Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-71/2025 26.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.50 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi: X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Lənkəran rayonu Cil kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Cil kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, 06 oktyabr 2024-cü il tarixdə, saat 00:33 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi anası X9ma məxsus “Vaz 21074 minik” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu, Şağlaser kəndindən üzü Lənkəran şəhəri istiqamətində 80 km/saat sürətlə idarə edərkən, sürücü olaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri yerinə yetirərkən avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, hərəkət zamanı idarəetməni itirməməli və avtomobili yoldan çıxarmamalı, bununla da yol hərəkətinin iştirakçısı olaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalıdırlar” və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin “nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər' tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddələrin tələblərini, yəni yol hərəkəti qaydalarını pozaraq, qeyd olunan yol şəraitində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Vaz 21074 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsi daxilində 60 km/saat sürətdən artıq, yəni 80 km/ saat sürətlə hərəkət etdirərkən, qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi Vaz 21011 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmək üçün qarşı hərəkət zolağına çıxarkən avtomobilin dayanıqlı hərəkətini təmin edə bilməyərək idarəetməni itirib avtomobili yoldan sağ tərəfə çıxaraq qaz borusuna, daha sonra hasara vurmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan onun idarə etdiyi avtomobildə sərnişin olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 sağ əlin İ barmağının distal falanqasının yerdəyişməyən sınığı, alın, sol bel nahiyələrində kəsilmiş yaralar kimi dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına və Zərərçəkmiş şəxs1 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik-kəllə sümüklərinin (sol gicgah-alın) sınığı, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, sol tərəfli qabırğaların sınıqları (sol V-Vİ), sol plevranın zədələnməsi, döş boşluğunda qanaxma(150 ml), sağ bazu sümüyünün açıq sınığı, alın, sağ bazu, sol əl nahiyələrində əzilmiş yaralar, qarın, bel nahiyələrində sıyrıqlar kimi xəsarətlər alıb, başın küt travması ilə əlaqədar kəllə sümüklərinin (alın, sol gicgah) sınığı, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızmadan ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 05 oktyabr 2024-cü il tarixdə gecə saat təxminən 12 radələrində həmkəndlisi və tanışı olan Xalid ona zəng edərək Lənkəran rayonu Zövlə kəndi ərazisində onun idarə etdiyi avtomobilində nasazlıq olduğunu və onu avtomobilinə baxmağa çağırmışdır. Belə ki, o, yaşadığı Cil kəndindən Xalidin dediyi yerə həmkəndliləri Orxan Quliyev, Nurlan Həbibov və Sübhan adlı şəxslərlə birlikdə ora getmişdir. Xalidin dediyi yerə çatdıqdan sonra onun avtomobilinə baxmış və avtomobilinin benzin fıltiri xarab olmuşdur. Avtomobillə məşğul olduqdan sonra saat təxminən gecə 01-ə işləyirmiş. Bundan sonra orada olan uşaqlardan Zərərçəkmiş şəxs1, X5, Zərərçəkmiş şəxs2 və X12 onun idarə etdiyi Vaz 21074 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minmişlər və onlar Lənkəran rayonu Zövlə kəndindən üzü Lənkəran rayonu Cil kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Orada olan digər uşaqlardan bir neçə nəfəri də başqa avtomobillərə əyləşərək sözügedən yerdən ayrılmağa başlamışlar. O, Lənkəran rayonu Şağlaser kəndinə çatanda avtomobilinin surəti təxminən 70-80 km/ saat olarmış. Həmin vaxt ondan qabaqda hərəkətdə olan VAZ 21011 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçmək istəmiş, belə ki, Şağlaser kəndində yerləşən körpüyə çatmalarına az qalmış Vaz 21011 markalı avtomobil surətini azaltmış və o da döngəyə az qalmış avtomobilini əks hərəkət zolağına çıxararaq həmin avtomobili ötmək üçün ötmə əməliyyatını həyata keçirmişdir. Həmin vaxt avtomobilinin sol təkərləri yolun kənarında yol çiyni sayılan çınqıllı yola çıxmış və avtomobilinin sol arxa təkəri çınqıllı yolda olan çalaya girib çırpılmışdır. Nəticədə avtomobilin süküanı onun əlindən çıxmışdır. Həmin vaxt avtomobili yüksək sürətlə hərəkət etdiyindən, sükanın əlindən çıxması nəticəsində avtomobili sağ tərəfə hərəkət edərək yolun sağ çiynində yerləşən qaz borularına çırpılmış və avtomobili yolun sağında yerləşən yaşayış evlərindən birinin hasarına çırpılaraq dayanmışdır. Baş vermiş hadisədən sonra avtomobili qaz borularına və hasara çırpılaraq mexaniki deformasiyaya məruz qalmışdır və həmin hadisədən sonra o, hüşunu itirmişdir. Ayılan zaman özünü Lənkəran rayon Mərkəzi Xəstəxanasında görmüşdür. Baş vermiş hadisə nəticəsində avtomobilində olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Belə ki, avtomobilinin arxa oturacaqlarında oturmuş sərnişinlərdən biri Zərərçəkmiş şəxs1 Ehtiram oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişmişdir. Digər sərnişinlər də müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisə nəticəsində o da döş qəfəsimdən ağır kut travma almışdır. Belə ki, zərbə nəticəsində ağ ciyəri partlamışdır. Bu səbəbdən 20 gün Bakı şəhərində yerləşən Bakı Elmi- X1 İnstitutunda müalicə almışdır. Zərərçəkmiş şəxslə barışmış, lakin dəfələrlə valideynləri cəhd etməsinə baxmayaraq zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışa bilməmişdir. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 05 oktyabr 2024-cü il tarixdə həmkəndliləri olan Zərərçəkmiş şəxs1, Şahid2, Qurbanəli Salayev, Əkbər Əkbərov, Əbdül Kərimov və Amil adlı həmyaşıdlarıyla birlikdə Lənkəran rayonu Zövlə kəndində yerləşən kafelərin birinə qutab yeməyə getmişlər. Orada qutab yedikdən sonra xx.xx.2024-cü il tarixdə saat təxminən 00:20 radələrində onlar həmin qutab yerində yaşadığı Lənkəran rayonu Cil kəndinə qayıtmaq üçün yola çıxmışlar. Həmin vaxt başqa həmkəndlisi olan Təqsirləndirilən şəxs da özünə məxsus Vaz 21074 markalı avtomobili ilə orada olmuşdur. O, Zərərçəkmiş şəxs1, Şahid2 və X11 Rəsulovun avtomobilinə oturub yaşadığı Cil kəndinə tərəf yola düşmüşlər. Belə ki, saat təxminən 00:33 radələrində Lənkəran rayonu Şağlaser kəndi ərazisində olan zaman orada yerləşən “Oba” marketin qarşısına çatanda Təqsirləndirilən şəxs avtomobili ilə qarşıda hərəkətdə olan Vaz 21011 markalı avtomobili ötüb keçəmək üçün ötmə əməliyyatını həyata keçirmişdir. Həmin vaxt Ruslanın avtomobilinin sol təkərləri yolun sol çiyninə çınqıllı yola çıxmış və həmin vaxt Ruslanın sürəti çox olduğundan mobil telefonu əlindən avtomobilin içərisinə yerə düşmüşdür və o, yola baxanda artıq Ruslan avtomobilin idarəetməsini itirmişdi. Daha sonra o, avtomobilin tutacağından yapışmış və həmin an avtomobil yolun sağ tərəfində yerləşən qaz kəmərinə çırpılmışdır. Daha sonra avtomobil sağ tərəfdə yerləşən yaşayış evlərindən birinin hasarına çırpılaraq dayanmışdır. Həmin an o, baş nahiyəsindən xəsarət aldığı üçün hüşu özündən getmişdir. Daha sonra biraz keçdikdən sonra o, özünə gəlmiş və avtomobildə olan başqa sərnişinlər kimi onu da ətrafda olan avtomobillərin birinə qoyaraq X3 gətirmişlər. Sonradan öyrənmişdir ki, baş vermiş hadisə nəticəsində avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 Ehtiram oğlu hadisə zamanı dünyasını dəyişmiş, avtomobildə olan digər sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. O, isə baş nahiyəsindən aldığı xəsarət nəticəsində başı partlamış və sağ əlinin baş barmağı isə sınmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərdi ki, Lənkəran rayonu Cil kəndində özünə məxsus olan evdə ailəsi ilə birlikdə yaşayır. Mərhum oğlu Zərərçəkmiş şəxs1 onunla birlikdə yaşamışdır. 06 oktyabr 2024-cü il tarixdə, saat 01 radələrində evdə olarkən qardaşı Şahid4 ona zəng vuraraq oğlu Amilin avtoqəzaya düşməsi barədə məlumat vermişdir. Bundan sonra o, Rza ilə birlikdə Lənkəran rayon Mərkəzi xəstəxanasına gəlmişdir. Xəstəxanaya gəldikdən sonra orada ona məlum olmuşdur ki, oğlu Zərərçəkmiş şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı, 42BT764 dövlət qeydiyyat nişanlı avtomobilində sərnişin olan zaman sonuncu Lənkəran rayonu Şağlaser kəndi ərazisində avtomobilin idarəetməsini itirib avtomobili ilə yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs avtomobilinin idarəetməsini itirərək yolun sağ tərəfində yerləşən yaşayış evlərinin birinin hasarma çırpılaraq dayanmışdır. Hadisə nəticəsində oğlu Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır və aldığı xəsarətlər nəticəsində dünyasını dəyişmişdir. Təqsirləndirilən şəxs qohumları onun yanına başsağlığı vermək üçün gəlsələr də, o, bununla razılaşmamış, buna görət əqsirləndirilən şəxsdən şikayətçidir və onun səhlənkarlığı ucbatından oğlu Zərərçəkmiş şəxs1 dünyasını dəyişmişdir. Təqsirləndirilən şəxs ən ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ona məxsus olan X4 adma olan Vaz 21011 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Belə ki, arada o, həmin avtomobiliylə kənd daxili və qonşu kəndlərdə taksi kimi fəaliyyət göstərir. Belə ki, 06 oktyabr 2024-cü il tarixdə gecə saat 00:27 radələrində Lənkəran rayonu Cil kənd sakini Əkbər adlı tanışı ona zəng edərək Zövlə kafesində olduğunu və onun dalınca getməyini istəmişdir. O da bu səbəbdən evdən avtomobilinə minərək Zövlə kafesinin yerləşdiyi Lənkəran rayonu Zövlə kəndinə getmişdir. Kafenin qarşısında saxlamış, Əkbər adlı tanışı avtomobilinin qabaq oturacağında, tanımadığı başqa iki nəfər isə avtomobilinin arxa oturacağında oturdular və Əkbər ona bildirmişdir ki, onları Cil kəndinə aparsın. Bundan sonra o, avtomobilini Cil kəndi istiqamətində hərəkət etdirməyə başlamışdır. Belə ki, avtomobiliylə Lənkəran rayonu Şağlaser kəndində olarkən orada yerləşən körpüyə çatmamış arxasıyca sürətlə hərəkət edən bir ədəd Vaz 21074 markalı 42BT764 dövlət qeydiyyat nişanlı avtomobil onu ötüb keçmək istəmişdir. Həmin vaxt avtomobilinin sürəti təxminən 60-70 km/saat olardı. Həmin avtomobilin onu ötüb keçmək istədiyini görüb, ayağını avtomobilinin əyləcinə sıxmış və həmin avtomobilin onu ötüb keçməsinə şərait yaratmışdır. Həmin vaxt Vaz 21074 markalı avtomobilin sürücüsü avtomobilini qarşı hərəkət zolağına çıxartdıqdan sonra qəfildən sağa tərəf hərəkət edərək qarşısından yolun sağ tərəfmə gəlmişdir və idarəetməni itirərək yolun sağ tərəfində yerləşən qaz boruları ilə toqquşaraq yolun sağ tərəfində yerləşən fərdi yaşayış evlərindən birinin həyətinin daş hasarına çırpılaraq dayanmışdır. Daha sonra o, avtomobilini təxminən 25-30 metr qarşıya sürüb yolun sağ tərəfində saxlamışdır. Avtomobilinin içərisindəki sərnişinlərlə birlikdə qəza törətmiş avtomobilin yanına getmişlər. Avtomobilin yanma çatanda onun içərisindəki sərnişinlərdən biri çöldə imiş. Daha sonra o və ətrafda olan həmkəndlilərin köməkliyi ilə Vaz 21074 markalı avtomobilin sürücüsü və onun içərisində olan sərnişini çıxarıb çağırılmış təcili tibbi yardım avtomobili və ətrafda olan avtomobillərin köməkliyi ilə xəstəxanaya yola salmışlar. Həmin xəsarət alanlardan bir nəfər sərnişin elə hadisə yerində dünyasını dəyişmişdir. Onuda digər xəsarət alanlarla birlikdə Lənkəran RMX-ya aparmışlar. O, sonradan bilmişdir ki, sözügedən qəzada ölən şəxs Lənkəran rayonu Cil kənd sakini Zərərçəkmiş şəxs1 Ehtiram oğludur. Məhkəmə iclasında dindirilmiş Şahid3 Məhərrəm qızı ifadəsində göstərdi ki, Lənkəran rayonu Cil kəndində özünə məxsus olan evdə ailəsi ilə birlikdə yaşayır. Mərhum oğlu Zərərçəkmiş şəxs1 onunla birlikdə yaşamışdır. 06 oktyabr 2024-cü il tarixdə, saat 01 radələrində evdə olarkən qardaşı Şahid4 ona zəng vuraraq oğlu Amilin avtoqəzaya düşməsi barədə məlumat vermişdir. Bundan sonra o, Rza ilə birlikdə Lənkəran rayon Mərkəzi xəstəxanasına gəlmişdir. Xəstəxanaya gəldikdən sonra orada ona məlum olmuşdur ki, oğlu Zərərçəkmiş şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı, 42BT764 dövlət qeydiyyat nişanlı avtomobilində sərnişin olan zaman sonuncu Lənkəran rayonu Şağlaser kəndi ərazisində avtomobilin idarəetməsini itirib avtomobili ilə yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs avtomobilinin idarəetməsini itirərək yolun sağ tərəfində yerləşən yaşayış evlərinin birinin hasarma çırpılaraq dayanmışdır. Hadisə nəticəsində oğlu Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır və aldığı xəsarətlər nəticəsində dünyasını dəyişmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Lənkəran rayonu Cil kəndində atasına məxsus evdə yaşayır. 05 oktyabr 2024-cü il tarixdə həmkəndlisi olan Təqsirləndirilən şəxs ilə birlikdə kənddə yerləşən çayxanada imiş. Həmin vaxt Ruslana zəng gəlmiş və o da ona Zövlə kəndinə tərəf onunla birlikdə yol getməsini istəmişdir. O da Ruslanla birlikdə Zövlə kəndinə getməyə razılaşmışdır. Daha sonra ar ora çatdıqda həmkəndliləri olan Zərərçəkmiş şəxs1, Şahid2 və Qurbanəli Salayev yaşadığı Cil kəndinə gəlməli imişlər. Təqsirləndirilən şəxs özünə məxsus Vaz 21074 markalı avtomobilinə mənimlə birlikdə, Zərərçəkmiş şəxs1, Qurbanəli Salayev və Zərərçəkmiş şəxs2lə birlikdə oturub yaşadığı Cil kəndinə tərəf yola düşmüşlər. Belə ki, saat təxminən 00:33 radələrində Lənkəran rayonu Şağlaser kəndi ərazisində olan zaman orada yerləşən “Oba” marketin qarşısına çatanda Təqsirləndirilən şəxs avtomobili ilə qarşıda hərəkətdə olan Vaz 21011 markalı avtomobili ötüb keçmək üçün ötmə əməliyyatını həyata keçirmişdir. Həmin vaxt o, Ruslana qarşıda döngənin olduğunu və avtomobilin sürətini azaltmasını bildirmişdir. Lakin o, sürəti azaltmağa macal tapmamış və avtomobilin sol təkərləri yolun sol çiyninə çınqıllı yola çıxmışıdır. Həmin vaxt Ruslanın sürəti çox olduğundan Ruslan avtomobilin idarəetməsini itirmişdi. Daha sonra avtomobil yolun sağ tərəfində yerləşən qaz kənlərinə çırpılmış, daha sonra avtomobil sağ tərəfdə yerləşən yaşayış evlərindən birinin hasarma çırpılaraq dayanışdır. Həmin an o, burun nahiyəsindən zərbə aldığı üçün hüşu özündən getmişdir. Daha sonra biraz keçdikdən sonra o, özünə gəlmiş və avtomobildə olan sərnişinləri ətrafda olan avtomobillərin birinə qoyaraq X3 gətirmişlər. Sonradan öyrənmişdir ki, baş vermiş hadisə nəticəsində avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 hadisə zamanı dünyasını dəyişmiş, avtomobildə olan digər sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Lənkəran rayonu Cil kəndində özünə məxsus olan evdə ailəsi ilə birlikdə yaşayır. Mərhum qardaşı oğlu Zərərçəkmiş şəxs1 olmuşdur. 06 oktyabr 2024-cü il tarixdə, saat 01 radələrində evdə olarkən qardaşı Şahid4 ona zəng vuraraq oğlu Amilin avtoqəzaya düşməsi barədə məlumat vermişdir. Bundan sonra o, Rza ilə birlikdə Lənkəran rayon Mərkəzi xəstəxanasına gəlmişdir. Xəstəxanaya gəldikdən sonra orada ona məlum olmuşdur ki, oğlu Zərərçəkmiş şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı, 42BT764 dövlət qeydiyyat nişanlı avtomobilində sərnişin olan zaman sonuncu Lənkəran rayonu Şağlaser kəndi ərazisində avtomobilin idarəetməsini itirib avtomobili ilə yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs avtomobilinin idarəetməsini itirərək yolun sağ tərəfində yerləşən yaşayış evlərinin birinin hasarma çırpılaraq dayanmışdır. Hadisə nəticəsində oğlu Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır və aldığı xəsarətlər nəticəsində dünyasını dəyişmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun bacanağının oğludur. O və qohumları mərhum Zərərçəkmiş şəxs1 hüzr mərasimində iştirak etmişlər, maddi yardım təklif etsələr də, zərərçəkmiş şəxsin hüquqi varisi və mərhumun anası razı olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun qardaşı oğludur. O və qohumları mərhum Zərərçəkmiş şəxs1 hüzr mərasimində iştirak etmişlər, maddi yardım təklif etsələr də, zərərçəkmiş şəxsin hüquqi varisi və mərhumun anası razı olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin onunla barışmamasının səbəbi qohumunun öz övladına toy etməsi olmuşdur, lakin həmin gün o, mərhumun evində, zərərçəkmiş şəxsin hüquqi varisinin yanında olmuşdur. Təqsirləndirilən şəxsin atası da mərhumun qırx mərasimində qədər bütün məclislərdə iştirak etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 06 oktyabr 2024cü il tarixli 29 saylı rəyindən görünür ki, mərhum: Zərərçəkmiş şəxs1 bədəni üzərində kəllə sümüklərinin (sol gicgah- alın) sınığı, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma, sol tərəfli qabırğaların sınıqları (sol V-Vİ), sol plevranın zədələnməsi, döş boşluğunda qanaxma (150 ml), sağ bazu sümüyünün açıq sınığı, ahn sağ bazu, sol əl nahiyələrində əzilmiş yaralar, qarın, bel nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə sərnişin olduğu minik avtomaşınının maneəyə (qaz borusu, daş hasar) çırpılması zamanı avtomaşın salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum: Zərərçəkmiş şəxs1 ölümünə- başın küt travması ilə əlaqədar kəllə sümüklərinin (ahn, sol gicgah) sınığı, baş beyin toxumasına və mədəciklərinə yayılmış qansızma səbəb olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21 noyabr 2024cü il tarixli 1069 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 bədəni üzərində- sağ əlin İ barmağının distal falanqasının yerdəyişməyən sınığı, ahn, sol bel nahiyələrində kəsilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə sərnişin olduğu minik avtomaşını qaz borusuna və hasara çırpılması zamanı avtomaşın salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 21 yanvar 2025-ci il tarixli 8/3215 saylı rəyindən görünür ki, “İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən: “Vaz 21074” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Sürücü Rəsulov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürəti idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Vaz 21011 markalı, 42CF576 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərinin tədqiqi yol-nəqliyyat hadisələrinin ekspertizasında xüsusi texniki bilik tələb etmir və ekspertin səlahiyyətinə aid deyildir”. Cinayət işinin materiallarından olan 06 oktyabr 2024-cü il tarixli “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol nəqliyyat hadisəsi yeri Lənkəran rayonu Şağlaser kəndində yerləşən ərazidə baş vermişdir. Belə ki, Lənkəran rayonu Cil kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21074” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu Şağlaser kəndindən üzü Lənkəran şəhəri istiqamətinə 70-80 km/saat sürətlə hərəkətdə olarkən Lənkəran rayonu Şağlaser kənd sakini Şahid1 idarə etdiyi Vaz 21011 markalı 42CF576 dövlət qeydiyyat nişanlı avtomobili ilə saatda 60-70 km/ saat sürətlə eyni istiqamətdə hərəkətdə olan avtomobili ötmək üçün ötmə hərəkətini icra edərkən Vaz 21074 markalı avtomobilin sol təkərləri yolun sol çiyninə çınqıl yola çıxmış, nəticədə Vaz 21074 markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun hərəkəti istiqamətinə sağa tərəf hərəkət edərək Vaz 21011 markalı avtomobilin qarşısından sağ tərəfə hərəkət edərək əvvəl yolun sağ çiynində yerləşən qaz borusu ilə, daha sonra isə yolun sağ tərəfində yerləşən yaşayış evlərindən birinin hasarma çırpılaraq dayanmışdır. Nəticədə Vaz 21074 markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 hadisə yerində ölmüşdür. Ətrafda olan iaşə obyektlərinin təhlükəsizlik kameralarından götürülmüş videogörüntülər götürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarından olan 06 oktyabr 2024-cü il tarixli, diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Disk açıldıqdan sonra iki faylda videogörüntü aşkarlandı. WhatsApp Video 2024-10-09 at 12.12.08 adlı birinci videogörüntüdən görünür iki ədəd avtomobil kameranın müşahidə görünüşünün qarşısından ötüb keçirlər. WhatsApp Video 2024-10-09 at 12.12.08 (1) adlı ikinci videogörüntüdən görünür ki, Vaz 21074 minik markalı, 42BT764 dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət edərək ondan qarşıda hərəkət edən Vaz 21011 minik markalı, 42CF576 dövlət qeydiyyat nişanlı avtomobili ötərək keçmək isdəyən zaman avtomobilin idarəetməsini itirib sağ tərəfinə çıxaraq hasara çırpılmışdır. Həmin vaxt təhlükəsizlik kamerasının yaddaşından görünür ki, saat 00:33 radələrində yol nəqliyyat hadisəsi baş vermişdir”. Cinayət işinin materiallarında olan 06 oktyabr 2024-cü il tarixli 001375 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, hadisə zamanı sürücü- Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan BD426719 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük hüququ vardır. Cinayət işinin materiallarında olan BDYP-nin Lənkəran Rayonlararası Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16-5/2-10954/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2023-cü il tarixdə “BC” kateqoriyalı BD-426719 saylı sürücülük vəsiqəsi verildiyi, sürücülük hüququndan məhrum olunanlar və sürücülük hüququ məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Lənkəran rayonu Cil kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, vurulmuş ziyan tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən Zərərçəkmiş şəxs2 ondan heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan hallarla tam sübuta yetirilir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə dair iş üzrə özünün, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarını sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda məsuliyyətə səbəb olur. CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir.Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını, CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, xüsusilə də zərərçəkmiş şəxsin hüquqi varisinin mövqeyini nəzərə alaraq hesab edir ki, CM-nin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrum etmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Maddi sübut kimi “Vaz 21074” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı və 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək bilinərək 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi “Vaz 21074” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmaqla icra edilmiş hesab edilsin və 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-71/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-71/2025
26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver