Məhkəmə qərarları › İş №1(049)-67/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-67/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-67/2025 28.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X10 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi Allahverən oğlunun iştirakları ilə, xx xxxx 1984-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, Lənkəran şəhəri Ş.Xiyabanı 46/1, mənzil 28-də qeydiyyatda olmaqla, Lənkəran şəhəri Ş.Xiyabanı döngə 3, ev 78-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyən etdi: Təqsirləndirilən şəxs kifayət qədər toplanmış istintaq sübutlarının məcmusu əsasında təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 23 noyabr 2024-cü il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdar hesab edilən bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,543 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbənin əməkdaşları tərəfindən həmin tarixdə saat 21:40 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhəri, Əli Məmmədov küçəsində saxlanılaraq üstü yoxlanılan zaman əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə qeyd edilən çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir, belə ki, müstəntiq onu tam olaraq dindirməmişdir. O, təhqiqat zamanı ona təqdim olunmuş sənədləri imzalasa da, istintaq zamanı heç bir sənədi imzalamamışdır, həmin sənədlərdəki imzalar ona məxsus deyildir. xx.xx.2024-cü il tarixdə əminəvəsi onlara gələrək qaşınması olduğunu, buna görə də qaşınmaya qarşı dərman almaq məqsədilə dediyi ünvana getməyi ona təklif etmişdir. Buna görədə o, əminəvəsinin dediyi ünvana getmişdir. Həmin ünvandan dərman alıb qapıdan çıxdığı zaman əməliyyatçılar onu saxlamışlar. Saxladıqdan sonra onlar ona təziqlər edərək psixotrop maddənin özünə məxsus olmasını boynuna almağı məcbur etmişlər. Boynuna almadığı təqdirdə onu psixotrop maddələrin satışı ilə məsuliyyətə cəlb edəcəklərini, onun üzünə tanımadığı narkomanları, Bəxtiyarı durğuzduracaqlarını, evlərindən narkotik vasitələrin çıxaracaqlarını bildirmişlər. Bundan əlavə, əməliyyatçıların avtomobilinin içərisində olan Tural onun sağ böyründən 3 dəfə yumruqla vurmuş və onun cibinə psixotrop maddəni qoymuşdur. Onların hədə-qorxularından qorxaraq, satışla onu məsuliyyətə cəlb etməmələri üçün, çəkiliş zamanı ondan aşkar olunmuş psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. İbtidai istintaq zamanı ona, bəraət aldığı işdə olduğu kimi, müdafiəçi qismində Ədalət Muradov təqdim edilmiş, o, ona etiraz etmiş, başqa vəkil istəmiş, onun etirazı qəbul edilməmiş və ona bildirilmişdir ki, həmin gün Ədalət Muradov növbətçi vəkil olduğundan onun hüquqlarının müdafiəsi üçün o istintaqa göndərilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə bəraət verilmişdir. Özü heç vaxt narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsə də, həmin cinayət işi üzrə də sidiyində narkotik vasitələrinin izləri aşkar olunduğu qeyd edilmişdir. Əməliyyatçılar onun atasına bildirmişlər ki, heç yerə şikayət etməsin, 2 gündən sonra onu buraxacaqlar. Müstəntiq onu əmin etmişdir ki, barəsində CM-nin 234.1-ci maddəsi ilə başlanılan cinayət işinə xitam verəcəklər və işi qaydasına qoyacaqlar. O, bununla bağlı bir neçə vəkillə, o cümlədən də, hazırda vəkili olan Müdafiəçila və Elşən Musazadə ilə məsləhətləşmiş, onlar müstəntiqə inanmamağı ona bildirmiş, buna baxmayaraq o, 2 gündən sonra həbsdən azad olunsa da, müstəntiqə inandığı üçün heç bir yerə şikayət etməmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, əməliyyatçılar onu xx.xx.2024-cü il tarixdə, saat 19-19:30 radələri arasında, 18-ci binanın yanında, Lənkəran Dövlət Universiteti binası ilə üzbəüz yerdə, “Al Market”dən siqaret aldığı zaman saxlamışlar. O, bununla bağlı quraşdırılmış kamera görüntülərinin çıxarılmasını müstəntiqdən xahiş etsə də, sonuncu onun vəsatətini təmin etməmişdir. Onun sidyində psixotrop maddənin izləri olmamışdır. Sadəcə həkim narkoloqun yanında olduğu zaman həkimin yanında oturmuş xanıma diqtə etmişlər, o da onların diqtəsi əsasında rəyi hazırlamışdır. Onun sidiyi əməliyyatçı Şahid1 tərəfindən dəyişdirilmişdir. Bunu şəxsən özü görmüşdür. Çünki, əməliyyatçıların bəraət aldığı işlə bağlı onunla ədavətləri olmuş, ondan təzminat almaq istəməsindən imtina etməsini tələb etmişlər. Cinayət işinin 64-65-ci vərəqəsində olan “Təqsirləndirilən şəxsin dindirlməsi haqqında” protokolun sonunda “İfadəmi oxudum doğrudur,imzamla təsdiq edirəm” yazılarını özü icra etsə də, imza ona məxsus deyildir. xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində olmuş, çəkilişdən əvvəl onun böyrünə 3 dəfə yumruqla vurmuşlar, ona atası ilə hədə-qorxular gəlmişlər. Üç nəfər narkomanı onun üzünə durquzdurmaq üçün gətirmişlər. Ona bildirmişlər ki, ya psixotrop maddəni boynuna götürsün və ona 234.1-ci maddəsi ilə cinayə işi başlanılsın, ya da ki, onu “satışla” məsuliyyətə cəlb edəcəklər. O, barəsində başlanmış cinayət işi ilə bağlı öz etirazlarını müstəntiqə şifahi qaydada bildirmiş, etirazı yazılı şəkildə verməyinə müstəntiq imkan verməmişdir. İbtidai istintaq tamalandıqdan sonra, o, xx.xx.2025-ci il tarixdə X11 Vilayət Eyvazovla görüşərək qanunsuz məsuliyyətə cəlb edilməsində şikayət etmiş, nəticədə onu tutmuş regional şöbənin rəisi Həmid Həmidov tutduğu vəzifəsindən azad olunmuşdur. Bəraət aldığı işdəki əməliyyatçıların əksəriyyəti, hazırki iş üzrə də əməliyyatda iştirak etmişlər. Saxlanıldığı zaman üstündə biri arvadına məxsus olmaqla iki mobil telefon və onların üstündə ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələri olmuşdur. ***-***-**-** nömrə arvadının istifadəsindədir. Əməliyyatçıların maşınında döyülən zaman onun əllləri qandallı olmuşdur. Üzərində psixotrop maddə olsaydı, əməliyyatçıların onu gördüyü zaman onu tullamağa imkanı olardı. Cəmi bir dəfə çəkiliş aparılmışdır. xx.xx.2025-ci il tarixdə əlavə olaraq bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X1 zaman müdafiəçi Ədalət Muradov onun yanında olmamış, yalnız ibtidai istintaq zamanı yanında olmuşdur. xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında isə o bildirmişdir ki, saxlanıldığı zaman müdafiəşi Ədalət Muradov yanında olmasa da, regional şöbəyə gətirildikdən sonra həmin müdafiəçi yanında olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində fərqli olaraq ibtidai istintaq zamanı Ədalət Muradovun iştirakı ilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi izahat və ifadələrində göstərmişdir ki, ailəlidir, 3 azyaşlı uşağı vardır. Ali təhsillidir. Heç bir yerdə işləmir. Məhkumluğu yoxdur. Arabir psixotrop maddə metamfetamindən istifadə edir. Zər kağızında psixotrop maddə metamfetamini yandırıb tüstüsünü qəbul edir. 2022-ci ilin iyul ayında Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbənin əməkdaşları tərəfindən tutulmuş, Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 10 avqust 2023-cü il tarixdə bəraət alıb azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra arabir psixotrop maddə metamfetamindən istifadə edir. Bəzən Bakı şəhərinə də gedib-gəlir. 14 noyabr 2024-cü il tarixdə Bakı şəhərindən Lənkərana gəlmişdir. 23 noyabr 2024-cü il tarixdə saat 21 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ilə piyada evinə doğru gedirmiş. Həmin vaxt yol kənarında bir büküm görüb götürmüşdür. Həmin büküm sellofana bükülmüş olmuşdur. İçinə baxanda görmüşdür ki, psixotrop maddə metamfetamindir. Həmin bükümü şalvarının sağ yan cibinə qoymuşdur ki, sonradan istifadə etsin. O piyada Z.Əliyeva küçəsindən Əli Məmmədov küçəsinə çıxmış və küçə ilə piyada gedən zaman bir neçə mülki geyimdə şəxslər ona yaxınlaşmışlar. Özlərini təqdim edib X6 şöbənin əməkdaşları olduqlarını bildirmişlər. Onlar videoçəkilişlə bunu edirmişlər. Ona təklif etmişlər ki, üzərində narkotik vasitə saxlamaqda şübhəlidir, əgər üzərində varsa təqdim etsin. O şalvarının sağ yan cibində qoyduğu bir sellofan bükümdə olan metamfetamini təqdim etmişdir. Daha sonra 2 ədəd bank kartlarını, şəxsiyyət vəsiqəsini, avtobus kartını, evin açarlarını, 3 manat 20 qəpiyi, 1 ədəd alışqanı, 1 ədəd Redmi və 1 ədəd Samsung markalı mobil telefonları təqdim etmişdir. Redmi markalı mobil telefonda ***-***-**-**, Samsung markalı mobil telefonda ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Həmin vaxt üstünə baxmışlar. Qapı açarlarını, pul və alışqanı ona qaytarmışlar. Metamfetamini, kartları, şəxsiyyət vəsiqəsini və mobil telefonları ondan götürmüşlər. Üzərindən aşkar edilmiş metamfetamin bükümünü elektron tərəzidə çəkmişlər və çəkisi 1,81 qram olmuşdur. Sonra həmin bükümü qablaşdıraraq götürmüşlər. Onu Regional şöbəyə gətirib protokol tərtib etmişlər. O protokolu imza etmişdir. Sonra onu vəkillə təmin edib şübhəli şəxs qismində tutmuşlar. Təhqiqatçı onu dindirmiş və o da olanları bildirmişdir. Tutduğu cinayət əməlindən peşmandır. Məhkəmə baxışında dindirilmiş şahid DİN BNMİ-nin X6 Şöbəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib göstərmişdir ki, 23 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib, ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla şöbənin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə şöbənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 23 noyabr 2024-cü il tarixli qərara əsasən o, Regional şöbənin əməliyyat müvəkkili, polis mayoru Şahid2, Regional şöbənin polis nəfərləri Şahid3, Şahid4 və Şahid5 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 23 noyabr 2024-cü il tarixdə saat 21 radələrindən Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Həmin gün saat 21:40 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Əli Məmmədov küçəsində yerləşən “Al” marketin yaxınlığında küçədə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin BNMİ-nin CBRŞ-nin əməkdaşları olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu və bu səbəbdən onun üzərini yoxlayacaqlarını demişlər. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etiraz etməmişdir. Həmin yer insanların toplaşdığı və avtomobillərin intensiv hərəkət yeri olduğundan, Təqsirləndirilən şəxs üzərini təxminən 10-15 metr aralıda yoxlamağa başlamışlar. Həmin vaxt videoçəkilişlə Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlamışlar. Polis nəfəri Şahid5 tərəfindən “Sony” markalı videokamera vasitəsilə çəkiliş aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, predmet və narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt əynindəki cins şalvarının arxa sol cibindən və şalvarının qabaq sol yan cibindən 1 ədəd “Redmi” və 1 ədəd “Samsung” markalı mobil telefonları, şalvarının sağ yan cibindən 1 ədəd “Bak-bus”, 2 ədəd bank kartını, özünə məxsus şəxsiyyət vəsiqəsini, evin açarlarını, 3 manat pul və bir ədəd bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə psixotrop maddə metamfetamin var və yerdən tapıb istifadə etməkdən ötrü üzərində saxlamışdır. Daha sonra Raminin üstünü yoxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən alışqan və 20 qəpik çıxmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa daha heçnə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə psixotrop maddə metamfetamninə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 1,81 qram olmuşdur. Daha sonra həmin metamfetaminə bənzər kütlə bir zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş alışqan, 3 manat 20 qəpik və açarlar özünə qaytarılmışdır. Mobil telefonlar, kartlar və şəxsiyyət vəsiqəsi Ramindən götürülmüşdür. Təqsirləndirilən şəxs üstünü yoxladıqdan sonra onu X6 şöbənin inzibati binasına gətirmişlər. Regional şöbədə bu barədə protokol tərtib edilmiş, doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlanması haqqında çəkiliş bir ədəd diskə köçürülərək raport və materialla birlikdə təhqiqatçıya verilmişdir. Təqsirləndirilən şəxs şöbədə müdafiəçi ilə təmin olunmuş və şöbənin təhqiqatçısı polis mayoru Famil Həsənov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin bir bükümdə psixotrop maddə metamfetamini konkret olaraq kimdən aldığını bilmir. Həmçinin bildirmişdir ki, narkoloji müayinəni həkimlər özləri həyata keçirirlər, o, təqsirləndirilən şəxsin sidiyini dəyişməmiş, analizi təqsirləndirilən şəxs özü vermiş, təqsirləndirilən şəxsin üzərindən bir büküm metamfetamin aşkar olunmuş, yeni qanunvericiliyə əsasən təqsirləndirilən şəxsi şöbəyə aparmadan, yerində üzərində baxış keçirilmiş, onun narkomanlardan ibarət məxfi əməkdaşları yoxdur, çəkiliş zamanı təqsirləndirilən şəxs psixotrop vasitənin özünə məxsus olduğunu etiraf etmiş, metamfetamini yerdən tapdığını dediyindən, mənbə ilə bağlı araşdırma aparılmamış, təqsirləndirilən şəxsi vurmamış, vurulmamısının şahidi olmamış, bütün sənədlərə təqsirləndirilən şəxs özü imza çəkmiş, onun digər bir cinayət işi üzrə bəraət almasının onlara heç bir aidiyyatı yoxdur, bəraətlə bağlı iş üzrə əməliyyat qrupunun tərkibində olmamış, onu Regional şöbələrinə, oradan da narkoloji ekspertizadan keçirilməsi üçün xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxsin üzərinə avtomobil sürülməmiş, təqsirləndirilən şəxsi saxladıqları yerdə 2 saat saxlamamışlar. Onu döyən, ona hədə və qorxu gələn olmamışdır. Psixotrop maddəni heç kim Raminin cibinə qoymamışdır. X9 müvəqqəti saxlama yerləri yoxdur.Daha sonra materialları İstintaq Bölməsinə təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN BNMİ-nin X6 Şöbəsinin polis nəfərləri Şahid5, Şahid3 və Şahid4, baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş X4 göstərmişdir ki, əvvələr narkotik vasitələrə görə məhkum olunsa da, məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs onun əmi nəvəsidir. Raminlə yoldaş olmaqla, bir birinin evinə gediş-gəlişləri vardır. xx.xx.2024-cü il tarixdə Ramin onların evinə gəlməmiş, əksinə özü onların evinə və oradan da çıxaraq dostunun evinə, Ramin isə başqa yerə getmişdir. Həmin gün o, Raminə heç bir sifariş verməmiş, ondan özü üçün dərman almağı xahiş etməmişdir. xx.xx.2024-cü il tarixdə Ramin ondan borc pul istəmiş, o da, öz kartından onun kartına 15 manat pul atmışdır. Ramingilin evinə tək getmiş və həmin vaxt onların evində Raminin atası olmuşdur. O, Raminin tutulduğu xx.xx.2024-cü il tarixi dəqiq xatırlayır. Çünki həmin gün o, Raminə zəng etmiş, zəng sonuncuya çatmamışdır. Daha sonra Raminin atasına zəng etmiş, sonuncu Raminin evə gəlmədiyini ona bildirmişdir. Bundan iki gün keçdikdən sonra Ramini gördükdə, sonuncu ona polislər tərəfindən tutulduğunu bildirmişdir. Raminə 15 manat pulu dərman almaq üçün deyil, borc olaraq vermişdir. Əvvələr demək olar ki, hər gün Raminlə bir yerdə olmuşdur, lakin narkotik vasitələr qəbul etməmişlər. Raminin narkotik vasitə qəbul etdiyini bilmirdi. Ramin tutulub buraxıldıqdan sonra da Raminin kartına 10 manat pul atmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, o, təqsirləndirilən şəxsi narkoloji xəstaxanaya müayinə üçün gətirildiyi vaxt tanımışdır. Sonuncu xx.xx.2024-cü il tarixdə, saat 12.39-da sidik nümunəsini ekspertizaya təqdim etmiş, bu zaman təqsirləndirilən şəxsin özündən soruşduqda, müayinə edilən sidiyinə müdaxilə edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsdən hər hansı bir etiraz daxil olmamışdır. Sidik nümunəsini təqsirləndirilən şəxs narkoloji xəstəxananın ayaq yolunda, qabı doldurmaqla ona təqdim etmişdir. Təqsirləndirilən şəxsin sidiyini hər hansı bir kənar təsir olmadan, özü analiz etmişdir. Əməliyyatçılar ona heç bir göstəriş verməmişlər. O, əməliyyatçılardan Şahid1 hər-hansı bir tapşırıq almamışdır. Sadəcə təqsirləndirilən şəxin narkoloji xəstəxanada qeydiyyatda olub-olmamasına dair sualını, “dəqiq bilmirəm” deyərək cavablandırmışdır. BNMİ-nin CBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə edib Lənkəran rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə ümumi 1,81 qram psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş və həmin psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. BNMİ-nin CBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs, Lənkəran şəhəri, Əli Məmmədov küçəsində yerləşən “Al market”in yanında, saat 21.40-radələrində saxlanılmış, üstünə videoçəkiliş vasitəsilə yoxlama keçirilmiş, bu zaman sonuncunun üzərindən bir bükümdə psixotrop maddə, metamfetaminə bənzər kütlə götürülmüşdür. “Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürülmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təqdim olunan bir ədəd ağ rəngli zərfə, bir ədəd DVD diskə və digər əşyalara baxış keçirilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm metamfetamin” yazılan zərfdən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş, daha sonra DVD diskində olan görüntüdə təhqiqata təqdim olunan metamfetaminə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan psixotrop maddə olan metamfetaminə bənzər kütlənin aşkar olunmasını bildirməsi öz əksini tapmış, şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Məhkəmə-kimyəvi ekspertizasının 24 noyabr 2024-cü il tarixli, 19/743 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 1,543 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir.Tədqiqatdan sonra qalıq çəkisi 1,493 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Məhkəmə-narkoloji ekspertizasının 24 noyabr 2024-cü il tarixli, 806 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci tarixli, 4/1074 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 54-cü vərəqində olan xx.xx.2024-cü il tarixli müstəntiqə və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında protokolda “Şübhəli:” qrafasındakı imza və “R. Axundov” soyadı; 55-56-cı vərəqlərində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqində “13. Hüquqlarım mənə izah edildi” və “İmza” qrafalarındakı imzalar, 2-ci vərəqin sonunda “Cavab” qrafasında Təqsirləndirilən şəxs adından olan əlyazmalar və “Təqsirləndirilən şəxs” yazıların qarşısındakı imza; 57-58-ci vərəqlərində olan 25 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması barədə qərarın 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza və “R. Axundov.” soyadı; 59-60-cı vərəqlərində olan xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxsin CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişin 1-ci vərəqində soldan birinci imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza və “R. Axundov.” soyadı; 61-ci vərəqində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi, hüquq və vəzifələrinə dair biİdirişin və təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın ona təqdim edilməsi barədə protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza və “R. Axundov” soyadı; 62-ci vərəqində olan xx.xx.2024-cü il tarixli müstəntiqə və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında protokolda “Təqsirləndirilən (şübhəli şəxs): qrafasındakı imza və “R. Axundov” soyadı; 63-cü vərəqində olan xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış olması haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza və “R. Axundov” soyadı; 64-65-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqində “13.Hüquqlarım mənə izah edildi” qrafasındakı imza, “İmza” qrafalarındakı imzalar və “bilib blməməsi barədə qeyd” qrafasında “bilirəm” əlyazma, 2-ci vərəqin sonunda “Cavab:” qrafasında Təqsirləndirilən şəxs adından olan əlyazmalar və “Təqsirləndirilən şəxs ” yazıların qarşısındakı imza; 69- 70-ci vərəqlərində olan 25 noyabr 2025-ci il tarixli Əşyalara baxış keçirilməsi haqqında protokolun 1-ci vərəqin aşağı sol hissəsində “1.” rəqəmin qarşısındakı imza və 2-ci vərəqində “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 75- ci vərəqində olan xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış olması haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 76-cı vərəqində olan xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış olması haqqında protokolda “Təqsirləndirilən şəxs: qrafasındakı imza; 110-cu vərəqində olan xx.xx.2025-ci il tarixli İbtidai istintaqın qurtarması barədə məlumat vermək haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza və “R. Axundov” soyadı; 111-ci vərəqində olan xx.xx.2025-ci il tarixli Cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza və “Təqsirləndirilən şəxs” əlyazmaları - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-cildinin 75-ci vərəqində olan xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış olması haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasında “R. Axundov” soyadı, 76-cı vərəqində olan xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış olması haqqında protokolda “Təqsirləndirilən şəxs: qrafasında “R. Axundov” soyadı - Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizanın dəyəri 125 manat təşkil edir. Əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Lənkəran şəhəri, Şəhidlər xiyabanı küçəsi, ev 46/1, mənzil 28-də qeydiyyatda olmaqla Lənkəran şəhəri, Şəhidlər xiyabanı küçəsi, döngə 3, ev 78-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadə etməsi barədə əməliyyat məlumatları əldə edilmişdir. “Sübutların qiymətləndirlməsi haqqında” Qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir bükümdə 1,543 qram psixotrop maddə metamfetamin və şəxsin üstünün yoxlanması zamanı qeydə alınmış videoçəkilişə dair 01 ədəd DVD-R diski maddi sübut qismində tanınmışdır. Maddi sübut olan psixotrop maddəmetamfetamin ekspertiza tədqiqatından sonra qalıq çəkisi saxlanması üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlanma otağına təhvil verilmiş, 01 ədəd DVD-R disk iş materiallarında saxlanılmışdır. DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Axundov X5 ŞRPŞ-si tərəfindən Azərbayacan Respublikası CM-pnin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İşdə olan xasiyyətnamə, arayışdan, eləcə də doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Fatimə, xx.xx.2011-ci il təvəllüdlü Nərmin və xx.xx.2015-ci il təvəllüdü Xanım adlı bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşaq olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilməklə MSY-dən azad olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun təqsiri şahidlərin ifadələri, şəxsin üstünün yoxlanması haqqında protokol, videoçəkilişə dair disk, götürülmüş maddi sübut, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji və məhkəmə-xəttşünaslıq ekspertizalarının rəyləri, habelə iş materiallarında olan digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 142-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadələrini cinayət işi üzrə məhkəmədə müəyyən olunan sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələr iş üzrə məhkəmədə müəyyən olunan hallarla üst-üstə düşmədiyinə iş üzrə sübut kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi obyektiv həqiqəti müəyyən etməyə imkan verdiyi üçün məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı da verdiyi ifadəsini daha mötəbər sübut qismində qəbul edərək ittihamın həll edilməsi üçün kifayət edən sübut kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı 1.543 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməyərək ibtidai araşdırma dövründən fərqli olaraq məhkəmə baxış iclası zamanı üzərindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olmaması, əməliyyatçılar onu saxladıqdan sonra ona təzyiqlər edərək psixotrop maddənin özünə məxsus olmasını boynuna almağı məcbur eməsi, boynuna almadığı təqdirdə onu psixotrop maddələrin satışı ilə məsuliyyətə cəlb edəcəklərini, onun üzünə tanımadığı narkomanları, həmçinin Bəxtiyar adlı narkomanı durğuzduracaqlarını, evlərindən narkotik vasitələrin çıxaracaqlarını, polis əməkdaşlarının hədə-qorxularından qorxaraq, satışla onu məsuliyyətə cəlb etməmələri üçün çəkiliş zamanı ondan aşkar olunmuş psixotrop maddənin özünə məxsus olduğunu bildirməsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə tutulduqdan sonra müdafiəçi ilə təmin olunmuş, müdafiəçinin iştirakı ilə verdiyi izahat və ifadələrə qeydlər etməmiş, cəmi iki gün ibtidai həbsdə olduqdan sonra azadlığa buraxılmış, azadlıqda buraxıldıqdan sona cinayət işi məhkəməyə verilənədək onun verdiyi izahat və ifadələrini inkar etməyə kifayət qədər vaxtı olsa da, o, onları inkar və hər hansı bir orqana şikayət etməmiş, əksinə xx.xx.2025-ci il tarixdə müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış olaraq heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar özünün ibtidai istintaqda verdiyi izahat və ifadəlkərindən əlavə məhkəmə iclasında dindirilmiş şahid ifadələri, DVD-R diskindəki görüntülər və digər sübutlarla tam təkzib olunur. Məhkəmə, təqsirləndirilən şəxsin əvvələr psixotrop maddədən istifadə etməməsi ilə bağlı bildirir ki, ekspertiza rəyi ilə qeyd olunanlar tam təkzib olunur. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin əməliyyatçıların avtomobilinin içərisində olan Tural onun sağ böyründən 3 dəfə yumruqla vurması və onun cibinə psixotrop maddəni qoyması ilə bağlı qeyd edir ki, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli DVD-R diskdə olan video görüntü və “Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürülmə haqqında” xx.xx.2024-cü il tarixli video görüntüdən də görünür ki, Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin maddələri yerdən tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını, tutulduğu zaman, əməliyyatçılar tərəfindən ona qarşı hər-hansı bir qanunsuz hərəkətlər edilmədiyini göstərmişdir. Eləcə də, məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmiş və surətlərinə baxış keçirilməklə işə əlavə edilmiş Lənkəran ŞRPŞ-nin MSY-nin “MSY-də saxlanılan şəxslərin uçotu” və “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitablarından edilmiş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə hüquq və daxili nizam qaydaları izah edilmiş, xx.xx.2024-cü il tarixdə, saat 18.00-da MSYdən azad olunmuş, ilkin müayinə, eləcə də tibb işçisi tərəfindən keçirilmiş müayinə zamanı praktiki sağlam olmuş, onda xəsarətlər aşkar olunmamış, Təqsirləndirilən şəxs özü də xəsarət alması barədə şikayət etməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməliyatçı tərəfindən döyülməsi barədə göstərdiyi xüsusatlar qeyd olunan sənədlərlə tam təkzib olunur. Məhkəmə, təqsirləndirilən şəxs və onun müdafiəçisinin ayrı-ayrılıqda təqsirləndirilən şəxsin Lənkəran ŞRPŞ-nin MSY-nə təhvil verilənədək, xx.xx.2024-cü il tarixdə DİN BNMİnin CBRŞ-də saxlanılaraq işgəncəyə məruz qalması, saxlanılan zaman vəkilinin yanında olmaması, vəkilin yalnız istintaqda yanında olması və hüquqlarının pozulması ilə bağlı göstərdiklərinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21.40 saxlanılaraq onun üstünə yerində yoxlama aparılmış, həmin yoxlama saat 21.52-də başa çatmış, təqsirləndirilən şəxsin üstündən psixotrop madddəyə oxşar kütlə aşkar olunaraq götürülmüş, daha sonra o, DİN BNMİ-nin CBRŞ-nə gətirilmiş, saat 22:35 - 22.41 arası təqdim olunmuş əşyaya baxış keçirilərək götürülmüş, daha sonra müdafiəçi dəvət olunaraq sonuncunun iştirakı ilə saat 23:30-da şübhəli şəxs qismində tutulmuş, bundan 45 dəqiqə sonra, artıq xx.xx.2024-cü il tarixdə, saat 00:15-dən 00:35-dək müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək qərarlarla təqsirləndirilən şəxs və onun müdafiəçisi tanış olunmuş, təqsirləndirilən şəxs tibbi müayinəyə təqdim edilmiş, tibbi müayinənin nəticəsi müsbət olmuş və bundan sonra müvafiq istintaq hərəkətləri davam etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin qanunsuz saxlanılmaq məqsədilə deyil, təhqiqatın aparılması məqsədilə DİN BNMİ-nin CBRŞ-nə gətirilmiş, onun əməlində cinayətin tərkibi aşkar olunduqdan sonra material istintaq orqanına təqdim olunmaqla, təqsirləndirilən şəxs MSY-nə təhvil verilmişdir. Məhkəmə yuxarıda qeyd olunan halı işgəncə faktı kimi qəbul etmir. Eyni zamanda təqsirləndirilən şəxs tutulduqdan iki gün sonra MSY-dən azad edilmiş, göstərdikləri xüsusatla bağlı hər hansı bir orqana, Vəkillər qurumunun rəhbərliyinə şikayətlər etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin saxlanılması zamanı qanunverciliyin tələblərinə əsasən barəsində müvafiq prosessual hərəkətlər icra edildiyinə görə onun məhkəmə iclasında gətirdiyi müdafiə hüququnun pozulması ilə bağlı dəlilləri əsassızdır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə iclasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbənin əməkdaşlarının onu saat 21:40-a deyil, saat 19-da saxlamaları ilə bağlı qeyd edir ki, məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-dən məhkəməyə daxil olmuş və işə əlavə edilmiş telefon zəngləri barədə məlumatlardan görünür ki, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** nömrəli telefonundan saat 21:03:51-də ***-***-**-** nömrəsinə zəng edilmiş, zəng müddəti 26 saniyə təşkil etmiş, həmin gün onun digər telefonu olan ***-***-**-** nömrəli telefonundan saat 21:16:53-də bir daha ***-***-**-** nömrəsinə zəng edilmiş, zəng müddəti 07 saniyə təşkil etmişdir. Göründüyü kimi "xxxx" MMC-dən məhkəməyə daxil olmuş telefon zəngləri barədə məlumatlardan təsirləndirilən şəxsin saat 21:16-dək üzərində olan telefonlarından istifadə etdiyi sübuta yetirilir. Buna görə də məhkəmə onun saat 19-da saxlanılması ilə bağlı göstərdiyini qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin belə bir ifadə verməkdə məqsədi cinayət məsuliyyətindən yayınmaq olmuşdur. Məhkəmə həmçinin “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokolun sonunda “İfadəmi oxudum doğrudur, imzamla təsdiq edirəm” yazılarını özünün icra etməsi, lakin imzanın ona məxsus olmamsı, təhqiqat zamanı ona təqdim olunmuş sənədləri imzalasa da, istintaq zamanı heç bir sənədi imzalamaması, həmin sənədlərdəki imzaların ona məxsus olmaması ilə bağlı göstərdiyinə qiymət verərək məhkəmə qeyd edir ki, müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ilə təqsirləndirlən şəxsin göstərdiyi həmin hallar tam təkzib olunur. Məhkəmə qeyd edir ki, artıq yuxarıda qeyd olunan dəlillər Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəyə münasibətdə məhkəmədə verdiyi ifadəsinin məntiqli və ardıcıl olmadığını təsdiq edir, ümumiyyətlə onun məhkəmədə verdiyi müvafiq məzmunlu ifadəsi həqiqətə uyğun olmamaqla məhz real faktların ört-basdır edilməsinə, cinayət məsuliyyətindən azad olunmaya yönəilmiş özünü müdafiə xarakterli kimi qiymətləndirilir. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ifadələri cinayət təqibi üzrə mötəbər sübut hesab edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-niıı 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halı müəyyən etmədi. Məhkəmə yuxarıda qeyd olunanaları, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, o məhkəmə iclas zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 1,493 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, 01 ədəd DVD-R disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 60 və 125 manat, cəmi 185 manat manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü və 356cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 1,493 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd DVD-R disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 və 125 manat, cəmi 185 (bir yüz səksən beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar