Məhkəmə qərarları › İş №1(049)-66/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-66/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-66/2024 01.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 16:25 08 avqust 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan 17636,00 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs1 xeyrinə verilməsinə dair, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 avqust 2011-ci il tarixli, 2(008)-1906/2011 saylı və 30000,00 manat borc məbləği Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2014-cü il tarixli, 2(008)-5435/2014 saylı qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 22 dekabr 2022-cü il tarixədək Zərərçəkmiş şəxs1 12686,00 manat, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 30000,00 manat, cəmi 42686,00 manat borcunu ödəməyərək sonunculara maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə əvvəllər qonşu olmuşlar. Zərərçəkmiş şəxs1 ilə birlikdə mobil telefon biznesi qurmaq razılığına gəlmişlər. Emil buna razı olaraq dostu Amil adlı şəxsdən 20000,00 Avro alaraq ona vermişdir. Bundan əlavə Emil atası Məhəmməddən 10000,00 ABŞ dolları alaraq ona vermişdir. Qalan pulları Emil Amildən və atası Məhəmməddən özü şəxsən almışdır. Emil ilə birlikdə sonunculardan aldığı pullarla mağaza kirayəyə götürərək birlikdə xaricdən telefon gətirib birlikdə satmağa başlamışlar. Zərərçəkmiş şəxs1 ona verdiyi pulları hara xərclədiyini soruşduqda həmin pullarla əlavə mobil telefon alacağını bildirmişdir. Lakin həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs1 verdiyi pulları tələb etsə də nağd pulu olmadığından həmin pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 Binəqədi Rayon Polis İdarəsində ərizə ilə ondan şikayət etmişdir. Polisdə araşdırma zamanı Emilə olan 22636,00 manat borcundan 5000,00 manatı ödəniş olunmuşdur. Qalıq 17636,00 manat borcunu ödəmədiyindən Emil ona qarşı məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 avqust 2011-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi 17636,00 manat məbləğində pulu Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. Bundan əlavə tanışı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 borca pul istəmiş və onlar iki qardaş hər biri 15000,00 manat olmaqla cəmi 30000,00 manat pul faizə vermişlər. Bir müddət sonunculara aylıq faiz ödəsə də 30000,00 manat borcu ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh kimi ondan 30000,00 manat borc məbləği və 30,00 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 verilməsi qət edilmişdir. Bu barədə icra sənədləri Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə icraya yönəldilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsində həmin icra sənədlərinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq borclarını vaxtında ödəmədiyindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1903/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icraatında barəsində olan icra sənədləri xx.xx.2019-cu il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Məhkəmə qətnamələrini icra etmədiyindən təkrar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən 20 iyirmi gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Öz yaşayış yerini dəyişərək Lerik rayonuna köçdüyündən barəsində olan icra sənədləri Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli qərarla Lerik Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lerik Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədlərinə görə icra işi başlanılmış və ona təkrar bildiriş verilmişdir. İcra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə barəsində protokol tərtib olunaraq Lerik Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qərarına əsasən o, 500,00 manat inzibati qaydada cərimə edilmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından Lerik Rayon İcra və Probasiya şöbəsinin rəisi Zərərçəkmiş şəxs3 tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci qərarı ilə şikayət təmin edilərək 20 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İnzibati həbsdən azad olunduqdan sonra ailə vəziyyəti ilə əlaqədar yaşayış yerini dəyişərək Lənkəran rayonu Göyşaban kəndinə köçdüyündən barəsində olan icra sənədləri xx.xx.2022-ci il tarixli qərarla Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədləri Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin İcraatına daxil olduqdan sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona sonuncu dəfə bildiriş verilməsinə və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq tələb yenə də tərəfindən tam təmin edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi üzrə Zərərçəkmiş şəxs1 sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 600,00 manat olmaqla, ümumilikdə 4950,00 manat ödəmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2xx.xx.2014-cü il tarixli qətnaməsi üzrə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 heç bir ödəniş etməmişdir. Mülkiyyətində daşınar və daşınmaz əmlak yoxdur. Maddi imkanı zəifdir. Etibarnamə əsasında idarə etdiyi “Nissan X-TRAİL” minik avtomobili taksi fəaliyyəti ilə məşğuldur. Aylıq qazancı 500,00 manat təşkil edir. Qazancını öz şəxsi ehtiyaclarına ödədiyindən qətnamələri icra etməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, himayəsində hamilə arvadının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs çoxdan tanıyır. Təqsirləndirilən şəxs pula ehtiyacı olduğu üçün ondan borc istəmiş və qardaşı Zərərçəkmiş şəxs3lə birlikdə xx.xx.2010-cu il tarixdə hər biri ayrılıqda 15000,00 manat olmaqla cəmi 30000,00 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişlər. Lakin sonuncu dediyi vaxta borcunu qaytarmamışdır. Bu zaman o və qardaşı Anar başa düşmüşlər ki, Təqsirləndirilən şəxs onları aldadır. Ona görə də Təqsirləndirilən şəxs vedikləri pulları tələb etmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxslə aralarında xx.xx.2012-ci il tarixdə notariat qaydada “borcun etirafı müqaviləsi” bağlamışlar. Təqsirləndirilən şəxs həmin borcu etiraf edərək xx.xx.2012-ci il tarixədək qaytaracağına söz vermişdir. Lakin Təqsirləndirilən şəxs ona və qardaşı Anara olan borclarını ödəməkdən yayınmışdır. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2014-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi 30000,00 manat əsas borc və 30,00 manat dövlət rüsumu alınaraq ona və qardaşı Zərərçəkmiş şəxs3 ödəməlidir. Məhkəmə qətnaməsi qəbul ediləndən sonra Təqsirləndirilən şəxs qətnamə üzrə borcundan ödəniş etməmişdir. Təqsirləndirilən şəxs əmək qabilliyyətli olmağına, qazanc əldə etməsinə baxmayaraq qətnamə üzrə olan borcunu ödəmir. İcra məmurlarına müraciət edərək borcun alınmasına köməklik etmələrini xahiş etsələrdədə, Bəşir icradan yayınmaq məqsədilə yaşayış yerini mütəmadi olaraq dəyişmişdir. Bu səbəbdən də inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs hazırda fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur. Aylıq 1000,00 manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir. Özünün maddi vəziyyəti cox pisdir. Ona görə də, Təqsirləndirilən şəxs pulunu tələb edir. Məhkəmə iclasından dindirilmiş zərərçəkmiş şəxs İbrahimov X2 Bəşir Oqtay oğlu ilə əvvəllər qonşu olmuşlar. Təqsirləndirilən şəxs ilə birlikdə mobil telefon biznesi qurmaq razılığına gəlmiş və dostu Amil adlı şəxsdən 20000,00 Avro, bundan əlavə atası Məhəmməddən 10000,00 ABŞ dolları alaraq Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs verdiyi pullarla sonuncu ilə Bakı şəhərində mağaza icarəyə götürərək birlikdə xaricdən telefon gətirib satmağa başlamışlar. Təqsirləndirilən şəxs verdiyi pulları hara xərclədiyini soruşduqda sonuncu həmin pullarla əlavə mobil telefon alacağını bildirsə də, həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Dəfələrlə Bəşirə verdiyi pulları tələb etsə də nağd pulu olmadığından həmin pulu qaytara bilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 avqust 2011-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi 17636,00 manat məbləğində pulu alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qəbul ediləndən sonra Təqsirləndirilən şəxs cəmi 4950,00 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs əmək qabilliyyətli olmağına, taksi fəaliyyəti ilə məşğul olmasına baxmayaraq qətnamə üzrə olan borcunu ödəmir. İcra məmurlarına müraciət edərək borcun alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də inzibati qaydada həbs olunmuşdur. Onun maddi vəziyyəti cox pisdir. Təqsirləndirilən şəxs öz borcunu tam tələb edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsində Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tələb etdiyini, ziyan ödənilməyəcəyi təqdirdə onun azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi barədə hökm çıxarılmasını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs çoxdan tanıyır. Bəşirin pula ehtiyacı olduğu üçün ondan borc istəmiş və qardaşı Zərərçəkmiş şəxs2lə birlikdə xx.xx.2010-cu il tarixdə hər biri ayrılıqda 15000,00 manat olmaqla cəmi 30000,00 manat məbləğində pulu Bəşirə vermişlər. Lakin Bəşir dediyi vaxta borcunu qaytarmamışdır. Bu zaman o və qardaşı Firdovsi başa düşmüşlər ki, Bəşir onları aldadır. Ona görə də Bəşirdən vedikləri pulları tələb etmişlər. Bir müddət sonra Bəşir ilə aralarında xx.xx.2012-ci il tarixdə notariat qaydada “borcun etirafı müqaviləsi” bağlamışlar. Bəşir həmin borcu etiraf edərək xx.xx.2012-ci il tarixədək qaytaracağına söz vermişdir. Lakin Bəşir ona və qardaşı Firdovsiyə olan borclarını ödəməkdən yayınmışdır. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2014-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 30000,00 manat əsas borc və 30,00 manat dövlət rüsumu alınaraq ona və qardaşı Zərərçəkmiş şəxs2 ödəməlidir. Məhkəmə qətnaməsi qəbul ediləndən sonra Təqsirləndirilən şəxs qətnamə üzrə borcundan ödəniş etməmişdir. Təqsirləndirilən şəxs əmək qabilliyyətli olmağına, qazanc əldə etməsinə baxmayaraq qətnamə üzrə olan borcunu ödəməmişdir. İcra məmurlarına müraciət edərək borcun alınmasına köməklik etmələrini xahiş etsələr də, Bəşir icradan yayınmaq məqsədilə yaşayış yerini mütəmadi olaraq dəyişmişdir. Bu səbəbdən də inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs hazırda fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur. Aylıq 1000,00 manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir. Maddi vəziyyəti cox pis olmasın ilə əlaqədar Təqsirləndirilən şəxs qalıq borcun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 avqust 2011-ci il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2014-cü il tarixli qətnamələri üzrə verilmiş icra vərəqələri icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X3 icra sənədlərini icraata qəbul etmiş və tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Borclu Təqsirləndirilən şəxs əmlak və gəlirləri yoxlanılmış, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cu il tarixli icra sənədinin tələbini təmin etmədiyi üçün barəsində xx.xx.2017-ci il tarixdə İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs həbsdən azad olunduqan sonra da tələbi təmin etməmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2018-ci il tarixdə “Borclunun axtarılması haqqında” qərar qəbul olunaraq icra olunması üçün Sabunçu rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində borclu Təqsirləndirilən şəxs barəsində 50788 saylı axtarış işi açılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs “ölkədən getmək hüuququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icraatında olan borclu Təqsirləndirilən şəxs barəsində olan icra sənədləri xx.xx.2019-cu il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə təhvil verilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi təqsirli billinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Tələb yenə tam icra olunmamışdır. Təqsirləndirilən şəxs yaşayış yerini dəyişərək Lerik rayonuna köçdüyündən barəsində olan icra sənədləri Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli qərarla Lerik Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədləri Lerik Rayon İcra və Probasiya şöbəsinin icraatında olan dövr ərzində müəyyən icra hərəkətləri görülmüş, borcluya bildirişlər təqdim edilmiş, izahatlar alınmışdır. Borclu Təqsirləndirilən şəxs yenə də tələbi tam təmin etmədiyi üçün barəsində xx.xx.2021-ci il tarixdə protokol tərtib olunaraq Lerik Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarına əsasən o, 500,00 manat inzibati qaydada cərimə edilmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından Lerik Rayon İcra və Probasiya şöbəsinin rəisi Zərərçəkmiş şəxs3 tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci qərarı ilə şikayət təmin edilərək borclu Təqsirləndirilən şəxs 20 (iyirmi) gün müddətinə inzibati həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs həbsdən azad olunduqdan sonra yaşayış yerini dəyişərək Lənkəran rayonu Göyşaban kəndinə köçdüyündən barəsində olan icra sənədləri xx.xx.2022-ci il tarixli qərarla Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra vərəqələri icraata qəbul edilərək icraata başlanılmış və tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Borclu Təqsirləndirilən şəxs əmlak və gəlirləri yoxlanılmış, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamışdır. İcra sənədləri Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra borcluya cinayət məsuliyyətinə cəlb olunacağı barədə bildiriş verilməsi və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq tələb yenə də tam təmin edilməmişdir. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və qətnamələrdə göstərilən tələbləri yerinə yetirmədiyi üçün sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 avqust 2011-ci il tarixli, 2(008)- 1906/2011 saylı qətnaməsindən görünür ki, 17636,00 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2014-cü il tarixli, 2(008)-5435/2014 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 30000 min manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 verilməsi qət edilmişdir. xx.xx.2014-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2014-cü il tarixli, 2(008)-5435/2014 saylı qətnaməsi üzrə icraata başlanılmışdır. xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 avqust 2011-ci il tarixli, 2(008)-1906/2011 saylı qətnaməsi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1903/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi təqsirli billinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-620\2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(008)-3077/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi təqsirli billinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lerik Rayon Məhkəməsinin 3(048)-291/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi təqsirli billinərək 500 manat inzibati qaydada cərimə edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-04\2022 saylı, xx.xx.2022-ci qərarından görünür ki, Lerik Rayon İcra və Probasiya şöbəsinin rəisi Zərərçəkmiş şəxs3 tərəfindən apellyasiya şikayəti təmin edilmiş, Lerik Rayon Məhkəməsinin 3(048)-291/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi təqsirli billinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Müvafiq bildiriş və xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnamələrin könüllü icrası tələb edilmiş, əks halda CM-nin 306-cı maddəsi ilə məsuliyyət barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Lənkəran RİHB-nin X4 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən məhkəmə qərar və qərardadları, habelə digər sənədlərlə təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84- 2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 avqust 2011-ci il tarixli, 2(008)-1906/2011 saylı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2014-cü il tarixli, 2(008)-5435/2014 saylı icra vərəqələrini icra etməməyə görə dəfələrlə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədlərini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə maddi imkanının zəif olması və qazancığı şəxsi ehtiyaclarına sərf etməsi ilə əlaqədar zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməməsi barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri, istintaq hərəkəti protokollar və digər sənədlərlə təkzib olunur. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, himayəsində hamilə arvadının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməməsini və buna cəhd etməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş baqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalı və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar