Məhkəmə qərarları › İş №1(049)-75/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-75/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-75/2025 11.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11:50 Lənkəran Rayon Məhkəməsinin hakimi: Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs Qəribalı qızının iştirakları ilə, xx.xx.1986-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 14 gün cəzadan vaxtın əvvəl şərti azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddətinin başa çatması ilə qeydiyyat çıxarılmış, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Sütəmurdov kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evinin mətbəxində arvadı Zərərçəkmiş şəxs Qəribalı qızı ilə ailə məişət münasibətləri zəminində, yəni sonuncunun ona xəbər vermədən evdən çıxıb getməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs dodaq nahiyyəsinə qəsdən yumruqla vurmaqla – alt dodaq nahiyyəsinə əzilmiş yaradan ibarət xəsarət yetirməklə Zərərçəkmiş şəxs Qəribalı qızının sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuşdur. Fərdi əməklə məşğul olaraq ailəsinin dolanışığını təmin etməyə çalışır. Heç kimlə şəxsi ədavəti və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs Qəribalı qızı onun arvadıdır. Günellə o, 2007-ci ildə ailə həyatı qurmuş və onların həmin nigahdan 2 övladları olmuşdur. Zərərçəkmiş şəxs Qəribalı qızı ilə onun arasında münasibətlər həmişə yaxşı olmuşdur. Lakin son zamanlar Zərərçəkmiş şəxs Qəribalı qızı onun tapşırıqlarına əməl etmir. xx.xx.2025-ci il tarixdə günorta saatlarında ona xəbər vermədən yaşadığı evdən çıxıb getmiş və təxminən saat 14 radərərində yaşadığı evə geri qayıtıqda o, Güneldən ondan xəbərsiz niyə evdən çıxıb getiyini soruşmuşdur. Zərərçəkmiş şəxs Qəribalı qızı isə kobud şəkildə evə bazarlıq etmək üçün çıxdığını bildirdikdə o, əsəbləşib yumruqla Zərərçəkmiş şəxs Qəribalı qızının dodaq nahiyyəsinə bir zərbə vurmuşdur. Daha sonra öz otağına keçmişdir. Onlar arasında olan münaqişə 2-3 dəqiqə davam etmiş və münaqişə zamanı orada kənar şəxs olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışaraq, ona dəymiş ziyanı ödəmişdir. Barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Qəribalı qızı izahatında bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir. Asim o, 17 ildir ki, ailə həyatı qurmuş və onların həmin nigahdan 2 övladı olmuşdur. Təqsirləndirilən şəxslə evləndikləri vaxtan bəri münasibətləri yaxşı olmamışdır. Buna əsas səbəb Asimin həddindən artıq qısqanc olmasıdır. xx.xx.2025-ci il tarixdə günorta saatlarında evə əşya almaq üçün yaşadığı evdən çıxmış və saat 14 radələrində yaşadığı evə geri qayıtdıqda Təqsirləndirilən şəxs ona evdən xəbərsiz niyə getdiyini bildirmişdir. O, da Asimə evə bazarlıq etmək üçün getiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxslə aralarında münaqişə yaranmış və münaqişə zamanı Təqsirləndirilən şəxs yumruqla onun dodaq nahiyyəsinə bir zərbə vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs öz otağına keçmişdir. Onlar arasında olan münaqişə 2-3 dəqiqə davam etmiş və münaqişə münaqişə zamanı orada kənar şəxs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişdir, ona dəymiş ziyan ödənilmişdir və Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evinin mətbəxində baş vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 112 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Qəribalı qızının bədəni üzərində-alt dodaq nahiyyəsində əzilmiş yaradan ibarət aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qisa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2014-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 , 234.4.1, 234.4.3, 66.3 və 93.1.1-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs məhkimluğu ödənilməmişdir. İş materiallarında olan Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli 153 saylı İş materiallarında olan məlum olur ki, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəfiyev X2 Rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Qəribalı qızı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2 və 300.1.7 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar