Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-65/2023 12.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 12:55 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 10 avqust 1980-ci il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Lənkəran Rayon Məhkməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 69.3-cü maddələrinə əsasən 1 il 5 ay 27 azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə saat 11-12 radələrində Astara rayonunun Maşxan kəndi ərazisində şəxsiyyəti məlum olmayan "Qaqaş" ləqəbli şəxsdən 30 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1(bir) ədəd ağ rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi- 1,421 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək, üzərində saxlamaqla, daşımış və 22 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində DİN-nin BNMİ-nin X4 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, həmin günü saat 11:25 dəqiqədə yaşadığı Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən evinin yaxınlığında küçədə saxlanılaraq CBRŞ-nın inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə olan heroin 1 (bir) ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş halda əynindəki idman şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan təxminən 5-6 ay ərzində narkotik vasitə olan heroindən zərli kağızda yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. Heroini həmişə Lənkəran şəhərində yerləşən bazarın yaxınlığında üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır. Mebel təmiri ustasıdır. Tutulmamışdan təxminən 2 ay əvvəl mebel təmir etmək üçün hazırda adını və yaşadığı evi xatırlamadığı bir nəfərin Astara rayonu Maşxan kəndində yerləşən evinə getmiş, həmin şəxsin evində mebeli təmir etdikdən sonra avtobusla Lənkəran şəhərinə qayıtmaq üçün piyada yolun kənarına tərəf getməyə başlamışdır. Həmin vaxtı kənd yolunun kənarında dayanmış bir oğlanı görmüş və ona yaxınlaşıb salam verdikdən sonra kənddə heroin satan şəxsin olub-olmadığını soruşduqda həmin şəxs də ona, özünün heroin satdığını bildirib, ona nə qədər heroin lazım olduğunu dedikdə həmin şəxsə özünün istifadə etməsi üçün 1 qram heroin lazım olduğunu bildirmişdir. Həmin oğlandan 15 manata 1 qram çəkidə bir bükümdə heroin almışdır. Həmin şəxsdən yenə də heroin lazım olarsa, onu necə tapa biləcəyini soruşduqda sonuncu ona kənddə "Qaqaş" adı ilə tanındığını və nə vaxt gəlsə orada dayandığını bildirmişdir. "Qaqaş" ləqəbli həmin oğlandan ayrılıb avtobusa əyləşərək yaşadığı Lənkəran rayonu Sütəmurdov kəndinə gəlmiş və aldığı heroini bir neçə gün ərzində istifadə etmişdir.19 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində heroin almaq üçün Lənkəran şəhər bazarının qarşısına getmiş və bazarın tinində dayanıb, ona həmişə heroin satan adını bilmədiyi şəxsi gözləməyə başlamışdır.Təxminən 1 saat gözləsə də, həmin şəxs onun dayandığı yerə gəlib çıxmamışdır.Həmin vaxtı heroin aldığı "Qaqaş" ləqəbli şəxs onun yadına düşmüş və və Astara rayonunun Maşxan kəndinə gedib ondan istifadə etmək üçün heroin almağı qərarlaşdırmışdır. Avtobusa əyləşib Astara şəhəri istiqamətinə getmiş və Maşxan kəndi ərazisində avtobusdan yerə düşmüşdür. Piyada "Qaqaş" ləqəbli şəxslə görüşdüyü yerə tərəf getməyə başlamış və təxminən 50 metr getdikdən sonra həmin "Qaqaş" ləqəbli şəxs onun qarşısına çıxmışdır. "Qaqaş" ləqəbli şəxsdən 30 manata 2 qram çəkidə bir bükümdə heroin almış və avtobusla yaşadığı Sütəmurdov kəndinə qayıtmışdır. Həmin günü heroinin bir hissəsini zərli kağızda yandırıb tüstüsünü udmaqla qəbul etmişdir.Yerdə qalan bir bükümdə olan heroini isə sonra istifadə etmək üçün əynində olan idman şalvarının sağ yan cibində gizlətmişdir. 22 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən evdən küçəyə çıxıb heroindən istifadə etmək üçün münasib yer axtarmağa başlamışdır. Bu zaman polis işçiləri onu küçədə tutub Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional şöbəsinə aparmışlar. Regional polis şöbəsində müdafiəçisinin iştirakı və videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki idman şalvarının sağ yan cibində saxladığı bir ədəd ağ rəngli sellofan kəsiyi bükümündə olan heroini masanın üzərinə qoymuşdur. Polis işçisi həmin bir ədəd bükülünün içərisində nə olduğunu ondan soruşduqda həmin bükülünün içərisində heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi törətdiyi cinayət əməlini etiraf etməsini, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid Azərbaycan Respublikası DİN-nin, Baş Narkotiklə Mübarizə İdarəsinin, X4 şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi və üstündə gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı tərəfindən dərhal DİN-nin Baş NMİ-nin X4 Şöbəsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi məqsədi ilə ətrafında təxirəsalınmadan əməliyyat tədbiriləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Regional şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat tədbirləri həyata keçirilməsi ilə əlaqədar, onun rəhbərliyi altında, Regional şöbənin baş əməliyyat müvəkkili, polis mayoru Xəyal Abışovun və polis nəfəri, polis baş serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən evinin yaxınlığında, küçədə saxlanılaraq Lənkəran şəhərində yerləşən Regional şöbənin inzibati binasına gətirilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilmiş və müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs ilk əvvəl üzərində narkotik vasitə və ya qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. Həmin sellofan bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşulduqda sonuncu narkotik vasitə olan heroin olmaqla özünə məxsus olduğunu və həmin heroini üç gün bundan əvvəl Astara rayonunun Maşxan kəndində üzdən tanıdığı, amma adını bilmədiyi "Qaqaş" ləqəbli şəxsdən 30 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bir ədəd bükülünün içərisinə baxış keçirmiş və baxış zamanı bükülünün içərisindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində heroinə bənzər kütlə olan bir ədəd bükülüdən başqa üzərindən heç nə aşkar olunmamışdır. Heroinə bənzər kütlə olan 1 ədəd ağ rəngli sellofan bükülünü elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirk edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə saat 12:15-də şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və DVD diskdəki videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibindən narkotik vasitə olan heroin aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinin özünə məxsus olduğunu təsdiq edir. Məhkəmə məhkəmə-kimyəvi ekspertizasının 23 sentyabr 2022-ci il tarixli, 19/1013 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "vət.Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi......" sözlər və imzalar olan zərfdəki,1 ədəd bükümdə təmiz çəkisi-1,421 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 26 sentyabr 2022-ci il tarixli 1002 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 4(049)-305/2022 saylı, 24 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 22 sentyabr 2022-ci il tarixdə saat 12:15-dən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Lüftiyev X3 Rayon Məhkməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib və 69.3-cü maddələrinə əsasən 01 il 05 ay 27 azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli hökmlə təyin edilmiş cəzanı çəkib qurtardığın gündən hazırki cinayət əməlini törətdiyi günədək iki il müddət keçmədiyinə görə CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş və götürülməmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin maddi sübut qismində tanınaraq saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış zamanı videoçəkilişə dair DVD disk sübut kimi qiymətləndirilərək iş materiallarına əlavə edilmişdir. Lənkəran şəhər İHB-nın Sütəmurdov kənd inzibati ərazi dairəsində nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamə və Arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X2, övladları – xx.xx.1999-cu il, xx.xx.2000-ci il və xx.xx.2002-ci il təvəllüdlü oğlanları ilə birlikdə Lənkəran rayonu, Sütəmurdov kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqında əməlini etiraf edərək səmimi peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 sentyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 1,371 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzaçəkmə müddətinin başlanğıcı 22 sentyabr 2022-ci il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 1,371 qram çəkidə bir bükümdə narkotik vasitə heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-65/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-65/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver