Məhkəmə qərarları › İş №1(049)-76/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-76/2025

04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-76/2025 04.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1951-ci ildə Lerik rayonu Anzulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Lənkəran Rayon Məhkəməsinin Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1 (049)-173/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbs və ev dustaqlığında saxlandığı 05 ay 04 gün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan 10 (on) ay 08 (səkkiz) gün müddət çıxılmaqla üzərində 02 il 01 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Lənkəran rayonu Şilavar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 04 noyabr 2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, 2023-cü ilin may ayının sonlarında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X6 inzibati binasında olarkən tanış olduğu Lənkəran rayonu, Daştatük kənd sakini Zərərçəkmiş şəxs2 arvadı Şahid2 xəstəliyi ilə əlaqədar təqaüdə çıxarmaq istədiyini öyrəndikdən sonra Zərərçəkmiş şəxs2 guya 1000 manat pul müqabilində arvadı Şahid2 təqaüdə çıxarmaqda köməklik edəcəyinə dair yalan vədlər verib, sonuncunu aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından sui-istifadə edərək, maddi qazanc əldə etmək məqsədi ilə 2023-cü ilin iyun ayının ortalarında “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X6 inzibati binasının həyətində 500 manat və ondan 2 gün sonra Lənkəran şəhər “Mərkəzi Bazar” ərazisində 500 manat olmaqla, Zərərçəkmiş şəxs2 məxsus cəmi 1000 (min) manat məbləğində pul vəsaitini - özgənin əmlakını ondan qəbul edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin mart ayında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 13 mart 2024cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin inzibati binasının qarşısında tanış olduğu Zərərçəkmiş şəxs1 xəstəliyi ilə əlaqədar hərbi xidmətə növbəti dəfə möhlət hüququnun verilməsi ilə bağlı hərbi biletinə möhür vurdurmaq istədiyini öyrəndikdən sonra guya 3000 manat pul müqabilində hərbi biletinə möhür vurulmasına köməklik edəcəyinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs1 aldadaraq özünə inandırıb, etibarını qazandıqdan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək, maddi qazanc əldə etmək məqsədi ilə 14 mart 2024-cü il tarixdə Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində Zərərçəkmiş şəxs1 məxsus 3000 (üç min) manat məbləğində pul vəsaitini - özgənin əmlakını ondan qəbul edib etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, Əvvəllər dələduzluq cinayətini törətdiyi üçün bir neçə dəfə məhkum olunmuşdur. Maddi vəziyyəti ilə əlaqədar həmdə arvadı Misrinin xəstəliyi ilə bağlı çətin vəziyyətə düşdüyü üçün bir neçə şəxslərdən pul almışdır. Belə ki, 2023-cü ilin may aym axırlarında Lənkəran rayon Mərkəzi Xəstəxanasında olduğu zaman orada Lənkəran rayonu Daşdatük kənd sakini Zərərçəkmiş şəxs2lə tanış olmuşdur. Qabil demişdir ki, arvadı Şahid2 təqaüdə çıxartmaq istəyir, onun barəsində eşitmişdir ki, o vətəndaşların təqaüdə çıxarmaqda köməklik edir. Qabil demişdir ki, bu işi bilmir, ona kömək etsin, özüdə şəhid atasıdır. O kömək edəcəyini Qabilə demişdir. Qabil arvadı Mehrinin sənədlərini, anketini ona göstərmişdir. Mehri səhv etmirsə əməliyyat da, olunmuşdur. O sənədləri Qabildən almışdır. Qabillə qərara gəlmişlər ki, bu işi görməkdə 1000 manat lazım olar. Qabil də, demişdir ki, pulu tapıb hissə- hissə verəcəkdir. O razılaşmışdır. Qabilə demişdir ki, bu işi görmək üçün 1000 manat lazımdır. Lakin pulu heç kimə verməyəcəkdir. Özü üçün xərcləyərmiş. Pula ehtiyacı olmuşdur. Belə ki, Qabillə danışdıqdan sonra 2023-cü ilin iyun ayında dəqiq tarix yadında olmayan vaxt Qabil ona demişdir ki, pulun bir qismini hazırlamışdır. Həmdə Qabil demişdir ki, şəhid atası olsa da, o bu işi görə bilmir. O Qabillə Lənkəran şəhər Mərkəzi Xəstəxanasında görüşmüşdür. Qabil ona 500 manat pul vermişdir. Qabil demişdir ki, bir neçə günə qalan 500 manatı da gətirəcəkdir. O da Qabilə demişdir ki, yubanmasın ki, işə başlasın. İki gündən sonra Qabillə əlaqə saxlamış və Lənkəran şəhərinə gəlmiş, Lənkəran şəhərində yerləşən bazarda görüşmüşlər. Həmin vaxt Qabilin yanında qohumu da olmuşdur. Qabil qalan 500 manatı da ona vermişdir. Qabilə demişdir ki, buna görə Bakı şəhərinə getməlidir ki, işi orada düzəltsin. Qabil razılaşmışdır. Qabildən pulu almışdır. Daha sonra Qabildən aldığı pulu özünə xərcləmiş və sonra sənədləri Qabilə vermiş və demişdir ki, iş gördüyü adam ölmüşdür, iş alınmır. Əslində heç kimlə iş görmürmüş. Qabil pulunu ondan istəməyə başlamışdır. O da hissəhissə Qabildən aldığı puldan 500 manatını qaytarmış və ona 500 manat borcum qalmışdır. Qabildən aldığı pulları özünə xərcləmişdir. Bundan sonra 2024-cü ilin mart aym əvvəlində Lənkəran rayonu Göyşaban kənd sakini və Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Hüseynğa ilə Lənkəran şəhərində yerləşən Lənkəran Hərbi Komissarlığın yanında görüşmüşdür. O işi ilə bağlı Lənkəran şəhərində yerləşən Hərbi Komissarlığına getmişdir. Hüseynğanı orada görmüş və söhbət əsnasında demişdir ki, o xəstəliyi ilə əlaqədar olaraq hərbi biletinə möhür vurdurmaq istəyir və bunu edə bilmir. O Hüseynağaya demişdir ki, burada tanışları çoxdur, pul versə işi həll edər. Əslində heç bir iş həll edə bilmirmiş. Sadəcə olaraq hərbi komissarlığa gedib-gəlirmiş. Hüseynağa da elə bilmişdir ki, doğurdan da o işi görə bilər. O Hüseynağadan kimlərdən olduğunu soruşmuş və Hüseynağa demişdir ki, Lənkəran rayonu Şilavar kəndində yerləşən “Panda” mağazasında işləyən Şahid4 xalası oğludur. O da demişdir ki, Mehmanı tanıyır və münasibətləri də normaldır. Beləliklə Hüseynağa ilə onun hərbi biletinə möhür vurmaq adı ilə 900 manata razılaşmışlar. Hüseynağaya demişdir ki, bu çətin işdir, komissar buna razılaşmır. O bunu Hüseynağaya demişdir ki, pul alsın. Çünki pula ehtiyacı olmuşdur. Hüseynağa da razılaşmış və demişdir ki, sabah görüşərlər. Həmin gün Mehman da, ona demişdir ki, Hüseynağaya kömək etsin, xalası oğludur. Beləliklə, Hüseynağa ilə danışdıqdan sonra səhəri gün sonuncu ilə yenidən Lənkəran şəhərində yerləşən Hərbi Komissarlığın binasının yanında görüşmüş və onun avtomobilinə əyləşmişdir. Hüseynağa avtomobilini sürmüşdür. Hüseynağa idarə etdiyi Prius markalı avtomobili Lənkəran şəhəri Z.Əliyeva küçəsi ilə sürməyə başlamış və avtomobildə cibindən 900 manat pul və hərbi biletini çıxarıb ona vermişdir. O Hüseynağanı əmin etmişdir ki, biletə möhür vurdurar. Hüseynağa razılaşmış və ayrılmışlar. Hüseynağadan ayrılandan sonra pulu özünə xərcləmişdir. Bir müddət sonra Hüseynağa ona zəng etmiş və işin nə yerdə olduğunu soruşmuş və demişdir ki, komissar dəyişilib hələ alınmır, lakin alınacaqdır. Əslində heç bir iş görmürmüş. 2024-cü ilin aprel ayında həbs olunmuşdur. Ona görə Zərərçəkmiş şəxs1 pulunu qaytara bilməmişdir. Beləliklə Hüseynağa aldadıldığını bilib pulu ondan geri istəmişdir. Təqsirləndirilən şəxs sonda zərərçəkmiş şəxlərə dəymiş ziyanı tam şəkildə ödəməsini, onlarla barışmasını, yaşını nəzərə alıb barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmənin baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, Epilepsiya xəstəliyindən əziyyət çəkir. Ona görə də, hərbi xidmətə getməmişdir. Ona görə də, İİİ qrup əlil olmaqla təqaüd də alırmış. 2022-ci ilin may ayında təqaüdü kəsilmiş və əlillik dərəcəsi ləğv olunmuşdur. Xəstəliyi ilə əlaqədar olaraq hərbi xidmətə getmədiyi üçün hər üç ildən bir gəlib hərbi komissarlıqdan qeydiyyatdan keçirmiş. Bakı şəhəri Mərkəzi Respublika xəstəxanasında müayinədən keçib sənədləri gətirib Lənkəran hərbi komissarlığına təqdim edirmiş. Belə ki, 2024-cü ilin mart ayın əvvəllərində Lənkərana gəlmişdir. Lənkəranda olduğu zaman eşitmişdir ki, hərbi xidmətə yararsız şəxslərin qeydiyyatdan keçmək üçün hərbi biletinə möhürü hərbi komissarlıq vurmur, bu işə Sosial Müdafiə Nazirliyinin tabeliyində olan X5 baxır. O bunu eşidib bu işlərlə maraqlanmaqdan ötrü 13 mart 2024-cü il tarixdə Lənkəran şəhəri H.Abdullayev küçəsində yerləşən Lənkəran Hərbi Komissarlığın inzibati binasının qarşısına getmişdir. Həmin vaxt saat 13 radələri olduğundan işçilər nahar fasiləsinə çıxmışlar. Orada işçilər nahar fasiləsinə çıxdıqları üçün onlardan məlumat almaqdan ötrü həyətdə gözləmişdir. Həmin vaxt 65-70 yaşlarında olan bir kişi onu görüb yaxınlaşıb burda niyə gözlədiyini soruşmuşdur. O da olanları həmin şəxsə danışmış və demişdir ki, belə bir xəbər eşitmiş, gözləyir, işçilər gəlsin onlardan soruşsun. Həmin şəxs demişdir ki, adı Xanağadır, Lənkəran rayonu Şilavar kəndində yaşayır. O Xanağa ilə tanış olmuşdur. Xanağa demişdir ki, o bir neçə şəxslərin hərbi biletinə möhür vurdurmuşdur. Xanağa ona hazırda komissarlıqda hərbi biletə möhür vurulmadığını, özü bunu edəcəyini və qarşılığında həmin işi 3000 (üç min) manata görəcəyini ona bildirmişdir. Güya onun hər yerdə tanışı var, bir neçə hərbiyə yararsız şəxslərin hərbi biletinə möhür vurdurmuşdur. O Xanağanın yaşlı və ağsaqqal bir şəxs olduğunu fikirləşib inanmışdır. Həmdə Xanağa ondan harda yaşadığını, hətta atası və babasının kim olduğunu soruşduqda, o bunları deyəndə Xanağa demişdir ki, hamını tanıyır, Lənkəranda sayılıb-seçilən şəxslərdən biridir. Xanağa demişdir ki, səhərə, yəni 14 mart 2024-cü il kimi 3000 manat pulu düzəldib versə, onun işini həll edəcək, o heç bir xəstəxanaya və komissarlığa çağırılmayacaq, özü hər şey edəcək, biletinə möhür vurdurub 15 gün müddətinə verəcəkdir. O Xanağaya inanmış və qərara gəlmişlər ki, xx.xx.2024-cü il tarixdə səhər yenidən bura gəlib onunla görüşüb pulu versin. O Xanağaya inanmış və onun telefon nömrələrini götürmüşdür. Həmin vaxt yanında kimsə olmamışdır. Xanağadan ayrılıb Lənkəran rayonu Göyşaban kəndindəki evinə getmişdir. Kənddə tanışı Mərifət Cavadov adlı şəxsdən 1000 manat borc almışdır. Özündə 2000 manat pul olmuşdur. Səhəri gün, yəni 14 mart 2024-cü il tarixdə saat 10-11 radələrində Lənkəran şəhəri H.Abdullayev küçəsində yerləşən Lənkəran Hərbi Komissarlığın binasının qarşısına gəlmişdir. Özünə məxsus Toyoto-Prius markalı, **-EM- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmişdir. Ora çatanda görmüşdür ki, Xanağa binanın həyətindən çıxmış və onu görüb gəlib avtomobilə əyləşmişdir. O gələndə artıq Xanağa ilə danışıb pulu düzəldib evdən çıxdığını demişdir. Xanağa da ona artıq komisarlığın binasının qarşısında olduğunu demişdir. Nəhayət Xanağa avtomobilə əyləşmiş və kiminsə görüb şübhələnməməsi üçün avtomobilini sürməyini bildirmişdir. O avtomobili Z.Əliyeva küçəsinə doğru sürməyə başlamışdır. O avtomobili sürə-sürə Xanağa ona artıq işini danışdığını, heç bir narahatçılıq olmadığını, pulu verdikdən sonra 15 gün müddətində biletinə möhür vurulacağını demişdir. O inanmışdır. Avtomobili sürə-sürə Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən “Bilo-Men” paltar mağazsının yaxınlığında Xanağa avtomobilini saxlamağını, buradan düşüb özü gedəcəyini bildirmişdir. Xanağa ona demişdir ki, onunla birlikdə hərbi komissarlığa getsə şübhələnərlər, tək getsə yaxşıdır. O avtomobili saxlayanda əvvəlcədən avtomobilin salonunda qoyduğu hərbi biletini və içərisində olan 3000 manat pulla birlikdə Xanağaya vermişdir. Xanağa pulu saymış və hərbi bileti ilə birlikdə cibinə qoymuşdur. Xanağa pulu ondan alandan sonra demişdir ki, bu işlə bağlı ona heç kim zəng etməyəcəkdir, əgər işdi kimsə zəng etsə desin ki, sənədləri toplamaq üçün və digər xərclər üçün 900 manat pul vermişdir. O razılaşmışdır. Xanağa onunla sağollaşıb ayrılıb getmişdir. Təxminən 15 gün keçdikdən sonra Xanağaya zəng etmişdir. Xanağa demişdir ki, narahat olmasın sənədləri Bakıdan gətizdirir, biraz yubanır amma həll olacaqdır. Bir müddət sonra yenidən zəng etsə də heç bir nəticəsi olmamışdır. Bir müddət sonra eşitmişdir ki, Xanağa dələduzluq etdiyinə görə tutulmuşdur. O bilmişdir ki, Xanağa ona qarşı dələduzluq edərək onu da aldatmışdır. Bir müddət sonra Xanağa həbsdən çıxmış və ondan pulunu tələb etmişdir. Xanağa hərbi biletini qaytarsa da, pulunu qaytarmamışdır. Ona görə də, Xanağadan şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs onun pulunu tam şəkildə qaytamış, ondan hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığını ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyini, onunla barışdığını, heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, arvadı Şahid2 bel nahiyəsində yırtıq olduğundan 2019-cu il tarixdə Bakı şəhərində xəstəxanada iki dəfə əməliyyat olunmuşdur. Arvadı Mehri 1974-cü il təvəllüdlüdür. Həmin vaxtlar istəyir ki, arvadı Mehrini xəstəliyi ilə bağlı təqaüdə çıxarsın. Bütün sənədləri toplamış və xəstəxanaya gətirsə də buna imtina verilmişdir. Daha sonra oğlu şəhid olduğundan arvadı Mehrini təqaüdə çıxarmaq üçün vaxtı olmamış və bu işlə maraqlanmamışdır. Bir müddət sonra, yəni 2022-ci ildən başlayaraq yenidən arvadı Mehrinin sənədlərini toplamış və Lənkəran rayon mərkəzi xəstəxanasına gəlmişdir. Həmin vaxtlar orada əlində çantada sənədlər olan sonradan adını bildiyi Xanağa adlı şəxsi görmüşdür. O həmişə xəstəxanaya gedəndə Xanağanı görürmüş və içəri daxil olanda özünü şəhid ailəsi kimi təqdim edirmiş. Xanağa da, deyirmiş ki, o da şəhid ailəsidir və rahatçılıqla xəstəxanaya daxil olub çıxır. Belə ki, təxminən 2023cü ilin may ayında yenidən arvadı Mehrinin sənədlərini xəstəxanaya aparmışdır. Həmin vaxtlar arvadı Mehrinin təqaüdə çıxarmasından ötrü sənədlərə imtina gəlmişdir. Həmin vaxt Xanağanı orada görmüşdür. Xanağanı üzdən tanısa da, münasibəti olmamışdır. Lakin orada özünü şəhid ailəsi kimi tanıdırmış. Xanağa həmin vaxt onu görüb ona yaxınlaşmışdır. Söhbət zamanı o Xanağaya demişdir ki, arvadı Mehrinin sənədlərinə həmişə imtina gəlir. Xanağa demişdir ki, istəsə onun üçün bunu həll edə biləcəkdir. O işin necə həll olunduğunu dedikdə Xanağa demişdir ki, əslində bu işi 4000-5000 manata görürlər, o şəhid ailəsi olduğundan 1000 (min) manat olsa həll etmək olar. Xanağa demişdir ki, özüdə şəhid ailəsidir, hamını tanıyır, hamı ona hörmət edir, onu heç kim tanımadığı üçün həmdə şəhid atası olduğundan ondan çəkinib pul almırlar. O Xanağanm bu sözünə inanmışdır. Xanağa Lənkəran şəhərində yaşadığını demişdir. Xanağa demişdir ki, bir neçə günə 1000 manat pul düzəldib ona versin, özü həll edəcəkdir. O Xanağaya demişdir ki, o pulu bütöv düzəldə bilmir, hər dəfə 500 manat olmaqla iki dəfəyə pulu verər. Xanağa həmdə arvadı Mehrinin sənədlərinə də baxmış və demişdir ki, iş alınar. O Xanağaya inanmışdır. Belə ki, qərara gəlmişlər ki, pulu düzəltmiş və ona xəbər etsin. Xanağa həmdə pulu tez düəldib ona verməyini istəmişdir. O razılaşmışdır. 2023-cü ilin iyun ayın ortalarında o 500 manat pul düzəltsin və Xanağa ilə əlaqə saxlamışdır. Xanağa demişdir ki, xəstəxanaya gəlsin görüşərlər. O 500 manat pulu və arvadı Mehrinin sənədlərini götürüb həmkəndlisi həmdə qohumu olan Şahid1la birlikdə Lənkəran şəhər Mərkəzi xəstəxananın həyətinə gəlmişdir. Xanağa ilə görüşmüşdür. Məzahirin yanında 500 manat pulu və arvadı Mehrinin sənədlərini Xanağaya vermişdir. Xanağa pulu alıb saydıqdan sonra cibinə qoymuş və sənədləri götürdükdən sonra demişdir ki, qalan pulu da tez hazırlasın ki, işə başlasın. O razılaşmışdır. Xanağadan ayrılıb evə getmişdir. İki gün sonra Xanağa ona zəng edib demişdir ki, təcili qalan 500 manatı da gətirsin. O 500 manat pul düzəltsin və Lənkəran şəhəri Mərkəzi bazarına gəlib, bazarın yaxınlığında yerləşən Lənkəran rayon Məhkəməsinin binasının yaxınlığında Xanağa ilə görüşmüş və 500 manatı da ona vermişdir. Xanağa demişdir ki, iki aya Mehrinin təqaüd işini həll edəcəkdir. Yəni iki aydan sonra arvadı Mehri təqüd alacaqdır. O da Xanağaya inanmışdır. İki ay tamam olandan sonra Xanağa ilə əlaqə saxlamış və demişdir ki, biraz sənəd işlərində gecikmə vardır, onda bir neçə şəxsin sənədləri var, səbirli olsun düzələcəkdir. Bir neçə ay keçdikdən sonra Xanağa hərdəfə bəhanə tapıb onu aldadırmış. O bilmişdir ki, Xanağa onu aldadır və ona görə pulunu istəmişdir. Xanağa onu hətta “Kapital” bankın Lənkəran filialına göndərmiş və demişdir ki, ora getsin arvadı Mehrinin kartını alsın. O banka getmiş və ona demişlər ki, arvadı Mehrinin adma təqaüd kartı gəlməyib. O Xanağa tərəfindən aldadıldığına tam əmin olmuş və pulunu ondan istədikdə bəhanə gətirirmiş. Nəhayət 2024cü ilin yay aylarına qədər hiss-hissə Xnağadan 500 manatı almışdır. Hazırda Təqsirləndirilən şəxs ondan aldığı pul vəsaitini tam şəkildə geri qaytarmış, ondan hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığını ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyini, onunla barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə şahid qismində dindirilmiş o Lənkəran rayonu Daşdatük kəndində qeydiyyatda olmaqla, həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Şəxsi təsərrüfatla məşğul olub dolanır. Ailəlidir. Başqa heç bir yerdə işləmir. Lənkəran rayonu Daşdatük kənd sakini Zərərçəkmiş şəxs2 onunla həmkəndli olmaqla yanaşı qohumudur. Münasibətləri də, normaldır. Zərərçəkmiş şəxs2 özü X3 Hidroqovşağı İstismar İdarəsində texnik işləyir. Zərərçəkmiş şəxs2 X7 2020-ci ilin noyabr ayında İİ Qarabağ müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Zərərçəkmiş şəxs2 arvadı Şahid2 bel nahiyəsində yırtıq olduğundan 2019-cu il tarixdə Bakı şəhərində xəstəxanada əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxs2 arvadı Mehrini xəstəliyi ilə bağlı təqaüdə çıxarmaq istəyirmiş. Ona görə də, Zərərçəkmiş şəxs2 bütün sənədləri toplamış və xəstəxanadan buna imtina verilmişdir. Belə ki, təxminən 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, arvadı Mehrinin sənədlərini xəstəxanaya aparmış və orada Xanağa adlı şəxsi görüb tanış olmuşlar. Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, Xanağa adlı şəxs ona demişdir ki, Mehrini təqaüdə çıxaracaq və buna görə 1000 (min) manat pul lazımdır. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, hətta arvadı Mehrinin sənədlərinidə Xanağaya göstərmişdir. Xanağa söz vermişdir ki, Mehrini təqaüdə çıxaracaqdır. Belə ki, 2023-cü ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs2 500 manat pul düzəltmiş və onun yanında Xanağaya zəng etmişdir. Xanağa demişdir ki, xəstəxanaya gəlsin görüşsünlər. Qabil ona demişdir ki, o onunla gəlsin. Qabil 500 manat pul və arvadı Mehrinin sənədlərini götürüb onunla birlikdə Lənkəran şəhər Mərkəzi xəstəxananın həyətinə gəlmişlər. Xanağa orada onları gözləyirmiş. O Xanağanı ilk dəfə orada görmüşdür. Zərərçəkmiş şəxs2 onun yanında 500 manat pulu və Mehrinin sənədlərini Xanağaya vermişdir. Xanağa pulu alıb saydıqdan sonra cibinə qoymuş və sənədləri götürmüşdür. Xanağa demişdir ki, qalan pulu da tez hazırlasın ki, işə başlasın. Qabil də razılaşmışdır. Xanağa Qabilə söz verib demişdir ki, narahat olmasın, Mehrini təqaüdə çıxaracaqdır. Xanağa elə danışırmış ki, o da hətta ona inanmışdır. Xanağadan ayrılıb evə getmişlər. Bir neçə gün sonra Qabil ona demişdir ki, qalan 500 manat pulu da aparıb Lənkəran şəhəri Mərkəzi bazarında Xanağaya vermişdir. Xanağa demişdir ki, iki aya Mehrinin təqaüd işini həll edəcəkdir. Bir neçə ay sonra Qabillə görüşəndə demişdir ki, Xanağa onu aldatmış, Mehrini təqaüdə çıxartmamış, həmçinin pulu da qaytarmamışdır. O özündə sonradan Xanağanı bir neçə dəfə Lənkəran şəhərində görmüş, Qabili niyə aldatdığını ondan soruşmuşdur. Xanağa demişdir ki, işləri alınmamış o üzdən Mehrini təqaüdə çıxara bilməmişdir. Xanağaya demişdir ki, Zərərçəkmiş şəxs2 şəhid atasıdır, heç olmasa pulunu da qaytar. Sonra eşitmişdir ki, Xanağa 500 manatı Qabilə qaytarmış və qalan 500 manatı qaytarmamışdır. Zərərçəkmiş şəxs2 da Xanağa barəsində şikayət etmişdir. Sonra o, eşitmişdir ki, Xanağa Lənkəran rayonu Şilavar kəndində yaşayır, o bir neçə şəxsi eyni üsulla aldadaraq pullarını ələ keçirmişdir. Məhkəmə iclasında Şahid3 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla, hazırda həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Ailəlidir, bir azyaşlı uşağı vardır. Təxminən 6 ildir ki, "xxxx" MMC-də texnik işləyir. İşi fərdi evlərə internet quraşdırmaqdan ibarətdir. Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 onun dostudur. Hüseynağa özü Bakı şəhərində işləsə də, valideyinləri Lənkəran rayonu Göyşaban kəndində yaşayırlar. Hüseynağa özü Epilepsiya xəstəliyindən əziyyət çəkdiyi üçün hərbi xidmətə getməmişdir. Hüseynağanın əlillik dərəcəsi vardır. Bir neçə il əvvəl Hüseynağa ona bildirmişdir ki, əlillik dərəcəsi ləğv olunmuş, ona görə də, hərbi komissarlıqdan qeydiyyatdan keçməlidir. Belə ki, 2024-cü ilin mart ayın təxminən ortalarında Hüseynağa Lənkəran rayonu Göyşaban kəndinə gəlmişdir. Söhbət əsnasında Hüseynağa ona demişdir ki, Lənkəran Hərbi komissarlıqdan qeydiyyatdan keçməyə gəlmişdir. Daha ona heçnə deməmişdir. Səhəri gün Zərərçəkmiş şəxs1 ilə yenidən Lənkəran rayonu Göyşaban kəndində görüşmüşlər. Söhbət zamanı Hüseynağa ona demişdir ki, Hərbi komissarlığın yanında Xanağa adlı bir şəxslə tanış olmuş, sonuncu onun hərbi biletinə möhür vurdura biləcəyini ona söz vermişdir. Hüseynağa ona demişdir ki, Xanağa adlı şəxs buna görə ondan 3000 (üç min) manat pul istəmişdir. Hüseynağa demişdir ki, özündə pul var, lakin həmin pul azdır, ona pul lazımdır. Hüseynağa demişdir ki, özündə 2000 (iki min) manat var, ona əlavə 1000 (min) manatda pul lazımdır ki, sabah Xanağa adlı şəxsə çatdırsın, sonuncu da hərbi biletinə möhür vurdursun. Hüseynağa ondan 1000 ( min) manat borca pul istəmişdir. O Hüseynağaya özündə olan 1000 (min) manat pulu vermişdir. Hüseynağa demişdir ki, səhəri gün 3000 (üç min) manat pulu Xanağa adlı şəxsə çatdırmalıdır. Hüseynağa ondan pulu alıb getmişdir. Səhəri gün axşam Hüseynağa ilə görüşmüşdür. Hüseynağa demişdir ki, pulu Xanağa adlı şəxsə vermişdir. Hüseynağa demişdir ki, Xanağa ona söz vermişdir ki, bir neçə günə işini həll edəcəkdir, hərbi biletinə möhür vurduracaqdır. Həmin vaxtdan sonra Hüseynağa ilə bir neçə dəfə görüşmüşlər. Bir neçə ay sonra Hüseynağa ona demişdir ki, Xanağa adlı şəxs onun işini düzəltməmiş və onu aldatmışdır. Hüseynağa demişdir ki, Xanağa ilə neçə dəfə danışmış, sonuncu işin düzələcəyini desə də, lakin alınmamışdır. Hüseynağa pulunu Xanağadan geri istəsə də, Xanağa onun pulunu qaytarmamışdır. Daha sonra Hüseynağa Xanağadan şikayət etmişdir. Sonra ona məlum olmuşdur ki, Xanağa adlı şəxs Lənkəran rayonu Şilavar kəndində yaşayır. Eşitdiyinə görə Xanağa özü dələduzdur, bir neçə şəxsləri aldatmışdır. Hüseynağa onun pulunu hələ də, qaytarmamışdır. Hüseynağa pulu ondan borca almış və demişdir ki, Xanağa onun işini düzəldəcək, onun pulunu qaytaracaqdır. Xanağa, Hüseynağanın pulunu qaytarmamışdır. Məhkəmə iclasında Şahid4 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olub dolanır. Zərərçəkmiş şəxs1 onun doğma xalası oğludur. Hüseynağa özü Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində işlədiyi üçün orada yaşayır. Belə ki, 2024-cü ilin təxminən mart ayın ortalarında bir gün Hüseynağa ona zəng edib demişdir ki, Lənkəran rayonu Şilavar kənd sakini Təqsirləndirilən şəxs adlı şəxsə 3000 manat pul vermişdir. Hüseynağadan Xanağaya hansı məqsədlə pul verdiyini soruşanda demişdir ki, özü xəstəliyi ilə əlaqədar olaraq Lənkəran şəhərində yerləşən Hərbi Komissarlığa gəlmişdir ki, orada hərbi biletinə möhür vurdursun. Orada Xanağa ilə tanış olmuş, Xanağa ona demişdir ki, bu işdə ona kömək edəcəkdir. Ona görə Xanağa, Hüseynağadan 3000 manat almışdır. Hüseynağa bunu ona deyəndən sonra o demişdir ki, Xanağanı tanıyır, Şilavar kəndində yaşayır. O həmin vaxtlar Xanağanı da görmüş və ona Hüseynağanın hərbi biletinə möhür vurduracağı üçün sonuncudan 3000 manat aldığını bildirmişdir. O Xanağaya demişdir ki, Hüseynağa onun qohumudur. Xanağa demişdir ki, Hüseynağadan 3000 manat almış və işini də düzəldəcəkdir. 2024-cü ilin aprel ayında Hüseynağadan eşitmişdir ki, Xanağanı başqa işlə bağlı həbs etmişlər. Həmin vaxtdan sonra Hüseynağa demişdir ki, Xanağa onu aldatmış, hərbi biletinə də, möhür vurdurmamışdır. Xanağa həbsdən çıxandan sonra da, Hüseynağanın pulunu ödəməmişdir. Ona görə də Hüseynağa ondan şikayət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Xanağa bir neçə şəxsləri aldadaraq iş düzəltmək adı ilə pullarını ələ keçirmişdir. O Hüseynağanın pulu Xanağaya harada və necə verdiyini görməmişdir. Hüseynağa ona demişdir ki, Xanağaya 3000 manat pulu Lənkəran şəhərində vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Lənkəran rayonu Daşdatük kəndində qeydiyyatda olmaqla, həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Evdar qadındır. Əri Zərərçəkmiş şəxs2 X3 Hidroqovşağı İstismar İdarəsində işləyir. X7 2020-ci ilin noyabr ayında İİ Qarabağ müharibəsində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Onun bel nahiyəsində yırtıq olduğundan 2019-cu il tarixdə Bakı şəhərində xəstəxanada iki dəfə əməliyyat olunmuşdur. Əri Zərərçəkmiş şəxs2 həmin vaxtlar istəyirmiş ki, onu xəstəliyi ilə bağlı təqaüdə çıxarsın. Əri Qabil bütün sənədləri toplamış və xəstəxanaya gətirsə də, buna imtina verilmişdir. Daha sonra oğlu şəhid olduğundan bu işlə maraqlanmamışlar. Bir müddət sonra, yəni 2022-ci ildən başlayaraq yenidən sənədləri toplamış və əri Qabil sənədlərini Lənkəran rayon mərkəzi xəstəxanasına gətirmişdir. 2023-cü ilin yay aylarında əri Qabil Lənkəran rayon X2 adlı şəxslə tanış olmuşdur. Xanağa özünü əri Qabilə şəhid ailəsi kimi təqdim etmiş və onu təqaüdə çıxara biləcəyini demişdir. Xanağa buna görə əri Qabildən 1000 manat pul istəmişdir. Qabil gəlib bunu evdə danışmışdır. Demişdir ki, Xanağa onunla elə danışmışdır ki, o inanmışdır. Qabil demişdir ki, Xanağa ondan 1000 manat istəyir. Beləliklə Xanağa onu təqaüdə çıxartmaqdan ötrü əri Qabillə danışmışdır. Qabil 2023-cü ilin iyun ayın ortalarında 500 manat pul düzəltmiş və Lənkəran şəhərinə gəlib Xanağa ilə görüşmüşdür. X8 ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasında görüşmüş və Xanağaya 500 manat vermişdir. Həmin vaxt qohumu Məzahirdə orada olmuşdur. Xanağa həmin vaxt əri Qabilə demişdir ki, qalan 500 manatı da versin. Təxminən iki gün sonra Xanağa yenidən əri Qabilə zəng edib demişdir ki, qalan 500 manatı da gətirsin. Əri Qabildə 500 manat pul düzəltmiş və Lənkəran şəhərinə gəlib, Lənkəran rayon Məhkəməsinin binasının yaxınlığında Xanağa ilə görüşüb və 500 manatı da sonuncuya vermişdir. Xanağa demişdir ki, iki aya qədər onun təqaüd işini həll edəcəkdir. Lakin Xanağa adlı şəxs əri Qabili aldatmış onu təqaüdə çıxartmamışdır. Ona görə də, əri Zərərçəkmiş şəxs2, Xanağa adlı şəxsdən şikayət etmişdir. Xanağa aldığı puldan 500 manatını qaytarsa da, qalan 500 manatı qaytarmamışdır. Xanağa əri Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edərək onu aldatmış və pulunu ələ keçirmişdir. Lakin o Xanağa adlı şəxsi görməmişdir. İş materiallarının 20-25-ci vərəqlərində olan məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli görüntülərə baxış protokolu və videogörüntülərdən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs zəng edərək digər telefonla çəkiliş aparır. Görüntülərdə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında hərbi biletinə möhür vurdurmaqdan ötrü 3000 manat pul verməsi və sonuncunun onu aldatması barədə aralarında telefon danışıqları aparılır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 3000 manat alması müəyyən olunur. İş materiallarının 26-34-cü vərəqlərində olan məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş hərbi biletin və arayışın surətindən görünür ki, Zərərçəkmiş şəxs1 xidmət etməmiş, hərbi təlim keçməmiş, xidmətə yararsızdır, Lənkəran rayon Uşaq poliklinikasında “Ensofolapatiya qıcolma tutmaları” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarının 46-69-cu vərəqlərində olan məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş tələbnamə və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 05 11.2021-ci il tarixli “Amnistiya” qərarının 2.11 bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 1 (049)-173/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbs və ev dustaqlığında saxlandığı 05 ay 04 gün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan 10(on) ay 08 (səkkiz) gün müddət çıxılmaqla üzərində 02 il 01 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Lənkəran rayon icra və probasiya şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli 80 nömrəli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs 1 (049)-173/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılmasının icrası xx.xx.2024-cü il tarixdən başlanmışdır. Cəzasının xx.xx.2025-ci il tarixə 1 il 1 ay 18 gün çəkilməmiş hissəsi qalmışdır. İş materiallarının 45-ci vərəqində olan məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 14 oktyabr 2024-cü il tarixli 3981 nömrəli arayışdan görünür ki, Ağayev X4 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. İş materiallarının 107-ci vərəqində olan məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarının 140-144-cü vərəqlərində olan məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam nğvündə qətimkan tədbiri seçilmiş və Lənkəran ŞRPŞ-in MSY-dən azad olunmuşdur. İş materiallarının 155-156-cı vərəqlərində olan məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1951-ci ildə Lerik rayonu Anzulu kəndində anadan olması, evli, orta təhsilli, işləməməsi, təqaüdçü, məhkum olunması və məhkumluğunun ödənilməməsi, Lənkəran rayonu Şilavar kəndində qeydiyyatda olmaqla orada ailə üzvləri ilə yaşaması, yaşadığı ərazidə müsbət xarakterizə olunması onu səciyyələndirən hallardır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi və bəraşət verilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxslərin ifadə və ərizələrinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yerindən müsbət xarakterizə olunmasını və ahıl yaşında olmasını (hazırda 74 yaş) onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini 2023-cü ilin may ayında və 2024-cü ilin mart ayında, yəni Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(049)-173/2024 nömrəli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(049)-173/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbs və ev dustaqlığında saxlanıldığı müddət və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(049)-173/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 05 (beş) ay 04 (dörd) gün, xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək 03 (üç) gün olmaqla cəmi 05 (beş) ay 07 (yeddi) gün şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan 10 (on) ay 14 (on dörd) gün müddət çıxılmaqla üzərində 02 (bir) il 01 (bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(049)-173/2024 nömrəli hökmü ilə müəyyən edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası yaşadığı yer üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar