Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-73/2023 27.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 12:00 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1960-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Lənkəran şəhəri Səttarxan küçəsi ev 2/21-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, 5 (beş) ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,297 qram, 0,232 qram, 0,137 qram, 0,199 qram, 0,176 qram, ümumi təmiz çəkisi 1,041 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 20 sentyabr 2022-ci il tarixdə saat 22:35də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Səttarxan küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən qeyd edilən çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 7-8 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitə heroini zər kağızında yandırmaqla tüstüsünü qəbul edir. Hər gün narkotik vasitədən istifadə edir. Narkotik vasitə heroini Lənkəran şəhərində tanımadığı şəxslərdən alıb istifadə edir. 20 sentyabr 2022-ci il tarixdə saat təxminən 22 radələrində yaşadığı evin küçəsində - Lənkəran şəhəri Səttarxan küçəsində olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demiş və onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Polis şöbəsində ona qarşı Raqib adlı polis əməkdaşı tərəfindən təzyiqlər olmuş, Raqib onun qarın nahiyyəsindən 2-3 dəfə yumruq vurmuş, onu daha ağır maddələrlə ittiham edəcəkləri ilə hədələyib 5 büküm narkotik vasitənin ona məxsus olmasını bildirməsini demişlər. O da bununla razılaşmamış, bu dəfə Mübariz adlı polis əməkdaşı onun üzünə sillə ilə vurmuşdur. O da döyülməsindən qorxaraq Mübariz adlı polis əməkdaşının verdiyi 5 büküm narkotik vasitənin ona məxsus olduğunu müdafiəçisinə və daha sonra videoçəkiliş zamanı təhqiqatçıya bildirmişdir. Əslində isə onun üzərində hər hansı bir narkotik vasitə və qadağan olunmuş əşya olmamışdır. Eyni ilə polis əməkdaşlarından qorxduğundan barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə, tibbi ekspertiza keçirilərkən ekspertə, həmçinin də Bakı İstintaq Təcridxanasına gətirilib tibbi yoxlanışdan keçirilərkən həkimə qarşı hər hansı təzyiq və təsirin olmadığını, polis əməkdaşları tərəfindən döyülmədiyini və aşkar edilmiş 5 bükümdə narkotik vasitə olan heroinin ona məxsus olduğunu bildirmişdir. Əslində isə ibtidai istintaq zamanı heç bir sənədə imza etməmiş, cinayət işinin materiallarında adının qarşısında olan imzalar ona məxsus olmamış, o heç bir sənədə imza atmamışdır. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini, aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olduğu, əməlindən peşiman olduğu, lakin narkotik vasitələri satmaq niyyətinin olmadığını deyərək, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantıdır. Lənkəran şəhəri Səttarxan küçəsi ev 2/21-də qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat əldə etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün 20 sentyabr 2022-ci il tarixdə raportla şöbəsinin rəisinə müraciət etmişdir. 20 sentyabr 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nin rəisi tərəfindən təsdiq edilmiş qərarə əsasən, o Lənkəran ŞRPŞ-nin PPXB-nın polis nəfərləri Şahid3 və Şahid2 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. Həmin gün saat 22:35-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri Səttarxan küçəsində olduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə məlumatı olduğunu demişlər. Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nə gətirmişlər. Quliyev X3 ŞRPŞ-də müdafiəçi ilə təmin olunmuş, Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Fəhmin Nüsrətzadə tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid3 “Samsung” markalı mobil telefonla çəkiliş aparmağa başlamışdır. İlk növbədə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik maddələr və digər cinayət xarakterli əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 5 ədəd sellofan bükümünü təqdim etmişdir. Həmin sellofan bükümlərinə baxış keçirildikdə içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyənləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, üzərindən hər hansı bir narkotik maddə, psixotrop maddə və digər cinayət xarakterli əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 5 büküm içərisində narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 1,14 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinə bənzər kütlələr ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlər narkotik vasitə heroindir və öz istifadəsi üçün üzərində saxlamış, həmin heroin bükümlərini Lənkəran şəhəri “Böyük bazar” ərazisində tanımadığı şəxsdən 25 manata almışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun doğruluğunu imzlarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5 büküm narkotik vasitəni haradan əldə etdiyini bilmir. Təqsirləndirilən şəxs narkotik vasitələri kimlərə satdığını bilmir. Onu bilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi və satışı ilə məşğuldur. Polis şöbəsində aparılarkən, həmçinin polis şöbəsinin inzibati binasında nə onun, nə də ki digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir edilməmiş, bunun şahidi də olamamışdır. Təqsirləndirilən şəxs onun və polis əməkdaşı Şahid2 tərəfindən döyülməsi, Mübarizin onun qarşısına 5 bükümdə narkotik vasitə qoyması, ifadəsində onun olmadığını deyəcəyi təqdirdə Təqsirləndirilən şəxs daha ağır maddələrlə ittiham olunacağı barədə dedikləri yalan və məsuliyyətdən yaxa qutarmaq məqsədi daşıyır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis nəfəri, Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, Polis şöbəsində aparılarkən, həmçinin polis şöbəsinin inzibati binasında nə onun, nə də ki digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir edilməmişdir. Təqsirləndirilən şəxs onun və polis əməkdaşı Şahid2 tərəfindən döyülməsi, Mübarizin onun qarşısına 5 bükümdə narkotik vasitə qoyması, ifadəsində onun olmadığını deyəcəyi təqdirdə Təqsirləndirilən şəxs daha ağır maddələrlə ittiham olunacağı barədə dedikləri yalandır. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-də polis nəfəri vəzifəsində işləyir. Polis leytenantıdır. Lənkəran şəhəri Səttarxan küçəsi ev 2/21-də qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün Şahid1 20 sentyabr 2022-ci il tarixdə raportla şöbəsinin rəisinə müraciət etmişdir. 20 sentyabr 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nin rəisi tərəfindən təsdiq edilmiş qərarə əsasən, Lənkəran ŞRPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1, o və Lənkəran ŞRPŞ-nin PPXB-nın polis nəfəri Şahid3 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. Həmin gün saat 22:35-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri Səttarxan küçəsində olduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə məlumatı olduğunu demişlər. Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nə gətirmişlər. Quliyev X3 ŞRPŞ-də müdafiəçi ilə təmin olunmuş, Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Fəhmin Nüsrətzadə tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid3 “Samsung” markalı mobil telefonla çəkiliş aparmağa başlamışdır. İlk növbədə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik maddələr və digər cinayət xarakterli əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 5 ədəd sellofan bükümünü təqdim etmişdir. Həmin sellofan bükümlərinə baxış keçirildikdə içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyənləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, üzərindən hər hansı bir narkotik maddə, psixotrop maddə və digər cinayət xarakterli əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 5 büküm içərisində narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkisi 1,14 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinə bənzər kütlələr ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlər narkotik vasitə heroindir və öz istifadəsi üçün üzərində saxlamış, həmin heroin bükümlərini Lənkəran şəhəri “Böyük bazar” ərazisində tanımadığı şəxsdən 25 manata almışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun doğruluğunu imzlarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5 büküm narkotik vasitəni haradan əldə etdiyini bilmir. Təqsirləndirilən şəxs narkotik vasitələri kimlərə satdığını bilmir. Onu bilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi və satışı ilə məşğuldur. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o ünvan 1 ünvanda yaşayır. Evlidir. Həmin ünvanda arvadı Fəxriyyə, oğlu Şəhriyar və sonuncunun ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fəhləliklə məşğul olur. Bununla dolanır. Təxminən 1985-ci ildə Rusiya Federasiyasında bir dəfə məhkum olunmuşdur. Sonra oradan Azərbaycana gəlmişdir. O təxminən 7-8 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitə heroini zər kağızında yandırmaqla tüstüsünü qəbul edir. Hər gün narkotik vasitədən istifadə edir. Narkotik vasitə heroini Lənkəran şəhərində tanımadığı şəxslərdən alıb istifadə edir. Belə ki, 20 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində Lənkəran şəhər Böyük bazar ərazisində üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 5 bükümdə 25 manata narkotik vasitə heroin almışdır ki, istifadə etsin. Həmin bükümləri əynində olan şalvarının sağ yan cibində qoymuşdur ki, istifadə edəcəkdir. Həmin gecə saat təxminən 22 radələrində Lənkəran şəhəri Səttarxan küçəsində yəni yaşadığı evin küçəsində olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demişlər və onu Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə Lənkəran ŞRPŞ-nə gəlmişdir. Orada ona şübhəli şəxs kimi tutulduğunu elan edib, vəkillə təmin olunmuşdur. O Lənkəran ŞRPŞ-nin təhqiqatçısı polis əməkdaşı Fəhmin Nüsrətzadə tərəfindən tutulmuşdur. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirtməyə başlamışdır. Polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. O da əynində olan şalvarının sağ yan cibində saxladığı 5 bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heçnə aşkarlanmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş beş büküm heroini elektron tərəzidə çəkmişlər və çəkisi 1,14 qram olmudur. Üzərindən aşkar olunaraq götürülmüş beş büküm heroini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Həmin zərfin üstünü o və vəkili imzalamışlar. Bundan sonra protokol tərtib edilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Tutduğu əməldən son dərəcə peşmandır. Narkotik vasitə olan heroini qəbul etməklə cinayət törətdiyini başa düşür, o narkotik maddələri heç vaxt satmamışdır. Narkotik vasitələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlıdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə saat 22:35-də saxlanılmış, saat 23:00-da isə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 20 sentyabr 2022-ci il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə olunmuş DVD diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 5 bükümdə 1,14 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu, Lənkəran şəhər Böyük bazar ərazisində tanımadığı şəxsdən 5 bükümünü 25 manata aldığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 19/997 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd zərfdəki, 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,297 qram; 0,232 qram; 0,137 qram; 0,199 qram; 0,176 qram ümumi təmiz çəkisi-1,041 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Heroindən tədqiqata 0,25 qr (hər ob - 0,05 qr) istifadə edilmiş, 0,791 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə-xətşünaslıq ekspertizasının 30 yanvar 2023-cü il tarixli 4/43 №-li rəyindən görünür ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxsn adının qarşısındakı imzaları sonuncu tərəfindən icra edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 112 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 985 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən yaş məhdudiyyəti ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə tibbi ekspertizasının 22 sentyabr 2023-cü il tarixli 945 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Lənkəran rayon prokurorluğunun müstəntiqi X7 64c-23 №-li, 14 mart 2023-cü il tarixli qərarından görünür ki, Lənkəran şəhər sakini Quliyev X3 rayon prokurorluğuna müraciət edərək, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən təzyiqlərə, polis şöbəsində olarkən fiziki zorakılığa məruz qaldığını və üzərinə narkotik vasitə qoyulduğunu bildirmiş, bununla bağlı müvafiq araşdırma aparılmış və araşdırma zamanı hər hansı cinayət hadisəsinin olması faktı öz təsdiqini tapmadığından toplanmış 64c-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 5(beş) ədəd bükümdə, ümumi təmiz çəkisi 1,041 qram olan heroin və şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, narkotik vasitələrin ekspertizadan sonra qalıq qalan 0,791 qramı Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanılma kamerasına təhvil verilməsi, 1 ədəd DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Quliyev X3 Rayon Xalq Məhkəməsinin xx.xx.1986-cı il tarixli hökmnə əsasə CM-nin 15,153.3, 90.1.38 (köhnə redaksiyada) maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Xalq Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarı ilə CM 50-2 maddəsinə əsasən cəzasının 03 il 09 ay 20 günündən şərti olaraq azad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-299/2022 №-li xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran şəhər İHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs, arvadı X2, övladı - X5, gəlini X9, nəvələri - X6 və X10 ilə birlikdə Lənkəran şəhəri Səttarxan küçəsi ev 2/21-də yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni 2022-ci ilin sentyabr ayında Lənkəran rayonunda qanunsuz olaraq, 5 (beş) ədəd bükümdə ümumi təmiz çəkisi 1,041 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, həmin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşıması şahidlər Şahid1, Şahid2 məhkəmə iclasında verdiyi, Şahid3 Şkir oğlunun məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli rəyi, maddi sübutlar, «şəxsi axtarışın keçirilməsi» barədə protokol və əlavə edilmiş DVD disk, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.11-ci maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən döyülərək onun üzərinə qoyulması, həmçinin cinayət işinin materiallarında heç bir sənədin onun tərəfindən imzalanmaması, adının qarşısında olan imzaların isə ona məxsus olmaması barədə ifadələrinə qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan, həmçinin əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, məhkəmə-xətşünaslıq ekspertizasının 30 yanvar 2023-cü il tarixli rəyləri, Lənkəran rayon prokurorluğunun müstəntiqi X12 rayon prokurorluğunun müstəntiqi X7 64c-23 №-li, 14 mart 2023-cü il tarixli qərarı ilə təkzib edilir. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin həmin ifadələrini təqsirləndirilən şəxsə baəət verilməsi üçün əsas kimi qəbul etmir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə ona bəraət verilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. CPM-nin 42.1.1-42.1.4-cü maddələrinə əsasən məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü-cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyatı olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə və sair hallar olduqda çıxarılır. Göründüyü kimi qeyd olunan maddələrin mənasına görə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs o halda bəraət hökmü çıxarıla bilər ki, onun əməlində CM-nin 234.2ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmasın; həmin əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olsun; onun təqsirləndirildiyi cinayətləri törədilməsinə aidiyyatı olmaması sübuta yetirilsin; onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmasın və ya toplanmış sübutlar onun təqsirliliyini təsdiq etməsin və sair. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri(aşkar edilmiş narkotik vasitənin növünü) və ictimai təhlükəlilik dərəcəsini (aşkar edilmiş narkotik vasitənin miqdarını), Təqsirləndirilən şəxs şəxsiyyətini, onun yaşını o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0.791 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD iş materiallarına saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 60 manat və 112 manat olmaqla, ümumilikdə 172 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 4(dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan –0.791 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat və 112(bir yüz on iki) manat olmaqla, ümumilikdə 172(bir yüz yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-73/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-73/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver