Məhkəmə qərarları › İş №1(049)-75/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-75/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-75/2024 07.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1982-ci ildə Lənkəran rayonu, Ləj kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “Dost" iş mərkəzində fəhlə işləyən, xx.xx.2021-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərarına əsasən “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış. 13 avqust 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş. məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Ləj kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə elmiş, saxlamış və daşımışdır. Belə ki, o, 09 iyul 2023-cü il tarixdə Lənkəran rayonu Ləj kəndi ərazisində, satış məqsədi olmadan, qanunsuz olaraq, məlum olmayan mənbədən öz istifadəsi üçün, xeyli miqdarda 01 ədəd kibrit qulusunda təmiz çəkisi 8.314 qram olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək, üzərində saxlamaqla daşımış və 11 iyul 2023-cü il tarixdə, saat 10:30 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı, Lənkəran rayonu, Ləj kəndində "Ləj" icra nümayəndəliyinin yaxınlığında küçədə, piyada hərəkətdə olarkən saxlanılaraq Lənkəran şəhəri Paşa Təhməzov 8 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin inzibati binasına gətirildikdən sonra 11 iyul 2023-cü il tarixdə, saat 12:00 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 8,314 qram narkotik vasitə qurudulmuş marixuana əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Lənkəran rayonu Ləj kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2 övladı var. “Dost” mərkəzində fəhlə işləyir. O əvvəllər narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Lakin son iki ildir ki, narkotik vasitə və psixotrop maddə qəbul etmir. Əvvəllər narkotik vasitə və psixotrop maddə istifadə etdiyi üçün 2021-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə həbs olunmuş və məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Ona elektron nəzarət cihazı tətbiq edilmişdir. 2023-cü ilin avqust ayında ona tətbiq edilmiş azadlığın məhdudlaşdırılması cəzası bitmişdir. Belə ki, 11 iyul 2023-cü il tarixdə saat 10 radələrində Lənkəran rayonu Ləj kəndində icra nümayəndəliyində işdə olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşaraq qollarından tutub özlərinin polis əməkdaşı olduqlarını bildirib üzərində narkotik vasitə olması şübhəsinə görə onu Lənkəran şəhərində yerləşən narkotiklərlə mübarizə idarəsinin X5 polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona bildirmişlər ki, ondan çoxlu şikayət var, ona görə də, tutulmalıdır. O saxlanılan zaman üzərimdə heç bir narkotik vasitə olmamışdır. Ona bildirmişlər ki, əgər onların təqdim eldiyi bir kibrit qutusunda marixuananı götürməsə onu qara maskalıların yanına göndərəcəklər və daha çox narkotik vasitə ilə həbs edəcəklər. O buna razılaşmadığına görə ona fiziki zor tətbiq edərək hətta onu döymüşlər. O da, məcbur qalıb polislərin təqdim etdikləri bir ədəd kibrit qutusunda narkotik vasitə marixuananı özününkü kimi götürüb şalvarının sağ yan cibinə qoymuş və şəxsi axtarış zamanı da, polisin ona əvvəlcədən öyrətdiyi sözləri bildirmiş, narkotik vasitəni özününkü kimi, 2 gün əvvəl kənddə yol kənarında tapdığını və istifadəsi üçün üzərimdə saxladığını bildirmişdir. O saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitə onun üzərinə regional polis şöbəsində əməkdaşlar tərəfindən məcbur qoyulmuşdur. Üzərinə hansı polis əməkdaşının narkotik vasitə qoyduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbənin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 iyul 2023-cü il tarixdə Lənkəran rayonu Ləj kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat əldə etmişdir. Bu məqsədlə əməliyyat qrupu yaradılmış, o, CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 11 iyul 2023-cü il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Ləj kəndində yerləşən “Ləj icra nümayəndəliyin” binasının yaxınlığında küçədə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs İslanı oğluna yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələrin üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs regional şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz elməmiş və bu səbəbdən də, onu avtomobillə CBRŞ- nə gəlirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunu, 1 ədəd elektron nəzarət cihazını və 15 manat pulu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusuna baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkarlanmışdır. Həmin marixuanaya bənzər küllə bir zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kibrit qutusunda olan kütlə qurudulmuş marixuanadır, iki gün əvvəl yaşadığı kənddə yol kənarında taparaq istifadə etmək məqsədilə üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsində polis nəfəri vəzifəsində işləyir. 11 iyul 2023-cü il tarixdə Lənkəran rayonu Ləj kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə yaradılmış əməliyyat qrupunda o, da iştirak etmişdir. Əməliyyat qrupuna CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid2 daxil olmaqla şöbənin əməliyyat müvəkkili Şahid1 rəhbərlik etmişdir. 11 iyul 2023-cü il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Ləj kəndində yerləşən “Ləj icra nümayəndəliyin” binasının yaxınlığında küçədə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs İslanı oğluna yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələrin üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs regional şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz elməmiş və bu səbəbdən də, onu avtomobillə CBRŞ- nə gəlirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunu, 1 ədəd elektron nəzarət cihazını və 15 manat pulu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusuna baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkarlanmış və həmin marixuanaya bənzər küllə bir zərlə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kibrit qutusunda olan kütlə qurudulmuş marixuanadır, iki gün əvvəl yaşadığı kənddə yol kənarında taparaq istifadə etmək məqsədilə üzərində saxlamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla araşdırılmış Şahid2 cinayət işinin 108- 110-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, 11 iyul 2023-cü il tarixdə, saat 10:30da Təqsirləndirilən şəxs Lənkəran rayonu Ləj kəndində yerləşən “Ləj icra nümayəndəliyin” binasının yaxınlığında küçədə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs İslanı oğluna yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələrin üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs regional şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz elməmiş və bu səbəbdən də, onu avtomobillə CBRŞnə gəlirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunu, 1 ədəd elektron nəzarət cihazını və 15 manat pulu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusuna baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkarlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa heçnə aşkarlanmamışdır. Daha sonra həmin marixuanaya bənzər küllə bir zərlə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kibrit qutusunda olan kütlə qurudulmuş marixuanadır, iki gün əvvəl yaşadığı kənddə yol kənarında taparaq istifadə etmək məqsədilə üzərində saxlamışdır. Cinayət işinin 28-30-cu vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış 11 iyul 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda içərisində narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim elmişdir. Həmin 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananın çəkisi 10 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı tutulduğu gündən iki gün əvvəl yaşadığı kənddə yol kənarında taparaq istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin 42-44-cü vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış məhkəmə-bioloji ekspertizasının 11 iyul 2023-cü il tarixli, 19/715 saylı rəyindən görünür ki. tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi-8,314 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra 8.264 qram qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Cinayət işinin 74-cü vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 11 iyul 2023-cü il tarixli, 726 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı X2 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin 79-cu vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış 13 iyul 2023-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, X1 götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 8.264 qram nasrkotik vasitə qurdulmuş marixuana, eləcə də şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmış 01 ədəd DVD disk iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və narkotik vasitə olan marixuana saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X4 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmənin keçirilməsi barədə protokolla və digər sənədlərlə təkzib olunur. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, polis əməkdaşları tərəfindən döyülməsinə və hədə-qorxu ilə sənədlərə imza etməsinə dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. İlk öncə məhkəmə qeyd edir ki, məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsin şəxsi axtarışı zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Bunlardan başqa, cinayət işinin 75-76-cı vərəqlərində olan məhkəmə tibbi ekspertizasının 11 iyul 2023-cü il tarixli, 675 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs oğunun bədəni üzərində hər hansı bir xəsarət izi yoxdur. Eləcə də, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin tutulması zamanı iştirak etmiş polis əməkdaşları tərəflərin iştirakı ilə dindirilərək təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi zor tətbiq etmədiyini bildirmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Prokurorluğunun 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs psixiki və fiziki zora məruz qalması ilə bağlı cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Göstərilənlərə əsasən, habelə təqsirləndirilən şəxsin 11 iyul 2023-cü il tarixdə tutulmasını və həmin gün ərzində tibbi ekspertizadan keçirilməsini və həmin ekspertiza rəyinə əsasən bədəni üzərində xəsarət aşkar edilməməsini, eləcə də həmin xüsusatla bağlı şahid ifadələrini, nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 21 noyabr 2023-cü il tarixdə edilmil dəyişliyə əsasən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahının İ siyahının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaın təmiz çəkisi 8.314 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət işinin 12-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə, saat 10.30-da saxlanılmış, həmin gün 11.30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 69-71-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 4(049)-204/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Cinayət işinin 72-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 122-124-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 01 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmişdir. Cinayət işinin 127-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 22 dekabr 2023-cü il tarixli “axtarışda olan şəxsin istintaqa könüllü gəlməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəlmişdir. Cinayət 90-98-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamən, hökm, qərar və Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavadov X3 Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu müddəi Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəli olaraq 02 (iki) il 1 1 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs barəsində olan hökm Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş və cəzası xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində ”8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək Lənkəran Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının sonu xx.xx.2023-cü il tarixə hesablanmışdır. Cinayət işinin 81-84-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış, şəhadətnamələr və xasiyyətnamədən görünür ki, Cavadov X3 rayonu, Ləj kəndində arvadı, xx.xx.2003-cü il təvəllüdlü qızı və xx.xx.2006-cı il təvəllüdlü oğlu ilə birlikə yaşayır və yaşadığı müddətdə qonşularla mübasibəti yaxşı olmuş, kəndin ictiami işlərində daim fəallıq göstərmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları-hazıda işləməklə ailəsinə maddi yardım etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olması və xüsusilə özünə tənqidi münasibəti olmaqla narkomaniyadan məsburi müalicəyə ehtiyacı olmamasını, habelə əldə olunmuş narkotik vasitənin miqdarını, cinayət məsuliyyəti yaradan miqdardan az miqdarda artıq olmasını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə, eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özü və ailəsi ilə məhrumiyyətlər yaratmaqla yanaşı, iş üzrə müəyyən olunmuş cəzanın yüngülləşdirən halların nəzərə alınmaması ilə nəticələnə bilər. Məhkəmə, bu qənaətə gələrkən təqsirləndirilən şəxsin ailə vəziyyətini, eləcə də artıq narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamasına dair ekspert rəyini əsas götürmüşdür. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il, saat 10.30-dan 12 iyul 2023-cü il, saat 12.30-dak tutulduğu 2 (iki) gün müddətin hər günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ümumi müddət onun cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞdə saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış, ümumi çəkisi 8.264 qram qalıq çəkisi olan narkotik vasitə qudurulmuş marixuana CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk CPM-nin 132.1-ci maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarının dəyəri 65 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə-narkoloji ekspertizasının məhkəmə-narkoloji ekspertizasının 11 iyul 2023cü il tarixli, 726 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdən 12 iyul 2023-cü il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 8.264 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar