Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-76/2023 10.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Lənkəran rayonu, Alxovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının 04 ay 28 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 fevral 2023-cü il tarixdə, saat 15:55-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının ortalarında Lənkəran rayonunda istintaqla dəqiq müəyyən edilməyən vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 04 (dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,287 qram, -0,359 qram, -0,301 qram, -0, 303 qram, ümumi təmiz çəkisi -1,25 qram ağ rəngli, kristal formada olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 20 sentyabr 2022-ci il tarixdə, saat 19:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindəki siqaret qutusunun içərisindən həmin bükümdə və çəkidə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 20 sentyabr 2022-ci il tarixdə Lənkəran şəhəri, Kiçik Bazar adlanan ərazidə, sellofan kəsiyində şüşə deyilən dörd bükümdə metamfetamin tapmış, öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün, axşam vaxtı Lənkəran şəhərində polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Orada üzərinə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və baxış zamanı əynindəki şalvarın cibindən dörd ədəd metamfetamin bükümünü təqdim etmişdir. Polis əməkdaşlarının sorğu-sualı zamanı bildirmişdir ki, metamfetamin ona məxsusdur və onu saxlanıldığı gün Lənkəran şəhərində yerləşən Kiçik Bazar deyilən ərazidən tapmışdır. Xəstə olduğunu nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs etdiyi cinayət əməli özünün etirafı ilə yanaşı məhkəmə istintaqında digər sübutlarla da təsdiq olunmuşdur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin polis nəfəri Şahid2 göstərmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə axşam saat 19 radələrində Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və X2 ilə birlikdə keçirilən əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs küçədə saxlayaraq polis şöbəsinə gətirmişlər. Orada onun üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən 04 ədəd sellofana bükülmüş metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr psixotrop maddə metamfetamindir. Həmin bükümləri Lənkəran şəhəri, Kiçik Bazar ərazisində yerdən tapmışdır, özü həmin kütlələrdən istifadə edir, həmçinin həmin kütlələrdən satmaq məqsədi olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində şahid Lənkəran RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, Şahid1 lazımi qaydad məlumat verilsə də, o, üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş şahid, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Göyşaban kənd sakini Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı icraatına daxil olmuş, daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlanıldıqdan sonra raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü imiş, onla birlikdə əməliyyat müvəkkilli X2 və polis nəfəri Şahid2 tədbirin keçirilməsində iştirak etmişlər. 20 sentyabr 2022-ci il tarixdə axşam saat 19 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsində olarkən saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə xidməti otaqlarının birində təhqiqatçı Fəhmin Nüsrətzadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına Müdafiəçi dəvət edilmişdir. Bundan sonra videoçəkiliş vasitəsiylə və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 04 ədəd sellofana bükülmüş kütlələr təqdim etmiş, həmin bükümlərin içərisinə baxış keçirildikdə içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş dörd ədəd bükümdə olan metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Psixotrop maddə metamfetaminə bənzər bükümlərin çəkisinin 1,52 qram olması müəyyən edilmiş və həmin bükümlər ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə apardığımız şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr psixotrop maddə metamfetamindir. Həmin bükümləri Lənkəran şəhəri, Kiçik Bazar ərazisində yerdən tapmışdır, özü həmin kütlələrdən istifadə edir, həmçinin həmin kütlələrdən satmaq məqsədi olmamışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs da heç bir təzyiq altında olmadan protokola imza etmişdir. Təqsirləndirilən şəxs onunla keçirilən şifahi sorğu zamanı üzərindən aşkar edilmiş metamfetamini Lənkəran şəhəri, Kiçik Bazar ərazisində yerdən tapdığını bildirsə də onun metamfetamini əldə etdiyi mənbə barədə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin həmin mənbəni müəyyən etmək mümkün olmamışdır. İşdə olan 20 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindəki şalvarın sağ yan cibindən 04 ədəd bükümlərdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Psixotrop maddə metamfetaminə bənzər bükümlərin çəkisi 1,52 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr psixotrop maddə metamfetamindir. Həmin bükümləri Lənkəran şəhəri, Kiçik Bazar ərazisində yerdən tapmışdır, özü həmin kütlələrdən istifadə edir. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 19/996 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus 4 ədəd bükümlər.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,287 qram, -0,359 qram, -0,301 qram, -0,303 qram, ümumi təmiz çəkisi -1,250 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqatdan sonra metamfetaminin qalığı 1,050 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 990 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniya məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan xasiyyətnamədən görünür ki, təqsirləndirlən şəxs ilə əlaqədar inzibati ərazi dairəsinə şikayət daxil olmamışdır. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirkar şəxsin islah olunmasına və ailəsinin həyait şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və əvvəllər bir dəfə narkotik vasitələrin qəbulu ilə əlaqədar məhkum olunmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayəti etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 ay 28 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cəzasının əvvəli xx.xx.2019-cu il tarixdə başlayır, sonu xx.xx.2022-ci il tarixdə bitir. Beləliklə, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini xx.xx.2022-ci il tarixdə, yəni cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 08 il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli ağır cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələri ilə təyin olunmuş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməlidir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki məhkəmə hökmü ilə təyin ediləcək cəzasına Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 04 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməlidir. Belə ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən toksikomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 1,050 qram olan psixotrop maddə-metamfetamin, hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan CD disk isə iş materiallarına saxlanılmalıdir. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərci - 60 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 28 gün müddətin şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilən 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 04 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs toksikomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ saxlanılan qalıq çəkisi 1,050 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan CD disk isə iş materiallarına saxlanılsın. Təqsirləndirilən şəxs 60 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-76/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-76/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver