Məhkəmə qərarları › İş №1(049)-69/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-69/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-69/2025 11.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 11 mart 2025-ci il tarixdə, saat 11:18də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs arasında xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evinin mətbəxində ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı sonuncunu qəsdən itələyərək divara çırpmış və ona sol göz almasına yayılmış qansızıma, sol göz qapaqları, gözaltı almacıq, sol bazu, sol kürək nahiyələrində qançırlar ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərmişdir ki, təhqiqatçıya verdiyi ifadəsini təsdiq edir. Ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilir. Zərəçəkmiş şəxs onun arvadıdır. Aarvadı ilə xəstəxanaya getməli idilər. Evə bir az gec gəldiyi üçün arvadı onunla deyinmiş və o, ona bildirmişdir ki, avtobus gec gəldiyindən evə gec gəlmişdir. Bundan sonra onlar evə daxil olmuş, evdə də, arvadı deyinməkdə davam etdiyindən, onun qolundan tutaraq onu itələmiş, nəticədə sonuncu divara dəymişdir. Bundan sonra o, onun valideynlərinə zəng etmiş, bir müddətdən sonra evlərinə qaynatası gəlmiş, ona polisə zəng vurmağı məsləhət bilmiş, cavabında o, onun özünə polisə zəng etməyi məsləhət bilmişdir. Axşam arvadının valideynlərinə onların evinə gəlmişlər ki, onları barışdırsın. Lakin barışmamışlar. Həmin gecə başqa-çaşqa otaqda qalmışlar. Arvadı ona mesaj yazaraq bildirmişdir ki, sabah boşanmağa gedəcəkdir, o da onunla getsin. Cavabında isə bildirmişdir ki, əvvəl özü getsin, sonra özü də gələcəkdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisə xx.xx.2025-ci il tarixdə evlərinin mətbəxində olmuş, arvadını itələdiyi zaman ola bilər ki, onun kürəyi divara dəysin, lakin gözü divara dəyə bilməzdi, həmin gün arvadının qulağı ağrıdığına görə həkimin yanına getməli idilər, arvadı ilə əvvələr də belə mübahisələri olmuş və arvadı qapı-pəncərələri çırpmış, hadisə vaxtı evlərində anası olmuş, əməlindən peşmandır, barışmaq istəsə də arvadı onunla barışmamışdır. Təqsirləndirilən şəxs təhqiqat zamanı isə göstərmişdir ki, evlidir, övladı yoxdur. Fərdi əməklə məşğul olaraq ailəsinin dolanışığım təmin etməyə çalışır. Heç kimlə şəxsi ədavəti və düşmənçiliyi yoxdur. Barəsində şikayətçi olan Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ilə ailə qurduğu zamandan bəri münasibətləri yaxşı olmamış, buna səbəb aralarında mütamadi baş verən ailə daxili mübahisə və münaqişələr olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat təxminən 12 radələrində o iş yerindən çıxaraq evinə yollanmışdır. Yoldaşı hazır vəziyyətdə onu gözləmişdir. Birgə Lənkəran RMX-na getməli olmuşlar. Şahsənəm ilə evi tərk etmək istəyən zaman sonuncu onu gecikməkdə günahlandırmışdır. Buna görə aralarında mübahisə yaranmışdır. Şahsənəm heç bir yerə getməyəcəyini bildirmiş və uca səslə evin həyətində danışmağa başlamışdır. Buna görə o Şahsənəmin qolundan yapışaraq onu evə salmış və həmin zaman qəzəbli olduğuna görə onun çiyin nahiyəsindən bir neçə yumruq zərbəsi endirmişdir. Bu zaman anası Şahid yaranan mübahisəyə müdaxilə etmiş və aranı sakitləşdirmişdir. Daha sonra isə o evi tərk edərək iş yerinə yollanmışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında o evi tərk edib işə yollanmış, saat 12 radələrində nahar etmək məqsədi ilə evə geri qayıtmışdır. Mətbəxdə olan zaman yoldaşı Zərərçəkmiş şəxs onun ünvanına xoşa gəlməz sözlər deməyə başladığından aralarında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı yoldaşı Şahsənəm mətbəxdə olan bəzi qabları əlinə alaraq yerə vurmaq istədikdə anası Şahid baş verən mübahisəyə müdaxilə etmişdir. Bu zaman o qəzəblənmiş və Şahsənəmin qolundan tutaraq onu itələmişdir. Sonuncunun bu zaman baş nahiyəsi divara dəymiş və o yerə yıxılmışdır. Bundan sonra oradan uzaqlaşmış və evin həyətinə düşərək qayınanası Məlahət ilə telefon əlaqəsi yaradaraq, baş verən hadisə barədə sonuncunu məlumatlandırmışdır. Bir müddət keçdikdən sonra qayınanası və qayınatası hadisə yerinə gəlmişdir. Baş verənlər aralarında müzakirə olunmuş və qaydasına qoyulmuşdur. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində yoldaşı Zərərçəkmiş şəxs hazırlaşmış və evi tərk etmişdir. Həmin zaman o evdə olsa da Şahsənəmin qarşısını kəsməmiş və hara getməsi barədə soruşmamışdır. Aralarında baş vermiş mübahisə bir müddət davam etmiş, mübahisə evin mətbəxində baş vermiş, mübahisə zamanı ətrafda kənar şəxslər olmamış, hər-hansı bir əmlak zədələnməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələi, məhkəmə-tibbi ekspertiza rəyi və digər təhqiqat sənədləri ilə də təsdiq edilərək sübuta yetirilir. Belə ki məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, təhqiqatda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs onun əridir. xx.xx.2025-ci il tarixdə həkimin qəbuluna getməli olmuşdur. Buna görə də anasına zəng vurmuş və sonuncu ona bildirmişdir ki, həkimin qəbulu üçün onu üçün növbə götürür. Həkim qəbuluna Zaurla birlikdə getmək istəmişdir. Lakin Zaur həyətə daxil olduqdan sonra deyinməyə başlamış, ona “kliyentlərinin onu gözlədiklərini” bildirmişdir. Zaur həmin vaxt bir az sərxoş vəziyyətdə olmuşdur. Onun deyindiyini görüb həkim qəbuluna getməkdən imtina etmişdir. Bu zaman qapıdan içəri girmək istədiyi zaman Zaur onun əlindən tutaraq onu itələmişdir. Bundan sonra evin 1-ci mərtəbəsində bir daha onu itələmişdir. Həmin vaxt qayınanası həmin evdə olmuşdur. Qayınanası Zaurdan onu vurmamağı xahiş etsə də, Zauru ondan ayırmamışdır. Həmin gün axşam bir birləri ilə danışmamışlar. Mətbəxdə işlədiyi zaman Zaur onun valideynləri barəsində təhqiramiz ifadələr işlətmişdir. Daha sonra isə ondan valideynlərinə zəng edib-etmədiyini soruşmuş, cavabında valideynlərinə zəng etmədiyini bildirmişdir. Daha sonra ona bildirmişdir ki, adamları var, lazım olsa onların vasitəsilə onun valideynlərinə qarşı tədbirlər görərlər. Bundan sonra Zaur yenidən valideynlərinin ünvanına təhqiramiz ifadələr işlədərək sol kürəyini yumpuqla vurmuşdur. O, qayınanasının həyətdə olduğunu zənn edib qışqıraraq onun köməyə çağırmaq üçün mətbəxin pəncərəsini açmaq istəmiş, bu zaman Zaur onun saçından yapışaraq onu geri dartmış, əli pəncərənin tutacağında olduğundan, tutacaq qırılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zaur onu 04 və 05 fevral 2025-ci il tarixlərdə vurmuşdur. xx.xx.2025-ci il tarixdə Zaur onun ciynindən vurmuş, xx.xx.2025-ci il tarixdə isə mətbəxdə mübahisələri olmuş, başı divara dəymişdir. Hazırda anasının evində yaşayır, Zaur onunla barışmaq istəməyib, Zaur müalicələr alsa da tez-tez spirtli işkilər qəbul edir, müalicəsinin effekti olmayır və buna görə də tez-tez aralarında söz-söhbətlər olmuşdur. Zaurla barışmaq istəmir. Onun həbs olunmasını istəyir. Zərərçəkmiş şəxs təhqiqatda verdiyi ifadəsində isə göstərmişdir ki, evlidir, övladı yoxdur. İşləmir, evdar xanımdır. Heç kimlə şəxsi ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2025-ci il tarixdə Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs barəsində şikayətçi olmuşdur. Sonuncu onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə ailə qurduğu zamandan bəri münasibətləri yaxşı olmamış, buna səbəb aralarında mütamadi baş verən ailə daxili mübahisə və münaqişələr olmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 12 radələrində yoldaşı Zaur iş yerindən çıxaraq evə gəlmişdir. O, Zauru hazır vəziyyətdə gözləmişdir. Birgə Lənkəran RMX-na getməli olmuşlar. Yoldaşı Təqsirləndirilən şəxs onunla həkimə getmək kimi fikri olmadığını hiss etmişdir. Həmin zaman o anası Məlahət ilə niye həkimə getmədiyini soruşmuş, ünvanına nalayiq ifadələr işlədərək qolundan tutaraq onu evin həyətinə salmış və çiyin nahiyələrinə bir neçə yumruq zərbələri endirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Buna görə o Zaurla həkimə getməyəcəyini bildirmişdir. Evin daxilində olan zaman yoldaşı Zaur onu itələmiş və o, pilləkənin dəmiri üzərinə yıxılmışdır. Baş verən mübahisəyə qayınanası Şahid müdaxilə etmiş və baş verən mübahisə sovuşmuşdur. Daha sonra isə yoldaşı Zaur evi tərk edərək iş yerinə yollanmışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs evi tərk edib işə yollanmış, saat 12 radələrində nahar etmək məqsədi ilə evə geri qayıtmışdır. Şahsənəm həmin zaman mətbəxdə olmuş və dolabların silinməsi ilə məşğul olmuşdur. Mətbəxdə olan zaman Zaur yenidən onun və ailə üzvlərinin ünvanına xoşa gəlməz sözlər işlətməyə başlamışdır. Buna görə aralarında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı Zaur qəzəbləmiş və onun üzərinə gələrək itələmişdir. Nəticədə o divara çırpılmış, baş nahiyəsi divara dəymiş və huşunu itirərək yerə yıxılmışdır. Bir müddət keçdikdən sonra özünə gəlmiş və özünə məxsus Samsung markalı telefonu ilə DİN-nin 102 xidmətinə və 103 xidmətinə zəng edərək baş verən hadisələr barədə məlumat vermək istədikdə yoldaşı Zaur onun əlindən telefonu alaraq evin həyətinə atmış və zəng etməyinin qarşısını almışdır. Bundan sonra Zaur hadisə yerindən uzaqlaşmış və evin həyətinə düşərək qayınanası Məlahət ilə telefon əlaqəsi yaradaraq baş verən hadisə barədə məlumatlandırmışdır. Bir müddət keçdikdən sonra onun anası və atası hadisə yerinə gəlmişdir. Baş verənlər aralarında müzakirə olunmuşdur. Müzakirə vaxtı yoldaşı Təqsirləndirilən şəxs ona boşanmaq üçün müraciət etməsini tələb etmişdir. Sonda müzakirələr bitmiş və sakitlik yaranmışdır. xx.xx.2025- ci il tarixdə saat 10 radələrində o evi tərk etmiş və dərhal Lənkəran ŞRPŞ-nə yollanaraq ərizə ilə müraciət etmişdir. Aralarında baş vermiş mübahisə bir müddət davam etmiş, mübahisə evin mətbəxində baş vermiş, mübahisə zamanı ətrafda kənar şəxslər olmamış, hər-hansı bir əmlak zədələnməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid göstərmişdir ki, Zaur onun oğlu, Şahsənəm isə gəlinidir. Təhqiqatda verdiyi ifadəsini təsdiq edir. xx.xx.2025-ci il tarixdə baş vermiş hadisə zamanı evdə olmuşdur. Şahsənəm tərbiyyəsiz sözlər deyir. X6 döymüşdür. Axşam qudaları gəlmiş və Zaurla Şahsənəmə boşanmağı məsləhət bilmişlər. Şahid təhqiqatda verdiyi ifadəsində isə göstərmişdir ki, oğlu Zaur Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduqları zamandan bəri münasibətləri yaxşı olmamış, buna səbəb aralarında mütamadi baş verən ailə daxili mübahisə və münaqişələr olmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 12 radələrində oğlu Zaur ilə gəlini Şahsənəm evi tərk edərək, sonuncunun müayinə olunması üçün Lənkəran RMX-na yollanmışlar. Lakin çox keçmədən hər ikisi mübahisə edə-edə geri dönmüşlər. Yaranan mübahisə zamanı oğlu Zaur Şahsənimin qolundan tutaraq evə salmışdır. O dərhal mübahisəyə müdaxilə edərək aranı sakitləşdirmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 12 radələrində oğlu Zaur nahar etmək üçün işdən evə gəlmişdir. Mətbəxdə olan zaman gəlini Şahsənəm heç bir səbəb olmadan Zaurun ünvanında xoşagəlməz sözlər deməyə başladığından onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı oğlu Zaur qəzəblənmiş və Şahsənəmin üzərinə gedərək onu itələmişdir. Nəticədə gəlini Şahsənəmin baş nahiyəsi divara çırpılmış və o, yerə yıxılmışdır. O, dərhal baş verən mübahisəyə müdaxilə edərək, mübahisəni sovuşdurmuşdur. Bundan sonra Zaur oradan uzaqlaşmış və evin həyətinə düşərək qayınanası Məlahət ilə telefon əlaqəsi yaradaraq, baş verən hadisə barədə sonuncunu məlumatlandırmışdır. Bir müddət keçdikdən sonra qudaları hadisə yerinə gəlmişlər. Baş verənlər aralarında müzakirə olunmuş və qaydasına qoyulmuşdur. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində gəlini Zərərçəkmiş şəxs evi tərk etmişdir. Baş vermiş mübahisə bir müddət davam etmiş, mübahisə evin mətbəxində baş vermiş, mübahisə zamanı ətrafda kənar şəxslər olmamış, hər-hansı bir əmlak zədələnməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirlmiş X2 göstərmişdir ki, Zaur kürəkəni, Şahsənəm isə qızıdır. xx.xx.2025-ci il tarixdə, xəstəxanada qızı üçün həkimin qəbuluna növbə götürmüşdür. Qızına zəng edəndə qızı bildirmişdir ki, gələ bilməyəcəkdir. Sonradan onlara zəng gəlmiş, aralarında mübahisə baş verdiyini ona bildirmişlər. Zaurun evinə getdikdə onların arasında mübahisə baş verdiyini başa düşüb qızına təsəlli vermişdir. Qızının göz ətrafına qızartı və qan olmuşdur. Qızı həmin xəsarətin ona Zaur yetirdiyini bildirmişdir. Materialda olan xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin mətbəxində baş vermişdir. Materialda olan məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 90 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol göz almasına yayılmış qansızıma, sol göz qapaqları - gözaltı-almacıq, sol bazu, sol kürək nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Materialda olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Rusiya Federasiyası, Arxangelsk vilayəti, Severodvinsk Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 162-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə sınaq müddəti təyin edilməklə, 03 il müddətə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Materiala əlavə edilmiş Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin məhkəməyə ünvanladığı cavabdan görünür ki, 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Rusiya Federasiyasında məhkum olunmasına dair hökmün Azərbaycan Respublikasında tanınması barədə məlumat qeydiyyatdan keçmir. Materialda olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə araşdırılmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128 – ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.2-ci maddəsinə əsasən səmimi peşman olmasını, zərəçəkmiş şəxslə barışmaq istəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla barəsində şikayətin daxil olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar