Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-7/2024 08.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11.40 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə Məhkəmə iclas katibləri X6, X4, X10, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mehralıyev Zamı̇ l Zahı̇ d oğlu, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(049)-244/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 1(049)-77/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, 19 aprel 2022-ci il tarixdə Lənkəran şəhərində satış məqsədi ilə qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən 5 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri -0.250 qram, 0.252 qram, 0.292 qram, 0.269 qram, 0.271 qram , ümumi 1.334 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin tarixdə, saat 21.05-də Lənkəran şəhəri, Səttarxan küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən 5 ədəd bükümdə, ümumi 1.334 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
1. İbtidai istintaq orqanının irəli sürdüyü sübutlar. İbtidai istintaq orqanı tərəfindən məhkəməyə sübut qismində təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahidlər polis əməkdaşları – Şahid1, Şahid2, Şahid3 ifadəsi, 19 aprel 2022-ci il tarixli “şəxsi axtarışın aparılması haqqında” protokol, 20 aprel 2022-ci il tarixli, 19/481 nömrəli məhkəmə kimyəvi ekspertizasının rəyi, 20 aprel 2022-ci il tarixli, 480 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyi, 23 aprel 2022-ci il tarixli, 360 nömrəli Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının məktubu, 29 aprel 2022-ci il tarixli tələbnamə və maddi sübutlar olmuşdur. 1.1.Məhkəmə iclasında elan edilməklə araşdırılmış Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, o ünvan 2 ünvanda yaşayır. Özü fəhləliklə məşğul olub dolanır. Heç bir xəstəliyi yoxdur. O narkotik vasitələrdən istifadə etdiyi üçün Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 15 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən cəzadan azad edilmişdir. O bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Hər gün demək olar ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni Lənkəran şəhərində tanımadığı şəxslərdən alır. Bundan əlavə narkotik vasitəni alanda özündə olan elektron tərəzidə çəkisini müəyyən edib alır. Həmin elektron tərəzini təxminən bir müddət əvvəl Lənkəran şəhər mərkəzi bazarında almışdır. Belə ki, 19 aprel 2022-ci il tarixdə saat 12 radələrində Lənkəran şəhəri “Kiçik bazar” adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 40 manata 5 bükümdə kakos adlanan heroin almışdır ki, istifadə etsin. Həmin narkotik vasitəni özündə olan elektron tərəzidə çəkib almışdır. Təxminən bir qram yarım heroin almışdır. Aldığı narkotik vasitə heroini əynində olan şalvarının cibində saxlamışdır. Həmin narkotik vasitəni almışdır ki, hissə-hissə istifadə edər. Narkotik vasitə aldığı şəxsin harada yaşadığını bilmir. Aldığı heroin bükümlərinin birindən azca qəbul etmişdir. Qalan heroin bükümlərini cibində qoymuşdur. Həmin gün saat təxminən 21 radələrində Lənkəran şəhəri Səttarxan küçəsi ilə piyada gedərkən bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqim etmişlər və Lənkəran polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona bildirmişlər ki, üzərində narkotik vasitələrin gəzdirməsində şübhəlidir. Ona görə də onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Orada şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya və narkotik vasitə varsa təqdim etsin. O ilk növbədə əynində olan şalvarının sağ yan cibindən 5 ədəd bükümdə narkotik vasitə heroini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra polis əməkdaşı üzərinə şəxsi axtarış keçirtmişdir. Üzərindən başqa heçnə aşkarlanmamışdır. Polis əməkdaşı üzərindən aşkar edilmiş narkotik vasitə heroini elektron tərəzidə çəkmiş və çəkisi ümumi 1,48 qram olmuşdur. Heroin bükümləri bir ədəd zərfə, 1 ədəd elektron tərəzidə bir ədəd zərfə qoyularaq qablaşdırılmış və zərflərin üstü imzalarla təsdiq olunaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra ondan izahat almışlar. O izahatında olanları bildirmişdir. O narkotik vasitələrin istifadəsi ilə yanaşı hərdən satışı ilə də məşğul olmuşdur. Lakin üzərindən aşkar edilmiş beş bükümdə heroini istifadəsi üçün üzərində saxlamışdır. 1.2.Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/16, rnənzil 4-də qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün 19 aprel 2022-ci il tarixdə raportla şöbənin rəisinə müraciət etmişdir. 19 aprel 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nin rəisi tərəfindən təsdiq edilmiş qərara əsasən, o, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. Həmin axşam saat 21:05-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri Səttarxan küçəsində olduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə məlumat olduğunu demişlər. Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-də müdafiəçi ilə təmin olunmuş, Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Baxşəli Rufullayev tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid3 “Samsung” markalı mobil telefonla çəkiliş aparmağa başlamışdır. İlk növbədə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik maddələr və digər cinayət xarakterli əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümünü və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin sellofan bükümünə baxış keçirildikdə içərisində 5 büküm aşkarlanmışdır. Həmin bükümlərin içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyənləşmişdir. Elektron tərəzidə işlək vəziyyyətdə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, üzərindən hər hansı bir narkotik maddə, psixotrop maddə və digər cinayət xarakterli əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlər narkotik vasitə heroindir və öz istifadəsi üçün üzərində saxlamış, həmin heroin bükümlərini Lənkəran şəhəri “Kiçik bazar” ərazisində tanımadığı şəxsdən 40 manata almış, tərəzinidə aldığı narkotik vasitələrin çəkisini yoxlamaq üçün üzərində saxlamışdır. Bundan əlavə pula ehtiyacı olduğundan aldığı narkotik vasitədən satır. 1.3.Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/16, mənzil 4-də qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə Şahid1 məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat-axtarış qrupu yaradılmışdır. Həmin qrupa o, da daxil edilmişdir. Elə həmin gün, yəni 19 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Lənkəran şəhəri Səttarxan küçəsində olduğunu görüb ona yaxınlaşmış, ona özünü təqdim etmiş və ona saxlanılmasının səbəbini izah edərək Lənkəran ŞRPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-də müdafiəçi ilə təmin olunmuş, Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Baxşəli Rufullayev tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik maddələr və digər cinayət xarakterli əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümünü və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin sellofan bükümünə baxış keçirildikdə içərisində 5 büküm aşkarlanmışdır. Həmin bükümlərin içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyənləşdir. Elektron tərəzidə işlək vəziyyyətdə idi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, üzərindən hər hansı bir narkotik maddə, psixotrop maddə və digər cinayət xarakterli əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlər narkotik vasitə heroindir və öz istifadəsi üçün üzərində saxlamış, həmin heroin bükümlərini Lənkəran şəhəri “Kiçik bazar” ərazisində tanımadığı şəxsdən 40 manata almış, tərəzini də aldığı narkotik vasitələrin çəkisini yoxlamaq üçün üzərində saxlamışdır. Bundan əlavə pula ehtiyacı olduğundan aldığı narkotik vasitədən satır. 1.4.Şahid3 ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/16, mənzil 4-də qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə Şahid1 məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat-axtarış qrupu yaradılmış və o, da həmin qrupa daxil edilmişdir. 19 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Lənkəran şəhəri Səttarxan küçəsində hərəkətdə olduğunu görüb onu saxlayaraq özünü təqdim edib ona saxlanılmasının səbəbini izah edərək onu şöbəyə gətirmişlər. Şöbədə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videokameranın müşahidəsi altında üzərinə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümünü və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlər narkotik vasitə heroindir və öz istifadəsi üçün üzərində saxlamış, həmin heroin bükümlərini Lənkəran şəhəri “Kiçik bazar” ərazisində tanımadığı şəxsdən 40 manata almış, tərəzini də aldığı narkotik vasitələrin çəkisini yoxlamaq üçün üzərində saxlamışdır. Bundan əlavə pula ehtiyacı olduğundan aldığı narkotik vasitədən satır. 1.5. 19 aprel 2022-ci il tarixli “şəxsi axtarışın aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülmüş büküm və 1 ədəd elektron tərəzi təqdim etmişdir. Həmin bükümdə 5 ədəd şəffaf sellofana bükülmüş büküm olması müəyyən olunmuşdur. 1.6. 20 aprel 2022-ci il tarixli, 19/481 nömrəli məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd zərfdəki, 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,250 qram; 0,252 qram; 0,292 qram; 0,269 qram; 0,271 ümumi təmiz çəkisi-1,334 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə və ya psixotrop maddələrin izləri yoxdur. 1.7.20 aprel 2022-ci il tarixli, 480 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin ƏƏSMN-nin yanınbda DSMF-nın təqdim etdiyi **********6 nömrəli arayışa əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyatda alınması məsləhət görülür. 1.8.23 aprel 2022-ci il tarixli, 360 nömrəli Lənkəran Şəhər Psixiatriyasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. 1.9. 29 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə Lənkəran rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə Lənkəran rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. 1.10. Lənkəran Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. 1.11. 26 iyun 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 1 ədəd zərfdə beş ədəd bükümdə 1,184 qram narkotik vasitə heroin (ilkin çəkisi 1,334 qram olmuşdur) və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və Lənkəran ŞRPŞ-də saxlanılır, 1 ədəd videoçəkilişə dair DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. 1.12. 20 aprel 2022-ci il tarixli, 19/481 nömrəli məhkəmə kimyəvi ekspertizasının rəyi üzrə 50 manat məhkəmə xərci müəyyən edilmişdir. 1.13. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(049)-18/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsind seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. 1.14. Lənkəran Rayon Məhkəməsinin 23 oktyabr 2023-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesab edilmişdir. 1.15.Lənkəran Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 1(049)-77/2024 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
2. Məhkəmə istintaqı zamanı müəyyən olunan sübutlar. Məhkəmə iclasında isə ibtidai istintaq orqanın irəli sürdüyü sübutlardan əlavə aşağıdakı sübutlar da müəyyyən edilmişdir: təqsirləndirilən şəxsin ifadəsi, şahidlər – Lənkəran Şəhər Rayon X9 Saxlama Yerinin əməkdaşları X11, Şahid4, Şahid5 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X24 zona mərkəzinin rəisi X5 ifadələri, 20 aprel 2022-ci tarixli Lənkəran ŞRPŞ MSY aktı, 25 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının aktı, tibbi məlumat sənədi, 08 yanvar 2024-cü il tarixli, 270 nömrəli məktubu ilə daxil olmuş X16 Məsuliyyətli Cəmiyyətinin məlumatlar siyahısı. 2.1.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, 19 aprel 2022-ci il tarixdə tanışı Zülfüqar ilə birlikdə olmuşdur. Həmin vaxt qəfildən evinin qapısı açılmış və bir neçə polis əməkdaşı evə daxil olaraq onunla Zülfüqarın üzərinə cumaraq onları avtomobilə əyləşdirib aparmışlar. Onu polis şöbəsinə apardıqdan sonra otaqların birinə salmışlar. Orada polis əməkdaşlarından Raqib adlı şəxs yumruqla onun sağ gözündən vurmuşdur. Sonra isə Heydər adlı polis əməkdaşı sol əlinin baş barmağına siqaret basaraq söndürmüşdür. Sonra o, verilən işgəncələrin səbəbini soruşmuşdur. Raqib onun qarşısına narkotik vasitə və elektron tərəzi qoyub bildirmişdir ki, əgər narkotik vasitə və elektron tərəzinin ona məxsus olduğunu videoçəkiliş zamanı deməsə, işgəncələr daha da şiddətli hal alacaqdır. O, da məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Bundan sonra müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videçəkişin müşahidəsi altında o, narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Onun üzərində elektron tərəzi və narkotik vasitə olmamış, heç vaxt kiməsə narkotik vasitə satmamışdır. O, müdafiəçisinə polis əməkdaşlarının onu döydüklərini, narkotik vasitənin və elektron tərəzinin ona məxsus olmadığını bildirməmişdir. Narkotik vasitələrdən istifadə edir. Onu X13 aparanda orada yoxlamışlar və sonra gözünün altında olan qaraltı ilə bağlı akt tərtib etmişlər. 2.2.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtdai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək məhkəmənin suallarına cavab olaraq bildirdi ki, onlar tərəfdən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Səttarxan küçəsində piyada hərəkətdə olarkən saxlamışlar. Əgər Təqsirləndirilən şəxs evindən tutub gətirsəydi sənədləri onu evindən tutduğu kimi rəsmiləşdirərdi, onu evindən və ya küçədən tutmağın fərqi yoxdur. O, qətiyyən Təqsirləndirilən şəxs vurmamış və ya onun yanında hansısa polis əməkdaşı onu vurmamış və ya ona hər hansı psixi təzyiq etməmişdir. Təqsirləndirilən şəxs saxlayaraq polis şöbəsinə gətirmiş və özü könüllü olaraq üzərindəki narkotik vasitəni və elektron tərəzini təqdim edib. Hansısa polis əməkdaşının Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə və ya elektron tərəzi qoymasını görməmişdir. 2.3.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtdai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək məhkəmənin suallarına cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs tutulana qədər tanımamışdır. Təqsirləndirilən şəxs Səttarxan küçəsində piyada hərəkətdə olarkən saxlamışlar və ona saxlanılmasının səbəbini bildirib onu şöbəyə gətirmişlər. O, qətiyyən Təqsirləndirilən şəxs vurmamış və ya onun yanımda hansısa polis əməkdaşı onu vurmamış və ya ona hər hansı psixi təzyiq etməmişdir. Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün yalandan vurulmağını deyir. 2.4.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək məhkəmənin suallarına cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs tutulana qədər tanımamışdır. Onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. O, qətiyyən Ramazanı vurmamış və ya onun yanında hansısa polis əməkdaşı onu vurmamış və ya ona hər hansı psixi təzyiq etməmişdir. 2.5.Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X24 zona mərkəzinin rəisi işləyir. Təqsirləndirilən şəxs tanıyır. Onun yanına gətirilmiş və Təqsirləndirilən şəxs ekspertizadan keçirmişdir. 2-ci dərəcəli yanıq xəsarətləri 10-12 gün müddətə qədər insanda qalır. Gözə əgər zərbə vurulubsa göz altında olan qaraltılar 6 aya qədər qalır. Təqsirləndirilən şəxs gözünün altında xəsarət görmüş, lakin Təqsirləndirilən şəxs ona demişdir ki, tutulmamışdan qabaq yıxılaraq xəsarət alıb. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsini ona deməmişdir. 2.6.Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon X9 Saxlama Yerində işləyir. 20 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil vermişlər. İstənilən şəxs növbətçi hissəyə təhvil verilən kimi onun üzərinə vizual baxış keçirilir. Təqsirləndirilən şəxs də X13 təhvil verilən kimi tam çılpaq şəkildə soyundurulmuş və üzərinə vizual baxış keçirilmişdir. Baxış zamanı onun bədəni üzərində hər hansı xəsarət görməmişdir. O, tam xatırlaya bilmir ki, Ramazanın gözünün altında qaraltı olub ya yox. Təqsirləndirilən şəxs ona polislər tərəfindən döyülməsini deməmiş, başqa əməkdaşlara onun polis işçiləri tərəfindən döyülməsini deməsini bilmir. Onlar hər bir şəxsi qəbul etdikdən sonra ona vizual baxış keçirir, onun üzərində hər hansı xəsarət olan kimi həkimə məlumat verirlər. X13 təhvil verilmiş şəxslərin şikayətlərinin olub-olmamasından asılı olmayaraq həkimə məlumat verilir. 20 aprel 2022-ci il tarixdə tərtib edilmiş aktda nə yazılmasını bilmir. Onun əvəzinə akta kimin imza etdiyini bilmir. Həmin vaxt o, Ramazanın Abdullazadənin üzərinə vizual baxış keçirib növbəni təhvil verib evə getmişdir. 2.7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon X9 Saxlama Yerində işləyir. Təqsirləndirilən şəxs tutulduqdan sonra tanıyır. Tutulmumaşdan əvvəl tanımamışdır. Təqsirləndirilən şəxs X13 təhvil verilərkən gözünün altında xəsarət olub və həmin xəsarət ilə bağlı akt tərtib olunmuşdur. X17 Yerində 3 nəfər olmuş və hər üçü xəsarəti görmüşdür. Bundan sonra isə müvafiq akt tərtib edilmişdir. Təqsirləndirilən şəxs demişdir ki, xəsarəti tutulmamışdan əvvəl almışdır. Şəxs X13 təhvil verildikdən sonra onlar şəxsiyyətini təsdiq edən sənədi alır, daha sonra protokol tərtib edirlər. Həmin şəxs üçün tibb kitabçası açılır. Daha sonra isə həmin şəxsi tamamilə soyundurub üstünə və bədəninə baxış keçirirlər. Əgər şəxsdə xəsarət aşkar ediriksə bununla bağlı akt tərtib edilir. Şəxs ekspertizaya və narkolojiyə gedərkən onlara bununla bağlı məktub verilir və bundan sonra X8 çıxarılır. Əgər şəxs həkim tələb edirsə onun üçün dərhal həkim çağırılır. Təqsirləndirilən şəxs onlara gözünün altında olan xəsarətin hansı şəraitdə meydana gəlməsini deməmişdir. O, Təqsirləndirilən şəxs xəsarətin kim tərəfindən yetirildiyini soruşmuşdur ki, onlardan şikayət və tələbi vardırmı, sonuncu da şikayətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs hansı tarixdə tutulduğunu bilmir, MSY-nə təhvil verildiyi gün, 20 aprel 2022-ci il tarixdə akt tərtib edilmişdir. 2.8.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon X9 Saxlama Yerində işləyir. Təqsirləndirilən şəxs tutulduqdan sonra tanıyır. Tutulmamışdan əvvəl tanımamışdır. Təqsirləndirilən şəxs X13 təhvil verilərkən gözünün altında xəsarət olmuş və həmin xəsarət ilə bağlı akt tərtib olunmuşdur. Təqsirləndirilən şəxs demişdir ki, xəsarəti tutulmamışdan əvvəl almışdır. Təqsirləndirilən şəxs X13 daxil olarkən onlara xəsarətin hansı şəraitdə əmələ gəlməsini deməmişdir. Əgər Təqsirləndirilən şəxs desəydi aktda həmin şəxslərin adları yazılardı. 2.9.Məhkəmə iclasında elan edilməklə araşdırılmış 20 aprel 2022-ci tarixli aktdan görünür ki, Lənkəran Şəhər Rayon X9 Saxlama Yerində işləyən Şahid4, Azər Mikayılov və Şahid5 aktı tərtib etmişlər ondan ötrü ki, CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs bu gün yəni xx.xx.2022-ci il tarixdə X13 gətirilərkən təlimata uyğun olaraq şəxsə baxış keçirilən zaman gözünün altına qaraltı aşkarlanmışdır. Şifahi sorğu zamanı tutulmamışdan qabaq bədənində olan ağrılara görə yıxılması ilə izah etmiş və bununla bağlı heç kəsdən şikayəti olmadığını bildirmişdir. 2.10.Cinayət işinin 74-75-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılımış 20 aprel 2022-ci il tarixli, 328 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. 2.11.Məhkəmə iclasında elan edilməklə araşdırılmış 25 aprel 2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının əməkdaşları Aqşin İsmayılov, Dəyanət Məstəlizadə, Tural Əzimli akt tərtib etmişlər ondan ötəri ki, 23 aprel 2022-ci il tarixdə, təxminən saat 15.20 radələrində DİN Lənkəran ŞRPŞ-nin X8 Bakı İstintaq Təcridxanasına təhvil verilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tibbi sanitar hissəsində üzərinə baxış keçirilən zaman sağ gözaltı nahiyyədə qulaq seyvanında bənövşəyi rəngli, sağ gözünün üstündə isə tünd-bənövşəyi rəngli qançır aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Şəməsddin oğlu bildirmişdir ki, həmin xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılan zaman almışdır. 2.12.Məhkəmə iclasında elan edilməklə araşdırılmış 14 iyun 2023-cü il tarixli Lənkəran rayon prokurorunun köməkçisinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından məlum olur ki, 13 iyun 2023-cü il tarixli, 04/328 nömrəli əlavə məhkəmə-tibbi ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs adına Lənkəran ŞRPŞnin xx.xx.2022-ci il tarixli aktda göz altında aşkar edilmiş qaraltı məhkəmə tibbi müayinə zamanı əsas götürülə bilməz və məhkəmə tibbi baxımdan qaraltıya qiymət vermək olmur. Bakı İstintaq Təcridxanasında tərtib olunmuş xəsarətlərin rəngləri düzgün qeyd olunmadığı üçün xəsarətlərin müddəti və şəraiti haqqında fikir söyləmək mümkün deyildir. 2.13.Məhkəmə iclasında elan edilməklə araşdırılmış 08 yanvar 2024-cü il tarixli, 270 nömrəli məktubu ilə daxil olmuş X16 Məsuliyyətli Cəmiyyətinin siyahısından görünür ki, Təqsirləndirilən şəxs məxsus 051 505-05-20 nömrəli mobil telefon aparatı xx.xx.2022-ci il tarixdə, saat 00.35-dən saat 19.44-ə qədər aktiv olmuş və həmin müddətdə müvafiq olaraq Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 68, T.İsmayılov küçəsi 6A, Koroğlu küçəsi 104, Lənkəran-Şiləvar yolu, Sütəmurdov kəndi və Lənkəran şəhəri ərazisində yerləşən anten şanlarının dairəsində olmuşdur.
3. Hüquqi məsələlər (yerli və beynəlxalq qanunvericilik). 3.1.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. 3.2.Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 3.3. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 3.4.Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 3.5. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 3.6. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 3.7. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 3.8.“Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. 3.9.“İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 3.10.“Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. 3.11. “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. 3.12.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. 3.13.“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. 3.14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. 3.15. CPM-nin 42.2.4-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 3.16.Həmin məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 3.17.Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 3.18. Cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-nin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynalxalq – hüquqi aktlarda (“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynalxalq Pakt”ın 14-cü, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddlərində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. 3.19.Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. 3.20.AİHM-nin X14rşı işində qeyd etmişdir ki, məhkəmə sübutun əldə olunma üsulu konvensiyada digər bir hüququn pozulub-pozulmadığı, ittihamın ədalətli olub-olmadığına dair qiymətləndirmə edir. 3.21.AİHM-nin Bykov Rusiyaya qarşı işində qeyd etmişdir ki, sübut çox güclü isə onun mötəbərliyi ilə əlaqədar hər hansı problem yoxdursa bu sübutu dəstəkləyən başqa bir sübuta ehtiyac daha az olur. 3.22. CPM-nin 21-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 3.23. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. 3.24. Kobiaşvili Gürcüstana qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 14 mart 2019-cu ul tarixli qərarında məhkəmə qeyd etmişdir ki, ərizəçinin şəxsi axtarışının nəticələri ona qarşı cinayət işinin başlanmasına və məhkəmə icraatında ittiham olunmasına səbəb olan təməl nöqtəsidir. Ərizəçinin şəxsi axtarışına dair sonrakı polis protokolu, həmçinin axtarış aparan iki polis əməkdaşının və axtarışda iştirakı iddia edilən iki şahidin ifadələri ərizəçinin hökmünün əsasına qoyulmuşdur. Beləliklə, ərizəçinin şəxsi axtarışı onun ittiham hökmünü əsaslandıran sübutun əldə edilməsini təmin edən istintaq tədbiridir. Müzakirə edilən şəxsi axtarışın aparılması üsulu və sonradan onun nəticələrinin ərizəçiyə qarşı istifadə edilməsi üsulu məhkəmə prosesinin bütövlükdə ədalətliliyinə təsir edir. Daha sonra həmin qərarda təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş polis əməkdaşlarının ifadələrinin mötəbərliyi barədə göstərilmişdir ki, polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Bundan fərqli olaraq ərizəçinin dostlarının ifadələri subyektiv mülahizə xarakterli, şübhə doğuran ifadələr kimi rədd edilmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi. Bu hal da yerli məhkəmələr tərəfindən nəzərə alınmamışdır. 3.25. “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olubolmadığıdır. Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıbalınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. 3.26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Məmmədov Sərdar Cəlaloğlunun Azərbaycana qarşı şikayəti ilə bağlı iş üzrə qəbul etdiyi qərarda (11 yanvar 2007-ci il) Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, “şəxs həbsdə olarkən zədələndiyi hallarda, zədələrin səbəbləri ilə bağlı qənaətbəxş və inandırıcı izahatların təqdim olunması ilə əlaqədar sübutetmə yükü hakimiyyət nümayəndələrinin üzərinə düşür”. 3.27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. 3.28. İnsan hüquqları Avropa Məhkəməsinin “Qaritski Polşaya qarşı” iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir.
4. Məhkəmənin qiymətləndirməsi. 4.1.Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cinayət mühakimə icraatının ən əsas prinsiplərindən biri tərəflərin bərabərliyidir. Bu hüquq CPM-də olduğu kimi Avropa İnsan hüquqları Konvensiyasında da yer almışdır. Cinayət mühakimə icraatının əsas xüsusiyyətlərindən biri ittiham tərəfinin dövlət orqanı olmasında özünü göstərir. Və bu mənada dövlətin sübut əldə etmək sahəsindəki səlahiyyət və gücü, şəxsin özünü təqsirli bilməsinə məcbur edilə bilməməsi ilə məhdudlaşdırılmışdır ki, bu da tərəflərin bərabərliyi ilə bağlıdır. 4.2.Məhkəmə bildirir ki, Azərbaycan Respublikası qanunvericiliyi sübutların toplanması qaydasını müvafiq olaraq cinayət prosessual qanunvericiliyinin müəyyən etdiyi normalar əsasında həyata keçirilməsini rəhbər tutmuş və buna dair müddəalar CPM-də öz əksini tapmışdır. Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyini sübutların qiymətləndirilməsində “qanunsuz əldə edilmiş sübutları mütləq qiymətləndiriməmə” prinsipindən çıxış etmiş və bu prinsipi CPM-nin yuxarıda qeyd edilən normaları ilə özünəməxsus formada (125.2-ci maddə) formülə etmişdir. Bu baxımdan, qeyd edilməlidir ki, qanunazidd şəkildə əldə edilmiş dəlil ibtidai istintaq və ya məhkəmə istintaqında istifadə edilməməlidir. Bununla sübut toplama qaydalarına qoyulan qadağa (yəni sübutun qanunsuz əldə edilməsi) mütləq qadağa olacaq və bu halda həmin sübutun işin nəticəsinə hər hansı təsiri diqqətə alınmayacaq. Əks halda məhkəmə hökmü qanunsuz əldə edilmiş sübuta əsaslanmış olar ki, bu da şəxsin mütləq və geriçəkilmə istisnası belə olmayan hüquqlarından biri olan (nəzərə alınmalıdır ki, mülkiyyət hüququ və yaşamaq hüququ kimi ümdə hüquqların da istisnası vardır) ədalətli məhkəmə araşdırması hüqunun pozuntusu ilə nəticələnər. Məhkəmə hesab edir ki, sübutun əldə edilməsində yol verilmiş qanunazidd davranışın hər hansı göstəricisi (yəni qanunu “az” və ya “çox” həddə pozmaq) olmamaqla mütləq qadağa pirinsipindən çıxış edilməli və qanunsuz əldə edilmiş sübut ümumiyyətlə qiymətləndirmə predmeti olmamalıdır. Bu hal yuxarıda qeyd edilən qanunvericiliklə də tam təsdiqini tapır və qanunvericilik “ittiham yalnız qanuna uyğun şəkildə əldə edilmiş dəlillərlə sübuta yetirilə bilər” prinsipinə əsaslanaraq heç bir istisna və fərqli tətbiq qaydasına icazə verməyərək qanunazidd əldə edilmiş sübutları qiymətləndirmədən kənarda saxlayır. 4.3. Qeyd edilənləri hazırkı iş üzrə tətbiq edərkən müəyyən edilir ki, ibtidai istintaq tərəfindən irəli sürülmüş sübutlar qanuna zidd şəkildə əldə edilmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə bir qayda olaraq əsas sübüt növü kimi “şəxsi axtarışın aparılması” haqqında protokol və şübhəli şəxsin tutulması zamanı iştirak etmiş polis əməkdaşlarının ifadəsi çıxış edir. Digər sübut növləri isə müvafiq ekspert rəyləri, iş üçün əhəmiyyətli sənədlərdir. 4.4. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs məhkəmə araşdırmasının əvvəlindən bütün ifadələrində bir qayda olaraq tutulan zaman fiziki zora məruz qaldığını bildirmiş, üzərində narkotik vasitə və ya elektron tərəzi olmadığını, şəxsi axtarış keçirilməzdən əvvəl də fiziki zor tətbiq edildiyi üçün məcbur qalıb polis əməkdaşlarının bildirdiklərinə uyğun izahat və ifadələr verdiyini göstərmişdir. Təqsirləndirilən şəxsin həmin ifadəsi, yəni fiziki zora məruz qalması məhkəmədə araşdırılmış və yuxarıda qeyd olunan Lənkəran Şəhər Rayon X9 Saxlama Yerinin 20 aprel 2022-ci tarixli aktı ilə yanaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 25 aprel 2022-ci il tarixli akt ilə təsdiqini tapdığından məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini iş üzrə əhəmiyyəti və obyektiv həqiqətin müəyyən edilməsi üçün zəruri sübut növü kimi qiymətləndirmişdir. 4.4 Təqsirləndirilən şəxsin həmin ifadəsinin doğru olmadığını və sonuncuya qarşı hər hansı psixi və fiziki zor tətbiq edilmədiyini bildirən polis əməkdaşlarının ifadəsinə münasibətə məhkəmə qeyd edir ki, ittiham tərəfi kimi polis əməkdaşlarının həmin ifadələri iş üzrə məhkəmə müəyyən olunan hallarla üst-üstə düşmədiyinə görə həmin ifadələr sübut kimi qiymətləndirilə bilməz və həmin ifadələr (xüsusilə fiziki zora məruz qoyulmamaq hissəsi) polis əməkdaşlarının xidməti vəzifələrinin icrasından irəli gələrək subyektiv yanaşma olmaqla bərabər obyektiv nəticənin əldə edilməsinə yönəlmiş ittihamın həlli üçün kifayət edən sübut deyildir. Məhkəmə bu nəticəyə gələrkən yuxarıda 3.24-cü bənddə şərh olunmuş Avropa İnsan Hüquqları Məhkəməsinin (Kobiaşvili Gürcüstana qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 14 mart 2019-cu ul tarixli qərar) mövqeyini rəhbər tutmuşdur. Bu yanaşmadan irəli çıxaraq məhkəmə, Lənkəran rayon prokurorluğunun 14 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına qiymət verərək bildirir ki, hazırkı cinayət işi ( ********* istinaq nömrəli) üzrə ittiham aktı Lənkəran rayon prokuroru tərəfindən təsdiq edilərək məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxsin fiziki zora məruz qalması ilə bağlı araşdırma da məhz yenə Lənkəran rayon prokurorluğu tərəfindən araşdırılmışdır. Məhkəmə hesab edir ki, eyni prokurorluq tərəfindən işgəncə faktının araşdırılması qərəzsiz və müstəqil hesab oluna bilməz. Buna görə də hazırkı iş üzrə də qərəzsizlik prinsipinə uyğun olmadığı üçün məhkəmə tərəfindən qeyd olunan qərar da subyektiv yanaşma olmaqla bərabər obyektiv nəticənin əldə edilməsinə yönəlmiş ittihamın həlli üçün kifayət edən sübut deyildir. 4.5.Məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadəsinə münasibətdə qeyd edir ki, həmin ifadəni polisin təsiri altında vermişdir. Bundan əlavə təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı ona qarşı elan edilmiş ittihamda göstərilən əməli üzrə özünü təqsirli bilmədiyini, üzərində narkotik vasitə olmadığını, zorla boynuna qoyulduğunu bildirmişdir. Bundan əlavə təqsirləndirilən şəxsin üzərində zorakılıq əlamətlərinin olması barədə polis aktının mövcud olması, daha sonra üzərində xəsarət olmamasına dair tibbi rəy, bundan sonra istintaq təcridxanasında təqsirləndirilən şəxsdə yenidən xəsarətin olması təqsirləndirilən şəxsin saxlanılan zaman, habelə dindirilməmişdən əvvəl fiziki zorakılağa məruz qaldığının göstəricisidir. Bununla da, göstərilən şəraitdə üzərində xəsarətlər olmuş təqsirləndirilən şəxsin özünü hansısa səbəbdən məhkəməyədək ibtidai istintaq dövründə öz əleyhinə ilkin ifadə verərək (videogörüntü zamanı cibindən narkotik vasitəni və elektron tərəzini çıxarıb masanın üzərinə qoyaraq ona məxsus olması barədə ifadəsi) təqsirli bilməsi həqiqətə uyğun olmasına şübhələr yaradır. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə qeyd edilən şəraitdə verdiyi şübhəli ifadəsindən başqa hər hansı bir sübutun olmadığı şəraitdə isə onun CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair verdiyi həmin ikin ifadəsi hazırda onun əlehinə istifadə edilə bilməz. Bu cür yanaşma yuxarıda şərh olunan “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 23-cü bəndində əks etdirilmişdir. Məhkəmə hеsab еdir ki, təqsirləndirilən şəхsin еtirafеdici ifadəsi bir sübut növü kimi digər sübutlardan hеç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəхsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən işin halları ilə bağlı məhkəmə istintaqı zamanı müəyyən edilmiş və işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət işinin materiallarına əsasən hətta üzərində olmayan elektron tərəzinin şəxsi axtarış zamanı üzərində aşkar olunmasını ifadələrində etiraf etməsi həmin ifadələrin zor tətbiq edilməsi ilə alınmasının təzahürüdür. 4.6.Məhkəmə xüsusilə təqsirləndirilən şəxs barəsində verilmiş məhkəmə tibbi ekspertiza rəyinə diqqət çəkərək vurğulayır ki, təqsirləndirilən şəxs barəsində verilmiş 20 aprel 2022-ci il tarixli, 328 nömrəli məhkəmə-tibbi ekspertiza rəyi tamamilə obyektiv həqiqətən uzaq olmaqla iş üzrə sübut növü kimi qiymətləndirilməsi birbaşa kobud qanun pozuntusudur. Belə ki, işin hallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran ŞRPŞ-ə oradan da Lənkəran ŞRPŞ-nin MSY-ə gətirilir, MSY daxil olan zaman qaydalara uyğun olaraq şəxsin (Təqsirləndirilən şəxs) üzərinə vizual baxış keçirilir və onda gözünün altına qaraltı aşkarlandığı üçün akt tərtib edilir və hətta aktda həmin xəsarəti yıxılaraq aldığına dair qeyd göstərilir. 20 aprel 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilməsi üçün Lənkəran rayonlararası MTE və PA zona mərkəzinə gətirilir və bu zaman Təqsirləndirilən şəxs hər hansı xəsarətin olmadığına dair rəy tərtib edilir. Daha sonra Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdə saxlanılması üçün Bakı İstintaq Təcridxanasına daxil olarkən orada da müvafiq qaydaya uyğun olaraq vizual baxış zamanı yenə də Təqsirləndirilən şəxs sağ gözünün üstündə tünd-bənövçəyi rəngi qançır aşkar edilməsinə dair akt tərtib edilir. Göründüyü kimi, təqsirləndirilən şəxsdə xəsarətin olmasına dair hətta ittiham tərəfi kimi polis əməkdaşları (MSY-nin əməkdaşları) da akt tərtib etsələr də məhkəmə tibb eksperti hər hansı xəsarətin olmamasını qeyd etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə tibb eksperti tərəfindən verilmiş həmin rəy sübut kimi özü-özlüyündə etibarsızdır. Bu halla bağlı məhkəmədə dindirilmiş MSY əməkdaşları da yuxarıda qeyd edilən kimi, yəni təqsirləndirilən şəxsdə qançır olmasına dair ifadələr verib 20 aprel 2022ci il tarixli aktı təsdiq etsə də, məhkəmədə dindirilmiş məhkəmə tibb eksperti ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs gözünün altında xəsarəti görmüş, lakin tərtib etdiyi aktda niyə qeyd etməməsi barədə məhkəməyə hər hansı fikir bildirə bilməmişdir. Göstərilənlərə əsasən 20 aprel 2022-ci il tarixli, 328 nömrəli məhkəmə-tibbi ekspertiza rəyi də hazırkı iş üzrə sübut kimi qiymətləndirilməmişdir. Yuxarıda qeyd edilmiş (4.4 bəndin ikinci hissəsində olan) mövqeyə uyğun olaraq 13 iyun 2023-cü il tarixli, 04/328 nömrəli əlavə məhkəmə-tibbi ekspertiza rəyinə münasibətdə də məhkəmə qeyd edir ki, həmin rəy də eyni şəxs tərəfindən verildiyindən qərəzsiz və obyektiv hesab edilə bilməz və buna görə həmin rəy də sübut kimi qiymətləndirilməmişdir. 4.6. Göstərilənlərə əsasən, ittiham tərəfinin ittihamın əsası qismində irəli sürdüyü dəlillər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmədiyindən, əldə edilmiş sübutlar qanunsuz şəkildə əldə edildiyindən və qanunsuz əldə etmə faktı məhkəmədə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülümüş ittiham məhkəmədə sübuta yetirilməmişdir. Belə olan halda isə yuxarıda şərh olunan qanunvericilik normasasına əsasən şəxsə bəraət verilməlidir. Məhkəmə hesab edir ki, məhz şərh olunan sübutların, yəni 20 aprel 2022-ci tarixli və 25 aprel 2022-ci il tarixli aktların mövcudluğu yuxarıda sadalanmış, lakin qiymətləndirmə predmeti olmayan (20 aprel 2022-ci il tarixli, 19/481 nömrəli məhkəmə kimyəvi ekspertizasının rəyi, 20 aprel 2022-ci il tarixli, 480 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyi, 23 aprel 2022-ci il tarixli, 360 nömrəli Lənkəran Şəhər Psixiatriyasının məktubu, 29 aprel 2022-ci il tarixli tələbnamə, Azercell Telekomdan çıxarış) sübutlar üzrə araşdırma aparılmasını mümkünsüz, eyni zamanda lüzumsuz etmişdir. Məhkəmə bu mövqeden çıxış edərkən xüsusilə yuxarıda şərh olunan (3.21-ci bənddə AİHM-nin Bykov Rusiyaya qarşı işində) “sübut çox güclü isə onun mötəbərliyi ilə əlaqədar hər hansı problem yoxdursa bu sübutu dəstəkləyən başqa bir sübuta ehtiyac daha az olur” prinsipindən çıxış edərək hesab edir ki, hazırkı iş üzrə sübut növü kimi məhz 20 aprel 2022-ci tarixli və 25 aprel 2022-ci il tarixli aktların qiymətləndirilməklə mötəbər qəbul edilməlidir. Lakin bununla yanaşı, məhkəmə qeyd edir ki, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 19/481 saylı rəyi isə təqsirləndirilən şəxsdən aşkar edilməsi sübuta yetirilməyən heroin və eleketron tərəzi ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmasa da, ekspertə təqdim olunmuş maddə və elektron tərəzi ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə təqsirləndirilən şəxsin cinayət törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz. 20 aprel 2022-ci il tarixli, 480 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyinə münaisbətdə məhkəmə bildirir ki, mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. 4.7 Məhkəmə, mövcud sübutların məcmusu üzrə satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşıma cinayəti ilə bağlı təqsirliliyin sübuta yetirilməməsi ilə bağlı gəldiyi nəticənin qanuni və əsaslı olmasını vurğulayarkən, ibtidai istintaq orqanının ittiham aktında təqsirləndirilən şəxsin ona istinad edilən həmin əməli törətməsinin təsdiqi kimi istinad etdiyi yuxarıda sadalanan sübutları bütövlükdə şəxsin həmin cinayət əməlini törətməsini təsdiq edə biləcək yetərli dəlillər hesab etmir. Qeyd etmək lazımdır ki, bütövlükdə ittiham faktiki olaraq yalnız şəxsi axtarış keçirilməsi haqqında, baxış keçirilməsi haqqında protokollara, polis əməkdaşlarının ifadələrinə əsaslanmışdır. Həmin protokollar və ifadələr isə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutların məcmusu ilə şəxsin təqsirli bilinməsinə imkan verə biləcək yetərli mötəbər sübut kimi qiymətləndirilməsi imkanı xaricindədir. Məhkəmə bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, ibtidai istintaq orqanının təqdim etdiyi sübutları məhkəmədə araşdırıb bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmir. 4.8.Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, maddi sübut - 1 ədəd zərfdə olan 5 ədəd bükümdə 1.184 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. 4.9.Məhkəmə, eyni zamanda, təqsirləndirilən şəxsə bəraət verilməsi qənaətinə gəldiyi üçün təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları da müzakirə etməməyi qanuni, məntiqli və əsaslı hesab etmişdir. 5.Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin hazırda digər iş üzrə (08 fevral 2024-cü il tarixli, 1(049)-77/2024 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir) cəza çəkməsini nəzərə alaraq hazırda onun barəsində CPM-nin 357.0.1-ci maddəsinin (dərhal məhkəmə iclas zalından azad edilmə) tətbiq edilməsinin mümkünsüz olduğunu da nəzərə alır. 5.1.Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd zərfdə olan 5 ədəd bükümdə 1.184 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə məhkəmə məsrəfini təşkil edən 50 manat ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Murad Aslanov