Məhkəmə qərarları › İş №1(049)-77/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-77/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-77/2024 08.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X2 iştirakları ilə xx xxxxxx 1997-ci il tarixdə Lənkəran şəhərində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, ev 78/16, mənzil 4-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 2023-cü ilin oktyabr ayında, Lənkəran rayonu Qumbaşı kəndində məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda, üç ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,705 qram və 0,992 qram və 0,242 qram ümumi təmiz çəkisi 1,939 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 21 oktyabr 2023-cü il tarixdə saat 15:40 dəqiqədə Lənkəran Səhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran səhəri Zərifə Əliyeva küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 1ndə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibində olan plastik qutunun içərisindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ona qarşı irəli sürülmüş ittihamı qəbul edir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hazırda əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, anası ilə birlikdə yaşayır. Rəsmi evli olmasa da qeyri-rəsmi yaşadığı xanım, həmçinin 2 yaşlı bir oğlu var. Xanım və oğlu ondan ayrı yaşayır. Bir neçə ildir ki, narkotik vasitə olan heroindən tüstüsünü udmaq yolu ilə qəbul edir. Narkotik vasitə heroini Lənkəran şəhərinin müxtəlif yerlərində, həmçinin Qumbaşı kəndində tanımadığı bir neçə şəxsdən alır. Sonuncu dəfə 21 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran rayonu Qumbaşı kəndinə getmişdir. Orada əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı Fərhad adlı şəxsə yaxınlaşmış və Fərhaddan şəxsi istifadəsi üçün 70 manat qarşılığında üç büküm narkotik vasitə heroin alıb üzərində olan plastik qutunun içərisinə, qutunu da şalvarının sol yan cibinə qoymuşdur. Həmin gün günorta saatlarında Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində hərəkətdə imiş, oradan da evimə gedəcəkmiş. Bu zaman üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxslərdən biri ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatı olduğunu deyib onu Lənkəran şəhər-rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. O da razılaşaraq polis şöbəsinin inzibati binasına gəlmişdir. İnzibati binada onu otaqlardan birinə aparmışlar, Yusif Hüseynov adlı polis əməkdaşı ona şübhəli şəxs qismində tutulduğunu elan etmiş, vəkillərin siyahısını təqdim etmiş və oradan hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyini istəmişdir. O da Çingiz Babayev adlı vəkilin dəvət edilməsini istəmişdir. Vəkil şöbəyə gələndən sonra videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da üzərində olan mobil telefonları, siqaret qutusunu, pulqabını, həmçinin içərisində narkotik vasitə heroin bükümləri olan plastik qabı çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfində onun üzərində ətraflı şəxsi axtarış həyata keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 2,11 qram olmuşdur. Bundan sonra təhqiqatçı həmin bükümləri qablaşdırmış, üzərində imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən onun rəhbərliyi ilə, Şahid2 və Şahid3 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. 21 oktyabr 2023-cü il, saat 15 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Z.Əliyeva küçəsində yolla piyada hərəkətdə olarkən yaxınlaşıb Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən müdafiəçi iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi zamanı sonuncu əynində olan şalvarının sol yan cibindən kağıza bükülmüş üç bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sonra həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu keçirilərkən bildirmiş ki, heroindən istifadə edir, üzərindən aşkar edilmiş heroini həmin gün, səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndində Fərhad adlı şəxsdən 70 manata aldığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən şöbənin əməliyyat müvəkili Faiq Baxşıyevin rəhbərliyi ilə, o və Şahid3 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. 21 oktyabr 2023-cü il, saat 15 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Z.Əliyeva küçəsində yolla piyada hərəkətdə olarkən yaxınlaşıb Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən müdafiəçi iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi zamanı sonuncu əynində olan şalvarının sol yan cibindən kağıza bükülmüş üç bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sonra həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu keçirilərkən bildirmiş ki, heroindən istifadə edir, üzərindən aşkar edilmiş heroini həmin gün, səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndində Fərhad adlı şəxsdən 70 manata aldığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən şöbənin əməliyyat müvəkili Faiq Baxşıyevin rəhbərliyi ilə, o və Şahid2 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. 21 oktyabr 2023-cü il, saat 15 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Z.Əliyeva küçəsində yolla piyada hərəkətdə olarkən yaxınlaşıb Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Şöbəyə gəldikdən müdafiəçi iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi zamanı sonuncu əynində olan şalvarının sol yan cibindən kağıza bükülmüş üç bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sonra həmin kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu keçirilərkən bildirmiş ki, heroindən istifadə edir, üzərindən aşkar edilmiş heroini həmin gün, səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndində Fərhad adlı şəxsdən 70 manata aldığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin 33-34-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 21 oktyabr 2023-cü il tarixli, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 21 oktyabr 2023-cü il tarixdə üzərinə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən üç büküm narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin maddənin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş videogörüntüdən görünür ki, 21 oktyabr 2023-cü il tarixdə üzərinə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən üç büküm narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin maddənin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Cinayət işinin 48-51-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2023-cü il tarixli, 19/949 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 (dörd) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.705 qram; 0.992 qram; 0.242 qram, ümumi təmiz çəkiləri- 1.939 qram maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidir. Tədqiqata 0.15 qram sərf edilmiş, 1.789 qram qalıq qalmışdır. Ekspertiza xərci 60 manat təşkil edir. Cinayət işinin 87-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 23 oktyabr 2023-cü il tarixli, 977 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs toksikomaniya xəstəliyi aşkar olunur. Lakin 3-cü qrup əlil olması səbəbindən məcburi mülaicəyə əks göstərişi vardır. ərazi narkoloji dispanserində 2020-ci ildən opium narkomanlığı diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin 117-121-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirməsi haqqında” 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, bir ədəd kağız paketdə, 3 ədəd bükümdə, ümumi xalis çəkisi 1.789 qram heroin iş üzrə maddi sübut qismində tanınmış və saxlanması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 21 noyabr 2023-cü il tarixdə edilmiş dəyişliyə əsasən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahının İ siyahının 83-cü sırasına əsasən 0,15 qram narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin 1.939 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, daşıması və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 18-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması” 21 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 81-83-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 23 oktyabr 2023-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesab edilmişdir. Cinayət işinin 97-98-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/16, mənzil 4-də qeydiyyatda olmaqla anası ilə birlikdə yaşayır, qohumlari ilə normal münasibətdə olmamış, onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 110-112-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 110-112-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4cü bəndində əsasən cəzadan azad edilmişdir. CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini etiraf edərək peşman olmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əldə edilməklə saxlanılmış narkotik vasitənin miqdarını, eyni zamanda narkomaniyadan əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 23 oktyabr 2023-cü il tarixli, 977 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.789 qram qalıq çəkisi olan narkotik vasitə olan heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 oktyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.789 qram qalıq çəkisi olan narkotik vasitə heroin məhv edilsin, bir ədəd DVD disk cinayıt işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar