Məhkəmə qərarları › İş №1(049)-73/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-73/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-73/2024 29.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Astara rayonun Şiyəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində dördü azyaşlı olmaqla səkkiz övladı olan, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 05 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkməmiş, məhkumluğu ödənilməyən, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə, Lənkəran rayonu Ş.Xiyabanı küçəsində yerləşən, Kiçik-bazar adlanan ərazidə, satış məqsədi olmadan, xeyli miqdarda qanunsuz olaraq 1 ədəd bükümdə, təmiz çəkisi 1,293 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 13 oktyabr 2023-cü il tarixdə saat 11:40-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin, X5 Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində yerləşən «Kiçik-bazar» adlanan ərazidə saxlanılaraq CBRŞ-nin inzibati binasına gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş, üstündə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümün içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında özünə narkotik vasitə heroin almaqdan ötrü Lənkəran şəhərinə gəlmiş, şəhərin Kiçik-bazar deyilən ərazidə, təsədüfən rastlaşdığı, üzdən tanıdığı adını, ünvanını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün 1 ədəd bükümdə heroin almışdır. Heroinin qəbul etmək üçün üzərində saxlamışdır. Həmin şəxsdən ayrıldıqdan bir müddət sonra saat təxminən 11 radələrində Kişik bazar ərazisində olarkən həmin vaxt ona 3 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim etdikdən sonra onların polis əməkdaşı olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirmişdir. Sonra polis əməkdaşları onu avtomaşınla Lənkəran şəhərində yerləşən Baş narkotiklərlə mübarizə idarəsinin cənub regional şöbəsinə gətirmişlər. Regional şöbədə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona vəkil təqdim olunmuş, şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Üzərinə şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olmuş və verilən suallara cavab olaraq bildirmişdir ki, CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, narkotik maddə heroini zərdə yandırıb tüstüsünü çəkməklə qəbul edir. Sonra təhqiqatçı tərəfindən ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra əynindəki şalvarının sağ yan cibində saxladığı bir ədəd selofan bükümdə heroini çıxarıb təqdim etmiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində heroin vardır. Onunla aparılan soğru sual zaman polis əməkdaşlarına üzərində aşkar olunmuş heroini tutulmamışdan öncə tanımadığı şəxsdən 30 manata alaraq qəbul etmək üçün üzərindən saxladığını demişdir. Təqdim etdiyi bir ədəd bükümə təhqiqatçı tərəfindən baxış keçirildikdə bükümün içərisində heroin, aşkar edilmişdir. Heroin elektron tərəzidə çəkildikdə heroinin çəkisi 1,45 qram olmuşdur. Sonra həmin heron zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalanmışdır. Törətdiyi əmələ görə peşmandır. Polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolun məzmunu ucadan oxunduqda doğru bilib imzalarla təsdiq etmişlər. O heroini şəxsi istifadəsi üçün almışdır. Heroindən heç kəsə satmamış və heç kəsədə istiafdə etmək üçün verməmişdir.O narkotik vasitə heroini alarkən tək olmuşdur. Bu işdə ona köməklik edən hər hansı bir şəxs olmamışdır. İstifadəsində mobil nömrəsi yoxdur. Polis əməkdaşları tərəfindən ona qaraşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Heç bir ciddi və psixi xəstəliyi yoxdur. Təqsirləndirilən şəxs son sözündə törətdiyi cinayət əməlinə görə peşiman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:40-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri Kiçik-bazar deyilən ərazidə tərəflərindən saxlanılmışdır. Ona özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirilmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə tərəfindən regional şöbənin rəisinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs regional şöbənin təhqiqatçısı polis mayoru Famil Həsənov tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra regional şöbənin polis nəfəri Şahid2 tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bildirildi ki, əgər üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sol yan cibindən prima siqaret qutusunu, gödəkcənin sağ yan cibindən sağ ayağına bağlanmış Astara rayon məhkəməsi tərəfindən təyin edilmiş azadlığın məhdudlaşdırılmasını cəzasını həyata keçirmək üçün elektron nəzarət cihazını, əynindəki şalvarın sol yan cibindən bir ədəd selofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində heroin olduğunu bildirmişdir. Sonra təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs sağ ayağında elekron nəzarət qolbağı aşkar edildi. Onun üzərindən hər hansı bir qanunsuz digər əşya, maddə, predmet aşkar olunmamış və götürülməmişdir.Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd bükümün içərisinə baxıldıqda bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə, heroinə bənzər kütlənin çəkisi 1,45 qram olmuşdur. Onunla bu barədə şifahi olaraq soğru sual edildikdə Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan heroini tutulduğu gün Lənkəran şəhərində Kiçik-Bazar adlanan ərazidə üzdən tanıdığı adını və ünvanın bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Əldə etdiyi heroindən heç kəsə satmamış və həmçinin istifadə etməmişdir. Sonra həmin selofan büküm zərfə qoyularaq zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək ona və iştarkçılara oxunduqdan sonra protokolu iştirakçılarla birlikdə imza etmişlər. Şəxsi-axtarış zamanı polis nəfəri Şahid2 tərəfindən aparılmış video çəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir və ona qarşı heç bir ədavəti və ya qərəzçiliyi yoxdur. Təqsirləndirilən şəxs əldə etdiyi heroinin mənbəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkoitk vasitlərin satışı ilə məşqul olması barədə CBRŞ-na əməliyyat məlumatları daxil olmamışdır. Məhkəmə istintaqında Şahid3 Şahid2 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, BNMİ-nin, CBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 oktyabr 2023-cü il tarixdə Astara rayonun Şiyəkəran kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması, barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış onunla arasında heç bir münasibəti olamamışdır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş həmin məlumat barədə regional şöbənin rəisini məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 13 oktyabr 2023-cü il tarixdə şöbənin rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna regional polis şöbənin əməliyyat müvəkkili Əlməddin Qasımov və polis nəfəri Şahid2 cəlb edilmişlər. Şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. xx.xx.2023-cü il tarixdə saat 11:40-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri Kiçik-bazar deyilən ərazidə tərəflərindən saxlanılmışdır. Ona özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirilmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə tərəfindən regional şöbənin rəisinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs regional şöbənin təhqiqatçısı polis mayoru Famil Həsənov tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra regional şöbənin polis nəfəri Şahid2 tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bildirildi ki, əgər üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sol yan cibindən prima siqaret qutusunu, gödəkcənin sağ yan cibindən sağ ayağına bağlanmış Astara rayon məhkəməsi tərəfindən təyin edilmiş azadlığın məhdudlaşdırılmasını cəzasını həyata keçirmək üçün elektron nəzarət cihazını, əynindəki şalvarın sol yan cibindən bir ədəd selofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində heroin olduğunu bildirmişdir. Sonra təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs sağ ayağında elekron nəzarət qolbağı aşkar edildi. Onun üzərindən hər hansı bir qanunsuz digər əşya, maddə, predmet aşkar olunmamış və götürülməmişdir.Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd bükümün içərisinə baxıldıqda bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə, heroinə bənzər kütlənin çəkisi 1,45 qram olmuşdur. Onunla bu barədə şifahi olaraq soğru sual edildikdə Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan heroini tutulduğu gün Lənkəran şəhərində Kiçik-Bazar adlanan ərazidə üzdən tanıdığı adını və ünvanın bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Əldə etdiyi heroindən heç kəsə satmamış və həmçinin istifadə etməmişdir. Sonra həmin selofan büküm zərfə qoyularaq zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək ona və iştarkçılara oxunduqdan sonra protokolu iştirakçılarla birlikdə imza etmişlər. Şəxsi-axtarış zamanı polis nəfəri Şahid2 tərəfindən aparılmış video çəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir və ona qarşı heç bir ədavəti və ya qərəzçiliyi yoxdur. Təqsirləndirilən şəxs əldə etdiyi heroinin mənbəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkoitk vasitlərin satışı ilə məşqul olması barədə CBRŞ-na əməliyyat məlumatları daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 13 oktyabr 2023-cü il tarixli «şəxsi-axtarışın keçirilməsi haqqında protokoldan və həmçinin şəxsi axtarışın keçirilərkən aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddəni çıxardıb təqdim edərək götürülür, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinin özünə məxsus olduğunu etiraf emişdir. Məhkəmə-kimyəvi ekspertizasının 13 oktyabr 2023-cü il tarixli 19/927 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən edilmiş kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -1,293 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram heroin sərf edilmiş, tədqiqatdan sonra 1,243 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. 16 dekabr 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi» haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,293 qram bir bükümdə narkotik vasitə heroin və 01 ədəd DVD disk maddi sübut qismində tanınmış, narkotik vasitə heroinin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilməsi və 1 ədəd DVD disk iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə-narkoloji ekspertizasının 16 oktyabr 2023-cü il tarixli, 949 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. DİN-nin BƏSİİ-nə verilmiş tələbnamədən, hökmdən və Astara Rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 05 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasının 03 ay 11 gün hissəsini çəkmiş, çəkilməyən hissəsi 02 il 02 ay 11 gün təşkil edir. Lənkəran Rayon Məhkəməsinin 14 oktyabr 2023-cü il tarixli, 4(049)-284/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 13 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 13 oktyabr 2023-cü il tarixli 1051 rəyinə görə Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Astara Rayon İcra Hakimiyyəti Başısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 dekabr 2023-cü il tarixli Arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı X2, övladları – 2005-ci il təvəllüdlü X6, 2007-ci il təvəllüdlü X13, 2009-cu il təvəllüdlü X3, 2012-ci il təvəllüdlü X11, 2017-ci il təvəllüdlü X8, 2021-ci il təvəllüdlü X9 və 2023-cü il təvəllüdlü X10 adlı ailə üzvləri vardır. Yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində həyat yoldaşı və dördü azyaşlı olmaqla yeddi uşağı vardır, o, həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etmiş, törətdiyi əməldən səmimi peşmandır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Bundan başqa Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 2 il 5 ay 22 gün müddət azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 13 oktyabr 2023-cü il tarixədək 03 ay 11 gününü çəkmiş, 2 il 2 ay 11 gün çəkilməmiş cəzası qalmışdır. CM-nin 18.4.4-cü maddəsinə əsasən o əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkmədiyindən əməlində cinayətlərin residivi yaranmır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 67.1-ci və 68.1.1-1-ci maddələrinə əsasən Astara Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qalan 2 il 2 ay 11 gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrum etmə cəzasının bir günü kimi hesablanmaqla hazırda təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti cəza təyin edilməsi Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 13 oktyabr 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 1,243 qram çəkidə bir bükümdə narkotik vasitə heroin məhv edilməli, Həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 1(bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən həmin cəza Astara Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 2(iki) il 2(iki) ay 11 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günə bir gün hesabı ilə 1(bir) il 1(bir) ay 5(beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq və həmin cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 13 oktyabr 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 1,243 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar