Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-72/2025 07.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 11:25 xx xxx 2004-cü il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 307.1 və 307.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, tanışı X2 əvvəllər tanıdığı əslən Cəlilabad rayonundan olan X7 26 fevral 2024-cü il tarixdə işləmək üçün gələcəyi Lənkəran şəhərində müvəqqəti qalmağa ev təşkil etməsi barədə sonuncunun xahişini qəbul edib, Könül Ağayevanı 27 fevral 2024-cü il tarixdən onun kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən evdə müvəqqəti olaraq tək yaşamasını təmin etdikdən sonra 01 mart 2024-cü il tarixdə, saat 20 radələrində qeyd olunan fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən yataq otağında Könül Ağayeva ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Könül Ağayevanın onun özünün və anasının ünvanına nalayiq ifadələr işlətməsindən əsəbiləşərək həmin nalayiq söyüşlərə görə qisas almaq və Könül Ağayevadan birdəfəlik yaxa qurtarmaq məqsədi ilə sonuncunu qəsdən öldürmək məqsədilə əvvəlcə qəfildən hər iki qolunu Könül Ağayevanın boyun nahiyəsinə keçirib qəsdən bərk sıxıb saxlamaqla onu huşsuz vəziyyətə gətirərək müqavimət göstərmək iqtidarında olmadığını görüb, köməksiz vəziyyətindən istifadə edərək, evin yataq otağından tapdığı ağ rəngli plastik telefon naqilini huşsuz halda uzanmış Könül Ağayevanın boyun nahiyəsinə asanlıqla dolayıb, niyyətinə nail olmaq üçün qəsdən bərk sıxıb saxlayaraq düyün vurmaqla mexaniki asfiksiya ilə nəticələnib Könül Ağayevanın ölümünə səbəb olan boynun bir ədəd stranqulyasiya şırımı xəsarəti yetirməklə, Elvin İsmayılzadə üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X11 qisas almaq niyyəti ilə qəsdən öldürməsi barədə məlumatı 02 mart 2024-cü il tarixdə “Dəniz hotel” restoranında Elvin İsmayılzadədən aldıqdan sonra həmin gün qeyd olunan ünvana gedərək meyitin orada olduğunu dəqiqləşdirib Elvin İsmayılzadənin xüsusilə ağır cinayət törətməsini bilərək şəxsi niyyətlə, yəni Elvin İsmayılzadə ilə əvvəllər birgə işləməsinə görə aralarında yaranmış münasibətə xələl gətirməmək üçün Elvin İsmayılzadənin xüsusilə ağır cinayət törətməsi barədə hakimiyyət orqanlarına xəbər verməmiş, eləcə də Elvin İsmayılzadənin cinayət məsuliyyətinə və cəzaya məruz qalmamasında ifadə edilən şəxsi niyyətlə qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmək və izlərini itirmək məqsədi ilə həmin gün axşam saatlarında fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən otaqda meyiti basdırmaq məqsədi ilə döşəməsi torpaqdan olan otaqda xəndək qazdıqdan sonra 03 mart 2024-cü il tarixə keçən gecə saat 01 radələrində Elvin İsmayılzadə ilə Könül Ağayevanın meyitini mələfəyə büküb birlikdə evin birinci mərtəbəsində yerləşən qeyd olunan otağa daşıyaraq, əvvəlcədən orada qazdığı xəndəyə üzü üstə uzadıb üzərinə torpaq tökməklə Könül Ağayevanın meyitini basdırmış, yenidən cinayətkar əməllərini davam etdirərək Könül Ağayevanın əşyalarını sonuncuya məxsus çantaya toplayıb 16 mart 2024-cü il tarixdə saat 14 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Fədək” marketin zibil qutusuna ataraq qabaqcadan vəd etmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində nəzərdə tutulmuş xüsusilə ağır cinayəti gizlətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2021-ci ildə Lənkəran Dövlət Universitetinin “zoomühəndislik” fakültəsinə qəbul olunmuş, daha sonra universitetdən xaric edilmişdir. Universitetə qəbul olunduqdan sonra 01 oktyabr 2021-ci il tarixdən 2023-cü ilin avqust ayının ortalarınadək tələbə yoldaşları ilə Lənkəran rayonu, “Kürə” adlanan ərazidə kirayə qalmışdır. 2023-cü ilin avqust ayının əvvəllərində ev sahibi ilə aralarında kirayə pulu ilə əlaqədar mübahisə yaranmış və evdən çıxmaq qərarına gəlmişdir. 2023-cü ilin noyabr ayının 18-dən Lənkəran şəhəri ərazisində yerləşən “Dəniz Palace” adlı kafedə ofisiant işləməyə başlamışdır. Bundan əvvəl “Düşbərə” kafesində ofisinat işlədiyi müddətdə ev axtardığını işlədiyi kafedə iş yoldaşlarına demişdir. 2023-cü ilin avqust ayının ortalarında kafedə bufetçi işləyən Gülbala adlı şəxs Lənkəran şəhəri “Fədək” marketin yaxınlığında tanışının həyət evini kirayə verdiyini, qiymətinin aylıq 150 manat olduğunu bildirmişdir. O, evə baxmış, onun kimi ev axtaran tələbə yoldaşı Ələkbərə məlumat vermişdir. Ələkbər də evə baxdıqdan sonra onlar evi bəyənmiş və həmin vaxtdan köçüb orada yaşamağa başlamışlar. Gülbala da həmin məhlədə yaşamaqla o, qaldığı evlə qonşu olmuşdur. Eləcə də, evə baxan zaman Gülbala Ramin adlı şəxsi də özü ilə gətirmiş və ev sahibinin dostu olduğunu demişdir. Ramin adlı şəxslə həmin vaxt tanış olmuşdur. Ramin evin həyətinə nəzarət etmişdir. O, Ramini 3-4 dəfə 2023-cü ilin avqust-sentyabr aylarında həyətə gəlib təmizlik edən zaman görüb söhbət etmişdir. Raminlə hər hansı ünsiyyəti və münasibəti olmamışdır. 2023-cü ilin noyabr ayının əvvəllərində Ələkbər evin soyuq olmasını bildirib evdən çıxmışdır. O, bu barədə Gülbalaya kirayə qaldığı evə gələn zaman məlumat vermişdir, aylıq kirayənin çox olmasını deyib ya qiyməti endirməsini, ya da evdən çıxacağını demişdir. Gülbala hansı miqdarda kirayə haqqı verəcəyini soruşan zaman o, 100 manat verə biləcəyini demişdir. Gülbala ona xəbər edəcəyini demiş və həmin gün ev sahibinin razılaşdığını demişdir. Bundan sonra o, həmin evdə qalmağa davam etmişdir. 2023-cü ilin sentyabr ayının ortalarında işlədiyi kafedən işdən çıxmışdır. 2023-cü ilin noyabr ayının 18-nə kimi ayrı-ayrı restoranlarda toy şənliklərində ofisiant kimi işləmişdir. Özünə daimi iş axtararaq bu barədə maraqlanmış və 18 noyabr 2023-cü il tarixdə “Dəniz Palace" restoranına getmişdir. Həmin gündən etibarən “Dəniz Palace”də ofisiant kimi işləməyə başlamışdır. 2023-cü ilin dekabr ayının əvvəllərində “Dəniz Palace” restoranına Elvin adlı şəxs ofisiant kimi işləməyə başlamışdır. Elvinlə işlədiyi müddətdə aralarında iş yoldaşı kimi münasibət yaranmış, xasiyyətləri uyğun olduğundan münasibətləri daha da yaxınlaşmağa başlamışdır. Elvin 2024-cü ilin yanvar ayının ortalarına qədər “Dəniz Palace” restoranında işləmiş və işdən çıxmışdır. Elvin işdən çıxdıqdan sonra da münasibətləri davam etmiş, bir neçə dəfə görüşüb çay içmiş, eləcə onun Elvinə borc pul verdiyi vaxtlar olmuşdur. 27 fevral 2024-cü il tarixdə, saat 10 radələrində Elvin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib onunla görüşmək istədiyini, işi olduğunu demişdir. O, evdə olduğunu bildirib Elvini evə dəvət etmişdir. Elvin bir neçə dəfə kirayə yaşadığı evə gəlmiş, onunla evdə söhbətlər etmiş, bu səbəbdən Elvin yaşadığı evi tanımışdır. Təxminən 15-20 dəqiqə sonra Elvin yaşadığı evə gəlmişdir. Elvin hərbi xidmətə getməzdən əvvəl Lənkəran şəhəri ərazisində bir qızla tanış olduğunu, atası xəstə olan zaman ona köməklik etdiyini, həmin qızın Bakı şəhərindən Lənkəran rayonuna gəldiyini bildirmişdir. Eləcə də, həmin qızın əşyalarını onun yaşadığı evə qoymaq istədiyini demişdir. O, isə əksər vaxtlarda “Dəniz Palace” restoranında qaldığını deyib həmin qızın yaşadığı evdə qala biləcəyini demişdir. Elvin onun təklifi ilə razılaşmış və qızın axşam saatlarında Lənkəran rayonuna çatacağını demişdir. Bundan sonra Elvin çıxıb getmişdir. Elvin getdikdən təxminən 1 saat sonra o, da evdən çıxmışdır. Elvinin “Mixək” kafedə olduğunu bildiyindən ora gedib evin və darvazanın açarlarını Elvinə təqdim etmişdir. Elvin həmin qızın 3 gün qalacağını, həmin müddətdə ona iş və ev tapdıqdan sonra evdən çıxacağını demiş, o da Elvinlə razılaşmışdır. 27 fevral 2024cü il tarixdə saat 23 radələrində Elvin ona zəng edərək qızın gəldiyini və qızı evə yerləşdiyini bildirmişdir. O, Elvinlə ilkin söhbətlərində qonşular görməsin deyə qızın gündüz vaxtı həyətə düşməməsini, evin dəhlizinin işığını yandırmamasını, küçəyə çıxmamasını demişdir. 28 fevral 2024-cü il tarixdə, saat 11 radələrində o, Elvinə zəng edib evdən əşyalarını götürəcəyini, birlikdə getməklərini demişdir. Elvinlə saat 11:30 radələrində gedə biləcəklərini demiş və həmin radələrdə “Kiçik bazar” ərazisində görüşüb piyada evə getmişlər. Elvin evin giriş darvazasının qapısının kilidini açarla açmış və onlar həyətə daxil olub evə qalxmışlar. Evə gələn zaman Elvin qızın adının Könül olduğunu və Cəlilabad rayonundan olduğunu demişdir. Evə daxil olan kimi Elvin Könülü çağırmış, Könül otaqdan çıxmış və onunla salamlaşmışdır, o, da Könülə salam vermiş adının, Xəyal olduğunu demişdir. Bundan sonra otağa daxil olub paltarlarını götürmüş, həmin zaman Elvinə zəng gəldiyindən sonuncu həyətə düşüb telefonla danışmağa başlamışdır. O, evdən əşyaları götürmüş, həmin zaman Könül Elvinə zəng edən zaman bəzi vaxtlarda telefona cavab vermədiyini, zəng çatmadığını deyib evdə hər hansı bir problem olacağı təqdirdə ona deməsi üçün onun mobil nömrəsini istəmişdir. O, mobil nömrəsini Könülə vermişdir. 29 fevral 2024-cü il tarixdə, saat 00:30 radələrində Könül istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edib işıqların söndüyünü, Elvinə zəng etsə də telefona cavab vermədiyini, bu səbəbdən ona zəng etdiyini demişdir. Eləcə də, Könül işıq pulunun qurtara biləcəyini soruşmuş, o, qurtara biləcəyini demişdir. Könül qaranlıq olduğu üçün qorxduğunu gəlib işıq kartına pul yükləməyini xahiş etmişdir. 29 fevral 2024-cü il tarixə keçən gecə Könülün yaşadığı evdə işıqlar söndüyü üçün o, məhləyə gəlmişdir. Lakin o, evə daxil olmamışdır. O, bir neçə saat məhlədə gözləmişdir. Bütün məhlədə işıqların sönməsinə əmin olduqdan sona Elvinə də məlumat vermişdir. O, Könülə zəng edib işıqların ümumi olaraq söndüyünü demişdir. O, evindən “Dəniz Palace” restoranına qayıtmışdır. 01 mart 2024-cü il tarixə keçən gecə Elvin ona zəng edərək Könülün özündən gedəcəyini, evdən çıxa bilmədiyini, Könülün yanına gedib onu sakitləşdirməyini xahiş etmişdir. O, Elvinin xahişi əsasında Könülün yaşadığı evə getmişdir. Həyətin giriş qapısının açarını kənarda çəpərin üzərindən götürüb açdıqdan sonra, həyətə daxil olub evin ikinci mərtəbəsinə qalxmışdır. Könül yataq otağında yerdə uzanıqlı vəziyyətdə və özündən getmişdir. O, dərhal Könülün üzünə su vurmuş və fenlə üzünə hava vurmuşdur. Könülün özünə gəlmədiyini gördükdən sonra Elvinə zəng edərək gəlməsini istəmişdir. Bundan sonra Elvin evə çatmamış Könül özünə gəlmişdir. Elvin gəldikdən sonra Könüllə Elvini baş-başa buraxmış və çölə çıxmışdır. Həmin gecəni Elvinin xahişi əsasında evin həyətində yerləşən digər fərdi yaşayış evində qalmışdır. 01 mart 2024-cü il tarixdə günorta saatlarında evdən çıxıb iş yerinə getmişdir. 01 mart 2024-cü il tarixdə artıq 3 gün tamam olduğundan saat 20 radələrində Elvinə zəng edib Könülün gedib-getməyəcəyini soruşmuşdur. Elvin Könülün ertəsi gün gedəcəyini demişdir. Həmin gün saat 23 radələrində Elvin ona zəng edərək evə gəlib-gəlməyəcəyini soruşmuş, o, isə “Dəniz Palace”də qalacağını, ertəsi gün Könül getdikdən sonra gələcəyini demişdir. Elvin gecəni Könül ilə birlikdə qalacağını demiş o, buna hər hansı etiraz etməmişdir. 02 mart 2024-cü il tarixdə, saat 10 radələrində Elvin ona zəng edib açarı vermək üçün evə gəlməyini xahiş etmiş, o, isə işlədiyi yerdən işlərinin çox olduğuna görə çıxa bilmədiyini, özünün “Dəniz Palace” restoranına gəlməsini demiş, Elvin də onunla razılaşmış və gələcəyini bildirmişdir. Günorta saatlarında Elvin “Dəniz Palace” restoranına gəlmiş, onunla salamlaşdıqdan sonra kənara çəkilib söhbət etməklərini istəmişdir. Kənara çəkildikdən sonra Elvin 01 mart 2024-cü il tarixdə, saat 20 radələrində Könül ilə aralarında sonuncunun ona söyüş söyməsinə görə mübahisə yarandığını, mübahisə zamanı Könülün evdə olan şüşə qırıntısı ilə qoluna xəsarət yetirdiyini, qoluna xəsarət yetirdikdən sonra yenidən onun üzərinə gəlib onu təhqir etdiyinə görə boyun nahiyəsindən tutub hər iki qolu ilə boğaraq Könülü öldürdüyünü bildirmişdir. Eləcə də, Könülü öldürdükdən sonra sonuncunu çarpayıya uzadıb yorğanla üstünü örtdüyünü, öldüyünə əmin olmaq üçün evdə olan “Wifi” naqilini boğazına bərk bağladığını və evi tərk etdiyini demişdir. Elvin meyitin onun yaşadığı evdə olduğu üçün birlikdə məsuliyyətə cəlb ediləcəklərini, köməklik göstərməsini bildirdikdə, o, evdə meyit olmasından qorxaraq kimsəyə işlə əlaqəsinin olmadığını sübut edə bilməyəcəyini düşünmüşdür. Ona görə qorxaraq hüquq mühafizə orqanlarına bu barədə məlumat verməmişdir. O, bir qədər fikirləşərək Elvinlə birlikdə meyiti gizlətmək qərarına gəlmişdir. Dənizkənarında bir qədər piyada gəzdikdən sonra Elvin cibindən qara rəngli mobil telefon çıxarıb daşa vurub ekranını sındırdıqdan sonra dənizə atmışdır. Elvin həmin telefonun Könülə məxsus olduğunu demişdir. Elvin Könülün istifadə etdiyi mobil telefonu Könülü öldürdükdən sonra özü ilə götürdüyünü, telefonda olan iki ədəd nömrəni çıxarıb atdığını, telefonu isə söndürməklə üzərində olduğunu demişdir. Onlar bir az da, dəniz qırağı ilə hərəkət edib Vağzal tərəfdə dəniz sahilinə gəlmişlər. Elvin mobil telefonun ekran hissəsini daş parçasına vuraraq sındırmış və dənizə tullamışdı. Bundan sonra birlikdə meyitin olduğu yerə getmişlər. Meyitin üzəri yataq otağında mələfə ilə örtülü olmuşdur. Könülün meyitini gizlətməsə cinayət məsuliyyətinə cəlb edilməkdən qorxmuşlar. İlkin olaraq Könülün meyitini evdən çıxarıb başqa kimsəsiz yerə aparmağı düşünmüşlər, lakin bunun qonşular tərəfindən görüləcəyini və digər riskləri fikirləşib həmin fikirdən imtina etmişlər. Daha sonra Könülün meyitini basdırmaq qərarına gəlmişlər. Basdırılma yeri üçün ən münasib yerin evin yaşayış olmayan birinci mərtəbəsinin otağı olması qərarına gəlmişlər. Otaqda yer səthi torpaq örtükdən ibarət olduğundan qazılması rahat olacağı üçün meyiti həmin yerdə basdırmağı qərarlaşdırmışlar. O, beli götürüb torpağı bir qədər qazıb yoxladıqdan sonra Elvin işinin çıxdığını və qardaşının yanına gedəcəyini bildirmiş, bundan sonra o, da evdən çıxıb getmişdir. O, otağın döşəməsini gecə saatlarında qazmağı planlaşdırmışdır. Həmin gün, yəni 02 mart 2024-cü il tarixdə saat 22-23 radələrində radələrində işdən çıxıb evə gəlmişdir. Həyətə daxil olduqdan sonra Elvinlə telefon əlaqəsi saxlayıb evə gəldiyini demişdir, Elvin qazıntıya başlamağını demiş, özünün də qısa zamanda gələcəyini bildirmişdir. Elvinlə həmin gün səhər görüşəndə evin və darvazanın açarlarını ona vermişdi. 03 mart 2024-cü il tarixə keçən gecə saat 01 radələrində o, Könülün həqiqətən ölməsini müəyyən etmək üçün evin qapısını açıb yataq otağına getmişdir. Yataq otağında çarpayının üzərində eninə olmaqla, ayaqları dizdən yerə sallanmış, ayaqları yerə çatmayan vəziyyətdə hərəkətsiz bir şəxsin uzandığını görmüşdür. Həmin şəxsin Könül olduğunu qara rəngli ayaqqabılarından, göy rəngli cins şalvardan və bədən quruluşundan yəqin etmişdir. Könülün baş və bədən nahiyəsinin üzəri açıq qırmızı rəngli yorğanla örtülmüş vəziyyətdə olmuş, lakin ayaqları topuqdan aşağı vəziyyətdə açıq vəziyyətdə olmuşdur. O, qorxduğundan yorğanı götürüb Könülə baxmamış, Könülün əynində digər hansı paltarların olmasını, Könülün üzərində xəsarət, qan və digər izlərinin olub-olmamasını görməmişdir. Evdə də hər hansı qan ləkəsi görməmişdir. O, tələsik olaraq evə göz gəzdirmiş, yataq otağında olan güzgünün sınmasını, yerdə şüşə parçalarının olmasını, eləcə də, yataq otağında olan şkafın qapısının yerindən çıxarıldığını görmüşdür. Bundan sonra o, birinci mərtəbəyə düşmüş, qazıntı işləri aparacağı birinci otağın qarşısında olan bel və yastı beli götürüb otağa daxil olmuşdur. Mobil telefonunun işığını yandırıb otağın sol küncündə xəndək qazmağa başlamışdır. Uzunluğu təxminən 2 metr, eni 70 sm, dərinliyi 80-100 sm olan xəndəyi 2 saat ərzində demək olar ki, qazıb qutarmışdır. 03 mart 2024-cü il tarixdə saat 01 radələrində Elvin ona zəng edərək çatdığını demişdir, o, darvazaya yaxınlaşıb həyətə daxil olan zaman bağladığı darvazanın qapısını açmış və Elvin həyətə daxil olmuşdur. Elvinlə birlikdə xəndək qazdığı otağa daxil olmuşlar, Elvin də müəyyən qədər qazdıqdan sonra xəndəyin kifayət etdiyini hesab etmişlər. Daha sonra birlikdə yataq otağına Könülün meyitinin yanına getmişlər. Elvin yorğanı götürüb Könülün meyitinə baxmağını təklif etsə də, o, razılaşmamışdır. Könülün meyitinin üzü üstə qeyd etdiyi yorğanla örtülü vəziyyətdə ayaq tərəfindən o, baş tərəfindən isə Elvin tutmuş, meyiti üzü yuxarı vəziyyətdə xəndəyin yanına gətirmişlər. O, xəndəyin otağa daxil olduqda sol tərəfinə, Elvin isə sağ tərəfinə keçmiş və birlikdə meyiti üzü aşağı vəziyyətdə xəndəkə itəliyib yerləşdirmişlər. Meyitin ayaq nahiyəsi otağa daxil olanda xəndəyin sol tərəfində, baş nahiyəsi isə sağ tərəfində qalmışdır. İkisi birlikdə qazdıqları xəndəyi qazılan torpaqla örtmüşlər. Bundan sonra bellər vasitəsilə və ayaqları vasitəsilə torpaq səthini hamarlamışlar. Bundan sonra cinayətin izlərini gizlətmək məqsədilə həmin günü meyitin basdırıldığı yerin üzərinə müəyyən əşyalar qoyaraq izi itirmək qərarına gəlmişlər. O, həyətdə yaşayış olmayan digər evin içərisində xalça, stol olduğunu, yaşadığı evin birinci mərtəbəsində yerləşən digər otaqda isə yığılan çarpayı və kreslo olduğunu bildirmişdir. Onlar birlikdə Könülün meyitini basdırdıqları yerin üzərinə qeyd etdiyi əşyaları gətirib qoymuşlar. Daha sonra evin ikinci mərtəbəsinə qalxıb Könülün paltarlarını Elvinlə birlikdə bir yerə yığmışlar. Evi axtarmış, Könülə aid başqa əşya və paltar tapa bilməmişlər. Həmin paltarları Könülün özü ilə gətirdiyi qara rəngli idman çantasına qoymuşlar. Çantada Könülə məxsus şalvar, köynək və alt paltarları olmuşdur. Çantada Könülün şəxsiyyət vəsiqəsi və digər sənədlərinin olubolmamasına diqqət etməmişdir. Çantanı evdə saxlamışlar. Bundan sonra Elvin evdən çıxmış, o, gecəni həmin evdə qalmışdır. Bundan sonra iki gecə həmin evdə qalmışdır. Belə ki 06 mart və 15 mart tarixlərində həmin evdə gecələmişdir. 16 mart 2024-cü il tarixdə, saat 14 radələrində Könülün paltarları olan çantanı götürüb evdən çıxmışdır. Evin yaxınlığında yerləşən “Fədək” marketin yanında olan zibil qabına yaxınlaşmışdır. Ətrafa baxmış və kimsənin olmadığını görüb çantanı zibil qabına atmışdır. Bu barədə Elvinin də mobil telefonuna zəng edib məlumat vermişdir. Bundan sonra Elvinlə ara-sıra danışaraq Könülü kiminsə axtarıb-axtarmadığını soruşmuşdur. 16 mart 2024-cü il tarixdə, saat 22 radələrində Elvin ona zəng edərək Könülün nənəsi Gülzarın və anasının onun nömrəsini tapdıqlarını və Bakı şəhərində onunla görüşmək istədiklərini demişdir. Lakin Könülün nənəsi Gülzarın və anasının ona məlumatlı olmadıqlarını demişdir. O, Elvinlə birlikdə gəzmək məqsədilə 17 mart 2024-cü il tarixdə Bakı şəhərinə getmiş və 12 radələrində şəhərə çatmışlar. Həmin gün Nərimanov rayonu ərazisində adını xatırlamadığı oteldə birlikdə gecələmişlər. 18 mart 2024cü il tarixdə Elvinlə birlikdə 20 Yanvar metrosunun yaxınlığına getmişlər. Elvin tək gedib Könülün nənəsi Gülzar və anası ilə görüşmüşdür, o, uzaqdan onlara baxmış, bir neçə dəqiqə onlara baxdıqdan sonra o, oradan uzaqlaşmışdır. Təxminən 2 saat sonra Elvinlə zəngləşib 20 Yanvar metrosunun yaxınlığında görüşmüşlər. Elvindən nə danışdıqları barədə soruşmuş, Elvin Gülzar və Könülün anasının Könülün sonuncu dəfə onunla olduğunu soruşduqlarını, cavabında onlara Könülün 26 fevral 2024-cü il tarixdə Lənkəran şəhərinə onun yanına gəldiyini, 02 mart 2024-cü il tarixədək onun kirayədə yaşadığı evdə qaldığını, 2 mart 2024-cü il tarixdə səhər radələrində evdən çıxıb getdiyini dediyini bildirmişdir. Gülzarın Könülün itkin düşməsi ilə bağlı polisə müraciət etdiyini bildirmişdir. Bundan sonra Elvinlə o, polis şöbəsindən çağırıldıqları halda Elvinin Gülzara və Könülün anasına dediyi formada izahat verəcəklərinə razılaşmışlar. Bakı şəhərindən o, Salyan rayonu, Xalac kəndinə yaşadığı evə getmişdir. 26 mart 2024-cü il tarixdə Lənkəran rayonuna qayıtmışdır. 27 mart 2024-cü il tarixdə onu və Elvini Cəlilabad rayon polis şöbəsindən izahat almaq üçün çağırmışlar. Həmin gün Elvinlə birlikdə Cəlilabad rayon polis şöbəsinin Göytəpə bölməsinə gedib Könülün itkin düşməsi ilə bağlı izahat vermişlər. Hər ikisi Elvinin Gülzar və Könülün anasına verdiyi məlumata uyğun izahat vermişlər. Özünün də cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxduğu, eləcə də Elvin İsmayılzadə tərəfindən hədələndiyi üçün Elvin İsmayılzadənin törətmiş olduğu cinayət barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Şahid ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, 1978-ci ildə ailə qurmuşdur və əri vəfat etmişdir. Onun bir qızı vardır. Qızı Rəqsanə 1997-ci ildə X16 ilə ailə qurmuş və birgə nikahlarından iki övladı olmuşdur. Nəvəsi Röyal 1998-ci ildə, mərhum nəvəsi Könül 2002-ci ildə doğulmuşdur. Mərhum nəvəsi Könül Cəlilabad rayonu Muğan kənd tam orta məktəbində orta təhsilini başa vurduqdan sonra 2020-ci ildə universitetə qəbul imtahanlarından 436 bal toplayaraq Lənkəran Dövlət Universitetinin dil-ədəbiyyat fakultəsinə daxil olmuşdur. Könülü o, uşaqlıqdan böyütmüş və uşaqlıqdan Könüllə birgə yaşamışdır. 2020-2022-ci illərdə Könül Lənkəran şəhərində kirayə yaşamış, LDU-da ali təhsil almışdır. 2023-cü ildən Könül Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad rayonu filialında ali təhsilini davam etdirməyə başlamışdır. Könül iki il müddətində tələbələrlə Lənkəran şəhərində kirayə qalmışdır. Könül 2023-cü ildən Cəlilabad rayonu Muğan kəndində onunla birlikdə yaşamış və universitetə gedib-gəlmişdir. Könül 2023-cü ilin mart ayında X4 ilə ailə qurmuş, lakin aralarında rəsmi nikah bağlanmamışdır. Könül və Kamran onun evində yaşadıqdan sonra bir müddət Bakı şəhəri Zabrat qəsəbəsinə köçmüşlər. X24 anasına məxsus fərdi yaşayış evində yaşadıqdan sonra dərsləri ilə əlaqədar 2023-cü ilin payız aylarından etibarən Kamranla birlikdə Muğan kəndində onun evində yaşamışlar. Könüllə Kamran arasında tez-tez sözlə mübahisələr olduğu üçün 2023-cü ilin dekabr ayında Kamran Könüldən ayrılaraq Bakı şəhərinə getmişdir. 06 fevral 2024-cü il tarixdə Könül Kamranın ad günü ilə əlaqədar Bakı şəhərinə, sonuncunun yanına gedəcəyini bildirmişdir. Könül 1000 manat dəyərində komplekt sırğa, üzük, 300 manat dəyərində qızıl alyans üzük, bir ədəd saç quruducu, düzləşdirici, 3 dəst geyim paltarlarını qara rəngli əl çantasına yığıb taksi ilə Bakı şəhərinə yola düşmüşdür. O, Könülün istifadəsində olan ***-***-**-** saylı mobil telefonla gündəlik əlaqə saxlamışdır. Könül əri ilə birlikdə Bakı şəhərində qalmışdır. 24 fevral 2024-cü il tarixdə Könül əlavə olaraq paltarlarını götürüb Bakı şəhərinə əri Kamranın yanına qayıtmışdır. Sonuncu dəfə 26 fevral 2024-cü il tarixdə Könülün istifadəsində olan bank kartına 15 manat pul göndərmişdir. 26-29 fevral 2024-cü il tarixdə Könüllə əlaqə saxlamış və Könül ona Bakı şəhərində, ərinin yanında olduğunu bildirmişdir. Sonuncu dəfə 01 mart 2024-cü il tarixdə saat 19 radələrində Könülün istifadəsində olan xatırlamadığı mobil nömrəsi ilə telefonda danışdıqda Bakı şəhərində, Əhmədli qəsəbəsində kirayə ev tutduğunu və dərslər başlayana qədər satıcı işi tapdığını və işləyəcəyini bildirmişdi. Bundan sonra həmin gün Könüllə danışığı olmamışdır. 02 mart 2024-cü il tarixdə dəfələrlə Könülün istifadəsində olan mobil nömrələrə zənglər etsə də, zənglərinə cavab verilməmişdir. Könülün telefonu sönülü vəziyyətdə olmuşdur. 03 mart 2024-cü il tarixdə qızının evinə gedib Könülün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng çatmadığını bildirdikdən sonra narahat olmağa başlamışlar. Dəfələrlə nəvəsinə zənglər etsələr də, telefona cavab verilməmişdir. Bundan sonra nəvəsinin sonuncu dəfə Bakı şəhərində olduğunu bildikləri üçün Sabunçu Rayon Polis İdarəsinə şikayət edərək Könülün itkin düşdüyünü bildirmişlər. Daha sonra Sabunçu RPİ toplanmış materialı Cəlilabad RPŞ-yə göndərmişdir. Könülün istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə onun adına olduğu üçün 16 mart 2024-cü il tarixdə "xxxx" MMC-nin Cəlilabad rayon şöbəsindən həmin mobil nömrəyə daxil olan və çıxan zəngləri çıxarmış və polis şöbəsinə təqdim etmişdir. Bundan sonra müəyyən olunmuşdur ki, sonuncu dəfə nəvəsi Könül Lənkəran şəhər sakini Elvin İsmayılzadə və Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaratmışdır. Telefon danışıqları çıxarıldıqdan sonra Könülün sonuncu dəfə Lənkəran şəhərində olduğunu öyrənmişdir. Bundan sonra o, dəfələrlə Xəyalın istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə zənglər etsə də, telefonlarına cavab verilməmişdir. Cəlilabad RPŞ-nin əməkdaşları Xəyalı və Elvini dindirsələr də, hər hansı şübhəli hal müəyyən etməmişlər. O, 18 mart 2024-cü il tarixdə Elvinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb sonuncunu Bakı şəhərinə dəvət etmişdir. Bakı şəhəri 20 Yanvar dairəsi ətrafında qızı Rəqsanə ilə birlikdə Elvinlə görüşmüşdür. Sonradan, yəni Lənkəran Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən bilmişdir ki, Xəyal həmin vaxt kənarda olmuş və onun Elvinlə görüşünü uzaqdan izləmişdir. Bunu, Xəyal məhkəmə prosesi zamanı öz ifadəsində bildirmişdir. Lakin Elvinlə görüşən vaxt Xəyalın onların yaxınlığında olmağını görməmişdir. Elvindən Könülü haradan tanıdığını, sonuncu dəfə nə zaman onunla görüşdüyünü soruşduqda ona bir neçə il əvvəl Könüllə tanış olduğunu, sonuncunun 29 fevral 2024-cü il tarixdə Lənkərana gəldiyini, qalması üçün ona dostunun evini kirayə verdiyini, sonuncu dəfə 01 mart 2024-cü il tarixdə Könüllə sözlə mübahisə etdiyini, mübahisə nəticəsində Könülü əllə vurduğunu, daha sonra Könülün evdən çıxıb getdiyini bildirmişdir. O, görüş zamanı Elvinə Könülün istifadəsində olan mobil nörməyə daxil olan və çıxan zəngləri göstərmiş, bu zaman Elvin mobil telefonu ilə həmin zənglərin şəklini çəkib ona dörd gün vaxt verməsini və tezliklə Könülü tapacağını bildirmişdir. Daha sonra o, Elvinlə sağollaşmış və Elvin çıxıb getmişdir. Bundan sonra Cəlilabad RPŞ-də toplanmış material Lənkəran ŞRPŞ-yə göndərilmişdir. Lənkəran ŞRPŞ-də araşdırma aparılarkən müəyyən olunmuşdur ki, Könülün meyiti Lənkəran şəhəri ərazisində fərdi yaşayış evinin birinci mərtəbəsində torpağa basdırılmış şəkildə aşkar edilmişdir. Məlum olmuşdur ki, X14 boğaraq öldürmüşdür. Eləcə də sonradan bilmişdir ki, hadisədən sonra Elvin Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti gizlətmək üçün kömək istəmiş və onlar birlikdə nəvəsinin meyitini fərdi yaşayış evinin birinci mərtəbəsində döşəməsi torpaqdan olan yerdə basdırmışlar. Həmçinin Təqsirləndirilən şəxs Elvinin cinayət törətməsi barədə məlumatı olduğu təqdirdə bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 14 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayon prokurorluğundan çıxdıqda H.Z.Tağıyev küçəsi ilə “Fədək” market istiqamətində irəlilədikdə, marketdən sol tərəfdə Z.Əliyeva küçəsi ilə bir qədər irəlilədikdən sonra sağ tərəfdə məhələllə içi asfalt yolla 100 metr irəlilədikdə Orta təmayüllü Gimnaziya məktəbi ilə üzbəüz yerləşən 5 nömrəli fərdi yaşayış evidir. Fərdi yaşayış evinin sol tərəfində qonşuluqda X8 məxsus fərdi yaşayış evi, sağ tərəfində X3 məxsus fərdi yaşayış evi yerləşir. Fərdi yaşayış evinin həyətinin iki taylı boz rəngli dəmir qapısından içəri daxil olduqda 10 metr irəlidə ikimərtəbəli fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinin arxa tərəfi həyətin giriş qapısı ilə üzbəüzdür. Həyətin giriş qapısından daxil olduqda sol tərəfdə sanitar qovşaq və hamam kimi istifadə edilən iki ədəd bitişik 3x4 m ölçülü tikili vardır. Fərdi yaşayış evinin həyətinin sol tərəfdə qonşularla sərhəddi yerdən 2,2 metr hündürlükdə mişar daşı ilə, sağ tərəfdən qonşularla yerdən 1,5 metr hündürlükdə mişar daşı ilə hörülmüş çəpərlə ayrılmışdır. Fərdi yaşayış evinin giriş hissəsi ilə üzbəüz sol yan tərəfdə yerdən 80 sm hündürlükdə kürsülü iki otaqlı fərdi yaşayış evi (bundan sonra 2 nömrəli fərdi yaşayış evi adlandırılacaq) vardır. Fərdi yaşayış evinin həyətində yaşıllıqlar, çoxsaylı ağaclar vardır. Evin həyətində sağ və sol qonşunun həyəti görünmür. Evin həyətində olan ağacların və yaşıllıqların olması, çəpərlərin hündür olmasına görə qonşu ərazini görmək mümkün deyildir. Fərdi yaşayış evinin birinci mərtəbəsi dəhliz və üç otaqdan ibarətdir. Fərdi yaşayış evinin giriş hissəsi ilə üzbəüz dayandıqda birinci mərtəbədə dəhlizin sağında yerləşən ağ rəngli iki taylı 1x170 sm ölçülü taxta qapıdan içəri daxil olduqda 3x5 m ölçülü təmirsiz otaq vardır. Taxta qapının sağ tayının divara bitişik hissəsindən bir qədər aralıda elektrik mənbəyi vardır. Otaq qaranlıqdır, döşəməsi yumşaq zəmindədir və torpaqla əhatələnmişdir və təmirsizdir. Otaq elektrik enerjisi ilə təhciz olunmamışdır. Otaqda qazıntı aparılmış döşəmənin sol tərəfində aynəbəndə bitişik iki ədəd dolab, bir ədəd stul və bir ədəd stol, otağın digər küncündə isə bir ədəd kreslo və iki ədəd stul vardır. Otağın tavanı taxta atmalarla əhatələnmişdir. Otağın döşəməsinin bir hissəsi qazıldığından, naməlum meyitin bir hissəsi və mələfə görünür. Döşəmə polis əməkdaşları tərəfindən qazılaraq dərinliyi 60 sm olan torpaq örtüyünün altından üzəri mələfə ilə örtülmüş naməlum meyit fərdi yaşayış evinin həyətinə çıxarıldı. Meyitin əynində bir cüt ayaqqabı, göy rəngli cins şalvar, boz rəngli uzunqol poliver, qırmızı rəngli trusik, ağ rəngli büstqalter vardır. Bir cüt ayaqqabı və meyitin çıxarılması zamanı əynindən çıxmış cins şalvar qablaşdırılaraq götürüldü. Paltarların üzəri çirkli bulaşıqlı olub, nəmdirlər. Meyit qadın cinslidir. Meyitin yumşaq toxumaları kəskin çürüməyə məruz qalaraq, dağılmış, yuxarı ətraf barmaq sümüklərin yumşaq toxumaları tamamilə çürümüşdür. Başının tük örtüyü qismən yumşaq toxumalardan ayrılmış formadadır. Meyitin boyun nahiyəsində metal, üzəri ağ rəngli plastiklə örtülü telefon naqili(kabel) vardır. Meyit məhkəmə tibbi ekspertizadan keçirilməsi üçün aidiyyəti üzrə Lənkəran rayonlararası MTE və PA zona mərkəzinə təhvil verildi. Otaqdan çıxdıqdan sonra evin birinci mərtəbəsində dəhliz boyu irəlilədikdə sağ tərəfdə 5x7 m ölçülü tavanı taxta atmalarla əhatələnmiş və döşəməsi betonla örtülmüş təmirsiz otaq vardır. Dəhlizdən bir qədər irəlilədikdə sol tərəfdə döşəməsi betonla örtülmüş və üç tərəfi kərpiclə örtülmüş, təmirsiz, bir divarında 30x50 sm ölçülü nəfəslik olan otaq vardır. Hər iki otağa baxış keçirildi və iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilmədi. Meyitin aşkar edildiyi otağın giriş hissəsindən 40 sm aralıda dəhlizdə bir ədəd siqaret kötüyü (25 nömrəsi ilə işarələndi), otağın giriş hissəsindən 3,2 metr aralıda dəhlizdə bir ədəd siqaret kötüyü (24 nömrəsi ilə işarələndi), otağın giriş hissəsində 2,3 metr aralıda dəhlizdə iki ədəd siqaret kötüyü (22 və 23 nömrəsi ilə işarələndi), həmin otaqdan 4 metr aralıda bir ədəd siqaret kötüyü (21 nömrəsi ilə işarələndi) aşkar edilərək qablaşdırılıb götürüldü. Fərdi yaşayış evinin ikinci mərtəbəsinə pilləkənlərlə qalxdıqda qarşıya şüşəbəndlərlə əhatələnmiş 3x4 m ölçülü mətbəx vardır. Mətbəxin şüşənbəndlərə bitişik hisslərində dolablar, əl-üzyuyan, qaz pilitəsi, çoxsaylı zibil qalıqları, köhnəlmiş yemək qalıqları, qab-qacaq vardır. Mətbəxdə girişdən 140 sm irəlidə sol divardan 74 sm aralıda tumbanın qarşısında bir ədəd siqaret kötüyü (26 nömrəsi ilə işarələndi), ayaqqabı və çanta üçün nəzərdə tutulan rəfin qarşısında girişdən 250 sm, sağ divardan 38 sm aralıda süpürgənin kənarında bir ədəd siqaret kötüyü (29 nömrəsi ilə işarələndi) qablaşdırılaraq götürüldü. Mətbəxdə qaz pilitəsinin arxa tərəfində içərisində yanmış materiallar olan dəmir qutu vardır. Mətbəxdən sağ tərəfdə iki taylı ağ rəngli taxta qapılardan zala daxil olunur. Mətbəxin ağ rəngli taxta qapısının pəncərəsindən yerdən 120 sm hündürlükdə, dəhlizin çöl qapısının sağ küncündə 13 sm məsafədə (30 nömrəsi ilə şərti işarələnərək) əl-barmaq izi götürüldü. Zala daxil olduqda zalın baş hissəsində divara bitişik soyuducu vardır. Soyuducunun içərisində su balonundan başqa hər hansı əşya aşkar edilmədi. Zalın sonunda sol tərəfdə 1 nömrəli otaq vardır. 1 nömrəli otağın ağ rəngli taxta giriş qapısının yerdən 120 sm, soldan 30 sm məsafədən (31 nömrəsi ilə şərti işarələnərək) əl-barmaq izi götürüldü. 1 nömrəli otağın taxta giriş qapısından içəri daxil olduqda sol tərəfdə divara bitişik paltar dolabı, ondan bir qədər irəlidə odun sobası vardır. Soba ilə üzbəüz digər divara bitişik yataq vardır. Yatağın üzərində sarı rəngli mələfə, boz rəngli yorğan, bir cüt üst-üstə qoyulmuş döşək və bir cüt yastıq vardır. Yatağın kənarında bir ədəd kreslo vardır. Zala baxan pəncərələrin olduğu divara bitişik yataqla üzbəüz stol və stolla yataq arasında bir ədəd tumba vardır. Tumbanın üzərində olan iki ədəd siqaret kötüyü (27 nömrəsi ilə işarələndi) qablaşdırılaraq götürüldü. Stol üzərində “Go” yazısı olan dəmir butulkada əl barmaq izlərinin müəyyən edilməsi məqsədilə (28 nömrəsi ilə işarələndi) qablaşdırılaraq götürüldü. Həmin otaqda zala baxan pəncərənin kənarında bir ədəd üzərində qırmızı, göy, ağ rənglər olan bıçaq dəstəyi, çörək qırıntıları, plastmas su butulkaları, yemək paketləri vardır. Həmin yerdən iki ədəd üzərində “Fanta” və “Coca Cola” sözləri yazılmış iki ədəd butulka (şərti olaraq 32 rəqəmi ilə işarələndi) üzərindən barmaq izləri götürüldü. Otaqdan çıxdıqda zalla çıxışa doğru irəlilədikdə sağ tərəfdə yerləşən 2 nömrəli otağa daxil olduqda sağ tərəfdə divara bitişik dolab vardır. Dolabı açdıqda hər hansı əşya aşkar edilmədi. Yataq üzərində bir ədəd döşək, üç ədəd yastıq vardır. Yatağın kənarında bir ədəd dolab vardır. Dolabda hər hansı əşya, paltar aşkar olunmadı. Fərdi yaşayış evi ilə üzbəüz yerləşən 2 nömrəli fərdi yaşayış evinin iki otağı vardır. 2 nömrəli fərdi yaşayış evinin sol tərəfdə yerləşən otağına daxil olduqda sol tərəfdə 5 ədəd stul, yerdə bükülmüş vəziyyətdə xalça, çarpayı vardır. İkinci otağa daxil olduqda bir ədəd divan, bir ədəd kreslo, sökülmüş vəziyyətdə bir ədəd divan, iki ədəd dolab və bir ədəd sandıkça vardır. Meyitin tanınmasının aparılması haqqında 14 may 2024-cü il tarixli protokoldan görünür ki, tanıyan şəxs Şahid meyitin sinə nahiyəsində olan xaldan, saçlarından, ayaq və qollarının quruluşundan meyitin nəvəsi X17 olduğunu bildirmişdir. Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-11/2-6306/2024 saylı məktubdan görünür ki, hadisə yerindən, yəni dəhliz qapısının çöl tərəfindən, 02 ədəd fanta və adsız qutudan götürülmüş əl-barmaq izləri Təqsirləndirilən şəxs məxsusdur. Lənkəran rayon İHB-nin 1 nömrəli sahə inzibati ərazi dairə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli 12-5/551 saylı məktubdan görünür ki, X7 meyiti ünvan 3 ünvanında hüquq mühafizə orqanları tərəfindən torpağa basdırılmış vəziyyətdə aşkar edilmişdir. Həmin ünvanda Təqsirləndirilən şəxs kirayə yaşamışdır. "xxxx" MMC-dən daxil olmuş diskə baxış protokolundan görünür ki, X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş smslərə baxış keçirdikdə iş üçün həmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. Elvin İsmayılzadənin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə X7 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında danışıq qeydə alınmamışdır. Diskə baxış zamanı “8597-ant 24.xlsx” adlı sənəddən görünür ki, Elvin İsmayılzadənin istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə ilə X7 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə 01 mart 2024-cü il tarixli danışıqlar zamanı hər iki mobil nömrənin anten dairəsi ünvan 4 ünvanını göstərir. xx.xx.2024-cü il tarixdə saat 22:26:26-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng daxil olan və aparılan danışıq zamanı ***- ***-**-** saylı mobil nömrənin anten dairəsi Lənkəran rayonu ərazisini, ***-***-**-** saylı mobil nömrənin anten dairəsi ünvan 4 ünvanını göstərir. Eyni ilə xx.xx.2024-cü il tarixdə 11:17:08-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə daxil olan zəng zamanı ***-***-**-** saylı mobil nömrənin anten dairəsinin Lənkəran rayonu ərazisində olduğunu göstərir. xx.xx.2024-cü il tarixdə saat 12:01:56-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə daxil olan zəng zamanı ***-***-**-** saylı mobil nömrənin anten dairəsinin ünvan 5, Plotnikov küçəsi ünvanını göstərir. Yuxarıda sıralamada qeyd olunan digər danışıqlar zamanı hər iki mobil nömrənin anten dairəsinin ünvan 4 ünvanın olduğu müəyyən edilir. Bundan başqa 01 mart 2024-cü il tarixdə, saat 21:57:11-də, saat 22:20:51-də, saat 23:09:13, 23:25:20-də Elvin İsmayılzadənin istifadəsində olmuş mobil nömrənin anten dairəsi ünvan 6 ünvanını göstərir. Elvin İsmayılzadənin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2024-cü il tarixdən 22 aprel 2024-cü il tarixədək ayrı-ayrı vaxtlarda 16 dəfə telefon danışığı olmuşdur. Diskdə olan “8597-ant 24.xlsx, 8597-ant 23.xlsx adlı faylara baxış keçirdikdə müəyyən edildi ki, Könül Ağayevanın istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu ərazisini göstərir. Könül Ağayevanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 11:59-da Lənkəran şəhəri Hava limanı, Kərpic zavodun yaxınlığını, saat 13:35, 13:42, 14:25, 14:54, 15:00, 15:14, 16:06-da Lənkəran rayonu Ləj kəndi ərazisini, saat 19:10, 19:11, 19:21, 19:44, 20:51, 21:38, 22:16, 22:22, 23:05-də Hava limanı, Kərpic zavodun yaxınlığını göstərir. Qeyd edilən mobil nömrənin anten dairəsinin xx.xx.2024-cü il tarixdə saat 14:09, 15:01, 15:57, 15:58-də Astara rayonu Qamışovka kəndi ərazisində olduğu, saat 16:17-də Lənkəran rayonu Şıxakəran kəndi, saat 16:24 və 16:25-də Lənkəran rayonu Gərmətük kəndi, saat 16:37, 17:17, 17:23, 17:25, 17:46-da Lənkəran rayonu ərazisində olduğu, saat 18:10, 18:23, 18:40, 18:45, 19:23, 19:44, 20:01, 21:00, 21:55, 22:53, 23:05-də Lənkəran rayonu Hava Limanı, Kərpic zavod yaxınlığında olduğu müəyyən edilir. xx.xx.2024-cü il tarixdə həmin mobil nömrənin anten dairəsinin saat 06:48, 06:50, 07:15-də Lənkəran şəhəri ərazisində olduğu, saat 07:45, 07:55-də Masallı rayonu ərazisini, saat 08:26-da Cəlilabad rayonu Göytəpə kəndi, saat 08:35-də Cəlilabad rayonu Muğanlı kəndi, saat 08:57, 09:07-də Cəlilabad rayonu ərazisini göstərir. 11-18 yanvar 2024-cü il tarixlərdə Könül Ağayevanın istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər müəyyən edilməmişdir. Könül Ağayevanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2024cü il tarixdə saat 16:29-da Cəlilabad rayonu Göytəpə kəndini, saat 18:13, 19:06, 19:09, 19:27, 19:38, 20:52, 21:12, 22:02, xx.xx.2024-cü il tarixdə saat 00:25, 00:27, 00:33, 00:46, 01:25, 11:23, 14:36, 14:43, 14:45, 15:05, 15:06, 15:32, 15:46, 15:56 radələrində Astara rayonu Qamışovka kəndi ərazisini, həmin günü saat 17:02-də Masallı rayonu Seybatin kəndi, saat 19:18-də Cəlilabad rayonu Muğanlı kəndi ərazisində olduğu müəyyən edilir. Həmin mobil nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 10:41-də Bakı şəhəri Yeni Yasamal rayonu, xx.xx.2024-cü il tarixdə saat 22:08-də Cəlilabad rayonu ərazisini göstərir. Könül Ağayevanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri müxtəlif ərazilərində Suraxanı rayonu Bülbülə qəsəbəsi, Mehdiabad qəsəbəsi, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bayıl, Nigar Rəfibəyi küçəsi, Nəsimi rayonu ünvanlarını göstərir. xx.xx.2024-cü il tarixdə saat 17:22-də ünvan 7aat 17:54, 19:42-də Cəlilabad rayonu Muğanlı kəndi ərazisini göstərir. xx.xx.2024-cü il tarixdə saat 18:46-da Cəlilabad rayonu Muğanlı kəndi ərazisini göstərir. Könül Ağayevanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 18:36-da Baki səhəri Sabunçu rayonu, Sabunçu rayonu, E.Mehdiyev küçəsi 14, saat 21:16-da Bakı şəhəri Səməd Vurğun küçəsi, saat 21:38-də Nərimanov rayonu, Təbriz küçəsi 61, "Şuşa Restoranı", xx.xx.2024-cü il tarixdə saat 14:50də Zığ şosesi ünvanını, xx.xx.2024-cü il tarixdə saat 12:05, 12:41, 14:14, 14:43, 14:44-də Zığ şossesi, saat 16:19-da Tiblisi küçəsi Aztelecom İstehsalat küçəsi ünvanını göstərir. xx.xx.2024-cü il tarixdə saat 18:42-də ünvan 9ini, saat 19:28-də ünvan 6 ünvanı göstərir. Könül Ağayevanın istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten dairəsi 27 fevral 2024-cü il saat 19:28-dən 01 mart 2024-cü il saat saat 20:09-dək olan müddətdə Zərifə Əliyeva küçəsi 68 ünvanında olduğu müəyyən edilir. ***-***-**-** saylı mobil nömrədən saat 20:29-da Azercell Telecom MMC-nin 2525 sms xidmətinə mesaj göndərildiyi müəyyən edilir. Könül Ağayevanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Heydər Baxşizadənin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında danışıqlar zamanı sonuncunun anten dairəsi Lənkəran rayonu Ləj və Şağlaküçə kəndləri ərazisini, Könül Ağayevanın mobil nömrəsinin isə ünvan 6 ünvanını göstərir. Könül Ağayevanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında telefon danışığı olmamışdır. Bundan başqa Könül Ağayevanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrə ilə danışıq qeydə alınmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Könül Ağayevanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında danışıqlar zamanı sonuncunun istifadəsində olmuş mobil nömrələrin anten dairəsi Lənkəran şəhəri Z.Əliyeva küçəsi ünvanını göstərir. 28 fevral - 01 mart 2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs Könül Ağayeva ilə mobil telefonla danışıqları zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrənin anten dairəsi Lənkəran rayonu, Lənkəran şəhəri ərazisini göstərir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Elvin İsmayılzadənin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 27 fevral – 01 mart 2024-cü il tarixlərdə olan telefon danışıqları zamanı xx.xx.2024-cü il tarixdə saat 00:52:56, 01:30:33, 01:42:42, 02:02:50, 14:14:01, 14:36:44, 14:49:34, 14:54:02 radələrində hər iki mobil nömrənin anten dairəsi ünvan 6 ünvanını göstərir. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 01:09:53, 01:11:40, 12:52:21, 13:07:44, 13:47:12, 13:54:54, 13:54:54, 14:22:54, 14:50:59, 14:57:00, 14:58:43 radələrində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi ünvan 6 ünvanını göstərir. Həmin tarixdə Elvin İsmayılzadənin istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrənin anten dairəsi 01:09:53, 12:52:21, 13:47:12, 13:54:54, 14:22:54, 14:50:59 radələrində Lənkəran rayonu, Lənkəran şəhəri Şəhidlər Xiyabanı ərazisini, saat 01:11:40, 13:07:44, 14:57:00, 14:58:43 radələrində ünvan 6 ünvanını, həmin günü digər saatlarda Lənkəran rayonu ərazisini göstərir. Bundan başqa 03 mart 2024-cü il tarixdə saat 00:38:19, 01:45:08-də Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrənin anten dairəsi ünvan 6 ünvanını göstərir. Elvin İsmayılzadənin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2024-cü il tarixdə 22 aprel 2024-cü il tarixədək ayrı-ayrı vaxtlarda 16 dəfə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə Cəlilabad RPŞ-nin Göytəpə Polis bölməsinə vermiş olduğu izahatdan görünür ki, Təqsirləndirilən şəxs vermiş olduğu izahatında X20 İsmayılzadə tərəfindən öldürülməsi barədə hər hansı bir məlumat verməmişdir. 28 mart 2024-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Cəlilabad RPŞnin əməkdaşları tərəfindən Könül Ağayevanın itkin düşməsi faktı üzrə ünvan 2 ünvanına Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərkən sonuncu X20 İsmayılzadə tərəfindən öldürülməsi barədə hər hansı bir məlumat verməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-683/2024 saylı hökmünün surətindən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 120.2.9 və 326.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə görə təqsirli bilinərək, 19 (on doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Hadı Məmmədov küçəsi ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 1(099)-683/2024 saylı məktubundan görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 120.2.9 və 326.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 1(099)-683/2024 nömrəli hökmü 28 yanvar 2025ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Lənkəran Dövlət Universitetinin 17 fevral 2025-ci il tarixli 1116 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2021/2022 tədris ilində Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsində əyani təhsilalma forması üzrə “Zoomühəndislik” ixtisasına dövlət sifarişi ilə qəbul olmuşdur. Cari tədris ilinə qeydiyyatdan keçməyib universitetlə əlaqə saxlamadığı üçün tələbələr sırasından xaric edilmişdir. Təqsirləndirilən şəxs 2024-cü ilin 20 fevral – 15 may tarixləri aralığında dərslərdə iştirak etməmişdir. X1 Sisteminin xx.xx.2025-ci il tarixli məhkumluq barədə məlumatına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Salyan Rayon İcra Hakimiyyəti başçısının Xalac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-71-22/2-167/2025 və 5-71-22/2-166/2025 saylı arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X5, anası X12, qardaşları X9 və X10 ilə birgə Salyan rayonu, Xalac kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməllərin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirməsini, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsini nəzərə alaraq hesab edir ki, ona CM-nin 307.1 və 307.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə tutularaq bir gün həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilərək o, məhkəmə zalından həbsə almalıdır. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə bir gün həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 03 il 08 ay 29 gün müddət azadlıqdan məhrum etmə cəzası cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-72/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-72/2025
07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver