Məhkəmə qərarları › İş №1(049)-74/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-74/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-74/2024 05.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Lənkəran rayonu, Separadi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Lənkəran rayon Tükəvilə kənd orta məktəbində müəllim işləyən, evli, himayəsində bir azyaşlı övladı olan, Lənkəran rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlıqdan məhrumetə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 02 il 01 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin ediliş azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş hissəsi 01 il azaldılmaqla xx.xx.2022-ci il tarixdə cəzası çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə qətimkan" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, 2022-ci ilin may ayının ortalarında Lənkəran rayonu, Separadi kəndində bibisi Şahid1 yaşadığı evində olarkən, sonuncunun kürəkəni Zərərçəkmiş şəxs ilə söhbət əsnasında Zərərçəkmiş şəxs ona özünə iş axtarmasını və arvadı Şahid2 üçün diplom əldə edib işə düzəltmək istədiyini deməsindən sonra etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda pul vəsaitindən ibarət əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs onun üçün 6000 manat müqabilində Astara rayonunda gəmiçiliyə, Lənkəran rayonunda Qaz İstismarı İdarəsinə və Mühafizə idarəsinə bu kimi yerlərdən birinə işə düzəldəcəyini, həmçinin 4500 manat müqabilində isə sonuncunun arvadı Şahid2 üçün diplom əldə edib müəlliməlik işi ilə təmin edəcəyi barədə yalan vəd verərək ümumlikdə bu işləri hamısını 10500 manat müqabilində görəcəyini bildirib etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadan Zərərçəkmiş şəxsn onun üçün düzəldəcəyi iş ilə bağlı razılaşdığı 6000 manatdan 3000 manatını 2022-ci ilin iyun ayının əvvəllərində Lənkəran rayonun Separadi kəndində görüşüb ondan almış, qalan 3000 manatı isə 2022-ci ilin iyun ayının ortalarında Lənkəran şəhərində yerləşən Mərkəzi bazarın yaxınlığında, özünə məxsus avtomobildə Zərərçəkmiş şəxs alaraq qəbul etmiş, bundan sonra 4500 manat müqabilində Zərərçəkmiş şəxs arvadı Şahid2 üçün diplom alıb işlə təmin edəcəyi barədə verdiyi yalan vədlə bağlı 2022-ci ilin iyul ayının əvvəllərində Lənkəran rayonun Separadi kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə Şahid2 vasitəsi ilə 4500 manatın 3000 manatını ondan alaraq qəbul etmiş, qalan 1500 manatını 2022-ci ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs Lənkəran rayonunun Separadi kəndində yerləşən yanacaq doldurma məntəqəsində işləmiş və şəxsiyyəti məlum olmayan şəxsə verdiyi 1500 manatı həmin şəxsdən alaraq vahid niyyətlə dörd dəfəyə ümumilikdə 10500 manat pulu qəbul edib ələ keçirməklə zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hazırda vurulmuş ziyanı tam olaraq ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır. Cinayət əməlini maddi sıxıntıya görə törətmişdir, hazırda əməlindən peşmandır. Məhkəmə iclasında ifadəsi elan edilərək araşdırılmış təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsindən görünür ki, “Ailəsi ilə birlikdə Lənkəran ayonun Separadi kəndində yaşayır. Evlidir. Himayəsində bir azyaşlı övladı vardır. Lənkəran rayonun Tükəvilə kəndində kənd orta məktəbində müəllim işləyir. Azərbaycan dili və ədəbiyyat fənlərindən dərs keçir. Əvvəllər bir dəfə CM-nin 178-ci maddəsi ilə 1 il azadlığın nəhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şahid1 bibisidir. Zərərçəkmiş şəxs onun kürəkənidir. Mənzərlə həmçinin onun kürəkəni Şükürlə aralarında heç bir qəsdi qərəzçilikləri yoxdur. 2022-ci ilin may ayında bibisi Mənzərin evinə qonaq getmişdir, həmin vaxt ora kürəkəni Şükür və bibisi qızı Rüqəyya da gəlmişlər. Birlikdə bir qədər söhbət etdikdən sonra Mənzər ona, Şükürün işsiz olduğunu, ailəsini dolandırmağa çətinlik çəkdiyini və neçə vaxtı iş axtardığını bildirmişdir. Sonra Mənzər ondan tanışlarınnda bu barədə naraqlanmağını deyərək və Şükür üçün iş tapmağını ondan xahiş etmişdir. O da Mənzərə narahat olmamasını demişdir. Bu zaman Şükür ondan nə qədər pul lazım olacağını soruşmuşdur. Həmin vaxt maddi sıxıntıları olduğu üçün pula ehtiyyacı vardı. Ona görədə həmin vaxt Şükürə başqaları üçün 8000 manata onun üçün isə 6000 manata iş düzəldə biləcəyini demişdir. Şükür ondan nə iş olacağı soruşanda, Şükürə ilk ağlına gələn Astarada gəmiçiliyə, hərbi komissarlıqda mülki işə və qaz idarəsində mühafizəyə düzəldə biləcəyini demişdir. Bu zaman bibisi Mənzər ona qızı Rüqəyyanın keçən il imtahan versədə pullu kollecə düşdüyü üçün imkanı olmadığına görə oxudura bilmədiyini demişdir. Həmin vaxt Şükürə əgər istəsən Rüqəyya üçün diplom ala biləcəyini demişdir. Şükür ondan bu necə olacağını soruşanda Şükürə Rüqəyya bir dəfə imtahan verəcək sonra onun üçün diplom təşkil edəcəyini, lazım gələrsə işlə də təmin edə biləcəyini demişdir. Şükür ondan nə iş olacağını soruşanda ona müəlliməlik işini düzəldə biləcəyini demişdir. Şükür həmin vaxt ondan buna görə nə qədər pul lazım olacağını soruşduqda, ona bu işi isə 4500 manata görə biləcəyini demişdir. Şükürə belə deməkdə məqsədi pula ehtiyacının olması olmuşdur. Fikirləşmişdir ki, pulu alıb öz işlərini həll edər. Sonra pulu olanda hissə-hissə qaytarar. Bundan başqa həmdə onlar yaxın ohumları olduqları üçün onların şikayət etməyəcəklərindən əmin olmuşdur. Şükürlə hər iki işə görə ümumlikdə 10500 manata razılaşmışlar. Bir həftə sonra təxminən 2022-ci ilin iyun ayının əvvəllərində Şükürə zəng edib onun işi hazır olduğunu deyib onu inandırmaq üçün hazır ki, axtda 3000 manat verməli olduğunu, qalan 3000 manatıda işə düzəldən sonra verəcəyini demişdir. O da razılaşmışdır. Onunla zəngləşdikdən bir iki gün sonra Şükür zəng edərək 3000 nanat hazır olduğunu bildirmişdir. O da həmin gün onunla Lənkəran rayonun Separadi kəndinin girişində görüşüb ondan 3000 manatı almışdır. Sonra ondan şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətini almışdır. O həmin pulları öz maddi ehtiyyaclarına xərcləmişdir. Bir həftə onra qalan 3000 manatı ondan almaq üçün Şükürə zəng etmişdir. Ondan təcili qalan 3000 manatı istədiklərini demişdir. Həmin gün kənddə Şükürlə görüşüb birlikdə avtomobili ilə Lənkəran şəhərinə gəlmişlər. Mərkəzi bazarın yaxınlığında avtomobili saxlamış, Şükür ona 3000 manatı verdikdən sonra ona narahat olma bir ay ərzində işinin düzələcəyini demişdir. Hətta Rüqəyyanın işinidə danışdığını onunda pulunu düzəltməsini tapşırmışdır. İki həftə sonra iyul ayının əvvəllərində Rüqəyya üçün ona verməli olduğu 4500 manatını istəməyə başlamışdır. Bir neçə gün sonra 2022-ci ilin iyul ayının ortalarında Şükürə zəng edib pulu istədikdə Şükür ona pulu evdə qoyduğunu gedib pulu evdən götürməsini demişdir. O da həmin gün Şükürün yaşadığı evə getmişdir. Həmin vaxt Şükür evdə olmamışdır. Şükürün arvadı Rüqəyya 3000 manatı ona vermişdir. Onları inandırmaq üçün Rüqəyyanı adından Təhsil Nazirliyinə işə əbul olmaq üçün onun telefonu vasitəsi ilə qeydiyyatdan keçib eyni zamanda da müraciət etmişdir. Hətda Rüqəyyanı bununla bağlı keçirilən imtahanda iştirak etməsini təmin etmişdir. Həmin ərəfədə Rüqəyya Lənkəran şəhər 5 saylı orta məktəbə keçirilən imtahana aparmışdır. Bundan öncə isə Rüqəyyaya əgər imtahdanda soruşsalara, Ağcəbədi kollecini bİtirdiyini deməyini tapşırmışdır. Bu barədə heç kəs heçnə soruşmayacaq, sadəcə onlarda inam yaratmaq üçün belə demişdir. Rüqəyya imtahan verdikdən 1 həftə sonra yul ayının sonunda qalan 1500 manatını ondan istəmişdir. Şükürdə ona kənddə yerləşər yanacaq doldurma məntəqəsində tanımadığı şəxsə verdiyini demişdir. O da həmin gün Şükürün dediyi şəxsdən pulu götürmüşdür. O pulu verən şəxsi tanımır. Üstündən bir müddət keçəndən sonra Şükür ondən işi və arvadına məxsus diplom barədə soruşanda ona narahat olmamasını tezliklə düzələcəyini demişdir. Sonra Şükür ondan pulunu tələb etdiyi üçür aralarında narazılıq yaranmışdır. Sonrakı vaxtlarda xəstələndiyi üçün onun telefonlarına cavab verə bilməmişdir. O da barəsində şikayət etmişdir. Şükürdən 10500 manat pu almışdır.” Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs arvadı X1 dayısı oğludur. Fazil ilə aralarında əvvəllər heç bir düşmənçilkləri və qərəzçilikləri olmamışdır. Təqsirləndirilən şəxs Tükəvilə kənd orta məktəbində Azərbaycan dili, ədəbiyyat müəllimi işləyir. Özünə uyğun iş axtarmışdır. 2022ci lin may ayında arvadı Rüqəyya ilə birlikdə Lənkəran rayonun Separadi kəndində yaşayan qaynanası Mənzərin evinə qonaq getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs ora gəlmişdir. Fazil ilə söhbət əsnasında qaynanası Mənzər Fazilə onun işsiz olduğunu deyərək Fazildən onun üçün iş düzəltməsini xahiş etmişdir. Sonra Fazil ona narahat olmamasını və onun üçün iş tapacağını demişdir. Fazildən bunun qarşılığında nə alacağını və işin nə olacaq deyə soruşduqda, Fazil ona camaat üçün 8000 manata onun üçün isə 6000 manata düzəldə biləcəyini və Astara rayonunda gəmiyə, qaz idarəsinə, mühafizə idarəsinə və hərbi komisarlığa bu kimi yerlərə işə düzəldəcəyini demişdir. O da razılığını bildirmişdir. Həmin vaxt qaynanası X3 orta məktəbi bitirdikdən sonra imtahan verib Bakı şəhərində kollecə qəbul olsada lakin pullu olduğu üçün oxudurmağa imkanı olmadığını demişdir. Fazil isə ona və qaynanasına 4500 manata Rüqəyya üçün hazır diplom alacağını və sonra müəlliməlik işinə düzəldəcəyini demişdir. O Fazildən nə müəlliməlik dedikdə ona ibitadi sinif müəlliməsi demişdir. Fazil ilə bu barədə söhbət etdikdən bir müddət sonra 2022-ci lin iyun ayının əvvəllərində Fazil ona ved verdiyi işlə bağlı 6000 manatını 3000 manatını istədiklərini, qalan 3000 manatını işə düzələndən sonra verəcəyini bildirmişdir. O da Fazil qohum olmasını və onu heç vaxt aldatmayacağına inanmışdır. Fazilə özü üçün yığdığı 3000 manatı 2022-ci ilin iyun ayının əvvəllərində onunla zəngləşdikdən sonra Fazil ilə Separadi kəndinin girəcəyində görüşüb ona vermişdir. O puldan əlavə ondan hərbi biletinin və şəxsiyyət vəsiqəsini surətini almışdır. Üstündən bir həftə sonra Fazil ona zəng edərək pulun qalan hissəsini istədiklərini, təcili lazım olduğunu dediyi üçün Rusiya Federasiysasında yaşayan qardaşı Mehman Allahverdizadədən xahiş edib onun üçün Birbank kart hesabından göndərmişdir. O da həmin gün pulu kartın hesabından çıxardıb Fazil ilə birlikdə onun avtomobili ilə Lənkəran şəhər Mərkəzi bazarına gəlib avtomobildə ona vermişdir. Fazil ona narahat olmamasını, işin bir aya ərzində hazır olacağını demişdir. İki həftə sonra Fazil ondan Rüqəyya üçün ona verəcəyi 4500 manatını istəməyə başlamışdır. O həmin ərəfədə pulu olmadığı üçün özünə məxsus Vaz-2106 markalı avtomobilini 4700 manata satıb pulu evdə qoymuşdur. Fazil ona zəng edib pulu istəyəndə həmin vaxt ona pul evdə olduğunu və gedib evdən götürməyini demişdir. Fazildə onlara getmiş, həmin vaxt avadı Rüqəyya 3000 manat pulu ona vermişdir. Sonra o Rüqəyyanı adından Təhsil Nazirliyinə işə qəbul olmaq üçün müraciət etmişdir. Hətta Rüqəyyanı bununla bağlı keçirilən imtahanada salmışdır. Rüəqqəyanı inandırmaq üçün ondan soruşulduqda Ağcəbədi kollecində oxuduğunu bildirməsini demişdir. Rüqəyya imtahan verdikdən 1 həftə sonra iyul ayının sonunda qalan 1500 manatını tələb etmişdir. O 1500 manatı kənddə yerləşən yanacaq doldurma məntəqəsində qoymuş, Fazildə o pulu oradan götürmüşdür. Üstündən bir müddət keçəndən sonra Fazildən iş barədə soruşanda ona Hərbi Komisarlıqda kağız daşıya bilərsən dedikdə ona razı olduğunu demişdir. Lakin bu işdən bir xəbər çıxmadığı üçün Fazildən işə bağlı soruşanda, Fazil ona yanacaq doldurma məntəqəsində iş olduğunu bildirmişdir. O da Fazilə yanacaq doldurma məntəqəsinə özü gedib müraciət etsə onu işə götürərlər deyib ona həmin işi qəbul etməmişdir. Sonrakı vaxtlar ondan işini və arvadına məxsus diplomu soruşanda, Fazil ona narahat olma tezliklə düzələcəyini desə də bir il onu yubatmışdır. Sonrakı vaxtlarda Fazil telefonlarına cavab verməmişdir. Fazildən pulunu tələb etsə də pulu verməkdən imtina etmişdir. Ona şikayət edəcəyini dedikdə isə ona get nə istəyirsən et demişdir. O da buna görə məcbur qalıb Fazil barəsində şikayət etmişdir. Fazil ondan pulu alarkən kiməsə verəcəyini deməmişdir. Pulu Fazilə tək vermişdir. Bir dəfə arvadı Rüəqqaya vermişdir. Bir dəfə yanacaq doldurma məntəqəsində qoymuşdur. Həmin benzin satan şəxsi tanımır. Fazil ilk dəfə 3000 manatı 2022-ci ilin iyun ayının əvvəllərində kənddə vermişdir. Qalan 3000 manatı isə 2022-ci ilin iyunun ayının ortalarında ona vermişdir. 4500 manatın 3000 manatını 2022-ci ilin iyul ayının ortalarında qalan 1500 manatı isə iyul ayının sonlarında ona vermişdir. Fazil ondan ümumilikdə 10500 mant pulunu alıb ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, buna görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Lənkəran rayonun Separadi kəndində yaşayır. Zərərçəkmiş şəxs qızı Rüqəyyanın əridir. Onlar ailə qurduqdan sonra onunla bir kənddə yaşayırılar. Təqsirləndirilən şəxs qardaşı Əfrayılın oğludur. Onunla münasibəti yaxşıdır. Aralarında heç bir qəsdi qərəzçilikləri olmamışdır. Təqsirləndirilən şəxs Tükəvilə kəndində orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Kürəkəni Şükür neçə vaxtıdr ki, işsizidr. O özünə iş axtarır. 2022-ci lin may ayında kürəkəni Şükür qızı Rüqəyya ilə birlikdə Lənkəran rayonun Separadi kəndində onlarda qonaq olarkən Fazildə onlara gəlmişdir. Fazil ilə söhbət əsnasında Fazilə kürəkəni Şükürün işsiz olduğunu, onun üçün iş tapa bilərsən dedikdə, Fazil həmin vaxt Şükürə narahat olmamasını onun üçün iş tapacağını demişdir. Şükür həmin vaxt Fazilə bunun qarşılığında nə alacaqsan və iş nə olacaq deyə soruşanda, Fazil Şükürə “camaat üçün 8000 manata, sən bibimin kürəkənisən deyə sənin üçün isə 6000 manata düzəldə bilərəm” demişdir. O və Şükür işin nə olacağı barədə soruşduqda, Fazil onlara Şükürü Astara rayonunda gəmiyə, qaz idarəsinə, mühavizə idarəsinə və hərbi komisarlığıa bu kimi yerlərə işə düzəldəcəyini demişdir. Şükürdə razılığını bildirmişdir. Həmin vaxt Fazilə qızı Rüqəyyanın orta məktəbi bitirdikdən sonra imtahan verib Bakı şəhərində kollecə qəbul osada lakin kollec pullu olduğu üçün oxudurmağa imkanı olmadığını dedikdə, Fazil ona və Şükürə 4500 manata Rüqəyyanın bir dəfə imtahana girdikdən sonra kollec oxumadan onun üçün diplom alacağına və sonra müəliməlik işinə düzəldə biləcəyinə söz vermişdir. Şükür ona nə məüəlliməlik dedikdə o ibitadi sinif müəlliməsi işinə düzəldə biləcəyini dedi. Fazil həmin söhbətdən sonra 2022-ci lin iyun ayının əvvəllərində Şükürə vəd verdiyi işlə bağlı lazım olan 6000 manatdan 3000 manatını istəyərək, qalan 3000 manatını isə iş düzələndən sonra ona verməsini bildimişdir. Fazilə Şükürdən savayı hamısı inanmışlar. Şükür 3000 manatı 2022-ci ilin iyun ayının əvvəllərində Fazilə ilə zəngləşib kənddə görüşüb ona vermişdir. Həmin vaxt Şükür özü ona bildirmişdir. Həmin vaxtdan bir həftə sonra Fazil Şükürdən qalan 3000 manatı almışdır. Fazil Şükürdən 6000 manatı aldıqdan sonra ona bir ay içərisində işə çıxacağını demişdir. İki həftə sonra Fazil yenidən Şükürdən qızı Rüqəyya üçün ona verəcəyi 4500 manatını istəməyə başlamışdır. Şükürdə buna görə avtomobilini satmışdır. Fazil Şükürdən 4500 manatının 3000 manatı lazım olduğunu, qalan 1500 manatı isə işin düzəldikdən sonra verməsini demişdir. Həmin ərəfədə Şükür evdə olmadığı üçün 3000 manatı Fazilə qızı Rüqəyya vermişdir. Fazil pulu aldıqdan sonra Rüqəyyanı adından Təhsil Nazirliyinə işə qəbul olmaq üçüm müraciət etmişdir. Hətta Rüqəyyanı bununla bağlı keçirilən imtahanada salmışdır. O Rüəqqəyanı inandırmaq üçün ondan soruşulduqda Ağcəbədi kollecində oxuduğunu bildirməsini demişdir. Rüqəyya imtahan verdikdən 1 həftə sonra iyul ayının sonunda 1500 manatını Şükürdən tələb etmişdir. Şükürdə 1500 manatı kənddə yerləşən yanacaq doldurma məntəqəsində qoyub o da gəlib götürmüşdür. Üstündən bir müddət keçəndən sonr Fazildən iş barədə soruşduqda Fazil onlara narahat olmamalarını demişdir. Bir müddət sonra Fazil Şükürə yanacaq doldurma məntəqəsində işə düzəldə biləcəyini dedikdə, olara məlum olmuşdur ki, Fazil onları aldadır. Yanacaq doldurma məntəqəsinə işə düzəlmək üçün sadəcə müracəit edirlər. Sonrakı vaxtlar Şükürün işi və qızının diplomu barədə soruşduqda o hər dəfə narahat olmamalarını demişdir. Fazil bu minvalla bir il onları yubatmışdır. Sonra Şükür və o Fazildən pulu tələb etəməyə başlamışlar. Fazil əvvəlki vaxtlarda pulu qaytarcağını deəsədə, sonradan pulu qaytarmaqdan imtina etmişdir. Şükür də buna görə Fazil barəsində Lənkəran ŞRPŞ-na ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs kürəkəni Şükürü aldadaraq onu işə düzəlməsi və qızına diplom alamaq adı ilə ümumlikdə 10500 manat pulunu alaraq ələ keçirməklə dələduzluq etmişdir. Şahid X2 ibtidai istintaqda verdiyi məhkəmədə tədqiq edilən, cinayət işinin 33-35-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, hazırda Lənkəran rayonun Separadi kəndində ailəsi ilə birlikdə yaşayır. İşləmir. Evdar qadındır. Zərərçəkmiş şəxs əridir. Onunla iki ildir ki, ailə qurmuşdur. Birgə nigahdan bir övladı vardır. Şükür fərdi əməklə məşqul olub ailəsini dolandırır. O əvvəllər məhkum ediməmişdir. Rəsmi olaraq heç yerdə işləmir. Uzun müddətdir ki, özünə iş axtarır. Təqsirləndirilən şəxs dayısı oğludur. O Tükəvilə kənd orta məktəbində Azərbaycan dili ədəbiyyat müəllimi işləyir. Onunla münasibəti həmişə yaxşı olmuşdur. Aralarınd heç bir qərəzçlikləri olmamışdır. Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs onu işə düzəltmək və onun üçün diplom alıb işlə təmin etmək adı ilə 10500 manat pul alaraq aldatmışdır. Belə ki, 2022-ci ilin may ayında əri Şükür ilə birlikdə bir kənddə yaşayan anası Şahid1 evinə qonaq getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs ora gəlmişdir. Fazil ilə söhbət əsnasında anası Mənzər Şükürün işsiz olduğunu deyərək Fazildən onun üçün iş tapmasını xahiş etmişdir. Fazildə Şükürə narahat olmamasını, onun üçün iş tapacağını demişdir. Şükür Fazildən bunun qarşılığında nə alacaqsan və iş nə olacaq deyə soruşanda, Fazil ona camaat üçün 8000 manat, sənin üçün isə 6000 manata düzəldə biləcəyini, Astara rayonunda gəmiyə, qaz idarəsinə, mühavizə idarəsinə və hərbi komisarlığa bu kimi yerlərə işə düzəldəcəyini demişdir. Şükürdə razılığını bildirmişdir. O orta məktəbi bitirdikdən sonra imtahan verib Bakı şəhərində olan kolleclərin birində illik təhsil haqqı ödəmək şərti ilə qəbul olsa da, anasının maddi imkanı olmadığı üçün təhsil ala bilməmişdir. Fazil ilə Şükür bu barədə söhbət edərkən həmin vaxt anası Mənzər Fazilə onun orta məktəbi bitirdikdən imtahan verib Bakı şəhərində kollecə qəbul osada lakin pullu olduğu üçün oxudurmağa imkanı olmadığını dedikdə, Fazil Mənzərə 4500 manata bir dəfə imtahan verməklə kolleci oxumadan hazır diplom alacağını və sonra müəlliməlik işinə düzəldə biləcəyini demişdir. Şükür Fazildən nə məüəlliməlik dedikdə Fazil onlara ibitadi sinif müəlliməsi işini demişdir. Şükürdə razılaşmışdır. Bu söhbətdən sonra 2022-ci ilin iyun ayının əvvəllərində Fazil Şükürə vəd verdiyi işlə bağlı 6000 manatını 3000 manatını ondan istədikdlərini, qalan 3000 manatı isə işə düzələndən sonra verəcəyini demişdir. Şükürdə özü üçün yığdığı 3000 manatı 2022-ci ilin iyun ayının əvvəllərində Fazilə ilə kənddə görüşüb ona vermişdir. Bir həftə sonra Fazil ondan qalan 3000 manatı tələb etdiyi üçün Şükür də bir təhər həmin pulu tapıb Fazil ilə Lənkəran şəhərində görüşüb ona vermişdir. İki həftə sonra Fazil Şükürdən onun işi üçün verəcəyi 4500 manatını istəməyə başlamışdır. Həmin ərəfədə Şükür avtomobilini satmışdır. Şükür həmin vaxt ona zəng edərək Fazilin evə gələcəyini ona puldan 3000 manatı verməyini tapşırmıdşır. Həmin gün Fazil evə gəlib 3000 manatı Fazilə həyətdə vermişdir. Sonra Fazil onun adından Təhsil Nazirliyinə işə qəbul olmaq üçün müraciət etmişdir. Hətta onu bununla bağlı keçirilən imtahanada salmışdır. Fazili onu və Şükürü inandırmaq üçün ondan kim soruşarsa Ağcəbədi kollecində oxuduğunu bildirməyini tapşırmışdır. Hətta bu barədə ona vatsap vasitəsi ilə mesajda yazmışdır. Fazil ona mesajı yazdıqdan sonra həmin mesajı silməyini tapşırmışdır. Həmin mesajı telefonunda şəklini çəkib təqdim etmişdir. Bundan başqa Fazil onun adından təhsil nazirliyinə işə qəbul olmaq üçün qeydiyytdan da kemişdir. Ona bu barədə sms gəlmişdir. O həmin SMS mətni sürətini çıxardıb izahatına əlavə etmişdir. İmthandan sonra Fazil Şüküdən qalan 1500 manatı almışdrı. Üstündən bir müddət keçəndən sonra anası Mənzər və əri Şükür Fazildən iş barədə soruşanda işin düzələcəyini az bir müddət qaldığını demişdir. Lakin heç bir işdən xəbər çıxmamışdır. Sonrakı vaxtlarda Şükür ondan işinin və ona məxsus diplomu soruşanda Fazil Şükürə narahat olmamasını tezliklə düzələcəyini desədə bir il ərzində müxtəlif bəhanlərlə onları yubatmışdır. Sonrakı vaxtlarda Fazil telefonlara cavab verməmişdir. Fazildən Şükr və anası Mənzər pulu tələb etsə də pulu verməkdən imtina etmişdir. Şükür və Mənzər Fazilə ondan şikayət edəcəyi barədə dedikdə onlara gedin nə istəyirsinizsə edin demişdir. Şükürdə buna görə məcbur olub onun barəsində şikayət etmişdir. Bildirir ki, Fazil əri Şükürdən onu işə düzəltmək və onu üçün diplom alıb işlə təmin etmək adı ilə 10500 m manat alaraq Şükürü aldatmışdır. X6 diplomu saxta yolla düzəldəcəyini soruşanda, Fazil onlara hər şeyin qanuni olduğunu, diplomun saxta olmadığını deyərək onları arxayın etmişdir. Fazil ona və əri Şükürə hər hansı bir işə düzəlməsini təsdiq edən sənəd təqdim etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Əfrayil oğlu tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs Əfrayil oğlunun etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət işinin 39-40-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlıqdan məhrumetə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 02 il 01 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin ediliş azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzası tam çəkib qurtarmışdır. Cinayət işinin 94-cü vərəqində olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs Lənkəran ŞRPŞ-na ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dələduzluq yolu ilə vurduğu 10500 manat ziyanı tam ödəmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Lənkəran Rayon Məhkəməsinin 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində biz azyaşlı uşağı olması, törətdiyi əməllərin etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməklə sonuncunun ona qarşı heç bir şikayəti olmamasını, CM 59.1.4, 59.1.13 və 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonun hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında (axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk) tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar