Məhkəmə qərarları › İş №1(049)-65/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-65/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-65/2024 22.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 15:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxx 1991-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 oktyabr 2023-cü il tarixdə 20 manat pul müqabilində, Lənkəran şəhəri kiçik bazar ərazisində satış məqsədi olmadan, qanunsuz olaraq öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi -0,996 qram olan ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 13:00-də Lənkəran ŞRPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri akademik Z.Əliyeva küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilmiş və şöbənin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkcəsinin sağ yan cibindən həmin çəkidə və bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, arabir narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Lakin ona elan edilmiş ittihamda istinad olunun psixotrop maddə olan metamfetamin axtarış zamanı üzərində olmamışdır. xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində anası ona evdə olan məişət tullantılarını aparıb atmağı bildirmiş, o da həyətə düşərək həmin tullantılar atmış və sonra isə həyətdə olan özünə məxsus avtomobildə əyləşmiş, evə getməmişdir. Saat 02 radələrində polis əməkdaşları ona yaxınlaşmış, avtomobildən düşməsini tələb etmişlər. O isə polis əməkdaşlarına özlərini təqdim etmələrini bildirmişdir. Polis əməkdaşları özlərini təqdim etməmiş, bir daha ondan avtomobildən düşməyi tələb etmişlər. O da məcbur qalıb avtomobildən düşmüşdür. Daha sonra polis əməkdaşları onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmiş və orada onu müdafiəçi ilə təmin etmək üçün vəkil dəvət etmişlər. Vəkil gec gəldiyini zənn edib, polis əməkdaşlarına vəkilə ehtiyacı olmadığını və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq göstərilmiş, onu döymüş və üzərinə psixotrop maddə olan həmin metamfetamini qoymuşlar. O da məcbur qalıb videoçəkiliş zamanı üzərində olan metamfetaminin ona məxsus olduğunu və Yevlax şəhərindən olan Qıdış kimi adlandırılan şəxsdən təmənnasız aldığını bildirmişdir. Onu döyən və üzərinə metamfetamin qoyan polis əməkdaşının adını bilmir. Polis əməkdaşları tərəfindən o narkoloji və tibbi müayinəyə aparılmış, tibbi müayinə zamanı döyüldüyünü bildirməmişdir. Dindirilmiş şahidlər, yəni polsi əməkdaşlarından heç biri ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərməmiş, hədə qorxu gəlməmiş, onun üzərinə metamfetamin qoymamışlar. Lakin iş materiallarında olan sənədlərdə onun xx.xx.2023-cü il tarixdə saat 13:00-da tutulduğu qeyd edilsə də, o həmin gün gecə saat 02 radələrində saxlanılmış və üzərində şəxsi axtarış keçirilənədək polis şöbəsində qalmışdır. İstintaq zamanı tutulacağından qorxduğu üçün bütün izahat və ifadələrində psixotrop maddə olan metamfetaminin ona məxsus olduğunu bildirmiş, tutulmadan buraxıldıqdan sonra heç bir orqana şikayət verməmişdir. Ailədə anası ilə birlikdə yaşayır, anası xərçəng xəstəsidir. Başqa kimsəsi yoxdur. Onun xalası oğlu X6 İİ Vətən müharibəsində şəhid olmuşdur. Təqsirləndirilən şəxs son sözündə tutduğu ona bəraət verilməsini xahiş etmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünü elan olunmuş ittiham üzrə təqsirli bilir. Tutduğu əməlindən peşmandır. İşin mahiyyəti üzrə göstərmiş ki, yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla anası ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Əvvəllər məhkum olunmamışdır. Bədəninin ağrısından yəni başının ağrısından əziyyət çəkir. Psixi xəstəliklərə görə heç bir yerdə qeydiyyatda deyil. Narkoman kimi Lənkəran rayonlararası narkoloji dispanserdə qeydiyyatda durmur. İki ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Metamfetamini zərli kağızda yandırma yolu ilə tüstüsünü udmaqla qəbul edir. Demək olar ki, ay ərzində bir-iki dəfə psixotrop maddə olan metamfetamindən istifadə edir. İstifadə etdiyi psixotrop maddəni Lənkəran şəhər ərazisində təsadüfən rastlaşdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslərdən alır. 15 oktyabr 2023-cü il tarixdə saat 11:00 radələrində Lənkəran şəhəri kiçik bazar adlanan ərazidə əvvəllər tanımadığı bir şəxslə rastlaşmışdır. Söhbət edən zaman bir-birilərinin narkoman olduqlarını bilmişlər. O, həmin şəxsdən psixotrop maddə istəmişdir. Həmin şəxsdə ona üzərində psixotrop maddə olduğunu bildirmiş və 20 manata bir bükümdə psixotrop maddə olan metamfetamin satmışdır. O həmin şəxsdən aldığı psixotrop maddəni əynindəki gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Bədənində ağrılar olan zaman istifadə edəcəkmiş. Elə həmin günü yəni 15 oktyabr 2023-cü il tarixdə saat təxminən 13:00 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən yaşadığı evinə piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı əynindəki gödəkcəsinin sağ yan cibindən istifadəsi üçün saxladığı bir büküm psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Həmin bir büküm psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş, çəkisi 1,18 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş bir büküm metamfetamini bir zərfə qoyub bağlanmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolu və zərfi o və başqa iştirakçılar imzalamışlar. Tutduğu əməlindən son dərəcə peşmandır. Psixotrop maddə olan metamfetamini qəbul etməklə cinayət törətdiyini başa düşür, psixotrop maddələri heç vaxt satmamışdır. Psixotrop vasitələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlı olduğunu bildirmişdır. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin NMQnun əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Lənkəran şəhəri Akademik Z.Əliyeva küçəsi ev 78/9, mənzil 34-də qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 15 oktyabr 2023-cü il tarixdə raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Şöbə rəisi tərəfindən təsdiq edilmiş 15 oktyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərara əsasən ondan, ŞRPŞ-nin polis nəfərləri polis serjantı X2 və polis serjantı X3 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Təxminən saat 13:00 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri A.Z.Əliyeva küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim etmişlər. Həmin vaxtı yolda gediş-gəliş çox olduğundan və Təqsirləndirilən şəxs üzərinə orada baxış keçirmək üçün normal şərait olmadığından onu ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, polis serjantı Şahid3 Süzəddin oğlunun iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə ağ rəngli, kristial formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən iki ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Yevlax rayonunda Qıdış adlı şəxsdən təmannasız almış, istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs qarşı onun tərəfindən hər hansı fiziki və ya psixi zor tətbiq edilməmiş, belə zorun digər polis əməkdaşları və ya başqa şəxslər tərəfindən edilməsinin, habelə üzərinə metamfetamin qoyulmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs yalan danışır, o xx.xx.2023-cü il tarixdə saat 02 radələrində deyil, saat 13 radələrində saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqında Şahid2 və Şahid3 Süzəddin oğlu şahid Faiq Baxşıyevin ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. (Buna görə də məhkəmə həmin ifadələri təkrarlamağa zərurət görmür.) Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X7 ifadəsində bildirmişdir ki, o Təqsirləndirilən şəxs qonşusudur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən o da evdə olmuşdur. xx.xx.2023-cü il tarixdə gecə saat 2 radələrində küçədə səs küy gəldiyini eşitmiş, pəncərəyə çıxmışdır. Bu zaman Təqsirləndirilən şəxs polsi əməkdaşları tərəfindən saxlanıldığını görmüşdür. Nurlanın anası oğlunun nə üçün aparıldığını polis əməkdaşlarından soruşmuş, polislər heç bir problem olmadığını və Nurlanın polis şöbəsinə aparacaqlarını, daha sonra buraxacaqlarını bildirmişlər. Nurlanı polis şöbəsinə apardıqdan sonra o da Nurlanın anası ilə birlikdə polis şöbəsinə getmiş, orada bir qədər gözlədikdən sonra evlərinə qayıtmışlar. Nurlan saxlanılarkən polis əməkdaşlarının və ya ona qarşı hər hansı zor tətbiq etdiklərinin başqa şəxslərin zor tətbiq edilməsinin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2023-cü il tarixdə saat 13:00-da saxlanılmış, saat 13:30-da isə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 15 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibindən bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,996 qram psixitrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin psixotrop maddələrin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 16 oktyabr 2023-cü il tarixli, 19/934 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi -0,996 qram ağ rəngli kristial formada olan psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatı üçün 0,05 qram metamfetamin istifadə edilmiş, 0,946 qram heroin qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 16 oktyabr 2023-ci il tarixli, 950 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Lənkəran ŞRPŞ-nin İB-də Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi olmuş, 01 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən həmin cinayət işinin icraatına xitam verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə 0,946 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, metamfetaminin ekspertizadan sonra qalıq qalan 0,946 qram hissəsi saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X5 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Yaşadığı müddətdə qonşularla normal münasibətdə olmamış, onun barəsində İdarəyə hər hansı yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi, Təqsirləndirilən şəxs ibtidai istinaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahidlər Faiq Baxşıyev, Şahid2 və Şahid3 təsdiqedici ifadələri, məhkəmə kimyəvi və məhkəmə narkoloji ekspertizasının rəyləri, şəxsi axtarış və götürmə barədə protokol və şəxsin axtarışın keçilməsinin videogörüntüləri, maddi sübut, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, hadsə baş verdiyi zaman qüvvədə olan CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verərək, heab edir ki, həmin ifadələr aşağıda qeyd olunanlara əsasən özünümüdafiə xarakterli olmaqla, iş materiallarında olan sübutlarla təkzib olunur. Belə ki, təqsirləndirilən şəxs ifadəsində ona qarşı fiziki zor tətbiq edilməsini və buna görə də şəxsi axtarış keçirilən zaman psixtrop maddə metamfetaminin ona məxsus olduğunu dediyini bildirsə də, lakin o istər şübhəli şəxs, istərsə də təqsirləndirilən şəxs qismində ifadə verərkən də metamfetaminin ona məxsus olduğunu bildirmiş, cinayət işinin materialları tanış olduğu zamanda da döyülməsi, ona hədə qorxu gəlinməsi ilə bağlı hər hansı fikir bildirməmişdir. Halbuki o təqsirləndirilən şəxs qismində dindirilərkən, habelə cinayət işinin materialları ilə tanış olarkən müdafiəçiyə malik olmuş və ifadələrini sonuncunun iştirakı ilə bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsindən etibarən verdiyi izahat və ifadələrinin ardıcıl təhlili göstərir ki, cinayət təqibi başlananadək CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulandan sonra şəxsi axtarış zamanı, şəxsi axtarışdan sonra izahat və ifadələrində psixotrop maddə metamfetamini üzərindən götürülməsini təsdiq etmişdir. Bundan başqa təqsirləndirilən şəxs onu saxlayan polis əməkdaşlarının məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları olmasını təsdiq etsə də, lakin məhkəmə iclasında verdiyi ifadəsində həmin polislərin ona qarşı zor tətbiq etmədiyini, onun üzərinə narkotik vasitə qoymadığını bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadələri cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi daşıyır. Şahid ifadələri və iş materialları ilə təkzib olunur. Məhkəmə həmçinin Şahid4 ifadəsinə də tənqidi yanaşır və onun ifadələrini işin həqiqi hallarını özündə əks etdirən ifadələr kimi qəbul etmir. Belə ki, Şahid4 təqsirləndirilən şəxsin yaxın qonşusudur və onun təqsirləndirilən şəxsin əlehinə ifadə verə bilməsi inandırıcı görünmür. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlarla onun CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət törətməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 15 oktyabr 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə azadlığın məhdudlaşdırılması cəzası üzrə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ona toksikomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,946 qram psisotrop maddə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 2(iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 oktyabr 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 5(beş) ay 26(iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,946 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65(altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X4, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu gündən 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar