Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-70/2023 10.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 20 sentyabr 1974-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 2022-ci ilin avqust ayının sonlarında Lənkəran rayonunda müəyyən edilməyən vaxtda və şəxsdən 04 (dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,299 qram, -0,159 qram, -0,242 qram, -0,246 qram, ümumi təmiz çəkisi -0,946 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, həmin bükümlərdən -0,246 qram çəkidə olan bükümünü 25 avqust 2022-ci il tarixdə Lənkəran Şəhəri, Z.Əliyeva küçəsində 20 (iyirmi) manat müqabilində şərti alıcı qismində əməliyyat tədbirinin iştirakçısı olan X1, sonuncu ondan aldığı həmin narkotik vasitəni Lənkəran ŞRPŞ-nin əməkdaşlarına təqdim etdikdən sonra, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən həmin tarixdə, saat 17:50 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən qalan 03 (üç) bükümdə 0,7 qram çəkidə narkotik vasitə olan heroin və şalvarın sol yan cibindən X3 narkotik vasitə heroin müqabilində aldığı 20 manatlıq pul əskinası aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun üzərində narkotik vasitə olmamış, o, heç kimə, o cümlədən X5 narkotik vasitə satmamışdır. 25 avqust 2022-ci il tarixdə, saat 17 radələrində o, yaşadığı Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ilə hərəkətdə olan zaman mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmiş, o, da razılaşaraq onlarla getmişdir. Polis şöbəsində ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmiş və o, məcbur olub yazılanlara imza etmişdir. Təqsirləndirilən şəxs cinayət işinin 68-70-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş təqsirləndirilən şəxs q ismində müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. 25 avqust 2022-ci il tarixdə səhər saatlarında Lənkəran şəhəri, Mikrorayon deyilən ərazidə Elçin adlı şəxsdən 30 manat müqabilində üç büküm kakos deyilən narotik vasitə heroin satın almış, həmin bükümləri şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün, yəni, 25 avqust 2022-ci il tarixdə, saat 17 radələrində o Lənkəran şəhəri, Z.Əliyeva küçəsində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Onun üzərində narkotik vasitə olduğu üçün polis şöbəsinə getməkdən imtina etmişdir, lakin polis əməkasları onu saxlayıb polis şöbəsinə gətirmişlər. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına öz istəyi əsasında vəkil təyin edilmişdir, daha sonra vəkil İntiqam Hüseynovun iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi ona bildirilmişdir. O da əynindəki şalvarın sol yan cibindən içində narkotik vasitə olan heroin bükümləri olan bir ədəd sarı rəngli plastik qutunu, şalvarın sağ yan cibindən də bir ədəd mobil telefon və bir ədəd 20 manatlıq pul əskinası təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi plastik qutuya baxış keçirilmiş və içərisində sellofan bükümlər aşkar edilmişdir. Sellofan bükümlərin içərisində isə narkotik vasitə olan heroin olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmiş ki, həmin narkotik vasitə olan heroin ona məxsusdur və həmin kütlələri 25 avqust 2022-ci il tarixdə Lənkəran şəhərində yerləşən Mikrorayon deyilən ərazidə Elçin adlı şəxsdən 30 manata öz istifadəsi üçün almışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. O da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Muxtar Kərimov adlı şəxsi tanımır, Muxtar Kərimov adlı şəxsə heroin satmamışdır.” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlaması və satışı ilə məşğul olması haqqında əməliyyat məlumatı şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuş, bu barədə rəhbərliyə məruzə edildikdən sonra sonuncunun rəhbərliyi ilə yaradılmış əməliyyat qrupunda iştirak etmişdir. 25 avqust 2022-ci il tarixdə, Lənkəran şəhər sakini X6 rayon polis şöbəsinə gələrək rayonu, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olmasını bildirib, ərizə yazaraq Təqsirləndirilən şəxs qanunsuz əməllərinə son qoyulması üçün onun yaxalanmasında polis əməkdaşlarına köməklik göstərmək istədiyini bildirdikdə Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa edilməsindən ötrü tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və tədbirdə Muxtar Kərimovin şərti alıcı qismində cəlb olunması barədə qərar qəbul olunmuşdur. Tədbirdə şərti alıcı qismində iştirak etməsi üçün Muxtar Kərimov təlimatlandırılaraq ona 1 ədəd B61044850 seriya nömrəli 20 manat dəyərində surəti çıxarılmış pul əskinası verilmiş və Təqsirləndirilən şəxs ilə görüşmək üçün Lənkəran şəhəri, Z.Əliyeva küçəsinə getmişdir. Həmin gün saat 16 radələrində Muxtar Kərimov polis şöbəsinə qayıtmış, Təqsirləndirilən şəxs ilə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində görüşdüyünü, Təqsirləndirilən şəxs surəti çıxarılmış 1 ədəd 20 manatlıq pulu verdiyini və 1 bükümdə narkotik vasitə heroin aldığını bildirib heroinə oxşar kütləni könüllü olaraq təqdim etmişdir. Həmin büküm müvafiq qaydada götürülmüşdür. 25 avqust 2022-ci il tarixdə, saat 17 radələrində Əkbərov X8 şəhəri, Z,Əliyeva küçəsində müəyyən edilmiş və polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmetin olduğu təqdirdə təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd plastik qutu, şalvarın sağ yan cibindən isə bir ədəd mobil telefon və bir ədəd 20 manatlıq pul əskinası təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki təqdim etdiyi plastik qutunun içinə baxış keçirildikdə 3 bükümdə, hər birinin içərisində spesifik iyə malik, toz formasında, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan pul əskinasına baxış keçirilən zaman müəyyən edilmişdir ki, əməliyyat-axtarış tədbirinə şərti alıcı kimi cəlb olunmuş X5 verilən pul əskinası ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd B61044850 seriya nömrəli 20 manat dəyərində olan pul əskinası eynilik təşkil etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Sonda tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlaması və satışı ilə məşğul olması haqqında əməliyyat məlumatı şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuş, bu barədə rəhbərliyə məruzə edildikdən sonra sonuncunun rəhbərliyi ilə yaradılmış əməliyyat qrupunda iştirak etmişdir. Belə ki, 25 avqust 2022-ci il tarixdə, Lənkəran şəhər sakini X6 rayon polis şöbəsinə gələrək rayonu, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olmasını bildirib, ərizə yazaraq Təqsirləndirilən şəxs qanunsuz əməllərinə son qoyulması üçün onun yaxalanmasında polis əməkdaşlarına köməklik göstərmək istədiyini bildirdikdə Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa edilməsindən ötrü tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və tədbirdə Muxtar Kərimovin şərti alıcı qismində cəlb olunması barədə qərar qəbul olunmuşdur. Tədbirdə şərti alıcı qismində iştirak etməsi üçün Muxtar Kərimov təlimatlandırılaraq ona 1 ədəd B61044850 seriya nömrəli 20 manat dəyərində surəti çıxarılmış pul əskinası verilmiş və Təqsirləndirilən şəxs ilə görüşmək üçün Lənkəran şəhəri, Z.Əliyeva küçəsinə getmişdir. Həmin gün saat 16 radələrində Muxtar Kərimov polis şöbəsinə qayıtmış, Təqsirləndirilən şəxs ilə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində görüşdüyünü, Təqsirləndirilən şəxs surəti çıxarılmış 1 ədəd 20 manatlıq pulu verdiyini və 1 bükümdə narkotik vasitə heroin aldığını bildirib heroinə oxşar kütləni könüllü olaraq təqdim etmişdir. Həmin büküm müvafiq qaydada götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 25 avqust 2022-ci il tarixdə, saat 17 radələrində Əkbərov X8 şəhəri, Z.Əliyeva küçəsində müəyyən edilmiş və polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmetin olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd plastik qutu, şalvarın sağ yan cibindən isə bir ədəd mobil telefon və bir ədəd 20 manatlıq pul əskinası təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki təqdim etdiyi plastik qutunun içinə baxış keçirildikdə 3 bükümdə, hər birinin içərisində spesifik iyə malik, toz formasında, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan pul əskinasına baxış keçirilən zaman müəyyən edilmişdir ki, əməliyyat-axtarış tədbirinə şərti alıcı kimi cəlb olunmuş X5 verilən pul əskinası ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd B61044850 seriya nömrəli 20 manat dəyərində olan pul əskinası eynilik təşkil etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Sonda tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış cinayət işinin 83-85-ci vərəqlərində olan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 avqust 2022-ci il tarixdə, Lənkəran şəhəri, M.M.Axund küçəsi ev 146-də yaşayan X6 rayon polis şöbəsinə gələrək rayonu, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olmasını bildirib, ərizə yazaraq Təqsirləndirilən şəxs qanunsuz əməllərinə son qoyulması üçün onun yaxalanmasında polis əməkdaşlarına köməklik göstərmək istədiyini göstərmişdir. Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa edilməsindən ötrü tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və tədbirdə Muxtar Kərimovin şərti alıcı qismində cəlb olunması barədə qərar qəbul olunmuşdur. Qərar şöbə rəhbərliyi tərəfindən təsdiqləndikdən sonra, tədbirdə şərti alıcı qismində iştirak etməsi üçün X6 tərəfindən təlimatlandırılaraq ona 1 ədəd B61044850 seriya nömrəli 20 manat dəyərində surəti çıxarılmış pul əskinası verilmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Muxtar Kərimov pulu götürüb Təqsirləndirilən şəxs ilə görüşmək üçün Lənkəran şəhəri, Z.Əliyeva küçəsinə getmişdir. Həmin gün saat 16:50 radələrində Muxtar Kərimov polis şöbəsinə qayıtmış, Təqsirləndirilən şəxs ilə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində görüşdüyünü, Təqsirləndirilən şəxs surəti çıxarılmış 1 ədəd 20 manatlıq pulu verdiyini və 1 bükümdə narkotik vasitə heroin aldığını demişdir, Təqsirləndirilən şəxs aldığı 1 bükümdə heroinə oxşar kütləni könüllü olaraq təqdim etmişdir. Həmin büküm götürülərək qablaşdırılmış, möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş və protokol imzalarla təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 25 avqust 2022-ci il tarixdə, saat 17:50 radələrində Əkbərov X8 şəhəri, Z.Əliyeva küçəsində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran şəhər-rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Lənkəran ŞRPŞ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində, dəvət olunmuş müdafiəçinin iştirakı ilə, videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu üçün hüquq və vəzifələri izah olunmuşdur, daha sonra nə üçün polis şöbəsinə gətirilməsi barədə bir daha məlumatlar verilmişdir. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulması bildirildikdən sonra tərəflərindən üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmetin olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd plastik qutu, şalvarın sağ yan cibindən isə bir ədəd mobil telefon və bir ədəd 20 manatlıq pul əskinası təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki təqdim etdiyi plastik qutunun içinə baxış keçirildikdə 3 bükümdə, hər birinin içərisində spesifik iyə malik, toz formasında, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan pul əskinasına baxış keçirilən zaman müəyyən edilmişdir ki, əməliyyat-axtarış tədbirinə şərti alıcı kimi cəlb olunmuş X5 verilən pul əskinası ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd B61044850 seriya nömrəli 20 manat dəyərində olan pul əskinası eynilik təşkil etmişdir. Təqsirləndirilən şəxsla aparılan şifahi sorğu zamanı bildirmiş ki, həmin kütlələr heroindir və heroini Lənkəran şəhəri, “Mikrorayon” deyilən ərazidə Elçin adlı şəxsdən 30 manata almışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3 bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir.” Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış cinayət işinin 53-56-cı vərəqlərində olan şahid X6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Lənkəran şəhəri, M.M.Axund küçəsi ev 146-da ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs bir neçə aydır ki, tanıyır. Onunla heç bir şəxsi qərəzli münasibəti olmamışdır. Bundan əvvəl özü narkotik vasitə və psixotrop maddələrin istifadəsi ilə məşğul olduğu zaman üçün Təqsirləndirilən şəxs da narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bilirmiş, lakin müalicə olunmuş, narkotik vasitələrin qəbuluna asılılığı tam götürülmüşdür. Narkotik vasitələri və psixotrop maddələri satan qəbul edən şəxslərə nifrət edir. Ona görə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsində hüquq mühafizə orqanlarına köməklik etmək məqsədilə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olmasına dair ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələr alıb polis əməkdaşlarına təqdim edə və sonuncunun cinayət əməllərinin ifşa edilməsində polis əməkdaşlarına köməklik edə biləcəyini bildirmişdir. Odur ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən 25 avqust 2022-ci il tarixdə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və satışında şübhəli olması barədə məlumat əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar digər polis əməkdaşlarının iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə əməliyyat-axtarış tədbirləri zamanı şərti alıcı qismində iştirak etmişdir. Polis əməkdaşları tərəfindən təlimatlandırılmışdır. Tədbirdə istifadə edilməsi üçün ona bir ədəd iyirmi manatlıq pul verilmişdir. Daha sonra o Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində Təqsirləndirilən şəxsla görüşmüşdür. İlqar Ələkbərovdan bir bükümdə narkotik vasitə olan heroin istəmişdir. İlqar Ələkbərov da üzərindən bir bükümdə heroini çıxararaq ona vermişdir. Həmin bir bükümdə narkotik vasitə olan heroinin qarşılığında İlqar Ələkbərova 20 manat pul vermişdir. Bundan sonra o Təqsirləndirilən şəxs aldığı narkotik vasitə olan heroini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Tədbirin davamı olaraq elə həmin gün Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılmış rayon polis şöbəsinə gətirilmiş, üzərinə baxış zamanı ondan 20 manatlıq pul əskinası və 3 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona satdığı bir büküm narkotik vasitə olan heroini və polis əməkdaşları tərəfindən üzərində aşkar edilərək götürülmüş üç bükümdə narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etmişdir, lakin həmin narkotik vasitənin harada və kimdən əldə etməsi barədə məlumatı olmamışdır. O eşitmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin həm istifadəsi ilə həmdə satışı ilə məşğul olur. O da narkotik vasitələri satan şəxslərə nifrət etdiyinə görə onu ifşa etmək qərarına gəlmişdir.” Cinayət işinin 57-59-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş protokoldan görünür ki, şahid X6 ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Muxtar Kərimov təqdim etdiyi narkotik vasitə heroini Təqsirləndirilən şəxs aldığını onun üzünə qarşı deyərək ifadələrində göstərdiklərini bir daha təsdiq etmişdir. Cinayət işinin 10-cu vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 25 avqust 2022-ci il tarixli “təqdimetmə və götürmə aparılması haqqında” protokoldan görünür ki, şərti alıcı qismində iştirak etmiş X6 üzərindəki bir bükümdə heroini təqdim etmiş və həmin heroin bükümünü 20 manat müqabilində Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Cinayət işinin 32-33-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 25 avqust 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindəki şalvarın sol yan cibində olan plastik qutudan 03 ədəd bükümlərdə narkotik vasitə olan heroin və B61044850 seriya nömrəli 20 manatlıq əskinası aşkar edilərək götürülmüşdür. Narkotik vasitə heroinə bənzər bükümlərin çəkisi 0,77 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlələr heroindir, ona məxsusdur və heroini Lənkəran şəhəri, “Mikrorayon” deyilən ərazidə Elçin adlı şəxsdən 30 almışdır. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” 25 avqust 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindəki şalvarın sol yan cibində olan plastik qutudan 03 ədəd bükümlərdə narkotik vasitə olan heroin və B61044850 seriya nömrəli 20 manatlıq əskinası aşkar edilərək götürülmüşdür. Narkotik vasitə heroinə bənzər bükümlərin çəkisi 0,77 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlələr heroindir, ona məxsusdur və heroini Lənkəran şəhəri, “Mikrorayon” deyilən ərazidə Elçin adlı şəxsdən 30 almışdır. Cinayət işinin 42-46-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 avqust 2022-ci il tarixli 19/883 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd bükümlərdə heroinə bənzər kütlələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,299 qram, -0,159 qram, - 0,242 qram, ümumi təmiz çəkisi -0,700 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “X4 təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə, təmiz çəkisi -0,246 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd bükümlərdə heroinə bənzər kütlələr...” və “X4 təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə.....” sözlər və imzalar olan iki ədəd zərflərdəki, ümumi sayı 04 ədəd bükümdə olan heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinin 78-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 29 avqust 2022-ci il tarixli, 881 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sendromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 89-91-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 03 bükümdə, ümumi təmiz çəkisi - 0,700 qram və X4 təqdim etdiyi 01 ədəd bükümdə, təmiz çəkisi -0,246 qram narkotik vasitə heroinlər, şəxsi axtarış aparılarkən videogörüntünün qeydə alındığı 01 ədəd CD disk və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd, B61044850 seriya nömrəli 20 manatlıq pul əskinası maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 03 bükümdə, ümumi qalıq çəkisi -0,58 qram və 01 bükümdə, qalıq çəkisi - 0,206 qram narkotik vasitə heroin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş və 02 ədəd CD ilə B61044850 seriya nömrəli 20 manatlıq pul əskinası disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, təqsirləndirilən şəxsin dörd ayrı-ayrı bükümdə narkotik vasitə əldə edərək daşımasını və şərti alıcı qismində iştirak edən şəxsin ondan narkotik vasitə almasını nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək üzərindən narkotik vasitə aşkar edilməməsini, başqa şəxsə narkotik vasitə satmaması barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarışın həyata keçirilməsi barədə protokolla və protokola əlavə edilmiş CD disklər və digər sənədlərlə təkzib olunur. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı fiziki zora məruz qalması ilə bağlı qeyd edir ki, həmin hal məhkəmə hazırlıq iclası zamanı təqsirləndirilən şəxs tərəfindən səsləndirildiyindən məhkəmə tərəfindən müvafiq olaraq araşdırılması üçün ibtidai araşdırmaya rəhbərlik edən prokurora məlumat verilmişdir. Məhkəməyə təqdim edilmiş Lənkəran Rayon prokurorluğunun 01 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı araşdırma CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Digər tərəfdən məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsi axtarış zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 15- 16-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 25 avqust 2022-ci il tarixli “tutulma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 76-79-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 27 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 avqust 2022-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 102-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Əkbərov X8 rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2012-ci il tarixli Salyan rayon məhkəməsinin qərarı ilə CM-nin 76-cı maddəsi tətbiq edilməklə 3 ay 6 gün müddətində vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 82-83-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı, xx.xx.2008-ci il təvəllüdlü qızı və xx.xx.2013-cü il təvəllüdlü oğlu ilə birlikdə ünvan 2 ünvanında yaşamış, yaşadığı müddət ərzində qonşularla mnüsbət münasibətdə olmuş, ictimai işlərdə, abadlıq işlərində fəali iştirak etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı, bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni satış məqsədi ilə narkotik vasitə əldə etməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni uzun müddət narkomaniyadan əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs müəyyən müddət azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 29 avqust 2022-ci il tarixli, 881 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 03 bükümdə, ümumi qalıq çəkisi - 0,58 qram və 01 bükümdə, qalıq çəkisi -0,206 qram narkotik vasitə heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd CD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsinə əsasən B61044850 seriya nömrəli 20 manatlıq pulu əskinazının xüsusi müsadirə olunmasını qanuni hesab edir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 03 bükümdə, ümumi qalıq çəkisi -0,58 qram və 01 bükümdə, qalıq çəkisi -0,206 qram narkotik vasitə heroin məhv edilsin, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən B61044850 seriya nömrəli 20 manatlıq pul xüsusi müsadirə olunsun. Məhkəmə məsrəfi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-70/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-70/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver