Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-68/2025 16.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14:30 Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Təngivan kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Lənkəran rayonu, Təngivan kəndində yerləşən yaşadığı evin qonaq otağında həyat yoldaşı X2 ilə arasında şəxsi münasibətlərindən irəli gələn səbəblərdən baş vermiş mübahisə zamanı sonuncunun sağ bud-çanaq oynağı, sol said, alın, sağ yanaq, sağ qaş, onurğa sütunu nahiyələrinə yumruqla və təpiklə bir neçə dəfə qəsdən zərbə vuraraq ona sağ bud-çanaq oynağı bağ aparatının çıxığı, gərilməsi və zədələnməsi, sol said, alın, sağ yanaq nahiyələrində sıyrıqlar, sağ qaş, onurğa sütununun bel şöbəsi, sağ bud-çanaq oynağı nahiyələrində qançırla nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs onun ikinci həyat yoldaşıdır. Əvvəlki həyat yoldaşı ilə birgə nikahdan olan oğlu onlara gəldikdə Dilarə onunla mübahisə yaradır. 01 fevral 2025-ci il tarixdə yaşadıqları Lənkəran rayonu, Təngivan kəndində yerləşən evdə olarkən həyat yoldaşı Zərərçəkmiş şəxs onunla mübahisə yaratmşdır. O, isə stulda oturaraq onun bu hərəkətlərini müşahidə etmişdir. Həmin vaxt Dilarə əlləri ilə öz üzünə zərbələrə vuraraq üzünə cırmaq atmışdır. O, isə ümumiyyətlə mübahisə dövründə yerindən qalxmamışdır. Dilarəyə heç bir zərbə endirməmişdir. Hadisə vaxtı həmin otaqda yalnız Dilarə ilə ikisi olmuşdur və heç bir kənar şəxs orada olmamışdır. Onun bu işdə heç bir təqsiri yoxdur. Əvvəllər də Dilarə ilə aralarında baş vermiş mübahisə zamanı ona bir zərbə vurduğuna görə barəsində iş açılmışdır, lakin Dilarə onu bağışladığına görə barəsində olan həmin işin icraatına xitam verilmişdir. Hazırda Dilarə onunla barışmamışdır. Bu səbəbdən də barəsində olan iş üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq təhqiqat araşdırması zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində özünü ona qarşı irəli sürülən ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, X2 onun həyat yoldaşıdır. Dilarə ilə 2013-cü ildə ailə həyatı qurmuşdur. Əvvəllər aralarındakı münasibətlər yaxşı olmuşdur. Bır neçə ay müddətdir ki, ailə münasibətləri zəmnində aralarında mübahisələr baş vermişdir. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Lənkəran rayonu Təngivan kəndində yerləşən yaşadığı evdə şəxsi münasibətlərdən irəli gələn səbəblərə görə aralarında yenidən mübahisə baş vermişdir. Mübahisə zamanı Dilarə ona cavab qaytardığına görə sağ bud-çanaq oynağı, sol said, alın, sağ yanaq, sağ qaş, onurğa sütunu nahiyələrinə yumruqla və təpiklə bir neçə dəfə qəsdən zərbə vuraraq ona xəsarət yetirmişdir. Aralarındakı mübahisə təxminən 5-6 dəqiqə ərzində davam etmiş və yaxınlıqda kənar şəxslər olmamışdır. Mübahisə zamanı Dilarə Abdullayevə ona heç bir zərbə vurmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Lənkəran rayonu, Təngivan kəndində həyat yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Onunla birgə nikahdan iki azyaşlı uşaqları vardır. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində yaşadığı evdə aralarında baş vermiş ailə münaqişəsi zamanı Təqsirləndirilən şəxs sağ bud-çanaq oynağı, sol said, alın, sağ yanaq, sağ qaş, onurğa sütunu nahiyələrinə yumruqla və təpiklə bir neçə dəfə qəsdən zərbə vuraraq ona xəsarət yetirmişdir. Mübahisə zamanı Mais onu həmçinin dəmir maşa ilə də vurmuşdur. Aralarındakı münaqişə təxminən 3-4 dəqiqə ərzində davam etmiş, həmin vaxt yaxınlıqda heç kəs olmamışdır. Özü isə Təqsirləndirilən şəxs heç bir zərbə vurmamışdır. Həmçinin özünə heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində qeyd etdikləri tamamilə yalandır. Maisin guya onun özünə xəsarət yetirməsi barədə bildirdikləri tamamilə yalandır və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Mais dəfələrlə azyaşlı uşaqlarının yanın onu döyüb, söyüb, təhqir etmişdir. Hətta hazırki iş üzrə məhkəmə baxışı ərəfəsində də həbs edilənədək Təqsirləndirilən şəxs dəfələrlə onu döymüşdür. Hətta azyaşlı uşaqları onun bu hərəkətlərindən psixoloji travma, stres keçirmişlər və onları hazırda bununla əlaqadar müalicə etdirir. Uşaqlar hələ də bu stresin təsirindən çıxa bilmirlər. Təqsirləndirilən şəxs həbsdən azad ediləcəyi təqdirdə onun tərəfindən özünün v iki azyaşlı uşağının həyatı üçün olduqca böyük bir təhlükə olacaqdır. Əvvəllər də Mais onu döydüyü üçün onun barəsində polisdə iş açılmış, sonradan məhkəmə baxışında onu bağışladığı üçün işin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır və ümumiyyətlə onunla barışmaq fikri də yoxdur. Qeyd edilənlri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu, Təngivan kəndində yerləşən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaşadıqları fərdi yaşayış evinin daxilində baş vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 81 saylı rəyində göstərilmişdir ki, X1 bədəni üzərində - sağ bud-çanaq oynağı bağ aparatının çıxığı, gərilməsi və zədələnməsi, sol said, alın, sağ yanaq nahiyələrində sıyrıqlar, sağ qaş, onurğa sütununun bel şöbəsi, sağ bud-çanaq oynağı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından, Lənkəran Rayon Məhkəməsinin 1(049)-86/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmündən və Lənkəran Rayon Məhkəməsinin 1(049)-166/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə aparılan icraata xitam verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarının məzmunundan müəyyən edilir ki, həmin iş üzrə də Zərərçəkmiş şəxs olmuş və məhkəmə baxışı zamanı onun tərəfindən Təqsirləndirilən şəxslə barışması barədə ərizə təqdim edilmişdir. İş materiallarında olan Lənkəran şəhər Psixiatriya Xəstəxanası PHŞ-nin xx.xx.2025ci il tarixli 121 saylı arayışından görünür ki, Lənkəran rayonu, Təngivan kəndində yaşayan Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. İş materiallarında olan Lənkəran ŞİHB-nın Şovu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş 12-22/05 saylı, xx.xx.2025-ci il tarixli arayışdan və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəra rayonu, Təngivan kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 1(049)-68/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək, “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 96/2-6993/2025 saylı məktubundan və ona əlavə edilmiş “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 20:00-də Lənkəran rayonunun Təngivan kəndi ərazisində saxlanılaraq Lənkəran ŞRPŞnin X7 təhvil verilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, ekspert rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 128-ci maddəsinin dispozisiyasına görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməli hesab olunur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki özünü təqsirli bilməməsi barədə ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs təqhiqat araşdrması zamanı vediyi ifadədə Dilarənin ona cavab qaytardığına görə sağ bud-çanaq oynağı, sol said, alın, sağ yanaq, sağ qaş, onurğa sütunu nahiyələrinə yumruqla və təpiklə bir neçə dəfə qəsdən zərbə vuraraq ona xəsarət yetirməsi barədə bildirdiyini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadəsini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyri-səmimiliyinin göstəricisi kimi qəbul edir. Eyni zamanda iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə Zərərçəkmiş şəxs bədəni üzərində olduğu müəyyən edilən xəsarətlərin Təqsirləndirilən şəxs təhqiqat araşdırması zamanı verdiyi ifadəsində qeyd edilən xüsusatlara uyğun, yəni həmin zərbələr nəticəsində yarandığı uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs təhqiqat araşdırması zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hal müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmamasını, həmçinin, əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, əvvəllər CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət təqibinə xitam verilərək məsuliyyətdən azad olunmasına baxmayaraq heç bir nəticə çıxarmayıb eyni zərərçəkmiş şəxsin (Zərərçəkmiş şəxs) sağlamlığına təkrarək qəsdən zərər vurmaqla cinayət məsuliyyətinə cəlb edilməsini, islahyönümlü davranışlarının olmamasını, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi barədə təkidlə xahişini, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 mart 2025-ci il tarixdən hesablanmalıdır. X5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 mart 2025-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-68/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-68/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver