Məhkəmə qərarları › İş №1(049)-73/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-73/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-73/2025 22.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi (mülki iddiçı) Qanuni nümayəndə və zərər çəkmiş şəxs (mülki iddiçı) Zərərçəkmiş şəxs1 onun nümayəndəsi X5, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1959-cu ildə Lənkəran rayonunun Zövlə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, təqaüdçü, məhkum olunmamış, Lənkəran rayonunun Zövlə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək barədə" iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 14 mart 2024-cü il tarixdə saat 17 radələrində “B” dərəcəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi,faktiki istifadəsində olan "Vaz 21013 minik” markalı, 42- BF-156 dövlət qeydiyyat nişanlı avtomobili yeni Ələt-Astara magistral yoldan sağa Lənkəran rayonu, Qurumba kəndinə doğru idarə edib körpünün üzərinə çıxdıqdan sonra üzü sola Lənkəran şəhəri istiqamətinə dönərkən avtomobili körpüyə daxil etməzdən əvvəl hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olmalı və baş yol ilə hərəkətdə olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkətinə təhlükə yaratmadığı şəraitdə avtomobili yolayrıcına daxil edərək icazə verilən istiqamətdə idarə etməli olduğu halda, avtomobili idarə edən şəxs kimi sürücü olaraq “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin "yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yatarmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştiraçılarına və başqa əmlaka zərər vurmamalıdırlar" tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələbini, yəni yol hərəkəti qaydalarını pozaraq,qeyd olunan yol şəraitində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Vaz 21013 minik" markalı avtomobili yolayrıcına daxil edərək hərəkətin əks istiqamətində 40-50 km/saat sürətlə idarə edərkən bu vaxt öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü Qanuni nümayəndə idarə etdiyi "Vaz 21124 minik" markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncu avtomobilin hərəkət zolağında toqquşmuş,nəticədə ehtiyatsızlıqdan Qanuni nümayəndə idarə etdiyi "Vaz 21124 minik" markalı avtomobilin arxa oturacağında əyləşmiş-xx xxxxxxx 2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ qamış sümüyünün yerdəyişməyən sınığı və xx xxxxx 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid alın sümüyünün basılmış sınığı,burun sümüyünün yerini dəyişməyən sınığı,hər iki göz altı və hər iki baldır nahiyyələrində qançırlardan ibarət olub içərisində olduqları avtomobilin salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələn xəsarətlər yetirməklə, avtomobili idarə edən şəxs kimi yol hərəkəti qadalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır və Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilərək ibtida istintaq verdiyi ifadəsini təsdiq edib göstərdi ki, "B" kateqoriyalı sürücülük vəsiqəsi vardır. X2 mülkiyyətində VAZ-21013 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobili etibarnamə əsasında idarə edir. İdarə etdiyi həmin avtomobillə 14 mart 2024-cü il tarixdə, saat 15 radələrində yaşadığı Lənkəran rayonunun Zövlə kəndində çıxıb Lənkəran rayonunun Qurumba kəndi ərazisində yerləşən "Asan xidmət"ə gəlmişdir. Maşından düşüb "Asan xidmət"in binasına daxil olmuşdur. 2 saat ərzində "Asan xidmət"də işlərini görüb qurtardıqdan sonra binadan çıxmış və idarə etdiyi avtomobilin sükanı arxasına əyləşmişdir. Həmin günü saat 17 radələrində avtomobili idarə edərək Lənkəran şəhərinə getmək üçün yeni Ələt-Astara magistral avtomobil yoluna çıxmışdır. Astara şəhəri istiqamətində təxminən 400-500 metr getdikdən sonra Lənkəran rayonu Qurumba kəndi ərazisində yerləşən körpünün üstünə çıxmış və yolun sol tərəfinə, yəni Lənkəran şəhər istiqamətində dönmə əməliyyatı aparıb yoluna davam edərkən, körpünün üstündə qəflətən Lənkəran şəhər istiqamətindən Qurumba kəndi istiqamətində hərəkət edən bir avtomobil qarşına çıxmışdır. Həmin anda anlamışdır ki,şəkəri qalxdığından, o, dönmə əməliyyatını düz aparmayıb həmin avtomobilin hərəkət zolağına çıxmışdır. Lənkəran şəhəri istiqamətində yolun sağ hərəkət hissəsinə çıxmaq üçün avtomobilin sükanını döndərmiş və bu zaman onun hərəkətindən həmin avtomobilin sürücüsü idarə etməni itirmiş və idarə etdiyi VAZ21013 markalı avtomobilimin qabaq sol tərəfi ilə həmin avtomobilin qabaq sağ tərəfi toqquşmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobil arxa tərəfə hərəkət edib dayanmış və o, huşunu itirmişdir. X9 rayon xəstəxanasında çarpayıda uzanıqla vəziyyətdə olduğunu görmüşdür. Həkimdən onu xəstəxanaya kimin gətirdiyini soruşduqda həkim də onu xəstəxanaya X12 maşınının gətirdiyini bildirmişdir. Xəstəxanadan çıxıb yaşadığı evə getmişdir. Hadisənin baş verməsinə səbəb onun Qurumba körpüsünün üzərində Lənkəran şəhəri istiqamətində düzgün dönmə əməliyyat aparmayaraq qarşı tərəfdən hərəkətdə olan avtomobilin yoluna çıxmağı olmuşdur. Baş vermiş hadisə zamanı avtomobili 40-50 km/saat sürətlə idarə etmişdir. Baş vermiş hadisə zamanı VAZ21124 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 60 km/saat sürətlə hərəkətdə olmuşdur. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə ondan başqa heç kim olmamışdır. Həmçinin idarə etdiyi avtomobildə yük olmamışdır. Təqsirləndirilən şəxs son sözündə hadisədən sonra zərərçəkmiş şəxslərlə barışdığını, onlarla razılaşaraq vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, Qanuni nümayəndə onun əridir. Raufun VAZ-21124 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Rauf, oğlanları Rəvan və Rüfətlə birlikdə, Raufun idarə etdiyi həmin avtomobillə 14 mart 2024-cü il tarixdə, saat 15 radələrində yaşadıqları Əşlə kəndində yerləşən evin həyətindən çıxıb bayram bazarlığı etmək üçün Lənkəran şəhər bazarına getmişlər. Lənkəran şəhər bazarında müxtəlif ərzaq məhsulları alıb avtomobilə qoymuşlar. Əri Rauf maşının sükanı arxasına əyləmiş,oğlu Rüfət isə avtomobilin qabaq sağ oturacağına əyləşmişdir.O və 4 yaşlı oğlu Rəvan isə avtomobilin arxa salonuna əyləşmişlər. Rauf maşını yaşadıqları Əşlə kəndi istiqamətində idarə etməyə başlamışdır. Həmin günü saat 17 radələrində əri Raufun idarə etdiyi həmin avtomobillə yaşadıqları Əşlə kəndi istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkət edərək "Qurumba" körpüsünün üzərinə çıxmışlar və bu zaman hərəkətdə olduqları zolaqda qəflətən qarşılarına bir avtomobil çıxmış və əri Raufun idarə etdiyi avtomobillə həmin avtomobil toqquşmuşdur. Rauf idarəetməni itirmiş və avtomobil Əşlə kəndi istiqamətində körpünün sol tərəfində yerləşən qoruyucu dəmirə dəyib dayanmışdır. Baş vermiş toqquşma nəticəsində, o, əri Rauf, oğlanları Rüfət və Rəvan müxtəlif bədən xəsarətləri almışlar. Sonradan hadisə yerinə gəlmiş tanımadığı bir neçə nəfər şəxs onları maşından çıxarmışlar.Təxminən 2-3 dəqiqədən sonra qonşuları Azər idarə etdiyi avtomobillə hadisə yerinə gəlmiş və onları idarə etdiyi avtomobillə Lənkəran Mərkəzi rayon xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər onlara tibbi yardım göstərmişlər və onları evə buraxmışlar. Baş vermiş hadisə zamanı əri Rauf avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Baş vermiş hadisə zamanı VAZ21011 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin hansı sürətlə hərəkətdə olduğunu bilməmişdir. Çünki həmin avtomobil Raufun idarə etdiyi avtomobilin qarşısına qəflətən çıxmışdır. Hadisə zamanı əri Raufun idarə etdiyi avtomobildə ondan, oğlanları Rəvan və Rüfətdən başqa heç kim olmamışdır. Raufun idarə etdiyi həmin avtomobildə təxminən 50-60 kq yük olmuşdur. O, alın sümüyünün basılmış sınığı, burun sümüyünün yerini dəyişməyən sınığı,hər iki göz altı,hər iki baldır nahiyyələrində olan qançırlar xəsarətlərini 14 mart 2024-cü il tarixdə saat 17 radələrində Lənkəran rayonu Qurumba kəndi ərazisində yerləşən körpünün üzərində əri Raufun idarə etdiyi VAZ21124 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət zolağına çıxmış VAZ21013 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində almışdır. Belə ki, həmin vaxtı, o, Raufun idarə etdiyi avtomobilin arxa salonunda oturmuş və toqquşma baş verdikdən sonra başı və sifəti qabaq oturacağın arxa tərəfinə, qılçaları isə maşının arxa qapılarının içəri tərəfinə dəydikdən sonra həmin xəsarətləri almışdır. Həmin vaxtı azyaşlı oğlu Rəvan da maşının arxa salonunda əyləşmiş və baş vermiş hadisə zamanı Rəvanın sağ qılçası sınmışdır. Həmin vaxtı əri Rauf və digər oğlu Rüfət də xəsarətlər almışlar. Məhkəmənin iclaslarında iştirak etmiş zərər çəkmiş şəxs, 14 yaşına çatmamış fəaliyyət qabiliyyəti olmayan Zərərçəkmiş şəxs2, qanuni nümayəndəsi atası Qanuni nümayəndə iştirakları ilə dindirilərkən fikrini aydın ifadə edə bilmədiyindən ifadəsinin alınması mümkün olmamışdır. Məhkəmə iclasında şahiq qismində dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi (mülki iddiaçı) Qanuni nümayəndə ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib fadəsində göstərdi ki, "BC" kateqoriyalı sürücülük vəsiqəsi və VAZ21124 markalı,** BS *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Arvadı Gültəkin,oğlanları Rəvan və Rüfətlə birlikdə idarə etdiyi həmin avtomobili ilə 14 mart 2024cü il tarixdə,saat 15 radələrində yaşadıqları Əşlə kəndindən çıxıb bayram bazarlığı etmək üçün Lənkəran şəhər bazarına getmişlər. Lənkəran şəhər bazarında bayram bazarlığı etdikdən sonra idarə etdiyi maşına əyləşib yaşadıqları Əşlə kəndi istiqamətində hərəkət etməyə başlamışlar. O, sükan arxasında, oğlu Rüfət avtomobilin qabaq sağ oturacağında, arvadı Gültəkin və digər oğlu Rəvan isə avtomobilin arxa salonunda oturmuşlar. Həmin günü, saat 17 radələrində idarə etdiyi həmin avtomobillə Lənkəran rayonu Şağlakücə kəndi istiqamətindən Lənkəran rayonu Əşlə kəndi istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkət edərək "Qurumba" körpüsünün üzərinə çıxmışdır.Bu zaman qəflətən qarşısına hərəkətdə olduğu zolaqda bir avtomobil çıxmış və idarə etdiyi avtomobillə həmin avtomobil toqquşmuşdur. VAZ21013 markalı avtomobilin qabaq sol tərəfi ilə onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfi toqquşmuşdur. Toqquşmadan sonra idarəetməni itirmiş və avtomobil Əşlə kəndi istiqamətində körpünün sol tərəfində olan qoruyucu dəmirə dəyib dayanmışdır. Həmin vaxtı, o, arvadı Gültəkin, oğlanları Rəvan və Rüfət müxtəlif bədən xəsarətləri almışlar. Bir neçə dəqiqədən sonra qonşusu Azər idarə etdiyi maşınla hadisə yerinə gəlmiş və onları Lənkəran rayon xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər onu, arvadı Gültəkini, oğlanları Rəvan və Rüfəti tibbi müayinədən keçirmişlər. Tibbi müayinə zamanı onun döş nahiyyəsində əzilmə və burun nahiyyəsində sıyrıq aşkar olunmuşdur. Arvadı Gültəkində alın və burun sümüyünün sınığı, gözlərinin altında və baldırlarında qançır xəsarətləri aşkar olunmuşdur. Tibbi müayinə zamanı oğlu Rüfətdə sağ gicgah nahiyyəsində əzilmiş yara və oğlu Rəvanda sağ qılçasının sınığı xəsarəti aşkar olunmuşdur. Baş vermiş hadisə zamanı avtomobili 50-60 km/saat sürətlə idarə etmişdir. VAZ21013 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən onun qarşısına çıxdığı üçün həmin avtomobilin hansı sürətlə hərəkətdə olduğunu bilməmişdir. Hadisə zamanı arvadı Gültəkin, iki oğlu Rəvan və Rüfətdən başqa avtomobilində heç kim olmamışdır. Avtomobilində təxminən 50-60 kq ərzaq məhsulları olmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid2 ibtida istintaqda verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, o, valideyinləri ilə birlikdə Lənkəran rayonu Əşlə kəndində yaşayır. Rauf onun atası, Gültəkin isə anasıdır. Rəvan onun kiçik qardaşıdır. O, Lənkəran rayonu Mollakənd kənd tam orta məktəbinin 8-ci sinifində oxuyur.Atası Raufun VAZ-21124 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, anası Gültəkin və kiçik qardaşı Rəvanla birlikdə atası Raufun idarə etdiyi həmin avtomobillə 14 mart 2024-cü il tarixdə,saat 15 radələrində yaşadıqları Əşlə kəndində yerləşən evin həyətindən çıxıb bayram bazarlığı etmək üçün Lənkəran şəhər bazarına getmişlər. Lənkəran şəhər bazarında anası və atası müxtəlif ərzaq məhsulları alıb maşına qoymuşlar. Bundan sonra atası Rauf maşının sükanı arxasına əyləşmişdir. O da maşının qabaq sağ oturacağına əyləşmişdir. Anası Gültəkin və balaca qardaşı Rəvan isə maşının arxa salonuna əyləşmişlər. Atası Rauf maşını yaşadaqları Əşlə kəndi istiqamətində idarə etməyə başlamışdır. Həmin günü saat 17 radələrində atası Raufun idarə etdiyi həmin avtomobillə yaşadıqları Əşlə kəndi istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkət edərək "Qurumba" körpüsünün üzərinə çıxmışlar və bu zaman qəflətən qarşılarına bir avtomobil çıxmışdır. Atası Raufun idarə etdiyi avtomobillə həmin avtomobil toqquşmuşdur.Atası Rauf idarəetməni itirmiş və avtomobil Əşlə kəndi istiqamətində körpünün sol tərəfində yerləşən dəmirə dəyib dayanmışdır.Baş vermiş toqquşma nəticəsində, o, atası Rauf, qardaşı Rəvan və anası Gültəkin müxtəlif bədən xəsarətləri almışlar. Sonradan hadisə yerinə gəlmiş tanımadığı bir neçə nəfər şəxs onları maşından çıxarmışlar.Təxminən 2-3 dəqiqədən sonra qonşuları Azər idarə etdiyi maşınla hadisə yerinə gəlmiş və onları maşını ilə Lənkəran Mərkəzi rayon xəstəxanasına aparmışdır.Xəstəxanada həkimlər onlara tibbi yardım göstərmişlər və onları evə buraxmışlar. Baş vermiş hadisə zamanı atası Rauf avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Baş vermiş hadisə zamanı VAZ21011 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin hansı sürətlə hərəkətdə olduğunu bilməmişdir. Çünki həmin avtomobil atası Raufun idarə etdiyi avtomobilin qarşısına qəflətən çıxmışdır. Hadisə zamanı atası Raufun idarə etdiyi maşında ondan, anası Gültəkindən və qardaşı Rəvandan başqa heç kim olmamışdır. Maşında ərzaq məhsulları da olmuşdur.O, sağ gicgah nahiyyəsində əzilmiş yara xəsarətini 14 mart 2024-cü il tarixdə saat 17 radələrində Lənkəran rayonunun Qurumba kəndi ərazisində yerləşən körpünün üzərində atası Raufun idarə etdiyi həmin avtomobillə VAZ21013 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində almışdır. Belə ki, həmin vaxtı onun başının sağ tərəfi atası Raufun idarə etdiyi maşının qabaq alın şüşəsinə dəymiş və o, həmin xəsarəti almışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə göstərdi ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq sonuncunun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, Lənkəran rayonu Əşlə kənd sakini Qanuni nümayəndə qonşu kənd sakini kimi tanıyır. Niva markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili vardır.14 mart 2024cü il tarixdə, saat 17 radələrində idarə etdiyi həmin avtomobili ilə Lənkəran rayonunun Şağlakücə kəndindən yaşadığı Rvo kəndi istiqamətində hərəkətdə olduğu zaman Qurumba körpüsünün üzərində VAZ-21013 markalı avtomobilin asfalt yolun ortasında qabaq tərəfi əzilmiş vəziyyətdə, Raufun idarə etdiyi VAZ21124 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin isə Qurumba kəndi istiqamətində yolun sol tərəfində dəmir qoruyucuya sıxılmış vəziyyətdə dayandığını görmüşdür. O, dərhal maşını yolun sağ kənarında saxlamış və maşından düşüb onların yanına getmişdir. O, Raufu, Raufun arvadı Gültəkini, oğlanları Rəvan və Rüfəti maşından çıxarmış və idarə etdiyi maşınla Lənkəran Mərkəzi rayon xəstəxanasına gətirmişdir. Həkimlər onlara tibbi yardım göstərmişlər.Həmin vaxtı Rauf ona, idarə etdiyi avtomobillə körpünün üzərində yaşadığı Əşlə kəndi istiqamətində hərəkətdə olduğu zaman qəflətən VAZ-21013 markalı maşının onun yoluna çıxdığını və onun idarə etdiyi maşınla toqquşduğunu bildirmişdir.O, Raufun, Gültəkinin, Rüfət və Rəvanın vəziyyətlərinin yaxşı olduğuna əmin olduqdan sonra xəstəxanadan çıxıb idarə etdiyi maşınla yaşadığı evə getmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, hadisə yerinin sxemindən və fotoşəkillərdən görünür ki, hadisə yeri Lənkəran rayonu Qurumba kəndi ərazisindən yerləşən körpünün üzərində Lənkəran rayonu Əşlə kəndi istiqamətində yolun sağ hərəkət hissəsində yerləşir, yolun hərəkət hissəsi üfüqi, düz və döngəlidir,örtüyün növü asfaltbetondur, quru vəziyyətdədir.Yol örtüyünün eni 8,5 metr, hərəkət zolarlarının sayı 2, hər birinin eni isə 4,25 metrdir. Hadisə yerində VAZ-21124 minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil körpünün üzərində Əşlə kəndi istiqamətində yolun sol tərəfində sol qabaq və sol arxa təkərləri su arxının içərisində düz vəziyyətdə dayanmışdır.VAZ-21013 minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil isə körpünün üzərində Əşlə kəndi istiqamətində yolun sağ hərəkət hissəsində çəpəki vəziyyətdə üzü Lənkəran şəhəri istiqamətində asfaltın üzərində dayanmışdır.Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınının ayrmaq üçün uzununa ağ xətt,körpünün üzərində Əşlə kəndi istiqamətində yolun sağ tərəfi ilə yeni Ələt-Astara magistral avtomobil yoluna çıxmaq üçün yolayrıcı, həmçinin yeni Ələt-Astara magistral avtomobil yolunda Astara istiqamətində yolun sağ tərəfi ilə körpüyə daxil olmaq üçün hərəkət zolağı vardır.Hərəkət hissəyə sağdan körpünün üzərində olan dəmir qoruyucu,yolayrıcı,soldan isə dəmir qoruyucu,su arxı,0,7 metr enində "sarı" rəngli düz xətt birləşir.Lənkəran şəhəri istiqamətindən körpüyə daxil olarkən, yolun sağ tərəfində "Baş yol" və hadisənin baş verdiyi yerdə Əşlə kəndi istiqamətində yolun sağ tərəfi ilə yeni Ələt- Astara avtomobil yoluna çıxmaq üçün nəzərdə tutulan yolayrıcında "Baş yol" və " düzünə və ya sağ hərəkət" yol nişanları vardır.VAZ-21124 minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə VAZ-21013 minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma nöqtəsi Lənkəran rayonu Qurumba kəndi ərazisində yerləşən körpünün üzərində Əşlə kəndi istiqamətində VAZ- 21124 minik markalı avtomobilin hərəkət zolağında, yəni yolun sağ hərəkət hissəsində,yolun hərəkət hissəsinin sağ tərəfində yerləşən ağ rəngli qırıq-qırıq xəttdən içəriyə doğru 4 metr məsafədə asfaltın üzərində yerləşir. Toqquşma nöqtəsindən VAZ-21124 markalı avtomobilin arxa təkərinədək olan məsafə 20 metr, VAZ-21013 minik markalı avtomobilin qabaq təkərinədək olan məsafə isə 10,5 metrdir. Hadisə yerində VAZ-21013 minik markalı avtomobillə VAZ-21124 minik markalı avtomobilin ara məsafəsi 7,7 metrdir. Toqquşmadan əvvəl VAZ-21124 minik markalı avtomobil körpünün üzərində Lənkəran şəhəri istiqamətindən Əşlə kəndi istiqamətində yolun sağ hərəkət hissəsi ilə hərəkətdə olmuş, VAZ-21013 minik markalı avtomobil isə yeni Ələt-Astara avtomobil yolu ilə hərəkət edərək Astara istiqamətində yolun sağ tərəfi ilə körpüyə daxil olduqdan sonra yolayrıcında Lənkəran şəhəri istiqamətində düzgün dönmə əməliyyatı aparmayaraq Lənkəran şəhəri istiqamətində yolun sol hərəkət hissəsi ilə hərəkət olmuşdur. Hadisə yerində Əşlə kəndi istiqamətində asfalt yolun üzərində düz ağ xəttin üzərindən başlayaraq yolun sol hərəkət hissəsinin içərisinə doğru VAZ-21124 minik markalı avtomobilin təkərlərinə aid 4,7 metr uzunluğunda şin izləri vardır. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə videomüşahidə kamerası yoxdur. Yol-nəqliyyat hadisəsi yerinə əlavə baxış keçirilməsi haqqında protokoldan, hadisə yerinin sxemindən və fotoşəkillərdən görünür ki, hadisə zamanı VAZ-21124 minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Qanuni nümayəndə hərəkəti üçün təhlükə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21013 minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına çıxdığı andan yaranmış və həmin andan toqquşma yerinə kimi VAZ-21013 minik markalı avtomobil qövsvari olmaqla 23 metr məsafə qət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024cü il tarixli, 8/1460 nömrəli rəydən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21013 markalı BF 156 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol-hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2024-cü il tarixli, 8/2687 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21124 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qanuni nümayəndə hadisənin qarşısının alınması ilə əlaqədar olaraq hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21013 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol-hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 manatdır. Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin, məhkəmə-tibbi ekspertizasının 29 mart 2024-cü il tarixli, 299 nömrəli rəyindən görünür ki, 1-2.vət.Zərərçəkmiş şəxs2 bədəni üzərindəsağ qamış sümüyünün yerdəyişməyən sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə sərnişin olduğu minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşın salonun qabarıq hissəsinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin, məhkəmə-tibbi ekspertizasının 29 mart 2024-cü il tarixli, 302 nömrəli rəyindən görünür ki, 1-2.vət.Zərərçəkmiş şəxs1 bədəni üzərindəalın sümüyünün basılmış sınığı,burun sümüyünün yerini dəyişməyən sınığı,hər iki göz altı, hər iki baldır nahiyyələrində qançırlar aşkar edilmişdir.Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə sərnişin olduğu minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşın salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 14 mart 2024-cü il tarixli, 000375 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə saat 18:55 dəqiqədə, o, tibbi müayinədən keçirilmiş və hadisə zamanı sərxoş olmamışdır. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nın 11 oktyabr 2024-cü il tarixli,3-13-16-5/2-9387/2024 nömrəli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Lənkəran rayonu Zövlə kənd sakini, xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə "B" kateqoriyalı BD-417742 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. "B" kateqoriyası ilə VAZ-21013 markalı avtomobili idarə edə bilər. "xxxx" MMC-nin emalatxanasının sədri X1 01 aprel 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Qanuni nümayəndə mülkiyyətində olan VAZ-21124 minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 8905 (səkkiz min doqquz yüz beş) manat ziyan dəymişdir. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 06 noyabr 2024-cü il tarixli, 4282 nömrəli tibbi arayışından görünür ki,iş üzrə Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. Lənkəran şəhər-rayon polis şöbəsinin 06 fevral 2025-ci il tarixli, 3-13-96/1-1327/25 məktubundan görünür ki,yeni Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu Qurumba kəndi ərazisindən keçən hissəsində yerləşən körpünün üzərində Lənkəran rayonu Şağlaküçə kəndindən Lənkəran rayonu Qurumba kəndi istiqamətində avtomobillərə maksimum icazə verilən sürət həddi 60 km/saatdır. “Sübutların qiymətləndirilməsi haqqında” 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, VAZ 21013 minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil və VAZ 21124 minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı və VAZ 21013 minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, maddi sübut kimi tanınmış VAZ21124 minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil Qanuni nümayəndə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, maddi sübut kimi tanınmış VAZ 21013 minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs təhvil verilmişdir. Azərbaycan DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Lənkəra ŞİHB-nin Zövlə KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Babayev X6 rayonu, Zövlə kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xaraterizə olunur. 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Qanuni nümayəndə mülkiyyətində olan VAZ-21124 minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə 8905 (səkkiz min doqquz yüz beş) manat məbləğində maddi ziyan dəydiyi üçün, o, iş üzrə mülki iddaçı qismində tanınmışdır. 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 almış olduğu AĞİR bədən xəsarətləri ilə bağlı müalicəsinə 15.000 (on beş min) manat məbləğində pul vəsaiti xərclədiyinə görə ona 15.000 (on beş min) manat məbləğində maddi ziyan dəydiyi üçün, o, iş üzrə mülki iddaçı qismində tanınmışdır. 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində mülki iddaçı Qanuni nümayəndə 8905 (səkkiz min doqquz yüz beş) manat məbləğində və mülki iddaçı Zərərçəkmiş şəxs1 15.000 (on beş min) manat məbləğində maddi ziyan vurduğuna görə mülki cavabdeh qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Nəzərov X7 Səfərəli Cəbi oğlu ilə barışmışlar, onlara dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri olmamasını, gələcəkdə də mülki iddiaçı olmayacaqlarını nəzərə alaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə ilə barışmışlar, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı aradan qaldırmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı, bu əməldə inzibati xəta tərkibinin əlamətləri olduqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X13 Bölməsinə göndərilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki VAZ 21013 minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və VAZ 21124 minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin isə Qanuni nümayəndə təhvil verilməsi nəzərə alınmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 8/1460 nömrəli və 25 dekabr 2024-cü il tarixli, 8/2687 nömrəli rəylərinə əlavə olunmuş bildirişlərdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 256(iki yüz əlli altı) manat müəyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Məhkəmə hökmü haqqında Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 72-ci bəndində göstərilmişdir ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 186-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Müəyyən edilmişdir ki, ibtidai araşdırma və ilkin məhkəmə baxışında mülki iddiaçılar - Qanuni nümayəndə və Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində Qanuni nümayəndə 8905 (səkkiz min doqquz yüz beş) manat məbləğində və Zərərçəkmiş şəxs1 15.000 (on beş min) manat məbləğində ziyan dəydiyindən həmin pul vəsaitinin tutularaq onlara verilməsini xahiş etmişdir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən «Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması». Hazırki iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 və Qanuni nümayəndə tərəfindən iddia ərizəsinə maddi və mənəvi ziyan tələbini əsaslandıran sübutlar, eyni zamanda dövlət rüsumunun ödənilməsinə dair sənədlər əlavə edilməmişdir. Məhkəmə göstərilənləri və işin digər faktik hallarını nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə iddianın təmin olunması mümkün deyil. İddianın tam və ya qismən rədd edilməsi isə mülki iddiaçının zəruri sübutları toplamaqla məhkəməyə mülki icraat qaydasında müraciət etmək imkanından məhrum edə bilər. Ona görə də mülki iddia baxılmamış saxlanılmalı, mülki iddiaçıya təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki icraat qaydasında iddia qaldırmaq hüququna malik olduğunu izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-si bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - VAZ 21013 minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və VAZ 21124 minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin isə Qanuni nümayəndə qaytarılması nəzərə alınsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Mülki iddiaçılar - Qanuni nümayəndə və Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiaları baxılmamış saxlanılsın. Mülki iddiaçılar Qanuni nümayəndə və Zərərçəkmiş şəxs1 mülki iddiası baxılmamış saxlanıldığından ümumi qaydada yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X13 Bölməsinə göndərilsin. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar