Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-7/2023 17.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 11:55 xx.xx.1996-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Lənkəran şəhəri, Koroğlu küçəsi ev 26-da qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, blok 42c, mənzil 273də yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-230/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 (iki) il 5( beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı CÇM-də cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, 04 oktyabr 2021-ci il tarixdə Quba rayonu, Vladimirovka kəndində yaşayan Zərərçəkmiş şəxs1 istifadəsində olan “İphone 11” markalı mobil telefonu “Tap.az” internet səhifəsində satışa çıxarması ilə bağlı elanı görüb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə sonuncu ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb, ad və soyadını deyərək özünü təqdim edib guya həmin mobil telefonu ailə üzvü üçün almaq istədiyini və özünün Lənkəran rayonunda olduğunu bildirərək mobil telefonun qiymətini 1500 manata razılaşdıqdan sonra dəyərini ödəmək niyyətində olmadan pulu kart hesabına yükləyə biləcəyinə dair yalandan vəd verib, ardınca isə həmin məbləği guya million aparatı vasitəsi ilə fotoşəkli ona göndərilmiş kart hesabına yüklədiyi görüntüsü yaratmaq üçün müvafiq məbləğin və kart hesabının əks olunduğu fotoşəkli “WhatsApp” proqramı ilə Zərərçəkmiş şəxs1 mobil telefonuna göndərməklə sonuncunu aldadaraq özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, həmin gün əvvəlcədən razılaşdıqları kimi taksi sürücüsü ilə göndərilmiş “İphone 11” markalı mobil telefonu - Zərərçəkmiş şəxs1 1500 (min beş yüz) manat qiymətində əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Lənkəran şəhərində ələ keçirərək dələduzluqetmişdir. Bundan başqa o, 08 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 istifadəsində olan “İphone 12 Pro Max” markalı mobil telefonu “Tap.az” internet səhifəsində satışa çıxarması ilə bağlı elanı görüb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə sonuncu ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb, ad və soyadını deyərək özünü təqdim edib guya həmin mobil telefonu ailə üzvü üçün almaq istədiyini və özünün Lənkəran rayonunda olduğunu bildirərək mobil telefonun qiymətini 2000 manata razılaşdıqdan sonra dəyərini ödəmək niyyətində olmadan pulu kart hesabına yükləyə biləcəyinə dair yalandan vəd verib, ardınca isə həmin məbləği guya million aparatı vasitəsi ilə fotoşəkli ona göndərilmiş kart hesabına yüklədiyi görüntüsü yaratmaq üçün müvafiq məbləğin və kart hesabının əks olunduğu fotoşəkli “WhatsApp” proqramı ilə Zərərçəkmiş şəxs2 mobil telefonuna göndərməklə sonuncunu aldadaraq özünə inandırıb, ona olan inam və etibarından suiistifadə edərək, həmin gün əvvəlcədən razılaşdıqları kimi taksi sürücüsü ilə göndərilmiş “İphone 12 Pro Max” markalı mobil telefonu - Zərərçəkmiş şəxs2 2000 (iki min) manat qiymətində əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Lənkəran şəhərində ələ keçirərək təkrar dələduzluqetmişdir. Bundan başqa o, 21 oktyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X2 istifadəsində olan “İphone 12 Pro Max” markalı mobil telefonu “Tap.az” internet səhifəsində satışa çıxarması ilə bağlı elanı görüb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə sonuncu ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb, ad və soyadını deyərək özünü təqdim edib guya həmin mobil telefonu ailə üzvü üçün almaq istədiyini və özünün Lənkəran rayonunda olduğunu bildirərək mobil telefonun qiymətini 1300 manata razılaşdıqdan sonra dəyərini ödəmək niyyətində olmadan pulu kart hesabına yükləyə biləcəyinə dair yalandan vəd verib, ardınca isə həmin məbləği guya million aparatı vasitəsi ilə fotoşəkli ona göndərilmiş kart hesabına yüklədiyi görüntüsü yaratmaq üçün müvafiq məbləğin və kart hesabının əks olunduğu fotoşəkli “WhatsApp” proqramı ilə Rüfət Əhmədovun mobil telefonuna göndərməklə sonuncunu aldadaraq özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, həmin gün əvvəlcədən razılaşdıqları kimi taksi sürücüsü ilə göndərilmiş “İphone 12 Pro Max” markalı mobil telefonu - X2 1300 (min üç yüz) manat qiymətində əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Lənkəran şəhərində ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü qarşı elan olunmuş ittihamla tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran şəhəri, Koroğlu küçəsi ev 26-da qeydiyyatda olsa da, Bakı şəhəri, Xətai rayonunda yaşamışdır. Əvvəllər etdiyi dələduzluq cinayətinə görə Bakı şəhəri Xətai RPİ-də barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanmış, həmin cinayət işi daha sonra Nərimanov RPİyə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı CÇM-də cəza çəkir. Quba rayonu Vladimirovka kənd sakini Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə özünə məxsus olan “İphone 11” markalı telefonu “Tap.az” saytına satılması barədə elan yerləşdirmişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək həmin telefonu ailəsi üçün almaq istədiyini bildirmişdir. Emindən həmin telefonu 1500 manata almaq şərti ilə razılaşmışdır. Zərərçəkmiş şəxs1 telefonu heç kimə satmamasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 bank kartının hesab nömrəsini ona göndərməyini, onun həmin kart hesabına 1500 manat pulu göndərəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 isə pulu aldıqdan sonra mobil telefonu göndərəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 kart nömrəsini ona “WhatsApp” proqramı vasitəsi ilə göndərmişdir. Təxminən bir saat sonra Eminə zəng edərək kartına 1500 manat göndərdiyini, qəbzin surətini çəkib Eminin mobil telefonuna “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 kartının nömrəsini “milliön” aparatına yazmış və 1500 manat ödəniş əməliyyatını aparmışdır. Lakin əməliyyatı tam başa vurmaq üçün 1500 manatı aparata atmamışdır. Yarımçıq olan əməliyyat şəklini “millön” aparatının ekranından çəkib Zərərçəkmiş şəxs1 göndərmişdir. Zərərçəkmiş şəxs1 tam özünə inandırmışdır. Həmin telefonu Emindən götürmək üçün taksi sürücüsü göndərəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 Rüfət adlı taksi sürücüsü ilə mobil telefonu 3-cü mikrorayon dairəsinə göndərəcəyini bildirmişdir. Təxminən bir saat sonra Astara-Bakı taksi sürücüsü işləyən Namiq Şahverdizadəyə zəng edərək Rüfət adlı taksi sürücüsü ilə zəng edib görüşərək mobil telefonu ondan götürüb Lənkəran şəhərinə gətirməyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ona zəng edərək 1500 manat pulun onun hesabına köçmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 bankda gecikmə olduğunu söyləyib onu inandırmışdır. Zərərçəkmiş şəxs1 Quba rayonundan göndərdiyi Rüfət adlı taksi sürücüsü ilə onun göndərdiyi Namiq adlı taksi sürücüsü zəngləşib görüşmüşlər. Namiq telefonu Rüfət adlı taksi sürücüsündən alıb Lənkəran şəhərinə gəldiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 telefon nömrəsini ”qara siyahı”ya daxil etmişdir. Təxminən xx.xx.2021-ci il tarixdə saat 00:20-də Namiq adlı taksi sürücüsü ilə Lənkəran rayon avtovağzalında görüşüb ona 10 manat yol haqqı verərək mobil telefonu ondan götürmüşdür. Həmin telefonu Bakı şəhərində təxminən 5-6 gün sonra tanımadığı şəxsə satmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə özünə məxsus olan “İphone 12 Pro Max” markalı telefonu “tap.az” saytına 2000 manata satılması barədə elan yerləşdirmişdir. xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 ***-***-**-** saylı mobil telefonuna zəng edərək özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək həmin telefonu ailəsi üçün almaq istədiyini bildirmişdir. Röyadan telefonu heç kimə satmamasını xahiş etmiş, bank kartının hesab nömrəsini “WhatsApp” proqramı vasitəsi ilə göndərməyini xahiş etmişdir. Pulu kart vasitəsi ilə ona göndərəcəyini bildirmişdir. Təxminən bir saat sonra Zərərçəkmiş şəxs2 zəng edərək kartına 2000 manat göndərdiyini, qəbzin surətinin çəkib Röyanın mobil telefonuna “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyini bildirmişdir. Röyanın kartının nömrəsini “milliön” aparatına yazmış və 2000 manat ödəniş əməliyyatını da aparmışdır. Lakin əməliyyatı tam başa vurmaq üçün 2000 manatı aparata atmamış, yarımçıq olan əməliyyat şəklini “millön” aparatının ekranından çəkib Röyaya göndərmişdir. Röyanı tam özünə inandırmışdır. Həmin telefonu Röyadan götürmək üçün taksi sürücüsü göndərəcəyini bildirmişdir. Bir saat sonra Soltanağa adlı Lənkəran-Bakı taksi sürücüsü işləyən şəxsə zəng edərək Zərərçəkmiş şəxs2 mobil nömrəsini ona verib əlaqə saxlayaraq ondan mobil telefonu alıb Lənkərana gətirməyi xahiş etmişdir. Soltanağaya sərnişin götürməyib tez Lənkərana gəlməyini xahiş etmişdir. Buna görə Soltanağaya 50 manat pul verəcəyini bildirmişdir. Bir qədər sonra Röya ona zəng edib pulun onun kartına köçmədiyini bildirmişdir. Bankda gecikmələrin olduğunu bildirib tezliklə pulun hesabına keçəcəyini Zərərçəkmiş şəxs2 inandırmışdır. Soltanağa Röya ilə görüşüb telefonu ondan götürüb Lənkəran şəhərinə yola düşdüyünü bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 telefon nömrəsini ”qara siyahı”ya daxil etmişdir. Həmin gün gecə saat 22 radələrində Lənkəran şəhəri avtovağzalında Soltanağa ilə görüşüb mobil telefonu ondan götürmüşdür. Səhəri gün həmin telefonu Lənkəran şəhəri, “Qala Xiyabanı” ərazisində telefon mağazası işlədən Şahid1 1550 manata satmışdır. Samit həmin telefonun dələduzluq yolu ilə əldə etdiyini bilməmişdir. Çünki mobil telefonları dələduzluq yolu ilə əldə edən zaman həmin telefona aid olan bütün sənədləri də almışdır. Ona görə də həmin telefonları kiməsə satanda heç kim ondan şübhələnməmişdir. Bundan başqa, Rüfət Əhmədov adlı Bakı şəhər sakini xx.xx.2021-ci il tarixdə özünə məxsus olan “İphone 12 pro max” markalı telefonun “tap.az” saytına satılması barədə elan yerləşdirmişdir. xx.xx.2021-ci il tarixdə Rüfət Əhmədovun ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək həmin telefonu almaq istədiyini bildirmişdir. Rüfətlə razılaşıb həmin telefonu 1300 manata ondan almaq şərti ilə razılaşmışdır. Rüfətdən telefonu heç kimə satmamasını xahiş etmişdir. Rüfət Əhmədovdan bank kartının hesab nömrəsini ona göndərməyini, onun həmin kart hesabına 1300 manat pulu göndərəcəyini bildirmişdir. Rüfət Əhmədov isə pulu aldıqdan sonra mobil telefonu göndərəcəyini bildirmişdir. Rüfət Əhmədov kart nömrəsini ona “WhatsApp” proqramı vasitəsi ilə göndərmişdir. Təxminən bir saat sonra Rüfət Əhmədova zəng edərək kartına 1300 manat göndərdiyini, qəbzin surətini çəkib Rüfət Əhmədovun mobil telefonuna “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyini bildirmişdir. X8 kartının nömrəsini “milliön” aparatına yazmış və 1300 manat ödəniş əməliyyatını da aparmış, lakin əməliyyatı tam başa vurmaq üçün 1300 manatı aparata atmamışdır. Yarımçıq olan əməliyyat şəklini millön aparatının ekranından çəkib Rüfət Əhmədova göndərmişdir. Rüfət Əhmədovu tam özünə inandırmışdır. Həmin telefonu Rüfət Əhmədovdan götürmək üçün taksi sürücüsü göndərəcəyini bildirmişdir. Lənkəran rayon taksi sürücülərindən birinə zəng edərək “20 Yanvar” dairəsində ona zəng edərək mobil telefon veriləcəyini bildirmişdir. Rüfət ona zəng edərək 1300 manat pulun onun hesabına köçmədiyini bildirmiş, Rüfətə bankda gecikmə olduğunu söyləyib onu inandırmışdır. Həmin Lənkəran taksi sürücüsünü xatırlaya bilmir. Kim olduğunu yadından çıxarmışdır. Həmin taksi sürücüsü Rüfət adlı şəxslə “20 Yanvar” dairəsinin yaxınlığında görüşmüş və həmin taksi sürücüsündən mobil telefonu xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Lənkəran şəhərində avtovağzalda təhvil almışdır. Sözügedən mobil telefonu təxminən 10 gün sonra Bakı şəhərində tanımadığı şəxsə satmışıdır. Qeyd olunan 3 ədəd mobil telefonu aldadaraq dələduzluq yolu ilə əldə edən zaman heç kimlə əlbir olmamışdır. Taksi sürücüləri onun həmin telefonları dələduzluq yolu ilə əldə etməyindən xəbərdar olmayıblar. Əməlindən səmimi peşmandır. Maddi vəziyyətinə görə hazırki vaxtadək dəymiş ziyanı ödəyə bilməmişdir. Odur ki, göstərilənləri nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən ondan şikayətçi olduğunu bildirərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, maddi çətinliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə özünə məxsus “İphone 11” markalı mobil telefonu satmaq qərarına gəlmiş və “tap.az” saytına satılması barədə elan yerləşdirmişdir. Həmin tarixdə qeyd edilən elanla bağlı ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs həmin telefonu almaq istədiyini bildirmişdir. Həmin şəxs ondan telefonu heç kimə satmamasını xahiş etmişdir. Naiq adlı şəxslə razılaşıb həmin telefonu 1500 manata ona satmaq şərti ilə razılaşmışdır. Naiq adlı şəxs ondan xahiş etmişdir ki, bank kartının hesab nömrəsini ona göndərsin. Həmin kart hesabına 1500 manat pulu göndərəcəyini bildirmiş və həmin mobil telefonu taksi vasitəsi ilə Bakı şəhərinə göndərməyini xahiş etmişdir. Pulu aldıqdan sonra mobil telefonu göndərəcəyini bildirmişdir. Kart nömrəsini “WhatsApp” proqramı vasitəsi ilə Naiqə göndərmişdir. Təxminən bir saat sonra Naiq ona zəng edərək kartına 1500 manat göndərdiyini, qəbzin surətinin çəkib onun mobil telefonuna “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyni bildirmişdir. Həmin vaxt Bakı-Quba istiqamətində taksi sürücüsü olan Rüfət adlı şəxslə telefonu Bakı şəhərinə, 3-cü mikrorayon dairəsinə göndərmişdir. Naiq adlı şəxs 1500 manat pulu kartına göndərdiyini bildirəndə ona inanmış, “WhatsApp” proqramına baxanda həqiqətən də 1500 manat qəbzin ona göndərildiyini görmüşdür. Sonra Naiq adlı şəxs Rüfət adlı taksi sürücüsündən xahiş edib həmin telefonu Lənkəran şəhərinə gedən taksi sürücülərinə verib Lənkərana göndərməyini xahiş etmişdir. Naiqin dediyi kimi etmiş, Rüfət adlı taksi sürücüsü mobil telefonu Lənkəran taksiləri vasitəsi ilə Lənkəran şəhərinə göndərmişdir. Sonra kart hesabına baxanda 1500 manat pulun karta köçmədiyini görmüşdür. Bu barədə Naiq adlı şəxsə bildirmək istəsə də, lakin Naiq adlı şəxs onun nömrəsini “qara siyahıya” daxil etmişdir. Heç bir vasitə ilə Naiq adlı şəxslə əlaqə yarada bilməmişdir. Sonra ona Naiq adlı şəxs ödəniş barədə ona göndərdiyi qəbz şəkli ödənişi təsdiqlənməyən tamamlanmamış əməliyyatın ekran görüntüsü olması ona məlum olmuşdur. Buna görə də Naiq adlı şəxs barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 2000 (iki min) manat məbləğində ziyan ödənilmədiyindən ondan şikayətçi olduğunu bildirərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə özünə məxsus olan “İphone 12 Pro Max” markalı mobil telefonu “tap.az” saytına 2000 manata satılması barədə elan yerləşdirmişdir. xx.xx.2021-ci il tarixdə ona ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs həmin telefonu ailəsi üçün almaq istədiyini bildirmişdir. Həmin şəxs ondan xahiş etmişdir ki, telefonu heç kimə satmasın, bank kartının hesab nömrəsini göndərib pulu göndərdiyini, pulu aldıqdan sonra adam göndərib həmin şəxsə mobil telefonu verməyi bildirmişdir. Kart nömrəsini həmin şəxsə göndərmişdir. Bir saat sonra Naiq ona zəng edərək kartına 2000 manat göndərdiyini, qəbzin surətini çəkib göndərdiyini bildirərək adam göndərib telefonu ona verməsini bildirmişdir. Bir saat sonra ona ***-***-**-** saylı telefon nömrəsindən zəng gələrək özünü taksi sürücüsü kimi təqdim edən şəxs Lənkərandan ona Naiq adlı şəxsin telefon nömrəsini verib telefonu rayona aparmalı olduğunu bildirmişdir. Taksi sürücüsünə yaşadığı ünvanı demişdir. Naiq adlı şəxs onu narahat olmamasını və bankda gedikmələr olmasını bildirib tam inandırmışdır. Telefonu taksi sürücüsünə verdikdən sonra sürücü çıxıb getmişdir. Bir qədər sonra Naiq adlı şəxsin mobil telefonuna zəng edəndə həmin şəxsə zəng çatmadığını görüb taksi sürücüsünə zəng etmişdir. Taksi sürücüsü ona həmin şəxsi tanımadığını, sadəcə taksi sürücüsü olduğunu bildirirərək telefonu Lənkəran rayonuna aparıb Naiq adlı şəxsə verdiyini bildirmişdir. Belə olan halda Naiq adlı şəxs tərəfindən aldadıldığını anlayaraq həmin şəxs barəsində ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus olan “İphone 12 pro max” markalı mobil telefonunu satmaq qərarına gəlmiş və bu səbəbdən də “Tap.az” internet səhifəsində elan yerləşdirmişdir. Elanı yerləşdirdikdən sonra xx.xx.2021-ci il tarixdə ona məxsus olan mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş, zəng edən şəxs elanda yerləşdirdiyi “İphone” markalı mobil telefonu almaq istədiyini, adının Naiq olduğunu, hərbiçi olduğunu demişdir. Həmin şəxslə mobil telefonla danışan zaman mobil telefonu 1300 manata ona satmaqla razılaşmış və mobil telefonun pulunu ona bank kartı vasitəsi ilə göndərməsini xahiş etmişdir. Həmin vaxt Naiq adlı şəxsə zəng edərək mobil telefonu dediyi ünvana göndərdiyini, onun pul vəsaitini kartına köçüb-köçməməsini soruşmuşdur. Naiq adlı şəxsə isə ona cavab olaraq pul vəsaitini ödədiyini deyərək qəbzin şəklini göndərmişdir. Bundan sonra Naiq adlı şəxs mobil telefonu taksi vasitəsi ilə Lənkəran şəhərinə ona göndərməsini xahiş etmişdir. Həmin mobil telefonu “20 Yanvar” dairəsində, Lənkərana sərnişin aparan taksi fəaliyyəti ilə məşğul olan bir şəxslə Lənkəran şəhərinə göndərmişdir. Bir müddət keçdikdən sonra bir neçə dəfə bank kartını yoxlasa da sonuncunun ödədiyini bildirdiyi 1300 manat pul vəsaitinin hesabına köçmədiyini görərək Naiq adlı şəxsə zəng etmiş, həmin şəxsin onun mobil nömrəsini “qara siyahıya” daxil etmiş, Naiq tərəfindən aldadıldığını anlayıb bu barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri, Qala Xiyabanı ərazisində telefon satışı mağazasını işlədir. 2021-ci ilin noyabr ayında, dəqiq tarix yadında olmayan, əvvəllər tanıdığı Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs “İpone 12 pro Max” markalı mobil telefon almışdır. Həmin telefonu Naildən 1550 manata almış, Nail Məmmədlini də telefon alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Təxminən Naiqdən müxətlif vaxtlarda 4-5 dəfə mobil telefon alıb-satmış, həmin telefonları Naiqdən alanda telefona aid bütün sənədlər üstündə olmuş, həmçinin Naiqin şəxsiyyət vəsiqəsinin surətini də alıb özündə saxlamışdır. Həmin mobil telefonu Naiqdən 1550 manata alıb Qala Xiyabanında telefon alqı-satqısı ilə məşğul olan Əli adlı şəxsə 1600 manata satmışdır. Əli də həmin telefonu Girdəni kəndində telefon alqı-satqısı ilə məşğul olan Murad adlı şəxsə 1900 manata satmışdır. Murad da həmin telefonu Lənkəran şəhər sakini Tural adlı şəxsə kreditlə 2300 manata satmışdır. Həmin telefonun Naiq tərəfindən dələduzluq yolu ilə əldə edildiyindən xəbəri olmamışdır. Buna heç şübhəsi də olmamışdır. Çünki Naiq telefonu ona satan zaman telefona aid bütün ehtiyat hissələr və sənədlər telefonun qutusunda ona verilmişdir. Həmin telefonun Naiq tərəfindən kimisə dələduzluq yolu ilə aldadılıb əldə edildiyini biləndən sonra həmin telefon ona qaytarılmış, telefonu götürüb Bakı şəhərinə getmiş, Təqsirləndirilən şəxs Bakı şəhərində, 28 may metrosu yaxınlığında, telefon maqazinində tapıb telefonu ona qaytarmış və 1550 manat pulunu geri almışdır. İş üzrə şahidlər Şahid5, X1 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinləyib, Şahid5, X1 və Şahid4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə əsasən Şahid5, X1 və Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran-Bakı xətti üzrə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə Bakı şəhərində olmuşdur. Həmin gün təxminən saat 18 radələrində ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng gələrək özünü Naiq kimi təqdim edən şəxs ona Bakı şəhərində mobil telefon verdiklərini, həmin telefonu Lənkəran şəhərinə götürüb gətirməyini xahiş etmişdir. Həmin şəxs onun valideyinlərini dəfələrlə Bakı şəhərinə apardığını, onun mobil nömrəsini valideyinlərindən aldığını bildirmişdir. Naiq adlı şəxs ondan sərnişin götürməyib Lənkəran şəhərinə gəlməyini, buna görə ona 50 manat pul verəcəyini bildirərək Zərərçəkmiş şəxs2 adlı qadının nömrəsini ona verərək zəng edib dediyi ünvana gedərək mobil telefonu ondan götürməyini xahiş etmişdir. Naiqlə razılaşmış, Röya adlı xanıma zəng etmiş, həmin qadının telefon nömrəsi yadında qalmamışdır. Həmin Röya adlı xanım ona Nizami rayonunda telefon qovşağının qarşısına gəlməyini xahiş etmişdir. Röya xanımın dediyi ünvanda olmuş, Röya adlı qadınla görüşmüş, Röya onun yanında Naiq adlı şəxslə mobil telefonda danışmış, Röya xanım pulun kart hesabına köçmədiyini Naiqə bildirmişdir. Onlar öz aralarında nəsə danışmışlar, təxminən bir saatdan çox orda gözləməli olmuşdur. Röya adlı qadın pulun kart hesabına oturmadığını bildirmiş, Naiq adlı şəxsi tanımadığını, onunla olan işlərin öz aralarında danışmağı bildirmişdir. Bir qədər sonra Röya xanım mobil telefonu ona vermiş, telefonu maşına qoyub sərnişin götürmədən Lənkəran şəhərinə gəlmişdir. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə saat təxminən 22 radələrində Lənkəran şəhərində avtovağzalda mobil telefonu Naiq adlı şəxslə görüşüb ona vermişdir. Naiq ona 50 manat pul verib oradan uzaqlaşmışdır. Evinə gəlmiş, səhəri günü Röya adlı xanımın bacısı və atası ona zəng edərək pulun kartlarına köçmədiyini, Naiq adlı şəxsin onları aldatdığını bildirmişdir. Həmin şəxslərə taksi sürücüsü olduğunu, Naiq adlı şəxsi tanımadığını, ilk dəfə Naiq adlı şəxslə rastlaşdığını, bu işlərdən xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilməklə tədqiq olunmuş şahid X1 və Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid5 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Axtarışda olan şəxsin tutulması barədə 16 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə saat 22:50-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs-X3 məxsus olan “İpohone 12 pro Max” markalı mobil telefonu taksi fəaliyyəti ilə məşğul olan Şahid5 zərrəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nizami rayonu ərazisindən götürüb Lənkəran şəhəri, “Ləvəngi” dairəsində yerləşən ərazidə Təqsirləndirilən şəxs vermişdir. Həmin əraziyə baxış keçirilməsi haqqında tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanaraq materiala əlavə edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 18 mart 2022-ci tarixli 4(049)-106/2022 saylı qərarından görünür ki, həmin tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin onun tutulduğu vaxtdan, 16 mart 2022-ci tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qeyd olunmuş “İpohone 11” markalı mobil telefonun qiyməti 1500 manat, “İpohone 12 pro Max” markalı mobil telefonun qiyməti 2000 manat, “İpohone 12 pro 64 mb” markalı mobil telefonun qiyməti 1300 manatdır. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-230/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 (iki) il 5( beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi, bunu tamamlayan zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarına göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs təqsirini tam şəkildə etiraf etməsi və əməlindən səmimi peşmançılıq hissi keçiriməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-230/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5( beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və çəzaçəkmə müddətinin başlanğıcının 12 may 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Eyni zamanda həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə CM-nin 178.2.2-ci maddəsi ilə cinayət əməlini Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəyə minməmiş törətdiyindən ona cəza CM-nın 66-cı maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nın 66.1-66.2-ci maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası CM-nın 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməli və CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-230/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti cəza təyin edilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 16 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. İş materiallarından göründüyü kimi iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X5 tərəfindən onlara dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı həm ibtidai istintaq, həm də ki işin məhkəmə icraatı dövründə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X5 Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində onlara vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-230/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X4 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-7/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-7/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver