Məhkəmə qərarları › İş №1(049)-70/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-70/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-70/2025 20.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı Lənkəran şəhəri İ.Səmədzadə küçəsində yerləşən 12 saylı Körpələr evi-uşaq bağçasının qarşısında Zərərçəkmiş şəxs ilə ailə məişət münasibətlər zəminində, yəni sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs itələyib yerə yıxaraq sağ ayaq nahiyyəsinə qəsdən təpiklə vurmaqla ona- sağ pəncə nahiyyəsində yumşaq toxumaların əzilməsi hematomasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ilə 2018ci ildə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş və həmin nigahdan 2 övladı olmuşdur. Övladlarından biri qız, biri isə oğlandır. Oğlu onu görmək istəsə də, qızı Sonaxanım keçmiş həyat yoldaşı Afaqın təkidləri ilə onunla görüşmək istəmir. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuşdur. 2023-cü ildən etibarən Zərərçəkmiş şəxs ilə arasında narazılıqlar yaranmağa başlamışdır. Narazılığın əsas səbəbi Zərərçəkmiş şəxs anası Kəmalə ilə bir evdə yaşamaq istəməyərək, ayrıca evə çıxmaq istəməsidir. Buna görə də, Zərərçəkmiş şəxs 2 ilə yaxındır ki, iki övladını götürərək, atası Elmanın Lənkəran rayonu Seydəkəran kəndində yerləşən fərdi yaşayış evinə gedərək orada yaşayır. Lakin həmin müddət ərzində Zərərçəkmiş şəxs onu övladlarını görməyinə maneələr yaratdığı üçün aralarında narazılıqlar yaranmışdır. O, da, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində böyük övladı Sonaxanım Kazımovanı görmək üçün Lənkəran şəhəri İ.Səmədzadə küçəsində yerləşən 12 saylı uşaq bağçasının qarşına getmişdir. Bağçada qızı Sonaxanımı görmüş və onunla təxminən saat yarım oynamışdır. Sonradan bağçaya Zərərçəkmiş şəxs da gəlmişdir. Afaqla bağçanın giriş qapısı tərəfdə qarşılaşmış və sonuncu ondan uşaqla görüşməsini istəmədiyini bildirmişdir. Bu zəmində aralarında mübahisə yaranmışdır. Münqaişə zamanı onların yanında heç kim olmamışdır. Mübahisə zamanı Afaqın əlində olan çətiri alıb sındırmış, afaq isə həmin zaman yerə yıxılmışdır. Afaqı orada vurmamış, yerə yıxmamışdır. Zərərçəkmiş şəxs ilə əvvəllər də münaqişələri olmuş bununla bağlı barəsində iki dəfə cinayət məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi məhkəməyə göndərilmiş bir iş üzrə icraata barışdıqlarına görə xitam verilmiş, digər iş üzrə isə barəsində 4 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza verilmişdir. Dindirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı şəraitdə yıxılması, istintaq zamanı vermiş ifadəsi ilə hazırki ifadəsi arasında olan ziddiyyətlə bağlı suallara cavab verə bilməmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, fərdi əmək fəailiyyəti ilə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. 2018-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və həmin nigahdan iki övladları olmuşdur. Əvvələr Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olsa da, lakin sonradan Təqsirləndirilən şəxs ilə arasında münasibətlər pisləşməyə başlamışdır. Buna görədə 2 ilə yaxındır ki, o, övladları ilə birlikdə atasına məxsus Lənkəran rayonu Seydəkəran kəndində yerləşən fərdi yaşayış evində atası Elmanla bilrlikdə yaşayır. O, böyük övladı Sevilxanımı Lənkəran şəhəri Bazarın arxasında yerləşən 12 saylı Uşaq bağçasına aparır. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində övladı Sevilxanımı bağçadan götürmək üçün Lənkəran şəhəri l.Səmədzadə küçəsində yerləşən 12 saylı uşaq bağçasının qarşısına getdikdə Təqsirləndirilən şəxs bağçada olduğunu görmüşdür. Bağçanın giriş qapısının qarşısında Adildən niyə bağçaya gəldiyini soruşduqda Adil onun ünvanına nalayiq ifadə işlədərək, Sevilxanımı görməyə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadə işlətdiyi üçün o, da, Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman Təqsirləndirilən şəxs onu itələyərək yerə yıxmış və o, yerdə olan zaman təpiklə sağ ayaq nahiyyəsinə bir neçə zərbə vurmuşdur. Daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edildikdə Təqsirləndirilən şəxs oradan qaçaraq uzaqlaşmışdır. O, da, bu barədə Lənkəran ŞRPŞ-na ərizə ilə müraciət etmişdir. O, fərdi yaşayış evinə getdikdən sonra bu barədə anası Şahid məlumat vermiş və anası Aybəniz onun sağ ayağında olan xəsarəti görmüşdür. Təqsirləndirilən şəxsla onun arasında baş vermiş münaqişə 2-3 dəqiqə davam etmiş və münaqişə zamanı orada kənar şəxs olmamışdır. Bu hadisəyə qədər də iki dəfə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, bir dəfə onlar barışmış, ikinci dəfə isə Adil barəsində 4 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza verilmişdir. Təqsirləndirilən şəxs Hafiz oğlundan şikayətçidir. Təqsirləndirilən şəxsla evli olduqları və hazırda ayrı yaşadıqları dövrdə sonuncu tərəfindən övladlarının hər hansı maddi tələbləri qarşılanmamış, Adil özü narkotik vasitələrin istifadəçisidir və övladlarına da pis örnək olur. Təqsirləndirilən şəxs daha ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində göstərdi ki, heç kimlə düşmənçilik və ədavəti yoxdur. 2018-ci ildə Təqsirləndirilən şəxs ilə qızı Zərərçəkmiş şəxs ailə həyatı qurmuş və həmin nigahdan iki övladları olmuşdur. Lakin sonradan Afaqla Adil arasında olan narazılıqlar səbəbindən qızı Afaq iki ildir ki, Lənkəran rayonu Seydəkəran kəndində yerləşən fərdi yaşayış evində onunla birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə gəldikdə Afaq ona Adil arasında münaqişə olduğunu və Adilin təpiklə onun ayağına vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, Afaqın sağ ayağına baxdıqda ayağında xəsarət olduğunu görmüşdür. İş materiallarının 19-20-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 95 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ pəncə nahiyyəsində yumşaq toxumaların əzilməsihematoması aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarının 16-18-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Lənkəran şəhəri İ.Səmədzadə küçəsində yerləşən 12 saylı Körpələr evi-uşaq bağçasının qarşısındadır. İş materiallarının 40-cı vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının 12.02 2025-ci il tarixli 135 saylı arayışından görünür ki, Lənkəran şəhəri H.Aslanov küçəsi ev 2-də qeydiyyatda olmaqla Lənkəran şəhəri H.Əliyev prospekti bina 17 mənzil 35-də yaşayan Təqsirləndirilən şəxs X1 qeydiyyatda deyildir. İş materiallarının 41-42-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2015- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Milli Məclisin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarına əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Lənkəran Rayon Məhkəməsinin. xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış ********* saylı məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilərək cinayət məsuliyyətindən azad olunmuşdur. Həmçinin Kazımov X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəza müddətinin başa çatması ilə cəzadan edilmişdir. İş materiallarının 34-35-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Kazımov X2 şəhəri, H.Əliyev prospekti ev 17, mənzil 35 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdə Bakı şəhərində saxlanılaraq Lənkəran ŞRPŞ-in MSY-nə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan cinayət əməlinin törədilməsi zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxış iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs 07 fevral 2025-ci il tarixdə vurmadığını, ona xəsarət yetirmədiyini, Zərərçəkmiş şəxs hansı şəraitdə xəsarət alması barədə məlumatının olmaması barədə göstərdikləri cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. CM-nin 128-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmamasını, həmçinin, əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, əvvəllər CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət təqibinə xitam verilərək məsuliyyətdən azad olunmasına baxmayaraq heç bir nəticə çıxarmayıb eyni zərərçəkmiş şəxsin (Zərərçəkmiş şəxs) sağlamlığına təkrarək qəsdən zərər vurmaqla cinayət məsuliyyətinə cəlb edilməsini, islahyönümlü davranışlarının olmamasını, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi barədə təkidlə xahişini, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəslərində çəkilməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 may 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 may 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə maddi sübut və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar