Məhkəmə qərarları › İş №1(049)-67/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-67/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-67/2023 09.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 12:15 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 2003-cü il tarixdə Rusiya Federasiyasının Krasnoyarsk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azarbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Masallı rayonun Ərkivan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının ortalarında, Lənkəran şəhərində satış məqsədi ilə, qanunsuz olaraq 4 ədəd bükümdə, ayrı-ayrılqda təmiz çəkiləri 0,209 qram, 0,169 qram, 0,203 qram, 0,191 qram ümumi təmiz çəkisi 0,772 qram olan tiryəkdən kustar üsulla hazırlanmış, kimyəvi tərkiblərinə və xarici görünüşlərinə görə eyni olan narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşımış, 17 sentyabr 2022-ci il tarixdə saat 13:45-də Lənkəran Şəhər Rayon X7 Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonun Liman şəhəri M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq Liman Polis bölməsinin yerləşdiyi inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan idman şalvarın sol yan cibində 4 ədəd gümüşü rəngli kazğız bükümlərin içərisində həmin narkotoik vasitə heroin və şalvarının sağ yan cibindən isə üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. 2-3 ildir ki, narkotik vasitə heroini qızdırıb tüstüsünü çəkməklə qəbul edir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Lənkəran şəhəri Su-8 deyilən ərazidə yerləşən «Sultan» şadlıq sarayının qarşısında olarkən üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 25 manat 4 büküm narkotik vasitə heroin almışdır. Həmin heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində radələrində Liman şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışlar. Onlar ona özlərini təqdim etdikdən sonra həmin şəxslərin polis əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək və sonra Liman polis bölməsinə gətirilmişdir. Bölmədə təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisini iştirakı ilə üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində saxladığı 4 bükümdə olan heroini şalvarının sol yan cibindən və bundan başqa şalvarının sağ yan cibindən isə üzərində saxladığı elektron tərəzini çıxarıb təqdim etmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini deyərək, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dildirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Liman şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə qərəzsiz mənbədən Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid1 məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 17 sentyabr 2022-ci il tarixdə şöbənin rəisindən müvafiq razılıq alındıqdan sonra Şahid1 tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Şahid1, o və Liman PB-nin polis nəfəri X6 da cəlb edilmişlər. Polis bölməsin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, saat 13 radələrində Təqsirləndirilən şəxs Liman şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərinin təqdim etdikdən sonra ona narkotik vasitələrin satışı ilə məşğul olmaqda və üzərində narktoik vasitə gəzdirməkdə şübhəli olduğu üçün birlikdə polis bölməsinə getməyi bildirilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə tərəfindən raportla bölmə rəsinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsiaxtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanusuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan şalvarının sol yan cibindən 4 ədəd sellofan büküm və şalvarının sağ yan cibindən isə bir ədəd elektron tərəzini çıxarıb təqdim edərək, sellofan bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisinə baxış keçirildikdə, bükümlərin içərisində narkotik vasitə olan heroinə bənzər maddələr olan aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş həmin kütlələr elektron tərəzidə çəkildikdə, 4 ədəd heroin bükümlərin ümumi çəkisi 1,05 qram olmuşdur. Təqsirləndirilən şəxslə bu barədə sorğu sual edildikdə, o üzərində aşkar olunmuş kütlənin heroinin özünə məxsus olduğunu, həmin heroini tutulduğu gün səhər saatlarında Lənkəran şəhəri Su-8 deyilən ərazidə üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 25 manat alaraq üzərində saxladığını və elektron tərəzini isə narkotik vasitə alarakən onların çəkilərini dəqiq bilməkdən ötrü gəzdirdiyini demişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir. Belə ki, şəxsi axtarış zamanı müdafiəçisi də bu baərədə ondan soruşmuş, lakin sonuncu ona qarşı heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Şahid1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin CAB-nin, əməliyyat müvəkkili vəzifəsində işləyir. Liman şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 17 sentyabr 2022-ci il tarixdə şöbənin rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Liman PB-nin polis nəfərələri Şahid2 və X6 da cəlb edilmişlər. Polis bölməsin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, saat 13 radələrində Təqsirləndirilən şəxs Liman şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərinin təqdim etdikdən sonra ona narkotik vasitələrin satışı ilə məşğul olmaqda və üzərində narktoik vasitə gəzdirməkdə şübhəli olduğu üçün birlikdə polis bölməsinə getməyi bildirilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə tərəfindən raportla bölmə rəsinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanusuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan şalvarının sol yan cibindən 4 ədəd sellofan büküm və şalvarının sağ yan cibindən isə bir ədəd elektron tərəzini çıxarıb təqdim edərək, sellofan bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisinə baxış keçirildikdə, bükümlərin içərisində narkotik vasitə olan heroinə bənzər maddələr olan aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş həmin kütlələr elektron tərəzidə çəkildikdə, 4 ədəd heroin bükümlərin ümumi çəkisi 1,05 qram olmuşdur. Təqsirləndirilən şəxslə bu barədə sorğu sual edildikdə, o üzərində aşkar olunmuş kütlənin heroinin özünə məxsus olduğunu, həmin heroini tutulduğu gün səhər saatlarında Lənkəran şəhəri Su-8 deyilən ərazidə üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 25 manat alaraq üzərində saxladığını və elektron tərəzini isə narkotik vasitə alarakən onların çəkilərini dəqiq bilməkdən ötrü gəzdirdiyini demişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunmuş həmin bükümləri və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmışdır. Zərf möhürlənərək o və iştirakçılarla birlikdə zərfin üzərinə imzalarını qeyd etmişlər. Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək ona və iştirakçılara oxunmuşdur. Protokolun məzmunu doğru olduğu üçün protokolu iştirakçılarla birlikdə imza etmişlər. Şəxsi-axtarış zamanı polis nəfəri Ucal Həmidli tərəfindən aparılmış video çəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir və ona qarşı heç bir ədavəti və ya qərəzçiliyi yoxdur. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin mənbəsi ilə bağlı tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilsədə, həmin mənbəni müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqında vəsatəti və müdafiə tərəfinin razılığı ilə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun eyni məzmun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 17 sentyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 4 bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülür, həmçinin Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinin və elektron tərəzinin özünə məxsus olduğunu təsdiq edir, elektron tərəzini narkotik vasitə alanda onu aldatmasınlar deyə üzərində gəzdirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 sentyabr 2022-ci il tarixli 19/979 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükümlər...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri -0,209 qram; -0,169 qram, -0,203qram, -0,191qram, ümumi təmiz çəkisi -0,772 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər və bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğuna görə tədqiqata təqdim edilmiş heroinlə müqayisəli tədiqiqat (eynilik) aparmaq mümkün olmadı. Heroindən tədqiqata 0,2 qr (hər ob -0,05 qr) istifadə edilmiş, 0,572 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 17 sentyabr 2022-ci il tarixli, 976 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi və 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, tərəzi və narkotik vasitə heroinin ekspertizadan sonra qalıq qalmış 0,572 qramı Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran rayonu Liman şəhəri Mənzil təsərrüfatı təmir-istismar təsərrüfatı hesablı sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, 4 ədəd bükümdə, ayrı-ayrılqda təmiz çəkiləri 0,209 qram, 0,169 qram, 0,203 qram, 0,191 qram ümumi təmiz çəkisi 0,772 qram olan tiryəkdən kustar üsulla hazırlanmış, kimyəvi tərkiblərinə və xarici görünüşlərinə görə eyni olan narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşıması özünün qismən etirafedici ifadəsi (aşkar edilmiş narkotik vasitə heroinin və elektron tərəzinin ona məxsus olması barədə), həmçinin Şahid2 məhkəmə iclasında, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş şahidlər Ucal Həmidli və Şahid1 ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 17 sentyabr 2022-ci il tarixli rəyi, maddi sübutlar, «şəxsi axtarışın keçirilməsi» barədə protokol və əlavə edilmiş DVD disk, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdran hallar müəyyən edilməmiş, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (aşkar edilmiş narkotik vasitənin miqdarını) Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 17 sentyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,572 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan DVD disk isə iş materiallarına saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 0,572 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE **********0002088501, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar