Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-77/2023 10.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanunu nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonunun Göyşaban kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, 10 mart 2023-cü il tarixdə, saat 11.55 –də qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, o, 2022-ci ilin avqust ayında sosial şəbəkə vasitəsilə tanış olub sevgi münasibəti saxladığı Lənkəran rayonu Vilvan kənd sakini, xx xxxx 2007-ci il təvəllüdlü, 16 yaşına çatmamış Zərərçəkmiş şəxs ilə ilk dəfə 2022-ci ilin sentyabr ayının 13-də saat 10 radələrində özünə məxsus Lənkəran şəhəri Nəsimi küçəsi ev 90-da yerləşən bir mərtəbəli yaşayış evinin yataq otağında görüşərkən, orada aralarında 3 yaş fərqi olan, 16 yaşına çatmayan Zərərçəkmiş şəxs könüllü razılığı əsasında öz cinsi ehtirasını təmin etmək üçün cinsiyyət orqanını sonuncunun arxa anal dəliyinə daxil edib qeyri-təbii yolla cinsi əlaqədə olmaqla Zərərçəkmiş şəxs arxa anal dəliyinə xəsarət yetirməklə onunla cinsi əlaqədə olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, anası Elnurə, qardaşı Əskər və bacısı Aysel ilə birlikdə Lənkəran rayonu Göyşaban kəndində yaşayırlar. Arada Lənkəran şəhərində yerləşən evində də, qalmışdır. Zərərçəkmiş şəxs Kərəmət qızı ilə 2022-ci ilin avqust ayının əvvəllərindən instaqram sosial şəbəkəsində tanış olmuş və Lənkəran şəhəri Sahil parkında 2022-ci ilin avqust ayının 9-da saat 21:00 radələrində görüşmüşlər. Parkda Aysun ona anası tərəfindən evdən qovulduğunu bildirmişdir. Bir az söhbət etdikdən sonra ayrılmışlar. Daha sonra Aysun ilə telefonda danışmışdır. Aysuna Lənkəran şəhərində də bir evinin olduğunu demişdir. Bundan sonra Aysun onun yaşadığı evinə gəlmək istəmişdir. O da, Aysunla razılıaşmışdır. Aysun ilk dəfə 2022-ci ilin sentyabr ayının 12-də gecə saat təxminən 23 radələrində ona zəng etmiş və onlara gəlmək istədiyini demişdir. O da Aysuna evdə olduğunu demişdir. Həmin vaxt evdə tək olmuşdur. Aysun onlara gəlmişdir. 13 sentyabr 2022-ci il tarixdə, təxminən saat 10 radələrində Aysun onu yuxudan oyatmış və o, Aysun ilə qucaqlaşmış və öpüşməyə başlamışdır. Aysun onun boynundan öpmüşdür. O Aysunun dodaqlarından və döşlərindən öpmüşdür. Sonra Aysun onun cinsiyyət orqanını əli ilə alt geyimindən çölə çıxartmışdır. Aysun ona qız uşağı olduğunu demişdir. O Aysunla arxadan cinsi əlaqədə olmaq istədiyini bildirəndə Aysun onunla razılaşmış və bundan sonra onunla arxadan cinsi əlaqədə olmuşdur. Daha sonra Aysun evindən çıxıb getmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, zərəçəkmiş şəxs və onun qanuni nümayəndəsi ondan şikayəti tələbi yoxdur, bütün bunları nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə qanunu nümayəndəsi Şahid1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ilə 2022-ci ilin avqust ayının əvvəllərindən instaqram sosial şəbəkəsində tanış olmuş və Lənkəran şəhəri sahil parkında onunla görüşmüşdür. O, ilk dəfə 2022-ci ilin sentyabr ayının 12-də gecə saat təxminən 23 radələrində Rəvana zəng etmiş və onlara getmək istədiyini ona demişdir. Rəvan da ona evdə olduğunu demişdir. Həmin vaxt Rəvan evdə tək olmuşdur. O, Rəvanın evinə getmişdir. Saat 03 kimi telefonda internetlə məşğul olmuşlar və sonra yatmışlar. Səhər saat təxminən 10 radələrində o Rəvanı oyatmış və bundan sonra Rəvan ilə qucaqlaşmış və öpüşməyə başlamışlar. O, Rəvanın boynundan öpmüşdür. Sonra dodaqdan öpüşmüşlər. Rəvan onun döşlərindən öpmüşdür. Sonra Rəvanın cinsiyyət orqanını əli ilə alt geyimindən çölə çıxartmışdır. O, Rəvana qız uşağı olduğunu bildirmişdir. Bundan sonra Rəvan onunla arxadan cinsi əlaqədə olmaq istəmiş və o da buna razılıq vermişdir. Bundan sonra Rəvan arxadan onunla cinsi əlaqədə olmuşdur. Daha sonra o, Rəvanın evindən dostcasına çıxıb getmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçi və tələbkar deyil, yetkinlik yaşına çatdıqdan sonra Rəvan onunla ailə həyatı quracağını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin qanunu nümayəndəsi Şahid1 şahid qismində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Qızı Zərərçəkmiş şəxs arada Masallı rayonuna xalası X1 evinə gedib bir neçə gün qaldıqdan sonra evə qayıdır. 14 sentyabr 2022-ci il tarixdə Lənkəran şəhər rayon polis şöbəsinə o şikayət etmişdir. Şikayətinə səbəb qızı Zərərçəkmiş şəxs son vaxtlar evdən qaçması və onunla tet-tez münaqişələr etməsi olmuşdur. 12 sentyabr 2022-ci il tarixdə saat təxminən 18 radələrində Zərərçəkmiş şəxs onunla evdə münaqişə etmiş və evdən çıxıb getmişdir. Həmin gün Aysun, Lənkəran şəhərinə getmək istəmiş, o da qızına getməyə razılıq verməmişdir. Bu səbəbdən aralarında münaqişə yaranmışdır. Aysun həmin gecə evə gəlməmiş, Aysunun telefon nömrəsinə bir neçə dəfə zəng etsə də, Aysun onun telefon zənglərinə cavab verməmişdir. O, Aysunu axtarsa da, tapa bilməmişdir. 13 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Aysun evə gəlmişdir. O, Aysuna bir neçə dəfə harada olduğunu, gecəni kiminlə keçirtdiyini soruşsa da, Aysun ona heç bir cavab verməmişdir. 14 sentyabr 2022-ci il tarixdə səhər vaxtı Aysun yenidən onunla mübahisə etmiş, sevgilisi olduğunu və oğlanla görüşməyə gedəcəyini bildirib evdən çıxıb getmişdir. O da bu səbəbdən Lənkəran ŞRPŞnə ərizə ilə müraciət etmişdir. Müraciətindən dərhal sonra polis əməkdaşlarının köməkliyi ilə Aysunun yeri müəyyən edilib ona təhvil verilmişdir. Polis şöbəsində ona məlum olmuş ki, Aysun Lənkəran rayon Göyşaban kənd sakini Təqsirləndirilən şəxs ilə bir-birilərini sevirlər. 12 sentyabr 2022-ci il tarixdən 13 sentyabr 2022-ci il tarixə keçən gecə ərzində Aysun, Rəvan Nəsirla onun Lənkəran şəhərində olan evində gecələmiş, X6 ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğu polis şöbəsində ona məlum olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxsin qanunu nümayəndəsi Şahid1 da məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsdən şikayətçi və tələbkar olmadığını göstərmişdir. Məhkəmə iclasında Şahid2 göstərmişdir ki,təqsirləndirlən şəxs onun doğma oğludur. Lənkəran şəhəri Ləvəngi dairəsində Nəsimi küçəsində yerləşən həyət eviləri vardır. Rəvan arada Lənkəran şəhərində yerləşən evində də, qalmışdır. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Rəvan 12 sentyabr 2022-ci il tarixdən 13 sentyabr 2022-ci il tarixə keçən gecə evə gəlməmiş və ona zəng edib atası evində qalacağını ona demişdir. O da Rəvana icazə vermişdir. Sonradan ona məlum olmuş ki, Rəvan Aysun adlı bir qızla tanış olmuş, evə gəlmədiyi həmin gecə Aysun ilə birlikdə evdə qalmışlar. Aysunun azyaşlı olduğunu və Rəvanın onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğu polis şöbəsində ona məlum olmuşdur. İşdə olan məhkəmə-tibbi ekspertizasının 15 sentyabr 2022-ci il tarixli, 922 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmiş, qızlıq pərdəsinin tamlığı pozulmamış, onda qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət qalmadıqda müddət təyin etmək mümkün deyildir. İşdə olan məhkəmə-psixoloji ekspertizasının 18 oktyabr 2022-ci il tarixli, 2774 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik və əqli gerilik aşkar olunmur. O, qərarda təsvir olunan hadisə dövründə hər hansı psixi xəstəlik qeyd edilməyib. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. O, ünsiyyətçilik, inadkarlıq, müstəqil yaşamağa meyillilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, o, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs özünün psixi, yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halından asılı olaraq qərarın təsviri hissəsində göstərilən hadisə zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. İşdə olan “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini, yəni xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində özünə məxsusu Lənkəran şəhəri, Nəsimi küçəsində yeürləşən 90 saylı evinin qonaq otağında Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında qeyri-təbii yolla cinsi əlaqədə olduğu yeri əyanı şəkildə göstərmiş, həmin yerin fotoşəkilləri protokola əlavə edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2007-ci il tarixdə doğulmuşdur. İşdə olan 16 noyabr 2022-ci il tarixli, 948 saylı arayışdan görünür ki, Nəsirov X4 Şəhər Psxiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İşdə olan şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin arayışından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və notariat qaydasında təsdiq olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 ərizəsindən görünür ki, o və zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur və gələcəkdə də olmayacaq, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq aparılan zaman Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən etdiyi əməlini etiraf etməsini, peşmançılıq keçirməsini, özünün də cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56-cı maddəsinin tələblərinə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs 120 (bir yüz iyirmi ) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-77/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-77/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver