Məhkəmə qərarları › İş №1(049)-77/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-77/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-77/2025 29.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirlən şəxslər: xx xxxx 1990-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Lənkəran Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 ay 16 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 08 may 2023cü il tarixdə cəza müddəti bitmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri xx xxxx 1985-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, 25 noyabr 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 faktiki olaraq Bakı şəhərində yaşayan qonşusu Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanında yerləşən evdə yaşayış olmaması barədə məlumat alıb, onun həmin yaşayış sahəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaqla bağlı təklifi ilə razılaşaraq, bu məqsədlə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, qeyd olunan tarixdə, saat 24 radələrində birlikdə ünvan 4 ünvanın arxa hissəsinə gedib, əldə olunmuş razılığa və ümumi niyyətə uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs2 şübhəli hal olduqda dərhal onu məlumatlandırmaq və evdən götürəcəyi əşyaları qəbul etmək üçün evin arxa pəncərəsinin qarşısında dayanaraq müşahidə aparmış, bu vaxt özü evin arxa pəncərəsinə quraşdırılmış dəmir barmaqlığı əlləri ilə fiziki güc tətbiq etməklə çıxarıb əyərək və plastik pəncərəni istintaqla müəyyən edilməyən predmetlə sıxıb açaraq oradan yaşayış sahəsi hesab edilən evin içərisinə qanunsuz daxil olmaqla, evin qonaq otağından 400 manat qiymətində bir ədəd 82 sm dioqanallı "Samsung" markalı plazma televizoru, həmin televizorun altında qoyulmuş 100 manat qiymətində bir ədəd rəqəmsal aparatı, yataq otağından 190 manat qiymətində İran istehsalı olan bir ədəd qaz sobasını, 180 manat qiymətində bir ədəd ventilyatoru və mətbəxdən 170 manat qiymətində bir ədəd elektriklə işləyən su qızdırıcı aparatı, 200 manat qiymətində bir ədəd samovarı, 60 manat qiymətində bir ədəd şirəçəkən aparatı və 60 manat qiymətində bir ədəd blender aparatı pəncərənin qarşısında onu gözləyən qrup üzvü Təqsirləndirilən şəxs2 təhvil verdikdən sonra onları özləri ilə götürərək birlikdə oradan uzaqlaşmaqla, Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 1360 manat qiymətində özgənin əmlakı olan həmin məişət əşyalarını qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, 07 dekabr 2024-cil il tarixdə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə həmin gün səhər saat 06 radələrində Şahid3 məxsus ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinin giriş qapısını əli ilə itələyib açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla, yataq otağındakı güzgülü makiyaj masasının üzərindən sonuncunun arvadı Zərərçəkmiş şəxs1 məxsus 250 manat qiymətində "Samsung galaxy S21" markalı mobil telefon, həmin telefonun içərisində olan 10 manat qiymətində mobil Sim nömrə, 50 manat qiymətində qara rəngli dəri materialından hazırlanmış pul qabı və pul qabının içərisində olan 10 manat nəğd pul vəsaiti olmaqla, Zərərçəkmiş şəxs1 məxsus cəmi 320 manat qiymətində özgənin əmlakını təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 25 noyabr 2024-cii il tarixdə faktiki olaraq Bakı şəhərində yaşayan qonşusu Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə Təqsirləndirilən şəxs1 həmin evdə yaşayış olmaması və sahibinin Bakı şəhərində yaşaması barədə ətraflı məlumat verərək, sonuncunun razılığını aldıqdan sonra Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, qeyd olunan tarixdə, saat 24 radələrində birlikdə ünvan 4 ünvanın arxa hissəsinə gedib, əldə olunmuş razılığa və ümumi niyyətə uyğun olaraq özü şübhəli hal olduqda dərhal qrup üzvünü məlumatlandırmaq və evdən götürüləcək əşyaları qəbul etmək üçün evin arxa pəncərəsinin qarşısında dayanaraq müşahidə aparmış, bu vaxt qrup üzvü Təqsirləndirilən şəxs1 evin arxa pəncərəsinə quraşdırılmış dəmir barmaqlığı əlləri ilə fiziki güc tətbiq etməklə çıxarıb əyərək və palastik pəncərəni istintaqla müəyyən edilməyən predmetlə çıxıb açaraq oradan yaşayış sahəsi hesab edilən evin içərisinə qanunsuz daxil olmaqla, evin qonaq otağından götürdüyü 400 manat qiymətində bir ədəd 82 sm dioqanallı "Samsung" markalı plazma televizoru, həmin televizorun altında qoyulmuş 100 manat qiymətində bir ədəd rəqəmsal aparatı, yataq otağından götürdüyü 190 manat qiymətində İran istehsalı olan bir ədəd qaz sobasını, 180 manat qiymətində bir ədəd ventilyatoru və mətbəxdən götürdüyü 170 manat qiymətində bir ədəd elektriklə işləyən su qızdırıcı aparatı, 200 manat qiymətində bir ədəd samovarı, 60 manat qiymətində bir ədəd şirəçəkən aparatı və 60 manat qiymətində bir ədəd blender aparatı pəncərənin qarşısında qəbul edib, onları özləri ilə götürərək birlikdə oradan uzaqlaşmaqla, Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 1360 manat qiymətində özgənin əmlakı olan həmin məişət əşyalarını qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, idtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs2 evinə o daxil, Kamran isə çöldə olmuşdur. Həmin evdən televizor, samovar, qaz sobası və rəqəmsal aparatı oğurlamışlar. İstintaqçı həmin evdən oğurlamadıqları əşyaları da onlar tərəfindən oğurlandığını kimi qeyd etmişdir. Digər zərəçəkmiş şəxsin evindən özü tək, səhər saat 06 radələrində oğurluq etmiş, oradan telefon götürsə də, pul kissəsini götürməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, digər təqsirləndirlən şəxs Kamran usta, özü isə onu fəhləsi olmuşdur. O, Kamrandan oğurluq etdiyi ünvanı soruşmuş, sonuncu ona həmin ünvanda yaşayışın olmadığını bildirmişdir. Daha ondan orada niyə yaşayışın olmadığını soruşmamışdır. Pula ehtiyacı olduğu üçün dəqiq tarixi yadında qalmayan bir gün, gecə saat 23 radələrində o həmin evin pənçərəsinin dəmir barmaqlıqlarını sökərək evə daxil olmuş və yuxarıda adlarını qeyd etdiyi 04 ədəd əşyanı oradan çıxararaq Kamrana vermişdir. Hazırda qaz sobası zərəçəkmiş şəxsə qaytarılmışdır. Oğurladığı əşyaları, narkotik vasitə əldə etmək məqsədilə, 30, 40,50 manata kimə gəldi satmışdır. Həmin evdən oğurluq etdiyi zaman spirtli içki qəbul etməmişdir. Hazırda həbsdə olduğundan vurduğu ziyanı ödəyə bilmir. Kənarda da kimisə yoxdur ki, həmin ziyanı ödəsin. Belə ki, qardaşı həbsdədir, anası isə cəmi 130 manat məbləğində əmək haqqı alır. Oğurluq etməsi barədə anasına heç nə deməmişdir. 2024-cü ilin dekabr ayının dəqiq xatırlamadığı 6 və ya 7-si tarixində o, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 evinin yataq otağından mobil telefon oğurlamış, onun nömrəsini çıxarıb tullamış, telefonu isə bazarda 80-100 manata tanımadığı şəxsə satışdılr. Həmin telefonu alan şəxsə onun oğurluq olduğunu deməmişdir. O, həmin evdən pul kissəsini oğurlamamışdır. Oğurluq etdiyi zaman zərəçəkmiuş şəxsin həmin otaqda olduğunu bilmişdir. Lakin həmin vaxt o, narkotik vasitənin təsiri altında olmuşdur. Ayıq olsaydı, belə bir hərəkət etməzdi. Onun zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı da özünü qismən təqsirli bilərək orada göstərmişdir ki, o, həbs olunmamışdan əvvəl anası X2 ilə birlikdə ünvan 6 ünvanında yaşamışdır. O, fərdi yaşayış evlərində fəhlə işləyib çörək pulu qazanmışdır. O, təxminən 4 il ərzində narkotik vasitə olan heroindən siqaretin zərli kağızında yandırıb tüstüsünü udmaqla və inneksiya yolu ilə istifadə etmişdir. O, istifadə etdiyi heroini həmişə Lənkəran şəhər ərazisində yerləşən "Böyük bazar" deyilən yerdə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır. Lənkəran şəhər sakini Şahid4 təxminən 2-3 ildir ki, tanıyır. Elnurla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs2 təxminən 10 ildir ki, tanıyır. Kamranla da qohumluğu yoxdur, ədavəti və ziddiyyəti olmamışdır, hazırda da yoxdur. O, 2022-ci ilin may ayında Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə 1 il 04 ay müddətinə azadlıqdan məhrum edilmiş və 2022-ci ilin dekabr ayında şərti olaraq həbsdən azad olunmuşdur. Kamran Lənkəran şəhəri, Ə.Vahid küçəsində yaşayır. Kamran, onun qonşusu Ramizin qızı Şəbnəmin əri olmuşdur, hazırda onlar bir yerdə yaşamırlar. Kamran əvvəllər Ləvəngi dairəsində yerləşən "aqlay" sexində fəhlə işləmişdir. 25 noyabr 2024-cti il tarixdə, saat 22-23 radələrində Kamran istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək, onu görüşmək üçün Ləvəngi dairəsinə dəvət etmişdir. O da yaşadığı evdən çıxıb piyada Ləvəngi dairəsinə gəlmişdir. Həmin günü saat 23-24 radələrində Kamranla Ləvəngi dairəsində görüşmüşdür. Kamran ona, Lənkəran şəhəri Ə.Vahid küçəsində yerləşən sahibsiz bir evin olduğunu bildirib, həmin evdə olan əşyalardan oğurlayıb sataraq pul qazanmağı təklif etmişdir. O da Kamrandan evin sahibinin harada yaşadığını soruşmuşdur. Kamran da evin sahibinin Bakı şəhərində yaşadığını və həmin evdə heç kimin yaşamadığını ona bildirmişdir. O da Kamranla razılaşmışdır. Onlar piyada Ə.Vahid küçəsinə getmişlər və bir həyət evinin yanma çatanda Kamran həmin evi göstərərək "oğurluq edəcəyimiz bu evdir" bildirmişdir. Kamran ona "sən evə pəncərədən girərsən, mən çöldə dayanıb küçədə gəlib-gedənlərə nəzarət edəcəm, sən oğurladığın əşyalardan mənə verərsən, mən də əşyaları səndən alıb yerə qoyaram" bildirmişdir. Həmin ev bir mərtəbəli, hasarı dəmir şiverdən və həyət qapısı da dəmirdəndir. O və Kamran evin arxa tərəfinə keçmişlər və evin küçəyə açılan pəncərəsinə yaxınlaşmışlar. Həmin vaxtı pəncərənin qarşısında dəmir barmaqlıqın olduğunu görmüşdür. O, əli ilə dəmir barmaqlığın sağ tərəfindən tutub dartmış və dəmir barmaqlığın həmin tərəfini çıxardıb sola tərəf əymişdir. Sonra isə Kamran özü ilə gətirdiyi vintaçanı ona vermiş və o, həmin vintaçanı plastik pəncərənin arasına salıb pəncərəni açmışdır. O, pəncərəni açdıqdan sonra vintaçanı cibinə qoymuş, sonra isə pəncərədən evə daxil olmuşdur. O, alışqanın fənəri ilə daxil olduğu otağa baxan zaman, həmin otaqda bir ədəd Samsung markalı plazma televizorun, televizorun üzərində rəqəmsal aparatın, samovarın və İran istehsalı olan kiçik qaz sobasının olduğunu görmüşdür. O, əvvəlcə televizoru, rəqəmsal aparat götürüb pəncərədən Kamrana vermişdir. Sonra isə qaz sobasını və samovarı götürüb Kamrana vermiş və evə girdiyi pəncərədən küçəyə çıxmışdır. O, pəncərəni əli ilə çəkib örtmüş, amma pəncərə tam bağlanmamışdır. Sonra isə əli ilə dəmir barmaqlığı da yerinə qaytarmışdır. Bundan sonra, o və Kamran oğurladıqları həmin əşyaları götürüb asfalt yolun kənarına gətirib qoymuşlar. Bundan sonra, onlar həmin oğurladıqları əşyaları adam tapıb satmaq üçün fikirləşməyə başlamışlar. Kamran bacanağı Vəfailə zəng edib ona yalandan "bir nəfər tanışımın xəstəsi var, o, evində olan əşyalardan televizoru, qaz sobasını, samovarı və rəqəmsal aparatı satır, istəyirsənsə gətirim həmin əşyaları sən al" bildirmişdir. Vəfail də telefonda həmin əşyaları almaq istəmədiyini Kamrana bildirmişdir. Bundan sonra, Kamran ona, "oğurladığımız əşyaları mən sata bilmədim, sən həmin əşyaları satıb səhər pulumu verərsən" bildirmişdir. O da Kamranla razılaşmış və taksi maşını tapmaq üçün Ləvəngi dairəsinə getmişdir. Kamran isə yaşadığı evə getmişdir. Yolda istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Elnurun hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng etmiş və ona yalandan "pula ehtiyacım vardır, ev əşyalarımızdan satmaq istəyirəm, alırsansa gətirim" bildirmişdir. Elnur da həmin əşyaları notariusun köhnə binasının yanına gətirməyini ona bildirmişdir. O, həmin əşyaları oğurladığını Elnura deməmişdir. O, Ləvəngi dairəsinə çatdıqdan sonra Ləvəngi dairəsində taksi maşınının olmadığını görmüşdür. O, yoldan keçən bir taksi maşınına əl etmişdir. Həmin taksi maşını dayanmış və o, taksiyə əyləşmişdir. O, həmin taksi maşınının adını bilmədiyi sürücüsünə yalandan "evimizin əşyalarını məhkəmənin binasının yanma apara bilsənmi? " bildirmişdir. Həmin taksi sürücüsü də ondan buna görə zəhmət haqqı olaraq 5 manat pul istəmişdir. O da həmin taksi sürücüsü ilə razılaşmışdır. O, həmin taksi maşınına oturmuş və Kamranla birlikdə oğurluq etdiyi evin yanına gəlmişdir. O, maşından yerə düşmüş və televizoru, rəqəmsal aparatı maşının arxa salonuna qoymuşdur. O, qaz sobasını və samovarı isə maşının yük yerinə qoymuşdur. Həmin taksi maşını ağ rəngli, VAZ2106 markalı olmuşdur. Amma həmin maşının nömrə nişanına baxmadığı üçün bilməmişdir. Bundan sonra, o, həmin maşının qabaq sağ oturacağına əyləşmiş və məhkəmənin binasının yaxınlığında olan Lənkəran şəhəri, H.Aslanov küçəsində yerləşən notariusun əvvəllər olduğu köhnə binanın qarşısına gəlmişdir. O, həmin əşyaları maşından götürüb yerə qoymuşdur. Sonra isə adını bilmədiyi həmin taksi maşınının sürücüsünə 5 manat pııl vermiş və o, maşını sürərək harasa getmişdir. Həmin vaxtı tanımadığı bir nəfər orta yaşlı bir kişi ona yaxınlaşmış və ondan gecə vaxtı burada niyə dayandığını soruşmuşdur. O, həmin kişiyə yalandan anasının xəstəxanada ağır vəziyyətdə olduğunu, dərman almağa pulunun olmadığını və ona görə də evlərində olan əşyaları satmaq üçün həmin yerdə dayandığını bildirmişdir. Həmin kişi ondan qaz sobasını neçəyə satmaq istədiyini soruşmuşdur. O da tanışı ilə danışdığını və bir neçə dəqiqəyə tanışının gəlib qaz sobasını ondan alacağını həmin kişiyə bildirmişdir. Bundan sonra həmin kişi ondan, televizoru, rəqəmsal aparatı və samovarı neçəyə satmaq istədiyini ondan soruşmuşdur. O da həmin kişiyə televizoru rəqəmsal aparatla birlikdə 200 manata, samovarı isə 25 manata satacağım bildirmişdir. Amma həmin kişi ona, 200 manatın baha olduğunu, televizorla rəqəmsal aparata 100 manat, samovara isə 15 manat verə biləcəyini söyləmişdir. O da həmin kişi ilə razılaşmışdır. Həmin kişi, ona cəmi 115 manat pul vermiş və o da televizoru, rəqəmsal aparatı, samovarı həmin kişiyə vermişdir. Həmin kişi də televizoru, rəqəmsal aparatla birlikdə qucağına, samovarı isə əlinə götürüb piyada harasa getmişdir. O, həmin əşyaları oğurladığını həmin kişiyə deməmişdir. Təxminən 20 dəqiqədən sonra Elnur markasını xatırlamadığı bir taksi maşını ilə onun dayandığı yerə gəlmiş və maşından yerə düşüb onunla görüşmüşdür. Elnurun gəldiyi taksi maşını harasa getmişdir. O, həmin qaz sobasını Elnura 70 manata satmışdır. Elnur həmin yerdə qalmış, o isə yaşadığı evə getmişdir. Kamranın vintaçanı onda qalmış və o, həmin vintaçanı Lənkəran şəhərində hazırda xatırlamadığı yerə tullamışdır. Səhərisi günü, saat 17 radələrində Kamrana zəng edib harada olduğunu soruşmuşdur. Kamran da Ləvəngi dairəsində onu gözlədiyini bildirmişdir. O, evdən çıxıb piyada Ləvəngi dairəsinə gəlmiş və Kamranla görüşmüşdür. Onun pula ehtiyacı olduğu üçün Kamrana yalandan oğurladıqları televizorun, rəqəmsal aparatın və samovarın xarab çıxdığını və onları küçəyə tulladığını, qaz sobasını isə 40 manata satdığını bildirmişdir. O, Kamrana 20 manat pul vermiş və yaşadığı evə qayıtmışdır. O da qalan pulları ehtiyaclarına xərcləmişdir. O, ünvan 7 ünvanında yaşayan Çingizi tanıyır. 07 dekabr 2024-cii il tarixdə saat 04 radələrində Lənkəran şəhərində yerləşən "Kürə" deyilən ərazidə olan adını bilmədiyi bir mağazaya un boşaltmağa getmişdir. O, həmin günü saat 06 radələrinədək un kisələrin yük maşınından mağazaya daşıyıb qurtarmış və piyada yaşadığı evə tərəf getməyə başlamışdır. O, un kisələrini boşaltdığı mağazanın kimə məxsus olduğunu bilmir. O, Ş.Zahid küçəsi ilə piyada yaşadığı evə tərəf gedən zaman Çingizin həyət qapısının açıq və aralı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxtı, o, Çingizin evinə daxil olub, oradan oğurluq etmək qərarına gəlmişdir. O, dəmirdən olan həmin qapıya yaxınlaşmış və həyətə daxil olmuşdur. Sonra isə evin qapısını əli ilə açıb içəri daxil olmuşdur. Həmin vaxtı evdə heç kim olmamışdır. O, masanın üzərində mobil telefonun olduğunu görmüşdür. O, həmin mobil telefonu oğurlayıb evdən küçəyə çıxmış və yaşadığı evə tərəf getməyə başlamışdır. O, yolda oğurladığı telefona baxan zaman həmin telefonun SAMSUNG markalı olduğunu görmüşdür. O, tez həmin telefonun içərisində olan telefon nömrəsini çıxardıb, küçədə hazırda xatırlamadığı yerə tullamışdır. Sonra isə yaşadığı evə getmişdir. Səhər saat 11 radələrində evdən çıxıb oğurladığı həmin mobil telefonu satmaq üçün piyada Lənkəran şəhər bazarına tərəf getməyə başlamışdır. O, notariusun keçmiş binasının yanma çatanda Elnurun küçədə dayandığını görmüşdür. O, Elnura yaxınlaşmış və ona yalandan pula ehtiyacı olduğu üçün mobil telefonunu satmaq istədiyini bildirib, həmin mobil telefonu almağı ona təklif etmişdir. Elnur da mobil telefona ehtiyacı olmadığını ona bildirmişdir. O, həmin mobil telefonu oğurladığını Elnura deməmişdir. Bundan sonra, o, bazara getmiş və oğurladığı həmin mobil telefonu bazarda tanımadığı bir nəfər şəxsə 60 manata satmışdır. O, həmin pulu da özü üçün xərcləmişdir. O, Çingizin evindən içərisində 10 manat olan 50 manat qiymətində pul qabını oğurlamamışdır. O, Kamranla birlikdə ünvan 8 ünvanda yerləşən evdən yalnız bir ədəd Samsung markalı televizor, həmin televizorun rəqəmsal aparatını, bir ədəd samovarı və bir ədəd qaz sobasını oğurlamışdır. O, 1 ədəd ventilyatoru, 1 ədəd elektrik suqızdırıcı aparatı, 1 ədəd şirəçəkən aparatı və 1 ədəd blender aparatını oğurlamamışdır.Həmin əşyaları kimin oğurladığını da bilmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, idtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs2 evindən digər təqsirləndirilən şəxslə bilrlikdə televizor, rəqəmsal aparaq, qaz sobası və samovar oğurlamışlar. O, digər təqsirləndirilən şəxs Həbibi tanıyır. Özünün plastik qapı-pəncərə yeri olmuşdur. Həbibi də oradan tanıyır. Günlərin bir günündə Həbibə demişdir ki, bir ev var, gir gör içində nə var. Beləlkilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 evinə yaxınlaşmışlar, Həbib evə daxil olub oradan oğurladığı malları ona vermişdir. Həmin malları bir otluğa yığdıqdan sonra, bir nəfərə zəng edib bildirmişdir ki, tanışının xəstəsi var, ona pul lazımdır, buna görə də ev əşyalarını satır. Həmin şəxs malı almaq istəmədiyini ona bildirdikdən sonra o, çıxıb evlərinə getmiş, həmin malları sonradan Həbib satmışdır. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, oğurlanmış malların satışından Həbib ona cəmi 20 manat pul vermişdir. Ona verdilmiş 20 manata görə narazılığın bildirsə də, Həbib ona bildirmişdir ki, malın yarısını satmışdır, qalan yarısını sata bilməmişdir. Həmin oğurluq etdikləri evdə yaşayış olmamış və pula ehtiyacı olduğu üçün bunu etmişdir. Belə ki, uşağı xəstədir və onun müalicəsi üçün 200-300 manat pul tələb olunur. Əvvəllər nasrkotik vasitədən istifadə etmişdir. Başqa oğurluq etməmişdir. Zərəçəmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş 1360 manat ziyanın çox hissəsini ödəmiş, cəmi 310 manat qalmışdır. Onu da bir ay müddətində zərəçəkmiş şəxsə ödəyəcəkdir. Həbib həbsdə olduğu üçün, özü həmin ziyanın çox hissəsini ödəmişdir. Oğurluq etməyi Həbibə özü təklif etmişdir. Azadlıqda qalmaq istəyir. Lakin o, zərəçəkmiş şəxsə həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Buna baxmayaraq yuxarıda göstərdiyi 04 ədəd əşyadan başqa həmin evdən heç nə oğurlamamışlar. Zərəçəkmiş şəxslə barışıq əldə etmək məqsədilə həmin ziyanı ödəyir. Oğurluq hadisəsi 26-da deyil, ondan əvvəl olmuşdur. Özləri oğurluq etdiklləri gündən başqa nə əvvəlki, nə də ki, sonrakı günlərdə həmin evdən oğurluq etməmişlər. O, oğurluğu narkotik vasitə əldə etmək məqsədi ilə deyil, uşağının xəstəliyi ilə əlaqədar etmişdir. Həmin pulu uşağına vermişdir. Rəsmi boşanmasa da, arvadından ayrı yaşayır, uşaqları gah anasında, gah da onda olur. Hazırki məhkəmə iclasında Təqsirləndirilən şəxs2 məhkəməyə zərəçəkmiş şəxsin kartına göndərdiyi daha 100 manat pula dair qəbzi təqdim edərək bildirmişdir ki, onun ödənilməmiş 210 manat ziyanı qalmışdır. Onu da bir ay müddətində ödəyəcəkdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı da özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə ünvan 9 ünvanında yaşayır. O, plastik qapı-pəncərə ustasıdır. 2020-ci ilin noyabr ayından 2024-cü ilin avqust ayınadək psixotrop maddə olan metamfetamindən zərli kağızda yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. 2024-cü ilin avqust ayından etibarən narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs1 təxminən 2015-ci il tarixdən etibarən tanıyır. Həbiblə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır, hazırda da yoxdur. Zərərçəkmiş şəxs2 qonşu kimi tanıyır. Elnarə ilə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. Elnarə Bakı şəhərində yaşayır və Elnarənin Lənkəran şəhəri Ə.Vahid küçəsi 16 ünvanında yerləşən evi vardır. Həmin evdə heç kim yaşamır. Həmin ev bir mərtəbəli, hasarı dəmir şiverdən və həyət qapısı da dəmirdəndir. O, 25 noyabr 2024-cü il tarixdə, saat 23 radələrində xərcləməyə pulu olmadığına görə qərara gəlmişdir ki, Elnarənin evində olan əşyalardan oğurlayıb pul qazansın. Buna görə də istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Həbibin ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək, Həbibi görüşmək üçün Ləvəngi dairəsinə çağırmışdır. Həmin günü, saat 24 radələrində Həbib Ləvəngi dairəsinə gəlmiş və o, Həbiblə görüşmüşdür. O, Həbibə Lənkəran şəhəri Ə.Vahid küçəsində yerləşən sahibsiz bir evin olduğunu bildirib, həmin evdə olan əşyalardan oğurlayıb sataraq pul qazanmağı təklif etmişdir. Həbib də ondan həmin evin sahibinin harada yaşadığını soruşmuşdur. O da həmin evin sahibinin Elnarə adlı qadın olduğunu, Elnarənin Bakı şəhərində yaşadığını və buna görə də həmin evdə heç kimin yaşamadığını Həbibə bildirmişdir. Həbib də onunla razılaşmışdır. Onlar piyada Ə.Vahid küçəsinə getmişlər və Elnarənin həyət evinin yanına çatanda Həbibə "oğurluq edəcəyimiz bu evdir, sən evə pəncərədən girərsən, mən çöldə dayanıb küçədə gəlibgedənlərə nəzarət edəcəm və evdən götürəcəyin əşyaları pəncərədən mənə verərsən" bildirmişdir. O və Həbib evin arxa tərəfinə keçmişlər və evin küçəyə açılan pəncərəsinə yaxınlaşmışlar. Həbib əli ilə dəmir barmaqlığın sağ tərəfindən tutub dartmış və dəmir barmaqlığın həmin tərəfini çıxardıb sola tərəf əymişdir. Sonra isə o, cibindən vintaçanı çıxardıb Həbibə vermiş və Həbib vintaçanı plastik pəncərənin arasına salıb pəncərəni açaraq, pəncərədən evə daxil olmuşdur. O isə küçədə dayanıb gəlib-gedənlərə nəzarət etmişdir ki, birdən kimsə onların oğurluq etdiyini görsə, evdən tez çıxıb qaçması üçün Həbibə məlumat versin. Həbib evdən götürdüyü Samsung markalı plazma televizoru, üzərində olan rəqəmsal aparatla birlikdə pəncərədən ona vermiş və o da yerə qoymuşdur. Sonra isə Həbib İran istehsalı olan kiçik qaz sobasını pəncərədən ona vermiş və o da həmin qaz sobasını yerə qoymuşdur. Həmçinin Həbib bir ədəd samovarı da pəncərədən ona vermiş və o da samovarı yerə qoymuşdur. Sonra isə Həbib pəncərədən tullanıb küçəyə çıxmış və onlar oğurladıqları həmin əşyaları daşıyaraq asfalt yolun kənarına gətirib qoymuşlar. Bundan sonra, onlar həmin oğurladıqları əşyaları adam tapıb satmaq üçün fikirləşməyə başlamışlar. O, bacanağı Vəfailə zəng edib ona yalandan "bir nəfər tanışımın xəstəsi var, o, evində olan əşyalardan televizoru, qaz sobasını, samovarı və rəqəmsal aparatı satır, istəyirsənsə gətirim həmin əşyaları sən al" bildirmişdir. Vəfail də ona "gecə vaxtı mənə nə üçün zəng etmisən, dediyin əşyalar mənə lazım deyildir" bildirmişdir. Bundan sonra, Həbibə, oğurladıqları əşyaları sata bilmədiyini bildirib, həmin əşyaları onun satmağını təklif etmişdir. Həbib də onunla razılaşmış və Həbib taksi maşını tapmaq üçün Ləvəngi dairəsinə getmişdir. O isə yaşadığı evə qayıtmışdır. O, səhərisi günü, saat 17 radələrində Həbiblə yaşadığı evin yanında görüşmüş və Həbib ona 20 manat pul verib, oğurladıqları əşyaları çox ucuz qiymətə satdığını bildirmişdir. O da Həbiblə razılaşmışdır. Həbib 20 manat pulu ona verdikdən sonra harasa getmişdir. Həbibin oğurladıqları əşyalardan olan qaz sobasını satdığı Elnur adlı şəxsi tanımır. Həmçinin Həbibin oğurladıqları əşyalardan olan televizoru, rəqəmsal aparatı və samovarı satığı şəxsi də tanımır. O, Həbiblə birlikdə Elnarənin həmin evindən yalnız bir ədəd Samsung markalı televizor, həmin televizorun rəqəmsal aparatını, bir ədəd qaz sobasını və bir ədəd samovarı oğurlamışdır.O, 1 ədəd ventilyatoru, 1 ədəd elektrik suqızdırıcı aparatı, 1 ədəd şirəçəkən aparatı və 1 ədəd blender aparatını oğurlamamışdır.Həmin əşyaları da kimin oğurladığını bilmir. O, yuxarıda qeyd etdiyi oğurluq hadisəsindən başqa digər oğurluq hadisələri törətməmişdir. Məhkəmə qeyd edfir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllər onların qismən etirafedici ifadələri, hadisə yerlərinə baxış keçirilməsi haqqında protokollar, həmin protokollara əlavə edilmiş fotoşəkillər, ifadənin yerində yoxlanılması barədə protokollar, həmin protokollara əlavə olunmuş fotoşəkillər, təqdim etmə, götürmə və baxış keçirilməsi barədə protokol, həmin protokol əlavə olunmuş fotoşəkillər, maddi sübut, tanınmaya təqdim etmə protokolu, həmin protokola əlavə olunmuş fotoşəkil, məhkəmə ambulator-narkoloji ekspertizasının rəyləri, mütəxəssis (arayış) rəyi, üzləşdirmə-dindirmə protokolu, Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkillərinin raportları, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə istintaq zamanı toplanmış digər istintaq sənədləri ilə subuta yetirilir. Belə ki, məhkəmə iclasının yeri və vaxtı barəsində Zərərçəkmiş şəxs1 lazımi qaydada məlumat verilsə də, o, hazırki məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında bilirmişdir ki, ibtidai sitintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 onun qonşusu olmuşdur. Sonuncu onun yataq otağına girib, onu görmədiyinə əmin olub həmin otaqdan telefonunu və pul kisəsini oğurlamışdır. Ona Həbibin onun yataq otağına girməsi pis təsir göstərmişdir. Təqsirləndirilən şəxs1 şikayətçi olmasa da, ona vurduğu ziyanı tələb edir. Ona cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxır. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı göstərmişdir ki, ailə üzvülərilə birlikdə ünvan 7 ünvanında yaşayır. Şahid3 onun əridir. Özü heç bir yerdə işləmir və təqaüdçüdür. Əri Çingiz də heç bir yerdə işləmir və təqaüdçüdür. Onların yaşadıqları ev 1 mərtəbəli olmaqla, 3 otaqdan, 1 ümumi zaldan və 1 mətbəxdən ibarətdir. Əri Çingiz təxminən 3-4 il bundan əvvəl ona 470 manata SAMSUNG GALAXY S21 markalı mobil telefon, 10 manata isə ***-***-**-** mobil telefon nömrəsi almışdır. Hazırda həmin mobil telefonun qiyməti 250 manatdır. 07 dekabr 2024-cii il tarixdə, saat 05 radələrində Çingiz yataqdan qalxıb bazara getmişdir. O isə yataqdan qalxmamışdır. Həmin günü saat 07 radələrində yuxudan oyanmış və otağın işığını yandırmışdır. Sonra isə ümumi otaqla üzbəüz olan digər yataq otağına keçib işiğı yandırmış və güzgülü makiyaj masasının üzərində olan əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, həmin makiyaj masasına yaxınlaşmış və masanın üzərinə qoyduğu içərisində ***-***-**-** mobil telefon nömrəsi olan SAMSUNG GALAXY markalı mobil telefonunun olmadığını görmüşdür. O, dərhal anlamışdır ki, kimsə evə daxil olaraq mobil telefonunu oğurlayıb aparmışdır. Həmin günü saat 08-09 radələrində Çingiz evə qayıtmış və o, mobil telefonunun oğurlanması barədə Çingizə məlumat vermişdir. Çingiz həyətə çıxıb DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bundan sonra, Çingiz həyətdən evə daxil olmuş və ona "sən evə yaxşı bax birdən başqa əşyalar da oğurlanmışdır" bildirmişdir. O, həmin makiyaj masasının üzərinə baxan zaman içərisində 10 manat pul olan 50 manat qiymətində qara rəngli dəri materialından hazırlanmış pul qabının da olmadığını görmüşdür. O, Çingizə pul qabının da oğurlandığını bildirmişdir. Bir neçə dəqiqədən sonra Lənkəran polis şöbəsinin işçiləri onların evinə gəlmiş və evə baxış keçirmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 320 manat ziyan dəymişdir. 11 dekabr 2024- cii il tarixdə Lənkəran polis şöbəsindən əri Çingizə zəng edib bildirmişlər ki, onların evində baş vermiş oğurluq hadisəsini Təqsirləndirilən şəxs1 törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər Zərərçəkmiş şəxs2 lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Lakin xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında bilirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ona vurulmuş 1360 mant ziyandan, müstəntiq tərəfindən qaytarılmış 200 manat və qaz sobası da daxil olmaqla təqsirləndilən şəxs Təqsirləndirilən şəxs2 tərəfindən 1050 manat qaytarılmış, qalan 310 manat ziyanı onun bacısı bir ay müddətinə qaytaracağına söz vermişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı göstərmişdir ki, o, ailə üzvülərilə birlikdə ünvan 10 ünvanında yaşayır.O, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Heç kimlə düşmənçilik və ədavəti yoxdur. Bakı şəhərində yaşamağına baxmayaraq Lənkəran şəhəri Ə.Vahid küçəsi 16 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evdə heç kim yaşamır. O, hərdən bir Lənkəran şəhərinə gələrək bir neçə gün həmin evində qalıb təmizlik işləri ilə məşğul olur. Sonuncu dəfə 22 sentyabr 2024-cü il tarixdə Lənkəran şəhərinə gələrək bir neçə gün evində qalmış və həmin ərəfələrdə evin əşyalarının yerində olduğunu görmüşdür. O, həmin evinin açarlarını uzaq qohumu olan Şahid1 vermişdir ki, hərdən bir onun evinə gəlib nəzarət etsin. 26 noyabr 2024-cü il tarixdə, saat 17 radələrində Şahid1 ona zəng edərək, ona məxsus evin arxa tərəfində yerləşən pəncərənin dəmir barmaqlıqlarının yerindən çıxardıldığını, deyəsən evə kiminsə girib əşyalardan oğurladığını bildirib təcili Lənkəran şəhərinə gəlməyini söyləmişdir. O da 27 noyabr 2024-cü il tarixdə, saat 07 radələrində Bakı şəhərindən çıxıb Lənkəran şəhərinə gəlmiş və evə baxdıqdan sonra ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evin arxa tərəfində yerləşən pəncərədəki dəmir barmaqlığı yerindən çıxardıb, pəncərədən evə daxil olaraq evin qonaq otağında olan 400 manat dəyərində 82 sm dioqanallı bir ədəd SAMSUNG markalı plazma televizoru, həmin televizorun altında olan 100 manat qiymətində bir ədəd rəqəmsal aparatı, evin yataq otağından 190 manat qiymətində İran istehsalı olan bir ədəd qaz sobasını, 180 manat qiymətində bir ədəd ventilyatoru, evin mətbəxində olan 170 manat qiymətində bir ədəd elektrik su qızdırıcı aparatı, 200 manat qiymətində bir ədəd samovarı, 60 manat qiymətində bir ədəd şirəçəkən aparatı və 60 manat qiymətində bir ədəd blender aparatını oğurlayıb aparmışlar. Bundan sonra, o, evində baş vermiş oğurluq hadisəsi ilə bağlı Lənkəran polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Lənkəran polis şöbəsinin əməkdaşları onun həmin evinə gəlmişlər və evə baxış keçirmişlər. O, qrip xəstəliyinə tutulduğu üçün özünü yaxşı hiss etmədiyindən, Arzumandan xahiş etmişdir ki, hadisə yerini polis işçilərinə göstərsin. Arzuman da hadisə yerini polis işçilərinə göstərmiş və polis işçisi fotoşəkillər çəkib protokol tərtib etmişdir. O da həmin protokola imza etmişdir. 2024-cü ilin dekabr ayının axırlarında polis şöbəsindən ona zəng edib bildirmişlər ki,onun evindən oğurluq edən Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs1 Fizulu oğlunu tutmuşlar və Həbib, onun evindən əşyaları Kamran adlı şəxslə birlikdə oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 1360 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid3 göstərmişdir ki, o, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 əridir. Təqsirləndirlən şəxslərdən yalnız Həbibi tanıyir. Evindən oğurluq edildiyi gün səhər tezdən bazara getmiş, arvadı isə evdə olmuşdur. Oradan qayıtdıqdan sonra arvadı onadan onun telefonunun onun tərəfindən götürülüb-götürülməməsini soruşmuş, o, ona həmin telefonun onda olmadığını bildirdikdən sonra onun nömrəsinə zəng etmiş, zənglər getsə də, telefonun səsi gəlməmiş, sonradan onlara məlum olmuşdur ki, həmin telefon və pul kisəsi oğurlanmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaq zamanı isə o, göstərmişdir ki, onun ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi vardır. O, həmin evdə arvadı Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşayır. Həmin ev birmərtəbəli olmaqla 3 yataq otağından, 1 ümumi otaqdan və 1 mətbəxdən ibarətdir. 07 dekabr 2024-cü il tarixdə, saat 05 radələrində yaşadığı evdən çıxıb bazara getmiş və saat 08 radələrində evə qayıtmışdır. O, evdən çıxarkən evin və həyətin qapısının kilidini bağlamamışdır. O, evə daxil olduqda arvadı Dilarə ona, kiminsə ümumi otağın qapısı ilə üzbəüz olan yataq otağına daxil olaraq güzgülü makiyaj masasının üzərinə qoyduğu Samsung Galaxy S21 markalı mobil telefonunu oğurlayıb apardığını bildirmişdir. O, yataq otağına keçmiş və güzgülü makiyaj masasının üzərinə baxan zaman masanın üzərində olan əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, həyətə çıxmış və DİN-nin 102 xidmətinə zəng edib, yaşadığı evdən 1 ədəd Samsung S21 markalı mobil telefonun oğurlanması barədə məlumat vermişdir. O, evə daxil olmuş və arvadı Dilarə ona, masanın üzərinə qoyduğu içərisində 10 manat olan 50 manat qiymətində pul qabının da oğurlandığını bildirmişdir. Bir neçə dəqiqədən sonra Lənkəran polis şöbəsinin əməkdaşları onların evinə gəlmişlər və evə baxış keçirmişlər. O, evində baş vermiş oğurluq hadisəsi ilə bağlı Lənkəran polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 11 dekabr 2024-cü il tarixdə polis şöbəsindən ona zəng edib bildirmişlər ki, onların evində olan əşyaları Təqsirləndirilən şəxs1 oğurlamışdır. O, oğurlanmış Samsung Galaxy markalı mobil telefonu təxminən 3-4 il əvvəl 470 manata arvadı Dilarə üçün almış və həmin telefonu arvadı Dilarə işlətmişdir. Həmin telefonun üzərində 10 manat qiymətində olan ***-***-**-** mobil telefon nömrəsi olmuş və həmin mobil telefon nömrəsini də arvadı Dilarə işlətmişdir. Həmin mobil telefonun hazırda qiyməti 250 manatdır. Makiyaj masasının üzərindən oğurlanmış arvadı Dilarəyə məxsus qara rəngli dəri pul qabının qiyməti 50 manatdır və pul qabının içərisində 10 manat da pul olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində onlara cəmi 320 manat ziyan dəymişdir. Həmin mobil telefondan, mobil telefon nömrəsindən və içərisində 10 manat olan pul qabından başqa evindən heç nə oğurlanmamışdır. Məhkəmə iclasında Şahid4 göstərmişdir ki, təqsirləndirlən şəxslərdən yalnız Həbibi tanıyir. Həbib ona zəng vuraraq bildirmişdir ki, evlərində olan qaz sobasını satmaq istəyir. Buna görə də o, Həbibə 70 manat pul verərək həmin sobanı almışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin qaz sobasının oğurluq mal olduğunu bilməmişdir. Bilsəydi, almazdı. Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, o, valideyinləri ilə birlikdə Lənkəran rayonunun Sütəmurdov kəndində yaşayır.O, təxminən iki il ərzində hərdən bir narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən siqaretin zərli kağızında yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs1 2024-cü ilin sentyabr ayının əvvəllərindən etibarən tanıyır.Onun Həbiblə qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır.Onun istifadəsində ***-***-**-** mobil telefon nömrəsi vardıı*.2024-cü ilin noyabr ayının axırlarında, saat 24 radələrində yaşadığı evdə olduğu zaman Həbib hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinə zəng edərək, pula ehtiyacı olduğu üçün ev əşyalarından olan qaz sobasını satmaq istədiyini bildirib, həmin qaz sobasını alıb-almayacağını ondan soruşmuşdur.O da Həbiblə razılaşmış və qaz sobasını yaşadığı evin qarşısına gətirməyini Həbibə bildirmişdir.Həbib də qaz sobasını onun yaşadığı evin yanma gətirə bilməyəcəyini bildirib, ondan notariusun köhnə binasının yanma gəlməyini xahiş etmişdir.O da evdən çıxmış və yoldan keçən tanımadığı bir taksi maşını ilə Lənkəran şəhəri H.Aslanov küçəsində yerləşən notariusun köhnə binasının qarşısına gəlmişdir.O,taksidən həmin binanın qarşısında düşmüş və taksi maşım harasa getmişdir.O, həmin yerdə Həbiblə görüşmüş və Həbibin yanında bir qaz sobasının olduğunu görmüşdür.Həbib pula ehtiyacı olduğu üçün həmin qaz sobasını satmaq istədiyini ona bildirmişdir.O da qaz sobasını neçəyə satmaq istədiyini Həbibdən soruşmuşdur.Həbib də qaz sobasını ona 80 manata satacağım bildirmişdir.O da qaz sobasına 70 manat pul verə biləcəyini Həbibə bildirmişdir.Həbib də onunla razılaşmış və o, Həbibə 70 manat pul verib qaz sobasını almışdır.Sonra isə həmin qaz sobasını işlədiyi firmada olan otağına qoymuşdur ki, otaqda istilik üçün yandırıb istifadə edər.Həbib həmin qaz sobasını ona satarkən, həmin qaz sobasını oğurladığını deməmişdir və onun məlumatı da olmamışdır.O, həmin qaz sobasını gətirib polis şöbəsinə təqdim etmişdir. xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında Şahid1 göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs2 Bakı şəhərində yaşadığı üçün, ondan xahiş etmişdir ki, onun evinə baxsın. Həmin evə baxdığı üçün, evin açarları onda da olmuşdur. xx.xx.2024-cü il tarixdə həmin evə baxdıqda görmüşdür ki, evin pəncərəsi sökülmüşdür. Buna görə də Zərərçəkmiş şəxs2 zəng edib ona bildirmişdir ki, onun evindən oğurluq edilmişdir. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, evə daxil olduqdan sonra həmin evdə televizorun, qaz sobasının olmadığını görmüşdür. Digərlərinə fikir verməmişdir. Həmin evə 2015-ci ildən gedib-gəlmiş, sonuncu dəfə həmin oğurluq hadisəsindən 2 ay əvvəl getmişdir. O, həmin evə hər gün gedib - gəlməmişdir. 20 gün qabaq Zərərçəkmiş şəxs2 həmin evə gəlsə də, o, həmin evə öz açarı ilə daxil olmuşdur. Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, o, ailə üzvüləri ilə birlikdə Lənkəran rayonunun Bürcəli kəndində yaşayır. O, evlərdə fəhlə işləyib ailəsinə çörək pulu qazanır. Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 onun uzaq qohumu və ailəvi dostudur. Zərərçəkmiş şəxs2 Bakı şəhərində yaşamağına baxmayaraq, Elnarənin Lənkəran şəhəri Ə.Vahid küçəsi 16 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evi vardır. Elnarənin həmin evində heç kim yaşamır və Zərərçəkmiş şəxs2 həmin evinə nəzarət etməyi ona tapşırmışdır. Elnarə evinə nəzarət etmək üçün açarlarını da ona vermişdir. O, hərdən bir Elnarənin evinə gedərək, evə baxır. O, 2024-cü ilin sentyabr ayının axırlarında Elnarə həmin evinə gəlmiş və təxminən 2-3 gün evində qaldıqdan sonra Bakı şəhərinə qayıtmışdır. O, 2024-cü ilin oktyabr ayının əvvəllərində Elnarənin həmin evinə getmiş və evdə hər şeyin qaydasında olduğunu görmüşdür. O, 26 noyabr 2024-cü il tarixdə axşam saatlarında Elnarənin evini yoxlamaq üçün evin həyətinə getmişdir. O, evə daxil olmuş və otaqlara baxan zaman qonaq otağında olan evin arxa tərəfinə açılan pəncərənin yarımaçıq vəziyyətdə olduğunu və pəncərənin üzərində olan dəmir barmaqlıqın bir hissəsinin yerindən çıxarıldığını görmüşdür. O, dərhal anlamışdır ki, kimlərsə pəncərədən evə daxil olaraq oğurluq etmişdir. O, evin otaqlarına baxan zaman evdə olan bir sıra əşyaların yerində olmadığını görmüşdür. Amma oğurlanmış əşyaların tam siyahısını bilmədiyi üçün Zərərçəkmiş şəxs2 zəng edib, evində oğurluq hadisəsinin baş verdiyi barədə məlumat vermiş və Lənkəran şəhərinə gələrək evinə baxdıqdan sonra polisə şikayət etməyini Elnarəyə bildirmişdir. 27 noyabr 2024-cü il tarixdə Elnarə Lənkəran şəhərinə gələrək evinə baxdıqdan sonra ona məlum olmuşdur ki, naməlum şəxslər Elnarənin evinə pəncərədən daxil olaraq, qonaq otağında olan 400 manat dəyərində 82 sm dioqanallı bir ədəd SAMSUNG markalı plazma televizoru, həmin televizorun altında olan 100 manat qiymətində bir ədəd rəqəmsal aparatı, evin yataq otağından 190 manat qiymətində İran istehsalı olan bir ədəd qaz sobasını, 180 manat qiymətində bir ədəd ventilyatoru, evin mətbəxində olan 170 manat qiymətində bir ədəd elektrik su qızdırıcı aparatı, 200 manat qiymətində bir ədəd samovarı, 60 manat qiymətində bir ədəd şirəçəkən aparatı və 60 manat qiymətində bir ədəd blender aparatını oğurlayıb aparmışlar. Bundan sonra, Elnarə evində baş vermiş oğurluq hadisəsi ilə bağlı Lənkəran polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bir neçə dəqiqədən sonra Lənkəran polis şöbəsinin işçiləri Elnarənin evinə gəlmişlər və evə baxış keçirmişlər. Elnarə qrip xəstəliyinə tutulduğu üçün hadisə yerini polis işçilərinə, o, göstərmişdir. O, 2024-cü ilin dekabr ayının axırlarında eşitmişdir ki, Elnarənin evindən həmin əşyaları Lənkəran şəhər sakini Həbib adlı şəxs, Kamran adlı şəxslə birlikdə oğurlamışdır və Həbib adlı şəxs həbs olunmuşdur. İşdəki 07 dekabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evi ünvan 12 ünvanında yerləşir və Şahid3 arvadı Zərərçəkmiş şəxs1 məxsus içərisində 10 manat qiymətində (050) ***-**-** mobil telefon nömrəsi olan 250 manat qiymətində SAMSUNG GALAXY S 21 markalı mobil telefonu və içərisində 10 manat məbləğində pul vəsaiti olan 50 manat qiymətində qara rəngli dəri materiallından hazırlanmış pul qabının talanıb oğurlandığı güzgülü makiyaj masasını göstərir. İşdəki 07 noyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evi ünvan 13 ünvanında yerləşir və Şahid1 oğurluq hadisəsinin baş verdiyi qohumu Zərərçəkmiş şəxs2 məxsus evin otaqlarını və Təqsirləndirilən şəxs1 evə daxil olduğu pəncərəni göstərir. İşdəki məhkəmə ambulator-narkoloji ekspertizasının 12 dekabr 2024-cü il tarixli, 844 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulundan yaranan asılılıq sindromu ( narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2021-ci ildən "Opium narkomanlığı" diaqnozu ilə qeydiyyatda durur. İşdəki “Şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə o, həbsdən azad edilmişdir. İşdəki Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşdəki DİN-nin BƏSİİ-nin tələbnaməsi, hökm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər 3 dəfə məhkum olunmaqla, sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 ay 16 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 08 may 2023-cü il tarixdə cəza müddəti bitmiş, məhkumluğu ödənilməmişdir. İşdəki xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yayayış yeri üzrə şikayət daxil olmamışdır. İşdəki “Şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə o, həbsdən azad edilmişdir. İşdəki məhkəmə ambulator-narkoloji ekspertizasının 06 fevral 2025-ci il tarixli, 60 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdəki doğum haqqında şəhadətnamənin surəti və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2012-ci il təvəllüdlü bir azyaşlı uşağı var və barəsində yayayış yeri üzrə şikayət daxil olmamışdır. İşdəki qəbzdən görünür ki, iş üzrə maddi sübut olan bir ədəd İran istehsalı qaz sobası Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 tərəfindən təqdim və işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, son 8 rəqəmi 10363673 olan karta 100 manat pul köçürülmüşdür. İşdəki "xxxx" MMC-nin direktoru Miri Ağayevin 27 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindən (arayış) görünür ki, təqdim olunan bir ədəd İran istehsalı olan qaz sobasının 25 noyabr 2024-cü il tarixə orta bazar satış qiyməti 190 manatdır. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə etdikləri oğurluq nəticəsində cəmi 04 adda əşya oğurladıqlarını, Təqsirləndirilən şəxs1 isə tək oğurluq etdiyi evdən yalnız mobil telefon oğurladığını göstərsələr də, onların ittiham aktında göstərilmiş digər əşyaların oğurlamaları Təqsirləndirilən şəxs2 vurulmuş ziyanın çox hissəsini ödəməsi ilə, eləcə də Şahid3 və Zərərçəkmiş şəxs2 ərizələri, hadisə yerlərinə baxış keçirilməsi haqqında protokollar, həmin protokollara əlavə edilmiş fotoşəkillər, ifadənin yerində yoxlanılması barədə protokollar, həmin protokollara əlavə olunmuş fotoşəkillər, təqdim etmə, götürmə və baxış keçirilməsi barədə protokol,həmin protokol əlavə olunmuş foto şəkillər, maddi sübut, tanınmaya təqdim etmə protokolu, həmin protokola əlavə olunmuş fotoşəkil, məhkəmə ambulator-narkoloji ekspertizasının rəyləri, mütəxəssis (arayış) rəyi, üzləşdirmə-dindirmə protokolu, Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri, polis leytenantı Sənan Quliyevin, polis leytenantı Emin Qafarovun və polis baş leytenantı Loğman Şükürovun raportları,zərərçəkmiş şəxs və şahid ifadələri, habelə istintaq zamanı toplanmış digər istintaq sənədləri ilə tam subuta yetirilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlinin hüquqi tövsüfünə gəldikdə məhkəmə belə hesab edir ki, oların törətdikləri cinayət əməli ibtidai istintaq orqanı tərəfindən müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 177.2.1, 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Bundan əvvəl təqsirləndirilərək məhkum olunmuş CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs1 həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törətdiyi zaman cəzasını çəkib qurtardığı xx.xx.2023-cü il tarixdən 02 il müddət keçməmişdir. Məhkəmə yuxarıda qeyd olunanaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 69.3-cü i maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə təyin edilməli və onun ərazi narkoloji xəstəxanasında 2021-ci ildən "Opium narkomanlığı" diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdılr. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cii maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını və Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində secilmiş polisin nəzarəti altına vermə qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs2 toksikomaniyadan müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdılr. İş üzrə maddi sübut olan maddi sübut olan bir ədəd İran istehsalı olan qaz sobasının Zərərçəkmiş şəxs2 verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qalan ziyanla əlaqədar mülki mühakimə qaydasında iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji xəstəxanasında 2021-ci ildən "Opium narkomanlığı" diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 toksikomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübutlar olan bir ədəd İran istehsalı olan qaz sobasının Zərərçəkmiş şəxs2 verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qalan ziyanla əlaqədar mülki mühakimə qaydasında iddia qaldırmaq hüququnun olması izah edilsin. İş üzrə məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə onun yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirlənşəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar