Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-72/2023 17.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 11:40 xx.xx.1992-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs, 2022-ci ilin sentyabr ayının ortalarında Lənkəran rayonunda istintaqla dəqiq müəyyən edilməyən vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 05 (beş) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.213 qram, 0.238 qram, 0.248 qram, 0.172 qram, 0.294 qram, ümumi təmiz çəkisi 1.165 qram ağ rəngli, kristal formada olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞnin əməkdaşları tərəfindən 12 sentyabr 2022-ci il tarixdə, saat 12:15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri, Fizuli küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindəki siqaret qutusunun içərisindən həmin bükümdə və çəkidə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, bir ildir psixotrop maddə metamfetamindən istifadə edir. İstifadə etdiyi narkotik vasitə və psixotrop maddələri Lənkəran şəhəri ərazisində üzdən tanıdığı şəxslərdən alır. 12 sentyabr 2022-ci il tarixdə Lənkəran şəhərində yerləşən böyük bazar tərəfə getmiş, orada üzdən tanıdığı, narkotik vasitə və psixotrop maddə satıcısı olan şəxslə rastlaşmış, sonra da ondan öz istifadəsi üçün beş bükümdə 25 manata metamfetamin alaraq üzərində saxlamışdır. Həmin gün, saat 12 radələrində yaşadığı evə tərəf piyada gedərkən bir neçə polis əməkdaşı ona yaxınlaşıb üzərində narkotik vasitə saxlamasında şübhələri olduğunu deyərək Lənkəran Rayon Polis Şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş və birlikdə polis şöbəsinə getmişlər, polis şöbəsində videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış keçirilmədən əvvəl üzərində hər hansı qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuş və o da əynindəki şalvarın sol yan cibindən içində sellofana bükülmüş beş ədəd psixotrop maddə metamfetamin bükümü olan siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içinə baxış keçirilmiş və içərisində psixotrop maddə metamfetamin bükümləri aşkar edilmişdir. Polis əməkdaşlarına təqdim etdiyi bükümlərin özünə məxsus olduğunu və bükümlərin içərisində olan metamfetamini istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu və ilk dəfə məhkum edilməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhəri, Füzuli küçəsi, ev 142-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar əməliyyat-axtarış tədbirinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Faiq Baxşıyev və Şahid3 iştirak etmişlər. 12 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrində onlar birlikdə Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar və onun Lənkəran şəhəri, Fizuli küçəsində piyada hərəkət etməsini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirmək üçün Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbədə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarışdan əvvəl üzərində qanunla qadağan edilmiş nə varsa təqdim etməsi təklif olunduqda o, əynində olan şalvarının sol yan cibindən siqaret qutusunu çıxarıb onlara təqdim etmiş, siqaret qutusunun içində sellofana bükülmüş beş ədəd psixotrop maddə metamfetamin bükümü olduğunu demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin metamfetamin bükümləri ayrıayrılıqda elektron tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən metamfetamindən istifadə etdiyini, üzərindən aşkar edilmiş metamfetamin bükümlərini bir az əvvəl Lənkəran şəhərində yerləşən böyük bazar ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən istifadəsi etmək üçün 25 manata alaraq üzərində saxladığını bildirmişdir. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda, ilkin çəkisi 1,72 qram olan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs ilə şifahi sorğu keçirilərkən metamfetamindən istifadə etdiyini, üzərindən aşkar edilmiş metamfetamin bükümlərini Lənkəran şəhərində yerləşən böyük bazar ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən istifadəsi etmək üçün 25 manata alaraq üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bölməsinin 13 sentyabr 2022-ci il tarixli, 19/963 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus bükümlər.....” sözlər və imzalar olan zərfdəki, 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.213 qram, 0.238 qram, 0.248 qram, 0.172 qram, 0.294 qram, ümumi təmiz çəkisi 1.165 qram olan ağ rəngli krital formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə ambulator-narkoloji ekspertizasının 14 sentyabr 2022-ci il tarixli, 959 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək akoloidlərini tərkibində saxlayan maddələrdən və metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən polinarkomaniya xəstəliyi aşkar olunur. Polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 12 sentyabr 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş şəxsi axtarış aparılması haqqında protokol, protokola əlavə olunmuş DVD diskdə olan video görüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş beş bükümdə ümumi çəkisi 1,165 qram psixotrop maddə metamfetaminin 1,015 qram qalığı və şəxsi axtarış aparılarkən videogörüntünün qeydə alındığı 01 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edərək hesab edir ki, Samid Babayev ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını, şəxsiyyətini, əldə etdiyi psixotrop maddənin miqdarını, polinarkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alıb ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator məcburi-narkoloji tibbi yoxlama nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış beş bükümdə 1.015 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-ekspertizası tədqiqatının xərci olan 65 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.015 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-72/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-72/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver