Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-66/2023 26.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1975-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək 18 noyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılaraq 01 ay 09 gün çəkilməmiş cəzası qalmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,294 qram, 0,295 qram, ümumi təmiz çəkisi 0,589 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 20 sentyabr 2022-ci il tarixdə, saat 12:05-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri M.M.Axund küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən qeyd edilən çəkidə narkotik vasitə оlan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 18 noyabr 2020-ci il tarixdə Lənkəran rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hazırda ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. O təxminən 15 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitə heroini Lənkəran şəhərində tanımadığı şəxslərdən alıb istifadə edir. 20 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhər Böyük bazar ərazisində üzdən tanıdığı və adını ona Əfqan kimi deyən şəxsdən 2 bükümdə 10 manata narkotik vasitə heroin almışdır ki, istifadə etsin. Həmin bükümləri istifadə etməsi üçün əynində olan şalvarının sağ yan cibində qoymuşdur. Həmin gün, saat təxminən 12 radələrində Lənkəran şəhəri, M.M.Axund küçəsində yəni yaşadığı küçədə olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demişlər və onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə Lənkəran ŞRPŞ-nə gəlmişdir. Orada vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirtməyə başlamışdır. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. O da əynində olan şalvarının sağ yan cibində saxladığı 2 bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Bundan sonra protokol tərtib edilmiş, protokolu imzalamaışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 sentyabr 2022-ci il tarixdə Lənkəran şəhəri M.M.Axund küçəsi ev 117-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik Şahid1 həvalə edilmiş, o və Şahid2la birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 20 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrindən Təqsirləndirilən şəxs ola biləcəyi, Lənkəran şəhəri M.M.Axund küçəsində Təqsirləndirilən şəxs həmin küçə ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim edib şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmişdir. Şöbəyə gəldikdən sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 1 ədəd elektron nəzarət qurğusu və şalvarının sağ yan cibindən 2 ədəd sellofana bükülmüş, içərisində narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 0,67 qram олmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş iki bükümdəki kütlələr narkotik vasitə heroindir, özünə məxsusdur, narkotik vasitəni Lənkəran şəhəri “Böyük bazar” deyilən ərazidə Əfqan adlı şəxsdən 2 bükümünə 10 manat verməklə özü qəbul etmək üçün almışdır.Bu barədə protokol tərtib edilmiş, doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 sentyabr 2022-ci il tarixdə Lənkəran şəhəri M.M.Axund küçəsi ev 117-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik Şahid1 həvalə edilmiş, o və Şahid3 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 20 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrindən Təqsirləndirilən şəxs ola biləcəyi, Lənkəran şəhəri M.M.Axund küçəsində Təqsirləndirilən şəxs həmin küçə ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim edib şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmişdir. Şöbəyə gəldikdən sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 1 ədəd elektron nəzarət qurğusu və şalvarının sağ yan cibindən 2 ədəd sellofana bükülmüş, içərisində narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 0,67 qram олmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş iki bükümdəki kütlələr narkotik vasitə heroindir, özünə məxsusdur, narkotik vasitəni Lənkəran şəhəri “Böyük bazar” deyilən ərazidə Əfqan adlı şəxsdən 2 bükümünə 10 manat verməklə özü qəbul etmək üçün almışdır.Bu barədə protokol tərtib edilmiş, doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmaqla araşdırılmış cinayət işinin 105-107-ci vərəqlərində olan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanıdır. 20 sentyabr 2022-ci il tarixdə Lənkəran şəhəri M.M.Axund küçəsi ev 117-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib, ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə şöbənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 20 sentyabr 2022-ci il tarixli qərarə əsasən o, Lənkəran ŞRPŞnin CAB-ın əməliyyat müvəkkilləri polis kapitanı Şahid2 və polis baş leytenantı Şahid3 birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 20 sentyabr 2022-ci il tarixdə saat 12 radələrindən Təqsirləndirilən şəxs ola biləcəyi, Lənkəran şəhəri M.M.Axund küçəsini müşahidəyə götürmüşlər. Həmin gün saat 12:05-də Təqsirləndirilən şəxs həmin küçə ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələrin üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs onu şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və avtомobillə Lənkəran ŞRPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və şöbənin təhqiqatçısı polis baş leytenantı Coşqun Qasımov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kapitanı Şahid2 “Samsung” markalı mobil telefonla çəkiliş aparmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, predmet və narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs heç bir narkotik vasitə və yaxud qanunla qadağan edilmiş əşya təqdim etməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 1 ədəd elektron nəzarət qurğusu və şalvarının sağ yan cibindən 2 ədəd sellofana bükülmüş, içərisində narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 0,67 qram оlmuşdur. Sonra həmin narkotik vasitə olan heroinə bənzər kütlələr müvafiq qaydada qablaşdırlmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron nəzarət qurğusu iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş iki bükümdəki kütlələr narkotik vasitə heroindir, özünə məxsusdur, narkotik vasitəni Lənkəran şəhəri “Böyük bazar” deyilən ərazidə Əfqan adlı şəxsdən 2 bükümünə 10 manat verməklə özü qəbul etmək üçün almışdır.Bu barədə təhqiqatçı polis baş leytenantı Coşqun Qasımov tərəfindən protokol tərtib edilmiş, doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edib götürülmüş narkotik vasitə olan heroini kimdən alması barədə heç bir məlumatım yoxdur. Təqsirləndirilən şəxs deməsinə görə həmin narkotik vasitəni Əfqan adlı şəxsdən almışdır. O Əfqan adlı şəxsi də tanımır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satması barədə də, məlumatı yoxdur. Cinayət işinin 30-32-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış “Şəxsi axtarış keçirilməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 2 bükümdə 0,67 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, o, həmin narkotik vasitənin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Cinayət işinin 44-47-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış məhkəmə-kimyəvi espertizasının 21 sentyabr 2022-ci il tarixli, 19/993 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,294 qr; - 0,295 qram; ümumi təmiz çəkisi: -0,589 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə b ir-biriləri ilə eynidirlər. Cinayət işinin 69-cu vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 989 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2020-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. Cinayət işinin 110-124-cü vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış “Sübutların qiymətləndirilməsi haqqında” 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,489 qram narkotik vasitə olan heroin, eləcə də şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmış 01 ədəd DVD disk iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və narkotik vasitə olan heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarından qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 5(049)-355/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ibtidai istintaq zamanı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,589 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət işinin 14-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-68-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 4(049)-297/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həsb qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 79-83-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 4(049)-318/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 84-85-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2003-cü ildə Lənkəran rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,xx.xx.2007-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 116-cı vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran rayon İcra və Probasiya şöbəsindən alınmış məktubdan görünür ki, Lənkəran rayon Məhkəməsinin 7(049)-44/2022 saylı, 09 fevral 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 431/2020 saylı, 18 noyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılmışdır. Lənkəran rayon Məhkəməsinin 4(049)-297/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci tarixdən hesablanmışdır. Lənkəran rayon Məhkəməsinin 4(049)-318/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Lənkəran rayon Məhkəməsinin 4(049)-297/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və dərhal həbsdən azad edilmişdir. Ev dustaqlığında saxlanılma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin məcəllənin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Beləliklə, məhkum Təqsirləndirilən şəxs 01 (bir) ay 09 (doqquz) gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, ailəsinin qazanc gətirən şəxsi olması, habelə məhkəmə istintaqı zamanı islah yönündəki davranışlarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını, habelə əldə olunmuş narkotik vasitənin miqdarını, yəni qanunda həmin miqdarda nəzərdə tutulmuş istehlak miqdarından az miqdarda çox olmasını (təxminən bir dəfə) və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə, eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özü və ailəsi ilə məhrumiyyətlər yaratmaqla yanaşı, iş üzrə müəyyən olunmuş cəzanın yüngülləşdirən hallarıın, xüsusilə də əməlindən peşman olmaqla islah yönündəki səmimi davranışlarının nəzərə alınmaması ilə nəticələnə bilər. Məhkəmə, bu qənaətə gələrkən həmçinin yuxarıda şərh olunan raportda da göstərildiyi kimi təqsirləndirilən şəxsin narkotik vasitədən son dövrlərdə istifadə etməyə başlamasını nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxsin narkomaniyadan müalicəsi azadlıqda olduğu təqdirdə daha effektiv ola bilər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdən tutulduğu müddətin hər günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ümumi müddət onun cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 ay 9 gün müddəti göstərilən qayda ilə hesablanmaqla ona təyin ediləcək ümumi cəzaya hesablanmalıdır. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞdə saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.489 qram qalıq çəkisi olan narkotik vasitə heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk CPMnin 132.1-ci maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Aambulator məhkəmə-narkoloji ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 989 saylı rəyini nəzərə almaqla CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 ay 9 gün müddəti hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə ona olaraq 3 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdən hazırkı tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 4 ay 6 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı 8 ay 12 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 il 5 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.489 qram qalıq çəkisi olan heroin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-66/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-66/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver