Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-74/2025 28.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü il tarixdə ünvan 1i ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, həmin hökm üzrə məhkumluğu ödənilməmiş, hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 2024-cü ilin dekabr ayında Lənkəran şəhərində “Qalayçılar” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,606 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 21:15 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Lənkəran rayonu Şiləvar kəndində avtomobil yolunun kənarında saxlanılaraq orada üstü yoxlanılarkən 1,606 qram çəkidə çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamin onun əynindəki gödəkcənin sağ yan cibindən sellofana bükülmüş halda aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əvvəlki məhkəmə iclaslarında verdiyi ifadələrində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Şiləvar kəndində yaşayır. Anası Şahid6 yaşadığı ev də həmin kənddədir. O, xx.xx.2024-cü il tarixdə axşamtərəfi anasının yaşadığı evə getmiş, söhbət əsnasında ona hərbi xidmətdə olan oğlunun məzuniyyət alıb evə gələcəyini demişdir. Anası yenicə təqaüd aldığını deyib öz təqaüdündən ona 200 manat pul vermişdir ki, oğlu gələndə məclis təşkil etmək üçün lazımi ərzaqları alsın. Eyni zamanda, anası evdə olan əti də məclisdə istifadə etmələri üçün ona vermişdir. Bundan sonra o, əti də götürüb anasının yaşadığı evdən çıxaraq özünə məxsus velosipedi idarə etməklə, köhnə Bakı-Astara magistral yolunun Şiləvar kəndi ərazisindən keçən hissəsində yerləşən “Panda” marketinə doğru yola düşmüşdür. “Panda” marketinə girib özü üçün siqaret almış, həmçinin kiçik oğlu Bəxtiyara zəng edərək lazımi ərzaq məhsullarını birlikdə almaları üçün onu marketin yanına çağırmışdır. Siqaret aldıqdan sonra marketdən çıxıb velosipedin yanına getmişdir. O, oğlu Bəxtiyarın yubandığını görüb öz mobil telefonu ilə ona bir daha zəng etmiş və oğlunun gələcəyi yola doğru (işıqfora tərəf) getmişdir. Təxminən, 10-15 dəqiqə sonra oğlu gəlmiş, onlar birlikdə “Panda” marketə tərəf gələrkən Lənkəran ŞRPŞ-nın üzdən tanıdığı əməkdaşları onu saxlamış və polis şöbəsinə aparacaqlarını demişlər. Bu zaman o, velosipedi və anasının verdiyi əti oğlu Bəxtiyara vermişdir. Bundan sonra polis əməkdaşları onu öz avtomobilləri ilə polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onun mobil telefonunu alıb uçuş rejiminə keçirərək özlərində saxlamış və onu narkotik vasitə ilə əlaqədar polis şöbəsinə gətirdiklərini bildirmişlər. O, üzərində hər hansı narkotik vasitə olmadığını bildirmiş, şəxsi axtarış aparılan zaman həmişə üzərində gəzdirdiyi cib bıçağını çıxarıb təqdim etmişdir. Bundan sonra Rahid adlı polis əməkdaşı gələrək onun mütləq tutulacağını demiş, onun hərəkətlərinin külli miqdarda narkotik vasitə ilə əlaqədar rəsmiləşdiriləcəyi və uzun müddət həbsdə qalacağı ilə onu qorxudaraq özlərində olan bir büküm narkotik vasitəni onun cibinə qoymuşlar. Təxminən, 45-50 dəqiqədən sonra polis əməkdaşları onu bir az əvvəl saxlanıldığı “Panda” marketinin yanına gətirərək videoçəkiliş aparmış və yenidən polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları onu ilk dəfə saxladıqları zaman onların yaxınlığında çoxlu sayda şəxslər olmuş, o, həmin şəxslərdən sərnişin daşıma fəaliyyəti ilə məşğul olan Şahid4 və Şahid5 tanımışdır. Eyni zamanda, bildirir ki, xx.xx.2024-cü il tarixdə onu ilk dəfə saxlayan polis əməkdaşları ilə sonradan onu həmin əraziyə gətirib videoçəkiliş aparmaqla üzərinə baxış keçirən polis əməkdaşları eyni şəxslər olmamışlar. Onu Şiləvar yolunda ilk dəfə saxlayanda videoçəkiliş olmadan polis şöbəsinə aparmışlar. O, üzərində narkotik vasitə olmadığını polis şöbəsində olarkən polis əməkdaşlarına da bildirmişdir, lakin orada ona demişlər ki, əgər narkotik vasitəni boynuna almasa, onu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olan şəxs kimi sənədləşdirəcəklər. Bundan sonra psixoloji təsir və təzyiq altında onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə razılaşdırıb narkotik vasitəni üzərinə qoymuşlar. Daha sonra polis əməkdaşları onu yenidən Şiləvar kəndinə “Panda” marketin yanına gətirib videoçəkiliş aparmışlar. Qeyd olunan hərəkətlər barədə protokol tərtib olunmuş və həmin protokola o özü də imza etmişdir. Lakin bir daha qeyd edir ki, polis əməkdaşları xx.xx.2024-cü il Lənkəran rayonunun Şiləvar kəndi ərazisindən keçən hissəsində “Panda” marketinin qarşısında onu saxlayarkən üzərində narkotik vasitə olmamışdır. Hazırda qeyd etdiklərini barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəməyə verdiyi izahatında, həmçinin, cinayət işinin istintaqını aparan müstəntiqə ifadə verərkən də bildirmişdir. Təqsirləndirilən şəxs sonuncu məhkəmə iclasında verdiyi ifadəsində isə göstərmişdir ki, törətdiyi cinayət əməlini könüllü etiraf edir. Qanunsuz olaraq narkotik vasitə saxladığına görə əməlindən səmimi peşman olmuşdur. Himayəsində yetkinlik yaşına çatmayan uşağı olmasını nəzərə almaqla barəsində amnistiya aktının tətbiq edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi onun özünün sonuncu məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, Lənkəran şəhər-rayon X2rşı Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Şiləvar kəndinin sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə polis şöbəsinin rəisi tərəfindən əməliyyat qrupu yaradılması barədə əmr verilmişdir. xx.xx.2024-cü il tarixli qərara əsasən o özü qrupun rəhbəri, Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri - Şahid2 və X7 isə qrupun üzvləri olaraq birlikdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlamışlar. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, həmin gün saat 21:15-də Təqsirləndirilən şəxs Lənkəran rayonun Şilavar kəndində avtomobil yolunun kənarı ilə piyada getdiyini görmüşdür. Bu zaman əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra tərəfindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyib üstünə baxış keçirləcəyini bildirmişdir. Bundan sonra yaxınlıqda olan küçədə gəldikləri avtomobilin yanına yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs əgər üzərində qanunla qadağan edilmiş hər hansı bir maddə və yaxud əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da həmin vaxt əynində olan gödəkcəsinin sağ cibindən bir ədəd sellofan bükümü, içərisində 200 manat olan pul cuzdanını və sol cibindən isə Honor markalı mobil telefonunu çıxarıdb təqdim etmişdir. Sellafan bükümə baxdıqda içərisində metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə sellofan bükümün içərisində olan metamfetaminə bənzər kütlənin çəkisi 1,68 qram olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin kütlə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Zərf DİN-nin 135 saylı möhürü ilə mühörlənmiş və üzərinə imzalar qoyulmuşdur. Təqsirləndirilən şəxs aşkar ediliş mobil telefon götürülsə də, pul onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərindən metamfetaminə bənzər maddə aşkar ediməsi ilə bağlı protokol tərtib edilərək Təqsirləndirilən şəxs özünə və iştirakçılara oxunaraq doğruluğu imzalarla təsdiq edilmişdir. Sonra bu barədə onun tərəfindən şöbə rəisinə məruzə еdilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə metamfetaminə bənzər kütlə, bir ədəd mobil telefon, bu barədə tərtib edilmiş protokol və içərisində aparılmış videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk və Təqsirləndirilən şəxs özü ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Yusif Hüseynova təqdim edilmişdir. X9 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona şübhəli şəxsin hüquq və vəzifələri izah еdilərək vəkillə təmin еdilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin qablaşdırıldığı zərfə və təqdim edilmiş bir ədəd DVD diskə baxış keçirlərkən Təqsirləndirilən şəxs üzərindən metamfetaminə bənzər maddə aşkar edilməsi faktı öz təsdiqini tapmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi metamfetaminin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs onun barəsində həbs qətimkan təbdiri seçilərkən verdiyi ifadədə üzərində narkotik vasitə olmadığı, polis şöbəsinə gətirildikdən sonra üstü yoxlanılarkən üzərində bir ədəd bıçaq aşkar edildiyi, sonra ona bir ədəd büküm təqdim edərək bunu üzərinə götürməsi, əks təqdirdə üzərinə külli miqdarda narktoik vasitə qoyulacağının deyildiyi, o da məcbur qalıb bununla razılaşaraq sonradan çəkilişin olduğu yerə aparılaraq ona verilmiş həmin bükümü çəkiliş zamanı təqdim edərək bükümün özünə məxsus olduğunu bildirdiyi barədə göstərdikləri tam yalandır. Təqsirləndirilən şəxs əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla onlar tərəfindən saxlanılaraq üzərinə baxış keçirilən zaman üzərindən bir ədəd bükümdə metamfetamin aşkar edilərək götürülmüşdür. Onun polis şöbəsinə gətirib sonradan çəkiliş aparıldığı yerə yenidən gətirilməsi kimi hər hansı hal olmamışdır. Onun üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən hər hansı bıçaq aşkar edilməmişdir. Onun üzərində axtarışı şəxsən özü keçirmişdir. Bu aparılmış videçəkilişdən görünür. Bu barədə baş təhqiqatçı Mahir Şahbazbəyli tərəfindən protokol tərtib edilmiş, onlar da protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Lənkəran şəhər-rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və X7 da Şahid1 ifadəsinin məzmununa uyğun ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid7 fadə verərək göstərdi ki, o, Lənkəran rayonu Şiləvar kəndində yaşayır. Təqsirləndirilən şəxs onun atasıdır. xx.xx.2024-cü il tarixdə axşam saat 9-a qalanda atası ona zəng vurub evə bazarlıq edib donra birlikdə evə getmələri üçün onu “Panda” marketin qarşısına şağırmışdır. O da evdən çıxıb atasının dediyi yerə gedəndə atası yenə ona zəng edib harada olduğunu soruşmuş, o da dördyol deyilən ərazidə olduğunu demişdir. O, atasının yanına çatıb marketə tərəf gedəndə atasının qarşısnda qara rəngli, AP seriyalı avtomobil saxlamış, iki nəfər avtomobildən düşüb atasını avtomobilə salıb aparmışlar. Bundan sonra o da velosipedi götürüb evə getmiş və bu barədə nənəsigilə məlumat vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid6 fadə verərək göstərdi ki, o, Lənkəran rayonu Şiləvar kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2024-cü il tarixdə axsam saat 9-a işləyəndə Bəhruz onun yaşadığı evə gəlmişdir. O, Bəhruzun həyacanlı olduğunu görüb bu barədə ondan soruşduqda Bəhruz ona demişdir ki, böyük oğlu hərbi xidmətdən evə məzuniyyətə gəlir və artıq yoldadır. O, Bəhruzdan uşağın gəlməsi münasibətilə evə ərzaq alıb-almadığını soruşmuş, Bəhruz isə hələ heç nə almadığını demişdir. O, öz pensiyasını yenicə aldığına görə həmin pensiyanı oğluna vermişdir ki, uşaq üçün nə lazımdırsa, alsın. Evdə olan əti də selofana qoyub ona vermiş, Bəhruz əti velosipedin səbətinə qoymuşdur. Bundan sonra Bəhruz velosipedlə çıxıb getmişdir. Təxminən, 20-25 dəqiqə keçəndən sonra Bəhruzun kiçik oğlu Bəxtiyar onun kürəkəni Aqilə zəng vurub demişdir ki, atasını polis şöbəsinə aparmışlar, Təxminən, axşam saat 10-da onlar polis şöbəsinə getmişlər, orada ona Bəhruzla görüşüb danışması üçün şərait yaradılmışdır. Söhbət zamanı Bəhruz ona demişdir ki, çıxıb evə getsin və ona aid bir sey yoxdur, onu bir azdan buraxarlar. O da çıxıb öz evinə getmişdir. Ertəsi gün məlum olmuşdur ki, polis əməkdaşları Bəhruzu buraxmamışlar. Onlar yenidən poli şöbəsinə getmişlər, orada Rahid adlı polis əməkdaşı Bəhruzun üzərində aşkar olunan üzük, boyunbağı, qaz və işıq kartları, həmçinin, 185 manat pulu ona təhvil vermişdir. O, oğlunun günahının nə olduğunu soruşanda ona demişlər ki, bunu müstəntiqdən öyrənə bilər. Bundan sonra o, öz evinə gəlmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, o, Lənkəran şəhərində yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. Bəhruzla hər hansı bir şəxsi ədavəti və ya qohumluq münasibəti yoxdur. O özü sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. Ərazi olaraq avtomobillə daimi dayandığı yer Lənkəran rayonu Şiləvar kəndi ərazisində yerləşən “Panda” marketin qarşısıdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində həmin marketin qarşısında olduğu zaman Bəhruzun velosipedlə marketin qarşısına gəldiyini görmüşdür. O, Bəhruzla salamlaşmış, bundan sonra Bəhruz marketə girib çıxmışdır. Bəhruz ondan 5-6 metr aralandıqdn sonra, “Şiləvar” sözü yazılan lövhənin yanında qara rəngli avtomobil dayanmış, avtomobildən düşən iki nəfər Bəhruzun yaxasından tutub saxlamışlar. Sonra Bəhruzun kiçik oğlu Bəxtiyar gəlmiş, Bəhruz velosipedi Bəxtiyara vermişdir. Bundan sonra Bəhruzu avtomobillə aparmışlar. Bəhruzu saxlayan zaman polis əməkdaşları tərəfindən orada hər hansı videoçəkiliş olmamışdır, lakin sonradan çəkilişin olub-olmamasını bilmir. Çünki o, saat 9-da idamana getdiyi üçün daha orada qalmamışdır. Ondan başqa orada Surac və “Panda” marketdə Aybəniz adlı bir qadın da olmuşdur. Bu hadisələr, təxminən 5-10 dəqiqə ərzində baş vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərdi ki, o, Lənkəran şəhərində yaşayır. Təqsirləndirilən şəxs qonşu kimi tanıyır, onunla hər hansı qohumluq əlaqəsi yoxdur. O özü sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. Ərazi olaraq avtomobillə daimi dayandığı yer Lənkəran şəhərində “Qala” adlanan ərazidir, ancaq hərdən Şiləvar kəndində öz məhəlləsində də dayanır. xx.xx.2024-cü il tarixdə, təxminən axşam saat 9-un yarısında o, “Panda” marketdə olmuşdur. Marketdən çölə çıxanda qara rəngli avtomobildən düşən iki nəfərin Bəhruzu saxladıqlarını və onu avtomobilə qoyub apardıqlarını görmüşdür. Bir uşaq da Bəhruzun velosipedini götürüb aparmışdır. Bəhruz saxlayan şəxslərin oraya gəldiyi avtomobilin seriyasından bilmişdir ki, onu saxlayanlar polis əməkdaşlarıdır. Həmin vaxtı orada videoçəkiliş olmamışdır. İş materiallarında olan, Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 Lənkəran ŞRPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportundan və Lənkəran ŞRPŞ-nin rəisinin xx.xx.2024-cü il tarixli 96/Ə417/24 nömrəli əmrindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə edib üzərində saxlaması və istifadəsi ilə bağlı məlumatların yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə Şahid1 (qrupun rəhbəri) Şahid2 və X7 (qrupun üzvləri) daxil edilmişlər. İş materiallarında olan “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları vasitəsilə zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin qeyrimümkünlüyünü nəzərə alaraq Lənkəran rayonu Şiləvar kəndi ünvanında qeydiyyatda olan, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməklə onun yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması, operativ şəkildə zəruri qabaqlayıcı tədbirlər görülmədiyi halda, Təqsirləndirilən şəxs tərəfindən özündə saxladığı narkotik vasitənin qısa müddət ərzində realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalı olduğuna görə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və ya cinayət törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə, hakimin qərarı olmadan qanunverilicikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra polis orqanına gətirilərək üzərində şəxsi axtarış aparılması, zərurət olduqda, ondan aşkar edilmiş əşyalara baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda, mövcud şəraitdən asılı olaraq "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə, qanunvericiliyə uyğun şəkildə tədbirlərin davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan, Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 Lənkəran ŞRPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli digər raportunda Təqsirləndirilən şəxs həmin gün saat 21:15 radələrində Lənkəran rayonu Şiləvar kəndi ərazisində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirildiyi qeyd edilmişdir. İş materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” adlı xx.xx.2024-cü il tarixli protokolda qeyd edilmişdir ki, həmin tarixdə saat 21:15-dən başlayaraq Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılmaqla onun üzərində şəxsi axtarış aparılarkən onun əynində olan gödəkcənin sağ yan cibindən içərisində ağ kristal şəkilli metamfetaminə bənzər kütlə olan bir ədəd şəffaf sellofan bükülü içərisində 200 manat olan bir ədəd pulqabı, gödəkcənin sol yan cibindən isə bir ədəd “HONOR” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində narkotik vasitə olan metamfetamin olduğunu bildirmişdir. Aşkar edilmiş kütlə Təqsirləndirilən şəxs özünün iştirakı ilə elektron tərəzidə çəkilərək çəkisinin 1,68 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefonda iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatların olması ehtimal olunduğundan götürülmüş, içərisində 200 manat pul olan pulqabı onun özünə qaytarılmışdır. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü də protokola imza etmişdir. İş materiallarının 21-ci səhifəsində olan, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” adlı xx.xx.2024-cü il tarixli protokola əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparıldığına dair sübut növü kimi ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim edilmiş bir ədəd CD diskə məhkəmə iclas zalında olan texniki vasitələrdən istifadə edilməklə, cinayət prosesi tərəflərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı diskdə olan görüntülərin həmin protokoldakı qeydlərə uyğun olduğu müəyyən edilmişdir. İş materiallarının 21-ci səhifəsində olan, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” adlı xx.xx.2024-cü il tarixli protokola əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparıldığına dair sübut növü kimi ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim edilmiş digər DVD diskə də məhkəmə iclas zalında olan texniki vasitələrdən istifadə edilməklə, cinayət prosesi tərəflərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin diskdə olan videogörüntülərdən Təqsirləndirilən şəxs yol ilə piyada getdiyi və bu zaman onunla qarşı-qarşıya gələn, mülki geyimdə olan iki nəfər tərəfindən saxlanıldığı müəyyən edilir. Həmin diskə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması və onun üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinə dair videogörüntülərdə təqsirləndirilən şəxsin polis əməkdaşları ilə rastlaşdığı anda və bundan sonrakı məqamlarda müşahidə olunan fərdi-psixi emosional vəziyyətinin qarşılaşdığı hadisənin məzmununa uyğun olması şübhə doğurduğu üçün onun həmin məqamlarda müşahidə olunan fərdi-psixi emosional vəziyyətinin qarşılaşdığı hadisənin məzmununa uyğun olub-olmadığını, emosional vəziyyətinin həmin zaman aldığı informasiyanın məzmununa adekvat olubolmadığını, bu zaman onun emosional halında ekstremal dəyişikliklər müşahidə olunubolunmadığını müəyyən etmək məqsədi ilə məhkəmənin müvafiq qərarına əsasən iş üzrə məhkəmə-psixoloji ekspertiza təyin edilmişdir. Məhkəmə-psixoloji ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli 11/520 nömrəli rəydə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində ünsiyyətcillik, narahatlıq kimi əlamətlər müəyyən olunur. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsysiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müəyyən olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə verdiyi ifadənin məzmununu anlamaq və qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları ilə qarşılaşdığı anda və bundan sonra videoçəkilişlə şəxsi axtarış aparılan zaman onun emosional vəziyyəti həmin zaman aldığı informasiyanın məzmununa adekvat olmuş və bu zaman onun emosional halında hər hansı ekstremal dəyişiklik baş verməmişdir. xx.xx.2024-cü il tarixdə videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs başqa şəxsin psixoloji təsiri (hədə-qorxu, şantaj, təhdid, manipulyasiya) və təlqin əlamətləri müşahidə olunmur. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.) Məhkəmə-psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli 11/520 nömrəli rəyin nəticə hissəsinə aydınlıq gətirilməsi üçün həmin rəyi vermiş ekspert Nigar İbrahimova ilə məhkəmə prosesinin gedişində audio-video əlaqə yaradılmışdır. Həmin rəylə bağlı proses iştirakçılarının və məhkəmənin suallarına cavab olaraq ekspert qeyd etmişdir ki, ekspertizaya təqdim olunmuş DVD disklərdə olan görüntülərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları ilə qarşılaşdığı anda və bundan sonra videoçəkilişlə şəxsi axtarış aparılan zaman onun emosional vəziyyətində hər hansı ekstremal dəyişikliyin baş verməməsi müəyyən edilir. Həmin şəxs polis əməkdaşları ilə rastlaşdığı anda aldığı informasiyadan sonra onun bu informasiyaya reaksiyasında qorxu, həyəcan və sair hallar nəzərə çarpmır. Həmin şəxsin polis əməkdaşlarından aldığı informasiyanın məzmununa polis əməkdaşları ilə qarşılaşana qədər artıq hazır olduğu hiss olunur. Eyni zamanda, məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi məhkəməyə vəsatətlə müraciət edərək xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması zamanı əməliyyatda iştirak edən, Lənkəran ŞRPŞ-nin əməkdaşları X7, Şahid1 və Şahid2, həmçinin, təqsirləndirilən şəxsin özü və oğlu Şahid7 istifadələrində olan mobil telefon nömrələrinin xx.xx.2024-cü il tarixdə saat 20:00-dan 22:00-dək aid olan anten dairələrinin müəyyən edilməsi üçün mobil operatorlara müvafiq sorğu göndərilməsini xahiş etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında Lənkəran ŞRPŞ-nin əməkdaşları X4 istifadəsində olan (050) 737-09- 39, Şahid1 istifadəsində olan (070) ***-**-** və (050) 865-39-68, Şahid2 istifadəsində olan (051) 356-44-44, həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan (070) ***-**-** və Şahid7 istifadəsində olan (050) ***-**-** mobil telefon nömrələrinin xx.xx.2024-cü il tarixdə saat 20:00dan 22:00-dək hansı anten dairələrində olması barədə məlumatların müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar əsasında əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, Şahid2 (əməliyyat qrupunun üzvü) istifadəsində olan (051) ***-**-** mobil telefon nömrəsi xx.xx.2024-cü il tarixdə saat 21:27-də və saat 21:32-də (cəmi 2 dəfə) “Lenkaran rayonu” adlandırılan anten dairəsinin əhatəsində, Şahid7 (təqsirləndirilən şəxsin oğlu) istifadəsində olan (050) ***-**-** mobil telefon nömrəsi isə həmin tarixdə saat 20:00-dan 21:49-dək olan dövr ərzində saat 20:13-də “Lenkeran sheheri” adlandırılan anten dairəsinin əhatəsində, saat 20:00-da, saat 21:49-da, saat 21:49-da (təkrar), saat 21:50-də və saat 21:56-da (cəmi 6 dəfə) “Lenkeran-Shilavar yolu” adlandırılan anten dairəsinin əhatəsində istifadə olunmuşdur. Digər mobil telefon nömrələri ilə bağlı məlumatlar aşkar olunmamışdır. Eyni zamanda, hazırki cinayət işi üzrə məhkəmə araşdırması zərurəti ilə əlaqədar Lənkəran ŞRPŞ-nə sorğu göndərilərək Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işinin başlanılıb-başlanılmaması və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən qeydiyyata alınıb-alınmaması barədə məlumat verilməsi, qeydiyyata alındığı halda, əməliyyat-qeydiyyat işinin və bu işlə əlaqədar tərtib edilmiş protokolun və ya digər sənədin müvafiq qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim ediməsi tələb edilmişdir. Həmin sorğuya cavab olaraq Lənkəran ŞRPŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində əldə edilmiş cinayət və əməliyyat xarakterli məlumatlar, müəyyən olunmuş hallar nəticəsində cinayət işinin başlanması üçün kifayət qədər səbəb və əsaslar olduğuna görə əməliyyat-qeydiyyat işi açılmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X3 regional bölməsinin məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2024-cü il tarixli 19/795 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkarlanmış bir ədəd bükümdə metamfetaminə bənzər kütlə...” sözləri və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,606 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Tədqiqat obyektinin 0,05 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 1,556 qram olan maddə qalığı bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir). İş materiallarında olan, şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli qərarda və həmin tarixli protokolda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:15-də polis əməkdaşları tərəfindən saxlanılmış və həmin gün saat 21:55-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 4(049)-184/2024 nömrəli qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2024-cü il tarixdə saat 21:15-dən hesablanmışdır. Qeyd olunan qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs onun barəsində “həbs” qətimkan tədbiri seçilməsi ilə bağlı xx.xx.2024-cü tarixli məhkəmə iclasında bildirmişdir ki, polis əməkdaşları onu Lənkəran ŞRPŞ-yə apararaq orada ona bir büküm pisxotrop maddə metamfetamin vermiş, o da Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə deyil, qeyd olunan Məcəllənin 234.1-ci maddəsi ilə ittiham ediləcəyi təqdirdə həmin bükümü öz üzərinə götürməyə razılaşmış, polis işçiləri onu ilk dəfə saxlanıldığı yerə gətirmiş və videoçəkilişlə üstü yoxlanılmış, o da psixotrop maddə metamfetamini videoçəkiliş zamanı təqdim etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq və təsirlər göstərilməsə də, psixoloji təzyiq nəticəsində məcbur qalaraq həmin bükümü öz üzərinə götürməyə məcbur olmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Baş Prokurorluğunun xidməti araşdırmalar idarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs polis əməkdaşlar tərəfindən psixoloji təsir və təzyiqlərə məruz qalması, bədəni üzərində xəsarətlərin aşkar edilməsi barədə məlumatlar əsasında araşdırma aparılmış, qeyd olunan xüsusatlar öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmiş və bu səbəbdən toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan, Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi X1 qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 1,556 qram çəkidə olan hissəsi maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Maddi sübutun götürülməsi və şəxsi axtarış zamanı videoçəkiliş aparıldığına dair 2 ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə aid anten məlumatların əks olunduğu 1 ədəd CD disk maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən psixoloji təsir və təzyiqlərə məruz qalması xüsusatları üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli ləğv edilməmiş qərarın olduğu nəzərə alınmışdır. İş materiallarında olan, Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli 129 nömrəli rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji Xəstəxanasında 2024-cü ildən “Polinarkomaniya” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan, Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli 103 nömrəli arayışından müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökm üzrə xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 ay 13 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, hazırki cinayət əməli törədilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilməmişdir. İş materiallarında olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1171 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində sağ bazu və hər iki said nahiyəsində sıyrıqlar-cızıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti kənarlı və ya uclu alətin təsirindən törənmişlər, müddəti müayinədən 9-11 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Qədirov X6 rayonu Şiləvar kəndi ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birgə yaşayır, evlidir, onun himayəsində 2009-cu il təvəllüdlü Şahid7 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır, digər uşağı isə yetkinlik yaşına çatmışdır. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə nümayəndəliyə heç bir ərizə və ya şikayət daxil olmamışdır və o, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərə aid deyildir. Onun öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olduğundan həmin Qərarın 1.16-cı bəndində göstərilən şəxslərin dairəsindədir və hazırda məhkəməyə onun barəsində amnistiya aktının tətbiq edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə vəsatət vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddələrinin məzmununa görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə iş üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 1,556 qram çəkidə psixotrop maddə metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - ibtidai araşdırma orqanı tərəfindən sübut növü kimi məhkəməyə təqdim edilmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman videoçəkiliş aparıldığına dair 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparıldığına dair 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə aid anten məlumatların əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə cəmi 165 manat ekspertiza xərci qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321.2.1, 346, 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə, cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri xitam olunsun. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 1,556 qram çəkidə psixotrop maddə metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - ibtidai araşdırma orqanı tərəfindən sübut növü kimi məhkəməyə təqdim edilmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman videoçəkiliş aparıldığına dair 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparıldığına dair 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə aid anten məlumatların əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə cəmi 165 manat ekspertiza xərci qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 gün müddətində həmin qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(049)-74/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-74/2025
28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver