Məhkəmə qərarları › İş №1(049)-69/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-69/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-69/2024 25.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.45 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X10, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən Lənkəran Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Sabir küçəsi ev 32B–də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2023-cü ilin sentyabr ayında Lənkəran rayonunda dəqiq müəyyən edilməyən vaxtda və mənbədən xeyli miqdarında - 01 (bir) ədəd bükümdə, təmiz çəkisi - 1,229 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə "əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 28 sentyabr 2023-cü il tarixdə, saat 17:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu ünvan 1 ünvanında yerləşən polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə heroini aşkar edilib qablaşdlrılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Lənkəran Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, ayağında elektron qolbaq olmuşdur. Onun üzərində narkotuik vasitə olmamışdır. Qonşuluqda oğurluq olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər, o, polis şöbəsində oğurluq cinayəti törətmədiyini demiş və bu zaman ayağında elektron qolbaq olduğunu görmüşlər və Əlvan adlı polis əməkdaşı onu döyərək üzərinə narkotik vasitə qoyaraq onun dediyi kimi ifadə verməyini bildirmişdir. O, da fiziki ağrılara dözməyərək polis əməkdaşlarının dediyi kimi ifadə vermişdir. Əslində isə onun üzərinə heç bir narkotik vasitə olmamışdır. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və cinayət işinin 59-61 və 134-136-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 3 ildir ki, kakos deyilən narkotik vasitə heroindən istifadə edir. Hansı səbəbə ifadə verməyi ona məlumdur. Qeyd etmiş ki, istifadə etdiyi narkotik vasitələri Lənkəran şəhəri ərazisində üzdən tanıdığı şəxslərdən alır. 28 sentyabr 2023-cü il tarixdə kakos deyilən narkotik vasitəni əldə etmək məqsədilə Lənkəran şəhəri, böyük bazar tərəfə getmiş və üzdən tanıdığı narkotik vasitə satıcısı olan şəxslə rastlaşmış, ondan 30 manata bir bükümdə kakos almış və üzərində saxlamışdır. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur, bir bükümdə kakosu öz istifadəsi üçün almışdır. Həmin gün, yəni, 28 sentyabr 2023-cü il tarixdə, saat 17:30 radələrində o Lənkəran şəhəri, Nizami küçəsində piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demişlər və onun psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Üzərində narkotik vasitə olduğu üçün polis şöbəsinə getməkdən imtina etmiş, lakin polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmişlər. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına öz istəyi əsasında vəkil təyin edilmiş, daha sonra vəkil Əbdülhəsən Əzimovun iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi ona bildirilmişdir. O da əynindəki şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin bir ədəd bükümü təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümün içinə baxış keçirilmiş və içərisində qəhvəyi rəngli, kakos deyilən narkotik vasitə heroin olan kütlə olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzəri baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmiş ki, həmin narkotik vasitə heroin ona məxsusdur və həmin kütləni Lənkəran şəhərində yerləşən böyük bazar deyilən ərazidə tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün almışdır. Təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. O da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 Baləddin oğlu ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhəri, Sabir küçəsi ev 32-də qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 28 sentyabr 2023-cü il tarixdə qərara əsasən ondan, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkilləri polis mayoru Şahid2 və polis mayoru Şahid3 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin gün, təxminən saat 17:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Nizami küçəsində yolla piyada hərəkət etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim edib onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən üç ildir ki, narkotik vasitə heroindən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 28 sentyabr 2023-cü il tarixdə Lənkəran şəhəri Mərkəzi bazar ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən istifadə üçün 30 manata almışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və protokolu imzalarla təsdiq etmişlər. Onun tərəfindən, nə də onun yanında Təqsirləndirilən şəxs hər hansı fiziki, psixi təsir, təzyiq edilməmişdir. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid1 Baləddin oğluna daxil olmuş məlumat əsasında 28 sentyabr 2023-cü il tarixdə qərara əməliyyat qrupu yaradılmışdır. O, həmin qrupda iştirak etmişdir. Həmin gün, təxminən saat 17:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Nizami küçəsində yolda piyada hərəkət edərkən sonuncuya yaxınlaşıb özlərini ona təqdim edib onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən üç ildir ki, narkotik vasitə heroindən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 28 sentyabr 2023-cü il tarixdə Lənkəran şəhəri Mərkəzi bazar ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən istifadə üçün 30 manata almışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və protokolu imzalarla təsdiq etmişlər. Onun tərəfindən, nə də onun yanında Təqsirləndirilən şəxs hər hansı fiziki, psixi təsir, təzyiq edilməmişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid1 Baləddin oğluna daxil olmuş məlumat əsasında 28 sentyabr 2023-cü il tarixdə qərara əməliyyat qrupu yaradılmışdır. O, həmin qrupda iştirak etmişdir. Həmin gün, təxminən saat 17:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Nizami küçəsində yolda piyada hərəkət edərkən sonuncuya yaxınlaşıb özlərini ona təqdim edib onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən bildirmiş ki, təxminən üç ildir ki, narkotik vasitə heroindən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 28 sentyabr 2023-cü il tarixdə Lənkəran şəhəri Mərkəzi bazar ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən istifadə üçün 30 manata almışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur və münasibətləri normaldır. 2023-cü ilin sentyabr ayının əvvəllərində onun evindən avtomobil ehtoyat hissələri, təkərlər və bir neçə qab-qacaq oğurlamışlar və bununla bağlı onun oğlu X1 Şəhər Rayon Polis Şöbəsinə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs barəsində polisə müraciət etməmişdir və sonuncunun oğurluğa görə polisə dəvət edilməsi barədə məlumatı yoxdur. Cinayət işinin 31-33-cü vərəqlərində olan və məhkəmədə elan edilməklə araşdırılmış 28 sentyabr 2023-cü il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir bükümdə 1,229 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, o, həmin narkotik vasitənin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Cinayət işinin 39-42-ci vərəqlərində olan və məhkəmədə elan edilməklə araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 29 sentyabr 2023-cü il tarixli, 19/898 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi: 1,229 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra qalıq 1.179 qram olmuş, tədqiqatın dəyəri 60 manatdır. Cinayət işinin 113-cü vərəqində olan və məhkəmədə elan edilməklə araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2023-cü il tarixli, 1091 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji xəstəxanasıda 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin 15-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması” 28 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17.30-da saxlanılmış, həmin tarixdə, saat 17.55-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 69-70-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Cinayət işinin 71-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 30 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə tutulduğu Lənkəran ŞRPŞ MSY-dən azad edilmişdir. Cinayət işinin 87-90-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 117-118-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Sabir küçəsi ev 32B–də qeydiyyatda olmaqla yaşayır və yaşadığı müddətə ictimai işlərdə köməklik göstərmiş, məhəllədə keçirilən tədbirlərdə iştirak etmişdir. Cinayət işinin 119-124-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.179 qram qalıq çəkisi olan narkotik vasitə heroin və 01 ədəd DVD disk iş materiallarında saxlanılmaqla maddi sübut kimi tanınmışdır. Məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 24 aprel 2024-cü il tarixli, 22 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəzasını tam çəkib qurtarmış və xx.xx.2024-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadələrini cinayət işi üzrə məhkəmədə müəyyən olunan, habelə ittiham tərəfinin təqdim etdiyi sübutlardan əlavə olaraq müdafiə tərəfinin vəsatəti ilə təmin edilmiş sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələr iş üzrə məhkəmədə müəyyən olunan hallarla üst-üstə düşmədiyinə iş üzrə sübut kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi obyektiv həqiqəti müəyyən etməyə imkan verdiyi üçün məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı da verdiyi ifadəsini daha mötəbər sübut qismində qəbul edərək ittihamın həll edilməsi üçün kifayət edən sübut kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin polis tərəfindən hədə-qorxuya və fiziki zora məruz qalmasına dair məhkəmə bildirir ki, təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı həbslə əlaqəli olmayan qətimkan tədbiri (başqa yerə getməmək haqqında iltizam) seçilmiş, ibtidai istintaq 29 sentybar 2023-cü il tarixdən 23 dekabr 2023-cü il tarixədək, yəni üç aya yaxın davam etmişdir və bu müddət ərzində təqsirləndirilən şəxs sərbəst hərəkət etmək imkanına malik şəxs kimi ona qarşı edilmiş hüquq pozuntusu, indiki halda polis tərəfindən psixi, fiziki təsirə məruz qalması ilə bağlı hər hansı ərizə və ya şikayətlə heç bir orqana şikayət etməmişdir. İş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və azadlığın məhdudlaşdırılması cəzası çəkmişdir. Göstərilənlərə baxımından, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı sərbəst hərəkət edə bilmək imkanının olması, əvvəllər də məhkumluq həyatı yaşadığından şikayət etmək kimi hüququnun olması barədə məlumatlı olan şəxs kimi belə hərəkətlər etməməsi məhkəmə tərəfindən hüquqdan sui istifadə kimi qəbul edilməklə, hazırda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı hədə qorxuya və fiziki təsirə məruz qalması ilə bağlı bildirdikləri inandırıcı olmamaqla yanaşı ağlabatan da hesab olunmur. Həmçinin, təqsirləndirilən şəxsin ifadəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxsin zorakılığa məruz qalması ilə bağlı prokurorluq orqanına məlumat verilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidmət Araşdırmalar İdarəsinin 04 mart 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin ifadəsinə əsasən təqsirləndirilən şəxsin oğurluq cinayəti törətməsi şübhəsi ilə saxlanılaraq polis şöbəsinə dəvət edilməsi barədə polis orqanına sorğu göndərilmiş və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-96/2-7343/2024 nömrəli məktubunda göstərilmişdir ki, X2 yaşadığı ünvandan oğurluq cinayəti edilməsinə dair müraciəti üzrə heç bir şəxs, o cümlədən X7 məsuliyyətə cəlb edilməmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 21 noyabr 2023-cü il tarixdə edilmil dəyişliyə əsasən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahının İ siyahının 83-cü sırasına əsasən 0,15 qram narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasiitə heroinin miqdarı 1.229 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasınə onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əldə edilməklə saxlanılmış narkotik vasitənin miqdarını, narkomaniyadan əziyyət çəkməsini, habelə əvvəllər də eynicinsli cinayət törətməsinə görə məhkum edilməklə cinayəti məhkumluğu ödənilmədən törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində 28 sentyabr 2023-cü il tarixdən 30 sentyabr 2023-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs 2022-ci ildən ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.179 qram qalıq çəkisi olan narkotik vasitə heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 28 sentyabr 2023-cü il tarixdən 30 sentyabr 2023-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 8 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.179 qram qalıq çəkisi olan narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar