeydiyyatı kitabçasının 15-ci səhifəsinin kserosurəti tərəfindən götürülərək protokola əlavə olunmuşdur. Cinayət işinə əlavə olunmuş Şahid2 təqdim etdiyi 2 (iki) ədəd fotoşəkilin kserosurətlərinə tərəfimdən 15 noyabr 2024-cü il tarixdə baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur: 1-ci foto şəkilin kserosürətində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin və 2,16 qram çəkidə olan 585 əyarlı 1 (bir) ədəd qadın qızıl qolbağının təsvirləri vardır. 2-ci foto şəkilin kserosurətində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin və 2 qram çəkidə olan 583 əyarlı l(bir) ədəd sadə qaşlı "gül" formalı qadın qızıl üzüyünün təsvirləri vardır. Baxış zamanı Şahid2 təqdim etdiyi üzərində 2,16 qram çəkidə olan 585 əyarlı 1 (bir) ədəd qadın qızıl qolbağının və 2 qram çəkidə olan 583 əyarlı l(bir) ədəd sadə qaşlı "gül" formalı qadın qızıl üzüyünün və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin təsvirləri olan 2 ədəd fotoşəklin kserosurətləri tərəfimdən götürülərək protokola - əlavə olunmuşdur. Cinayət işinə əlavə olunmuş Şahid1 tərəfindən təqdim olunmuş üzərində 14,69 qram çəkidə, 583 əyarlı briliyant qaşlı qızıl sırğa və üzük dəstinin, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin təsvirləri olan bir ədəd fotoşəkil tərəfimdən 13 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 fotoşəkildə təsvir olunan 14,69 qram çəkidə, 583 əyarlı briliyant qaşlı qızıl sırğa və üzük dəstinin ona məxsus olduğunu və həmin qızıl-zinət əşyasının 18 oktyabr 2024-cü il tarixdə,saat 08 radələrində oğlu Təqsirləndirilən şəxs tərəfindən qızı Zərərçəkmiş şəxs2 məxsus yataq otağında olan paltar yığılan plasmas şkafın üzərindən oğurlandığını göstərmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 fotoşəkildə təsvir olunan şəxsiyyət vəsiqəsinin oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu göstərmişdir. Cinayət işinə əlavə olunmuş Şahid2 tərəfindən təqdim olunmuş üzərində 2,16 qram çəkidə, 585 əyarlı 1 (bir) ədəd qadın qızıl qolbağının, 2 qram çəkidə, 583 əyarlı l(bir) ədəd sadə qaşlı "gül" formalı qadın qızıl üzüyünün və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin təsvirləri olan iki ədəd fotoşəkilin kserosurətləri tərəfimdən 03 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 qızma tanınmaya təqdim olunmuş və Zərərçəkmiş şəxs2 fotoşəkillərin kserosurətlərində təsvir olunan həmin 2,16 qram çəkidə,585 əyarlı 1 (bir) ədəd qadın qızıl qolbağının, 2 qram çəkidə, 583 əyarlı l(bir) ədəd sadə qaşlı "gül" formalı qadın qızıl üzüyünün ona məxsus olduğunu və həmin qızıl-zinət əşyalarının 02 noyabr 2024-cü il tarixdə, saat 10-11 radələrində yataq otağında olan ona məxsus taxta dolabın içərisindən qardaşı Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını göstərmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 fotoşəkillərin kserosurətlərində təsvir olunan şəxsiyyət vəsiqəsinin qardaşı Təqsirləndirilən şəxs məxsus olduğunu göstərmişdir. Cinayət işinə əlavə olunmuş Şahid1 tərəfindən təqdim olunmuş 3,8 qram çəkidə, 585 əyarlı "reket" modelli bir ədəd qadın qızıl qolbağı tərəfimdən 03 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs2 həmin 3,8 qram çəkidə, 585 əyarlı "reket" modelli bir ədəd qadın qızıl qolbağının ona məxsus olduğunu və həmin qızıl-zinət əşyasının 18 oktyabr 2024-cü il tarixdə, saat 08 radələrində özünə məxsus yataq otağında olan paltar yığılan plasmas şkafın üzərindən qardaşı Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını göstərmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 19 noyabr 2024- cü il tarixli,3-13-1 1/2-12017/2024 saylı məktubundan görünür ki;- tədqiqata təqdim edilmiş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl-izlərindən 09 ədədi (ADİS məlumat bankına Lənkəran ŞRPŞ-dən daxil olan) xx.xx.2001-ci ildə Lənkəran rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucu (04 dəfə), böyük, orta (02 dələ) və adsız barmaqları, sol əlinin isə orta barmağı (kardon qutudan çıxan əl izləri) ilə eynilik müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş "xxxx" MMC-nin direktoru Miri Ağayevin 05 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindən (arayış) görünür ki; təqdim olunan 3,8 qram çəkidə olan 585 əyarlı 1 (bir) ədəd "Reket" modelli qadın qızıl qolbağının 18 oktyabr 2024-cü il tarixə orta bazar satış qiyməti-500 manatdır. Qeyd: təqdim olunan qızıl-zinət əşyasının qiyməti tələb və təklifə uyğun olaraq bazarda müəyyənləşdiyindən, qeyd olunmuş qiymət dəyişə bilər. Cinayət işinə əlavə olunmuş Lənkəran şəhər Psixiatriya xəstəxanasının 17 dekabr 2024-cü il tarixli, 4835 nömrəli tibbi arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. Cinayət işinə əlavə olunmuş 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, 3,8 qram çəkidə olan 585 əyarlı 1 (bir) ədəd "Reket" modelli qadın qızıl qolbağı maddi sübut kimi tanınmış və yekun məhkəmə qərarınadək saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmiş, üzərində 14,69 qram çəkidə, 583 əyarlı briliyant qaşlı qızıl sırğa və üzük dəstinin, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin təsvirləri olan l (bir) ədəd fotoşəkil, qızıl-zinət əşyalarının alqı-satqısı qeydiyyatı kitabçasının 15-ci səhifəsinin kserosurəti, üzərində 2,16 qram çəkidə olan 585 əyarlı 1 (bir) ədəd qadın qızıl qolbağının, 2 qram çəkidə olan 583 əyarlı l(bir) ədəd sadə qaşlı "gül" formalı qadın qızıl üzüyünün və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin təsvirləri olan 2 ədəd fotoşəklin kserosurətləri, Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 19 noyabr 2024-cü il tarixli,3-13-11/2-12017/2024 saylı məktubu və həmin məktuba əlavə olunmuş möhürlənmiş şəkildə olan 01 ədəd zərfin içərisindəki Təqsirləndirilən şəxs məxsus 09 ədəd əl izləri maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1(096)-112023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş protokoldan görünür ki, 12 noyabr 2024-cü il tarixdə saat 20:45-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Əlizadə X10 şəhəri, Vaqif küçəsi, döngə 2, ev 1 ünvanında qeydiyyatda olmaqla anası- Zərərçəkmiş şəxs1 və bacısı-X9 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilmiş və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs barışmış, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyan tam ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X9 ilə Təqsirləndirilən şəxs barışmış, X6 vurulmuş maddi ziyan tam ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəməyə tədqim edilmiş və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs X4 iştirak edərək “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” “Vətən müharibəsi iştirakçısı” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, ittiham olunduğu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan hallarla tam sübuta yetirilir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə dair iş üzrə özünün və zərərçəkmiş şəxslər, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarını sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talama - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Əlizadə X8 Hərbi Məhkəməsinin hökmünə əsasən təyin edilmiş cəzasını çəkib qurtardığı tarixdən, iki il keçməmiş hazırkı cinayət əməlini törətdiyindən o, CM-nin 18 və 83-cü maddələrinə əsasən məhkumluğu olan şəxsdir və törətdiyi əməli cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxslərə ödəməsini, CM-nin 59.2-ci maddəsinə əsasən isə törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, İİ Qarabağı müharibəsində iştirak edərək medallarla təltif edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halı, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 177.2.2 və 177.2.3-cü maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan, xüsusilə cinayətlərin residivi zamanı cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələbi rəhbrə tutulmaqla təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Təqsirləndirilən şəxsin ittiham olunduğu qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslərin hər ikisi ilə barışıq əldə etməsi, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmaması kimi mühüm əhəmiyyət kəsb edən yüngülləşdirici halların məcmusunu, habelə eyni zamanda əməlini etiraf edərək məhkəmə iclasında islah yönümlü davranışları, eləcə də İİ Qarabağı Müharibəsi zamanı iştirakını nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli Qərarının 25ci bəndinə əsasən Şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən əlavə cəzalar isə real icra olunduğundan hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, islah olunmağa meylli, zərərçəkmiş şəxslərlə qarşılıqlı münasibətlərində (anası və bacısıdır) və cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədli davranışlar sərgilərən, əməlindən peşman olan, əməlinin nəticəsində yaranmış məhrumiyyətləri aradan qaldıran, dəfələrlə medallarla təlitf edilən təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Buna görə də, Təqsirləndirilən şəxs təyin ediləcək sınaq müddətinin əvvəli isə hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməsi qənaətinə gəlindiyindən yuxarıda qeyd edilmiş Plenum qərarına əsasən təqsirləndirilən şəxsin 01 iyul 2024-cü il tarixdən 02 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilən cəza müddətinə hesablanmamalıdır. İş üzrə maddi sübut 3,8 qram çəkidə olan 585 əyarlı 1 (bir) ədəd "Reket" modelli qadın qızıl qolbağı Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı və icra edilmiş hesab edilməlidir, üzərində 14,69 qram çəkidə, 583 əyarlı briliyant qaşlı qızıl sırğa və üzük dəstinin, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin təsvirləri olan l (bir) ədəd fotoşəkil, qızıl-zinət əşyalarının alqı-satqısı qeydiyyatı kitabçasının 15-ci səhifəsinin kserosurəti, üzərində 2,16 qram çəkidə olan 585 əyarlı 1 (bir) ədəd qadın qızıl qolbağının, 2 qram çəkidə olan 583 əyarlı l(bir) ədəd sadə qaşlı "gül" formalı qadın qızıl üzüyünün və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin təsvirləri olan 2 ədəd fotoşəklin kserosurətləri, Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 19 noyabr 2024-cü il tarixli,3-13-11/2-12017/2024 saylı məktubu və həmin məktuba əlavə olunmuş möhürlənmiş şəkildə olan 01 ədəd zərfin içərisindəki Təqsirləndirilən şəxs məxsus 09 ədəd əl izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məsəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş cəza 1 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulsun və onun üzərində nəzarətin həyata keçirilməsi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – 3,8 qram çəkidə olan 585 əyarlı 1 (bir) ədəd "Reket" modelli qadın qızıl qolbağının Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın və icra edilmiş hesab edilsin, üzərində 14,69 qram çəkidə, 583 əyarlı briliyant qaşlı qızıl sırğa və üzük dəstinin, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin təsvirləri olan l (bir) ədəd fotoşəkil, qızıl-zinət əşyalarının alqı-satqısı qeydiyyatı kitabçasının 15-ci səhifəsinin kserosurəti, üzərində 2,16 qram çəkidə olan 585 əyarlı 1 (bir) ədəd qadın qızıl qolbağının, 2 qram çəkidə olan 583 əyarlı l(bir) ədəd sadə qaşlı "gül" formalı qadın qızıl üzüyünün və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin təsvirləri olan 2 ədəd fotoşəklin kserosurətləri, Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 19 noyabr 2024-cü il tarixli,3-13-11/2-12017/2024 saylı məktubu və həmin məktuba əlavə olunmuş möhürlənmiş şəkildə olan 01 ədəd zərfin içərisindəki Təqsirləndirilən şəxs məxsus 09 ədəd əl izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar