Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-76/2024 04.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Lənkəran rayonu Liman şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lənkəran Rayon Məhkəməsinin 1(049)- 69/2020 №-li, xx.xx.2020-ci il tarixli hökmünə əsasən CMnin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(001)-44/2023 №-li qərarına əsasən cəzasının çəkilməmiş qalan 4 ay 15 günündən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2023-cü ildə şərti məhkum etməsi bitdiyindən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu, Liman şəhəri M.Müşfiq küçəsi ev 77-də qeydiyyatda olmaqla yaşamış, xx.xx.2023-cü il tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, daha sonra barəsində olan başqa cinayət işi üzrə Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə hərəkət edərək 24 iyul 2023-cü il tarixdə saat 01 radələrində Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs kirayədə yaşadığı yaşayış sahəsi hesab edilən evin pəncərəsini açmaqla qanunsuz olaraq evə daxil olub evin yataq otağında yerləşən şkafda olan qiyməti 500 manat olan qızıl boyunbağı, qiyməti 300 manat olan qızıl bilərzik, hər birinin qiyməti 300 manat cəmi qiyməti 600 manat olan 02 ədəd qızıl üzük, hər birinin qiyməti 300 manat cəmi qiyməti 600 manat olan 02 cüt qızıl sırğa, qiyməti 500 manat olan iphone markalı qulaqcıq və 100 manat nağd pul olmaqla zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs ümumilikdə 2600 (iki min altı yüz) manat qiymətində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus olan kirayədə yaşadığı evdən xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsini özü törətmişdir. Rəsmi olaraq heç yerdə işləmir və fəhləlik etməklə gəlir əldə edir. İş tapa bilmədiyindən pula ehtiyacı yaranmışdır. Belə ki, siqaret çəkən olduğu üçün gündəlik siqaret almağa və digər şəxsi xərclərini ödəmək üçün pula ehtiyacı yaranmışdır. Məhz buna görə də Nərimanabad qəsəbəsində yerləşən sözügedən evdən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 23 iyul 2023-cü il tarixdən 24 iyul 2023cü il tarixə keçən gecə saat təxminən 01 radələrində həmin evdə işıqların yanmadığını görmüş və həmin evə girirb oğurluq etmək qərarına gəlmişdir. Daha sonra ətrafda heç kimin olmamasına əmin olduqdan sonra evin həyətinə girib həmin evin koridorunda yerləşən pəncərəsinə yaxınlaşmış və pencərəyə fiziki güc göstərərək onu açmışdır. Daha sonra pəncərədən evin koridoruna daxil olmuş, evin mətbəxinə daxil olub oradan yataq otağına keçmiş və yataq otağına daxil olduqdan sonra oranı axtarmağa başlamışdır. Otağı axtararkən orada olan şkafın siyirməsindən qızıl-zinət əşyalarının olduğunu görmüşdür. Belə ki, həmin siyirmədə, 01 ədəd qızıl boyunbağı, 02 ədəd qızıl üzük, 02 cüt qızıl sırğa, 01 ədəd qızıl bilərzik, 01 ədəd iphone markalı qulaqcıq və 100 manat nağd pul olduğunu görmüşdür. Bundan sonra o, həmin qızıl-zinət əşyalarını, qulaqcığı və 100 manat pulu götürərək həmin evi girdiyi pəncərədən çıxaraq tərk etmişdir. Sözü gedən 100 manat pulla taksiyə minərək Bakı şəhərinə getmiş və oğurladığı qızıl-zinət əşyalarını Bakıda tanımadığı qızıl alan şəxsə dəyər-dəyməzinə satmışdır. Əldə etdiyi pulla bir neçə ay Bakı şəhərində qalmış və həmin pulları xərcləmişdir. Oğurladığı qulaqcığı bir müddət işlətdikdən sonra xarab oğduğundan dənizə atmışdır. Törətdiyi oğurluq hadisəsindən bir neçə müddət keçmişdi ki, Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları onu bölməyə dəvət etmişlər. O, polis bölməsinə gəldikdən sonra burada törətdiyi oğurluq hadisəsini könüllü etiraf etmiş və Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən evdəki oğurluğu o, tək törətmişdir. Polis bölməsində ona qarşı heç bir psixi, fiziki təsir olmamışdır. Törətdiyi oğurluq əməlindən peşimandır. xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evdə törətdiyi oğurluq əməlindən başqa cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, əməlindən peşimandır. Ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində kirayədə qaldığı evdə ailəsi ilə bərabər yaşayır. Evlidir, övladı yoxdur. Heç kimlə ədavət və düşmənçiliyi yoxdur. Azərbaycan Respublikası DSX-nin X2 sahil Nəzarəti bölməsinin rəisi vəzifəsində işləyir. Bununla bağlı olaraq arvadı X4 ilə birlikdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində Zeynəb adlı qadına məxsus fərdi yaşayış evində kirayədə yaşayır. X4 ilə xx.xx.2023-cü il tarixdə ailə həyatı qurmuşdur və xx.xx.2023-cü il tarixdən etibarən arvadı X4 ilə birlikdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən Zeynəb adlı şəxsə məxsus həmin evdə kirayə yaşamağa başlamışdır. O, günün müxtəlif vaxtlarında işdə olsa da arvadı Elnarə həmişə evdə olur. Lakin müxtəlif günlərdə axşam saatlarında arvadı Elnarə ilə birlikdə Lənkəran şəhərinə gəzməyə çıxırlar və həmin vaxt evdə heç kim olmur. X6 məxsus 01 ədəd qızıl boyunbağı, 02 ədəd qızıl üzük, 02 cüt qızıl sırğa, 01 ədədə qızıl qolbaq Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən kirayə yaşadığı evin yataq otağında olan şkafda olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında arvadı X4 ilə birlikdə evliliyinin bir ay olmasını qeyd etmək məqsədilə Lənkəran şəhərinə gəzməyə çıxmaq istəyən zaman Elnarə qızılları taxmaq üçün şkafa baxmış və əvvəlcədən şkafa qoyduğu 01 ədəd qızıl boyunbağı, 02 ədəd qızıl üzük, 02 cüt qızıl sırğa, 01 ədədə qızıl bilərzik, həmçinin 01 ədəd “iphone” markalı qulaqcığın şkafda olmadığını görmüşlər. O, sadaladığı əşyaların hamısını xx.xx.2023-cü il tarixdə həmin evə köçən zaman sözügedən şkafa qoymuş və ondan sonra orada olub-olmamasını yoxlamamışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlum oğurluq hadisəsi ilə bağlı məlumat vermişdir. Bundan sonra Lənkəran ŞRPŞ-nin əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər. Bundan başqa ərizəsində qeyd etdiyi əşyalardan başqa həmin şkafda 100 manat nağd pulu da oğurlanmışdır. Başqa hər hansı bir əşya və ya predmet oğurlanmamışdır. Sözügedən oğurluq hadisəsini törətməkdə konkret olaraq şübhələndiyi şəxs yoxdur. Baş vermiş oğurluq nəticəsində maddi ziyan oğurlanmış qızıl-zinət əşyaların dəyəri 2000 manat, 01 ədəd qulaqcığın qiyməti 500 manat və şkafda olan 100 manat nağd pulla birlikdə ümumilikdə 2600 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 26 iyul 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs Əhəmədağa oğlunun kirayədə qaldığı evdə oğurluq hadisəsinin baş verməsini öyrənmiş və bundan sonra hadisə yerinə gəlmişlər. Hadisə yerində Zərərçəkmiş şəxs kirayədə yaşadığı evə naməlum şəxs və ya şəxslər tərəfindən evin sağ tərəfində yerləşən pəncərəsinin fiziki güc tətbiq edərək açılması yolu ilə evə daxil olaraq evin yataq otağında yerləşən şkafdan 01 ədədə qızıl boyunbağı, 02 ədəd qızıl üzük, 02 cüt qızıl sırğa, 01 ədəd qızıl bilərzik, 01 ədədə iphone markalı qulaqcıq və 100 manat nağd pulun oğurlandığının şahidi olmuşlar. Hadisə yerinə çıxmış təhqiqatçı hadisə yerini müayinə etmiş və bundan sonra hadisə yerindən şöbənin kriminalisti tərəfindən əl-barmaq izləri götürülmüşdür. Bundan sonra üzərindən bir neçə ay keçmişdir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin evə girmiş şəxsin Lənkəran rayonu Liman şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs kirayədə qaldığı evə daxil olaraq oradan oğurluq etmişdir. 24 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onlar tərəfindən Lənkəran ŞRPŞ-ya dəvət olunmuş, polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətini etiraf etmişdir. Belə ki, Mirzəyev X3 rayonu Nərimanabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs kirayədə yaşadığı evdən 01 ədədə qızıl boyunbağı, 02 ədəd qızıl üzük, 02 cüt qızıl sırğa, 01 ədəd qızıl bilərzik, 01 ədədə iphone markalı qulaqcıq və 100 manat nağd pul oğurlamışdır. Məhkəmə istintaqında Şahid2 Şahid1 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2023-cü il tarixdə 00:30-da şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o tutulmadan azad olunmuşdur. «Baxış keçirilməsi haqqında» 26 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs kirayə qaldığı fərdi yaşayış evidir. Evin həyətinə girişdə dəmir darvazalı qapı vardır və həyət daşdan tikimiş çəpərlə çəpərə alınmışdır. Qapıdan girişdən 10-15 metr aralıda ev yerləşir. Ev yerdən 40-45 sm hündürlükdə daşdan tikilmişdir və birmərtəbəli olmaqla üstü şiferlə örtülmüşdür. Həyətə metlax döşənmiş və həyətdə yardımçı binalar vardır. Evə girişdə ağ rəngli plastik qapı və pəncərələr qoyulmuşdur. Həmçinin evin digər pəncərələri də plastik materialından hazırlanmışdır. Evə girişdə dəhliz və dəhlizdən sonra otaqlar yerləşir. Dəhliz və otaqlarda müxtəlif məişət əşyaları, divan, kreslo, televizor, çarpayılar və mebellər qoyulmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs qaldıqları evin yataq otağında qoyulmuş şkafı təqdim edərək arvadı Elnarə Əsədullanın qızıl əşyalarını balaca qutuda yerləşdirməklə həmin şkafın içində qoyduğunu və naməlum şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Qutunun içində olan qızıl qabları yerində qalsa da qızılların özləri yoxdur. Otaqda yerə xalça döşənmiş, divar boyu mebellər düzülmüş və üstündə yorğan-döşəklər olan qoşa çarpayı qoyulmuşdur. Naməlum şəxs və ya şəxslər evin koridorunda yerləşən plastik pəncərədən evə daxil olub yataq otağında yerləşən şkafdan 01 ədədə qızıl boyunbağı, 02 ədəd qızıl üzük, 02 cüt qızıl sırğa, 01 ədəd qızıl bilərzik, 01 ədədə iphone markalı qulaqcıq və 100 manat nağd pul oğurlamışlar. Mütəxəssis rəyindən görünür ki, qeyd olunmuş 01 ədəd əyyarı 585, çəkisi 6,25 qram olan qızıl boyunbağının qiyməti 500 manatdır, qeyd olunmuş 01 ədəd əyyarı 585, çəkisi 3,75 qram olan qızıl bilərzikin qiyməti 300 manatdır, qeyd olunmuş 02 ədəd əyyarı 585, çəkisi 3,8 qram olan qızıl üzüyünün bir ədədinin qiyməti 300 manat olmaqla cəmi qiyməti 600 manatdır, qeyd olunmuş 02 cüt sırğanın əyyarı 585, çəkisi 3,8 qram olan sırğanın bir cütünün qiyməti 300 manat olmaqla cəmi qiyməti 600 manatdır, qeyd olunmuş 01 cüt “iphone” brendinə aid orijinal qulaqcığın orta bazarda təklif qiyməti 500 manatdır. Mütəxəssis rəyinin dəyəri 30 manatdır. Hökm, qərarın və məktubdan görünür ki, Mirzəyev X3 Rayon Məhkəməsinin 1(049)- 69/2020 №-li, xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(001)- 44/2023 №-li qərarına əsasən cəzasının çəkilməmiş qalan 4 ay 15 günündən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2023-cü ildə şərti məhkum etməsi bitdiyindən qeydiyyatdan çıxarılmışdır. CM-nin 18 və 83-cü maddələrinə əsasən məhkumluğu ödənilməmişdir. Cəlilabad Rayon Məhkəməsinin 4(049)-17/2024 №-li, 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon İHB-nın Liman şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Liman şəhəri M.Müşfiq küçəsi ev 77də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərinin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında elan edilmiş zərər çəkmiş şəxs və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin sadə residivi olması cəzanı ağırlaşdıran haldır, onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-nin 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin tələbi baxımından Təqsirləndirilən şəxs həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 24 sentyabr 2023-cü il saat 00:30-dan 25 sentyabr 2023-cü il saat 19:00-dək şübhəli şəxs qismində saxlanıldığı ikir gün müddət təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs CM-nin CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 04 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin və barəsində başqa cinayət işi üzrə Cəlilabad Rayon Məhkəməsinin 4(049)-17/2024 №-li, 10 fevral 2024-cü il tarixli qərarı «həbs» qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs ona vurulmuş maddi zərərlə əlaqədar mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə 30 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 sentyabr 2023-cü il saat 00:30-dan 25 sentyabr 2023-cü il saat 19:00-dək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3(üç) il 5(beş) ay 28(iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 04 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin və barəsində başqa cinayət işi üzrə Cəlilabad Rayon Məhkəməsinin 4(049)-17/2024 №-li, 10 fevral 2024-cü il tarixli qərarı ilə «həbs» qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə 30 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs ona vurulmuş maddi zərərin qaytarılması ilə əlaqədar mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-76/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-76/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver